Məhkəmə qərarları › İş №2(102)-1787/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1787/2024

29.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1787/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa, əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6974/2023 nömrəli iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəməsindəki əvvəlki icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3407/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 235-247; link: https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=80eee62b**********ccd01fcb4fffb7. edoc). Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-6974/2023 nöm rəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.İmanov və F.Talışinskidən ibarət tərkibdə) İddiaçı (bundan sonra – iddiaçı) apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 dekabr 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

2. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 296-cı maddəsinin 3-cü bəndi işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.

3. İş üzrə Cavabdeh (bundan sonra - cavabdeh və ya Mərkəz) iddia müddətinin tətbiqi barədə ərizə verərək, bildirmişdir ki, işəgötürən olaraq iddiaçıya yuxarıda qeyd edilən əmri və müvafiq sənədləri xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə təqdim etməyə çalışsa da, iddiaçı həmin sənədləri qəbul etməkdən imtina etmişdir. Bunun sübutu kimi, Mərkəz məhkəməyə həmin tarixlərdə tərtib olunmuş aktları təqdim etmişdir.

4. Əmək kitabçasının iddiaçı tərəfindən götürülməsi ilə bağlı Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və orada da ziddiyy ətli məqamlar qeyd edilmişdir. Belə ki, aktın məzmununa nəzər saldıqda görünür ki, aktda həm iddiaçının əmək kitabçasını cırdığı, həm də əmək kitabçasını götürüb getdiyi qeyd edilmişdir. Hansı ki, eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan da görünür ki, Mərkəz tərəfindən əmək kitabçasının surəti Nəsimi Rayon Prokurorluğuna təqdim edilmişdir.

5. Qeyd olunan aktların məzmununda ziddiyyətlər aşkar olsa da, həmin ziddiyyətlər iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunmamasını, yəni hüquqlarının pozulmasını bilməməsini təsdiq etmir.

6. Məhkəmə Nəsimi Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı əsasında müəyyən etmişdir ki, iddiaçı işdən azad olunmasından xx.xx.2022-ci il tarixdən xəbərdar olu nmasını, həmin tarixdə ona əmrlə tanış edilməsinə cəhd edilməsini, əmək kitabçası ona təqdim edilsə də, qəbul etməkdən imtina etməsini araşdırma zamanı verdiyi izahatında etiraf etmişdir. Yəni işəgötürən əmrin və əmək kitabçasının işçiyə təqdim olunması üçün zəruri addımları atmış, sonuncu isə bu sənədlərin qəbulundan imtina etmişdir. İşəgötürənin vəzifəli şəxslərinin bu zaman davranışı və işçinin sənədlərin qəbulundan imtinanın motivləri iddia müddətinin axımının hesablanması üçün əhəmiyyət kəsb etmir. Belə olan halda, iddia müddətinin axımının başlanğıcının iddiaçının vəkilinin müraciəti əsasında əmrin ona xx.xx.2022-ci il tarixdən hesablanması Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 425.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilmə lidir.

7. Belə ki, iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunduğu halda, işəgötürənin qeyd etdiyi zaman olmasa da, bundan sonra qısa müddətdə müraciət edərək, müvafiq sənədləri tələb etmək və hüquqların müdafiəsi üçün elementar addımları atmaq imkanı olmuş, lakin bu imkanından istifadə etməmişdir.

8. Məhkəmə, eyni zamanda hesab etmişdir ki, sənədlər iddiaçıya lazımi qaydada təqdim olunmamış hesab edilsə belə, yenə də iddia vaxtında verilmiş hesab edilə bilməz. Belə ki, iş materiallarına əsasən iddiaçı əmək hüquqlarının müdafiəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Yəni, “Mediasiya haqqında” Qanunun 35-ci maddəsi tətbiq edilməklə, iddia müddəti azı həmin tarixdən hesablanmalıdır. Belə ki, iddiaçının mediasiya təşkilatına müraciət etdiyi tarixədək iddia müddətinin hesablanmaması qəbul olunsa belə, artıq mediasiya təşkilatının bu arayışı aldıqdan sonra iddia müddətinin axımı başlanmışdır.

9. Lakin, iddiaçı hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etməklə, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini buraxmışdır.

10. İddia tələbi iddia müddəti ötürülməklə verildiyi üçün əsassız hesab edildiyindən, Məhkəmə apellyasiya şikayətinin digər dəlillərini geniş şərh etməyə lüzum görmədən qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir.

11. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 71(3), 296-cı, Mülk i Məcəllənin 377.1, 375.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassız olmaqla Əmək Məcəlləsinin müddəalarına ziddir. Cavabdeh onu əmək qanunvericiliyinin tələblərinə zidd olaraq işdən azad etmişdir. İddia ərizəsi ilə məhkəməyə iddia müddətini ötürmədən müraciət etmişdir. Mübahisə üzrə iddia müddəti əmrin iddiaçı tərəfə təqdim edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırkı icraat üzrə apellyasiya instansiya məhkəməsini aktı iddiaçının kassasiya şikayəti əsas ında tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

17. Maddə 296, 2-ci hissə Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

18. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Məcəllə

19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək ve rdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

20. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

26. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin dəlillər əsasında lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

27. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişlərini yerinə yetirmişdir.

28. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

29. Məhkəmə kollegiyası qeyd olunanla rı nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6974/2023 nömrəli iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar