Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3508/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh xxx oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh xxx oğluna qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3727/2025 nömrəli, 25 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC-nin kassasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Mərdanov qardaşları küçəsi ilə N.Vəzirov küçəsi istiqamətində hərəkətdə olarkən, Mərdanov qardaşları küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsində “xxx” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar Cavabdeh Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 12 fevral 2023-cü il tarixli ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzə rdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir. 2. 22 iyun 2022-ci il tarixli sığorta aktına əsasən “xxx” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 3 saylı hesabatına uyğun olaraq 32608 manat müəyyən edilmişdir.
3. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 105749 nömrəli sığorta aktına əsasən 27634,27 manat sığorta ödənişi həyata keçirilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1445/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarına əsasən, Cavabdeh şikayəti təmin edilməmiş, Nəsimi RPİ-nin DYPŞ-nin 12 fevral 2023-cü il tarixli ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 3(103) -1095/2023 saylı 30 may 2023-cü il tarixli qərarına əsasən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1445/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı” və ya “Sığorta Şirkəti”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) “xxx” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 27604,44 manat məbləğində vəsaitin və ödənilmiş 173,40 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, dəymi ş zərər “Toyota Prius” markalı, **-UG*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan iddiaçı tərəfindən ödənilmişdir (əvəzlənmişdir). xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olduğuna görə sonuncuya qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də 27.608,44 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
8. İddiaçı vurulmuş maddi zərəri təsdiq edən sübut kimi "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli 3 saylı hesabatı təqdim etmişdir. Hesabatda dəyişilməli hissələrin və xidmətin dəyəri olaraq cəmi 32608 manat ziyan müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qəbul etməyib, Sığorta Şirkətinin əməkdaşının xx.xx.2022-ci il tarixdə ona göndərdiyi xx.xx.2022-ci il tarix li qüsur aktını təqdim etmişdir. Həmin aktda dəymiş ümumi zərər ƏDV daxil olmaqla 24.580 manat müəyyən edilmişdir.
10. Birinci instansiya məhkəməsinin qərardadı əsasında iş üzrə ekspertiza təyin edilmişdir.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyinə görə nəzəri hesablamalar yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “xxx” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 24521 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 22521 manat, təmir-bərpa işlərinin qiyməti 2000 manat, dəyişil məli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 23620 manat, dəyişilməli hissələrin qiyməti 21620 manat, təmir-bərpa işlərinin qiyməti 2000 manat müəyyən edilmişdir.
12. Cavabdeh bildirmişdir ki, təqdim edilən qüsur aktında imzaya və ya möhürə ehtiyac yoxdur, çünki həmin qüsur aktı firmanın rəsmi blankında tərtib edilmişdir. Bundan əlavə iddiaçı tərəf bu qüsur aktının ona qeyri-rəsmi şəkildə təqdim olunmasını bildirsə də, bu, doğru deyil. Çünki akt ona məxsus elektron poçt ünvanına göndərilmişdir. Göndərən şəxs isə şirkətin məsul şəxsidir. Bu halda aktın təqdim edilməsi qeyri-rəsmi hesab edilə bilməz. Həmçinin hazırkı iş üzrə ekspertizanı keçirmiş ekspert işi qəbul etməməli idi. Ekspertiza obyektiv keçirilməyib. Çünki ekspert qüsur aktında olan rəqəmləri təkrarlamış, rəydə dəqiqləşdirilm əmiş arqumentlərə əsaslanmışdır. Buna görə də yenidən ekspertiza keçirilməlidir. Bundan əlavə, subroqasiyanın mahiyyəti şəxsə maddi zərər vuranın pulunu üçüncü şəxsə ödətməkdir. Faktiki baş vermiş hadisə sığorta münasibətlərini əhatə etdiyinə görə “İcbari sığorta haqqında” Qanunun müddəaları tətbiq edilməlidir.
13. Birinci instansiya məhkəməsi cavabdehin vəsatətini rədd etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, rəydə qüsur aktına istinad olunsa da, qeyd edilən rəqəmlərdən görünür ki, qüsur aktında olan rəqəmlər təkrarlanmamışdır.
14. Birinci instansiya məhkəməsi iş üzrə rəy vermiş ekspert X2 dindirmiş və ekspert ifadəsində bildirmişdir ki, ekspertiza keçirilən zaman hər hansı təqdim edilmiş şəklə, videogörüntüyə baxılmır. Həmçinin dəymiş ziyanın hesablanması ilə bağlı idarə binas ının qarşısına avtomobil gətirildiyi hallarda belə, həmin avtomobilə baxış keçirilib ziyan məbləği hesablanmır. Yəni, sadəcə qüsur aktına və özlərinin metodik vəsaitlərinə əsasən hesablamalar aparırlar. Dəymiş zərər real olaraq rəydə göstərdiyi məbləğdir, xx.xx.2022-ci il tarixli qüsur aktı rəsmi blank formasında tərtib edildiyindən, məbləğlər daha ətraflı göstərildiyindən həmin qüsur aktı əsasında rəy vermişdir. Məbləğlər göstərdiyində aşınma nəzərə alınmaqla qeyd edilmişdir. Avtoservislərdən asılı olmaqla qiymət tərəfindən göstərilmiş məbləğdən sadəcə olaraq 200-400 manat arası yüksək və ya aşağı ola bilər. 2021-ci il buraxılışlı “xxx” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən real zərər aşınma nəzərə alınmaqla 23620 manat təşkil edir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkə məsinin 25 dekabr 2023-cü il tarixli, 2(004)4680/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 18620 manat məbləğində sığorta ödənişi və iddiaçının ödədiyi 173,40 manat dövlət rüsumunun 146 manat hissəsi olmaqla, cəmi 18766 manatın iddiaçının xeyrinə tutulması, 50 manat ekspertiza xərcinin cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. (hakim Gülnar Babazadə)
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər Sığorta Şirkəti tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında Sığorta Şirkətinə keçib.
17. Zərərin miqdarına münasibətdə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş 23620 manat əsas götürülməli və qeyd edilən pul vəsaitindən 5000 manat icbari sığorta üzrə əvəzləşdirilmiş məbləğ çıxılmaqla (236205000=18620) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1-21.3, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1, 1114.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert əmtəəşünaslıq ekspertizasını düzgün və qanuni həyata ke çirməmiş, nə üçün Sığorta Şirkətinin birinci verdiyi qüsur aktını qəbul etdiyinin əsaslarını rəyində tam və kifayət qədər açıqlamamışdır. Məhkəmə ekspertizasının əsas mahiyyəti ondan ibarət olmalı idi ki, avtoqəza nəticəsində, yəni toqquşma zamanı real olaraq maşına nə qədər zərər yetirilə bilərdi və bu maşın üzrə təmir edilən ehtiyat hissələrinin qiyməti obyektiv həqiqəti əks etdirirmi? Ekspert rəyi verilən suallar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığını aşkar surətdə göstərsə də, məhkəmənin ekspert rəyini sübut kimi qiymətləndirməsi və bunun əsasında qətnamə qəbul etməsi qanunvericiliyin tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Ekspertiza düzgün keçirilməmişdir və ekspertin gəldiyi nəticələr obyektiv həqiqəti əks etdirmir. Ekspert iddiaçının tə qdim etdiyi qüsur aktında göstərilən ehtiyat hissələrini düzgün hesablamamış və gəldiyi nəticəni kifayət qədər aydınlaşdırmamışdır.
21. Cavabdeh məhkəməyə "xxxx" MMC tərəfindən verilmiş preyskurantı təqdim etmişdir. Həmin sənəddə "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli qüsur aktında qeyd olunan 36 ehtiyat hissələrinin 31-inin qiymətləri və xidmət haqqı 9343 manat göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi ekspertin əsas götürdüyü "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında göstərilənlərlə "xxxx" MMC tərəfindən verilmiş sənəddə (preyskurantda) göstərilənlər arasında əhəmiyyətli fərq və ziddiyyət olduğundan bu ziddiyyəti araşdırmaq üçün iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir.
23. Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli məktubla rəy verməkdən imtina etmiş və bunun səbəbini yerli internet saytlarında həmin avtomobilin ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumatın mövcud olmaması ilə izah etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1943/2024 nömrəli 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova, Məhəmməd Rüstəmli)
25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyi ilə avt omobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 24521 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 22521 manat, təmir-bərpa işlərinin qiyməti - 2000 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 23620 manat, dəyişilməli hissələrin qiyməti 21620 manat, təmir-bərpa işlərinin qiyməti - 2000 manat müəyyən edilmişdir. Ekspert nəzəri hesablamalar yolu ilə və iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən rəy vermişdir.
26. Bundan əlavə rəy vermiş ekspert X3 məhkəmə iclasına dəvət olunmuş, rəyi müdafiə etmiş, dəymiş zərərin real olaraq rəydə göstərdiyi məbləğ olduğunu, xx.xx.2022-ci il tarixli qüsur aktı rəsmi blank formasında tərtib edildiyində n, məbləğlər daha ətraflı göstərildiyindən həmin qüsur aktı əsasında rəy verdiyini, məbləğlərin aşınma nəzərə alınmaqla qeyd edildiyini, avtoservislərdən asılı olaraq qiymətlərin tərəfindən göstərilmiş məbləğdən sadəcə olaraq 200-400 manat arası yüksək və ya aşağı ola biləcəyini bildirmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirsə də, həmin rəyin mötəbərliyini şübhə altına alan ilkin sübutlara istinad etməmişdir. Buna baxmayaraq, apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Yol-nəqliyyat hadisəsi nəticəsində “xxx” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği yuxarıda adı çəkilən sənədlərdə göstərilən qiymətlər arasındakı uyğunsuzluq nəzərə alınmaqla yenidən müəyyən edilsin.
2. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə cədvəlində (i.v.29) göstərilən ehtiyat hissələrinin qiyməti və onların dəyişdirilməsi üçün xidmət haqları həmin tarixdə və hazırkı dövrdə mövcud bazar qiymətlərinə uyğundurmu? Əgər uyğun deyilsə, qeyd olunan tarixdə və hazırda mövcud bazar qiymətləri əsasında qiymətlər və xidmət haqları müəyyən edilsin. Lakin Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli məktubla rəy verməkdən imtina etmiş və bunun səbəbini yerli internet saytlarında həmin avtomobilin eh tiyat hissələrinin satışına və qiymətinə dair məlumatın mövcud olmaması ilə izah etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara, birinci instansiya məhkəməsində işə baxılarkən müvafiq ekspertiza keçirilməsinə, həmin rəydə göstərilənləri təkzib edən sübutlar təqdim olunmadığına istinad edərək, 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyinin mötəbərliyini qəbul edib və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşdığı göstərmiş, elə bu əsasla da təkrar ekspertiza təyin olunması barədə iddiaçının nümayəndəsinin vəsatətini əsassız saymışdır.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1114.1-ci, MPM-in 77.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiy a instansiyası məhkəməsindəki birinci icraat
30. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1127/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1943/2024 nömrəli, 24 dekabr 2024cü il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
32. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - iddiaçı cavabdehə qarşı subroqasiya qaydasın da iddia verərək, cavabdehdən “xxx” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin - 27604,44 manat məbləğində vəsaitin tutulmasını tələb edir; - işin müəyyən olunan hallarına görə “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları” əsasında “xxx” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobil 70000 manat sığorta dəyəri olmaqla, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır; - cavabdeh xx.xx.2022-ci il tarixdə “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq “xxx” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq sonuncu nəqəliyyat vasitəsinin sahibinə maddi zərər vurmuşdur; - vuru lan zərərin məbləği "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 3 saylı hesaba əsasən 32.608,44 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 105749 saylı sığorta aktında "xxxx" MMC-nin hesabına iddiaçı tərəfindən 32.608,44 manat pulun köçürüldüyü əksini tapmışdır; - bu halda Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən iddiaçının sığorta ödənişini vermiş sığortaçı olaraq, subroqasiya qaydasında cavabdehdən ödənişi tələb etmək hüququ vardır; - lakin cavabdeh vurulan ziyanın məbləğini mübahisələndirir. Bu halda iddiaçı tələbin həcmi barədə sübut təqdim etmək vəzifəsi daşıyır; - iddiaçı ziyanın məbləğini "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 3 saylı hesaba əsasən 32.608,44 manat müəyyən etmiş və məhz həmin hesab ata istinad edərək, hazırki iddianı vermişdir. Cavabdeh əvvəldən bu rəyin mötəbərliyini şübhə altına almış, mövqeyini ümumən onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin qiymətləndirmədə mənafeyi vardır; - cavabdehin bu dəlili aşıq-aşkar əsassız deyildi. Çünki təqdim edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktından da görünür ki, zərərin məbləği kimi müəyyən olunan 32.608,44 manat pul məhz ziyanın məbləğini (avtomobilin təmir xərclərini) müəyyən etmiş "xxxx" MMC-nin hesabına ödənilmişdir; - bundan başqa, cavabdeh "xxxx" MMC-nin eyni avtomobilə vurulan ziyanın məbləğinə dair fərqli nəticəni əks etdirən, yəni ziyanın 24.580 manat olduğunu müəyyən edən, Sığorta Şirkətinin əməkdaşının xx.xx.2022-ci il tarixdə ona göndərdiyi xx.xx.2022-ci il tarixli qüsur aktını təqdim etmişdir; - həmin qüsur aktında dəyişdirilməli olan 36 ədəd hissələrin qiyməti 22580 manat, 2000 manat təmir xərci qeyd edilib. Həmçinin ehtiyat hissələrinin böyük hissəsinin sifarişlə gətirilməli olduğu göstərilib; - buna əsasən cavabdeh xx.xx.2022-ci il tarixli qüsur aktının da mötəbər olmadığını, müəyyən olunan qiymətlərin mənbəyinə dair məlumatların məlum olmadığını əsas gətirmiş və məhkəmə tərəfindən həmin dəlillər nəzərə alınaraq ekspertiza təyin edilmişdir; - ekspert avtomobilin təmiri üçün zəruri olan ehtiyat hissələrinin qiymətlərini bazar qiymətlərini əks etdirən məlumat mənbələri əsasında müəyyən etməli idi. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyinin “Tədqiqi hissə”sində də qeyd olunmuşdur ki, “malın (işin, xidmətin) bazar qiyməti müəyyə nləşdirilərkən və təcbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja katirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və hakimiyyət orqanlarının məlumat bazalarından, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq olaraq aparılmış tədqiqat nəticəsində, qərardadda qeyd edilən avtomobilin təmir bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr bazarında (mağazalarında) və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur”; - lakin ekspert verdiyi rəydə bu mənbələrin məlumatlarını açıqlamamış, əksinə, “ Təqiqatın nəticələri” bölməsində qeyd etmişdir ki, “nəzəri hesablamalar yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “xxx” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 24521 manat,... müəyyən edilir”; - məhkəmə iclasında dindirilmiş ekspert X3 da ifadəsində bildirmişdir ki, sadəcə qüsur aktına və özlərinin metodik vəsaitlərinə əsasən hesablamalar aparırlar. xx.xx.2022ci il tarixli qüsur aktı rəsmi blank formasında tərtib edildiyindən, məbləğlər daha ətraflı göstərildiyindən həmin qüsur aktı əsasında rəy vermişdir; - cavabdeh həmin rəyə etiraz etmiş və ona əsaslanmışdır ki, ekspert qüsur aktında olan rəqəmləri təkrarlamış, dəqiqləşdirilməmiş arqumentlərə əsaslanmışdır. Məhkəmə cavabdehin vəsatətini rədd edərək göstərmişdir ki, rəydə qüsur aktına istinad olunsa da, qüsur aktında olan rəqəmlər təkrarlanmamışdır; - halbuki, həqiqətən də ekspert 31 adda ehtiyat hissəsinin qiymətini qüsur aktında hər biri üçün müəyyən olunan eyni qiymətlə müəyyən etmişdir. Həmçinin görülməli olan təmir işlərinin qiyməti də qüsur aktında müəyyən olunan rəqəmlə eynidir; - apelyasiya instansiyası məhkəməsi təkrar ekspertiza təyin etmiş olsa da, ekspert rəy verməkdən imtina etmişdir. Bu halda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində verilən 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyinin mötəbərliyini qəbul et miş, bu nəticəyə gəlməsini onunla əsaslandırmışdır ki, həmin rəydə göstərilənləri təkzib edən sübutlar təqdim olunmamışdır; - halbuki cavabdeh ekspert rəyində müəyyən olunan qiymətləri təkzib edən sübut olaraq "xxxx" MMC tərəfindən verilmiş sənədi (preyskurantı) təqdim etmişdi və apellyasiya instansiyası məhkəməsi məhz həmin sübuta istinad edərək təkrar ekspertiza təyin etmişdi; - göründüyü kimi, avtomobilə vurulmuş zərərin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsi, ekspert rəyinin əsassız olduğu barədə cavabdehin dəlilləri üzrə apelyasiya instansiyası məhkəməsi tərədindən tam araşdırma aparılmamışdır; - Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır; - Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nai l olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - bununla belə qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edi lməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı); - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarılmışdır; - işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun o laraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-nin 88- ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3727/2025 saylı, 25 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4680/2023 nömrəli qətnaməsinin 18.620 manat tutulmasına aid hissədə dəyişdirilmiş, cavabdehdən Sığorta Şirkətinin xeyrinə subroqasiya qaydasında zərərin əvəzi kimi 6.369,07 (altı min üç yüz altmış doqquz tam yüzdə yeddi) manat pulun tutulması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmə dən saxlanılması qət edilmişdir. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov).
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə zərərin məbləği barədədir, yəni cavabdeh zərər vurduğunu etiraf edir, lakin zərərin əvəzi kimi ondan tələb olunan məbləğin şişirdildiyini bildirir.
35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, zərərin məbləğinin 32.608,44 manat olduğunu müəyyən edən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 3 saylı hesabı (iş v. 29) mötəbər sübut sayıla bilməz. Bunun 3 səbəbi var. Birinci, həmin MMC-nin qiymətləndirmədə marağı var, çünki sığorta aktında (iş v. 27) MMC “məbləği alan” kimi göstərilib və ödəniş tapşırığına əsasən (iş v. 32, 33) sığorta ödənişi MMC-nin bank hesabına ödənilib. İkinci, həmin MMC-nin eyni a vtomobilə dair verdiyi başqa sənəddə (təmir aktında) zərərin fərqli məbləgi göstərilib. Belə ki, təmir aktında dəyişilməli olan ehtiyat hissələrin qiymətinin 22.580 manat, təmir işlərinin qiymətinin 2.000 manat, zərərin ümumi məbləğinin 24.580 manat olduğu qeyd edilib (iş v. 107). Üçüncü, həmin MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli 3 saylı hesabda qiymətlərin mənbəyi göstərilməyib.
36. Apellyasiya instansiyası məhkəməsi zərərin məbləğinin 23.620 manat (dəyişilməli hissələrin qiymətinin 21.620 manat, təmir-bərpa işlərinin qiymətinin 2.000 manat) olduğunu müəyyən edən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyini (iş v. 92) mötəbər sübut kimi qəbul etməmiş və bunu iki səbəblə əsaslandırmışdır. Birinci, həmin ekspert rəyi verilərkən "xxxx" MMC-nin x x.xx.2022-ci il tarixli 3 saylı hesabına istinad olunub, bu hesabın isə mötəbət sübut sayılmadığı yuxarıda əsaslandırılıb. İkinci, ekspert rəyindəki məbləğ nəzəri hesablama yolu ilə müəyyən edilib.
37. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çatdırıb ki, yuxarıda adı çəkilən ekspert rəyi birinci instansiya məhkəməsində icraat zamanı verilib. Apellyasiya icraatı zamanı zərərin məbləğinin müəyyən edilməsi üçün təkrar ekspertiza təyin edilsə də, ekspert ekspertiza aparılmasından imtina edib, imtinanı onunla əsaslandırıb ki, yerli internet saytlarında 2021-ci il buraxılışlı “xxx” markalı avtomobilin ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumat mövcud deyil, bu səbəbdən də ekspertin qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı.
38. Apellyasiya instansiyası məhkəmə si cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin “Preyskurant”ına istinadən göstərmişdir ki, “xxx” markalı 055D004 dövlət qeydiyyat nişanlı avtomobildə dəyişilməli olan hissələrin qiyməti 9.343.24 manat təşkil edir (iş v. 213).
39. Apellyasiya icraatı zamanı cavabdeh bildirmişdir ki, dəyişilməli olan hissələrin qiymətinin 9.343.24 manat olması ilə razılaşır, o cümlədən təmir-bərpa işlərinin məbləği kimi ekspert rəyində göstərilən məbləğlə, yəni 2.000 manatla razılaşır. Cavabdeh zərərin məbləğinin 11.343,24 manat (9.343,24 manat + 2.000 manat) təşkil etdiyini etiraf edir. Zərərin məbləği kimi müəyyən olunan 11.343,24 manatdan icbari sığorta müqaviləsi əsasında ödənilmiş 4.974,17 manat çıxıldıqda qalan məbləğ 6.369,07 manat təşkil edir.
40. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdı r ki, sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərin məbləğini müəyyən edərkən mötəbər sübutlardan istifadə etməlidir ki, sonradan subroqasiya qaydasında zərərin əvəzini tələb edə bilsin. İddiaçı özü özünü bu imkandan məhrum etmiş, sığorta ödənişi verənə qədər zərərin məbləği barədə mötəbər sübutlar əldə etməmişdir. Buna görə də zərərin məbləği müəyyən edilərkən cavabdeh tərəfindən etiraf olunan məbləğ əsas götürülməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi subroqasiya qaydası nda zərərin əvəzi kimi tutulmalı olan məbləğə aid hissədə dəyişdirilməli, həmin məbləğ 6.369,07 manat müəyyən edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
43. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə iddia tələbinin həcmi ilə, vurulan zərərin məbləği barəsindədir. İş materiallarında olan sığorta müqaviləsinə əsasən, Sığorta Şirkəti ilə zərərçəkən Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında xx.xx.2022-xx.xx.2023-cü illər aralığında qü vvədə olan könüllü sığorta müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin “Əlavə şərtlər və təminatlar”adlı bölməsinə əsasən, tərəflərin razılaşmasına uyğun olaraq sığortalanmış nəqliyyat vasitəsinin təmiri sığortaçının seçiminə əsasən, rəsmi təmir müəssisəsində həyata keçiriləcək. Ümumiyyətlə, könüllü sığorta müqaviləsindən yaranan münasibətlər, zərərin müəyyən edilməsi, sığorta ödənişinin edilməsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası (könüllü sığorta) üzrə sığorta qaydaları”ilə tənzimlənir. Zərər dəymiş nəqliyyat vasitəsinin rəsmi servisi "xxxx" MMC-nin təqdim etdiyi və iddiaçının ixtisaslı ekspertləri tərəfindən də yoxlanılmış qüsur aktına əsasən, sığortalanmış əmlaka 32608 AZN (iş materiallarında həm xarici dildə, həm də ana dilində olan forması mövcuddur.) zərər dəymişdir. Sığortalanmış əmlak yeni olmuş, cəmi 1 il istismar edilmiş, bazar dəyəri hadisə vaxtına kifayət qədər baha olmuş və sığorta müqaviləsi üzrə sığorta dəyəri 70000 AZN olaraq qiymətləndirilmişdir. Sığorta qaydalarına uyğun olaraq sığortalanmış əmlaka dəymiş zərərin məbləği sığortaçının seçimi əsasında müxtəlif formada ödənilə bilər. Bu seçimlərdən biri də, əmlakın təmir və ya bərpasıdır. İddiaçı özü sığorta ödənişinin məbləğində maraqlı tərəf olduğuna görə, dəymiş ziyan razılaşmaya və müqavilə şərtlərinə uyğun olaraq həmin nəqliyyat vasitəsinə, onun bazar dəyərinə, texniki xüsusiyyətlərinə dair məlumatlara sahib olan, eyni markaya dair nəqliyyat vasitələrinin bilavasitə təmiri ilə məşğul olan öz rəsmi servisi tərəfindən təmir edilmişdir. Apellyasiya məhkəməsi b ildirmişdir ki, bu qüsur aktı mötəbər sübut sayıla bilməz, çünki rəsmi servisin bu qiymətləndirmədə marağı var. Lakin sual yaranır, təmirə görə ödəniş təmiri həyata keçirən subyektə ödənilməsə, kimə ödənilməlidir? Nəqliyyat vasitəsini məhz sözügedən servis təmir etmiş, iddiaçı da təmirin aparılması üçün tələb olunan xərci servisə ödəmişdir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, sığorta şirkəti bir maliyyə qurumudur və artıq maliyyə itkisinin yaranması iddiaçının mənafeyinə ziddir. Rəsmi servisin qiymətləndirməsi şirkətin ixtisaslı ekspertləri tərəfindən təkrarən yoxlanılır, xüsusilə böyük məbləğlərdə onlarla rəhbərlik nümayəndələrinin baxışından keçdikdən sonra təsdiq edilir. Yeri gəldikdə hətta əməkdaşlıq çərçivəsində sığorta ödənişinə güzəştlər, endirimlər tətbiq edilir. Büdcədən əsass ız pul çıxılması şirkətin lehinə deyil, əleyhinədir. Bununla belə, Ali Məhkəməsinin qərarına əsasən, nəqliyyat vasitəsinin qiymətləndirilməsində servisin qiymətləndirmə marağı olması əsası ilə iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılsa da, məhkəmə bu dəfə də cavabdeh tərəfindən bir tərəfli qaydada təqdim edilmiş "xxxx" MMC-nin aktına əsaslanaraq iddia tələbini böyük həcmdə azaltmışdır. Halbuki işin geri qaytarılma səbəbi özü işin obyektiv araşdırılması ilə bağlı olmuşdur. Məhkəmə işin dəqiq araşdırılması üçün müstəqil ekspertə ekspertizanın tapşırılmasını həvalə etmək əvəzinə, cavabdehin mövqeyindən çıxış edən, onun təqdim etdiyi aktı kifayət hesab etmişdir. İddiaçının servis vasitəsi ilə qiymətləndirərək təqdim etdiyi əsaslandırılmış qüsur aktını mö təbər hesab etməyən məhkəmə cavabdehin birtərəfli olaraq əldə edib təqdim etdiyi rəsmi servis belə olmayan bir subyektin rəyini əsaslı hesab etmişdir. Məhkəmə bildirmişdir ki, iddiaçı mötəbər sübutlar təqdim etməmişdir. Lakin iddiaçı qanunsuz və ya ondan kənar heç bir hərəkət etməmiş, zərəri özü də qiymətləndirə bilərkən razılıq əsasında məhz öz rəsmi servisində təmir etdirmişdir. Həmçinin hadisə baş verən tarixlərdə, bilavasitə nəqliyyat vasitəsinə baxış keçirən, zərər dəymiş ehtiyat hissələrini real olaraq araşdıran rəsmi servisin rəyinin mötəbərliyinə şübhə duyan məhkəmə zərərçəkmiş nəqliyyat vasitəsini görməyən, hadisə zamanı yaranmış zərər və deformasiyanı görməyən bir qiymətləndirmə mərkəzinin rəyinin mötəbərliliyinə şübhə duymamışdır. Həmçinin könüllü sığorta qaydalarına əsasən, had isə baş verən tarixdə 2 ildən az müddətə istismar edilmiş nəqliyyat vasitələrinə dəymiş zərərin həcmi hesablanarkən köhnəlmə faizi hesablanmamalıdır. Göründüyü kimi sığortalanmış əmlak yeni olmuş və cəmi 1il müddətinə istismar edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüq uq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 11 08.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik ed ən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 109 1.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğ u vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadı nı qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. K assasiya şikayətində qətnamə apellyasiya baxışının predmeti olan hissə üzrə iddianın təmin edilməyən hissəsində mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, həmin hissədə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, mübahisələndirilən hissədə qanuni və əsaslı qət namə qəbul etmişdir.
51. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlər üzrə zərərin məbləği ilə bağlı işdəki sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcllənin 88, 103 və 206.1-ci maddələrinə uyğun qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyən etmişdir. (bax:35-41-ci bəndlər)
52. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
53. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında əks edilənlər baxımından əsaslı sayıla bilməz.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mü bahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3727/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.