Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-287/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Hüseyn qızının, Cavabdeh MMC-nin icraçı direktoru X2 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(005)-800/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı 25 fevral 2008-ci il tarixdə cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini Cavabdeh MMC-dən aldığını, buna görə cavabdehə 326250 (üç yüz iyirmi altı min iki yüz əlli) ABŞ dolları pul ödədiyini, lakin cavabdehin öhdəliklərini icra etməyərək həmin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermədiyni və başqa şəxsə satdığını bildirmiş, buna görədə ödədiyi pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. 2.Cavabdeh isə onunla iddiaçı arasında belə bir müqavilə bağlanmadığını bildirmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 fevral 2008-ci il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üçün ödədiyi 326250 (üç yüz iyirmi altı min iki yüz əlli) ABŞ dolları manata məzənnəsi-275322,375 AZN vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 25 fevral 2008-ci il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini Cavabdeh MMC-dən almışdır. Bu müqavilənin şərtlərinə əsasən satıcıya 326250 (üç yüz iyirmi altı min iki yüz əlli) ABŞ dolları ödəmişdir. Ödəmə barədə 25 fevral 2008-ci il tarixli maliyyə arayışı da verilmişdir. Sözügedən sahəyə dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən imtina aldıqdan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, "xxxx" MMC-nin ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87.0 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilmişdir. Bu yaxınlarda ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə yaxınlaşdıqda həmin sahənin Azər Həsənova (055- 207-40- 00) satıldığını öyrəndi. Göründüyü kimi, satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, sözügedən qeyri-yaşayış sahəsini başqa şəxsə satmışdır. Ona görə də, satıcıdan ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə görə ödədiyi 326250 (üç yüz iyirmi altı min iki yüz əlli) ABŞ dolları iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankın 25 fevral 2008-ci il üçün 1 ABŞ dollarının manata məzənnəsi 0,8439 AZN təşkil edir. 326250 x 0, 8439 = 275.322,375 AZN təşkil edir. Ona görə də, 275.322,375 AZN iddiaçıya qaytarılmalıdır. 5.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 13 aprel 2022-ci il tarixli, 2(005)-800/2022 saylı qətnaməsi ilə (hakim-Solmaz Ədilova) iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 275.322,375 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 6.İş materiallarında olan 25 fevral 2008-ci il tarixli №204 saylı müqavilədən görünür ki, ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsini Cavabdeh MMC tərəfindən İddiaçı satılmışdır. 7.İş materiallarında olan xx.xx.2008-ci il tarixli Cavabdeh MMC-nin arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə görə borcu yoxdur. 8.Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən bildirir ki, 25 fevral 2008-ci il tarixli №204 saylı müqavilə ilə ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsini Cavabdeh MMC tərəfindən İddiaçı satılmışdır. Cavabdeh MMC-nin arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulmuş dəyərini ödəmişdir. Lakin, sözügedən mənzil alıcıya təhvil verilməmiş və cavabdeh tərəfindən mənzilin təhvil verilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. 9.Məhkəmə qeyd etmişdir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 10.Məhkəmə hesab etmişdir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. 11.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2008-ci il bağlanmış müqavilənin 1.1-ci madəsinə əsasən “satıcı” ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi “alıcı”-nın mülkiyyətinə verilir. Ancaq müqavilə üzrə Cavabdeh MMC müqavilə öhdəliklərini yerinə yetirməmiş, müqavilədə göstərilən qeyri yaşayış sahəsini alıcıya təhvil verməmişdir. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilərək, qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. 12.Bu baxımdan məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC tərəfindən mübahisəli qeyriyaşayış sahəsi İddiaçı təhvil verilməsi ilə bağlı öhdəliyini icra etmədiyindən, Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üçün ödənilmiş 275.322,375 manat məbləğində pulu iddiaçıya geri qaytarılmalıdır. 13.Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkəti tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. 14.Məhkəmə yekun olaraq qeyd etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25 fevral 2008-ci il tarixli 204 saylı müqavilənin şərtləri Cavabdeh MMC tərəfindən pozulmuşdur. 15.Məhkəmə belə nəticəyə gəlmişdir ki,iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən, iddia tələbi təmin edilməlidir. 16.Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab etmişdir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 427.1, 427.2, 427.3, 428.2, 430.1, 430.2, 445.2, 445.2.1, 445.2.2: Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 220.5: maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(005)-800/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılır ki, hazırki işin Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılarkən Cavabdeh MMC məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə bildirişlərinin cavabdeh MMC tərəfindən almasını təsdiq edən poçt qəbzi və ya xəbərnamə iş materiallarında mövcud deyildir. Göründüyü kimi hazırki işə baxılması barədə Cavabdeh MMC-nin məlumatı olmamış, məhkəmə iclaslarında cavabdeh qismində MMC-nin nümayəndəsinin iştirakı təmin olunmamış, iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnaməni də MMC rəsmi qaydada almamışdır. Həmin qətnamənin mövcudluğundan Cavabdeh MMCnin nümayəndəsi təsadüfən məlumat almışdır. Lakin birinci instansiyası məhkəməsi cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmamasını nəzərə almamış, işə mahiyyəti baxaraq iş üzrə cavabdehin ziyanına qətnamə qəbul etmişdir. İddiaçı iddia ərizəsində istinad etdiyi kimi, ünvan 1-cı məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi çoxmənzilli 4 saylı yaşayış binasında ümumi sahəsi 87 kv.m ibarət qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə, o cümlədən də xx.xx.2008-ci il tarixli müqavilə bağlanmamışdır. Mülki qanunvericiliyin tələblərinə görə öhdəliyin yaranması üçün tərəflər arasında müqavilənin bağlanması mütləqdir. Cavabdeh MMC nə Bakı şəhəri, F.Bayramov küçəsi 1156-cı məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi çoxmənzilli 4 saylı yaşayış binasında ümumi sahəsi 87 kv.m ibarət qeyri-yaşayış sahəsini İddiaçı satmamış, nə də ki, sonuncudan həmin əmlaka görə 326.250 ABŞ dorlları məblğəində pul almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
21.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 Hüseyn qızı və icraçı direktoru X3 apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. 22.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. 25.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 27.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 28.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 29.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 30.Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 31.Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 32.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 35.Maddə 124.2.İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 36.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 37.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 38.Maddə 387.2.2.İşdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
Apellyasiya baxışının hədləri
39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 42.Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" Krmpani MMC ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. 43.Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" Kompani MMC lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. 45.Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. 46.Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisə ondan ibarətdir ki, iddiaçı 25 fevral 2008-ci il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsini Cavabdeh MMC-dən aldığını lakin cavabdeh öhdəliklərini icra etməyərək həmin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş, başqa şəxsə satmışdır. Cavabdeh isə onunla iddiaçı arasında belə bir müqavilə olmadığını bildirmişdir. 47.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. 48.Kollegiya qeyd edir ki, 25 fevral 2008-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC aralarında bağlanmış müqaviləyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına əsasən qiymət verilməlidir. 49.Bununla bağlı məhkəmə kollegiyası tərəfindən kompleks məhkəmə-xətşünaslıq və məhkəmə sənədlərin texniki ekspertizaları təyin edilmişdir. 50.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin № 5/244 saylı, 16 mart 2023-cü il tarixli sənədlərin texniki ekspert rəyinə əsasən təqdimata təqdim edilmiş "xxxx" Kompani MMC-nin İddiaçı ilə bağlanmış 25 fevral 2008-cü il tarixli 204 nömrəli müqavilədə və 25 fevral 2008-ci il tarixli arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" Krmpani MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. 51.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin № 4/254 saylı, 03 may 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, mülki işin 132-133-cü vərəqələrində "xxxx" kompani ilə İddiaçı adından bağlanmış olan 25 fevral 2008-ci il tarixli müqavilənin 2-ci vərəqində “Direktor Cəfərov M.İ” qrafasında möhürün üzərində olan imza və 134-cü vərəqində olan xx.xx.2008-ci il tarixli arayışın sonunda "xxxx" kompaninin Direktoru: Cəfərov M.İ” qrafasında möhürün üzərində olan imza-X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 52.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. 53.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə gorə əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və muqavilə şəklində (ikitərəfli və ya coxtərəfli) ola bilər. 54.Muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çoxtərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) 55.Kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. 56.Göründüyü kimi İddiaçı iddia tələbi üzrə onunla cavabdeh arasında “bağlanmış” 25 fevral 2008-ci ildə tarixli, 204 saylı müqaviləyə istinad etsə də, keçirilmiş ekspertiza nəticəsində 25 fevral 2008-cü il tarixli 204 nömrəli müqavilədə və 25 fevral 2008-ci il tarixli arayışda olan möhür əkslərinin ekspertizaya təqdim edilmiş "xxxx" Kompani MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmədiyi, "xxxx" Kompani ilə İddiaçı adından bağlanmış olan 25 fevral 2008-ci il tarixli müqavilənin 2-ci vərəqində “Direktor Cəfərov M.İ” qrafasında möhürün üzərində olan imza və 134-cü vərəqində olan xx.xx.2008-ci il tarixli arayışın sonunda "xxxx" Kompaninin Direktoru: Cəfərov M.İ” qrafasında möhürün üzərində olan imza-X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən olunmuşdur. 57.Belə olan halda kollegiya hesab edir ki, qeyd olunan müqavilədə cavabdehin iştirakı və iradə ifadəsi olmadığından müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. 58.İş materiallarından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2902/2019 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh MMC-nin ünvan 3 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(82)-1525/2019 saylı qərarı ilə təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2-1(103)- 1819/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(82)-1525/2019 saylı qərarı ləğv edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2-1(103)-1819/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 59.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 60.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 61.Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 62.Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Yəni İddiaçı ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsi ilə bağlı cavabdehə qarşı iddia irəli sürməsi üçün subyektiv hüququ yaranmamışdır. 63.Kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının ümumi sahəsi 87,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi ilə bağlı 25 fevral 2008-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla, etibarsız olduğundan, iddia tələbi təmin edilə bilməz. 64.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(005)-800/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. 65.Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 195 manat pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 66.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(005)-800/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 195 (yüz doxsan beş) manat pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov