Məhkəmə qərarları › İş №2(102)-3241/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3241/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3241/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti açıq səhimdar cəmiyyətinə (Bank "xxxx" açıq səhimdar cəmiyyatin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta hadisəsi, sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(103)-3102/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" ASC ilə X5 arasında bağlanılmış 04 noyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 45.000 manat məbləğində ipoteka krediti götürülmüş, daha sonra müvafiq ipoteka krediti Bank "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh Sığorta Şirkəti ASC ilə X5 arasında 01 mart 2016-cı il tarixdə “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanmış və 04 noyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə borcalan X5 həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmışdır. 01 mart 2016-cı il tarixli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” şəhadətnaməsi X5 t ərəfindən imzalanmamış, həmin şəhadətnamə üzrə aylıq nəzərdə tutulmuş sığorta haqqları ödənilərək, qeyd edilən müqavilə üzrə iradə ifadəsi bəyan edilmişdir. X5 18 iyul 2023-cü il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı xəstəliyindən ölmüşdür. Cavabdeh Sığorta Şirkəti ASC baş vermiş hadisə üzrə onun öhdəliyinin yaranmadığına istinad edərək, 04 sentyabr 2023-cü il tarixdə sığorta ödənişinin verilməsindən imtina etmişdir. 2023-cü ilin avqust ayından 2025-ci ilin fevral ayınadək cəmi 6.736,86 manat kredit ödənişi edilmişdir; 3. “Bank "xxxx" ASC-nin 27 fevral 2025-ci il tarixli arayışına əsasən "xxxx" ASC ilə X5 arasında bağlanılmış 04 noyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ipoteka krediti üzrə ümumi borcu 30.161,25 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun mərhum əri X5 ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsinin şərtlərinə uyğun olararaq ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixə 30.567,88 manat kredit borcunun əvəzinin cavabdehdən alınaraq üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, habelə sığorta hadisəsindən sonra onun tərəfindən ödəniş cədvəlinə əsasən banka ödənilən 5.565 manat pulun və 198,40 manat dövlət rüsumunun, ümumilikdə 5.763,40 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına istinad ed ərək, onunla əsaslandırmışdır ki, cavabdeh öz şəxsi mülahizələrini bildirirək sığorta ödənişi verilməsindən imtina etmiş və imtina məktubunda qeyd etmişdir ki, guya onun qəsdən yalnış məlumat verməsi nəticəsində sığorta şirkəti riski qiymətləndirə bilməmiş, həmçinin sığorta hadisəsinin səbəblərini, dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmuşdur. Lakin baş vermiş hadisə üzrə öhdəliyinin yaranmamasına istinad etdiyi halları sübut edən hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ tərəfindən verilən 22 iyul 2023-cü il tarixli Ölüm haqqında tibbi şəhadətnaməsindən görünür ki, onun mərhum ərinin ipoteka və kredit müqavilələrinin bağladığı müddətdə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borca lanın həyatının ölüm halından və əmək qabiliyyətindən itirilməsi hallarından sığortası” Qaydaların 4.3. bəndində göstərilmiş hər hansı xəstəliyi mövcud olmamışdır.

6. Cavabdeh Sığorta Şirkəti ASC iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X5 arasında xx.xx.2016-cı il tarixli, MLİBTB-M-0000820 nömrəli fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası müqaviləsi bağlanmış və həmin müqavilə üzrə ağır xroniki xəstəliklər istisna olmaqla bütün növ xəstəliklər və onların nəticələri səbəbindən ölüm və 1-ci qrup əlilliyə təminat verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.202 3-cü il tarixində kəskin və yarımkəskin qaraciyər çatmamazlığından vəfat etmişdir. Sığorta hadisəsinin hərtərəfli araşdırılması və sığorta ödənişinin verilməsi (və ya bundan imtina) barədə qərarın qəbul olunması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş ölümün səbəbi üzrə mövcud olan hallar haqqında məlumatların əldə edilməsi zərurəti yarandığından Bakı şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 4 nömrəli şəhər Poliklinikasına tərəflərindən xx.xx.2023-cü il tarixli, 0332-23 nömrəli məktub göndərilmişdir. X1 tərəfindən verilmiş epikrizdən görünür ki, H.Hüseynov xx.xx.2014-cü il tarixdə laparoskopik xolesistektomiya əməliyyatı keçirmiş, xəstə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək həmin xəstəxanada stasionar müalicə almış, ona “HCY-yə bağlı qaraciyər sirrozu. Dekompensasiya mərhələsi” diaqnozu qoyulmuşdur. Müalicə müddəti bitdikdən sonra xəstəyə qaraciyər transplantasiyası əməliyyatı məsləhət görülmüşdür. Həmin Poliklinika tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 145 saylı məktuba əlavə olunan X8 tərəfindən verilən patohistoloji istək formasından görünür ki, H.Hüseynova xx.xx.2014-cü il tarixdə “kəskin daşlı xolesistit, qaraciyər postnekrotik sirroz (Hepatit C)” diaqnozu qoyulmuşdur. Həmçinin, X1 tərəfindən verilmiş epikrizdən görünür ki, H.Hüseynov xx.xx.2014-cü il tarixdə laparoskopik xolesistektomiya əməliyyatı keçirmiş, xəstə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək həmin xəstəxanada stasionar müalicə almış, müalicə müddəti bitdikdən sonra xəstəyə qaraciyər transplantasiyası əməliyyatı məsləhət görülmüşdür. Bundan ba şqa ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, H.Hüseynov kəskin və ya yarımkəskin qaraciyər çatmazlığından vəfat etmişdir. Göründüyü kimi, H.Hüseynovun ölümünə səbəb olan xəstəliyin başlanılma tarixi xx.xx.2016-cı il tarixli, MLİ-ZB0000820 nömrəli sığorta müqaviləsinin qüvvəyə minməsindən öncəki tarixə təsadüf edir. H.Hüseynov xx.xx.2016-cı il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən yuxarıda göstərilən xəstəlikdən əziyyət çəkməsi barədə şifahi və ya yazılı məlumat təqdim etməmiş, həyat sığortası üzrə tibbi məlumatda göstərilənlər bəyan olunmamışdır. Halbuki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X5 arasında bağlanan xx.xx.2016-cı il tarixli, “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi könüllü sığorta müqaviləsi növü olduğundan, müqavilə bağl anan zaman H.Hüseynov onun xəstəliyinə dair qoyulmuş diaqnoz barədə sığortaçıya məlumat təqdim etsə idi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3 sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Qeyd edilənləri nəzərə alınması və iddianın təmin edilməməsi xahiş edilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Kərim Xudayev) 06 mart 2025ci il tarixli, e-2(004)625/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, MLİZB-0000820 saylı sığorta şəhadətnaməsinə əsasən 30.161,25 manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Bank "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin Cavabdeh Sığ orta Şirkəti ASC-nin üzərinə qoyulması, Cavabdeh Sığorta Şirkəti ASC-dən 5.565 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 198,40 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) X4 təqdim olunmamış və nəticədə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı ilə bağlı yanlış və natamam məlumatların təqdim olunmasının sığorta hadisəsi baş verən zaman sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas ola biləcəyi izah olunmamışdır. Hazırki halda X5 tərəfindən sığorta müqaviləsi bağlanan zaman həyat sığortası müqaviləsi bağlan masından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı ilə bağlı yanlış və natamam məlumatların təqdim olunması öz təsdiqini tapmadığından Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişinin həyata keçirilməsindən imtina edilə bilməz. Belə ki, müvafiq blankın doldurulmaması orada qeyd edilən xəstəliklərin heç birinin X2 olmamasına dair X3 iradə ifadəsi kimi qəbul edilməməli, əksinə həmin blankın doldurulmamasının riskini Cavabdeh Sığorta Şirkəti ASC özü daşımalı və hazırki halda sığorta ödənişini həyata keçirməlidir. Cavabdeh Sığorta Şirkəti ASC həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) doldurulmadığı halda sığorta müqaviləsini bağlamaqdan imtina edə bilərdi. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırki halda həyat sığortası müqaviləsi bağla nması ilə bağlı müraciət etmiş şəxslə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərə dair məlumatların təqdim edilməsinə dair prosedur qaydasına əməl olunmamasının riskini sığortalı deyil, sığortaçı daşımalıdır.

9. Məhkəmə kredit borcunun əvəzi olaraq ödənilməli məbləğ münasibətdə qeyd etmişdir ki, qalıq borc üzrə sığorta ödənişi iddiaçının öz iddia ərizəsində qeyd etdiyi 30.567,88 manat məbləğində deyil, 30.161,25 manat məbləğində həyata keçirilməlidir. İş materiallarında olan Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən verilmiş 45.000 manat məbləğində ipoteka krediti Bank "xxxx" ASC-yə ötürülmüşdür. X3 xx.xx.2025-ci il tarixə həmin ipot eka krediti üzrə ümumi borcu 30.161,25 manat təşkil edir. Bu baxımdan sığorta ödənişinin bank tərəfdən təqdim edilmiş arayışa əsasən sığortaçı tərəfindən banka ödənilməsi qanuni və əsaslıdır.

10. Məhkəmə iddiaçının banka ödədiyi pulun əvəzinin cavabdehdən alınmasına münasibətdə qeyd etmişdir ki, mərhum X5 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra onun vərəsəsi kimi hazırki iş üzrə İddiaçı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 2023-cü ilin avqust ayından 2025-ci ilin fevral ayınadək cəmi 6.736,86 manat kredit ödənişi edilmişdir. Sözügedən məbləğ də Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən MLİZB-0000820 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan sığorta ödənişinin məbləğinə daxil olsa da, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ö dənişi etməkdən əsassız olaraq imtina edildiyindən mərhum X3 vərəsəsi İddiaçı tərəfindən məhkəməyə müraciət edənədək banka ödənilmiş və heç bir gecikmə edilməmişdir. Bu baxımdan iddiaçı eyni zamanda həmin ödənişin də cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə bir məsələni qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, həmin məbləğ iddia tələbi həcmində tutulmalı, yəni Cavabdeh Sığorta Şirkəti ASCdən 5.565 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

11. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini münasibətdə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 198,40 m anat pul da Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 883-885-ci, 901-ci, 914-cü, 922-ci, 926-cı, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü, 218.3-cü maddələrinə və Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2024-cü il tarixli, 20/4 saylı Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın 5-7-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh Sığorta Şirkəti ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Abdıyev Fuad sədrlik edən və məruzəçi, Musayeva Cəmilə və Babayev Fuad) 12 iyun 2025-ci il tarixli, 2(103)-3102/2025 nömrəli qətnaməsi ilə Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(004)625/2025 nömrəli qətnaməsi Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Sığorta Şirkəti ASC-yə aid edilməsini qət etmişdir.

16. Apellyasiya məhkəməsi ilk növbədə qeyd et mişdir ki, 16 mart 2016-ci il tarixli sığorta müqaviləsində iddiaçının ərinin (sığortalının) imzası olmasa da, bu hal mübahisələndirilmədiyindən və sığortalı tərəfindən sığorta haqqı ödənildiyindən AR Mülki Məcəlləsinin 903.7-ci maddəsi də nəzərə alınmaqla həmin hissədə əlavə araşdırılma aparılmasına zərurət yoxdur.

17. Cavabdeh sığorta ödənişindən imtinanın əsası kimi iddiaçının əri tərəfindən sığorta müqaviləsi bağlanarkən xəstəliyi ilə bağlı yanlış məlumat (bu barədə məlumat verməməsinə) verməsinə istinad etmişdir.

18. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, cavabdeh qeyd edilən hala istinad etsə də, sığortalının xəstəliyi ilə bağlı yalnış məlumat verməsi (xəstə olması barədə məlumat verməməsi) halını və bunun nəticəsində sığorta riskini qiymətləndirilməsindən məhrum olmasını süb uta yetirməli idi. Belə ki, sığorta qanunvericiliyində sığorta ödənişindən imtinanın əsası kimi yalnız sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsi halı nəzərdə tutulmuşdur.

19. Lakin araşdırma zamanı xx.xx.2016-ci il tarixli sığorta müqaviləsinin tərkib hissəsi olan ərizə formasının və tibbi məlumatın iddiaçının əri tərəfindən doldurulmadığı müəyyən edilmişdir. Halbuki, Cavabdeh Sığorta Şirkəti ASC ilə iddiaçının mərhum əri X5 arasında “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanan zaman qüvvədə olan qanunvericilikdə də bu sənədlərin doldurulması (sığorta riskinin qiymətləndirilməsi və sair məqsədlər üçün) proseduru müəyyən edilmişdir (mövcud olmuşdur). Bu da onu deməyə əsas vermişdir ki, sığorta şirkəti sığorta müqaviləsi bağlanarkən müqavilənin rəsmiləşdir ilməsi proseduruna riayət etməmişdir. Sığortaçı tərəfindən ərizə forması və tibbi məlumat blankı təqdim edilmədiyi və sığortalı tərəfindən tibbi məlumat vərəqəsi doldurulmadığı halda, cavabdehin sığortalının qəsdən yanlış məlumat verməsinə istinad edərək sığorta ödənişindən imtina etməsi yolverilməzdir, xüsusilə də bu sənədlərin doldurulmamasına (bu barədə məlumatların tələb edilməməsinə) baxmayaraq, sonradan sığorta müqaviləsinin bağlandığı və sığorta haqqının ödənildiyi bir halda. Bu məsələ qüvvədə olan mülki qanunvericiliklə yanaşı, Cavabdeh Sığorta Şirkəti ASC ilə X5 arasında “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanan zaman qüvvədə olan “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydalarında təsbit edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin bu qəbildən olan dəlilləri əsassızdır.

20. Bundan əlavə, sığorta müqaviləsi 01 mart 2016-cı il tarixdə bağlansa da, sığortaçı bundan 7 il sonra sığortalının (hazırkı halda iddiaçının ərinin) xəstəliyi barədə məlumat verməməsinə əsaslanaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh imtinanın əsası kimi çıxış edən bu hala istinad edərək sığorta ödənişinin verilməsindən imtina etməklə qanunvericilikdə nəzərədə tutulmuş 5 illik müddəti ötürdüyündən onun qeyd edilən sığorta hadisəsi üzrə sığorta ödənişindən imtinası qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, sığortalının (xx.xx.2023- cü il tarixdə ölmüş X5) xəstəliyi ilə ba ğlı məlumat vermək vəzifəsini qəsdən icra etməməsi də müəyyən edilməmişdir.

21. Məhkəmə kollegiyası iddiaçıya ödənilməli məbləğə münasibətdə qeyd etmişdir ki, bu hissədə cavabdehin əsas dəlili sığorta ödənişinin qalıq borcdan çox olması istimaqətindədir. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, iddiaçının əri xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bank tərəfindən müvafiq sənədlər əlavə edilməklə sığorta ödənişinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə sığorta tələbi ilə cavabdehə müraciət edilmiş və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə sığorta ödənişinin verilməsindən imtina edilmişdir (sonuncu sənədin xx.xx.2023-cü il tarixdə daxil olduğu nəzərə alınmaqla sığorta ödənişindən imtina edilməsinin qaydalarla müəyyənləşdirilmiş 7 iş günü ötürülməklə). Məhkəmə kolle giyası sığortaçı tərəfindən imtinanın əsassız və qanunsuz olaraq verildiyini nəzərə alaraq hesab etmişdir ki, kredit borcuna görə iddiaçının ərinin ölümündən sonra sığorta ödənişi ilə qalıq kredit borcu bağlanılmalı olduğundan, lakin sığorta şirkəti tərəfindən imtina verildiyindən, iddiaçı da bundan qaynaqlanaraq kredit borcu üzrə ödənişləri davam etdiyindən, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.

22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə o halı da qeyd etmişdir ki, hər bir halda iddiaçının kredit borcunu ödəmək vəzifəsi olmamış, lakin sığorta şirkəti tərəfndən əsassız imtina verildiyi üçün ödənişlərin icra edilməsi onun üzərində qalmışdır. Məhkəmə kollegiyası bu səbəbdən hesab etmişdir ki, iddiaçı tərəfindən borcun qrafik üzrə v axtında ödənilməməsi nəticəsində yaranmış faizlərin də əvəzi cavabdehdən tutulmalıdır. Bununla bağlı məhkəmə kollegiyası o halı da xüsusilə qeyd etmişdir ki, 2023-cü ilin avqust ayından 2025-ci ilin fevral ayına olan zaman kəsimində iddiaçı tərəfindən reallıqda 6.736,86 manat ödəniş edilmiş, lakin iddiaçı iddia ərizəsində 5.565 manat tələb etdiyindən birinci instansiya məhkəməsi də haqlı olaraq cavabdehdən iddiaçının xeyrinə iddia tələbi həcmində pul tutmuşdur. Başqa sözlə, cavabdehdən iddiaçının ödədiyi məbləğdən də az vəsait tutulmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası müəyyən edilmiş məbləğlərlə bağlı müvafiq ekspertizanın keçirilməsi üçün də hər hansı əsas müəyyən etməmişdir.

23. Bundan əlavə, cavabdehin həkim-ekspert kimi məhkəmə iclasında iştirak edən nümayəndəsinin birinci instans iya məhkəməsində izahatına yer verilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı Nümayəndə3 Fərəməzoviçin izahatı dinlənilmiş və nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayəti müdafiə etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 884.2, 884.4, 884.6, 884.6-2, 885.1, 885.2, 885.3, 903.7, 911.2, 917.2, 935.1.6, 935.2-ci madəllərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh Sığorta Şirkəti Açıq Səhimdar Cəmiyyəti (Vəkil2) kassasiya şikayəti verərək, qət namənin ləğv edilməsi və bu barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 911.2, 917.2, 922.1-ci, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halında və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 2.0.11-ci bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77, 97.1 88, 97-ci maddələri pozulmuşdur.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi sığorta hadisəsinin baş veribverməməsini ümumiyyətlə araşdırmamışdır. Çünki, araşdırılan zaman məlum olardı ki, xroniki xəstəliklərdən ölüm riskini cavab deh üzərinə götürməmişdir.

28. Digər tərəfdən, 2014-cü ildə H.Hüseynova Hepatit C diaqnozu qoyulduğundan onun ölümünə səbəb olan xəstəliyin (kəskin və yarımkəskin qaraciyər çatışmazlığı) başlanma tarixi 2016-cı il tarixli sığorta müqaviləsinin bağlanmasından öncəki tarixə təsadüf edir.

29. Lakin apellyasiya instansiyası məhkəməsi sığortalının müqavilə bağlanmasından uzun illər öncə əziyyət çəkdiyini və xroniki xəstəliklərin sığorta təminatında olmadığını araşdırmadan, cavabdehin üzərinə götürdüyü riskləri müəyyən etmədən baş vermiş hadisə üzrə sığorta ödənişi verməli olmasını müəyyən etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı və vəkili Nümayəndə1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2 025-ci il tarixli 2(103)-3102/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum ərinin ölüm səbəbi rəsmi tibbi sənədlərdə “kəskin və ya yarımkəskin qaraciyər çatışmamazlığı” kimi göstərilmişdir. Bu diaqnoz tibbi təsnifata görə kəskin xəstəlik kateqoriyasına daxildir, xroniki xəstəliklə qarışdırıla bilməz. Mərhumla iş üzrə cavabdeh Qala Sığorta ASC arasında bağlanmış həyat sığortası müqaviləsinin şərtinə əsasən (xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 №li şəhadətnamə) ölüm halından sığorta ödənişimə təminat verilmiş, yalnız ağır xroniki xəstəliklər istisna edilmişdir. Ölümün səbəbi isə bu istisnaya aid deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 884.2 sığorta və ya təkrarsığort a müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir;

33. Maddə 884.4 sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir;

34. Maddə 884.6 faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır;

35. Maddə 884.6-2 şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır;

36. Maddə 885.1 sığorta sığortaçıların fəaliyyət isti qamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür;

37. Maddə 885.2 həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir;

38. Maddə 885.3 həyat sığortası sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə görə yalnız şəxsi sığortaya aiddir;

39. Maddə 903.7 elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir;

40. Maddə 911.2 sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir;

41. Maddə 917.2 sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir;

42. Maddə 935.1.6 bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığ ortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina edilməsi hallarından biridir;

43. Maddə 935.2 bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikay ətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehin sığorta ödənişini verməkdən imtina etməsi əsassız olmuşdur.

53. Kollegiya bild irir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Belə ki, sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Mülki Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz (§ 41, 43).

55. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tə rəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(103)3102/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar