Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5905/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Üçüncü şəxs Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(105)-1348/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayə ti nəzərdən keçirilərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) nəzərdə tutulmuş tələblərə cavab vermir. Şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə göstərilməmiş, şikayət işin hallarının sübut olunması ilə əsaslandırılmışdır. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti ape llyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2). Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılma lıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2, 407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(105)-1348/2022 nömrəli qətnaməsindən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin müzakirə edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-5905/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-5905/2022
26.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq p
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver