Məhkəmə qərarları › İş №2(102)-1784/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1784/2023

07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1784/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü 07.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)-7960/2022 saylı qətnaməsindən cavabdeh x verdiyi kassasiya şikayəti üzrə işə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Tərəflər 14 o ktyabr 2009-cu il tarixində rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 20 sentyabr 2012-ci il təvəllüdlü X3 və 20 sentyabr 2012-ci il təvəllüdlü X2 doğulmuşdur.

2. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(005)2253/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar anaları İddiaçı yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 170 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 340 manat alimentin X tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 3. "xxxx" ASC ilə X arasında bağlanmış 03 sentyabr 2011-ci il tarixli, 14420 saylı müqaviləyə əsasən X Bakı Şəhəri, Nərimanov rayonu 1937 saylı məhəllə Əliyar Əliyev küçəsi 8 saylı bina 7-ci blok 7-ci mərtəbədə yerləşən ümumi sah əsi 75,32 kv.metr olan 823 saylı mənzili almışdır. 4. "xxxx" ASC ilə X arasında bağlanmış 21 iyul 2014-cü il tarixli, 19083 saylı müqaviləyə əsasən, X Bakı Şəhəri, Nərimanov rayonu 1937 saylı məhəllə Əliyar Əliyev küçəsi 8 saylı bina 5-ci blok 1-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 129,39 kv.metr olan 532 saylı mənzili almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 7-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 75.32 kv.metr olan 823 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 5-ci blok, 1-ci mərtəbə, 532 saylı 3 otaqlı, ümumi sahəsi 129.39 kv.metr olan mənzilə iddiaçının ½ hissədə pay hüququnun tanınması, o cümlədən birgə nikah dövründə əldə edilmiş Mercedes C-230 minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin tarixə real bazar dəyəri kimi 14.000 manat pulun ½ hissəsinin– yəni, 7.000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzillər və avtomobil birgə nikah dövründə ailənin birgə gəlirləri hesabına alındığına görə iddiaçının həmin əmlaklar üzərində ½ hissədə payı vardır. Avtomobil boşanma ərəfəsində cavabdeh tərəfindən satıldığına görə avtomobilin real bazar dəyərinin yarıs ı cavabdehdən alınıb iddiaçıya verilməlidir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(005)2549/2022 saylı qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayonu 1937 saylı məhəllə Əliyar Əliyev küçəsi 8 saylı bina 7-ci blok 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 75,32 kv.metr olan 823 saylı mənzilə və Bakı Şəhəri, Nərimanov rayonu 1937 saylı məhəllə Əliyar Əliyev küçəsi 8 saylı bina 5-ci blok 1-ci mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 129,39 kv.metr olan 532 saylı mənzilə dair iddiaçının ½ hissədə pay hüququnun tanınması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzillər tərəflərin birgə nikahı döv ründə, ümumi gəlirləri hesabına əldə edildiyindən, qeyd olunan mənzillər üzərində tərəflərin mülkiyyət hüquqlarının müəyyən edilməsi məqsədəmüvafiqdir.

9. İddiaçı tələbində həmçinin nikah dövründə əldə edilmiş “X” minik markalı, **-ND*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin tarixə real bazar dəyəri kimi 14.000 manat pulun ½ hissəsinin- yəni, 7.000 manat pul vəsaitinin ona ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı “X” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin mülkiyyətinə keçməsi və daha sonra 03 avqust 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında digər şəxsə satılması müəyyən edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən nəqliyyat vasitəsi tərəflərin birgə nikahı dövründə əldə edilmiş və sa tılmışdır. İddiaçı isə qeyd olunan əmlakın satışından əldə edilmiş vəsaitin cavabdeh tərəfindən birgə təssərrüfatı zamanı istifadə etməməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, cavabdeh məhkəməyə təqdim etdiyi sübutlarda birgə nikahdan olan övladlarının təhsil aldıqları müəssisəyə ödənişlər etmişdir. Qeyd olunan ödənişlərə dair qəbzlərdə cavabdehin həm birgə nikah dövründə həmçinin nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqlarını təhsil haqlarını ödəməsini həmin ödənişlərin mənbəyi kimi qeyd olunan nəqliyyat vasitəsinin satılmasında əldə edilmiş gəlir əsasında həyata keçirildiyini göstərmişdir. Hazırda iddia tələbi üzrə iddiaçı nəqliyyat vasitəsinin satılmasından əldə edilmiş 14.000 manat pulun yarısının, yəni 7.000 manat pulun ödənilməsini tələb etdiyind ən, qeyd olunan məbləğin ailənin birgə gəlirlərinə deyil cavabdehin şəxsi məqsədləri üçün xərcləməsi, habelə özündə saxlamasına dair sübutları təqdim etməlidir. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

11. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 213.2, 213.5, 225.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1, 36.1, 36.3, 37.1, 37.2-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və əmlak bölgüsünün yenidən aparılaraq birgə nikah dövründə əldə edilmiş mənzillər üzərində iddiaçının payının 1/3 hissədə tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlar faktiki olaraq cavabdehin himayəsindədir və onlara aid bütün xərcləri cavabdeh, yəni cavabdeh qarşılayır. Bu səbəbdən cavabdeh hesab edir ki, birgə nikah dövründə əldə edilmiş, lakin iddiaçın ın heç bir vəsait sərf etmədiyi, heç bir əmək və maliyyə ortaya qoymadan sahiblənməyə çalışdığı mənzillərin ½ hissədə deyil, 1/3 və 2/3 hissədə bölünməli idi. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin diqqətəlayiq mənafeyini nəzərə almamışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)-7960/2022 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanıla n hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Belə ki, tərəflər 2009-2020-ci illərdə rəsmi nikahda olmuş, üzərində payların müəyyən olunması tələb olunan mənzillərdən biri 2011-ci ildə, digəri isə 2014-cü ildə alınmışdır. Tərəflər arasında nikah müqaviləsi olmamış, mənzillər əldə olunan dövrdə iddiaçı ev təsərrüfatı və uşaqlara qulluq etməklə məşğul olmuşdur

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların faktiki olaraq cavabdehin himayəsində olması birgə nikah dövründə əldə edilmiş mənzillər üzərində payların qeyri-bərabər bölünməsinə əsas vermir. Bundan əlavə, məhkəmə araşdırması zamanı mənzillər üzərində cavabdehin payının daha çox müəyyən olunması üçün hər hansı diqqətəlayiq mənafeyi müəyyən edilməmişdir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2, 32.3, 37.1, 37.2-ci maddələrinə, habelə Mülki Prossesual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti də apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları

21. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onları n ümumi mülkiyyətidir. Azərbaycan respublikasının Ailə Məcəlləsi

23. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

24. Maddə 32.2 Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

25. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üz ərində hüquqa malikdir.

26. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

27. Maddə 37.2 Ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 3

0. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq poz untusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüq uqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırki kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

40. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxd ur.

41. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın mənzillərə aid hissədə təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

42. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər 14 oktyabr 2009-cu il tarixində rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 20 sentyabr 2012-ci il təvəllüdlü X3 və 20 sentyabr 2012-ci il təvəllüdlü X2 doğulmuşdur. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar anaları İddiaçı yanında saxlanılmış və onların yetkinlik yaşına ç atanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 170 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 340 manat alimentin X tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" ASC ilə X arasında bağlanmış 03 sentyabr 2011-ci il tarixli, 14420 saylı müqaviləyə əsasən XX Bakı Şəhəri, Nərimanov rayonu 1937 saylı məhəllə Əliyar Əliyev küçəsi 8 saylı bina 7-ci blok 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 75,32 kv.metr olan 823 saylı mənzili almışdır. Həmçinin "xxxx" ASC ilə X arasında bağlanmış 21 iyul 2014-cü il tarixli, 19083 saylı müqaviləyə əsasən, X Bakı Şəhəri, Nərimanov rayonu 1937 saylı məhəllə Əliyar Əliyev küçəsi 8 saylı bina 5-ci blok 1-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 129,39 kv.metr olan 532 saylı mənzili almışdır.

43. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

44. Belə ki, tərəflər 2009-2020-ci illərdə rəsmi nikahda olmuş, üzərində payların müəyyən olunması tələb olunan mənzillərdən biri 2011-ci ildə, digəri isə 2014-cü ildə alınmışdır. Tərəflər arasında nikah müqaviləsi olmamış, mənzillər əldə olunan dövrdə iddiaçı ev təsərrüfatı və uşaqlara qulluq etməklə məşğul olmuşdur.

45. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, tərə flərin birgə nikahından doğulmuş uşaqların faktiki olaraq cavabdehin himayəsində olması birgə nikah dövründə əldə edilmiş mənzillər üzərində payların qeyri-bərabər bölünməsinə əsas vermir. Bundan əlavə, məhkəmə araşdırması zamanı mənzillər üzərində cavabdehin payının daha çox müəyyən olunması üçün, onun hər hansı diqqətəlayiq mənafeyi müəyyən edilməmişdir.

46. Ailə Məcəlləsinin 37.2-ci maddəsinin mənasına görə, məhkəmə birgə mülkiyyətin bölünməsi zamanı payları o halda bərəbər bölməyə bilər ki, yetkinlik yaşına çatmayan uşaqların, habelə ərin və ya arvadın diqqətəlayiq mənafeyi, o cümlədən arin və ya arvadın birinin üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar müəyyən edilmiş olsun.

47. Hazırki işdə isə belə hallar yoxdur v ə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verilmişdir.

48. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum görmür, ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)-7960/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar