Məhkəmə qərarları › İş №2(102)-1787/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1787/2025

23.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1787/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, müdafiə vasitəsi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-277/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 1991-ci ildə iddiaçıların oğlu X2 ünvan 1 ünvanda yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir; 3. 1992-ci ildə X6 vəfat etmişdir;

4. İddiaçılar cavabdehin keçmiş qaynana və qaynatasıdır. Belə ki, cavabdehlə iddiaçıların digər oğlu X4 2000-ci ildə nikaha daxil olmuşlar. Tərəflərin həmin nikahdan 2000 və 2003-cü il təvəllüdlü iki uşağı var;

5. Onların nikahı xx.xx.2018-ci il tarixində məhkəmə qaydasında pozulmuşdur; 6. 23.11.2018-ci ildə iddiaçıların mərhum oğluna məxsus olmuş, yuxarıda qeyd edilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli əmlak) iddiaçıların adına ümumi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; 7. ünvan 2 ünvanda yerləşən 0.05 ha həyətyan ı torpaq sahəsi xx.xx.2020-ci ildən cavabdehin mülkiyyətindədir;

8. Cavabdehin mübahisəli əmlaka dair iddiaçıların adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(114)-4204/2023 nömrəli qərardadı ilə mümkün sayılmamış, həmin qərardad qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar xx.xx.2023-cü ildə məhkəməyə müraciət edərək, cavabdehin əşyaları ilə birlikdə mübahisəli əmlakdan çıxarılması və özlərinin ora köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların oğlu Şahin İsgəndərovla 2000-ci ildə nikaha daxil olarkən onlara məxsus Şəmkir rayonunun Hacıalılar kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Sonradan, 2003-cü ildə onlar mübahisəli əmlaka köçmüşlər. Hazırda isə tərəflər arasında nikah pozulmuşdur. Cavabdehin özünə məxsus fərdi yaşayış evi olsa da, mübahisəli əmlakdan çıxmaq istəmir və iddiaçıları öz evinə buraxmır.

11. İddiaçılar tələblərinin hüquqi əsası kimi Konstitusiyanın 13-cü, Mülki Məcəllənin 152.1-ci maddələrinə istinad etmişlər

12. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin mübahisəli əmlakdan çıxarılması və iddiaçıların ora köçürülməsi qət edilmişdir (hakim Həvayət Məmmədli).

13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətl əri əsas olmuşdur. Odur ki, mübahisənin həlli zamanı əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir.

14. Məhkəmə cavabdehin evdən çıxarılması tələbinə qiymət verərkən bildirmişdir ki, ilk növbədə, cavabdehin mübahisəli əmlakın yaşayış sahəsindən istifadə etmək hüququnun olub-olmaması və onun əsasında iddiaçıların cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmadıqları müəyyən edilməlidir. Belə ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi cavabdehin mübahisəli əmlakdan çıxarılması və iddiaçıların həmin evə köçürülməsi hissəsində əsaslıdır.

15. İddiaçılar ilə cavabdeh arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə daşınmaz əmlakdan istifadə hüquqları ilə bağlı münasibətlər Mülki Məcəllənin 228- ci maddəsi il ə tənzimlənmişdir. Həmin maddədə mülki hüquqi əqdlər bağlamaq yolu ilə və qohumluq münasibətləri əsasında yaranan istifadə hüququ bir-birindən fərqləndirilmişdir.

16. Cavabdeh iddiaçıların keçmiş gəlini olmaqla MM-in 228.5-ci maddəsində sadalanmış mülkiyyətçinin ailə üzvləri sırasına daxil olmadığından onun iddiaçıya məxsus torpaqdan və evdən istifadəsinin hüquqi əsası kimi mülki-hüquqi əqdlər çıxış edə bilərdi. Məhkəmə baxışı nəticəsində isə tərəflərin arasında hər hansı əqdin olmadığı, cavabdehin yalnız iddiaçıların şifahi razılığına əsasən mübahisəli əmlakdan müəyyən edilmişdir. Belə olduğu təqdirdə cavabdehin həmin evdən istifadə hüququ yoxdur. Odur ki, cavabdeh mübahisəli əmlakdan çıxarılmalı və iddiaçılar həmin evə köçürülməlidirlər.

17. Məhkəmə iddia tələbinin cavabdehə məxsus cehiz əşyalarının evdən çıxarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin cehiz əşyaların konkret olaraq hansı əşyalardan ibarət olması və əşyaların fərdi xüsusiyyətləri iddia ərizəsində göstərilmədiyindən iddia tələbi həmin hissədə qeyri-müəyyəndir və bu səbəbdən təmin edilməməlidir.

18. Məhkəmə mövqeyini Konstitusiyanın 13-cü, Mülki Məcəllənin 152.1, 152.5, 228.2, 228.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, nikaha daxil olduqdan sonra iddiaçılar mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində ona və ərinə ev tikməyi məsləhət görmüş, torpaq sahəsinin isə onlara məxsus olacağını bildirmişlər. Cavabdeh əri ilə birlikdə mərhum qaynına məxsus olmuş torpaq sahəsində 1 otaqdan ibarət fərdi yaşayış evini tikmiş, 2002-ci ildən isə həmin evdə yaşamağa başlamışlar. Evin bütün kommunal ödənişləri də cavabdehin əri Şahinin adına olmuşdur. Onlar boşandıqdan sonra əri valideynlərinin yanına köçmüş, özü isə uşaqları ilə birgə orada yaşamağa davam etmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, iddiaçılar mərhum qaynının adına vərəsəlik şəhadətnaməsi aldıqdan sonra həmin evə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirmişlər. Halbuki, sözügedən ev onun iddiaçıların oğlu ilə birgə nik ahda olduğu dövrdə, onun maddi vəsaiti hesabına tikilmişdir. Cavabdehlər bir gün belə həmin evdə yaşamamış, evin tikilməsinə hər hansı vəsait xərcləməsələr də, heç bir hüquqi əsas olmadan mülkiyyət hüququ əldə etmişlər.

21. İddiaçı1 izahatında bildirmişdir ki, oğlu vəfat etdikdən sonra miras əmlakı mülkiyyətinə keçirmişdir. Mübahisəli evi o tikdirmiş, tikintisi isə 2010-cu ilə qədər qurtarmışdır. Nə özü, nə arvadı o evdə yaşamamışlar.

22. Şahid S.Q.Qocayeva ifadəsində bildirmişdir ki, cavabdehlə qonşudur,1990-cı ildən orada yaşayır. Torpaq sahəsinin hörgüsü və darvazası olsa da, ərazisi boş olmuşdur. Cavabdeh 2000-ci ildə orada bir otaqdan ibarət tikili inşa edib, yaşamağa başlamışdır. Evi cavabdeh tikdirmişdir. İddiaçıları heç vaxt orada görməmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-227/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehin mübahisəli əmlakdan çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Loğman Süleymanov – sədrlik edən və məruzəçi, Günay Cavadova və Şamil Rzaquliyev).

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıların evə köçürülməsi hissəsində düzgün qənaətə gəlmişdir.

25. Eyni zamanda, cavabdehin izahatını daha inandırıcı və səmimi hesab edən, iddiaçıların tikilinin onlar tərəfindən həyata keçirilməsinə dair izahatını isə inandırıcı hesab etməy ən məhkəmə tərkibi bildirmişdir ki, hazırkı vəziyyətdə, cavabdeh tərəfin çəkdiyi xərcin əvəzi ödənilmədən onun həmin evdən çıxarılması mülkiyyətçinin onun hesabına əsassız varlanması halına səbəb olacaqdır ki, bu da mülkiyyətçi ilə vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli tarazlaşdırmanı pozur və dürüstlük qaydasına uyğun gəlmir. Mülkiyyətçi yalnız cavabdehin çəkdiyi məsrəflərin əvəzini ödəməklə, hüquqlarının müdafiəsini tələb edə bilər.

26. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 16.1, 152.1, 152.5, 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin təmin olunmuş hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassator şikayətini belə əsaslandırmışdır ki, cavabdeh mübahisəli əmlaka köçərkən orada yaşayış üçün yararlı olan yarımtikili mövcud olmuşdur. İşin bu halı (sözügedən evin 1991-ci ildə inşa olunması) evin texniki pasportu ilə də təsdiq olunur. Cavabdeh isə evin onun vəsaiti hesabına tikildiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, cavabdehin özünə məxsus olan evinin olması, bu səbəbdən hazırkı yarımtikilidə yaşamağına hər hansı zərurət olmadığı barədə sübutlar iddiaçılar tərəfindən təqdim edilsə də, işə baxan apellyasiya məhkəməsi işin bu halların a Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 88-ci maddələrinin tələbinə uyğun qiymət verməmişdir.

29. Kassasiya şikayətinin digər dəlilinə görə, cavabdeh tərəfindən evin onun vəsaiti hesabına tikilməsi barədə hər hansı sübut təqdim edilməməsinə baxmayaraq, işə baxan məhkəmə tərkibi iddiaçıların qarşı tərəfin hesabına əsassız varlandığı qənaətinə gəlmişdir. Əslində isə, evin iddiaçılar tərəfindən tikildiyi nəzərə alınarsa, cavabdehin özü onların hesabına əsassız varlanmışdır.

30. Kassasiya şikayətinin son dəlilinə görə, işə baxan məhkəmə tərkibi şahidin hansı zərurətdən birinci instansiya məhkəməsinin iclasında deyil, apellyasiya instansiyası məhkəməsində dindirilməsini Mülki Prosessual Məcəllənin 380.1-ci maddəsinin tələbi baxımından əsaslandırmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

32. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 X3:

33. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. M addə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

35. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhru m etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıl arı ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətini n həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Hazırkı iş üzrə kassasiya baxışının predmetini iddianın “cavabdehin əşyaları ilə birlikdə mübahisəli əmlakdan çıxarılması” hissəsi təşkil edir. Apellyasiya məhkəməsi bu hissədə iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların tikilinin onlar tərəfindən həyata keçirilməsinə dair izahatını inandırıcı saymış, cavabdehin izahatını daha inandırıcı və səmimi hesab etmiş, cavabdeh tərəfin çəkdiyi xərcin əvəzi ödənilmədən onun həmin evdən çıxarılması mülkiyyətçinin əsassız varlanmasına səbəb olacaqdır. Mülkiyyətçi yalnız cavabdehin çəkdiyi məsrəflərin əvəzini ödəməklə, hüquqlarının müdafiəsini tələb edə bilər (§ 25).

48. Məhkəmə kollegiyası hesab edir ki, iddianın bu hissədə həlli maddi və prose ssual hüquq normalarına uyğun olmamışdır.

49. Belə ki, iddiaçıların cavabdehin mübahisə obyektindən çıxarılması haqqında tələbləri Mülki Məcəllənin 157.4-cü maddəsinə əsaslanır. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

50. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi, eləcə də bu müdaxilənin qanunsuz olması aşkar edilməlidir.

51. Baxılan işdə iddiaçıların müba hisəli daşınmaz əşyanın ümumi mülkiyyətçiləri olmaları, cavabdehin sözügedən evdə iddiaçıların iradəsi əlehinə yaşaması, eləcə də cavabdehin orada qalmasının qanundan və ya müqavilədən irəli gələn bir hüquqi əsasa söykənmədiyi məhkəmələr tərəfindən müəyyən edilmişdir.

52. Bu hallar cavabdehin çıxarılması tələbinin Mülki Məcəllənin 157.4-cü maddəsinə uyğun olduğunu göstərir.

53. Apellyasiya məhkəməsinin həmin tələbi rədd etmək üçün istinad etdiyi hal isə qanunsuz sahibin əşyaya etdiyi yaxşılaşdırmaların ödənildiyi vaxtadək yaşayaış sahəsindən çıxmaması barədədir.

54. Kassasiya məhkəməsi bu mövqeyi əsaslı saymır ona görə ki, əvvəla, qanunsuz sahibin əşyaya etdiyi yaxşılaşdırmaların ödənildiyi vaxtadək əşyanı özündə saxlaması bir müdafiə vasitəsidir.

55. Müdafiə vasitəsi kreditorun mövcud ola n tələbinin təmin olunmasının qarşısını alan hüquqdur. Borclu bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən daimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir (iddia müddəti, ləngitmə hüququ, qanunsuz sahibin əşyaya sərf etdiyi yaxşılaşdırmaların əvəzi ödənilənədək əşyanı qaytarmaqdan boyun qaçırması və s).

56. Diqqətdən qaçırılmamalıdır ki, müdafiə vasitələrindən istifadə etmək səlahiyyəti hüquq sahibinə - cavabdehə məxsusdur. Cavabdeh öz hüququndan istifadə etmədikdə məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq etməyə haqlı deyil.

57. Baxılan işdə cavabdeh mübahisəli daşınmaz əşyanın tikintisinə vəsait sərf etdiyini bildirsə də, həmin vəsait ödənilənədək əşyanı qaytarmaqdan imtina etməklə bu növ müdafiə vasitəsindən istifadə etmək barədə iradəsini açıq şək ildə bəyan etməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır.

58. Belə olan halda, apellyasiya məhkəməsinin öz təşəbbüsü ilə sözügedən müdafiə vasitəsini tətbiq etməsi doğru bir yanaşma sayıla bilməz. Üstəlik, müdafiə vasitəsindən istifadə edilmədiyi halda iddia olunan yaxşılaşdırmalarla bağlı hallar işin araşdırma predmetinin xaricində qalır.

59. O da qeyd edilməlidir ki, qanunsuz sahibə qarşı yönəlmiş iddia üzrə sözügedən müdafiə vasitəsindən istifadə edilməməsi, yaxşılaşdırma xərclərinin əvəzinin ödənilməsi barədə ayrıca iddia qaldırılmasını istisna etmir.

60. İkincisi, hətta cavabdehin bu vasitədən istifadə etməsi şərti olaraq qəbul edilsə belə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddia olunan yaxşılaşdırmaların cavabdeh tərəfindən aparılmasını iddiaçılar etiraf etmədikləri üçün həmin xüsusat mübahisəli olmuşdur.

61. İşin mübahisə olunan halı isə sübutetmə yükü və sübutetmə qaydaları çərçivəsində sübuta yetirilməlidir.

62. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 38-39).

63. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Belə ki,hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 40).

64. Baxılan işdə apellyasiya məhkəməsi cavabdeh tərəfindən iddia olunan yaxşılaşdırma xərclərinin məhz onun tərəfindən çəkilməsi barədə gəldiyi qənaəti “i ddiaçıların izahatını inandırıcı sayması, cavabdehin izahatını daha inandırıcı və səmimi hesab etməsi” ilə əsaslandırmağa çalışmışdır.

65. Halbuki, mübahisənin həllinə təsir göstərən bu qədər əhəmiyyətli hal mümkün, mötəbər və kifayətedici sübutlar əsasında təsdiq olunmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (§ 41).

66. Hazırkı işdə apellyasiya məhkəməsi sübutetmə ilə bağlı qeyd edilənləri nəzərə almamışdır.

67. Nəhayət, əgər istifadə olunmuş müdafiə vasitəsi üzrə əşyaya sərf olunmuş yaxşılaşdırma xərcləri cavabdeh tərəfindən sübuta yetirilərsə, ona ödənilməli olan məbləğ dəqiq şəkildə müəyyənləşdirilmə li, cavabdehin çıxarılması ilə yanaşı həmin vəsaitin iddiaçı tərəfindən cavabdehə ödənilməsi və qətnamənin eyni anda icra olunması göstərilməlidir. Baxılan işdə bu qaydaya da əməl olunmamışdır.

68. Qeyd edilənlər ona dəlalət edir ki, üzərində iddiaçıların mülkiyyət hüquqları olan daşınmaz əşyaya onların iradəsinə zidd şəkildə cavabdehin də sahiblik etməsinin hüquqi əsası, bunun hansı şərtlərlə və hansı müddətdə davam edəcəyinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

69. Mülkiyyət hüququnun müdafiəsinə dair mübahisənin bu qaydada həll edilməsi, yəni qanuni əsası, məqsədi və mütənasibliyi göstərilmədən bu hüquqa məhdudiyyət gətirilməsi barədə məhkəmə aktı əsaslandırılmış qətnamə hesab edilə bilməz.

70. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının qanunvericiliyin tələblə rinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

71. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası və İnsan Hüquqlarının və X5 X3 ilə təminat verilən ilə mülkiyyət, hüquq və azadlıqların məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına dəlalət edir (§ 32-33).

72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olumalı, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, “cavabdehin əşyaları ilə birlikdə mübahisəli əmlakdan çıxarılması” tələbinin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır.

73. Göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-277/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar