Məhkəmə qərarları › İş №2(102)-1777/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1777/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1777/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: təmirə çəkilmiş xərclərin əvəzinin ödənilməsi, əsassız varlanma, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “təmirə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)7101/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) t ərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Fərdi mənzil tikintisi haqqında 10 iyul 2006-cı il tarixli müqavilə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində 3 otaqlı 3 saylı mənzili tikib Cavabdeh təhvil verilməsini, sonuncu isə öz növbəsində mənzili qəbul edib dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Fərdi mənzil tikintisi haqqında 29 avqust 2008-ci il tarixli müqavilə ilə "xxxx" MMC həmin binada 25 saylı mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə öz növbəsində mənzili qəbul edib dəyərini MMC-yə ödəməyi öz ö hdəsinə götürmüşdür. Lakin qeyd olunan mənzil başqa şəxsə satıldığından "xxxx" MMC 3 saylı mənzili qeyri-rəsmi qaydada İddiaçı təhvil vermişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1130/2018 nömrəli, 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 102,4 kvadrat metr olan 3 otaqlı 3 saylı mənzilinin İddiaçı və "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilməsi, onun həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, mənzilin açarlarının İddiaçı tərəfindən Cavabdeh təqdim olunması, mənzilin boşaldılması, iddianın qalan hissədə, habelə üçüncü şəxs İddiaçı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələblərinin rədd olunması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12591/2018 nömrəli, 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4364/2019 nömrəli, 18 iyun 2019-cu il tarixli qərarı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(103)-10754/2019 nömrəli, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1089/2020 nömrəli, 19 fevral 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili X1 cavabdehlər Cavabdeh (bundan sonra cavabdeh) və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında yerləşən mənzilin təmir-tikintisi üçün çəkilən 24.507,90 manat, mütəxəssis rəyinin alınması məqsədilə çəkilən 300 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ümumilikdə 24.837,90 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçı və onun ailə üzvləri hazırkı iddiada qeyd edilən mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, mənzil "xxxx" MMC və iddiaçı tərəfindən hazırkı iş üzrə cavabdehə təhvil verilməlidir. Qətnamə artıq icra olunmuşdur. İddiaçıdan alınaraq cavabdehə verilmiş mənzil iddiaçı tərəfindən təmir edilmiş, mənz ili yaxşılaşdırmışdır. İddiaçı, onun tərəfindən təmirə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi üçün “X2” Qiymətləndirmə Şirkətinə müraciət etmiş və həmin Şirkət müəyyən etmişdir ki, iddiaçı tərəfindən təmirə 24.507,90 manat məbləğində xərc çəkilmişdir. Həmin qiymətləndirilmənin həyata keçirilməsi üçün iddiaçı tərəfindən həmin şirkətə 300 manat xərc çəkilmişdir.

10. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, iddia tələbini yalnız Cavabdeh qarşı yönəltmiş və məhkəmədən, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin təmirtikintisi üçün çəkilən 24.507,90 manat, mütəxəssis rəyinin alınması məqsədilə çəkilən 300 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğdə pulun, ümumilikdə 24.837,90 manat pul vəsa itinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında X4 mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki işə baxmış Rayon Məhkəməsinə verilmiş 10/1885 saylı, xx.xx.2021-ci il tarixli rəydə qeyd olunmuşdur ki, mübahisəli mənzilində aparılmış təmirə çəkilmiş xərclərin amortizasiya olunma faktı və hazırki bazar qiymətləri nəzərə alınmaqla və eləcədə iş materiallarında olan foto şəkillərə əsasən dəqiq dəyərini müəyyən etmək mümkün olmamışdır.

13. Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 01 mart 2022-ci il tarixli hesabatına əsasən, iddiaçı tərəfindən təmirə çəkilmiş xərc, amortizasiya nəzərə alınmaq la 21.150 manat təşkil edir.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia qismən təmin edilərək, cavabdehdən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilinin təmir xərclərinin dəyəri olaraq 21.150 manat məbləğində pul vəsaitinin, mütəxəssis rəyinə görə ödənilmiş 300 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçıyaa ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilini əldə etmiş, sonradan cavabdehlə araları nda olan məhkəmə mübahisələrinin yekunu olaraq iddiaçı 2020-ci ildə ailə üzvləri ilə birlikdə mənzildən çıxmışdır. İddiaçı uzun müddət mənzildə yaşamış və mənzili təmir etmişdir. Odur ki, iddiaçı əsaslı olaraq mənzilə çəkdiyi təmir xərclərinin dəyərinin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. İddiaçı mənzildən çıxarkən mənzildə apardığı təmirtikinti işlərinin foto şəkillərini çəkmiş, habelə mənzilə edilmiş təmirtikinti işlərini qiymətləndirmişdir.

16. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.6, 157.7, 1091, 1092.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzildə yaşadığı dövrdə sonradan cavabdehə təhvil verilmiş mənzili təmir etdirməsi nəticəsində cavabdeh əsassız varlanmışdır. Həmçinin iddiaçı tərəfindən özünə məxsus olduğunu guman etd iyi mənzili təmir etdirməsi nəticəsində ona zərər dəymişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, iddiaçı mənzilin təmirinə ümumilikdə 24.507,90 manat xərc çəkdiyini bildirsə də, iddiaçı özü də həmin mənzildə bu illər ərzində yaşayaraq, mənzildən istifadə etmişdir. Mənzilə çəkilmiş təmir xərclərinin amortizasiya dəyəri nəzərə alınmaqla dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müstəqil qiymətləndirici cəlb edilmiş və müstəqil qiymətləndirici tərəfindən təqdim edilən hesabata əsasən, mübahisəli mənzilin təmirinin dəyərinin 21.150 manat olması müəyyən edilmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iş üzrə iki rəydən "xxxx" MMC-nin verdiyi rəydə amortizasiya (köhnəlmə) norması nəzərə alınmaqla, mənz ilə çəkilmiş təmir xərclərinin qalıq dəyəri müəyyən olunduğuna görə, məhz bu rəy vurulmuş maddi zərərin miqdarını müəyyən edilməsi üçün məhkəmə tərəfindən mötəbər sübut növü kimi qiymətləndirilmişdir.

18. Məhkəmə həmçinin müstəqil qiymətləndiricinin çəkdiyi xərclərin dəyərinin də cavabdehdən tutulmalı olması barədə nəticəyə gəlmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.6, 157.7, 1091, 1092.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3, 103.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

21. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianı n təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının mübahisəli mənzilə hüququnun olmamasını və bu səbəbdən hazırkı tələbi irəli sürməyə subyektiv hüququna malik olmamasını, cavabdehin iddiaçıya zərər vurmamasını nəzərə almamışdır. Həmçinin, məhkəmənin istinad etdiyi mütəxəssis rəyləri əsassız olmuş, təmirin müəyyən edilən dəyəri şişirdilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli rəydən və 6 mart 2023-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, mübahisəli mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 24825 manat təşkil edir. Mənzilin iddiaçının bildirdiyi zaman təmir edilməsi ilə əlaqədar layihə-smeta və materialların alınmasına dair qaimə sənədləri olmadığından mənzilin həmin zaman təmir edilib-edilməməsi barədə sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-259/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışınski) cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddiaçının cavabdehə qarşı “təmirə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası rədd edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən, o cümlədən məhkəmə aktlarından, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1130/2018 saylı mülki iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar olaraq hazırki iş üzrə iddiaçı və onun ailə üzvləri hazırki iddiada qeyd edilən mənzildən çıxarılmış, mənzil boşaldılaraq hazırki iş üzrə cavabdehə təhvil verilmişdir. İddiaçı bildirmişdir ki, mənzil onun tərəfindən 2014-2017-ci illər ərzində təmir edilmişdir. Mənzil cavabdehə təhvil verildiyi üçün o, mənzilə çəkdiyi xərcdən məhrum olmuş, buna görə də ona maddi zərər dəymişdir. O, təmirə çəkdiyi xərcin məbləğinin müəyyən edilməsi üçün “X2” Qiymətləndirmə Şirkətinə müraciət etmiş və həmin Şirkət müəyyən etmişdir ki, onun tərəfindən təmirə 24.507,90 manat məbləğində xərc çəkilmişdir. Buna görə də, həmin məbləğ, habelə qiymətləndirmə işinin aparılması üçün həmin Şirkətə ödədiyi 300 manat xidmət haqqı cavabdehdən onun xeyrinə tutulmalıdır ki, ona dəymiş zərər aradan qalxsın, çünki o, mənzildə etdiyi təmir ilə mənzilin şəraitini yaxşılaşdırmış, həmin yaxşılaşdırmanı naturada geri götürə bilmir. İddiaçının istinad etdiyi və "xxxx" MMC tərəfindən verilmiş UNİ/O 24-204/ 20 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli mənzilin daxilində iddiaçı tərəfindən görülmüş təmir-tikinti işlərinin həcmi və dəyəri bazar qiymətləri nəzərə alınmaqla 24.507,90 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki işə baxmış Rayon Məhkəməsinə verilmiş 10/1885 saylı, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, mübahisəli mənzilində aparılmış təmirə çəkilmiş xərclərin amortizasiya olunma faktı və hazırki bazar qiymətləri nəzərə alınmaqla və eləcədə iş materiallarında olan foto şəkillərə əsasən dəqiq dəyərini müəyyən etmək mümkün olmamışdır. "xxxx" MMC tərəfindən hazırki işə baxmış Rayon Məhkəməsinə verilmiş H/01-PLS saylı, xx.xx.2022-ci il tarixli “Qiymətləndirmə hesabatından” görünür ki, mübahisəli mənzilin təmirinə çəkilən xərc, amortizasiyası nəzərə alınmaqla, 21.150 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənləri və işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən mənzilə çəkilmiş xərcin əvəzi olaraq 21.150 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehdən onun xeyrinə pul məbləğinin tutulmasını iddia edən iddiaçı, öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni ondan alınaraq cavabdehə təhvil verilmiş mübahisəli mənzilin 2014-2017-ci illər ərzində onun tərəfindən təmir olunduğunu sübut etməlidir. Lakin o, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, təmir-tikinti materiallarının alınmasını, təmiri həyata keçirmiş ustalara pulun ödən ilməsini təsdiq edə biləcək qəbzlər, təmir-tikinti işlərinə dair layihə-smeta sənədləri yoxdur və əvvəldən də olmamışdır. O, mənzilin fotoşəkillərini birinci instansiya məhkəməsinə təqdim etmiş və həmin fotoşəkillərdən görünür ki, mənzil təmir olunmuşdur. Lakin, iddiaçının istinad etdiyi fotoşəkillərdən mənzilin iddiaçı tərəfindən və iddiaçının bildirdiyi zamanda təmir edilməsi müəyyən edilmir. Buna görə də, məhkəmə həmin fotoşəkilləri etibarlı sübut kimi qəbul etməmişdir.

27. Buna baxmayaraq, apellyasiya məhkəməsi mübahisəli mənzildə aparılmış təmirə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi və təmirin mənzilin iddiaçının istifadəsində olan zaman təmin-olunub olunmamasını müəyyən etmək məqsədi ilə apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və əlavə məhkəmə tikinti-texnik i ekspertizaları təyin etmiş və ekspertizaların keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli rəydən və 06 mart 2023-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, mübahisəli mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 24.825 manat təşkil edir. Mənzilin iddiaçının bildirdiyi zaman təmir edilməsi ilə əlaqədar layihə-smeta və materialların alınmasına dair qaimə sənədləri olmadığından mənzilin həmin zaman təmir edilib-edilməməsi barədə sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilin iddiaçının istifadəsində olan zaman təmir edilib-edilməməsini ekspertiza vasitəsilə də müəyyən etmək mümkün olmamışdır. Buna görə də qəbul edilməlidir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetmir.

29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 157.5, 157.6, 157.7, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384 və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

30. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, Mülki Məcəllənin 21.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzildə təmir işləri apararaq 2014-cü ildən etibarən ailəsi ilə birgə orada yaşamasını, məhkəmə aktının icra olunaraq mənzilin akt əsasında cavabdehə təhvil verilərkən, mənzilin təmirli olmasını nəzərə almamışdır. İddiaçı tərəfindən mənzilin onun tərəfindən təmir edilməsi və orada uzun illər yaşaması ilə bağlı yetərli qədər sübut təqdim edilsə də, cavabdeh bunu təkzib edə biləcək hər hansı sübut təqdim edə bilməmiş, yalnız şifahi mülahizə ilə çıxış etmiş və məhkəmə də bu şifahi mülahizəyə əsaslanaraq iddiaçının sübutlarını heç bir əsas olmadan şübhə altına almış və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3419/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (məruzəçi), Elşanə Vəliyeva və Əhliman Xıdırov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

33. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normaları nın pozulmasına yol verilmişdir.

34. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzili təmir etdiyini sübut edə bilməmişdir.

35. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd etmişdir ki, mənzilin əvvəllər iddiaçının istifadəsində olması və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olub cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır. Həmçinin mənzilin cavabdehə təhvil verilərkən onun təmirli olması da cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

36. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iştirak etməmiş və tələblə bağlı mövqeyini bildirməmişdir (cavabdeh apellyasiya şikayətində məhkəmə iclaslarının vaxtı və ye ri barədə lazımi qaydada məlumatlandırılmadığını bildirmişdir). Bununla belə, cavabdeh apellyasiya şikayətində mənzilin ona təmirsiz təhvil verildiyini iddia etməmişdir. Apellyasiya şikayətinin dəlilləri mənzilin iddiaçının qanunsuz sahibliyində olduğu üçün onun bu tələbi sürməyə subyektiv hüququnun olmaması və mənzilin təmir pulunun düzgün müəyyən edilməməsindən ibarət olmuşdur.

37. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə mübahisələndirilməyən halın sübut olunmadığı nəticəsinə gəlməklə, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini pozmuşdur.

38. Məhkəmə kollegiyası digər tərəfdən qeyd etmişdir ki, apellyasiya məhkəməsi bu nəticəyə gələrkən işdə olan sübutlara hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

39. Belə ki, iş materiallarında olan, tərəflər arasında yaranmış əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə aktlarının məzmunundan görünür ki, hazırkı iş üzrə Cavabdeh İddiaçı qarşı mənzilin boşaldılması və digər tələblərlə məhkəməyə müraciət edərkən iddiasını belə əsaslandırmışdır ki, mübahisəli mənzili 10 iyul 2006-cı il tarixli müqavilə ilə "xxxx" MMC-dən almış, dəyərini tam ödəmiş, lakin İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə qeyri-qanuni olaraq məskunlaşmışdır. Beləliklə, həmin iddiada hazırkı iş üzrə cavabdeh iddiaçının mənzildə yaşamasını göstərmiş, bununla da, mənzilin yaşayış üçün yararlı vəziyyətdə olmasını qeyd etmişdir.

40. Həmçinin həmin işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi 27 iyun 2018-ci il tarixli qətnaməsində mü əyyən etmişdir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 3 otaqdan ibarət 3 saylı mənzili təmir edərək, orada yaşayır. İşə təkrarən baxan apellyasiya instansiyası məhkəməsi isə 14 oktyabr 2019-cu il tarixli qətnaməsində müəyyən etmişdir ki, İddiaçı mübahisəli mənzilə yiyələnməsi üçün hər hansı hüquqi əsası olmamış, o, həmin mənzili özbaşına olaraq yarımçıq təmir etmişdir.

41. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzilin təmirli olub-olmaması tərəflərin arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisəsinin predmetinə aid olmadığı üçün həmin qətnamələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, tərəflərin həmin işə baxılarkən istinad etdikləri və məhkəmənin müəyyən etdiyi hallar hazırkı iş üzrə Mülki Prosessual Məcəllənin 76-cı ma ddəsinə əsasən digər sübutlarla yanaşı sübut kimi qiymətləndirilə bilər.

42. Digər tərəfdən iş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 3 ünvanda yerləşən 3 saylı mənzil İddiaçı tərəfindən boş vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İddiaçının hazırkı tələbinə əlavə etdiyi "xxxx" MMC-nin 14 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində isə göstərilmişdir ki, mübahisəli mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) hesablanması məqsədi ilə ünvan üzrə daşınmaz əmlaka baxış keçirilmişdir. Göründüyü kimi, mənzilin cavabdehə təhvil verilməmişdən əvvəl təmirli olması qeyd olunan mütəxəssis rəyində də g östərilmişdir.

43. Lakin, apellyasiya instansiyası məhkəməsi işdə olan bu sübutlara ümumiyyətlə hüquqi qiymət vermədən, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7101/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Kamran Əkbərov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilinin təmir xərclərinin dəyəri olaraq 21.150 manat, mütəxəssis rəyinə görə ödənilmiş 300 manat və 30 manat ödənilmiş dövlət rüsum unun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.

46. Belə ki, cavabdeh apellyasiya şikayətində əsassız qətnamə qəbul edildiyini göstərsə də, bu əsassızlığın nədən ibarət olması, yaxud nədə ifadə olunduğu açıqlanmır. Əksinə, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmış, işin hallarına düzgün qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

47. Belə ki, şikayətdə məhkəmənin iddiaçının mübahisəli mənzilə hüququnun olmamasını və bu səbəbdən hazırkı tələbi irəli sürməyə subyektiv hüququna malik olmamasını, cavabdehin iddiaçıya zərər vurmamasını nəzərə almadığını, məhkəmənin istinad etdiyi mütəxəssis rəylərinin əsassız olması və təmirin müəyyən edilən dəyərinin şişirdilməsini göstərilsə də, mənzilin əvvəllər iddiaçının istifadəsində olması və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır, eləcə də təhvil verilərkən onun təmirli olması da cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Ən azından cavabdeh apellyasiya şikayətində mənzilin ona təmirsiz təhvil verildiyini bəyan etmir.

48. Tərəflər arasında yaranmış əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə aktlarının məzmunu ilə təsdiq olunur ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya qarşı mənzilin boşaldılması və digər tələblərlə məhkəməyə müraciət edərkən iddiasında göstərib ki, mübahisəli mənzili 10 iyul 2006-cı il tarixli müqavilə ilə "xxxx" MMC-dən almış, dəyərini tam ödəmiş, lakin İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə qeyri-qanuni olaraq məskunlaşmışdır. Beləliklə, həmin iddiada hazırkı iş üzrə cavabdeh iddiaçının mənzildə yaşamasını, bununla da, mənzilin yaşayış üçün yararlı vəziyyətdə olmasını göstərmişdir. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 27 iyun 2018-ci il tarixli qətnaməsində müəyyən etmişdir ki, İddiaçı ünvan 3 ünvanda yerləşən 3 otaqdan ibarət 3 saylı mənzili təmir edərək, orada yaşayır. İşə təkrarə n baxan apellyasiya instansiyası məhkəməsi isə 14 oktyabr 2019-cu il tarixli qətnaməsində müəyyən etmişdir ki, İddiaçı mübahisəli mənzilə yiyələnməsi üçün hər hansı hüquqi əsası olmamış, o, həmin mənzili özbaşına olaraq yarımçıq təmir etmişdir.

49. Düzdür, mənzilin təmirli olub-olmaması tərəflərin arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisəsinin predmetinə aid olmadığı üçün həmin qətnamələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, tərəflərin həmin işə baxılarkən istinad etdikləri və məhkəmənin müəyyən etdiyi hallar hazırkı iş üzrə Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən birgə sübutlarla yanaşı sübut kimi qiymətləndirilməlidir. Digər tərəfdən iş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli aktdan müəyy ən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 3 ünvanda yerləşən 3 saylı mənzil İddiaçı tərəfindən boş vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İddiaçının hazırkı tələbinə əlavə etdiyi "xxxx" MMC-nin 14 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində isə göstərilmişdir ki, mübahisəli mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) hesablanması məqsədi ilə ünvan üzrə daşınmaz əmlaka baxış keçirilmişdir. Göründüyü kimi, mənzilin cavabdehə təhvil verilməmişdən əvvəl təmirli olması qeyd olunan mütəxəssis rəyində də göstərilmişdir.

50. Apellyasiya şikayətinin mütəxəssis rəylərinin əsassız olması və təmirin müəyyən edilən dəyərinin şişirdilməsi dəlilləri də hansısa sübutla tə sdiq edilmir. Əksinə, bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə təmir tikintinin ümumi dəyərinin 24.825 manat olduğu müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi qiymətləndiricinin rəyində isə mənzilin təmirtikintisi üçün onun tərəfindən çəkilmiş xərcin 24.507,90 manat olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yenidən qiymətləndirici təyin edərək mənzilin amortizasiyası (köhnəlməsi) nəzərə alınmaqla təmirinə çəkilən xərcin 21.150 manat olduğunu müəyyən etmiş və iddianı qismən təmin edərək sonuncu məbləği əsas götürmüşdür. Göründüyü kimi, təmirin dəyərinin şişirdilməsi nəinki təsdiq olunmur, əksinə məhkəmə mənzilin amortizasiyası (köhnəlməsi) nəzərə alınmaqla təmirinə çəkilə n xərcin dəyərini əsas götürərək iddianı qismən təmin etmişdir.

51. Göstərilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş cavabdehin iştirakı olmadan baxmışdır. Düzdü, cavabdehə aid müxtəlif ünvanlara məhkəmə bildirişləri göndərilmişdir. Ancaq cavabdehin rəsmi qeydə alındığı Qəbələ rayonu Vəndam kəndinə məhkəmə bildirişi göndərilməmişdir. Bu hal da şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

52. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 14.2.7, 1091.1, 1091.2, 1092.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0. 2, 385.1.1, 387.2.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

53. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən teleqram və elektron məhkəmə portalında yerləşdirilmiş ərizəyə əsasən təxirə salınması xahiş etsələrdə məhkəmə işə tərəflərin iştirakı olmadan tələsik baxaraq ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət e tməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

55. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

56. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

57. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

58. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

59. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

60. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın ol madığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istin ad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

72. Mad də

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhk əməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü d üzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərin ə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

78. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 79. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

80. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

81. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

82. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

83. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin məhkəmə icraatı zamanı çəkişmə prinsipinin təmin edilməməsi, işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə Bildirişdən görünür ki, cavabdehə məxsus ***-******* möbil nömrəyə və onun nümayəndəsi və vəkili Vəkil2 məxsus olan ***-****** * möbil nömrəyə xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2023-cü il tarixdə məlumat verilmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə baxışına bir gün qalmış, xx.xx.2023cü il tarixdə apellyasiya məhkəməsinə elektron kabinet vasitəsilə ünvanladığı ərizəsində və xx.xx.2023-cü il tarixdə ünvanlandığı teleqramda səhhəti ilə əlaqədar xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyinə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiya məhkəməsi qətnamədə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həm teleqram, həm də elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsin də səhhəti ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyinə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etməsini, lakin iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat və ya sübut təqdim etməməsini qeyd edərək, Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən 1 ay 14 gün müddət əvvəl cavabdehə, onun nümayəndəsinə və vəkilinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verildiyindən kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həmin vaxt səhhətinin nasaz olması barədə hər hansı sübut təqdim etməmişdir. Həm də cavabdehin nümayəndəsi və vəkili Vəkil2 səhhəti ilə əlaqədar h azırki məhkəmə iclasında iştirakı mümkün olmadığı halda belə, cavabdeh özü şəxsən, yaxud başqa nümayəndəsi və vəkili vasitəsilə məhkəmə iclasında iştirak edə bilərdi ki, bunu etməmişdir.

84. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

85. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabde h tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7101/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar