Məhkəmə qərarları › İş №2(102)-1774/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1774/2024

31.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1774/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, X3, X5, Cavabdeh5 Bakir oğluna, Cavabdeh2, Cavabdeh8 Bakir oğluna, Cavabdeh3, Cavabdeh6, Salmanov Fizuli Həsən oğluna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə haqqı ödənilməklə, mənzillə təmin etməklə, mənzildən çıxarılma” tələbinə dair ilk və iddiaçı Salmanov Fizuli Həsən oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı “evin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, zərərin ödənilməsi, h üquqi müəyyənlik prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)1251/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Salmanov Fizuli Həsən oğlu və ilk iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsi, habelə həmin ünvanda yerləşən 16 saylı mənzil Salmanov Fizuli Həsən oğlunun mülkiyyətindədir.

2. Bakı şəhəri Nəsim i rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın surətinə, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin 18 fevral 2002-ci il tarixli texniki pasportuna əsasən, Salmanov Fizuli Həsən oğluna məxsus mənzilin ümumi sahəsi 171,3 kv.m. (4 otaq) olmuşdur.

3. Həmçinin, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində istifadədə olan 0,03399 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 13 otaqlı 175,4 kv.metr yaşayış, 114,6 kv.metr köməkçi sahədən ibarət 117 nömrəli fərdi yaşayış evinin 9/40 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətindədir.

4. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİnin 03 mart 2017-ci il tarixli aktının surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 119 ünvanında yerləşən yaşayış evləri mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir, yaşayış evləri və qeyri-yaşayış sahələri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir.

5. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 280 nömrəli, 03 noyabr 2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMCnin istifa dəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, X3, X5, Cavabdeh5 Bakir oğluna, Cavabdeh2, Cavabdeh8 Bakir oğluna, Cavabdeh3, Cavabdeh6, Salmanov Fizuli Həsən oğluna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 2 ünvanında faktiki sahəsi 62,5 kv.m. olan 3 otaqlı 7 nömrəli mənzilin sökülməsi, mülkiyyətçisi Cavabdeh1, həmçinin həmin mənzildə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə X7, X8, Cavabdeh5 Bakir oğlu, Cavabdeh2, Cavabdeh8 Bakir oğlunun mənzild ən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 75 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, ünvan 4-nin sökülməsi, mülkiyyətçi Cavabdeh3 ailə üzvü Cavabdeh6 ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsi, ünvan 3 ünvanında yerləşən mənzilin sökülməsi, mülkiyyətçisi Salmanov Fizuli Həsən oğlunun mənzildən çıxarılmasını və İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilər ək) 132 kv.metr təmirli mənzilin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh1 ünvan 2 ünvanında faktiki sahəsi 62,5 kv.m. olan 3 otaqlı 7 nömrəli mənzilin mülkiyyətçisidir. X7, X8, Cavabdeh5 Bakir oğlu, Cavabdeh2, Cavabdeh8 Bakir oğlu həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa Cavabdeh3 ünvan 4 ünvanında faktiki sahəsi 50 kv.m. mənzilin mülkiyyətçisidir. Cavabdeh6 isə həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa Salmanov Fizuli Həsən oğlu ünvan 3 ünvanında faktiki sahəsi 95 kv.m. mənzilin mülkiyyətçisidir. Qeyd olunan ünvanlardakı tikililər ötən əsrin əvvəllərində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Belə ki, Azərbaycan Respublikasının Nazirl ər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müva fiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH Başçısının 03 noyabr 2018-ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Müqavilənin öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20% artıq ol maqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kirayə haqlarının verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin cavabdehlər onlara edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real (yalnız pul) kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri həmin ünvanlarda yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək 03 mart 2018-ci il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən həmin ünvanlarda yerləşən binanın dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərin aşınaraq tökülməsi armaturların ciddi korroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədir. Dam örtüyü istismar nəticəsində yararsız hala düşmüş, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəslərinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İddiaçı tərəfindən müvafiq akt alındıqdan sonra 41 saylı MKİS vasitəsi ilə cavabdehlərlə əlaqə saxlanılıb və real vəziyyət, yəni onlara məxsus mənzillərin qəzalı vəziyyətdə olması barədə dəfələrlə məlumat verilmişdir. Lakin cavabdehlər yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə külli miqdarda kompensasiya tələb etmiş və qəzalı vəziyyətdə olan mənzillərindən çıxmayaraq öz həyatlarını təhlükəyə atmışlar.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2 021-ci il tarixli, 2(006)898/2021 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 2 ünvanında faktiki sahəsi 80,08 kv.m. olan 3 otaqlı mənzilin sökülməsi; mülkiyyətçisi Cavabdeh1 həmin mənzildə qeydiyyatda olan ailə üzvləri - X7, X8, Cavabdeh5 Bakir oğlu, Cavabdeh2, Cavabdeh8 Bakir oğlu ilə birlikdə mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 96 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə veril məsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, faktiki sahəsi 39,4 kv.metr olan 117 saylı evin sökülməsi; mülkiyyətçisi Cavabdeh3 ailə üzvü Cavabdeh6 ilə birlikdə mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsin də yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 5 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzilin sökülməsi; mülkiyyətçisi Salmanov Fizuli Həsən oğlunun mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzilin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması işin mübahisəsiz halıdır. Həmçinin istismar müddəti keçmiş, qəzalı mənzildə cavabdehlərin yaşamağa davam etməsi onların və ailə üzvlərinin həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü, Mənzil Məcəlləsinin 15, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006)-898/2021 nömrəli qətnaməsinin ona münasibətdə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı Salmanov Fizuli Həsən oğlu apellyasiya baxışında qarşılıqlı iddia verərək, ünvan 6 ünvanda İddiaçı MMC-nin onun xəbəri olmadan özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 171,3 kv.m. olan fərdi yaşayış evi və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilərək bərpa edilməsi; ona vurulan mənəvi zərərə, keçirdiyi psixoloji sarsıntılara görə 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi; evinin təmirinə xərclədiyi 137000 manat məbləğində pulun, yaşayış evinin aşağı hissəsində təmirli şəraiti olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar ə ldən çıxmış faydaya görə 2017-ci il üçün 10 ay x 650 = 6500 manat, 2018-ci il üçün, 2019-cü il üçün, 2020-ci il üçün, 2021-ci il üçün, 48 ay x 650 = 31200 (cəmi olaraq 37700 manat), oğlunun kirayə haqqı cəmi: bunlardan 2018, 2019, 2020 və 2021-ci il üçün 48 ay x 650 = 31200 manat, ev sökülərkən içəridə qalmış əmlakların məhv edilməsi nəticəsində ona vurulmuş maddi ziyanın dəyəri isə 45000 manat məbləğində olmaqla, ümumilikdə 282100 manat məbləğində maddi zərərə və əldən çıxmış faydaya əsasən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.

13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Salmanov Fizuli Həsən oğlu ünvan 5 ünvanında əvvəl bir otaqlı, sonradan iki otaqlı mənzil alaraq birləşdirmiş, əsaslı təmir işləri görərək evi 3 mərtəbəyədək qaldırmış, təmir etmiş və 220 kv.m. ölçüdə istifadəsində saxlamışdır. Binanın aşağı mərtəbəsində qapısı küçəyə açılan 40 kv.m. ölçülü qeyriyaşayış sahəsi də mülkiyyətində olmuşdur. Lakin 2018-ci ildən başlamaqla tikinti şirkətinin nümayəndələri ərazini yaşanmaz vəziyyətə gətirmiş, oğlu Elsevər Salmanov kirayəyə köçərək maddi ziyana uğramışdır. İddiaçı şirkət ilkin olaraq ərazinin işıqlarının söndürülməsinə nail olmuş, sonradan qazın fasilələrlə verilməsi, ətraf məhəllədə söküntünün aparılması nəticəsində evdə yaşamaq mümkünsüz vəziyyətə gəlmişdir. Ərazidə narkomanlar, kriminal meylli şəxslər yığılması, evdə oğurluq hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Nəticədə o, ailəsi ilə evdən köçüb getməyə məcbur olmuşdur. Onun mübahisəli evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlə t Reyestr Xidmətində qeydə alınmış və ona müvafiq çıxarışlar verilmişdir. 2002-ci ildə və 2017-ci ildə tərtib edilmiş sənədlərlə müəyyən edilmişdir ki, onun üç mərtəbəli evinin ümumi sahəsi 171.3 kv.m. + 39.1 kv.m-dən ibarətdir. Mərtəbələrarası meydançanın sahəsi isə 49 kv.metr olmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10183/2021 nömrəli qətnaməsi ilə (hakim V.Ə.İbayevin sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və R.M.Həsənovdan ibarət tərkibdə) cavabdeh Salmanov Fizuli Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006)-898/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 5 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzil və 39.1 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi, mülkiyyətçisi olan Salmanov Fizuli Həsən oğlunun mənzil və qeyriyaşayış sahəsindən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil və 40 kv.metr təmirli qeyri-yaşayış sahəsinin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi, Salmanov Fizuli Həsən oğlunun qarşılıqlı iddiası isə qismən təmin edilərə k, İddiaçı MMC-dən mənəvi ziyana görə 10000 manatın tutularaq Salmanov Fizuli Həsən oğluna ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipi ilə əlaqədar yol verilmiş prosessual pozuntuları nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayətinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)898/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə dəlili əsaslıdır və həmin qətnamə ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh4 iştirakı təmin olunmamaqla o, cavabdeh kimi məhkəmə prosesində dəlillərini irəli sürmək, sübutlar təqdim etmək, qarşılıqlı iddia irəli sürmək və s. hüquqlarından məhrum olmuşdur.

16. Apellyasiya şikayə tində daha sonra göstərilir ki, işə əlavə edilmiş 2017-ci ilə aid olan FHN-nin və digər məzmunlu ekspertiza rəyləri reallığı əks etdirmir və ümumi xarakterlidir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırda ünvan 7 ünvanda Salmanov Fizuli Həsən oğluna seriya RX № ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə məxsus olan 39.1 kv.m. qeyri-yaşayış sahəsi, seriya RX № ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə məxsus olan 50 kv.m. mənzil sökülmüşdür. İddiaçı MMC həmin sökülmüş qeyri-yaşayış sahəsi və mənzilin əvəzinə həmin yerdə yeni tikiləcək binada 132 kv.metrlik mənzil və 40 kv.metrlik qeyriyaşayış sahəsinin verilməsini təklif edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh4 mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə edilən təklif mütənasib və ədalətlidir.

17. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli Qərarları və Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və T ikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndi ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh Salmanov Fizuli Həsən oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)10183/2021 nömrəli qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(102)-2225/2023 nömrəli qə rarı ilə (hakim Z.Ə.Əliyevin məruzəsi ilə, hakimlər İ.R.Xələfovdan və A.Q.Hüseynovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10183/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

20. Kassasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 280 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin şirkət sərəncamın icrası çərçivəsin də müvafiq tədbirlər görmüş, Cavabdeh4 məxsus sahələr sökülmüşdür. Qeyd olunanlar, müdaxilənin varlığına dəlalət edir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyü müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuşdur. Həmin aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür. Bununla belə, qəzalı vəziyyətdə olan və mövcud şəhərs alma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.

22. Kassasiya kollegiyası hesab etmişdir ki, hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi qətnaməsində qarşılıqlı iddiaçıya dəyən zərərin tam olaraq kompensasiya edildiyini əsaslandıra bilməmişdir.

23. Baxılan işdə qarşılıqlı iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi yuxarıda qeyd edilən çıxarışa əsasən 39,1 kv.m.-dir. Mənzilin sahəsi isə dövlət reyestrindən verilmiş çıxarışda 50 kv.m. göstərilsə də, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın surətindən, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2002-ci il tarixli texniki pasportundan görünür ki, Salmanov Fizuli Həsən oğluna məxsus mənzilin ümumi sahəsi 171,3 kv.m. (4 otaq) olmuşdur.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddiaçıya dəyən zərərin kompensasiyası müəyyən edilərkən ona məxsus mənzilin qeyd edilən rəsmi sənədlərdəki sahəsi nəzərə alınmalıdır.

25. Belə ki, hətta torpaqların dövlət ehtiyacları üçün alınması halında, yazılı sə nədlərlə təsdiqlənən, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə hüquqları olan şəxslər kompensasiya almaq hüququna malikdirlərsə, özəl və ya digər ehtiyacdan irəli gələn söküntü (köçürmə) halında şəxsin yuxarıda qeyd edilən sərəncam və texniki pasportla təsdiqlənən yaşayış sahəsinin tam həcminə görə kompensasiya almaq hüququ şübhəsizdir.

26. Buna baxmayaraq apellyasiya məhkəməsi qarşılıqlı iddiaçıya məxsus 171,3 kv.m. mənzilin sökülməsi əvəzində ona həmin ünvanda inşa ediləcək binada 20% əlavə ilə 132 kv.metr mənzilin verilməsini qət etmişdir. Belə olan halda, qarşılıqlı iddiaçıya məxsus mənzilin sahəsinə dair dövlət orqanlarının verdiyi sənədlərdəki sahə ilə ona verilən sahə arasındakı fərqin kompensasiya edilməməsinin səbəbi lazımi şəkildə əsaslandırılmamışdır.

27. Bundan ə lavə, mülkiyyətçinin mənzildən məhrum olması nəticəsində yaranan ziyan aylıq 500 manat kirayə haqqı ilə əvəzləşdirilsə də, qeyri-yaşayış sahəsinə münasibətdə əldən çıxmış faydanın kompensasiya edilməsi barədə Cavabdeh4 tələblərinə müvafiq hüquqi qiymət verilməmişdir. Qeyd edilənlər Cavabdeh4 məxsus daşınmaz əşyaların sökülməsinin əvəzi kimi ona verilən sahə və pul kompensasiyasının mütənasib və ədalətli olmadığına dəlalət edir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

29. Apellyasiya baxışı zamanı Fizuli Salmanov iddia ərizəsinə etiraz-mülahizə təqdim edərək göstərmişdir ki, binanın aşağı qeyri-yaşayış sahəsi 2016-2017-ci illərdə icarəyə verilmiş və ondan faydalanılmışdır. MTK-nın yaratdığı dözülməz vəziyyətə görə icarə münasibətləri pozulmuş və nəticədə maddi ziyana uğramışdır. ünvan 8 ünvanda İddiaçı MMC-nin özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178,3 kv.m olan fərdi yaşayış evinin əvəzi olaraq 712000 manat verilməlidir. Həmin mənzilin 2018-ci ilin yanvarın 1-dən hazırki tarixədək icarə dəyərinin əvəzi olaraq 32400 manat verilməlidir. ünvan 8 ünvanda İddiaçı MMC-nin özbaşına olaraq sökdüyü ona məxsus ümumi sahəsi 39,1 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq 230000 manat verilməlidir. Həmin qeyri-yaşayış sahəsinin 2018-ci ilin yanvarın 1-dən hazırki tarixədək icarə dəyərinin əvəzi olaraq 46300 manat verilməlidir. Ümumilikdə ******* manatın qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə məqbul bilərsə bu kompensasiyanı ünvan 8 ünvanda İddiaçı MMC-nin sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178,3 kv.m olan fərdi yaşayış evi və 39,1 kv.m qeyri-yaşayış sahəsinin müqabilində dağıdılmış əmlakın yerində inşa olunan yaşayış evindən 60 kv.m qeyri-yaşayış sahəsi, 136 kv.m iki mənzil, 1 ədəd qaraj sahəsi və 450000 manat kompensasiya pulunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi formasında da həll edə bilər. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində vurulmuş 50000 manat mənəvi ziyana görə pulun İddiaçı MMC-dən alınaraq ona ödənilməsi də ədalətlidir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-1251/2023 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqo vun sədrliyi və məruzəsi ilə, hakimlər M.Ə.Rüstəmlidən və A.Ə.İsgəndərovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(006)-898/2021 nömrəli qətnaməsinin qismən – mübahisələndirilən hissələrdə (Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 aid) ləğv edilməsi, həmin hissələrdə ilkin iddianın və Cavabdeh4 qarşılıqlı iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Salmanov Fizuli Həsən oğluna məxsus 139,2 kv.m. yaşayış və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 139,2 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 167,04 kv.m. sahəsi olan mənzil və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh4 İddiaçı MMC tərəfindən təhvil verilməsi, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı və 650 manat icarə haqqı hesablanmaqla İddiaçı MMC tərəfindən Salmanov Fizuli Həsən oğluna ödənilməsi, mənəvi zərərin əvəzi olaraq İddiaçı MMC-dən 10000 manatın tutulub Salmanov Fizuli Həsən oğluna verilməsi, ilk və qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində ye rləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Cavabdeh3 məxsus 65,25 kv.m. yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 65,25 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 78,3 kv.m. sahəsi olan mənzil Cavabdeh3 İddiaçı MMC tərəfindən təhvil verilməsi, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı hesablanmaqla İddiaçı MMC tərəfindən Cavabdeh3 ödənilməsi və aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

31. Apellyasi ya kollegiyası ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər Fizuli Salmanov və Cavabdeh3 iştirakı təmin olunmamaqla onların cavabdeh kimi məhkəmə prosesində dəlillərini irəli sürmək, sübutlar təqdim etmək, qarşılıqlı iddia irəli sürmək və s. hüquqlarından məhrum olduğu üçün qətnamə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 münasibətdə ləğv edilməlidir. 32. ünvan 9 ünvandakı qeyri-yaşayış sahəsi, habelə həmin ünvanda yerləşən 16 saylı mənzilin üzərində Cavabdeh4 mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli çıxarışlarla təsdiqlənir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Fövqəladə H allar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2017-ci il tarixli aktının surətinə əsasən ünvan 10 ünvanında yerləşən yaşayış evləri mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir, yaşayış evləri və qeyri-yaşayış sahələri məhdud işlək vəziyyətdədir. 50.Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 280 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin şirkət sərəncamın icrası çərçivəsində müvafiq tədbirlər görmüş, cavabdehlər Cav abdeh4 və Cavabdeh3 məxsus sahələr sökülmüşdür. Belə olan halda ilk iddianın “sökülmə” və “mənzildən çıxarılma” hissəsinin təmin olunmasına ehtiyac qalmır.

33. Qeyd olunanlar müdaxilənin varlığına dəlalət edir.

34. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Qanuni müdaxilənin mütənasib olması gözlənilməlidir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.

35. İddiaçı ilkin iddia tələbində ünvan 3 ünvanında yerləşən mənzilin sökülməsi, mülkiyyətçis i Salmanov Fizuli Həsən oğlunun mənzildən çıxarılmasını və İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 114 kv.metr təmirli mənzilin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsini tələb etmişdir.

36. Fizuli Salmanov qarşılıqlı iddia tələbində MMC-nin onun xəbəri olmadan özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 171,3 kv.m. olan fərdi yaşayış evi və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilərək bərpa edilməsini tələb etmiş, hazırki apellyasiya baxışı zamanı etiraz-mülahizə təqdim edərək, ünvan 8 ünvanda İddiaçı MMC-nin özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178,3 kv.m olan fərdi yaşayış evinin əvəzi olaraq 712000 manat, ümumi sahəsi 39,1 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq 230000 manat verilməli olduğunu, həmçinin Məhkəmə məqbul bilərsə bu kompensasiyanı ünvan 8 ünvanda İddiaçı MMC-nin sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178,3 kv.m olan fərdi yaşayış evi və 39,1 kv.m qeyri-yaşayış sahəsinin müqabilində dağıdılmış əmlakın yerində inşa olunan yaşayış evindən 60 kv.m qeyri-yaşayış sahəsi, 136 kv.m iki mənzil, 1 ədəd qaraj sahəsi və 450000 manat kompensasiya pulunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi formasında da həll edə biləcəyini göstərmişdir.

37. Mübahisənin düzgün və obyektiv həlli üçün apellyasiya məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı MMC tərəfindən çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ünvan 11 ünvanında yerləşən Salmanov Fizuli Həsən oğluna məxsus olmuş yaşayış sahəsinin və sahəsi 39,1 kv.m. olan qeyriyaşayış sahəsinin, həmçinin həmin ünvanda yerləşən Cavabdeh3 məxsus olmuş 117 nömrəli fərdi yaşayış evinin 1 kv.m dəyəri və Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsinin icarə dəyəri 2018-ci il tarixlərə, eləcə də Mərkəzdə qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert tədqiqat aparılmadığından və olan qiymətlərinə dair məlumat bazası olmadığından, tədqiq olunan yaşayış və qeyri-yaşayış sahələrinin söküldüyü vaxta, yəni 2018-ci il tarixə uyğun 1 kv.m bazar qiymətini və qeyri-yaşayış sahəsinin icarə dəyərini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsinə yaxın ərazilərdə yerləşən analoji yeni inşa edilmiş təmirli mənzilin 1 kv.m hazırda mövcud olan 2023-cü ilin orta bazar qiymətinə uyğun olaraq təqribən 3290,0 manat, təmirsiz mənzilin 1 kv.m dəyəri 2520,0 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsinə yaxın ərazilərdə yerləşən analoji yeni inşa edilmiş təmirli qeyri-yaşayış sahəsinin 1 kv.m hazırda mövcud olan 2023-cü ilin orta bazar qiymətinə uyğun olaraq dəyəri təqribən 5800,0 manat, təmirsiz qeyri-yaşayış sahəsinin 1 kv.m dəyəri 3670,0 manat məbləğində müəyyən edilmişdir.

38. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh4 ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərlə razılaşmamış və bildirm işdir ki, əgər iddia tələbində göstərdiyi kimi əmlakın əvvəlki vəziyyətə gətirilərək bərpası mümkün deyildirsə, mənzilinin, həmçinin qeyri-yaşayış sahəsinin əlavə 20% hesablanmaqla mənzil və qeyri-yaşayış sahəsi verilməsinə razıdır.

39. İddiaçının nümayəndəsi-vəkili isə bildirmişdir ki, mənzilin sahəsindən əlavə 20% hesablanmaqla mənzil verilməsinə razı olsalar da, qeyri-yaşayış sahəsini öz sahəsinə uyğun verə bilərlər. İki mənzil verilməsi mümkün deyildir, yalnız öz mənzil sahəsinə əlavə 20% hesablanmaqla mənzil verə bilərlər.

40. Mülki Məcəllənin 1115-ci maddəsinə istinad edən apellyasiya kollegiyası hesab etmişdir ki, zərərin əvəzi naturada ödənilməlidir.

41. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli hallardan biri də Fizuli Salmanova məxsus yaşayış və q eyri-yaşayış sahəsinin sahəsi ilə bağlıdır.

42. Fizuli Salmanov qarşılıqlı iddiasında fərdi yaşayış evinin ümumi sahəsini 171,3 kv.m. və qeyri-yaşayış sahəsinin isə 39,1 kv.m, etiraz-mülahizədə isə fərdi yaşayış evinin 178.3 kv.m, qeyri-yaşayış sahəsinin isə 39,1 kv.m olduğunu göstərmişdir.

43. İş materiallarında olan çıxarışa əsasən qeyri-yaşayış sahəsinin sahəsi 39,1 kv.m, mənzilin sahəsi isə dövlət reyestrindən verilmiş çıxarışda 50 kv.m. göstərilsə də, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın surətindən, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2002-ci il tarixli texniki pasportundan görünü r ki, mənzilin ümumi sahəsi 171,3 kv.m (4 otaq) olmuşdur.

44. Yaşayış və qeyri-yaşayış sahəsinin sahələri ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, 05 mart 2010-cu il tarixli sərəncamda göstərilmişdir ki, mənzil faktiki yerində 4 otaqdan ibarət olub, yaşayış sahəsi 78,4 kv.m, ümumi sahəsi isə 171,3 kv.m-dir. 18 fevral 2002-ci il tarixli texniki pasportdan müəyyən edilir ki, istinad edilən qeyri-yaşayış sahəsi texniki pasportda “qalereya” kimi göstərilməklə, yaşayış sahəsi ilə birlikdə ümumi sahə olaraq 171,3 kv.m təşkil edir. Yəni, Cavabdeh4 iddia etdiyi kimi 171,3 kv.m yaşayış sahəsi və ayrıca da 39,1 kv.m qeyri-yaşayış sahəsi deyil, həmin qeyri-yaşayış sahəsi də ümumi sahəyə daxil olmaqla, birlikdə 171,3 kv.m sahə təşkil etmişdir.

45. Həmin texniki pasportla 26 dekabr 2017-ci il tarixli texniki pasportu müqayisəli təhlil etdikdə aydın olur ki, 16 saylı mənzilin sahəsi sonradan artırılmış, faktiki sahəsi 76,6 kv.m olmuşdur, lakin 4 və 5 saylı balkon sahələri 0,3 əmsalı ilə hesablanmaqla 10 kv.m və 28 kv.m göstərilmişdir. Belə olan halda müəyyən edilir ki, Fizuli Salmanova məxsus yaşayış və qeyri-sahəsinin birlikdə ümumi sahəsi 178,3 kv.m olmuşdur. Yəni, sonuncunun istinad etdiyi kimi, 178,3 kv.m yaşayış sahəsi, 39,1 kv.m isə qeyri-yaşayış sahəsinin sahəsi olmamış, 39,1 kv.m qeyri-yaşayış sahəsi də daxil olmaqla ona məxsus ümumi sahə 178,3 kv.m olmuşdur. Belə olan halda yaşayış sahəsinin də sahəsi 139,2 kv.m (178,3- 39,1) təşkil etmişdir. 46. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci i l 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə istinadən apellyasiya məhkəməsi qeyd etmişdir Cavabdeh4 vurulmuş zərərin naturada ödənilməsi qənaətinə gəlindiyindən, MMC tərəfindən Cavabdeh4 məxsus sökülmüş mənzilin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 139,2 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 167,04 kv.m sahəsi olan mənzil, həmçinin həmin yerdən 39,1 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh4 MMC tərəfindən təhvil verilməlidir.

47. Apellyasiya məhkəməsi qeyd edir ki, istinad edilən 20 faiz miqdarında əlavə ödənilməsi dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə mənzillərin sökülməsi ilə nəticəsində müəyyən müddət əml akından məhrum olduğu üçün ödənilən kompensasiyanı nəzərdə tutmuşdur. Ona görə də, qeyri-yaşayış sahəsinə münasibətdə əlavə 20% hesablanması əsassızdır.

48. Bundan başqa, Cavabdeh4 özünün və oğlunun 2017-ci ildən kirayədə yaşamağa məcbur olmaları ilə əlaqədar kirayə haqqının ödənilməsini tələb etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh4 məhkəmə iclasında izahatında göstərmişdir ki, onun tələbi evinin söküldüyü vaxtdan, yəni 2021-ci ilin avqust ayından bu günədək kirayə pulunun ödənilməsidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin icrası ilə bağlı tərtib edilmiş 31 avqust 2021-ci il tarixli aktdan da müəyyən edilir ki, mənzillər həmin tarixdə sökülmüşdür.

49. Apellyasiya kollegiyası hesab etmişdir ki, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı hesablanmaqla MMC tərəfindən Salmanov Fizuli Həsən oğluna ödənilməlidir. Cavabdeh4 oğlunun kirayədə qalmasına görə pul tələb etməsinə isə subyektiv hüququ yoxdur və oğlu tərəfindən belə bir iddia qaldırılmamışdır. Ona görə də qarşılıqlı iddia həmin hissədə əsassız hesab edilməklə rədd olunmalıdır.

50. Cavabdeh4 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 2017-ci il üçün 10 ay x 650 = 6500 manat, 2018-ci il üçün, 2019-cü il üçün, 2020-ci il üçün, 2021-ci il üçün, 48 ay x 650 =31200 (cəmi olaraq 37700 manat) tələb etmişdir. Təqdim edilmiş 10 yanvar 2016-cı il tarixli “icarə müqaviləsindən” müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi Fizuli Salmanov tərəfindən Vüqar Cəfərova icarə haqqı 650 manat müəyyən edilməklə icarəyə verilmişdir.

51. Apellyasiya kollegiyası hesab etmişdir ki, qeyri-yaşayış sahəsinə münasibətdə əldən çıxmış fayda olaraq 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 650 manat hesablanmaqla MMC tərəfindən Salmanov Fizuli Həsən oğluna ödənilməlidir.

52. Fizuli Salmanovun mənəvi ziyan tələbinə aid hissədə apellyasiya kollegiyası qeyd etmişdir ki, MMC tərəfındən onun razılığı olmadan mənzilinin və qeyri-yaşayış sahəsinin sökülməsi qarşılıqlı iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Qarşılıqlı iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh4 tələb etdiyi hə ddə mənəvi zərərin tutulması ağlabatan və ədalətli deyil, bu məqsədlə MMC-dən Fizuli Salmanovun xeyrinə mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun tutulması yetərlidir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

53. Qarşılıqlı iddia ərizəsinin “evin təmirinə xərclənmiş 137000 manat məbləğində” pul tələbi ilə bağlı hissəsi ilə əlaqədar apellyasiya kollegiyası qeyd etmişdir ki, MMC tərəfindən sökülmüş mənzil və qeyri-yaşayış sahəsinin əvəzində təmirli yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin Cavabdeh4 verilməsi nəzərdə tutulduğdan, təmirə çəkilmiş xərcin əlavə tələb edilməsi əsassızdır.

54. Həmçinin Cavabdeh4 məxsus ev 31 avqust 2021-ci il tarixdə sökülərkən evdə heç bir yararlı əmlak aşkar olunmamış və bu barədə müvafiq akt yazılmışdır. Evdə yararsız əmlak kimi aşkar edilənlər isə saxlanca verilmişdir. Cavabdeh4 sökülən evdə əmlakının qalması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddianın həmin hissəsi də əsassız hesab edilməklə rədd olunmalıdır.

55. Digər Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh mənzilin sökülməsi ilə bağlı kirayədə qaldığı aylar üçün 2021-ci ilin avqust ayından hazırki vaxta kimi 7000 manat pul, səhhətinə dəyən ziyan üçün 10000 manat, mənəvi ziyan üçün 5000 manat ödənilməsini tələb edir. Cavabdeh3 bu barədə qarşılıqlı iddiası və ya müstəqil iddia tələbi olmamışdır. Apell yasiya şikayətində isə belə bir tələb irəli sürmək hüququ olmamışdır.

56. İddiaçı tələbində ünvan 4-nin sökülməsi, mülkiyyətçi Cavabdeh3 ailə üzvü Cavabdeh6 ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsini tələb etmişdir. 57. 0027808 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində istifadədə olan 0,03399 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 13 otaqlı 175,4 kv.metr yaşayış – kv.m qeyri-yaşayış, 114,6 kv.metr köməkçi sahədən ibarət 117 nömrəli fərdi yaşayış evinin 9/40 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlak üzərində hüquq daşınma z əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3668 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır.

58. Çıxarışa əsasən müəyyən edilir ki, sözügedən yaşayış evinin 9/40 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur, belə olan halda sonuncuya məxsus yaşayış evinin sahəsi 65,25 kv.m olmuşdur (175,4+114,6=290; 290/40x9).

59. Apellyasiya kollegiyası hesab etmişdir ki, MMC tərəfindən Cavabdeh3 məxsus sökülmüş mənzilin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 65,25 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 78,3 kv.m sahə mənzil MMC tərəfindən Cavabdeh3 təhvil verilməlidir.

60. Həmçinin apellyasiya məhkəməsi hesab etmişdir ki, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra o lunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı hesablanmaqla MMC tərəfindən Cavabdeh3 ödənilməlidir.

61. Eyni zamanda Cavabdeh3 məxsus mənzil artıq söküldüyündən onun və həmin mənzildə qeydiyyatda olan Cavabdeh6 mənzildən çıxarılmasına, yəni həmin hissədə iddianın təmin olunmasına ehtiyac qalmamışdır.

62. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 21.2, 152.1, 152.5, 157.4, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

63. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Salmanov Fizuli Həsən oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

64. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.1-ci, Mülki Prosessual Məcəllənin 8, 175, 217.3, 217.4,236, 236-1, 420-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 7.2, 7.3.2-ci maddələrinin tələbləri pozulmuşdur.

65. Belə ki, apellyasiya məhkəməsi ərazidə artıq hündürmərtəbəli binanın inşa olunduğunu və onun sökülməsi ilə bağlı qərarın verilməsini qeyri-mümkün olduğunu bildirməklə, qarşılıqlı iddianı əsassız olaraq təmin etməmişdir. Həmçinin, kassatorun qeyriyaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə kompensasiyanın məbləği tam araşdırılmamışdır. Məhkəmə k assasiya instansiyası məhkəməsinin iş üzrə irəli sürdüyü göstərişləri tam icra etməmiş, işdə olan sübutlara hüquqi qiymət verməmişdir.

66. Həmçinin Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

67. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1, 1115-ci maddələrinin tələbləri pozulmuşdur.

68. Belə ki, cavabdehə məxsus yaşayış evinin məhkəmənin qərarı olmadan sökülməsi nəticəsində ona məxsus mənzilin faktiki olaraq neçə kv.m. olmasını və ona ödənilməli olan kompensasiyasını müəyyən etmək mümkü n olmamış, nəticə olaraq o, ədalətli kompensasiya almaq hüququndan məhrum olunmuşdur. Həmçinin, apellyasiya məhkəməsi cavabdehin yaşlı qadın olduğu üçün səhhətinə dəymiş zərərin ödənilməsi ilə bağlı kompensasiya verməklə qətnamə qəbul etməli idi.

69. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

70. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

71. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

72. Kassatorlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

73. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət t oxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucu dan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərər in əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mö vcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə m üəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və h üquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 76. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı i nstansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, kassasiya məhkəməsinin əvvəlki icraatda şərh edilmiş göstərişlər tam icra edilməmişdir.

78. Belə ki, qeyd olunduğu kimi, cavabdehlərin mülkiyyətlərində olan mənzillərin onların razılığı və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan iddiaçı tərəfindən sökülməsi və bununla da, cavabdehlərin mülkiyyət hüquqlarına qanunsuz müdaxilənin baş verməsi işin mübahisəsiz halıdır və bu iddiaçı tərəfindən də mübahisələndirilmir.

79. İddiaçı bu qanunsuz müdaxiləni cavabdehlərin mənzillərinin yerləşdiyi ərazidə inşa olunan çoxmərtəbəli yeni yaşayış binasında müvafiq mənzillər verməklə kompensasiya edilməsinə razılaşmışdır.

80. Cavabdehlər kompensasiyanın formasını (pulla, yoxsa naturada verilməklə) və həddi ilə razılaşmırlar.

81. Təkrar apellyasiya icraatında cavabdehlərin mülkiyyətlərində olan sahələrin dəyəri araşdırma predmeti olmuş, bu zaman cavabdeh Salmanov Fizuli Həsən oğlu tərəfindən qiymətləndirmə rəyi təqdim edilmiş, eyni zamanda məhkəmənin qərardadı ilə ekspertiza keçirilmişdir.

82. Buna baxmayaraq, apellyasiya məhkəməsi Mülki Məcəllənin 1115-ci mad dəsinə istinad etməklə, zərərin əvəzinin naturada ödənilməli olmasını əsaslı hesab etmişdir. Bu zaman, apellyasiya məhkəməsi hər iki cavabdehin texniki sənədlərinə əsasən onlara məxsus olmuş yaşayış (cavabdeh Fizuli Salmanova münasibətdə isə, həmçinin qeyriyaşayış) sahələrinin həcmini müəyyən etmiş, yaşayış sahələrinə əlavə 20% ödənilməklə, yuxarıda qeyd olunan ölçüdə təmirli mənzillərin hər iki cavabdehə verilməsini qət etmişdir.

83. Lakin, apellyasiya məhkəməsi zərərin əvəzinin ödənilməsi formasının seçimini qanunvericiliyə uyğun əsaslandırmamış, bununla bağlı iddiaçının hüquqlarından suiistifadəyə yol verməsini nəzərə almamışdır.

84. Belə ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli q ərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilm əsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

85. X4 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə ra zılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

86. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarında ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması zamanı sökülən mənzillərin mülkiyyətçilərinə vurulan zərərin əvəzinin pulla kompensasiya olunmasını tam istisna etməmiş, lakin belə kompensasiyanın vurulan zərərə mütənasib olmalı, üçüncü şəxslərin hüquq və maraqlarının nəzərə alınmalı olmasını göstərilmişdir.

87. Hazırki halda, iddiaçının cavabdehlərin mülkiyyətlərinə müdaxilələrin qanunsuz olması, bu müdaxiləni n müddəti, cavabdehlərə vurulmuş zərərin əvəzi naturada bərpa edildiyi halda, bunun icra müddəti, bununla bağlı cavabdehlərin yaşları, səhhətləri, naturada veriləcək formada kompensasiyadan faktiki istifadə edə bilib-bilməyəcəkləri, belə kompensasiya ilə onların pozulmuş hüquqlarının tam bərpa olunmasının mümkünlüyü araşdırılmamış, cavabdehlərin bununla bağlı dəlillərinə hüquqi qiymət verilməmişdir.

88. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin sökülən binalarının müqabilində yeni inşa olunmuş binadan Salmanov Fizuli Həsən oğluna ümumilikdə 167,04 kv.m. sahəsi olan mənzilin və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin, Cavabdeh3 isə ümumilikdə 78,3 kv.m. sahəsi olan mənzilin verilməsi qət edilsə də, işdə yeni tikilən binanın planı və layihəsi olmadığından, həmin evdə qeyd olunan ölçüdə mənzillərin və qeyri-yaşayış sahəsinin olmasını müəyyən etmək mümkün deyildir.

89. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qət etdiyi sahədə mənzillərin və qeyri-yaşayış sahəsinə dair göstəricilərdə sahələrin mövcudluğunun, mənzillərin və qeyri-yaşayış sahəsinin hansı ünvandakı binada, hansı mərtəbədə yerləşməsinin, nömrələrinin və digər fərdiləşmə məlumatların dəqiq göstərilməməsi, qətnamənin icrası mərhələsində cavabdehlərə veriləcək yeni sahələrin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və son nəticədə cavabdehlərin hüquqları pozulmaqla, yeni məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi m üəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir.

90. Bundan başqa, cavabdeh Fizuli Salmanovun kassasiya şikayətinin dəlillərindən biri ona zərərin əvəzi kimi verilən qeyri-yaşayış sahəsinin ölçüləri ilə bağlıdır.

91. Apellyasiya məhkəməsi cavabdehə verilməli qeyri-yaşayış sahəsini mülkiyyətində olmuş və sökülmüş sahəyə uyğun müəyyən etmiş və hesab etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində 20 faiz miqdarında əlavə ödənilməsi dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə mənzillərin sökülməsi nəticəsində müəyyən mü ddət əmlakından məhrum olduğu üçün ödənilən kompensasiya nəzərdə tutulduğundan, qeyri-yaşayış sahəsinə münasibətdə əlavə 20% hesablanması əsassızdır.

92. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır ən azından bu səbəbdən ki, iddiaçı özü iddia tələbində cavabdeh Salmanov Fizuli Həsən oğlunun sökülən tam sahəsinə görə (o həmin sahəni mənzil kimi təqdim etsə də, faktiki məhkəmə araşdırılması zamanı sahənin bir hissəsinin qeyri-yaşayış sahəsi olması müəyyən olunmuşdur) əlavə 20 faiz ödənilməsinə razılıq vermişdir. 93. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabata n müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

94. Hər kəs ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.

95. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.

96. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıd ır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

97. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyi l. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

98. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

99. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddianın və ona etirazın dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

100. Odur ki, qətnamə qismən ləğv edilməli və iş yeni apellyas iya baxışına göndərilməlidir.

101. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

102. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Salmanov Fizuli Həsən oğlunun kassasiya şikayəti qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-1251/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar