Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3548/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, qanunsuz söküntülərin bərpası, qanunsuz zəbt olunmuş sahələrin boşaldılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı Şirkətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, hüquqdan sui-istifadənin yolverilməzliyi, maddi hüququ normasının düzgün tətbiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sə drlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2023-cü il tarixli, 2(103)331/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən birgə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin 8 saylı mənzilinin 1 yaşayış otağı (sahəsi 13,0 kv.m., texniki pasport üzrə 11 saylı) üzərində Cavabdeh mülkiyyət hüququ 23 avqust 2001-ci il tarixdə, 3 yaşayış otağı (sahəsi 48,1 kv.m., texniki pasport üzrə 2, 5 və 8 saylı) üzərində İddiaçı Şirkətinin mülkiyyət hüququ 24 iyun 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınmışdır. Həmçinin həmin binanın 1-ci mərtəbəsindəki 14,2 kv.m. qeyri-yaşayış sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ 19 noyabr 2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Şirkətinin mülkiyyətindəki otaqlar binanın ikinci mərtəbəsində yerləşir.
2. Cavabdeh mülkiyyətindəki qeyri-yaşayış sahəsi ilə mənzilin birinci mərtəbədə yerləşən özünə aid hissəsinin arasında olan arakəsməni götürərək, sahələri birləşdirmiş və həmin əmlakdan kafe kimi istifadə edir. Həmçinin binanın həyətində yerləşən 4,0 kv.m. sahəsi olan sanitar qovşağı onun mülkiyyətində olan sahələrə birləşdirilməklə, faktiki istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayə ndəliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyyətdə olan Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-ün girişində yerləşən, ümumi istifadədə olan 6 kv.m. sahəsi olan sanitar qovşağın və aynabəndin altında yerləşən sahənin əvvəlki qeyri-təcrid vəziyyətə gətirilərək, ümumi istifadəçilərin həmin sahələrdən istifadə etmə imkanlarının təmin edilməsi, həmçinin hüquqi şəxs olan iddiaçının mülkiyyətində olan ümumi sahəsi 15 kv.m. köməkçi sahələrin cavabdehin bilavasitə istifadəsindən alınaraq iddiaçıya təhvil verilməsi, həmin mənzildə və həmin ünvanda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən aparılaraq konstruktiv dəyişikliklərin və əsas daşıyıcı divarların cavabdehin hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, ümumi istifadədə olan həyətdə müvafiq razılıq olmadan quraşdırılmış avadanlıqların, qurğuların və kommunikasiyaların demontaj edilməsi və əldən çıxmış fayda kimi 10000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, mənzilin paylı mülkiyyətçisi olan cavabdeh evin girişində yerləşən ayaqyolunu, aynabəndinin altında onlara məxsus ümumi sahəsi təxminən 15 kv.m olan köməkçi sahələrini və ümumi istifadədə olan həyətin bir hissəsini zəbt etmiş, qanunsuz ona aid olmayan sahələrdə təmir-tikinti işləri aparmış, ona məxsus sahədə həyata keçirdiyi təmir işləri zamanı isə mənzilin, qeyri-yaşayış sahəsinin və onlara məxsus ayaqyolunun aralarında olan aparıcı divarları sökmüş, binanın konstruksiyasında təhlükə li dəyişikliklər etmiş, mərtəbə arası su və kanalizasiya xətlərini zədələmişdir. Cavabdeh tərəfindən aparılan işlər nəticəsində iddiaçı şirkətə məxsus 8 saylı mənzilin bəzi hissələri, aynabəndin tavanı, dayaqları və atmaları deformasiyaya uğramışdır və bu gün əsaslı təmirə ehtiyacı var. Bundan başqa, cavabdeh ümumi istifadədə olan sahəni zəbt edərək oranı icarəyə vermiş və oradan gəlir əldə etməkdədir. Nəticədə, iddiaçının həmin sahədən istifadə hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən də həmin ümumi istifadədə olan sahədən əldə edilən gəlirlərə də iddiaçının payı var və cavabdehin qanunsuz əməlləri nəticəsində həmin fayda şirkətin əlindən çıxmışdır. Həmin sahənin minimum 1000 manata icarəyə verildiyi nəzərə alınsa, illik icarə haqqı 12000 manat təşkil edir ki, bunun 3000 manatı şirkə tin əldən çıxmış faydası kimi qiymətləndirilməlidir.
5. İddiaçı Cavabdeh İddiaçı Şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus əmlakların üstünə çirkab suların axıdılmasının qarşısının alınması vəzifəsinin qoyulması, habelə ondan vurulmuş maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə isə 6000 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Şirkəti binanın 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsini kirayə verməklə, üstünə çirkab sular axıtmış, qarşılıqlı iddia üzrə iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı Şirkəti qisas almaq və tamah məqsədilə çirkab sularını üstünə və elektrik xətlərinin üzərinə axıdır və nəticə etibarlı ilə bi na üçün təhlükə yaratmaqla, ona davamlı olaraq hər dəfə 1000-1500 manat, ümumilikdə isə 150000 manat ziyan vurmuşdur.
7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 oktyabr 2019-cu il tarixli rəyinə əsasən tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 saylı evin girişində sahəsi 6 kv.m. olan sanitar qovşağının və aynabəndin altında yerləşən sahənin Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan binanın arxiv cizgilərinə əsasən binanın 1-ci mərtəbəsində yerləşən mübahisəli tikilinin ümumi istifadədə olduğu göstərilmişdir. Eyni zamanda, İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 12 saylı mağazanın müdirinə ünvanlanmış 124 saylı, 29 may 1998-ci il tarixli məktubda sö zügedən 4,0 kv.m. tikilinin mağazaya verilməsinə etiraz etmədiyi bildirilmişdir. Tədqiq olunan binanın arxiv cizgilərinin məlumatları ilə baxış zamanı binanın faktiki vəziyyətdə texniki parametrləri müqayisə edilərkən, tədqiqat olunan qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilinin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəf baxan pəncərəsinin yerində giriş-çıxış qapısı quraşdırıldığı, həmçinin 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə qapı boşluğu açıldığı müəyyən edilmişdir. Baxış zamanı tədqiq olunan binanın ümumi istifadə olunan həyətyanı sahəsində Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin divarının qarşısında soyuducu qurğu qoyulduğu müəyyən edilmişdir. Cavabdeh özün ə məxsus qeyri-yaşayış sahəsinə baxış zamanı həmin tikililərə su sızma faktı və su sızma nəticəsində hər hansı ziyan dəyməsi müəyyən olunmamışdır
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(009)548/2019 nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin mülkiyyətçilərin ümumi istifadəsində olan həyətyani sahədə Cavabdeh məxsus qeyriyaşayış sahəsinin mətbəx tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyanı sahədən çıxarılması, ilkin iddia tələblərinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə əvvəllər müb ahisəli evin digər paylı mülkiyyətçi və sakinlərinin razılığı ilə sahəsi 6,0 kv.m. olan sanitar qovşağı və aynabəndin altında yerləşən sahə yararsız, baxımsız və istifadəsiz qalan sahə kimi cavabdehin istifadəsinə verilməsi müəyyən edilmiş və bununla da, həmin sahənin qanunsuz olaraq cavabdeh tərəfindən istifadə edilməsi barədə iddiaçının dəlilləri qəbul edilə bilməz. Belə ki, iddiaçı əmlaka sonradan sahib olmuş, əvvəlki sahiblərin isə könüllü surətdə həmin sahənin cavabdehin istifadəsinə verilməsi barədə iradə ifadələri mövcud olmuşdur.
10. Məhkəmə iddia tələbinin iddiaçının mülkiyyətində olan ümumi sahəsi 15,0 kv.m. olan köməkçi sahənin də cavabdehdən alınaraq onlara təhvil verilməsi barədə tələbi üzrə qeyd etmişdir ki, belə bir sahənin cavabdehin istifadəsində olması nə məhkəmə iclasınd a, nə də ekspert rəyi ilə müəyyən edilməmişdir.
11. Bundan başqa məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdeh tərəfindən yalnız yüngül konstruksiyalı arakəsmələrin götürülməsi, yükdaşıyıcı divarların isə sökülməsi halı müəyyən edilmədiyindən, həmin hissədə tələb əsaslı hesab edilməməlidir.
12. Həmçinin məhkəmə iclasında həqiqətən cavabdeh tərəfindən ümumi istifadədə olan həyətdə soyuducu quraşdırıldığından və bu digər sakinlərin razılığı alınmadan həyata keçirildiyindən, məhkəmə hesab etmişdir ki, həmin soyuducu həmin yerdən çıxarılmalıdır.
13. Məhkəmə iddia tələbinin ümumi həyətdə olan quraşdırılmış qurğuların və kommunikasiyaların demontaj edilməsi hissəsi üzrə qeyd etmişdir ki, iddiaçının bu hissədə tələbi konkret deyil, yəni qurğuların və kommunikasiya xətlərinin nədən ibarət olması və hansı demontaj işlərinin görülməsi konkret göstərməmişdir. Digər tərəfdən bu qurğuların və kommunikasiya xətlərinin cavabdeh tərəfindən quraşdırılması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Həmçinin ilk iddia tələbi üzrə əldən çıxmış fayda kimi 10000 manat pulun tutulması ilə bağlı da iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilməmişdir.
14. Bununla yanaşı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən həmin maddi və mənəvi zərərin vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini və təyin edilmiş ekspert rəyi ilə hər hansı ziyanın vurulmasının müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mül ki Məcəlləsinin 215.5, 217.3, 222.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(009)-548/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 02 sentyabr 2021-ci il tarixli rəyinə əsasən tədqiq olunan binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə ümumi istifadə olunan sahədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) uzunl uğu 2,6 metr, eni bir tərəfdən 1,65 metr, digər tərəfdən 1,4 metr, ümumi sahəsi 4,0 kv.m. təşkil edən və sanitar qovşağı kimi istifadə olunan tikili inşa edildiyi müəyyən olunmuşdur. Binanın arxiv cizgilərinə (layihə sənədinə) əsasən aparılmış tədqiqat nəticəsində ümumi istifadə olunan sahədə inşa edilmiş tikilinin hazırda Cavabdeh istifadəsində olduğu, həmin tikilinin 8 saylı mənzil və qeyri-yaşayış sahəsi üzrə Cavabdeh adına tərtib olunmuş texniki pasportlarda əks edilmədiyi, lakin texniki pasportun vərəqinə əlavə edilmiş cizgidə göstərildiyi müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəfə baxan pəncərəsinin yerində giriş-çıxış qapısı quraşdırıldığı, həmçinin 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə qapı boşluğu açıldığı müəyyən olunmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-233/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkibdə) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(009)-548/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, sahəsi 4,0 kv.m. olan sanitar qovşağın əvvəllər evin digər pay lı mülkiyyətçilərinin və “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə yararsız, baxımsız və istifadəsiz qalan sahə kimi Cavabdeh istifadəsinə verilmiş sahədə inşa edildiyi nəzərə alındığında, həmin sahənin onun tərəfindən qanunsuz olaraq istifadə edilməsi barədə İddiaçı şirkətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, İddiaçı şirkəti əmlaka sonradan sahib olmuş, əmlakın əvvəlki sahibləri isə könüllü surətdə həmin sahənin cavabdehin istifadəsinə verilməsi barədə iradələrini bəyan etmişlər.
20. Apellyatorun, ümumi sahəsi 15,0 kv.m. olan köməkçi sahənin alınıb ona təhvil verilməsi tələbi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, belə bir sahənin Cavabdeh tərəfindən zəbt edildiyi ümumiyyətlə müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı apellyatorun nümayən dəsi də bildirmişdir ki, “ümumi sahəsi 15,0 kv.m olan köməkçi sahənin alınıb ona təhvil verilməsi tələbi”, qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyanı sahədən çıxarılması ilə faktiki olaraq təmin olunmuşdur və buna görə də sözügedən tələb üzrə şikayəti mövcud deyildir.
21. İddiaçı şirkətinin “qeyri-yaşayış sahəsində aparılmış konstruktiv dəyişikliklərin və əsas daşıyıcı divarların cavabdehin hesabına bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbi isə ona görə əsassızdır ki, Cavabdeh tərəfindən öz mülkiyyətindəki qeyri-yaşayış sahəsində yalnız yüngül konstruksiyalı arakəsmənin götürüldüyü, bunun isə apellyatorun hər hansı mənafeyinə xələl gətirmədiyi müəyyənləşdirilmişdir.
22. Göründüyü kimi, Cavabdeh tərəfindən binanın 1-ci m ərtəbəsində həyətə giriş hissədə ümumi istifadə olunan sahədə inşa edilmiş 4,0 kv.m. ölçülü sanitar qovşağının evin ikinci mərtəbəsindəki otaqların mülkiyyətçisi olan İddiaçı şirkətinə mülkiyyətindən istifadəyə maneə törətməsi, eləcə də binanın yükdaşıyıcı divarlarının söküldüyü və ümumi istifadə yerlərinin zəbt olunduğu faktı sübuta yetirilməmişdir. Bu baxımdan, İddiaçı şirkətinin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, 180-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi kassasiya şikayəti verərək, Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-233/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022ci il tarixli, 2(102)-2395/2022 nömrəli qərarı ilə (hakim Ə.Ə.Əliyevin məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və İ.K.Xəlilovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)233/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
26. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
27. Belə ki, sahəsi 4,0 kv.m. olan sanitar qovşağının mübahisəli evin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olduğu işin mübahisəsiz halı olduğundan, həmin sahənin ümumi paylı mülkiyyətdən çıxarılaraq mülkiyyətçilərdən birinin, hazırkı halda cavabdehin mülkiyyətinə verilməsi yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq (alqı-satqı, bağışlama və s.) həyata keçirilə bilərdi. Qanunvericilikdə ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılıq məktubu əsasında hər hansı bir şəxsin mülkiyyətinə keçməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və iş üzrə dü zgün olmayan qətnamə qəbul etmişdir.
28. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının tələbi bir neçə hissədən ibarət olmaqla onlardan biri də 6 kv.m. sahəsi olan sanitar qovşağın əvvəlki qeyri-təcrid vəziyyətə gətirilərək, ümumi istifadəçilərin həmin sahələrdən istifadə etmə imkanlarının təmin edilməsi olsa da, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin bu hissəsinə hüquqi qiymət verməmişdir. Mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi qeyd edilən 6 kv.m. sahəsi olan sanitar qovşağın hüquqi statusunu müəyyənləşdirməli, bundan sonra iddiaçının həmin sahədən istifadəsinin hər hansı bir qanuni əsasının olub-olmamasını araşdırmalı və müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməli idi.
29. Bununla yanaşı, iddianın ümumi sahəsi 15 kv.m. olan köməkçi sahələrin cavabdehin bilavasitə istifadəsindən alınaraq iddiaçıya təhvil verilməsi hissəsi ilə bağlı da apellyasiya instansiyası məhkəməsi işin düzgün həll edilməsi üçün əhəmiyyətli olan hallarını araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı qeyd edilən 15 kv.m. sahənin onun mülkiyyətində olduğunu, cavabdehin həmin sahədən onun razılığı və icazəsi olmadan istifadə etdiyini vurğulamışdır. Belə olduğu halda, apellyasiya instansiyası məhkəməsi ilk olaraq mübahisəli sahənin statusunu müəyyənləşdirməli olduğu halda, qeyd edilən hal üzrə araşdırma aparmamışdır. Ona görə də işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərlə yanaşı mübahisəli 15 kv.m. sahənin statusunu müəyyənləşdirməli və cavabdehi n həmin sahədən istifadəsinin qanuni olub-olmamasına hüquqi qiymət verməlidir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Təkrar apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 02 mart 2023-cü il tarixli rəyinə əsasən mülki iş materiallarının 61-ci səhifəsində olan arxiv cizgilərinə (layihə sənədinə) əsasən, tədqiq olunan binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) inşa edilmiş faktiki sahəsi 4,0 kv.metr təşkil edən sanitar qovşağının, həmçinin aynabəndin altında yerləşən sahənin hal-hazırda cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında olan arxiv cizgilərinə (layihə sənədlərinə) əsasən mübahisəli sanitar qovşağının ümumi istifadəd ə olan sahədə inşa edildiyi müəyyən olunmuşdur. Lakin həmin sənədlərə əsasən, aynabəndin altında yerləşən sahədə 2 ədəd mətbəx kimi nəzərdə tutulan tikililərin yerləşdiyi və həmin tikililərin 4 və 5 saylı (faktiki cavabdehin qızının istifadəsində olan) otaqlara aid olduğu qeyd edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəfə baxan əsas divarında pəncərənin yerində giriş-çıxış qapısı quraşdırıldığı, həmçinin 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə qapı boşluğu açıldığı müəyyən edilmişdir. Baxış zamanı tədqiq olunan evin ümumi istifadədə olan həyətində cavabdeh tərəf indən “Texniki pasportda” mövcud olmayan avadanlıq və qurğular quraşdırılması müəyyən edilməmişdir. Cavabdehin mülkiyyətində olan və evin 1-ci mərtəbəsində, qapı 1-də yerləşən qeyriyaşayış sahəsinə bitişik, girişdən sağ tərəfdə olan qapı oyuğunun əsas (yükdaşıyıcı) divarda açıldığı müəyyən edilmişdir. Cavabdehin mülkiyyətində olan və həmin ünvanda qapı 1-də yerləşən qeyri-yaşayış sahəsinə bitişik, girişdən sağ tərəfdə olan sanitar qovşağın ümumi sahəsi 4,0 kv.metr müəyyən olunmuşdur. Aparılmış ölçü işlərinə əsasən, tədqiq olunan qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin faktiki sahəsi 7,5 kv.metr müəyyən olunmuşdur. Mülki iş materiallarında olan arxiv cizgilərinə (layihə sənədlərinə) əsasən, həmin hissədə 2 ədəd tikili (4 və 5 №-li) qeyd olunduğunu, 5-ci tikilinin sahəsi 8,2 kv.metr göstə rildiyini (4 №-li tikilinin sahəsi pozulduğundan dəqiqliklə müəyyən etmək mümkün olmadı) nəzərə alaraq, cavabdehin mülkiyyətində olan və həmin ünvanda yerləşən yaşayış sahəsinə bitişik, (girişdən sol tərəfdə olan) mətbəx sahəsində ümumi istifadə üçün nəzərdə tutulan sahənin mövcud olmadığı müəyyən olunmuşdur. Cavabdehin mülkiyyətində olan və qapı 1-də yerləşən sahənin hazırki vəziyyətə gətirilməsi üçün girişdən sağ tərəfdə olan əsas divarda qapı boşluğu açıldığı və mənzilin küçə tərəfə baxan əsas divarında pəncərənin yerində giriş-çıxış qapısı quraşdırıldığı müəyyən edilmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2023-cü il tarixli, 2(103)-331/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və F.Ş.Talışınskidən i barət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddiada ifadə edilmiş “mübahisəli sanitar qovşağın ümumi istifadəyə qaytarılması və həmin sahəyə cavabdeh tərəfindən qanunsuz açılmış qapı boşluğunun cavabdehin hesabına bağlanması barədə” tələblərin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməklə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı irəli sürdüyü ilk iddiada ifadə edilmiş “mübahisəli sanitar qovşağın ümumi istifadəyə qaytarılması və həmin sahəyə cavabdeh tərəfindən qanunsuz açılmış qapı boşluğunun cavabdehin hesabına bağlanması ba rədə” tələblərin qismən təmin edilməsi, Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-də yerləşən və Cavabdeh məxsus sahəyə girişdən sağda, daşıyıcı divarda (sahəsi 4 kv.metr olan mübahisəli sanitar qovşağa) açılmış qapı boşluğunun Cavabdeh hesabına bağlanması və ümumi sahəsi 4 kv.metr təşkil edən sanitar qovşağın ümumi istifadəyə qaytarılması, apellyasiya baxışının predmeti olan qalan hissədə iddianın rədd edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 04 noyabr 2019-cu il tarixli qətnamənin hazırki apellyasiya baxışının predmeti olan qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
32. İşdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri məlumatlara istinad edərək məhkəmə müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbə sində həyətə giriş hissədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) inşa edilmiş faktiki sahəsi 4,0 kv.m. təşkil edən sanitar qovşağın yerləşdiyi sahə ümumi istifadədə olan sahədir. Yəni həmin sanitar qovşağı paylı mülkiyyətçilərin ümumi paylı mülkiyyətindədir. Lakin, hazırda həmin sahə faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdeh bildirir ki, həmin sahənin onun istifadəsində olması qanunidir, çünki həmin sahə əvvəllər evin digər paylı mülkiyyətçilərinin və “İçəri Şəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin razılığı ilə yararsız, baxımsız və istifadəsiz qalan sahə kimi cavabdehin istifadəsinə verilmişdir.
33. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, sahəsi 4,0 kv.m olan sanitar qovşağının mübahisəli evin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olduğu işin mübahisəsiz halı olduğundan, həmin sahənin ümumi paylı mülkiyyətdən çıxarılaraq mülkiyyətçilərdən birinin, hazırkı halda cavabdehin mülkiyyətinə verilməsi yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq (alğı-satqı, bağışlama və s.) həyata keçirilə bilərdi. Qanunvericilikdə ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılıq məktubu əsasında hər hansı bir şəxsin mülkiyyətinə keçməsi nəzərdə tutulmamışdır.
34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, faktiki sahəsi 4,0 kv.m. təşkil edən sanitar qovşağın təcrid olunaraq cavabdehin istifadəsində qalması digər paylı mülkiyyətçinin mülkiyyət hüququnu pozmuş olur. Pozulmuş hüququn bərpası isə həmin sahənin paylı mülkiyyətçilərin ümumi istifadəsinə qaytarılması ilə aradan qaldırıla bilər. Göründüyü kimi, ümumi sahəsi 4,0 kv.m. təşkil edən sahənin ümumi istifadəyə qaytarılması barədə iddiaçı Şirkətin tələbi qismən əsaslıdır, çünki həmin sahənin iddia ərizəsində qeyd edildiyi kimi 6,0 kv.metr olması təsdiq edilmir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının nəticəsi ilə verilmiş hər üç ekspert rəyi ilə 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə cavabdeh tərəfindən qapı boşluğunun açıldığı təsdiq olunmuşdur. Evin layihə sənədində həmin qapı boşluğu mövcud deyil. Göründüyü kimi, cavabdeh özünə məxsus sahənin əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə, mənzilin layihə sənədində nəzərdə tutulmamış, sonradan da qanuni əsaslarla buna icazəsi alınm amış qapı boşluğu açmışdır. İddiaçı Şirkət tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin cavabdeh tərəfindən mənzilin daşıyıcı divarında qanunsuz açılmış qapı boşluğunun cavabdehin hesabına bağlanması barədə hissəsi əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etməmişdir.
35. Bundan başqa, ekspert rəyi ilə evin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəfə baxan əsas divarında pəncərənin yerində giriş-çıxış qapısı quraşdırıldığı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh, özünə məxsus mənzilin (faktiki qeyri-yaşayış sahəsi) sahəsində yalnız yüngül konstruksiyalı arakəsməni götürmüş, mənzilin küçə tərəfə baxan əsas divarında pəncərənin yerində giriş-çıxış qapısı quraşdır mışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən edilmiş bu dəyişikliklər iddiaçının hər hansı mənafeyinə xələl gətirmədiyi üçün həmin dəyişikliklərin aradan qaldırılması (əvvəlki vəziyyətə gətirilməsi) barədə tələb əsassızdır.
36. İddiaçının mülkiyyətində olan ümumi sahəsi 15 kv.m köməkçi sahələrin cavabdehin bilavasitə istifadəsindən alınaraq, iddiaçıya təhvil verilməsi barədə iddia tələbi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, əvvəlki apellyasiya baxışı zamanı iddiaçı Şirkətin nümayəndəsi də izahatında bildirmişdir ki, “ümumi sahəsi 15,0 kv.m olan köməkçi sahənin alınıb ona təhvil verilməsi barədə tələb”, qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyani sahədən çıxarılması ilə faktiki olaraq təmin olunmu şdur və buna görə də sözügedən tələb üzrə şikayəti mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, ümumi sahəsi 15 kv.m sahənin zəbti mövcud olmadığından və bu hal iddiaçının nümayəndəsinin verdiyi izahatda öz təsdiqini tapdığından, bu hissədə də rayon məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.
37. Məhkəmə həmçinin hesab edir ki, ümumi istifadədə olan həyətdə müvafiq razılıq olmadan quraşdırılmış avadanlıqların, qurğuların və kommunikasiyaların demontaj edilməsi barədə tələbin təmin edilməsi üçün də əsas yoxdur. Çünki, evin ümumi istifadədə olan həyətində cavabdeh tərəfindən texniki pasportda mövcud olmayan avadanlıq və qurğuların quraşdırılması iş üzrə aparılmış ekspertiza tədqiqatı zamanı, habelə mübahisəli ünvana məhkəmə tərəfindən yerində müayinə keçirildiyi zaman öz təsdiqi tapmamı şdır.
38. Apellyasiya instansiyası məhkəməsi həmin mövqeyini Mülki Məcəllənin 1391.1.3, 139-1.1.4, 139-1.1.5, 139-1.1.8, 146.1, 146.2, 170.2, 180.1, 180.4-cü, Mənzil Məcəlləsinin 24.1, 27.1, 27.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
39. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2023-cü il i tarixli, 2(103)-331/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı, Mülki Prosessual Məcəlləsinin 88, 218.3-cü maddələri pozulmuşdur. Belə ki, cavabdeh məh kəmə icraatı zamanı mübahisəli ərazinin öz mülkiyyətində olduğunu iddia etməmişdir. Həmin ərazi tərəflərin ümumi paylı mülkiyyətində olmaqla hər iki tərəfə məxsusdur. Bir halda ki, ərazi cavabdehin də mülkiyyətidir, oradan maneəsiz istifadə hüququ vardır. Belə olan, cavabdehin oradan istifadəsi üçün notarial əqdin bağlanmasına zərurət yoxdur. Mübahisəli sahəyə giriş-çıxış qapısının hörülməsi, yeni giriş-çıxış qapısının açılması və bununla bağlı xərclərin çəkilməsinin cavabdehin üzərinə qoyulması ilə iddia tələbindən kənara çıxılmış hesab olunur. Çünki iddiaçının belə tələbi olmamışdır. Mübahisə predmeti olan sanitar qovşağı əvvəllər antisanitariya və baxımsız vəziyyətdə olduğundan sakinlərin (əvvəlki mülkiyyətçilərin) razılıq ərizəsi və “İçəri Şəhər Dövlət Tarixi-Memarlıq” Qoruğunun 29 may 1998-ci il tarixli icazə sənədi əsasında oranı abadlaşdırmaq və bərpa etmək şərti ilə cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh də həmin ərazini öz hesabına abadlaşdıraraq oradan anbar məqsədi ilə istifadə etmişdir. Hazırda isə sakinlərin də istifadəsinə heç bir maneə yaradılmadan sanitar qovşağı kimi istifadə olunur. Əvvəlki mülkiyyətçilərin razılıq ərizəsi, Qoruq İdarəsinin rəsmi icazə sənədi olduğu halda, hər hansı zəbt və ya qanunsuz istifadədən söhbət gedə bilməzdi.
41. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
42. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişd irilmədən saxlanılmasını xahiş etmişdir.
43. Etirazda Mülki Məcəllənin 213, 214, 215.4-cü maddələrinə istinad olunaraq qeyd edilmişdir ki, mübahisəli sahə cavabdeh tərəfindən zəbt olunmuşdur. Apellyasiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmış, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışının hədləri:
44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi fak tlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdeh verdiyindən və iddianın apellyasiya məhkəməsi tərəfindən təmin olunmuş hissəsini mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata k eçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə, 4 kv.metr sahəsi olan sanitar qovşağının ümumi istifadəyə qaytarılması və həmin sahəyə açılmış qapının bağlanması hissəsində həll edilərkən maddi hüquq normalarını pozmuşdur.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) inşa edilmiş faktiki sahəs i 4,0 kv.m. təşkil edən sanitar qovşağın yerləşdiyi sahə bina sakinlərinin ümumi istifadəsində olmalı sahə olmaqla, faktiki olaraq hazırda cavabdehin istifadəsindədir.
50. Həmçinin mübahisəsiz olaraq müəyyən olunur ki, həmin sahə əvvəllər yararsız və baxımsız olmuş, evin həmin zamandakı sakinlərinin razılığı və “İçəri Şəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun 29 may 1998-ci il tarixli məktubuna əsasən hazırda cavabdehin mülkiyyətində olan 14,2 kv.m. qeyri-yaşayış sahəsində fəaliyyət göstərən mağazaya verilmişdir. Cavabdeh mülkiyyətində olan sahələri müvafiq olaraq 2001-ci və 2002-ci illərdə, İddiaçı Şirkəti isə mülkiyyətində olan sahələri 2006-cı ildə əldə etmişlər.
51. Beləliklə müəyyən olunmuşdur ki, mübahisəli 4 kv.m. sahəsi olan sanitar qovşağı tərəflərin paylı mülkiyyətində deyil, bina sakinlərinin ümumi istifadəsində olmuş və həmin sakinlərin razılığı əsasında 14,2 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən təmir olunaraq, istifadə olunmuşdur. İddiaçı Şirkət isə həmin binada yerləşən 3 otağı təxminən 8 il sonra almış, aldığı zaman mübahisəli sahə ilə bağlı binanın əvvəlki mülkiyyətçilərinin razılaşması qüvvədə olmuşdur.
52. Nəzərə alınmalıdır ki, iddiaçı Şirkətin mülkiyyətində olan, texniki pasport üzrə 2, 5 və 8 saylı otaqlar ayrıca yerləşməklə, müstəqil ayaqyoluna (texniki pasport üzrə 4 saylı sahə) malikdir. Belə olan halda, iddiaçı ondan əvvəlki mülkiyyətçilərin razılığı ilə cavabdeh tərəfin istifadəsinə verilmiş, baxımsız olan və sonradan təmir olunaraq, istifadəyə yararlı vəziyyətə gətirilmiş sahənin yenidən ümumi istifadəyə gətirilməsi zərurətini əs aslandırmalı idi ki, işin faktiki hallarını araşdıran məhkəmələrə bununla bağlı hər hansı dəlil gətirilməmiş və apellyasiya məhkəməsi ilə də belə zərurət müəyyən olunmamışdır.
53. Bu səbəbdən, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı yalnız mənzilin cavabdehlə paylı mülkiyyətçisi olmaqla, onun mülkiyyətində olan hissəyə aid olmayan sahənin əvvəlki vəziyyətə gətirilməsini tələb etməklə, hüquqdan sui-istifadəyə yol vermiş, apellyasiya instansiyası məhkəməsi isə tətbiq etməli olduğu Mülki Məcəllənin 560-cı maddəsinin tələblərini nəzərə almadan iddianı təmin etməklə, maddi hüquq normasını pozmuşdur.
54. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında xüsusilə qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).
55. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticə nin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
56. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli 4 kv.m. sahəsi olan sanitar qovşağı bina sakinlərinin razılığı ilə cavabdehin istifadəsinə verilməklə, təmir olunaraq yararlı hala gətirildiyi, hazırki iddia verildiyi 07 dekabr 2018-ci il tarixədək hər hansı şəxsin, o cümlədən artıq 12 il paylı mülkiyyətçi olan iddiaçı Şirkətinin etirazı olmadan onun tərəfindən istifadə edildiyi, iddiaçının bu tələbi üzrə hər hansı zərurət işin faktiki hallarını araşdıran məhkəmələrlə müəyyən edilmədiyi, hazırki tələb təmin olunacağı təqdirdə cavabdehə zərər vurulmaqla, ədalətsiz nəticəyə gətirəcəyi üçün iddiaçının tələbi hüquqdan-sui-istifadə kimi qiymətləndirilməli və Mülki Məcəllənin 560.1, 560.2, 560.3.4-cü maddələri tətbiq edilməklə, rədd edilməlidir.
58. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi hüquq normasının pozulması ilə qəbul edildiyindən MPM-in 417.1.4-cü m addəsinə əsasən həmin məhkəmənin qətnaməsi qismən ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın göstərilən hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2023-cü il tarixli, 2(103)331/2023 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı iddi ası “Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-də yerləşən və Cavabdeh məxsus sahəyə girişdən sağda, daşıyıcı divarda (sahəsi 4 kv.metr olan mübahisəli sanitar qovşağa) açılmış qapı boşluğu Cavabdeh hesabına bağlansın və ümumi sahəsi 4 kv.metr təşkil edən sanitar qovşaq ümumi istifadəyə qaytarılsın.” hissəsində təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.