Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3419/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı “təmirə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2(103)259/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Fərdi mənzil tikintisi haqqında 10 iyul 2006-cı il tarixli müqavilə ilə "xxxx" MMC ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində 3 otaqlı 3 saylı mənzili tikib Cavabdeh1 təhvil verilməsini, sonuncu isə öz növbəsində mənzili qəbul edib mənzilin dəyərini MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər.
2. Fərdi mənzil tikintisi haqqında 29 avqust 2008-ci il tarixli müqavilə ilə "xxxx" MMC həmin binada 25 saylı mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə öz növbəsində mənzili qəbul edib mənzilin dəyərini MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər. Lakin qeyd olunan mənzil başqa şəxsə satıldığından MMC 3 saylı mənzili qeyri-rəsmi qaydada İddiaçı təhvil vermişdir. 3.1.Bakı şəhəri Xətai Rayon Məhkə məsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası qismən təmin edilərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 102,4 kvadrat metr olan 3 otaqlı 3 saylı mənzilinin İddiaçı və "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilməsi, onun həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, mənzilin açarlarının İddiaçı tərəfindən iddiaçıya təqdim olunması və mənzilin boşaldılması, iddianın qalan hissədə, habelə üçüncü şəxs İddiaçı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələblərinin rədd edilməsi qət edilmişdir. 3.2.Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şə həri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3.3.Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərarı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. 3.4.Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3.5.Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən təmir edilmiş və ünvan 1-də yerləşən 3 saylı mənzilin təmir-tikintisi üçün onun tərəfindən çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 24507,90 manat, mənzilin təmirinə çəkilmiş xərcin qiymətləndirilməsi və müvafiq rəyin verilməsi məqsədilə mütəxəssisə ödədiyi 300 manat, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsas landırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçı və onun ailə üzvləri hazırki iddiada qeyd edilən mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və iddiaçı tərəfindən hazırki iş üzrə cavabdehə təhvil verilməlidir. Qətnamə artıq icra olunmuşdur. İddiaçıdan alınaraq cavabdehə verilmiş mənzil iddiaçı tərəfindən təmir edilmiş, mənzili yaxşılaşdırmışdır. İddiaçı, onun tərəfindən təmirə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi üçün “X2” Qiymətləndirmə Şirkətinə müraciət etmiş və həmin Şirkət müəyyən etmişdir ki, iddiaçı tərəfindən təmirə 24507,90 manat məbləğində xərc çəkilmişdir. Həmin qiymətləndirilmənin həyata keçirilməsi üçün iddiaçı tərəfindən həmin Şirkətə 300 manat xərc çə kilmişdir.
6. Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 01 mart 2022ci il tarixli hesabatına əsasən iddiaçı tərəfindən təmirə çəkilmiş xərc, amortizasiya nəzərə alınmaqla 21150 manat təşkil edir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(011)-65/2022 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimli) iddia qismən təmin edilərək, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilinin təmir xərclərinin dəyəri olaraq 21150 manat məbləğində pul vəsaitinin, mütəxəssis rəyinə görə ödənilmiş 300 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddi açı 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilini əldə etmiş, sonradan Cavabdeh1la aralarında olan məhkəmə mübahisələrinin yekunu olaraq İddiaçı 2020-ci ildə ailə üzvləri ilə birlikdə mənzildən çıxmışdır. İddiaçı uzun müddət mənzildə yaşamış və mənzili təmir etmişdir. Odur ki, iddiaçı əsaslı olaraq mənzilə çəkdiyi təmir xərclərinin dəyərinin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. İddiaçı mənzildən çıxarkən mənzildə apardığı təmirtikinti işlərinin foto şəkillərini çəkmiş, habelə mənzilə edilmiş təmir-tikinti işlərini qiymətləndirmişdir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.6, 157.7, 1091, 1092.1-ci maddələrinə istinad edən məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzildə yaşadığı dövrdə sonradan Cavabdeh1 təhvil verilmiş mənzili təmir etdirməsi nəticəsində cavabdeh əsassız varlanmışdır. Həmçinin iddiaçı tərəfindən özünə məxsus olduğunu güman etdiyi mənzili təmir etdirməsi nəticəsində ona zərər dəymişdir.
10. Daha sonra məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, iddiaçı mənzilin təmirinə ümumilikdə 24507,90 manat xərc çəkdiyini bildirsə də, iddiaçı özü də həmin mənzildə bu illər ərzində yaşayaraq, mənzildən istifadə etmişdir. Mənzilə çəkilmiş təmir xərclərinin amortizasiya dəyəri nəzərə alınmaqla dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müstəqil qiymətləndirici cəlb edilmiş və müstəqil qiymətləndirici tərəfindən təqdim edilən hesabata əsasən, mübahisəli mənzilin təmirinin dəyə rinin 21150 manat olması müəyyən edilmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iş üzrə iki rəydən "xxxx" MMC-nin verdiyi rəydə amortizasiya (köhnəlmə) norması nəzərə alınmaqla, mənzilə çəkilmiş təmir xərclərinin qalıq dəyəri müəyyən olunduğuna görə, məhz bu rəy vurulmuş maddi zərərin miqdarını müəyyən edilməsi üçün məhkəmə tərəfindən mötəbər sübut növü kimi qiymətləndirilir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(011)-65/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının mübahisəli mənzilə hüququnun olmamasını və bu səbəbdən hazırki tələbi irəli sürməyə subyektiv hüququna malik olmamasını, cavabdehin iddiaçıya zərər vurmamasını nəzərə almamışdır. Həmçinin, məhkəmənin istinad etdiyi mütəxəssis rəyləri əsassız olmuş, təmirin müəyyən edilən dəyəri şişirdilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2(103)-259/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışınskidən ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 20 22-ci il tarixli qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh1 qarşı “təmirə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehdən onun xeyrinə pul məbləğinin tutulmasını iddia edən iddiaçı, öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni ondan alınaraq cavabdehə təhvil verilmiş mübahisəli mənzilin 2014-2017-ci illər ərzində onun tərəfindən təmir olunduğunu sübut etməlidir. Lakin o, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, təmir-tikinti materiallarının alınmasını, təmiri həyata keçirmiş ustalara pulun ödənilməsini təsdiq edə biləcək qəbzlər, təmir-tikinti işlərinə dair layihə-smeta sənədləri yoxdur və əvvəldən də olmamışdır. O, mənzilin fotoşəkillərini birinci instansiya məhkəməsinə təqdim etmiş və həmin fotoşəkillərdən görünür ki, mənzil təmir olunub. Lakin, iddiaçının istinad etdiyi fotoşəkillərdən mənzilin iddiaçı tərəfindən və iddiaçının bildirdiyi zamanda təmir edilməsi müəyyən edilmir. Buna görə də, məhkəmə həmin fotoşəkilləri etibarlı sübut kimi qəbul etməmişdir.
15. Buna baxmayaraq, apellyasiya məhkəməsi mübahisəli mənzildə aparılmış təmirə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi və təmirin mənzilin iddiaçının istifadəsində olan zaman təmir-olunub olunmamasını müəyyən etmək məqsədi ilə apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və əlavə məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və ekspertizaların keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli rəydən və 06 mart 2023-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, mübahisəli mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 24825 manat təşkil edir. Mənzilin iddiaçının bildirdiyi zaman təmir edilməsi ilə əlaqədar layihə-smeta və materialların alınmasına dair qaimə sənədləri olmadığından mənzilin həmin zaman təmir edilib-edilməməsi barədə sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilin iddiaçının istifadəsində olan zaman təmir edilib-edilməməsini ekspertiza vasitəsilə də müəyyən etmək mümkün olmamışdır. Buna görə də qəbul edilmə lidir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2(103)-259/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, Mülki Məcəllənin 21.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzildə təmir işləri apararaq 201 4-cü ildən etibarən ailəsi ilə birgə orada yaşamasını, məhkəmə aktının icra olunaraq mənzilin akt əsasında cavabdehə təhvil verilərkən, mənzilin təmirli olmasını nəzərə almamışdır. İddiaçı tərəfindən mənzilin onun tərəfindən təmir edilməsi və orada uzun illər yaşaması ilə bağlı yetərli qədər sübut təqdim edilsə də, cavabdeh bunu təkzib edə biləcək hər hansı sübut təqdim edə bilməmiş, yalnız şifahi mülahizə ilə çıxış etmiş və məhkəmə də bu şifahi mülahizəyə əsaslanaraq iddiaçının sübutlarını heç bir əsas olmadan şübhə altına almış və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz verərək təmi n edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi faktlar, sübutlar əsasında əsaslı, qanuni və ədalətli qətnamə çıxarmış, mövcud qanunvericiliyin tələblərini düzgün tətbiq etmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan s übutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tam rədd edilməklə, həmin qətnamə iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirildiyindən kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünm əz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 25. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlı ğa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq m eyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən v ə mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və ob yektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
28. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzili təmir etdiyini sübut edə bilməmişdir.
29. Apellyasiya məhkəməsinin bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mənzilin əvvəllər iddiaçının istifadəsində olması və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olub cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır. Həmçinin mənzilin cavabdehə təhvil verilərkən onun təmirli olması da cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
30. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iştirak etməmiş və tələblə bağlı mövqeyini bildirməmişdir (cavabdeh ape llyasiya şikayətində məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığını bildirmişdir). Bununla belə, cavabdeh apellyasiya şikayətində mənzilin ona təmirsiz təhvil verildiyini iddia etməmişdir. Apellyasiya şikayətinin dəlilləri mənzilin iddiaçının qanunsuz sahibliyində olduğu üçün onun bu tələbi sürməyə subyektiv hüququnun olmaması və mənzilin təmir pulunun düzgün müəyyən edilməməsindən ibarət olmuşdur.
31. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə mübahisələndirilməyən halın sübut olunmadığı nəticəsinə gəlməklə, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini pozmuşdur.
32. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi bu nəticəyə gələrkən işdə olan sübutlara hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyə n edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
33. Belə ki, iş materiallarında olan, tərəflər arasında yaranmış əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə aktlarının məzmunundan görünür ki, hazırki iş üzrə Cavabdeh1 İddiaçı qarşı mənzilin boşaldılması və digər tələblərlə məhkəməyə müraciət edərkən iddiasını belə əsaslandırmışdır ki, mübahisəli mənzili 10 iyul 2006-cı il tarixli müqavilə ilə "xxxx" MMC-dən almış, dəyərini tam ödəmiş, lakin İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə qeyri-qanuni olaraq məskunlaşmışdır. Beləliklə, həmin iddiada hazırki iş üzrə cavabdeh iddiaçının mənzildə yaşamasını göstərmiş, bununla da, mənzilin yaşayış üçün yararlı vəziyyətdə olmasını göstərmişdir.
34. Həmçinin həmin işə baxan Bakı şəhəri Xətai Rayon Məh kəməsi 27 iyun 2018-ci il tarixli qətnaməsində müəyyən etmişdir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 3 otaqdan ibarət 3 saylı mənzili təmir edərək, orada yaşayır. İşə təkrarən baxan apellyasiya instansiyası məhkəməsi isə 14 oktyabr 2019-cu il tarixli qətnaməsində müəyyən etmişdir ki, İddiaçı mübahisəli mənzilə yiyələnməsi üçün hər hansı hüquqi əsası olmamış, o, həmin mənzili özbaşına olaraq yarımçıq təmir etmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin təmirli olub-olmaması tərəflərin arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisəsinin predmetinə aid olmadığı üçün həmin qətnamələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, tərəflərin həmin işə baxılarkən istinad etdikləri və məhkəmənin müəyyən etdiyi hallar hazırki iş üzrə Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən idigə sübutlarla yanaşı sübut kimi qiymətləndirilə bilər.
36. Digər tərəfdən iş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 3 ünvanda yerləşən 3 saylı mənzil İddiaçı tərəfindən boş vəziyyətdə Cavabdeh1 təhvil verilmişdir. İddiaçının hazırki tələbinə əlavə etdiyi "xxxx" MMC-nin 14 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində isə göstərilmişdir ki, mübahisəli mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) hesablanması məqsədi ilə ünvan üzrə daşınmaz əmlaka baxış keçirilmişdir. Göründüyü kimi, mənzilin cavabdehə təhvil verilməmişdən əvvəl təmirl i olması qeyd olunan mütəxəssis rəyində də göstərilmişdir.
37. Lakin, apellyasiya instansiyası məhkəməsi işdə olan bu sübutlara ümumiyyətlə hüquqi qiymət vermədən, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
40. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara, habelə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4 və 372.6-cı maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2(103)259/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.