Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3732/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, hüquqi həqiqət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-287/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi İşin halları 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)1525/2019 saylı qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh (bundan sonra – cavabdeh və ya MMC) tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m olan qeyri-yaşayış sahəsi (bundan sonra – mübahisəli əmlak) üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103) -1819/2019 nömrəli, 23 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır. Sonuncu qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə cavabdeh ilə aralarında bağlanmış müqaviləyə mübahisəli əmlak üçün ödədiyi 326250 ABŞ dollarının manata məzənnəsi ilə 275322,375 manat vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağl anmış müqaviləyə əsasən mübahisəli əmlakı sonuncudan almış, müqavilənin şərtlərinə əsasən satıcıya 326250 ABŞ dolları ödəmişdir. Ödəmə barədə xx.xx.2008-ci il tarixli maliyyə arayışı da verilmişdir. Bu yaxınlarda cavabdehin ofisinə yaxınlaşdıqda həmin sahənin Azər Həsənov adlı şəxsə satıldığını öyrənmişdir. Göründüyü kimi, satıcı müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, sözügedən qeyriyaşayış sahəsini başqa şəxsə satmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-800/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, göstərilən qeyri-yaşayış sahəsin i iddiaçıya təhvil verməmişdir. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilərək, mübahisəli əmlakın dəyəri tam ödənilmişdir. Beləliklə, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin şərtləri sonuncu tərəfindən pozulmuşdur.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 425, 427, 428, 430, 445, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instans iya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayəti və şikayətə əlavəni onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə bildirişlərinin cavabdeh tərəfindən alınmasını təsdiq edən poçt qəbzi və ya xəbərnamə isə iş materiallarında mövcud deyildir. Beləliklə, cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmamış, çəkişmə prinsipinin tələləri pozulmuşdur.
9. Əslində iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə, o cümlədən xx.xx.2008-ci il tarixli müqavilə bağlanmamışdır. Belə ki, cavabdeh iddiaçıya sözügedən mənzili satmamış, sonuncudan həmin əmlaka görə ödəniş qəbul etməmişdir. Cavabdehin iddi açı qarşısında hər hansı öhdəliyi, o cümlədən, əmlakın təhvil verilməsi və ya pulun ödənilməsi barədə öhdəliyi yoxdur. Birinci instansiya məhkəməsi işin bu hallarını araşdırmamış, nəticədə qanunsuz qərar qəbul etmişdir.
10. Cavabdeh apellyasiya şikayətinə əlavədə onu da qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddəti ötürdüyünə görə, mübahisəli pul məbləğini tələb etmək hüququ yoxdur. 11. 2(103)-5196/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər Xəyal Sarıyevin sədrliyi ilə, Namiq Cəfərov, Emin Mehdiyevdən ibarət tərkibdə) iş üzrə kompleks məhkəmə xətşünaslıq və məhkəmə sənədlərinin texniki ekspertizası təyin edilmişdir.
12. İş üzrə təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksper tizası Mərkəzinin 5/244 nömrəli, xx.xx.2023-cü il tarixli sənədlərin texniki ekspert rəyində cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2008-cü il tarixli, 204 nömrəli müqavilədə və xx.xx.2008-ci il tarixli arayışda olan möhür əkslərinin ekspertizaya təqdim edilmiş cavabdehin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmədiyi qeyd olunmuşdur.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 4/254 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertiza rəyində mülki işin 132-133-cü vərəqələrində cavabdehlə iddiaçının adından bağlanmış olan xx.xx.2008-ci il tarixli müqavilənin 2-ci vərəqində “Direktor Cəfərov M.İ” qrafasında möhürün üzərində olan imzanın və 134-cü vərəqində olan xx.xx.2008-ci il tarixli arayışın sonunda “Sahil-D” kompaninin Direktoru: Cəfərov M.İ” qrafasında möh ürün üzərində olan imzanın X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi qeyd olunmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-287/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyevin sədrliyi və məruzəsi ilə, Fuad Abdıyev və Fərrux Qasımovdan ibarət tərkibdə) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.
15. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəylərini mötəbər sübut kimi qəbul edən məhkəmə hesab etmişdir ki, müqavilədə cavabdehin iştirakı və iradə ifadəsi olmadığından müqavilə əhəmiyyətsizdir (etibarsızdır). Beləliklə, mübahisəli əmlakla bağlı xx.xx.2008-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla, etibarsız olduğundan, iddia tələbi təmin edilə bilməz.
16. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı iddia irəli sürməsi üçün subyektiv hüququ da olmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəylərinə istinad edilərək, iş materiallarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin əlamətləri aşkarlandığından, həmin halların araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna məlumat verilməsi barədə xüsusi qərardad qəbul edilmişdir.
18. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 6.2, 324.1, 337, 385.1, 386.1, 442, 448.1-ci, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İd diaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual qanunvericiliyə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyildir və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş müqavilə və maliyyə arayışını nəzərə almayan məhkəmə, qətnamə qəbul edərkən ekspert rəylərinə istinad etmiş, təkrar ekspertizanın keçirilməsi barədə vəsatət vermək üçün vaxt verilməsi barədə vəsatəti əsassız olaraq təmin etməmişdir.
21. İddiaçının nümayəndəsi və vəkili çıxışa hazırlaşmaq, eləcə də hazırda istintaqı aparılan cinayət işi üzrə mübahisəli əmlakın həqiqətən cavabdehdən alındığına dair sorğuya cavab verilm əsi üçün məhkəmədən vaxt istəsə də, vəsatətlər əsassız olaraq təmin edilməmişdir.
22. Kassator şikayətini Mülki Məcəllənin 443-cü, MPM-in 14.2, 77.1, 88, 101.7, 103.1 və 381-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
26. Maddə 337.1. Bu Məcəllədə müəyy ənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
28. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məh kəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
45. Qeyd olunmalıdır ki, mülki işə baxan məhkəmənin müəyyən etdiyi həqiqət obyektiv həqiqət deyil, həmin iş üzrə tərəflərin təqdim etdikləri sübutlardan irəli gələn formal (hüquqi) həqiqətdir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayə t etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-287/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.