Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4122/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: sığorta ödənişinin ödənilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2025-ci il tarixli, 2(103)-326/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Masazır kəndi, Ç.Mustafayev küçəsindəki 94 nömrəli ev mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. xx.xx.2022-ci il tarixli MP-P 12845 nömrəli əmlak sığortası şəhadətnaməsinə əsasən İddiaçı məxsus ünvan 3 “Qala Sığorta" ASC tərəfindən xx.xx.2022-ci il tarixində 91000,00 manat məbləğində sığortalanmışdır.
3. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qala Sığorta" ASC-nin sorğusuna 8-1-17/2-12/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilib ki, xx.xx.2023-cü il tarixində, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası M1=5.6, dərinliyi h=66 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ ünvan 1 ünvanı ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 bal intensivliklə hiss olunmuşdur. 3 bal intenşivlikli zəlzələnin tikililərə təsiri yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində MP-P 12845 saylı əmlak sığortası müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sığorta hadisəsi nəticəsində tam yararsız hala düşməsi nəticəsində ödənilməli olan 91.000 manat sığorta ödənişi məbləği, 364 manat dövlət rüsumu və 520 manat vəkil xərclərinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh “Qala Sığorta" ASC-də xx.xx.2022-ci il tarixində bağlanmış MP-P 12845 saylı əmlak sığortası müqaviləsi üzrə sığorta olunmuşdur. xx.xx.2023-cü il tarixində Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələdən sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə vizual baxış zamanı fərdi yaşayış evinin əsas divarlarında çatların olmasını müəyyən etdi. Fərdi yaşayış evinin divarlarında yaranmış çatlar sürətlə böyüməyə və artıq adi gözlə görünən dərin çatlar yaranmağa başladı. Fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixində cavabdeh "xxxx" ASC-yə baş vermis sığorta hadisəsi barədə dərhal məlumat verdi. Məlumatına uzun müddət cavab verilmədiyindən tərəfindən fərdi yaşayış evinin müayinə olunması və mənzildə yaşayışın mümkünlüyünün yoxlanma sı barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 müraciət etdi. Hər iki dövlət qurumu fərdi yaşayış evinə baxış keçirib, ərazidə çökmə baş vermis, çökmə nəticəsində fərdi tikilinin istinad divarlarında, hasar hissəsində müxtəlif istiqamətlərdə çatlar və deformasiya prosessləri qeydə alınmış, həmin çatlar və deformasiyalar yaşayış üçün təhlükə mənbəyidir. Qeyd olunanlar Agentliklər tərəfindən müvafiq akt və arayışlarla təsdiq edilmişdir. Tərəflərindən xx.xx.2023-cü il tarixində fərdi yaşayış evinə dair etdiyi müraciətə "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində cavab verilmiş və bu cavabda çökmə hadisəsi nəticəsində əmələ gələn zərərin sığorta risklərinin sırasında göstərilmədiyindən dəymiş zərəri təminat verməkdən, zərəri ödəməkdən imtina etmişlər. Bundan sonra, o, sığorta ödənişlərin ödənilməsi tələbi ilə cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət edərək, pozulmuş hüquqlarını məhkəmə qaydasında təmin etməyə məcbur qalmışdır. “Əmlak sığortası” müqaviləsi şərtlərinə əsasən (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış ev) cavabdeh "Qala Sığorta” ASC qeyd olunan daşınmaz əmlaka 91.000 (doxsan bir min) manat məbləğində sığorta təminatı verilmişdir. Sığorta müqaviləsi qüvvədə olan tarixdə sözügedən ərazisində təbii fəlakət, yəni zəlzələ və yer sürüşməsi hadisəsi baş vermişdir. Baş vermiş hadisə səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq edilmişdir. Təbii fəlakət hadisəsi ilə bağlı tikinti istifadəyə tam yararsız hala düşmüş və ona 91.00 0 manat məbləğində zərər dəymişdir. Lakin "Qala Sığorta” ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək sığortalıya sığorta ödənişini verməmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-891/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 ünvan 3 ünvanının yerləşdiyi ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti haqqında arayışda və həmin fərdi yaşayış evinin texniki vəziyyəti haqqında aktda vizual araşdırma zamanı çoxillik atmosfer çöküntülərinin təsiri nəticəsində ərazinin geoloji quruluşunda iştirak edən yüksək məsaməli (sukeçiricilikli) suxurlar ın su ilə doyması onların yükgötürmə qabiliyyətinin və ilişgənlik xüsusiyyətinin zəifləməsi ərazidə çökmə (oturma) hadisəsinin baş verməsinə zəmin yaratdığı və çökmə prosesi nəticəsində fərdi tikilinin istinad divarında, hasar hissəsində müxtəlif istiqamətli çatlar və deformasiya proseslərinin qeydə alındığı göstərilmişdir.
8. Bununla yanaşı, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MP-P 12845 nömrəli əmlak sığortası müqaviləsində sığorta riskləri hissəsində sığorta təminatına daxil olan risklərin dairəsi dəqiq göstərilmiş və sığorta müqaviləsi həmin təminata daxil olan risklər nəticəsində əmələ gələn zərərlərin sığortaçı tərəfindən ödənilməsi şərtilə bağlanılmışdır. Lakin göründüyü kimi çökmə hadisəsi nəticəsində əmələ gələn zərərlər sığorta təminatına daxil deyildir.
9. Beləl iklə, iş üzrə müəyyən olunmuş hallara və təqdim olunmuş sübutlara qiymət verərək, sığorta obyektinə dəymiş zərər icbari sığorta müqaviləsi üzrə sığorta hadisəsinin əlamətlərinə malik olmayan hallar nəticəsində baş vermişdir və bununla əlaqədar olaraq, iddiaçı üçün sığorta ödənişi almaq hüququ yaratmır. Öz növbəsində göstərilən hal iddianın əsassızlığını təsdiq edir, ona görə də, iddiaçı ona dəyən ziyanın tələb etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 900, 421.1, 423.1, 922.1, 922.3, 935.1.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırm ışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində qeyd edilir ki, məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 ünvan 3 ünvanının yerləşdiyi ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti haqqında arayışda və həmin fərdi yaşayış evinin texniki vəziyyəti haqqında aktda vizual araşdırma zamanı çoxillik atmosfer çöküntülərinin təsiri nəticəsində ərazinin geoloji quruluşunda iştirak edən yüksək məsaməli (sukeçiricilikli) süxurların su ilə doyması onların yükgötürmə qabiliyyətinin və ilişgənlik xüsusiyyətinin zəifləməsi ərazidə çökmə (oturma) hadisəsinin baş verməsinə zəmin yar atdığı və çökmə prosesi nəticəsində fərdi tikilinin istinad divarında, hasar hissəsində müxtəlif istiqamətli çatlar və deformasiya proseslərinin qeydə alındığı göstərilmişdir və divarda olan çatların da zəlzələdən sonra yarandığı qeyd olunmuşdur. Çökmə eyni zamanda, bu ərazidə baş vermiş təbii hadisələrlə, zəlzələ, sürüşmə ilə bağlı olduğu halda məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MP-P 12845 nömrəli əmlak sığortası müqaviləsinə istinad etmiş və göstərmişdir ki, həmin sığorta şərtlərində, təminata daxil olan risklər dairəsində çökmə hadisəsi nəticəsində əmələ gələn zərərlər sığorta təminatına daxil deyildir. Halbuki, məhkəmə bu çökmənin məhz zəlzələ və sürüşmə nəticəsində, ümumiyyətlə təbii hadisələr nəticəsində yaranmasını əsaslandıran aktlara və arayışa istinad et məklə mübahisəyə qiymət verməli idi. Lakin məhkəmə birtərəfli və qeyri-obyektiv mövqe nümayiş etdirməklə işdə olan bütün sübutları qarşı tərəfin xeyrinə təhrif etmiş və qanunsuz qətnamə qəbul etmişdir.
13. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 3-14-18/2223/2024 saylı, 20 noyabr 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi əraziyə (40°27'31,61'', 49°46'23,68'' koordinatlarında) 03 noyabr 2023-cü il tarixində vizual baxış keçirilmişdir. Aparılan vizual araşdırmalar zamanı müəyyən olunmuşdur ki, uzunmüddətli atmosfer çöküntülərinin təsirindən ərazidə çökmə hadisəsi baş vermişdir. Proses nəticəsində tikilinin istinad divarlarında və hasar hissəsində müxtəlif istiqamətli çatlar, deformasiya pros esləri qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, sürüşmə və çökmə hadisələri ekzogen-geoloji proseslərə aid olub, baş verməsi müxtəlif formada və fərqli amillərin təsirindən yaranır. Çökmə - hadisəsi su ilə islanarkən yük altında gərginlikli vəziyyətdə olan süxurlarda (əsasən qumca, gilcə, gillər) baş verir və onların üzərində tikilmiş qurğuların texniki vəziyyətinin zəifləməsinə, dağılmasına zəmin yaratmış olur. Belə ki, sahənin geoloji quruluşunda iştirak edən, əsasən yer səthinin üst hissəsini təşkil edən, bərkiməmiş, zəif bərkimiş çöküntülərin su ilə doyması, süxurların yükgötürmə qabiliyyətinin, dayanıqlığının zəifləməsi, ilişmə qüvvəsinin azalması və ağırlıq qüvvəsinin təsiri nəticəsində tikinti obyektinin ağırlığından müxtəlif parametrli çökmə (qeyribərabər batma və deformasiyası) p rosesinin baş verməsinə zəmin yaradır. Qeyd olunan proseslər tikinti obyektlərinin qrunta batmasına və müxtəlif formalı fəsadların yaranmasına səbəb olur. Bu süxurlar quru halda yüksək yükgötürmə qabiliyyətinə, yamaclarda dayanıqlığa malik olsalar da, su ilə islanarkən qruntlarının ilkin strukturu pozulduğundan üstdə yatan layların ağırlığından və ya xarici yükün təsirindən öz həcmlərini kəskin azaldaraq çökür (batır), nəticədə sıxlaşırlar. Yəni quru halda təsir edən yükə qarşı davamlı olduqları halda islanarkən dayanıqsız olurlar. Sürüşmə prosesindən fərqli olaraq batma (çökmə) hadisəsi az maili və ya düzən ərazilərdə baş verə bilir. Lakin maili yamaclarda baş verən batma (çökmə) hadisəsi sürüşmə prosesi ilə əvəzlənə bilər. Ekzogen geodinamik proseslər təbii və texnogen amillərin ayrılıqd a və birgə təsiri nəticəsində baş verə bilər. Sürüşmə - ekzogen-geodinamiki proses olub, ağırlıq, hidrodinamiki təzyiq, seysmik və s. qüvvələrin təsiri altında yamacın ilkin bütövlüyü pozularaq, qrunt kütləsinin yamac boyu yerdəyişməsi şəklində təzahür edir. Yəni yamacı təşkil edən qrunt kütləsinə təsir edən sürüşdürücü və sürüşməyə qarşı qüvvələr arasında mövcud olan təbii-tarazlıq şərti pozulduqda bu hadisə baş verir. Bu zaman yamacı təşkil edən qrunt kütləsinin bir hissəsi qoparaq şaquli və üfüqi istiqamətdə yerdəyişməyə məruz qalır. ünvan 3 ünvanında İddiaçı məxsus ünvanda vizual araşdırmalar zamanı müəyyən olunmuş çökmə prosesinə və formalaşmasına aid mütəxəsis rəyi. Atmosfer çöküntülərinin təsirindən tikililərin yerləşdiyi ərazilərdə çökmə hadisəsinin baş verməsi bir çox amillərdən asılıdır. Burada atmosfer çöküntülərinin intensivliyi, ərazinin relyefi, geoloji qurluşu (və s) və texnogen amilləri göstərmək olar. Bundan əlavə qeyd etmək lazımdır ki, tikilinin texniki vəziyyəti (köhnəlmə), standartlara uyğun tikilməməsi, digər amillərlə birgə təsirinin qarşılıqlı əlaqəsi və tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji inkişaf dərəcəsi qeyd olunan proseslərin inkişafına təsir edən amillərdəndir. Proses nəticəsində tikililərdə çatların yaranması və deformasiyaya uğraması baş verə bilər. Belə ki, ərazinin qurluşunda iştirak edən süxurların atmosfer çöküntüləri nəticəsində islanaraq dayınıqlığını itirməsi, ilişmə qüwəsinin azalması və ağırlıq qüvvəsinin təsirindən ərazinin üst qatında iştirak edən süxurlarda çökmə (oturma) prosesinin formalaşmasına zəmin yaradır. Proses n əticəsində ərazidə mövcud olan tikililərin çökməsi, müxtəlif formada və ölçüdə çatların yaranması baş verir. Bundan əlavə sözügedən ünvanda "sürüşmə" prosesinin formalaşması və inkişaf etməsi üçün relyef, geomorfoloji, hidrogeoloji, mühəndisi-geoloji, geoloji-tektonik şərait mövcud deyil. Baxış zamanı ərazidə sürüşmə prosesinin əlamətləri qeydə alınmamışdır. Qeyd: Respublika ərazisində baş vermiş zəlzələ hadisələri və bu prosesin yaratdığı fəsadlar və onların nəticələrinin araşdırılması X1 fəaliyyət istiqamətlərinə aid deyil.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/8746/2024 saylı, 21 aprel 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsiziyə Nəzarət Dövlət Agentliyin in mütəxəssisləri tərəfindən tərtib edilməli olan müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən qərardadın birinci sualı üzrə tədqiqat aparılmadı. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Atmosfer çöküntülərinin təsirindən tikililərin yerləşdiyi ərazilərdə çökmə hadisəsinin baş verməsi bir çox amillərdən asılıdır. Burada atmosfer çöküntülərinin intensivliyi, ərazinin relyefi, geoloji quruluşu (və s.) və texnogen amilləri göstərmək olar. Bundan əlavə qeyd etmək lazımdır ki, tikilinin texniki vəziyyəti (köhnəlmə), standartlara uyğun tikilməməsi, digər amillərlə birgə təsirinin qarşılıqlı əlaqəsi və tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji inkişaf dərəcəsi qeyd olunan proseslərin inkişafına təsir edən amillərdəndir. Proses nəticəsində tikililərdə çatların yaranması və deformasiyaya uğraması baş verə bilər. Belə ki, ərazinin quruluşunda iştirak edən süxurların atmosfer çöküntüləri nəticəsində islanaraq dayanıqlığını itirməsi, ilişmə qüvvəsinin azalması və ağırlıq qüvvəsinin təsirindən ərazinin üst qatında iştirak edən süxurlarda çökmə (oturma) prosesinin formalaşmasına zəmin yaradır. Proses nəticəsində ərazidə mövcud olan tikililərin çökməsi, müxtəlif formada və ölçüdə çatların yaranması baş verir. Bundan əlavə sözügedən ünvanda "sürüşmə" prosesinin formalaşması və inkişaf etməsi üçün relyef, geomorfoloji, hidrogeoloji, mühəndis-geoloji, geoloji-tektonik şərait mövcud deyil. Baxış zamanı ərazidə sürüşmə proses inin əlamətləri qeydə alınmamışdır. Mübahisə predmeti olan tikilinin bərpa ediilməsinə dair müvafiq layihə-smeta sənədləri təqdim edildikdən sonra həmin tikiliyə dəymiş zərərin həcmi müəyyən edilə bilər. 15. "xxxx" Qiymətləndirmə Şirkəti MMC tərəfindən verilmiş MB 18/0992 saylı, 31 iyul 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edildi ki, Abşeron rayonu, Mazasır kəndi, Ç.Mustafayev küçəsi, 94 nömrəli fərdi yaşayış evinə yerində baxış keçirilmiş və baxış əsasında yaranmış qüsurlar tikinti norma və qaydalarının pozulması yaxud tikintinin bu qaydalara uyğun lazımı qaydada icra olunmaması nəticəsində yaranmadığı, tikilinin normalara uyğun tikildiyi müəyyən edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi ərazidə gil və süxur qatları üstünlük təşkil edir. Bu növ torpaqlar yağışdan və yeraltı suları n artımından sonra sürüşməyə meyl edir. Masazır duz gölünə yaxınlıq, yeraltı suyun səviyyəsini yüksəldir, bu da torpağınn sabitliyini azaldır və nəticədə yumuşaq torpaq qatları çökməyə səbəb ola bilər. Baş vermiş zəlzəlıə bu prosesə təkan verə bilər. Zəlzələ zamanı torpağın mexaniki dayanıqlılığı azalır. Xüsusilə, suya doymuş və ya süxur qatları zəif olan ərazilərdə bu sarsıntı torpaq qatlarının sürüşməsinə səbəb olur. Eyni zamanda, baş verən endogen proseslər (zəlzələ) nəticəsində yeraltı suların səviyyəsi və istiqaməti dəyişə bilər. Bu da gilli torpaqların sürüşkən hala gəlməsinə yol açır. Abşeron rayonu, Mazasır kəndi, Ç.Mustafayev küçəsi, 94 nömrəli fərdi yaşayış evinə baş vermiş hadisə nəticəsində dəymiş zərərin məbləği 21.600 (iyirmi bir min altı yüz) manat, fərdi yaşayış evinin ta m bərpa dəyəri (tamamilə yenidən tikilməsi və ya bərpası üçün tələb olunan ümumi xərclər) 95.624 (doxsan beş min altı yüz iyirmi dörd) manat, yaranmış qüsurların aradan qaldırılması üçün (təmir-tikinti materialları, usta xərci və.s) 23.752 (iyirmi üç min yeddi yüz əlli iki) manat vəsait tələb olunur.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-326/2025 saylı, 29 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Elşən Kazımov, hakimlər İkram Şirinov və Namiq Cəfərov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-891/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
18. Tərəflər bağladığı sığorta müqa viləsində (Əmlak Sığorta Şəhadətnaməsi) konkret olaraq sığorta risklərinə hansı hadisələrin, o cümlədən təbii fəlakətlərlə bağlı hadisələrin daxil olduğunu müəyyənləşdiriblər. İddiaçı sığortaladığı evə xx.xx.2023-cü ildə Xəzər dənizinidə 5,7 bal gücündə olan zəlzələ və yer sürüşməsi hadisəsi baş verdiyinə görə zərər dəydiyini iddia edib.
19. Bununla əlaqədar, cavabdeh tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə rəsmi müracitlər edilib. Agentlik və Abşeron İcra Hakimiyyəti rəsmi məlumatla iddia olunan ünvandakı evə zərər dəyməsi barədə onlarda hər hansı bir məlumatın olmadığını qeyd edib, Respublika Seysmoloji Xidmət Mərkəzi isə xx.xx.2023-cü il tari xində, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası M1=5.6, dərinliyi h=66 km olan zəlzələ qeydə alındığını, zəlzələnin ünvan 1 ünvanı ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 bal intensivliklə hiss olunduğunu və 3 bal intenşivlikli zəlzələnin tikililərə təsiri olmadığını göstərib(bax.i.v;31-38).
20. Göründüyü kimi, cavabdeh qurum tərəfindən qanunla üzərinə düşən vəzifələr icra olunaraq araşdırma aparılıb, baş vermiş hadisənin iddia olunan sığorta hadisəsi olmadığını müəyyən edərək sığorta ödənişi verməkdən imtina edib. Ancaq iddiaçı bununla razılaşmayıb məhkəmədə hazırkı iddianı irəli sürüb və birinci instansiya məhkəməsi tərəfindən iddiası təmin edilmədiyi üçün apellyasiya şikayəti verib. Apellyasiya baxışı zamanı iş üzrə həqiqətin müəyyən edilməsi və apellyasiya şika yətində göstərilən dəlillərin yoxlanılması məqsədi ilə əlavə ekspert və mütəxəssis rəyları alınsa da, baş vermiş hadisənin məhz sığorta hadisəsi olduğunu təsdiq etmək mümkün olmadı.
21. Belə ki, yoxlanılan məsələ üzrə ixtisaslaşmış və xüsusi biliyə malik olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 əməkdaşlarının verdiyi rəylə sözügedən ünvanda "sürüşmə" prosesinin formalaşması və inkişaf etməsi üçün relyef, geomorfoloji, hidrogeoloji, mühəndisi-geoloji, geoloji-tektonik şərait mövcud olmadığı, baxış zamanı ərazidə sürüşmə prosesinin əlamətlərinin qeydə alınmadığı göstərilmişdir. Düzdü, "xxxx" Qiymətləndirmə Şirkəti MMC tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçıya məxsus evdə yaranmış qüsurların 04 iyul 2023-cü ildə həmin ərazidə 12 ballıq cədvəl üzrə 3 bal gü cündə qeydə alınmış zəlzələ yaxud yer sürüşməsi nəticəsində baş verməsinin və ya çökmə(oturma) hadisəsi və evdə yaranmış qüsurların baş vermiş zəlzələ və yer sürüşməsi ilə əlaqədar olmasının mümkünlüyünə dair konkret və dəqiq məlumatlar göstərilməyib, yalnız ehtimallara əsaslanan fikirlər söylənilib. Bununla belə, "xxxx" Qiymətləndirmə Şirkəti olduğundan sözügedən evdə yaranmış qüsurların təbii fəlakət sayılan zəlzələ yaxud yer sürüşməsi nəticəsində yaranmasını müəyyən edə bilməməsi də anlaşılan ola bilər. Ona görə də, məhkəmə tərkibi rəyin qeyd olunan hissəsini mötəbər hesab etmir.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 884.6-1, 922.1, 923.1, 925.1, 926.1, 926.2, 935.1, 935.1.8, MPM-nin 14.2, 77.1, 88, 101.7, 103.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil – Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, aparılmış araşdırmalar və alınmış ekspert rəyləri baş vermiş hadisənin sığorta hadisəsi olduğunu təsdiq etmir. Bu səbəbdən sığorta ödənişindən imtina qanuni hesab olunmuş və birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə nəticəsi düzgün sayılmışdır. Mülki Məcəlləyə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (maddə 922.2). İcbari sığortalar haqqında qanuna əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir (maddə 35.1). Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (maddə 36.1.8). Prosessual hüquq pozuntularına dair dəlillər göstərir ki, apellyasiya məhkəməsi tam, obyektiv və ətraflı araşdırma aparmamışdır, ə gər düzgün araşdırma aparılardısa, iddiaçıya məxsus yaşayış sahəsində olan qüsurların zəlzələ və ya torpaq sürüşməsi nəticəsində yaranması sübut olunardı, nəticədə maddi hüquq normaları düzgün tətbiq edilərdi. Aşağı məhkəmələr ziyanın sığorta hadisəsi nəticəsində baş vermədiyini bildirərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsində və “İcbari sığortalar haqqında” Qanunda təsbit olunmuş sığorta hadisəsi anlayışını düzgün tətbiq etməmişlər. Mülki Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi – sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verən və qanunvericiliyə və ya müqaviləyə görə sığorta ödənişi verilməsinə əsas yaradan hadisə və ya haldır. İddiaçının evindəki zərər məhz sığorta müqaviləsi qüvvədə olan dövrdə baş vermiş təbii hadisələrlə (xx.xx.2023 zəlzələsi və ona bağlı y er sürüşməsi) əlaqələndirilir. Lakin birinci instansiya məhkəməsi, Seysmoloji Xidmətin 3 bal intensivlikli təkanın normal şərtlərdə tikililərə təsir etməyəcəyi barədə ümumi rəyinə əsaslanaraq, sanki sığorta hadisəsi heç baş verməyibmiş kimi nəticə çıxarmışdır. Halbuki sığorta hadisəsi faktının mövcudluğu ilə dəymiş zərərin həmin hadisənin nəticəsi olub-olmaması fərqli hüquqi məsələlərdir. Mülki Məcəllə tələb edir ki, sığorta hadisəsi müəyyən dərəcədə təsadüfi və ehtimal xarakterli olsun – burada xx.xx.2023 tarixli zəlzələnin baş verməsi təsadüfi təbiətli bir hal idi (öncədən proqnozlaşdırılmayan təbii fəlakət). Bu zəlzələ faktının özü sığorta hadisəsinin baş verdiyini göstərir. Nə birinci instansiya, nə də apellyasiya instansiyası bu hadisəni inkar etmir; ancaq onlar zəlzələnin binaya təsi rini öncədən “yox” saymaqla, faktiki olaraq sığorta hadisəsi anlayışını daraldıb yanlış tətbiq etmişlər. Sığorta müqaviləsinin şərtlərinin yanlış izahı: İddiaçının bağladığı əmlak sığortası müqaviləsində bütün əsas risklər, o cümlədən “təbii fəlakətlər – zəlzələ,... yer sürüşməsi” sığorta təminatına daxil risklər kimi sadalanmışdır. Bu, o deməkdir ki, əgər zəlzələ və ya yer sürüşməsi nəticəsində əmlaka zərər dəyərsə, sığortaçı ödəniş verməlidir. Məhkəmələr də bu məqamı etiraf edirlər. Lakin eyni zamanda qətnamələrdə qeyd olunur ki, “çökmə hadisəsi nəticəsində əmələ gələn zərərlər sığorta təminatına daxil deyildir”. Burada müqavilə şərtlərinin şərhinə dair ciddi problem yaranır: Əgər çökmə hadisəsi bir təbii fəlakətin (məsələn, intensiv yeraltı proses – sürüşmə) tərkib hissəsi kimi baş ver ibsə, onu müqavilədən kənar bir istisna halı saymaq doğru deyil. Sığorta hüququnun “proksimal səbəb” (efficient proximate cause) prinsipi beynəlxalq praktika ilə bənzər şəkildə tələb edir ki, zərərin əsas yaxın səbəbi sığortalanan riskdirsə, sığorta ödənişi verilməlidir. Bu işdə əgər zərərin ilk təkanverici səbəbi zəlzələ olubsa və zəlzələ torpaq qatında oturmaya yol açıbsa, o zaman sığorta hadisəsi kimi qiymətləndirilməlidir. Məhkəmələr isə müqavilə şərtini sözün həqiqi mənasında fəlsəfi cəhətdən bölərək, “çökmə” terminini ayrı bir kateqoriya kimi qəbul etmiş və onun təbii fəlakətlə əlaqəsini gözardı etmişlər. Bu, müqavilənin məqsədinə və sığortalının gözləntilərinə zidd izahdır. Nəticədə, sığorta müqaviləsinin və qanunun iddiaçıya verdiyi müdafiə ciddi şəkildə daraldılmışdır. İcbari sı ğorta qanununun tələblərinin nəzərə alınmaması: Daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericiliyə əsasən sığorta hadisəsi sayılan hallar sırasında zəlzələ, sel, yer sürüşməsi və s. bütün təbii fəlakətlər birbaşa göstərilir. Qanun bu riskləri açıq mətnlə təminata daxil etmişdir. Qanunun 50.13-cü maddəsinə (və ya müvafiq normativ aktlara) əsasən sığortaçı ancaq xüsusi istisna hal olduqda ödənişdən imtina edə bilər (məsələn, sığortalının qəsdi, hərbi aktlar v.s., hansı ki, bu işə aid deyil). Bu kontekstdə, məhkəmələrin “çökmə sığortaya daxil deyil” yanaşması icbari sığorta qanununun ruhuna uyğun deyil. Əgər çökmə təbii fəlakətin nəticəsidirsə, onu təminatdan kənar tutmaq sığortalının müdafiəsini əsassız şəkildə məhdudlaşdırır. İddiaçının təqdim etdiyi aktdan aydın olur ki, çökmə məhz əra zidə baş vermiş təbii proseslərlə bağlıdır. Belə olduğu halda, sığortaçı ödənişdən yalnız ona görə imtina edə bilməz ki, müqavilədə “çökmə” sözü ayrıca qeyd olunmayıb. Bu, contra proferentem (müqavilə şərtlərinin müəllifi olan tərəfin əleyhinə izahı) prinsipinə də ziddir – sığorta müqaviləsini hazırlayan sığortaçıdır və hər hansı qeyri-müəyyənlik sığortalının xeyrinə yozulmalıdır. Məhkəmələr isə bütün şübhələri sığortaçının xeyrinə həll etmiş, bu zaman sığorta hüququnun qoruyucu məqsədini gözardı etmişlər.Birinci və apellyasiya instansiyaları maddi hüquq normalarını düzgün tətbiq etməmişlər. Sığorta hadisəsi anlayışının dar və yanlış yozulması, sığorta müqaviləsinin təyinatına zidd interpretasiya verilməsi, habelə sığorta riskinin proksimal səbəb kimi nəzərə alınmaması Mülki Məcəllənin sığ orta institutunun mahiyyətinə uyğun deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
29. Maddə 884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır.
30. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
31. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
32. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ə n qısa müddət ərzində sığortaçı müəyyən edir.
33. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
34. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
35. Maddə 935.1 və 935.1.8. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsinə görə imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı iş üzrə apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrini n şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
48. Beləliklə, məhkəmə kollegiya sı, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2025-ci il tarixli, 2(103)-326/ 2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.