Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1778/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyətinə, Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh4 qarşı ilk; Cavabdeh4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələlərinə dair iş üzrə QƏRARİ İş № 2(102)-1778/2023 (Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kolleg iyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyətinə, Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh4 qarşı “hərracın yekunlarına dair protokolun etibarsızlığı və sair tələbləri barədə” ilk, Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil alınması tələbi barədə” qarşılıqlı iddiasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-937/2023 saylı, 3 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e2-2(113)-298/2020 saylı icra vərəqəsi üzrə Səbail Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubu əsasında "xxxx" ASC-yə məxsus olan və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı hərracın yekunları üzrə “X1 Mərkəzi” MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Alğı-satqı müqaviləsinin”, hərracın nəticələri haqqında YP seriyalı, 85 saylı protokolun və qeyriyaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh4 qarşılıqlı iddia qaldıraraq, yuxarıda qeyd edilən hərrac nəticəsində əldə etdiyi və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçıdan alınaraq ona təhvil verilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-3810/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) hər iki iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı və Cavabdeh4 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-937/2023 saylı, 3 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), C.C.Musayeva və R.M.Həsənov) bi rinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
6. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, İddiaçı ASC, Cavabdeh2 BOKT ASC və cavabdeh “X1 Mərkəzi” MMC kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir. İlk iddia ərizəsi ilə həll edilməsi xahiş edilən mübahisə həmin hüquqi şəxslərin kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir.
7. Qarşılıqlı iddia ümumi məhkəmənin yurisdiksiyasına aid olsa da MPM-nin 30-cu maddəsinin tələbinə görə, işə kommersiya məhkəməsində baxılmalıdır. Lakin birinci instansiya məhkəməsi ona aid olmayan ilk iddianı icraata götürmüş, ona aidiyyətı olmayan işə baxmışdır.
8. Məhkəmə gəldiyi nət icənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 25.1, 26.1, 31.1, 387.2.9, 384.0.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh4 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının edilməsini, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-3810/2021 nömrəli qətnaməsindən aydın görünür ki, çəkişən tərəflər arasında mübahisənin predmeti və onun hüquqi əsasları hərrac təşkilatçısı tərəfindən hərracın təkili və keçirilməsi, hərracın yekunlarına dair tərti b edilmiş protokolun və onunla bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hərracda satılmış ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin alınıb ona təhvil verilməsi ilə bağlı məsələlərlə əlaqədardırdır.
11. Aydın görünür ki, hazırkı mülki iş üzrə istər mübahisənin predmetinin, istərsə də hüquq münasibətlərinin xarakterinin çəkişən tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlılığı yoxdur.
12. Məhkəmənin icra vərəqinin icrası ilə bağlı borclu-iş üzrə İddiaçı ASC-nin əmlakının satılması üzrə açıq hərracın təşkili və keçirilməsi dövlət orqanı olan Cavabdeh3 sifarişi əsasında ixtisaslaşdırılmış müəssisə olan cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən həyata keçirilmişdir. Cavabdeh2 BOKT ASC iş üzrə tələbkar, Cavabdeh4 isə açıq hərracın iştirakçısıdır.
13. Kassator şikayətini Azərbaycan R espublikası Konstitusiyanın 24 və 62-ci, MPMin 24.2, 24.3, 31.1, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 61.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 08 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10, 11, 12-ci bəndinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
14. Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhk əməsində baxılmalıdır.
15. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
16. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
17. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
18. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı 20. 11-ci bənd: MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakter inin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. 21. 12-ci bənd: Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərin in xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 22. 13-cü bənd: Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 23. 20-ci bənd: Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyekt ləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehin kas sasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsasən qiymət verilmişdir və Məhkəmə tərkibi həmin əsaslandırma ilə razılaşır.
28. Bununla yanaşı, qeyd olunmalıdır ki, sahibkarlıq subyektləri arasında yalnız birgə fəaliyyətdən yaranan mübahisələr deyil, həm də onların ayrı-ayrılıqda həyata keçirilən fəaliyyətindən əmələ gələn mübahisələr də kommersiya mübahisəsi sayılır.
29. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyekti nin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).
30. Baxılan iş üzrə əsas tələb hərracın nəticələrinin etibarsızlığı ilə bağlıdır. Həmin tələb üzrə iddiaçı və hərracın təşkilatçısı sahibkarlıq subyektləridir. Mübahisə onların birgə fəaliyyəti ilə bağlı olmasa da, onların ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. İş üzrə verilmiş qarşılıqlı iddia ümumi məhkəməyə aid olsa da, apellyasiya instansiya məhkəməsi MPM-in 30-cu maddəsinə düzgün olaraq bir-biri ilə əlaqədar olan həmin tələblərə kommersiya məhkəməsində baxılmalı olması barədə qənaətə gəlmişdir.
31. Hazırkı mübahisənin məhkəmə aktının icrası ilə bağlı olduğu barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Çünki hətta mübahisənin qanuni qüvvəyə min miş məhkəmə aktının icrasından irəli gəldiyi qəbul edilərsə belə, həmin icra kommersiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktı (Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e2-2(113)-298/2020 saylı icra vərəqəsi) ilə bağlı olduğundan mübahisə yenə də kommersiya məhkəməsinə aid olacaqdır.
32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 24-26, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə tərkibi Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-937/2023 saylı, 3 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan