Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1793/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: darvazanın yerinin dəyişdirilməsi və tullantı suları üçün qazılmış quyunun sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “darvazanın yerinin dəyişdirilməsi və tullantı suları üçün qazılmış quyunun sökülməsi” tələbinə dair üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2022-ci il tarixli 2(103)-7679/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və X2 qonşu, eyni zamanda qohumdurlar.
2. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 787K nömrəli 378,10 kv.mdən ibarət olan bağ evi və 0,08 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
3. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka-2 bağ sahəsi, hər biri 0,12 ha torpaq sahəsi olan 808, 809 və 809A saylı bağ sahələri (ümumi 0,36 ha) Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 808 ünvanındakı hasarın yerinin dəyişdirilməsi, ünva nların arasındakı qanunsuz tikililərin (qaraj, şomba) cavabdeh tərəfindən sökülməsi, cavabdehin qanunsuz əməlləri nəticəsində dəymiş 300 manat zərərin, dövlət rüsumu üçün ödənilmiş 100 manatın tutularaq ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 787K nömrəli bağ evində yaşayır. Bağ evi ilə üzbəüz vətəndaş X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 808 ünvanında olan bağ evi yerləşir. Cavabdeh iddiaçının dayısı oğludur. Təəssüf ki, bir neçə il əvvəl iddiaçının bu ərazidə torpaq sahəsi aldıqdan və bu torpaq sahəsi üzərində evi tikdikdən sonra cavabdeh və ailəsi onlara qarşı aqressivləşmiş və adekvat olmayan hərəkətlər etməyə başlamışdır. Belə ki, cavabdeh iddiaçının bağ sahəsinə bitişik torpaq sahəsini almışdır. Əvvəldən həmin boş torpaq sahəsinin küçə qapısı (darvazası) onun öz bağı tərəfində yerləşirdi. Qarşı tərəfin onlara anlaşılmayan aqressiyasından sonra cavabdeh hər iki bağ sahəsinin arasında qanunsuz olaraq kanalizasiya tullantılarının toplantısı olan “şomba” qazdırmış və sonradan böyük bir qaraj tikməyə başlamışdır. Cavabdeh bu tikililəri öz həyətində yox, məhz ümumi istifadə yerində tikmişdir. Həmin qaraj cavabdehin sonradan aldığı bağın darvazasının qarşısını kəsdiyi üçün, darvazanı sökərək düz iddiaçının evinin qarajının çıxışında qoydurmuşdur. Cavabdeh yeni aldığı torpaq sahəsində ferma saxlayır. Çoxlu sayda qoyunları vardır və həmin qoyunları otarmağa çıxararkən onun evinə bitişik və onun tərəfindən “tametlə” düzə ldilmiş ümumi istifadədə olan həyətdən keçirir. Qoyunlar hər dəfə oradan keçərkən bütün ətrafı kirləndirir və ətraf qoyun qığı ilə örtülü olur. Bu səbəbdən bir neçə dəfə cavabdehi məlumatlandırmışdır. Lakin cavabdeh heç bir nəticə çıxarmır, əvəzində “get kimə şikayət edirsən, et” deyərək öz başından edir. Hətta bununla qalmayaraq ağır tonnajlı yük maşınlarını öz torpağına salmaq adı ilə həmin darvazadan keçirir və bununla da ətrafda ağır toz-duman olmasına və eyni zamanda tametlərin qırılmasına səbəb olur. Göstərilən ərazidəki özbaşına tikili iddiaçının evinə gediş-gəlişə mane olur, həyətdə oynayan uşaqlar üçün təhlükə yaradır. Eyni zamanda kanalizasiya borusundan gələn natəmiz qoxular küləkli havalarda evə dolur və normal olaraq həyat şəraitinə mane olur. Sabunçu Rayon İcra Hakimiyyəti ba şçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tikilmiş tikinti dayandırılmış və qarajın az bir hissəsi sökülmüşdür. Amma ərazidə tikinti daşları və yarımçıq tikili saxlanılmışdır.
6. Məhkəmə xx.xx.2022-ci il tarixdə əsl olmayan cavabdehi əsl olan Cavabdeh ilə əvəz etmişdir.
7. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, özünün mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 808 №-li bağ sahəsi və cavabdehin mülkiyyətində olan Vişnyoka-2 bağ sahəsi, 808, 809 və 809A saylı bağ sahələrində cavabdeh tərəfindən iddiaçının divarının 1,5 metrlik məsafəsində quraşdırılan darvazanın yerinin dəyişdirilməsi və 17 metr uzunluğu olan divarının digər küncünə yaxın məsafədə qoyulması, iddiaçı ilə cavabdehin bağ sahələrinin arasında olan ümumi istifadədə olan ərazidə inşa edilmiş tullantı sular üçün quyunun sökülməsi və söküntüdən sonra ərazinin abadlaşdırılmasının cavabdehin hesabına həyata keçirilməsi, dövlət rüsumu üçün ödənilmiş 100 manatın cavabdehdən tutularaq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan əraziyə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmiş və təxmini cizgisi tərtib edilmişdir. İddiaçı ilə cavabdehin bağlarının ara məsafəsi trapesiya formasında olmaqla girişdə təxmini 13 metr, sonunda təxmini 17 metrdir, iddiaçının divarına cavabdehin yanaşı divarının uzunluğu 17 metrdir, cavabdehin həmin özünə məxsus 17 metrlik divarının iddiaçının divarına olan 1,5 metrlik məsafəsində darvaza quraşdırmış, ümumi istifadədə olan ərazinin y arısından az hissəsində tullantı sular üçün quyu qazdırmışdır. İddiaçı tərəfindən məhkəməyə “whatsapp” vasitəsilə çəkilmiş foto və videoları əks etdirən yaddaş kartı təqdim edilmişdir. İddiaçının nümayəndəsinin dediyinə görə həmin videolarda və fotolarda ağacları qopardan qadın məhz cavabdehdir.
9. Sabunçu rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-2231/2022 nömrəli, 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 808 №-li bağ sahəsi və cavabdehin mülkiyyətində olan Vişnyoka-2 bağ sahəsi, 808, 809 və 809Aa saylı bağ sahələrində cavabdeh tərəfindən iddiaçının divarının 1,5 metrlik məsafəsində quraşdırılan darvazanın yerinin dəyişdirilməsi və 17 metr uzunluğu olan divarın digər küncünə yaxın məsafədə qoyulması, iddiaçı ilə cavabdehin bağ sahələrinin arasında olan ümumi istifadədə olan ərazidə inşa edilmiş tullantı sular üçün quyunun sökülməsi və söküntüdən sonra ərazinin abadlaşdırılmasının cavabdehin hesabına həyata keçirilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mülkiyyətində 0,36 ha torpaq sahəsi olduğu halda, qonşu ilə arasında olan ümumi istifadədə olan, iddiaçı tərəfindən tametlə və yaşıllıqla abadlaşdırılmış ərazidə tullantı sular üçün quyu qazmış və bununla da tərəflərin ümumi istifadəsində olan ərazi daralmış, avtomobillərin rahat manevri üçün problemlər yaranmış, iddiaçı pis qoxulara dözməyə məruz qalmış, ərazinin ümumi gözəlliyi məhv olmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin darvazasını iddiaçının divarının 1,5 metrlik məsafəsində inşa etdirməsi, cavabdehin darvazasından avtomobillərin, heyvanların hərəkət etməsi iddiaçını lazımsız səsə, pis qoxuya dözməyə məruz qoymuşdur.
12. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının torpaq sahəsi 0,08 ha olduğu təqdirdə, cavabdehin mülkiyyətində 0,36 ha torpaq sahəsi var, divarlarının uzunluğu kifayət qədərdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh qonşuluq hüququna hörmətlə yanaşmaqla, maksimal dərəcədə ona ziyan vurmamalıdır, belə bir ziyanın vurulmaması üçün də cavabdeh kifayət qədər imkanlara malikdir. Cavabdeh isə münaqişənin daha da böyüməsi istiqamətində bütün hərəkət ləri etmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 170.3, 170.4, 171.1, 171.2, 171.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qanunvericilik normaları səhv tətbiq və təfsir edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı ilə yaxın qohumluq bağları vardır və uzun müddətdir ki, ailə problemlərinin olması səbəbindən iddia tələbi ilə məhkəməyə müraciət edərək narazılıq yaratmağa və qonşuluq münasibətlərinin də pozulmasına yönəlmiş bir addımdır. O, ilk öncə qeyd etmişdir ki, MPM-nin 9-cu maddəsi üzrə məhkəmə prosesi çəkişmə prinsipi üzrə aparılmalı olduğu halda ona heç bir məhkəmə bildirişi göndərilməmiş və bu səbəbdən məhkəmə prosesində iştirak edərək öz dəlillərini təqdim etmək imkanım olmamışdır. Bundan başqa, qeyd olunan torpaq sahəsi üzərində 3 ayrı bağ sahələri (808, 809 və 809A saylı) yerləşir və həmin bağ evlərinə normal qaydada giriş-çıxışı təmin etmək üçün ümumi darvaza inşa edilmişdir. Odur ki, qanuni əsaslarla tikilmiş bağ sahələrinə lazımi qaydada giriş-çıxışı təmin etmək üçün tikilmiş darvazanın iddiaçıya hər hansı bir formada maneə yaratması məhkəmə tərəfindən əsaslandırılmamış və darvazanın sökülməsinin qət olunması onun konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7679/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin olunmuş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd olunması qət edilmişdir.
18. İddiaçının darvazanın yerinin dəyişdirilməsi barədə tələbin ə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, darvaza cavabdehin mülkiyyətində olan bağ (torpaq) sahəsində yerləşir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi (vəkili) də etiraf etmişdir ki, darvaza cavabdehin özünün mülkiyyətində olan bağ (torpaq) sahəsində yerləşir. Cavabdeh öz mülkiyyətində olan bağ (torpaq) sahəsində darvaza yerləşdirmək hüququna malikdir, onun bu hüququ Mülki Məcəllənin 152.1-ci maddəsinin göstərişindən irəli gəlir. Darvazanın iddiaçıya öz qarajından istifadə etməyə maneçilik törətdiyi müəyyən olunmur. Belə ki, iddiaçı bu barədə sübut təqdim etməmiş. Hətta bu hal həqiqi olduğu təqdirdə, iddiaçı qonşusundan öz mülkiyyətində olan torpaq sahəsində quraşdırdığı darvazanın yerinin dəyişdirilməsini tələb edə bilməz. Çünki eyni məntiqlə cavabdeh də iddiaçıdan q arajın yerinin dəyişdirilməsini tələb edə bilər. Cavabdehin bağ (torpaq) sahəsində çoxlu sayda qoyun saxladığı, qoyunları otarmaq üçün həmin darvaza vasitəsilə öz bağ sahəsindən çıxarması və həmin darvaza vasitəsilə geri qaytarması, qoyunlar hər dəfə ümumi istifadədə olan həyətdən keçərkən öz tullantıları ilə oranı çirkləndirməsi müəyyən olunmur. Belə ki, cavabdeh qoyun saxlamadığını bildirir, iddiaçı isə cavabdehin qoyun saxladığını təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. Bundan başqa, cavabdehin öz mülkiyyətində olan bağ (torpaq) sahəsində qoyun saxlaması iddiaçıya əsas vermir ki, darvazanın yerinin dəyişdirilməsini tələb etsin. Əgər qoyunlar öz tullantıları ilə ümumi istifadədə olan həyəti çirkləndirirsə, iddiaçı bunun qarşısını almaq üçün uyğun olan tədbirlərin tətbiq edilməsini t ələb edə bilər. Məsələn, qoyunların ümumi istifadədə olan həyətdən keçirilməsinin qadağan edilməsi və ya ümumi həyətin qoyunların tullantılarından təmizlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və s. Darvazanın yerinin dəyişdirilməsi müdafiə üçün uyğun tədbir hesab olunmur. Cavabdehin ağır tonajlı yük avtomobillərini öz bağ sahəsinə salmaq üçün həmin darvazadan istifadə etməsi, nəticədə isə ümumi istifadədə olan ərazidə toz yaranması və tametlərin sınması müəyyən olunmur. Belə ki, cavabdeh bildirir ki, onun bağ sahəsinə heç vaxt ağır tonajlı yük avtomobili gəlməyib. İddiaçı isə cavabdehin bağ sahəsinə həmin darvaza vasitəsilə ağır tonajlı yük avtomobilinin gəldiyini, bunun nəticəsində ərazidə toz yarandığını və tametlərin sındığını təsdiq edən sübut təqdim etməyib. Hətta bu hal hə qiqi olduğu təqdirdə, iddiaçı qonşusundan öz mülkiyyətində olan torpaq sahəsində quraşdırdığı darvazanın yerinin dəyişdirilməsinin tələb edə bilməz. Əgər ağır tonajlı yük avtomobillərinin ümumi istifadədə olan həyətdən keçməsi toz yaranmasına və tametlərin sınmasına səbəb olursa, iddiaçı bunun qarşısını almaq üçün uyğun olan tədbirlərin tətbiq edilməsini tələb edə bilər. Məsələn, ağır tonajlı yük avtomobillərinin ümumi istifadədə olan həyətdən keçməsinin qadağan edilməsi və s. Darvazanın yerinin dəyişdirilməsi müdafiə üçün uyğun tədbir hesab olunmur.
19. İddiaçının cavabdehin bağ sahəsinə aid olan, tullantı sularının axıdılması üçün quyunun sökülməsi barədə tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin bağ sahəsinə aid olan, tullantı sularının axıdılması üçün quyu ü mumi həyətdə tikilmişdir. İddiaçı bu quyudan onun bağ sahəsinə qoxu gəldiyini təsdiq edən sübutu (şahid ifadəsi və s.) birinci instansiya məhkəməsinə təqdim etməmiş və ya birinci instansiya məhkəməsində icraat zamanı bu halın müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir. Quyu ümumi istifadədə olan həyətdə yerləşsə də, qonşu sahənin tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş, ona görə də qonşu təsiri hesab olunur. Mülki Məcəllənin 171-ci maddəsində torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisinin qonşu təsirinə dözmək vəzifəsi müəyyən edilmişdir. Mülki Məcəllənin 171.1-ci maddəsinə görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Müəyyən olunmuşdur ki, cavabdehin bağ sahəsinə aid olan, tullantı sularının axıdılması üçün quyu iddiaçıya öz sahəsindən istifadə etməyə maneçilik yaratmır, o cümlədən həmin quyudan iddiaçının bağ sahəsinə ağır qoxu gəlmir. Belə ki, bunun əksini təsdiq edən sübutlar iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.
20. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 171.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiy a instansiya məhkəməsinin qətnaməsini ləğv edərək işə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən irəli sürülən 2-ci tələb üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə istinad edərək cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının iddiasının rədd olunması qənaətinə gəlmişdir. Bu zaman məhkəmə həmin normalara istinadı yalnız cavabdehin məhkəmə prosesi zamanı səsləndirdiyi absurd etirazına söykənir. İddiaçı qeyd etmişdir ki, həmin quyunun orda olması iddiaçının aşağıdakı təməl hüquqlarını pozur: Tərəflərin ümumi istifadəsində olan ərazi daralmış, avtomobillərin rahat manevr üçün pro blemlər yaranmış, iddiaçı pis qoxulara dözməyə məruz qalmış, ərazinin ümumi gözəlliyi məhv olmuşdur. Həmçinin, apellyasiya məhkəməsi həmin normaya istinad edərkən qətnaməsində iddiaçı tərəfindən ekspertiza keçirilməsi barədə vəsatət vermədiyi qənaətinə gələrək iddianın rədd edilməsi əsaslarından biri kimi istinad edir. İddiaçı qeyd edir ki, apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş üzrə ekspertizanın keçirilməməsi qətnamənin ləğvi üçün əsas olması qənaətinə gələn məhkəmənin özünün belə bir təşəbbüsdə olmamağı məhkəmənin obyektiv həqiqəti müəyyən etmək niyyətindən kənarda olmasına faktiki sübutdur.. Qeyd olunan maddi hüquq normasının tələbinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyə tçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin maddi hüquq normasının məzmununda açıq aydın görünür ki, mülkiyyətçinin öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozularsa və bu hal işin faktiki halları ilə təsdiqini taparsa istinad olunan norma kimi çıxış edə bilər. Yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən qonşuluq hüquqlarına hörmət etmədən iddiaçının maksimal dərəcədə hüquqlarına ziyan vurmuşdur. Buna görə də, məhkəmə Mülki Məcəllənin 171.1-ci maddəsinə istinad etməklə qətnamə qəbul edərkən qanunun təfs irində yanlışlığa yol vermişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinad edərək iddiaçının cavabdehin mülkiyyətində olan darvazanın yerinin dəyişdirilməsi tələbinə dair iddiasını 4 səbəbdən əsassız hesab edərək cavabdehin apellyasiya şikayətini təmin etmişdir. Birinci cavabdeh öz mülkiyyətində olan torpaq sahəsində darvaza yerləşdirmək hüququna malikdir. İkinci iddiaçı qonşusundan öz mülkiyyətində olan torpaq sahəsində quraşdırdığı darvazanın yerini dəyişdirməyi tələb edə bilməz. Üçüncü, darvazanın yerinin dəyişdirilməsi müdafiə üçün uyğun tədbir hesab olunmur. Dördüncü, yenə darvazanın yerinin dəyişdirilməsi müdafiə üçün uyğun tədbir hesab olunmur. Bu zaman məhkəmə həmin mülki qanunvericiliyin nor masına istinad edərkən iddiaçının da mülkiyyət hüququnun olduğunu, onunda öz mülkiyyətindən maneəsiz istifadə etmək, həmçinin üçüncü şəxslərin müdaxiləsindən müdafiə etmək təminat olmağına istinad etməmişdir. Yeni, eyni məntiqlə çıxış etsək iddiaçının da mülkiyyət hüquqları var və bu hüququ qanunla qorunur. Cavabdehin darvazasının həmin ərazidə yerləşməsi iddiaçının aşağıdakı hüquqlarını pozur: Tərəflərin ümumi istifadəsində olan ərazinin daralmasına, avtomobillərin rahat manevr üçün problemlər yaranmasına, həmçinin cavabdehin darvazasından avtomobillərin (şombanı boşaltmaq üçün), cavabdeh tərəfindən saxlanılan qoyunların həmin darvazadan hərəkət etməsi iddiaçının lazımsız səsə, pis qoxuya dözməsinə səbəb olur. Xüsusilə qeyd etmək zəruridir ki, birinci instansiya məhkəməsi tərəfindən mübah isəli əraziyə baxış keçirilmiş və ərazinin cizgisi tərtib edilmişdir (iş materiallarına əlavə olunub). Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya yaradılan maneələri mübahisəli əraziyə baxış keçirən zaman da müəyyən etmişdir. Təəssüf ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin yerli baxışına münasibətdə öz qətnaməsində toxunmur və münasibət bildirmir. Bu halda bir daha apellyasiya məhkəməsinin qətnaməsinin qərəzli və əsassız olduğunu, faktiki sübutlara əsaslanmayan, yalnız mülahizələr əsasında qəbul edilməsinə dəlalət edən amillərdən biridir. Cavabdehin darvazasının yerinin dəyişdirilməsi vəzifəsinin üzərinə qoyulmasının apellyasiya məhkəməsi qətnaməsində mülkiyyət hüququnun pozulmasına istinad etməklə cavabdehin apellyasiya şikayətini təmin etməyi absurd və ə sassızdır. Çünki bu hal özlüyündə cavabdehin hüquqdan sui-istifadə hallarına zəmin yaradır. Mülki Məcəllənin 560-cımaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Ümumiyyətlə, işə baxan apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən səsləndirilən izahatlara tənqidi yanaşmasını əsaslandırmamışdır. Həmçinin cavabdehin iddiaya qarşı öz etirazının əsası kimi istinad etdiyi heç bir hal məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və ərazinin cizgisi tərtib edilmişdir. Qanunvericiliyin tələbinə əsasən yerli baxışın keçirilməsi və tərtib edilmiş protokol sübut növlərindən biridir. Ümumiyyətlə apellyasiya instan siyası birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə baxış keçirməsini və bunun əsasında tərtib edilmiş cizgini iş üzrə sübutu kimi qəbul etməyərək qəbul etdiyi qətnamədə heç bir münasibət bildirməmişdir. Cavabdeh iddiaya qarşı etdiyi etirazlara dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, buna baxmayaraq məhkəmə cavabdehin etirazını əsaslandırılmamış olsa belə qəbul etməyi özünə borc bilmişdir. Bu da prosessual baxımdan qərəzli və qeyri obyektiv məhkəmə qətnaməsinin qəbul edilməsinə zəmin yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, onda n istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət dir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
39. MPM-nin 407.2-ci maddəsinə əsa sən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasl arı düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2022-ci il tarixli 2(103)-7679/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.