Məhkəmə qərarları › İş №2(102)-1777/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1777/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1777/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) 12.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-179/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron ra yon İcra Hakimiyyəti başçısının 074 №-li xx.xx.1999-cu il tarixli «Maştağa subtropik sovxozunun Həmkarlar Komitəsinin və Əmlak Kollektivi Şurasının xx.xx.1999-cu il tarixli 03 №-li qərarına baxılması haqqında» sərəncamına əsasən Maştağa subtropik sovxozu özünün xx.xx.1999-cu il tarixli 15 №-li məktubu ilə həmin ərazidə yaşayan, evi, torpağı olmayan 18 ailəyə fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Abşeron rayon İcra Hakimiyyəti başçısı qarşısında məsələ qaldırmış, qərarda göstərilən ərazidə yaşayan, evi və torpağı olmayan, hər ailə üçün 0,10 ha hesabı ilə 206 ailəyə 30,0 hektar həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Abşeron rayon İcra Hakimiyyəti başçısı sovxoz tərəfindən istifadə edilməyən, qərarda göstərilmiş sahədən hər ailə üçün 0,10 ha hesabı ilə 206 ailəyə 30,0 ha həyətyanı torpaq fondunun ayrılması, həmin torpaqların növbəlik əsasında Maştağa Subtropik sovxozunun direktorunun əmri ilə paylanması qərar alınmışdır (arxiv tərəfindən təqdim edilmiş sərəcama Maştağa Subtropik sovxozunun direktorunun əmri əlavə edilməmişdir).

2. İddiaçı cavabdehin ərinin əmisi arvadıdır. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev özbaşına tikilidir.

3. «Bakı Baş Səhiyyə Mərkəzi» X3 21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan 29 və 30 №-li çıxarışlara əsasən, hər iki uşağa xx.xx.2023-cü il tarixdə xəstəlikləri ilə əlaqədar göndəriş verilmişdir. Cavabdehin oğlu Məmməd 2023-cü ildə Bakı şəhəri Sabunçu rayonu 22 №-li tam orta məktəbə birinci sinifə gedib (məktəbin direktoru tərəfindən verilmiş xx.xx.2023- cü il tar ixli 4486 №-li arayış). 4. "xxxx" ASC və «Azəriqaz» İB-də mübahisəli ev üzrə abonent kimi qeydiyyata cavabdehin əri Həsənov Cavid alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailəsinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ərazisində yerləşən 0,10 ha topaq sahəsindəki fərdi yaşayış evindəki ona məxsus ev və məişət əşyaları evdə saxlanılmaqla evə köçürülməsinə və cavabdehin həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında verilmiş Abşeron rayon icra hakimiyyəti üzrə 23/İİİ-99-cu il tarixli 074 nömrəli sərəncamda n çıxarışa əsasən Maştağa subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında 0,10 hektar hesabı ilə həyatyanı torpaq sahəsi verilməsi haqqında subtropik sovxozunun 13/İİİ-99-cu il tarixli 03 nömrəli qərarı, 15/İİİ-99-cu il tarixli 15 nömrəli məktubu və 15/İİİ-99-cu il tarixli 05 nömrəli əmri nəzərə alınmaqla torpaq sahəsi ayrılmış və rəsmi olaraq həmin tarixdən istifadəsinə verilmişdir (əsas 23/İİİ-99-cu il tarixli 074 saylı Sərəncamdan Çıxarış). Hazırda həmin torpaq sahəsi onun sahibliyi və istifadəsindədir, Maştağa Bələdiyyəsinə əmlak vergisi ödəyir. Orada özlərinə görə min bir çətinliklə fərdi yaşayış evi tikmişdilər. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddu r və cavabdeh tərəfindən qanunsuz olaraq yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, iki il bundan öncə uzaq qohumlarından olan X1 öz həyat yoldaşı Cavabdeh (sonradan iki övladları dünyaya gəlmişdir) Gədəbəy rayonundan onlara qonaq gəlmişdirlər. Söhbət əsasında onlar Bakı şəhərinə işləmək adı ilə gəldiklərini bildirmiş, daha sonra münasib iş və kirayə ev tapana kimi qısa müddətli olaraq onlarda müvəqqəti qalmaqları üçün ondan icazə istəmişlər. İddiaçı da öz növbəsində yeni ailə və uzaq qohumu olmasına baxmayaraq onlara dəstək durmaq üçün humanist addım ataraq öz razılıqını bildirmişdir. Üstündən təxmini bir müddət keçəndən sonra ailə arasında elə ilk günlərdən söz-söhbət və dava-dalaş olduğunu mütəmadi olaraq eşidirdi. Jalə bir müddət də möhlət verməyini xahiş etmiş, daha sonra hamilə olduğunu, bir müddət sonra uşaq dünyaya gətirəcəyini, bir sözlə müxtəlif bəhanələr gətirərək israrla evdən çıxmamağa çalışırdı. Bir müddət sonra isə Jalə həyat yoldaşını da evdən qovdu. O, Jaləyə bütün bu söz-söhbətlərə və dava-dalaşlara son qoyaraq evini tez bir zamanda boşaltmasını bildirəndə, Jalə nalayiq sözlər deyərək onu qonşular və qohumlar yanında hörmətdən salmağa başlamışdır. Bundan sonra isə onu evdən qovmuş, özü isə həmin evdə qalmaqla evini qanunsuz olaraq zəbt etmişdir. Sonradan o, evinə baxmağa gələrkən evdə ona məxsus ev və məişət əşyalarının mənimsənildiyini, onların bir hissəsinin talan edildiyini, ümumiyyətlə evini bərbad vəziyyətə saldığını aşkar etmişdir.

7. Cavabdeh iddianı qəbul etməyərək qeyd etmişdir ki, mübahisəli evi onun qaynatası onlar üçün inşa etdirmiş, həmin ev 10 sotun içində deyil, 10 sotun içində qaynatası öz qızı Şölə üçün dörd otaqlı ev inşa etdirmişdir. O, əri və uşaqları ilə birlikdə bir neçə il bundan əvvəl Gədəbəydən Bakıya köçmüş, ev tam hazır olmadığından bir müddət həmin həyətdə baldızının evində yaşamış, evi əri ilə birlikdə tamamladıqdan sonra öz evlərinə köçmüşlər, həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur, iddiaçı bir gün olsa belə həmin evdə yaşamamış, evin içində heç olmamış, bu mübahisə yaranandan sonra bir dəfə gəlib qonaq otağında oturub getmiş, iddiaçı heç evin quruluşunu düz-əməlli bilmir. Bu mübahisənin yaranma səbəbi ondan ibarətdir ki, onun əri öz xalası qızını qaçırtmış, bütün ailənin məqsədi ərinin təzə arvadı ilə bu evə yaşaması, cavabdehin isə azyaşlı uşaqları ilə birlikdə Gədəbəydəki qaynatasının evinə qayta rılmasından ibarətdir. Onun əri könüllü olaraq iddiaçının tələbi ilə deyil, cavabdeh tərəfindən qovulduğundan evi tərk etmişdir. Cavabdeh eyni zamanda Gədəbəy rayon Məhkəməsində nikahın pozulması barədə iddia qaldırmışdır. İddiaçı evə olan hüququnu sübut edə bilməmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5441/2023 nömrəli iş üzrə 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli evə olan hüququnu sübut edə bilməmişdir. Torpaq sahəsinin koordinatları, ayırıcı aktı təqdim olunmadığından həmin torpağın yerini, mübahisəli evin məhz həmin torpaq sahəsində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün deyil. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evin məhz id diaçı tərəfindən inşa edildiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının heç bir vaxt həmin evdə yaşamadığı müəyyən edilmişdir. Evin kommunal xidmətləri üzrə abonentinin cavabdehin əri olması, uşaqların həmin ərazidəki poliklinikada qeydiyyatda olması, uşağın həmin rayonda yerləşən məktəbə getməsi mübahisəli evin məhz cavabdehin və onun ailəsinin istifadəsində olmasına dəlalət edir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi, Mülki Məcəllənin 16.1, 27.1, 164.1, 164.2, 165.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 360-cı maddələrinə və «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azə rbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarın istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, torpaq sahəsinin koordinatları, ayrıca aktı tərtib edib iddiaçıya təqdim etmək vaxti ilə fəaliyyət göstərmiş qurumların səlahiyyətlərində olmuşdur. Əvvəla iddiaçıya təqdim edilmiş sənədlərinin sonacan düzgün tərtib olunmamasının səbəbi vaxtı ilə bu işlə məşğul olan müvafiq şəxsin və ya şəxslərin işə məsuliyyət siz yanaşması (günahı) üzündən baş vermişdir. Belə ki, sənədlərinin düzgün və ya sonacan tərtib edilməməsi vətəndaşın təqsiri hesab edilə bilməz. Başqasının səhlənkarlığı səbəbindən (sənədlərin düzgün tərtib edilməməsi və ya aidiyyəti qurumlara təhvil verilməməsi və s.) işinin düzgün tərtib edilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Belə ki, iddiaçı həmin sənədləri nə tərtib edən, nə də ki, həmin sənədləri aidiyyəti qaydada müvafiq qurumlara təqdim etməli olan şəxs olmamış və qanunvericiliklə iddiaçının üzərinə belə bir vəzifə də qoyulmamışdır. Halbuki, bu vəzifə işə səlahiyyətli qurumlara aiddir və sənədlərin düzgün tərtib edilməməsi və ya bu baradə müvafiq qeydlərin vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə aidiyyatı qurumların vəzifəsidir. Həmçinin əlavə olara q qeyd edir ki, Sabunçu Rayon İcra Hakimiyyətinə sözügedən torpaq sahəsinin cizgisinin verilməsinə dair məktub ünvanlanmışdır. Cavab olaraq Sabunçu RİH-dən bildirilmişdir ki, Abçeron İcra Hakimiyyəti və onun tabeliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin Ayrıc Aktları, Baş Planları və Kordinatları Sabunçu Rayon İcra Hakimiyyətinə təhvil verilmədiyindən ayrılmış torpaq sahəsinin cizgisinin verilməsi mümkün deyil. Bundan başqa,mübahisəli evin məhz iddiaçı tərəfindən inşa edildiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi də öz növbəsində əsassızdır. Məhkəməyə 3 nəfər qonşunun sözügedən fərdi yaşayış evinin tikilməsi və iddiaçının 1999-cu il tarixindən faktiki istifadəsində və sahibliyində olması baradə yazılı formada AKT tərtib olunaraq təqdim edi lmişdir. O cümlədən evin tikintisini aparmış usta və fəhlələrin şahid kimi məhkəməyə gələrək ifadə verilməsi iddaçı tərəfindən təmin edilsədə məhkəmə tərəfindən buna şərait yaradılmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) 2(103)-179/2025 nömrəli mülki iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, mübahisəli ev özbaşına tikilidir. İddiaçı köçürülməsini iddia etdiyi (Cavabdeh faktiki yaşadığı) fərdi yaşayış evinin Abşeron rayon İcra Hakimiyyəti başçısının 074 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi daxilində yerləşibyerləşməməsini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə kollegiyasının xx.xx.2024cü il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

15. Qərardadın icrası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin.

16. Ekspertin xx.xx.2024-cü il tarixli məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

17. Ekspertin xx.xx.2024-cü il tarixli vəsatətinə əsasən torpaq sahəsinə dair faktiki koordinatlar, baza məlumatları və mütəxəssis rəyinin təqdim edilməsi xahiş olunsa da, faktiki koor dinatlar və baza məlumatları iddiaçı tərəfindən təqdim edilməmişdir.

18. Maştağa Subtropik bitkilər sovxozunun direktoru H.Y.Seyidovun xx.xx.1999-cu il tarixli 05 nömrəli əmrinin latın əlifbası ilə yazılmış arxiv çıxarışı təqdim edilmiş, lakin həmin dövrdə icra edilmiş orijinal əmr təqdim edilməmişdir.

19. Həmin əmrə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 074 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamı rəhbər tutularaq sovxozun fəhlə və mütəxəssis ailəsindən biri olan İddiaçı 0,10 ha hesabı ilə fərdi evin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmişdir.

20. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Maştağa Subtropik sovxozunun direktorunun əmrinin arxiv çıxarışında iddiaçı sovxozun işçisi kimi göstərilmiş, halbuki iddiaçı heç bir zaman həmin sovxozda işləmə mişdir. Torpağın iddiaçıya qanuni əsaslarla ayrılması şübhə doğurmuşdur.

21. Torpaq qanuni əsaslarla ayrılmış olsaydı belə, torpaq sahəsinin koordinatları, ayrıc aktı təqdim olunmadığından həmin torpağın yerini, mübahisəli evin məhz həmin torpaq sahəsində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün deyil.

22. Kollegiya tərəfindən mübahisəli sahəyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi vahid daş hasar daxilində faktiki olaraq təxminən 0,25 ha torpaq sahəsi mövcuddur. Torpaq sahəsinin eni 70 metr, uzunluğu 32 metr təşkil edir. Torpaq sahəsi soldan sağ tərəf istiqamətində eni 30 metr uzunluğunda olan sahə yüngül konstruksiyalı çəpərlə (dəmir torla) ayrılmışdır. Çəpərdən sonra 40 metr sahədə hər hansı ayrılma olmasa da, cavabdehin bildirdiyinə görə nar ağacı ndan sonrakı sahə keçmiş baldızına ayrılmışdır. Lakin bunu təsdiq edən hər hansı mötəbər sənəd mövcud deyil. Torpaq sahəsi faktiki 2 hissəyə bölünsə də, cavabdehin izahatına əsasən müəyyən olunur ki, torpaq sahəsinin 3 hissəyə bölünməsi nəzərdə tutulmuşdur. Mövcud torpaq sahəsinin eyni sırada 3 darvaza yeri mövcuddur. Cavabdehin keçmiş baldızına məxsus torpaq sahəsi faktiki ayrılmasa da nar ağacından sonrakı sahəyə giriş-çıxış üçün darvaza yeri mövcuddur. Cavabdehin uşaqları ilə yaşadığı sahəyə daxil olduqda sol tərəfdə inşa edilmiş 1 mərtəbəli orta təmirli fərdi yaşayış evi var. Ev ümumi zal, mətbəx, sanitar qovşaq olmaqla 4 otaqdan ibarətdir. İddiaçı iddia ərizəsində mübahisəli torpaq sahəsinin onun sahibliyində və istifadəsində olduğunu qeyd etsə də, yerində müayinə zamanı tikilmiş bir fərdi yaşayış evində cavabdehin keçmiş qayınatası və ailəsinin, digər fərdi yaşayış evində cavabdehn özünün və azyaşlı uşaqlarının yaşadığı müəyyən edilmişdir. İddiaçının köçürülməsini iddia etdiyi fərdi yaşayış evinin ona ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

23. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən keçirilən yerində müayinə zamanı iddiaçı şəxsən iştirak etmişdir. Müəyyən olunmuşdur ki, ərazidə sıra ilə Jalənin baldızının evi, sonra Jalənin qaynatası tərəfindən yeni inşa edilmiş, tamamlama işləri gedən ev, sonra isə mübahisəli ev yerləşir. Evin içinə girilməmiş, iddiaçıya evi təsvir etmək təklif edilmiş, iddiaçı bunu edə bilməmişdir.

24. Mübahisəli evin məhz iddiaçı tərəfindən inşa edildiyinə dair məhkəməyə hər hans ı bir sübut təqdim edilməmişdir. İddiaçının qonşular tərəfindən tərtib edilmiş akta istinad etməsini kollegiya ağlabatan hesab etmir. Belə ki, iddiaçının özünün tikdirdiyini iddia etdiyi evi təsvir edə bilməməsi bu halın həqiqət olmadığını göstərir.

25. Bunun əksinə, kollegiya hesab edir ki, torpaq sahəsinin daxilində cavabdehin qayınatasının və baldızının evlərinin olması yaşayış evinin cavabdeh və onun keçmiş əri Cavid tərəfindən inşa edildiyini inandırıcı edir.

26. Evin kommunal xidmətləri üzrə abonentin də cavabdehin keçmiş ərinin olması, uşaqların həmin ərazidəki poliklinikada qeydiyyatda olması, uşağın həmin rayonda yerləşən məktəbdə oxuması mübahisəli evin məhz cavabdehin və onun ailəsinin istifadəsində olmasına dəlalət edir.

27. Birinci instansiya məhkəməsində iddiaçının heç bir va xt həmin evdə yaşamadığı müəyyən edilmişdir.

28. İddiaçının adına olan sənədləri mötəbər hesab edərək, qeyd edilən torpaq sahəsinin Hazırkı mübahisəli torpaq sahəsi olduğunu zənn etsək belə, həmin torpaq sahəsində cavabdehin qayınatası və baldızına məxsus əmlakın olması, tələbin isə yalnız cavabdehə yönəlməsi cavabdehin dəlillərinin inandırıcı hesab edilməsinə əsas verir.

29. Belə ki, cavabdeh bildirir ki, ailə qurduqdan sonra bir müddət Gədəbəy rayonunda yaşamışlar, sonrada Bakı şəhərinə köçmüşlər. Bir müddət mübahisəli ünvanda baldızının evində yaşamışlar. Bu müddət ərzində mübahisəli evin tikintisi başa çatmış və onlar həmin evə köçmüşlər.

30. Beləliklə, iddiaçı mübahisəi evin məhz ona məxsus torpaq sahəsində inşa edilməsini sübut edə bilmir, çünki hər hansı torpaq sahəsinin ayrılması t əkcə bu barədə müvafiq sərancamı (qərarı, əmri və s.) ehtiva etmir. Sərancam əsasında torpağın yerində (naturada) ayrılması və onun koordinatlarının dövlət torpaq kadastrına daxil edilməklə “Torpaq sahəsinin plan və ölçüsü” sənədənin verilməsi tələb olunurdu. İddiaçı isə belə sənəd təqdim edə bilmir.

31. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü e lementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinc element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

32. Hazırkı halda isə iddiaçı mübahisəli evə dair subyektiv hüququnun olmasını sübut edə bilmir.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1, 164.2, 180.1, 180.2, 180.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2025, 2(103)-179/2025 saylı qətnaməsinin ləğv olunması, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə baxışa qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1, 164.2, 180.1, 180.2, 180.3-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki,məhkəmə bu maddəni düzgün tətbiq etsə də aydınlıq gətirməmişdir. Çünki cavabdehə münasibətdə bu maddəni tətbiq etsə də ki, guya cavabdeh adətən mübahisəli fərdi yaşayış evində yaşayır, bu əsasla da həmin mübahisəli fərdi yaşayış evinin onun yaşayış yeri kimi qəbul etmişdir ki bu yalnışdır. Belə ki cavabdeh mübahisəli fərdi yaşayış evində adətən deyil müvəqqəti olaraq iddiaçı tərəfindən köçür ülmüşdür. Bunu dair birinci instansiya məhkəməsində məhkəməyə 3 nəfər qonşunun sözügedən fərdi yaşayış evinin tikilməsi və iddiaçının 1999cu il tarixindən faktiki istifadəsində və sahibliyində olması baradə yazılı formada AKT tərtib olunaraq təqdim edilmişdir. O cümlədən evin tikintisini aparmış usta və fəhlələrin şahid kimi məhkəməyə gələrək ifadə verilməsi iddaçı tərəfindən təmin edilsə də məhkəmə tərəfindən buna şərait yaradılmamışdır. Bu hallar apellyasiya şikayətində göstərilsə də apellyasiya məhkəməsi də həmin şahidlərin dindirilməsini təmin etməmiş və qətnaməsində bu hala qiymət belə verməmişdir. İş materialında olan sənədlərdən də açıq aydın görsənir ki, Abşeron rayon icra hakimiyyəti üzrə 23/İİİ-99-cu il tarixli 074 nömrəli sərəncamdan çıxarışa əsasən Maştağa subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında 0,10 hektar hesabı ilə həyatyanı torpaq sahəsi verilməsi haqqında subtropik sovxozunun 13/İİİ-99-cu il tarixli 03 nömrəli qərarı, 15/İİİ-99-cu il tarixli 15 nömrəli məktubu və 15/İİİ-99-cu il tarixli 05 nömrəli əmri nəzərə alınmaqla torpaq sahəsi ayrılmış və rəsmi olaraq həmin tarixdən istifadəsinə verilmişdir (əsas 23/İİİ-99-cu il tarixli 074 saylı Sərəncamdan Çıxarış). Eyni zamanda da sənədlərdən görsənir ki, Maştağa Bələdiyyəsinə əmlak vergisi ödəyir. İddiaçı özlərinə görə min bir çətinliklə fərdi yaşayış evi tikmişdilər. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən qanunsuz olaraq yaşayış sahəsi kimi istif adə olunur. Hazırda da torpaq sahəsinin reyestrdə qeyd alınaraq çıxarışın verilməsi barədə müraciət olunmuşdur. Nəticəsi barədə məhkəmə gedişatı zamanı məhkəməyə məlumat veriləcəkdir. Eyni zamanda, hazırda mübahisələndirilən fərdi yaşayış evi Abşeron rayon icra hakimiyyəti üzrə 23/İİİ-99-cu il tarixli 074 nömrəli sərəncamdan çıxarışa əsasən Maştağa subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında 0,10 hektar hesabı ilə həyatyanı torpaq sahəsi verilməsi haqqında subtropik sovxozunun 13/İİİ-99-cu il tarixli 03 nömrəli qərarı, 15/İİİ-99-cu il tarixli 15 nömrəli məktubu və 15/İİİ-99- cu il tarixli 05 nömrəli əmri nəzərə alınmaqla torpaq sahəsi ayrılmış və rəsmi olaraq həmin tarixdən istifadəsinə verilmiş torpaq sahəsi ndə tikilmişdir və hesab edir ki, iddiaçının gələcəkdə mülkiyyət hüququnun qeyd alınması gözləntisi var və özbaşına tikili hesab edilə bilməz. İddiaçı köçürülməsini iddia etdiyi (Cavabdeh faktiki yaşadığı) fərdi yaşayış evinin Abşeron rayon İcra Hakimiyyəti başçısının 074 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamı ilə fərdi evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi daxilində yerləşib-yerləşməməsini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Qərardadın icrası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertin xx.xx.2 024-cü il tarixli məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Ekspertin xx.xx.2024-cüil tarixli vəsatətinə əsasən torpaq sahəsinə dair faktiki koordinatlar, baza məlumatları və mütəxəssis rəyinin təqdim edilməsi xahiş olunsa da, faktiki koordinatlar və baza məlumatları iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qətnaməsində qeyd etməsə də mütəxəssis rəyinin verilməsindən imtina barədə cavab məktubunda mütəxəssislərə şərait yaradılmaması qeyd edilmişdir. Halbuki belə bir hal baş verməmiş və mütəxəssislərin gəlməsi halı belə baş verməmişdir. Mütəxəssislərə şərait yaradılmaması halı baş vermişsə də belə bunu iddiaçı deyil cavabdeh edə bilərdi. Çünki rəyin verilməsi iddiaçı üçün daha maraqlı və vacib idi. Hazırda da təyin edilmiş ekspertizanın keçirilməsinə şərait yaradılmaması səbəbindən yenidən işin həqiqətən də tam və ətraflı araşdırılaraq ədalətli qərar verilməsi üçün yenidən təkrar ekspertiza təyin edilməli olduğu halda və birinci instansiya mərhələsində sübut kimi təqdim edilmiş şahidlərin dindirilməsinə şərait yaradılmadan qətnamə çıxarılması əsassız və qanunsuzdur.

36. Məhkəmənin yeganə istinad etdiyi iddianın təmin edilməməsi əsası fərdi yaşayış evinin özbaşına tikili kimi qiymətləndirilməsi və iddiaçı tərəfində təqdim edilmiş sərəncamın həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində olub olmamasının sübutunun yetərli olmamasıdır. İddiaçı tərəfindən təqdim edilmiş digər sübutlara isə (şahidlərə) qiymət verilməməsidir.

37. Məhkəmə isə yenidən işi ekspertizaya göndərməmiş və ya ekspertizaya şərait yaratmayan cavabdehə münasibət bildirməmişdir. Cavabdeh tərəfindən şəraitin yaradılmaması yenidən ekspertizanın keçirilməsinə maneə yaratmır, əksinə işin daha ədalətli nəticə əldə edilməsinə əsas yaradırdı. Hazırkı mübahisə olunan torpaq sahəsinin iddiaçı tərəfində təqdim edilmiş və gələcəkdə mülkiyyət huququ gözləntisi olan torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmədən yekun qərar vermək əsassız olmalıdır.

38. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 97.1-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə ya şayış yeri ola bilər.

41. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

42. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

43. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

44. Maddə 180.3. Özbaşına t ikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan pro sessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya in stansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 vəsatətlə müraciət edərək hazırda İddiaçı tərəfindən mübahisəli olan və iddia tələbinin əsasını təşkil edən Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli 074 nömrəli Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Maştağa subtropik sovxozunda ayrılmış 0.10 ha sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılması üçün Bakı İnzibati Məhkəməsinə nüraciət edildiyi və həmin e-2-1(112)-10592/2025 saylı inzibati işin hakim Tural Məlikovun icraatında olduğunu, hazırda kollegiyanın icraatında olan iş üzrə çıxacaq qərar Bakı İnzibati Məhkəməsində çıxacaq qərara zidd ola biləcəyini qeyd edərək İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən cavabdehin çıxarılması və mənzilə köçürülmə tələbi”nə dair mülki işin icraatının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı “Torpaq sahəsinin yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)10592/2025 saylı inzibati işə baxılıb yekunlaşanadək dayandırılması barədə qərardad çıxarılmasını xahiş etsə də məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən etmir və bildirir k i, yeni əsaslar yarandığı halda yeni iddia verilməsi istisna edilmir.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin evin tikintisini aparmış usta və fəhlələrin şahid kimi məhkəməyə gələrək ifadə verilməsi iddaçı tərəfindən təmin edilsə də məhkəmə tərəfindən buna şərait yaradılmadığı, bu hallar apellyasiya şikayətində göstərilsə də apellyasiya məhkəməsi də hə min şahidlərin dindirilməsini təmin etmədiyi və qətnaməsində bu hala qiymət belə vermədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, iş materialları( birinci instansiya məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolu) ilə təsdiq edilir ki, iddiaçının nümayəndəsi şahidlərin torpağın iddiaçıya məxsusluğunu təsdiq edəcəyini bildirmişdir.Kollegiya bildirir ki, məhkəməyə gəlmiş şahid X1 dindirilmişdir.Həmçinin nəzərə alınmalıdır ki, şahid ifadələri daşınmaz əmlakın yeri və kimə məxsus olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.Daşınmaz əmlakın yeri və hər hansı şəxsə məxsusluğu qanunvericilikdə nəzərdə tutulmuş rəsmi sənədlərə əsasən təsdiq edilə bilər.

58. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 238.1-ci maddəsində göstərilmişdir ki, da şınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

59. Apellyasiya məhkəməsi də qeyd etmişdir ki, iddiaçı mübahisəi evin məhz ona məxsus torpaq sahəsində inşa edilməsini sübut edə bilmir, çünki hər hansı torpaq sahəsinin ayrılması təkcə bu barədə müvafiq sərancamı (qərarı, əmri və s.) ehtiva etmir. Sərancam əsasında torpağın yerində (naturada) ayrılması və onun koordinatlarının dövlət torpaq kadastrına daxil edilməklə “Torpaq sahəsinin plan və ölçüsü” sənədənin verilməsi tələb olunurdu. İddiaçı isə belə sənəd təqdim edə bilmir. Hazırkı halda iddiaçı mübahisəli evə dair subyektiv hüququnun olmasını sübut edə bilmir.

60. Kollegiya bildirir ki, s übutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. O na görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 fevral 2025-ci il tarixli 2(103)179/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar