Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1781/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11460/2018 nömrəli qətnaməsindən iddiaçı ləğv proses ində olanİddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Həmidə Quliyeva və vəkili Elçin Sadıqov tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olanİddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - 01.02.2011-ci il tarixli, 015A saylı kredit müqaviləsi üzrə yaranmış 4942,93 ABŞ dolları məbləğində əsas borc, 1792.18 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 13380 ABŞ dolları olmaqla, cəmi 20115,11 ABŞ dolları məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüq uqu üzrə Cavabdeh1 məxsus olan “Mercedes Benz-180” minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən cavabdehdən LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 23 iyul 2018-ci il tarixli, 2(011)-5577/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ödəniş gününə qüvvədə olan məzənnə ilə 4942,93 (dörd min doqquz yüz qırx iki dollar doxsan üç sent) ABŞ dolları məbləğində əsas borc, 1792,18 (min yeddi doxsan iki dollar on səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 6735,11 min yeddi yüz otuz beş dollar on bir sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, tələbin Cavabdeh1 məxsus "Mercedes Benz-180" minik markalı, 10-VM-dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə 6735,11 (altı min yeddi yüz otuz beş dollar on bir sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Ləğv prosesində olan “İddiaçı" ASC-nə ödənilməsi, qalan məbləğin isə Cavabdeh1 ayrılması, iddia tələbinin qalan hissədə, o cümlədən Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov - sədrlik edən və məruzəçi, V.Baxışova və N.Cəfərov) 06.11.2018-ci il tarixli 2(103)-11460/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2(011)-5577/2018 saylı qətnaməsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olanİddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun Hüquq departamentinin direktoru X və vəkili X1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli qətnaməsinin qismən əldən çıxmış faydanın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarının ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitinin qaytarmaması nəticəsində iddiaçı həmin vəsaiti başqa şəxslərə eyni faizlə yəni kredit müqaviləsində göstərilmiş faizlə kredit verməklə (investisiya etməklə) 13.380 ABŞ dolları məbləğində gəlir əldə etmək imkanından məhrum olduğuna görə əldən çıxmış fayda qismində 13.380 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının nümayəndəsi X1 məhkəmə kollegiyası iclasında vəkil siz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddiaçı kassasiya şikayətində qətnamənin qismən əldən çıxmış faydanın təm in edilməməsi hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnamənin yalnız həmin hissəsinin qanuniliyini və əsaslılığını yoxlayır, qətnamənin mübahisləndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.02.2011-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 26 faiz ödəmək şərtilə 32 ay müddətinə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 01 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus “Mercedes Menz-180” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07.08.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddianın əldən çıxmış fayda ilə bağlı hissəsi əsassız olduğundan düzgün olaraq təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əldən çıxmış fayda qanunvericilikdə şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər kimi nəzərdə tutulmuşdur. Tərəflər arasında müqavilənin 2011- ci ildə 32 ay müddətində bağlanmış və müqavilənin müddəti 2014-cü ilin fevral ayında başa çatmasına baxmayaraq iddiaçı 2018-ci ildə may ayında məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, cavabdehlər müqavilə müddətinin bitməsindən əvvəl öhdəliyin icrasını pozmuş və lazımınca icranı həyata keçirməmişdir. Belə olan halda öhdəliyin icrasının həyata keçirilmədiyini bilən iddiaçının müqavilə müddətinin bitməsindən asılı olmayaraq tələb irəli sürmək hüququ yaranmışdır. Mülki Məcəllənin 5.3-cü və 425.1-ci maddələrinin tətbiqi baxımından iddiaçı vicdanlığın tələb etdiyi qaydada hərəkət etməmiş, əsassız olaraq iddia tələbini ağlabatan müddətdə irəli sürməmiş, faktiki olaraq cavabdehin məsuliyyətinin artmasına şərait yaratmışdır. Digər tərəfdə baş vermiş devalvasiya ilə bağlı olaraq cavabdeh in vəziyyətinin əvvəlkindən əhəmiyyətli dərəcədə dəyişmiş, ağlabatan həddən artıq məbləğdə pul ödəmək məcburiyyətindədir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əldən çıxmış faydanın tutulması ilə bağlı iddianın təmin olunması cavabdehin məsuliyyətinin həddən artıq olaraq aşılmasına şərait yaradır. Müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faiz məbləği ağlabatan məbləğdir və tərəflərin mənafeyinə uyğundur, əldən çıxmış faydanın tutulması iddiaçıya əhəmiyyətli dərəcədə zərər vurulmasına səbəb olmur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirərkən işin faktiki hallarını tam, hərtərəfli və oby ektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişik lik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasə n kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olanİddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11460/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1781/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1781/2019
02.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver