Məhkəmə qərarları › İş №2(102)-178/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-178/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-178/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 30.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(103)4346/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 09 iyun 2004-cü il tarixli akta əsasən, X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1380 kv.m. həyətyanı sahəsini 4.000 ABŞ dollarına İddiaçı1 satmışdır.

2. Cavabdeh İddiaçı1 və İddiaçı2 keçmiş gəlinidir və sonuncuların oğlu X1 X ilə 24 iyul 2007-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 22 may 2008-ci il tarixdə İddiaçı2 X, 24 noyabr 2009-cu il tarixdə X6 və 29 dekabr 2014-ci il tarixdə X8 adlı övladları anadan olmuş, sonradan ailə münasibətləri pisləşdiyi üçün nikahları Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.

3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1380 kv.m. torpaq sahəsinə dövlət qeydiyyatına alınmayan fərdi yaşayış evi inşa olunmuş və həmin evdə Cavabdeh uşaqları ilə bi rgə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra- iddiaçılar) Cavabdeh (bundan sonracavabdeh) qarşı birgə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən fərdi yaşayış evinə onların köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki halına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1380 kv.m həyətyanı torpaq sahəsini 9 iyun 2004-cü il tarixdə həmin qəsəbə sakini X2 şahidlərin iştirakı ilə satın almış və həmin sahədə fərdi yaşayış evini inşa etd irmişdir. Həyətyanı torpaq sahəsinin alqı-satqısına dair müvafiq akt tərtib edilmiş və həmin akt Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi üzrə inzibati ərazi dairəsi nümayəndəsi tərəfindən təsdiq edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 12 sentyabr 2023-cü il tarixli, 2(010)-2903/2023 nömrəli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia təmin edilmiş, iddiaçıların sözü gedən evə köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törədilməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməli və iddiaçılar mübahisəli evə köçürülməlidir.

8. Məhkəm ə qeyd etmişdir ki, cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etdiklərini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etirazı olmadığını bildirmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Özbaşına tikilinin dəqiq kimin tərəfindən inşa edilməsi iş materialları ilə müəyyən olunmur. Lakin, torpaq İddiaçı1 2004-cü ildə verildiyindən, cavabdeh isə ora 2007-ci ildə köçdüyündən, elə nəticəyə gəlinir ki, həmin torpaq sahəsində 2007-ci il üçün artıq tikili var idi. Həmin ünvanda qaz sayğacı İddiaçı2 adına 2016-cı ildə rəsmiləşdirilmişdir. İddiaçılar həmin evdə müəyyən müddət yaş asalar da, son zamanda orda yaşamırlar.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3-cü, habelə Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 77.1, 88-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların onunla evdə yaşamasına razı deyil. İddiaçılar 15 ildir mübahisəli evdə yaşamırlar. İddiaçılar daimi olaraq onlara məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi 3 ünvanında yerləşən evdə yaşayıblar. İddiaçıların mübahisəli evdə yaşama ehtiyacı yoxdur. İddiaçıların evə dair iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(103)-7056/2023 nömrəli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və İkram Şirinov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasi ya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh və onun 3 azyaşlı qız övladı tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçıların köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçılar qeyd olunan evin (özbaşına tikilinin) yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçıların üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişlər. Əksinə, iddia ərizəsinin məzmunundan və işin faktiki hallarından məlum olur ki, i ddiaçılar hüquqdan pis niyyətlə sui-istifadə edərək cavabdehə zərər vurmaq məqsədilə bu iddianı irəli sürmüşlər. Çünki, cavabdehin hansısa formada onların hüquqlarını pozmasına dair heç bir dəlil irəli sürməyiblər.

15. Bundan başqa, iddiaçılar cavabdehin keçmiş qayınatası və qayınanası olsa da, ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özlərinin saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mübahisəli özbaşına tikilinin yaşayış sahəsinə köçmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçıların bu istəyi ən azından keçmiş gəlini olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mübahisə predmeti olan özbaşına tikiliyə faktiki sahiblik və oradan istifadə edən cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçılar mübahisə predmeti olan evdə heç vaxt yaşamayıblar, cavabdeh isə 2007-ci ildən köçüb orada yaşadığından həmin tikili cavabdehin adına mülkiyyət hüququ əsasında qeydə alınmış, onda tərəflər arasında qohumluq münasibətlərinə xitam verildikdən sonra hazırkı mübahisəyə qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarının tətbiqi nəzərdən keçirilə bilərdi. Bu mənada, tərəflər arasında qayınatagəlin və qayınana-gəlin münasibətlərinə də xitam verildiyindən, iddiaçılar isə nəinki başqa ünvanda yaşadığından, ümumiyyətlə köçmək istədikləri ünvanda heç vaxt yaşamadığından və hazırkı evə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mülki Məcəllənin 228-ci maddəsini n tətbiqi də mümkün olmazdı. Buna baxmayaraq, nə özbaşına tikilinin, nə də onun yerləşdiyi torpaq sahəsinin iddiaçılara hər hansı bir hüquq müəyyənedici sənədlə məxsus olmasına dair işdə heç bir mötəbər (Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli 5-20/2- 228/2023 nömrəli məktubu və xx.xx.2004-cü il tarixli akt hüquq müəyyənedici sənəd olmadığından mötəbər sübut sayılmır bax.i.v.7-8) sübutlar yoxdur. Bu barədə iddiaçılar tərəfindən məhkəməyə hüquq müəyyən edən heç bir mötəbər sübut təqdim edilməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən, ona etirazdan, apellyasiya şikayətindən və apellyasiya baxışı zamanı tərəflərin verdiyi izahatların məzmunundan bəlli olur ki, əslində iddiaçıların məqsədi cavabdehin yaşadığı özbaşına tikiliyə köçmək olmamışdır. Çünki, mübahisəli özbaşına tikiliyə köçürülməsinə dair qətnamə çıxarılsa da iddiaçıların məqsədi yalnız keçmiş gəlini olan cavabdehin azyaşlı uşaqlarına görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və yığılmış aliment borcundan imtina etməsinə nail olmaq üçün ona təsir etmək məqsədilə bu iddianı irəli sürmüşlər. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçılar düzgün yol (vasitə) seçməmişdir. Başqa sözlə, mübahisəli özbaşına tikiliyə köçürülməni tələb etməklə, əslində həqiqi məqsədlərinə bu yolla çatacaqlarına dair düşüncələri onların yanlış iddia verməsinə səbəb olmuşdur. Ən azından ona görə ki, cavabdeh onları köçmək istədikləri evdən heç vaxt qovmamış yaxud həqiqi ehtiyacları olduğu və ya yarandığı halda hər hansı bir maneə yaratmamışdır. Əksinə, ape llyasiya baxışı zamanı cavabdeh keçmiş ərinin mübahisəli özbaşına tikilidə yaşamasına heç bir etirazının olmadığını təsdiqlədi. Məhkəmə isə müəyyən edilmiş bu faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

17. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddianı etiraf etmiş olsa belə, bu cür etiraf cavabdehin həqiqi iradə ifadəsini əks etdirməmişdir. Çünki, cavabdehin, nümayəndəsi və vəkilinin apellyasiya baxışı zamanı izahatlarından aydındır ki, əslində o, keçmiş ərinin mübahisəli evə (özbaşına tikiliyə) köçüb yaşamasına etiraz etməmiş və buna razı olmuşdur. Nümayəndəsi və vəkilinə də keçmiş əri barədə bu cür tapşırıq vermişdir. Bununla yanaşı, cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (MPM 52.2, 191.1). Lakin, cavabdehin nümayəndəsi və vəkilinin etirafı məhkəmə iclas protokoluna yazılmamış və protokolu cavabdeh və iddiaçı imzalamamış, eləcə də cavabdeh iddianı yazılı ərizə ilə etiraf etməmişdir. Bu cür vəziyyətdə iddianın etiraf edilməsi birinci instansiya məhkəməsi tərəfindən təsdiq edilə bilməzdi.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, iddiaçıların köçmək istədiyi mübahisəli özbaşına tikili hal-hazırda cavabdeh və onun üç azyaşlı qız övladının sahibliyində və istifadəsindədir. Demək iddiaçıların həmin evə (öz başına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırıcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin gərgin qarşılıqlı münasibətləri baxımından düzgün olmamışdır.

19. Məhkəmə kollegiyası öz mövqeyini MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat

20. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. 20.Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları müəyyən olunmuş işin faktiki hallarına uyğun düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. 21.Apellyasiya kollegiyasının əsaslandırılması ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar ilk olaraq cavabdehin mübahisəli yaşayış sahəsindən çıxarılmaqla, onların köçürülməsi tələbini irəli sürsələr də, sonradan tələblərinin həcmini azaltmış və yalnız özbaşına tikili olan evə köçürülməsini xahiş etmişlər. 22.Belə olan halda, iddiaçıların hüquqdan sui-istifadə etməklə hazırki iddianı vermələri maddi hüquq normaları nöqteyi-nəzərdən əsaslandırılmamışdır. 23.Belə ki, apellyasiya m əhkəməsinin də göstərdiyi kimi, məhkəmə təcrübəsində özbaşına tikililərin inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi təcrübəsi mövcuddur. 24.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Şamayev (məruzəçi), E.Vəliyeva və Ə.Xıdırov) 2(102)-1617/2024 saylı, 15 may 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiya məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır 25.Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmamışdır. 26.Məhkəmə kollegiyası öz hüquqi mövqeyini MPM-in 416, 417, 419 və 421-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(103)4346/2024 nömrəli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

28. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıların onunla evdə yaşamasına razı deyil. İddiaçılar 15 ildir mübahisəli evdə yaşamırl ar. İddiaçılar daimi olaraq onlara məxsus olan və ünvan 1 ünvanda yerləşən evdə yaşayıblar. İddiaçıların mübahisəli evdə yaşama ehtiyacı yoxdur. İddiaçıların evə dair iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.

29. İddiaçılar Bakı Şəhəri Suraxanı RİH başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 9 iyun 2004-cü il tarixli akt əsasında evi aldıqlarını bildirirlər. Lakin aktda qeyd olunan torpaq sahəsini iddiaçılara akt əsasında satmış X3 məxsus olmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin, aktda alınan torpaq sahəsinin həqiqətən də iddia ərizəsində göstərilən evin tikildiyi torpaq sahəsi olubolmaması aydın deyil. Aktda torpağın koordinatları qeyd edilməməklə dəqiq yerləşdiyi ünvan göstərilməyib. Bu səbəbdən qeyd olunan aktın heç bir sübutedici q üvvəsi yoxdur. Mübahisəli evin tikintisi aparılmış torpaq sahəsinin iddiaçılara məxsus olmasını təsdiq edən rəsmi reyestrdə qeydiyyatdan keçirilmiş sənəd yoxdur. Bu səbəbdən qeyd olunan torpaq sahəsi dövlətə məxsusdur və onun üzərində tikilmiş ev özbaşına tikili hesab edilməlidir.

30. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçıların iddia tələblərinin təmin olunmamasını xahiş etmişdir.

32. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda ə saslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası tərəfindən bütün sübutlar şərh olunmayaraq, bir-birilə əlaqələndirilməmiş və işə aidiyyatının olub-olmaması müəyyən edilməmişdir.

33. Kassator şikayətini “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci, 8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçılar İddiaçı1, İddiaçı2 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

35. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

36. Maddə 60.

1. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

38. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.

39. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

41. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Ha zırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarını n tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törədilməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməli və iddiaçılar mübahisəli evə köçürülməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Özbaşına tikilinin dəqiq kimin tərəfi ndən inşa edilməsi iş materialları ilə müəyyən olunmur. Lakin, torpaq sahəsi İddiaçı1 2004-cü ildə verildiyindən, cavabdeh isə ora 2007-ci ildə köçdüyündən iddia rədd oluna bilməz. Çünki cavabdeh 2007-ci ildə həmin evə gəlin köçərkən, həmin torpaq sahəsində artıq tikili mövcud olmuşdur. Hətta həmin ünvanda qaz sayğacı İddiaçı2 adına 2016-cı ildə rəsmiləşdirilmişdir. İddiaçılar həmçinin bir müddət həmin evdə yaşamışlar.

49. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(103)-4346/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar