Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1780/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Əlihüseyn oğluna, Cavabdeh3 Əlövsət oğluna, Cavabdeh17, Cavabdeh4 oğlu, Cavabdeh5 oğlu, Cavabdeh6 İsmayıl oğlu, Hüseynov Firəddin Vəli oğlu, Cavabdeh7 oğlu, Cəlil-zadə Xanım Həmzə qızı, Talıbova Gülnarə Məmmədağa qızı, Cavabdeh9, Cavabdeh10 Çingiz oğlu, Cavabdeh15 oğlu, Cavabdeh11, Cavabdeh12 oğlu, İsrafilov Fərhad Nizami oğlu, Cavabdeh16 oğlu və Məmmədov Hümbət Asan oğluna qarşı (Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlə r: Birgə nikah dövründə əldə olunmuş əmlak; mənzil Tikinti Kooperativində həmtəsisçilərin paylarının müəyyən olunması; pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Rəşad Məhəmməd oğlu içəzurəm) hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Əlihüseyn oğluna, Cavabdeh3 Əlövsət oğluna, Cavabdeh17, Cavabdeh4 oğlu, Cavabdeh5 oğlu, Cavabdeh6 İsmayıl oğlu, Hüseynov Firəddin Vəli oğlu, Cavabdeh7 oğlu, Cəlil-zadə Xanım Həmzə qızı, Talıbova Gülnarə Məmmədağa qızı, Cavabdeh9, Cavabdeh10 Çingiz oğlu, Cavabdeh15 oğlu, Cavabdeh11, Cavabdeh12 oğlu, İsrafilov Fərhad Nizami oğlu, Cavabdeh16 oğlu və Məmmədov Hümbət Asan oğluna (Bakı şəhəri Binəqədi rayon icra şöbəsi v ə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2025-ci il tarixli 2(103)864/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh1 28 yanvar 1989-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikah dövründə ünvan 1 ünvanında 2 ədəd yaşayış evi və həmin ünvanda 4 mərtəbəli qeyri-yaşayış sahəsi inşa etdirmişlər.
2. Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2013-cü il tarixli, 1(101)77/2013 saylı hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 29, 120.2.7, 178.3.2, 228.3 və 313-cü maddələr ilə təqsirli bilinərək, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmün mülki iddia ilə bağlı hissəsində Cavabdeh1 törətdiyi cinayət əməli nəticəsində zərərçəkənlərə vurduğu zərər onunla Manana Ramazanovnanın birgə nikah dövründə inşa etdirdikləri sözügedən əmlaklardakı payı hesabına ödənilməsi göstərilmişdir.
3. Məhkəmənin icra sənədi mülki iddiaya aid hissədə icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş, lakin 2014-cü ildən 30 sentyabr 2020-ci il tarixədək icrasız qalmışdır. Belə ki, adları çəkilən həmin 2 yaşayış və 1 qeyri-yaşayış sahəsində iddiaçı ilə Cavabdeh1 payları nə natura şəklində, nə də pul şəklində müəyyən edilmədiyindən mümkün olmamışdır.
4. Cavabdeh1 cəzaçəkmə müəssisəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddiaçıya qarşı əmlak bölgüsünə dair iddia qaldırsa da, iddia təmin edilməmişdir. 5. 2015 və 2017-ci illərdə iki dəfə əmlaklar hərraca çıxarılmış, hərrac baş tutmamışdır. 6. xx.xx.2020-ci il tarixdə hərrac baş tutmuş, hərrac mərkəzi ümumi əmlakda iddiaçının da payını hərraca çıxararaq 17 nəfər tələbkara satmışdır. 2 yaşayış evindən biri 326592 manata, digəri 322218 manata, qeyri-yaşayış sahəsi isə 801900 manata qiymətləndirilərək satılmışdır. Əmlakın ümumi dəyəri ******* manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş əri, hazırkı iş üzrə cavabdeh Məmmədov Hümbət Asan oğlunun borc öhdəliyinin Cavabdeh1la onun birgə mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi 10 ünvanda yerləşən, ümumi dəyəri 1.450.710 manat qiymətləndirilən 2 ədəd yaşayış evindəki və 1 ədəd 4 mərtəbədən ibarət qeyri-yaşayış sahəsindəki payının 725.355 manat olmasının müəyyən edilməsi, bu məbləğin sözügedən tikililəri 30 sentyabr 2020-ci il tarixdə "xxxx" MMC-də keçirilmiş hərracda qanunsuz alan 17 nəfərdən (cavabdehlərdən) onun xeyrinə tutulması, ona çatası məbləğin hərraca çıxarılmış 2 yaşayış evinin ümumi dəyəri olan 648.810 manatdan 76.545 manat çox olması nəzərə alınaraq, evlərin geri, onun mülkiyyətinə qaytarılması və qeyri-yaşayış binasının satışından əldə edilmiş məbləğdən də onun xeyrinə 76.545 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 yanvar 1989-cu il tarixdə Məmmədov Hümbət Asan oğlu ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi 10 ünvanda 2 ədəd yaşayış evi və həmin ünvanda 4 mərtəbəli qeyri-yaşayış sahəsi tikdirmişlər. Hümbət Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyul 2013cü il tarixli, 1(101)-77/2013 saylı hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 29, 120.2.7, 178.3.2, 228.3 və 313-cü maddələr ilə təqsirli bilinərək, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmün mülki iddiayla bağlı hissəsində göstərilmişdir ki, Hümbət Məmmə dovun törətdiyi cinayət əməli nəticəsində zərərçəkənlərə vurduğu zərər onunla İddiaçı birgə nikah dövründə tikdirdikləri sözügedən əmlaklardakı payı hesabına ödənilsin. Məhkəmənin icra sənədi mülki iddiaya aid hissədə icra olunması üçün Binəqədi rayon icra şöbəsinə göndərilmiş, lakin 2014-cü ildən 30 sentyabr 2020-ci il tarixədək icrasız qalmışdır. Belə ki, adları çəkilən həmin 2 yaşayış və 1 qeyri-yaşayış sahəsində iddiaçı ilə Hümbət Məmmədovun payları nə natura şəklində, nə də pul şəklində müəyyən edilməmişdir. Bu ərəfədə Hümbət Məmmədov cəzaçəkmə müəssisəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddiaçıya qarşı əmlak bölgüsünə dair iddia qaldırsa da, iddia təmin edilməmişdir. 2015 və 2017-ci illərdə də əmlaklar iki dəfə hərraca çıxarılmış, lakin hərrac baş tutmamış dır. İcra sənədinin hansı qaydada icra olunması izah edilə bilməmişdir. Nəhayət, Binəqədi rayon icra şöbəsi 3-cü dəfə, 9 sentyabr 2020-ci il tarixdə "xxxx" MMC-yə həmin əmlakların hərraca çıxarılması barədə sifariş vermişdir. Bu sifarişdə icra məmuru Hümbət Məmmədovla birlikdə qəsdən iddiaçını da borclu kimi göstərmişdir ki, hərrac baş tutsun. Hərracın vaxtı və yeri barədə M. Ramazanovaya məlumat verilməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixdə hərrac baş tutmuş, hərrac mərkəzi ümumi əmlakda iddiaçının da payını hərraca çıxararaq 17 nəfər tələbkara satmışdır. 2 yaşayış evindən biri 326.592 manata, digəri 322.218 manata, qeyriyaşayış sahəsi isə 801.900 manata qiymətləndirilərək satılmışdır. Əmlakın ümumi dəyəri 1.450.710 manat təşkil etmişdir ki, bunun da yarısı, yəni 725.355 manatı i ddiaçının payına düşən məbləğdir. Əmlakların qiymətləndirilməsinin nəticələri göstərir ki, hər iki evin cəmi dəyəri 648.810 manat təşkil edir. Yəni, iddiaçıya çatası 725.355 manatdan 76.545 manat azdır. Ona görə, iddiaçı hesab edir ki, 1.450.710 manatın ona çatası 725355 manatın müqabilində dəyəri 648.810 manat olan 2 yaşayış evi natura şəklində ona qaytarılmalı, qeyri-yaşayış sahəsinin 801.900 manat dəyərindən 76.545 manat da hərrac üzrə tələbkar olan 17 nəfər cavabdehlərdən alınıb ona verilməlidir.
9. Cavabdeh8 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, hazırkı iş üzrə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) "xxxx" MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) "xxxx" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) "xxxx" MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan onlar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış m assivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən Cəlil-zadə Xanım Həmzə qızının, Cavabdeh4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16 Mirzə oğlunun, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11, Cavabdeh8, Cavabdeh15, Cavabdeh3 Əlövsət oğlunun, Cavabdeh17, Cavabdeh7 və Cavabdeh9 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) 6261/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 tələbkar Cavabdeh10 xeyrinə 67400 (altmış yeddi min dörd yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulmuşdur. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6561/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 67250 (altmış yeddi min iki yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar Cavabdeh12 xeyrinə tutulmuşdur. Bundan əlavə, Nərimanov Rayon Məhkəməsinin 2(00 5)-6262/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 cəmi 55031 (əlli beş min otuz bir) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Cavabdeh11 ödənilməli idi. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin 2(005)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 tələbkar Cavabdeh15 xeyrinə 44800 (qırx dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulmalı idi. Həmçinin, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 310/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh1 Cavabdeh9 xeyrinə 73000 (yetmiş üç min) ABŞ dolları məbləğində pul milli manat məzənnəsinə uyğun olaraq tutulmalı idi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxslər, mülki iddiaçılar Cav abdeh2 349.000 ABŞ dolları, Cavabdeh13 10.000 ABŞ dolları, Cavabdeh16 63.000 manat, X2 53.900 ABŞ dolları, Cavabdeh17 10.000 manat və Cavabdeh4 106.0 manat məbləğində iş üzrə təqsirləndirilən şəxs Cavabdeh1 qarşı irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitləri Cavabdeh1 onların xeyrinə tutulmasına, zərərçəkmiş şəxs Cavabdeh5 isə təqsirləndirilən şəxs Cavabdeh1 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilərək, 70.000 ABŞ dolları məbləğində maddi ziyan vurulduğunun müəyyən edilməsi və ona görə də Cavabdeh5 iddia tələbi qismən təmin edilərək 56.182 manat məbləğində vəsait Cavabdeh1 onun xeyrinə tutulmasına, Cavabdeh6 202.00 ABŞ dolları, Cavabdeh14 140.000 manat və Cavabdeh7 57.840 manat məbləğində təqsirləndirilən şəxs Cavabdeh1 qarşı hissədəki irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlər Cavabdeh1 onların xeyrinə tutulmasına, Cəlil-zadə Xanım Həmzə qızının 56.656,8 manat məbləğində, Cavabdeh8 102.000 manat məbləğində olmaqla təqsirləndirilən şəxs Cavabdeh1 qarşı olan hissədə irəli sürdükləri iddia tələbi qismən təmin edilərək, həmin məbləğlərdə vəsait Cavabdeh1 onun xeyrinə tutulmasına, iş üzrə zərərçəkmiş şəxslər vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma təqsirləndirilən şəxs Cavabdeh1 arvadı X3 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı evin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2008-c i il tarixli, 369 saylı qərarı ilə X3 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 722 saylı qərarı ilə X3 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində, həmçinin orada olan bağ-bostan sahəsi kimi ona verilmiş 200 kv.m torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 377 saylı qərarı ilə X3 adına rəsmiləşdirilmiş Biləcəri Bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin üzərində olan tikililərin üzərinə yönəldilməlidir. Tələbin yönəldildiyi Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikili (ü/s 2256,31 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 801.900 manat məbləğinə, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 322.218 manat məbləğində, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu Cavabdeh1 məxsus Bak ı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 326.592 manat məbləğində borca əvəz olaraq tələbkarlar tərəfindən alınmışdır. xx.xx.2020- ci il tarixli satış protokollarına əsasən müvafiq əmlakların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün xx.xx.2020- ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət olunmuşdur. Lakin təəssüflər olsun ki, müvafiq qurum tərəfindən xx.xx.2020-ci il tarixli **********48 saylı imtina məktubu verilmişdir. Cavabdehin imtina sı qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP004 saylı, xx.xx.2020ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci dön gədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən müvafiq çıxarışların verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Qeyd olunan daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddia tələbində qeyd olunan daşınmaz əmlakların ilkin olaraq dövlət reyestrində qeydiyyata alınmasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyy atı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Eyni zamanda, qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında həmin ünvanda yerləşən daşınmaz əmlakların üzərinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 5(001)- 38/2011 saylı, xx.xx.2011-ci il tarixli 5(001)-41/2011, 5(001)-42/2011, 5(001)- 43/2011, 5(001)-44/2011, 5(001)- 45/2011 saylı qərarları ilə həbs qoyulmuşdur. Qeyd olunanlarla bağlı İdarə tərəfindən X6 **********48 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********00 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli məktublar ünvanlanmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2- ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisas laşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biri hesab olunur, lakin İdarəyə təqdim olunan sənəd açıq hərracın nəticələrinə dair yekun protokol deyil, satış protokoludur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)- 126/2023 saylı qərardadı ilə İddiaçı üçüncü şəxs qismində işə cəlb edilmişdir. "X1 Mərkəzi” MMC-nin YP №004 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərra cın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx80439/15-7 saylı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13 Nizamı oğlu, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 1.100.000 (bir milyon yüz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 801.900 (səkkiz yüz bir min doqquz yüz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin, "X1 Mərkəzi" MMC-nin YP N°005 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin K10D-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx80439/15-7 say lı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442.000 (dörd yüz qırx iki min) manat, əmlakın hərracda satılmış son qiyməti: 322.218 (üç yüz iyirmi iki min iki yüz on səkkiz) manat qeyd edilmişdir. Bu ndan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin, "xxxx" MMC-nin YP N006 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında "xxxx" MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəs i, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448.000 (dörd yüz qırx səkkiz min) manat, əmlakın hərracda satılmış son qiyməti 326.592 (üç yüz iyirmi altı min beş yüz doxsan iki) manat qeyd edilmişdir. Bundan sonra, satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Göstərilənlər kimi, hər bir əmlakla bağlı hərrac təşkilatı tərəfindən aparılan hərrac yekunlaşmış, müvafiq alqı-satqı müqavilələri bağlanmışd ır. İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə və "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh5, Cavabdeh9, X4, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh16, Cavabdeh17, Cavabdeh4 Ziyadxan oğlu, Cavabdeh14, Cavabdeh7, X7, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12) qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2486/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5755/2022 nömrəl i mülki iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-462/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(103)5755/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-126/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı il iddia tələbi əsaslı olaraq təmin edilmişdir. Qərardan xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən və xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Döv lət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir. xx.xx.2020-ci il tarixli satış protokollarına əsasən müvafiq əmlakların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün xx.xx.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Ərazi İdarəsinə rəsmi müraciət olunmuşdur. Cavabdeh1 məxsus, lakin Ramazanova (Məmmədova) Manana Camal qızı adına rəsmiləşdirilmiş 6 adlı əmlakdan 4-ü əmlakların üzərində məhkəmənin müvafiq qərarı ilə həbs ola-ola, qanunsuz olaraq satılmışdır. Sözü gedən əmlakların satılması və özgəninkiləşdirilməsi Bakı Ağır Cinayətlər məhkəməsinin müvafiq hökmü ilə qadağan edilməsinə baxmayaraq Ramazanov a (Məmmədova) Manana Camal qızı Azərbaycan Respublikası adından çıxarılan hökmə məhəl qoymamışdır. Ramazanova (Məmmədova) Manana Camal qızının qanunsuz əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə mülki iş üzrə xüsusi qərardad çıxarılmaqla prokurorluğa xəbər verilməlidir. Ramazanova (Məmmədova) Manana Camal qızının kassasiya şikayətinə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.202-ci il tarixli 2(103)5755/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) "xxxx" MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsa sən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) "xxxx" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) "xxxx" MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən Cəlil-zadə Xanım Həmzə qızının, Cavabdeh4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16 Mirzə oğlunun, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11, Cavabdeh8, Cavabdeh15, Cavabdeh3 Əlövsət oğlunun, Cavabdeh17, Cavabdeh7 və Cavabdeh9 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyes trində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş əmlak Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/Q2/7010 saylı xx.xx.2007-ci il tarixli məktubuna əsasən, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 12-R-104 saylı Binəqədi rayonu, Sumqayıt şosesinin şərq hissəsində Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 722 saylı qərarı ilə X3 (hazırkı sahibi deyil) istifadəsində olan torpaq sahəsinin mövcud fərdi yaşayış evlərinin "xxxx" MMC tərəfindən təqdim olunmuş layihələri təsdiqlənmişdir. Buna dair müvafiq sübut etiraza əlavə edilir. Yuxarıda göstərilən x üsusatların cəmində İddiaçı iddia tələbinə etiraz edilir, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunur.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4786/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Etibar Mustafayev)
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının “qanunsuz” hesab etdiyi hərracla bağlı artıq yekun məhkəmə aktı mövcud olduğundan məhkəmə iddiaçının bununla bağlı arqumentlərini əsaslı saymır.
12. Digər tərəfdən iddiaçı Cavabdeh1la onun birgə mülkiyyətində olan əmlaklardan payına düşən hissəni tələb etsə də, bu payların hər bir əmlaka dair nədə ifadə olunması, kimin hansı miqdarda pay sahibi olmasına dair iş üzrə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, mübahisəli əmlaklara dair iddiaçının payı və onun həcmini müəyyən edən sübut olmadığından iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi əsassızdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, 225.4, 225.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 ok tyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edərək onunla əsaslandırılmışdır ki, əmlakların qiymətləndirilməsinin nəticələri göstərir ki, hər iki evin cəmi dəyəri 648.810 manat təşkil edir. Yəni, ona çatası 725.355 manatdan 76.545 manat azdır. Ona görə də hesab edir ki, 1.450.710 manatın ona çatası 725.355 manat müqabilində dəyəri 648.810 manat olan 2 yaşayış evi natura şəklində ona qaytarılmalı, qeyri-yaşayış sahəsinin 801.900 manat dəyərindən 76.545 manat da hərrac üzrə tələbkar olan 17 nəfər cavabdehlərdən alınıb ona verilməlidir. Birinci instansiya məhkəməsi onun bu iddiasını özünün e-2(001)-4786/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə əsassız olaraq rədd etmişdir. Həmin qətnamə qanunsuz və əsassızdır.
16. Belə ki, məhkəmə bu nəticəyə gələrkən qətnamənin ləğvi üçün əsas olan və AR MPM-nin 385-390-maddələrində nəzərdə tutulan nöqsanlara yol verərək həm maddi hüquq normalarını, həm də prosessual hüquq normalarını pozmuşdur. Ona görə də qətnamə ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
17. Qeyd edilmişdir ki, məh kəmə qətnamədə onun iddia tələbinin təmin edilməməsi üçün bir sıra halları əsas gətirmişdir. İlk olaraq məhkəmə tərəfindən iddia tələbi ona görə təmin edilməmişdir ki, iddiaçı əmlakların alğı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsini mübahisələndirmək üçün qanunla müəyyən edilən müddət ötürmüşdür. xx.xx.2020-ci ildə keçirilən hərracda o və cavabdeh, keçmiş əri Məmmədov Hümbət Asan oğlunun birgə nikah dövründə əldə etdikləri qeyri-yaşayış sahəsi 801.900 manata qiymətləndirilərək tələbkarlara bütövlükdə satılmış və 17 adamla alğı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə isə onun ümumi əmlakda olan payının niyə satılmasına münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini həmçinin ona görə təmin etməmişdir ki, keçmiş əri Məmmədov Hümbət Asan oğlu ilə birgə nikah d övründə tikdikləri Biləcəri qəsəbəsi, 1 May küçəsi, 10 ünvanında yerləşən 2 yaşayış evinin biri hərracda 322.218 manata, digəri isə 326.592 manata qiymətləndirilərək ərinin 17 nəfər zərərçəkənə satılıb və artıq gecdir. Həmin yaşayış evlərinin yarısının iddiaçının payı və onun əmlakı olmasına məhkəmə yenə münasibət bildirməmişdir. Onların ərinin borcu hesabına tələbkarlara verilməsi qanunsuzdur. Məhkəmə iddianın təmin edilməməsinin üçüncü səbəbini onda görmüşdür ki, iddiaçının xx.xx.2020-ci ildə daşınmaz əmlakların hərracdan 17 nəfərə satılması ilə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Binəqədi Rayon Məhkəməsində qaldırdığı iddia təmin edilməmiş, həmçinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələri də həmin mövqedə qalmışdır. İddiasının təmin edilmə məsi barədə bu “səbəblərin” heç biri qanunla onun payına düşən əmlak payının satılmasına hüquqi əsas verə bilməz. Həm Binəqədi rayon icra şöbəsi, həm "xxxx" MMC, həm də məhkəmə Mülki Qanunvericilik müddəalarını pozaraq onun əmlakını əlindən almışlar. Bundan əlavə məhkəməyə bəlli olmuşdur ki, onun keçmiş əri ilə ümumi əmlakdakı payları ilə bağlı aralarında heç bir nikah kontraktları olmamışdır. Nəticə etibarilə, bu hallara görə Binəqədi Rayon Məhkəməsi onun iddia tələbini rədd etməkdə haqlı olmamışdır.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Talıbova Gülnarə Məmmədağa qızının vəkili Vəkil2 Rəşid oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2(103)-86 4/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun apelyatorun özünə aid edilməsi qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinskidən ibarət tərkibdə)
20. Kollegiya qeyd etmişdir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır: Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin). İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
21. Məhkə mə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının “qanusuz” hesab etdiyi hərracla bağlı artıq yekun məhkəmə aktı mövcud olduğundan iddiaçının bununla bağlı arqumentləri əsaslı sayıla bilməz.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmçinin haqlı olaraq göstərmişdir ki, iddiaçı Cavabdeh1la onun birgə mülkiyyətində olan əmlaklardan payına düşən hissəni tələb etsə də bu payların hər bir əmlaka dair nədə ifadə olunması, kimin hansı miqdarda pay sahibi olmasına dair iş üzrə heç bir sübut təqdim edilməmişdir. Həmçinin tələb üzrə qeyd olunan əmlakların bütövlükdə iddiaçı ilə Məmmədov Hümbət Asan oğlunun birgə nikah müddətində ümumi gəlirləri əsasında eləcədə əmlakların nikah müddətində onlar tərəfind ən əvəzli əqdlər əsasında əldə edilməsini təsdiq edən heç bir mötəbər sübut iş üzrə müəyyən edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındıqda bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
23. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Bundan əlavə, Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bi r qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” əmtetubüs) yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
24. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
25. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008- ci il tarixli qərarları; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, 225.4, 225.5-ci; Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3, 372.6, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)864/2025 nömrəli, xx.xx.2025-cü il tarixli q ətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil edərək onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılarkən AR Ailə Məcəlləsinin 32, 37; MM-nin 220-225-ci maddələrində əks olunmuş maddi hüquq normalarının pozulması və düzgün tətbiq olunmamasına münasibət bildirilməmişdir. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuş Binəqədi rayon İcra və probasiya şöbəsi mülki və ailə qanunvericiliklərinin tələblərini pozaraq iddiaçının birgə mülkiyyətdə olan payını əsassız olaraq cavabdehin, iddiaçının keçmiş ərinin borc öhdəliyi əvəzinə cavabdehlərin mülkiyyətinə verilməsində saxtakarlığa yol verm işdir. Məhkəmələr isə buna hüquqi qiymət verməmişlər.
28. Şikayətdə həmçinin qeyd edilmişdir ki, məhkəmələr belə nəticəyə gələrkən qətnamənin ləğvi üçün əsas olan və AR MPM-nin 82.4, 385-390, 418-ci maddələrində nəzərdə tutulan nöqsanlara yol vermiş, prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmələr iddianın təmin edilməməsi səbəbi kimi vurğulamışdır ki, iddiaçının xx.xx.2020-ci ildə daşınmaz əmlakların hərracda 17 nəfərə satılması ilə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Binəqədi Rayon Məhkəməsində qaldırdığı iddia təmin edilməmiş, Apellyasiya və Kassasiya İnstansiyası məhkəmələri də həmin mövqedə qalmışdır. Nəzərə alınmamışdır ki, iddiaçı hazırkı iddiasında hərracın nəticələrinin ləğvini yox, pay və pul tələbi qoymuşdur. İcra şöbəsi Bakı Ağı r Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün və buna müvafiq olaraq icraya yönəldilmiş 20 oktyabr 2014-cü il tarixli icra vərəqinin tələbini pozmuş və ondan kənara çıxmışdır. Hökmdə və icra sənədində göstərilmişdir ki, cavabdeh Məmmədov Hümbət Asan oğlunun zərər vurduğu 17 nəfər zərərçəkənə ödəniləcək məbləğ onun iddiaçı ilə birgə nikah dövründə əldə etdiyi birgə əmlaklardakı payı hesabına təmin edilsin. MPM-nin 82.4-cü maddəsində bu məsələ barədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə və kommersiya mübahisələrinə baxan məhkəmə üçün məcburidir. Bütün bu hallar isə göstərir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamışdırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
31. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
32. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlı qla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
33. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsi
34. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
35. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
36. Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sag ̆lamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.).
37. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir
38. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümu mi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
39. Maddə 36.3. Mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlaka ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
40. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
53. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməs i iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. Cavabdeh Həsənov Zaur Revazoviçin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində, iddia ərizəsinə etirazda və məhkəmə iclaslarınd a verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiy a məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
57. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2025-ci il tarixli 2(103)864/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.