Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-69/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi, mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-95/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* olan şəhadətnaməyə görə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilərək, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,0552 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarıl mış, Cavabdeh iddiaçıya qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)1349/2019 nömrəli qətnaməsi ilə cavabdeh və qarşlıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4807/2019 saylı qərarı ilə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayətinə əsasən dəyişiklik edilmədən saxlanılmışdır.
3. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-173/2021 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh Zamir oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz AİK-nin xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı İddiaçı 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab olunması, İddiaçı verilmiş JN-301A (KOD ********) seriya nömrəli xx.xx.2004-cü il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,06 ha torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesbına sökülməsi, cavabdehin hesabına torpaq sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi, cavabdehdən maddi ziyanın əvəzi ola raq 10000 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 15000 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin faktiki hallarına istinad edilməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə qərarları qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Dadaşov, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu Layihə Tətqiqat MMC-nin Xaçmaz rayon şöbəsinin mütəxəsisi Elşad Lətifovun iştirakı ilə rayon məhkəməsinin qətnaməsi icra olunarkən müəyyən olunmuşdur ki, icra sənədində qeyd olunan ona məxsus, 0,06 ha torpaq sahəsində cavabdeh tərəfindən 2 mərtəbəli (12x13 ölçüdə) ev inşa olunmuşdur. Cavabdehə dəfələrlə təklif edilmişdir ki, torpaq sahəsində inşa etdiyi yaşayış evini sökərək torpaq sahəni boşaltsın, yaxud da torpaq sahələrini dəyişdirsin. Lakin cavabdeh nə torpaq sahəsindəki özbaşına tikilini sökmüş, nə də ki, torpaq sahələrinin dəyişdirilməsinə razılaşmamışdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh faktiki olaraq azı 10000 manat məbləğində zərərin əvəzini ödəməli, habelə ötən bu müddət ərzində dəfələrlə məhkəmə çəkişmələrinə cəlb olunmağa məcbur olunmuş, əmlakından məhrum edildiyinə görə və cavabdehin ona məxsus torpaqda özbaşına olaraq onu saymadan yaşayış evi tikməsi nəticəsində mənəvi psixioloji sarsıntılar keçirmişdir. Uzun müddət mülkiyyətində olan torpaq sahəsinə yaxın düşə bilməmişdir. Hesab etmişdir ki, nəticədə ona 15000 manat məbləğində mənəvi ziyan, 10000 manat isə maddi ziyan dəymişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla ona verilmişdir. Həmin torpaqda ev tikib yaşayır. İddiaçının torpaq sahəsinə dair şəhadətnaməsinin kökü olmamış, bu barədə müvafiq müraciətləri də olmuşdur.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7807 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikili (yaşayış evi) iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin şimal, şimal-şərq istiqamətində yerləşərək və 158 kv metr hissəni əhatə etmişdir.
8. Xaçmaz Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(067)-23/2023 nömrəli qətnaməsi ilə(hakim Anar Sadıqov) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan 0,0 6 ha torpaq sahəsinin şimal, şimal-şərq istiqamətində yerləşən və 158 kv metr hissəni əhatə edən, cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesabına sökülərək həmin hissədə torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun və ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun cavabdehdən alınması qət edilmişdir. (hakim Anar Sadıqov).
9. Birinci instansiya məhkəməsi iddianın təmin olunması hissəsi ilə bağlı hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan 158 kv metrlik tikili cavabdeh tərəfindən özbaşına tikilmiş, onun həmin tikilini inşa etdirməyə müvafiq icra hakimiyyəti orqanlarından razılığı olmamış, cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüququna m üdaxilə ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının və qüvəvdə olan mülki qanunvericiliyin normalarına görə isə cavabdehin hərəkətləri yolverilməzdir, iddiaçının mülkiyyət hüququna müdaxilə hesab olunmalıdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 152.2, 152.3, 157.2 və 157.5-ci maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri, İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək mübahisəli qətnamənin iddianın təmin olunmuş hissəsin i ləğv edilərək iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yeganə yaşayış sahəsi olan evin sökülməsi barədə qətnamə qəbul edərkən araşdırma aparmamışdır. Belə ki, həmin evin nə vaxt tikilib və iddiaçının adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə nə vaxt verilmişdir. Həmçinin iddiaçının adına olan şəhadətnamədə göstərilmiş 0,06 ha həyətyanı torpaq sahəsi əvvəl səlahiyyətli dövlət orqan tərəfindən qanuni əsaslarla onun istifadəsinə verilmişdirmi. Əgər məhkəmə qarşılıqlı iddia ərizəsini lazımı qaydada araşdırsaydı, həmin suallara cavab verməli və çox güman ki, məhkəmənin iş üzrə qəbul edəcək qətnamə başqa məzmunda ola bilərdi. Məhkəmə qətnamə sində evin özbaşına tikili olması göstərmiş. Mülki qanunvericiliyə əsasən özbaşına tikili vətəndaşın özünə məxsus olmayan və müvafiq icazələr alınmadan tikili kimi nəzərdə tutulmuşdur. Cavabdeh evi Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə ailəsinin mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsində tikmişdir. Ona görə də həmin ev özbaşına tikili sayıla bilməz.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-95/2024 nömrəli 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsinin qənaətinə görə qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilərək, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* olan şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,0552 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq ona qaytarılması qət edilmişdir. Həmin qətnamənin icra mərhələsində müəyyən olunmuşdur ki, icra sənədində qeyd olunan iddiaçıya məxsus 0,6 ha torpaq sahəsində Cavabdeh tərəfindən 2 mərtəbəli ev inşa olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikili (yaşayış evi) İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin şimal, şimal-şərq istiqamətində yerləşir və 158,0 kv metr hissəni əhatə edir.
15. Cavabdehin öz hərəkətləri ilə, yəni iddiaçya məxsus torpaq sahəsində özbaşına olaraq yaşayış evi inşa etldirməklə iddiaçının mülkiyyətinə müdaxilə etmiş, onun mülkiyyət hüququnu pozmuşqdur ki, bu da Azərbaycan Respublikasının Konstitusiyasına, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə ziddir, cavabdehin həmin hərəkətlərinə son qoyulmalı, ona məxsus özbaşına tikili olan 158 kv metrlik yaşayış evi cavabdehin öz vəsaiti hesabına sökülməli, həmin ərazidə yerləşən torpaq sahəsi əvvəlki vəziyyətinin bərpa edilməklə iddiaçının mülkiyyət hüququ üzrə sahibliyinə və i stifadəsinə qaytarılmalıdır.
16. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 157.8 və 139-1.1.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ko nstitusiyası
20. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
22. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst su rətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsub dur.
27. Maddə 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
28. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.
29. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı dır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini h əmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərinin araşdıraraq hesab edir ki, aşağıldakı əsaslara apellyasiya məhkəməsinin qətnaiməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
42. Belə ki, iş materaillarından görə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmiş, 17 mart 2005-ci il tarixdə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN301A, kod ******* olan şəhadətnaməyə görə onun torpaq sahəsi üzərindəki mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
43. Ekspert və mütəxəssis rəylə rinə görə Cavabdeh fatiki istifadəsində 0,1435 ha torpaq sahəsi vardır, həmin sahənin 0,06 ha hissəsi onun mülkiyyəttindədir, qalan 0,0835 ha hissəsinin 0,0552 ha hissəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus sahədir, 0,0283 ha sahənin isə kimin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması müəyyən deyildir. Cavabdeh iddiaçının mülkiyyətində olan və özünün faktiki istifadəsində olan torpaq sahəsində ümumi sahəsi 158 kv metr yaşayış evin inşa etdirmişdir.
44. Cavabdehə məxsus yaşayış evinin sökülməsini təmin edən aşağı insansiya məhkəmələri iddiaçının mülkiyyət hüququnun üstün müdafiə edilməli olması qənaətinə gəlmiş, lakin işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra halların müəyyən olunmamasını nəzərə almamış, müəyyən olunmuş bəzi hallara isə düzgün hüquqi qiymət ver məmişdir.
45. İşdən görünür ki, İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququ 2005-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq o, uzun müddət həmin sahəyə yiyələnməmiş, torpaq sahəsi ilə maraqlanmamışdır. Torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri onun tərəfindən yalnız 2018-ci ildə başlanmşdır. Qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1009/2018 saylı qətnaməsinin məzmunundan da görünür ki, həmin vaxta kimi iddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin sərhədlərini bilməmiş, sərhədlərin müəyyən olunmasına cəhd göstərməmişdir. İddiaçının mülkiyyətində torpaq sahəsinin 0,0552 ha hissəsinin cavabdehin faktiki sahibliyində olması həmin qətnamə ilə, torpaq sahəsində 158 kv metr ümumi sahəsi olan yaşayış evinin inşa olunması isə qətnamənin i crası zamanı müəyyən olunmuşdur.
46. Cavabdeh həmin torpaq sahəsinin 1997-ci ildən onun istifadəsində olduğunu, orada yaşayış evini inşa etdirdiyini göstərmiş, bu barədə Xaçmaz rayon İcra hakimyyətinin Susayqışlaq İƏV nümayəndəliyi tərəfindən verilmiş sənədlər təqdim etmişdir. Yaşayış evini inşa etdirərkən hesab etmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsinin özünə məxsusdur.
47. İş materiallarında cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində yaşayış evinin inşası zamanı nə iddiaçının özü, nə də aidiyyatı dövlət orqanları tərəfindən hər hansı etirazın oliması görünmür, işə baxan məhkəmələr də işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bu məsələni müəyyən etməmiş, yaşayış evinin nə vaxt və kimin razılığı ilə inşa olunması, iddiaçının buna etiraz edib-etməməsi, əgə r etiraz etmişdirsə nə kimi nəticə verməsi, etiraz etməmişdirsə bunun səbəbləri ilə bağlı tədqiqat aparmamışdır. Məhkəmələr nəzərə almamışdır ki, bu halların tədqiq edilməsi iddiaçının torpaq üzərində hüququn məhdudlaşdırılmasının (cavabeh tərəfindən yaşayış evi inşa edilməklə) özünün buna susmaqla razılığı ilə, yaxud iradəsi əleyhinə baş verməsinin, son nəticədə yaşayış evinin sökülməsinin kompensasiya verilməklə, yaxud kompensasiya verilmədən həyata keçirilməsinin müəyyən olunmasına əsas verir.
48. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiy yət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-95/2024 nömrəli mülki iş üzr ə 17 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.