Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-55/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4481/2024 nömrəli 2 avqust 2024-cü il t arixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı1 məxsus olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi qonşuluqda yerləşir.
2. Cavabdehlərin hər birinin mülkiyyətində 0,06 ha torpaq sahəsi vardır və onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Cavabdehlər tərəfindən mülkiyyətlərində olan sahədə müəyyən tikinti işləri aparılmış və hazırda həmin tikililər yarımçıq vəziyyətdədir.
4. İddiaçı1 mülkiyyətində isə 0,013776 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzər ində inşa edilmiş 145,90 kv metr ümumi sahəsi olan 3 mərtəbəli fərdi yaşayış evi vardır.
5. İddiaçı1 iddia edir ki, cavabdehlərin apardıqları tikinti işləri nəticəsində onun evinə, həyətinə və hasarına ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 1470 kv metretr torpaq sahəsində aparılan tikinti işlərinin qanunsuz sayılaraq ləğv edilməsi və təhlükəli tikinti zamanı evlərinə dəyən zərərə görə cavabdehlər tərəfindən maddi təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlərin qanunsuz apardığı tikinti-inşaat işləri nəticəsində İddiaçı1 evinin ətrafındakı hasarda, həyətin bir hissəsinin asfalt örtyündə dərin çatlar əmələ gəlmiş, evin daxili divarları və tavan müxtəlif yerlərdən çat vermiş, evin bünövrəsi zədələnmiş, qəzalı vəziyyətə düşmüşdür. İddiaçı4 evinə də təqribən eyni qaydada ziyan dəymişdir. Cavabdeh tikintini onlara məxsus fərdi evlərin texniki göstəricilərini nəzərə almaqla həyata keçirməli olduğu halda buna əməl etməmişdir. Cavabdeh və onun podratçıları tikintini həyata keçirərkən, torpağa dair hüquqverici sənədlərdə və layihədə göstərilən cizgi daxilindən kənara çıxaraq onlara məxsus fərdi yaşayış evlərinin və hasarların bilavasitə bünövrəsinə qədər gəlib çataraq həmin ərazidə qazıntı və bərkitmə işləri aprmağa başlamış, ağır texnika ilə aparılan işlər nəticəsində də mülkiyyətlərində olan daşınmaz əmlaklara ciddi ziyanlar dəymişdir. Həmin ərazini nəzarətə götürmüş Fövqəladə Hallar Nazirliyi kimi dövlət orqanı hadisə yerində araşdırma aparmış və cavabdehin həqiqətən də dövlət və ictimai marağa zidd ciddi qanun pozuntusuna yol verdiyini müəyyən etmişdir. Rəsmi dövət orqanı tikintini dayandırmaq barədə rəsmi qərar vermişdir.
8. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 3-16-16/210/8120 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin xx.xx.2024-cü il tarixli, 3- 18-2/2-1242/2024 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi evinə keçirilən baxış zamanı evin 1-ci, 2-ci və 3-cü mərtəbələrində monolit dəmir-beton örtük tavasının üzərinə sonradan vurulmuş döşəm ənin hazırlıq qatında (sement-qum məhlullu) müxtəlif ölçülü çatlar müşahidə edilmişdir. Evin sol yan fasad hissəsinin 2-ci mərtəbə səfiyyəsində öz yükünü daşıyan divarda qalınlığı 2-3 mm olan birtərəfli çat müşahidə edilmişdir. Evin əsas yükdaşıyan konstruksiyalarında (sütunlar, riqellər, örtük tavaları) çat və deformasiyalar müşahidə edilməmişdir. Bu çatlara səbəb iddiaçının evinin və hasarın tikinti norma və qaydalarının və seysmik normaların tələblərinə əməl edilmədən inşa edilməsidir. Cavabdehlər tərəfindən qazılmış bünövrə çalasının ətrafındakı daş konstruksiyalı hasarda (cavabdehlərə məxsus ərazinin hasarında) belə çat və deformasiyalar müşahidə edilmir. ünvan 3 ünvanında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən aparılan tikinti- qazma işləri nəticəsində İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar, 3-cü yaşayış massivi 290E ünvanında yerləşən fərdi yaşayış evinə zərər dəyməmişdir. Bu səbəbdən də dəymiş zərərin aradan qaldırılması üçün hansı həcmdə və məbləğdə təmir-tikinti işləri aparılmasının və dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa olunan tikililər yarımçıq şəkildədir. Həmçinin baxış zamanı aparılmış ölçü işləri nəticəsində inşa olunacaq hər iki yaşayış evlərinin eni və uzunluğunun, sütunlar arasında məsafənin layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur.
9. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, onun əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, Aygun Babayeva və İddiaçı2 məxsus evlər sadəcə Cavabdeh2la qonşuluqda yerləşir, Cavabdeh1 ilə ümumiyyətlə hər hansı qonşuluq münasibətləri mövcud deyil. Hər iki tərəfə məhkəmə ekspertizaya suallar təqdim etmək üçün şərait yaratmışdır. İddiaçı tərəfin ekspertizaya təqdim etmək üçün hər hansı sual ünvanlamamsına baxmayaraq, yenidən işin ekspertizaya göndərilməsi barədə vəsatətləri işin uzadılmasından başqa məqsəd daşımır. Ekspertiza rəyi tam, dolğun və hərtərəflidir. Ekspert qarşısında qoyulan suallar tam olaraq ətraflı şəkildə tədqiq edilmiş və cavablandırılmışdır. İddiaçı1 özü də məhkəmə iclasında bildirdi ki, o öz evini standarlara uyğun oalraq mişar daşı ilə deyil, beton lövhələrlə tikmişdir. Ekspert rəyindən də göründüyü kimi, onun evinin tikintisi tikinti normalarına uyğun tikilmədiyndən on un evində iddia etdiyi mövcud qüsurlar baş vermişdir. Cavabdeh2 müvafiq standartlara uyğun ara məsafəsini hər iki qonşu ilə saxlamağına baxmayaraq, İddiaçı1 öz evini Cavabdeh2la ara hasarının üzərində tikmiş və tikinti normalarına riayət etməyərək, Cavabdeh2 məxsus torpaq sahəsinin hasarı ilə ara məsafəsi saxlamamışdır. Cavabdeh2 iş materiallarına əlavə etdiyi Səbail rayon İcra Hakimiyyətinin iddiaçının evinin məlumatlandırma icraatında tikintisinə imtinasından da göründüyü kimi, o sonradan həmin fərdi yaşayış evinə çıxarış alsa da, heç bir tikinti normasına riayət etməmiş, layihəsi müvafiq tikinti normalarına uyğun olmadığından və ara məsafəsi saxlanılmadığından ona fərdi yaşayış evinin tikintisi üçün imtina verilmişdir. Bu qeyd etdikləri də, deməyə əsas verir ki, idiaçının özünə məxsus e vi tikinti normalarına uyğun tikilmədiyindən hazırki qüsurlar baş vermişdir. Həmçinin İddiaçı3 məhkəmə iclasında qeyd etmişdir ki, təkcə onun öz evindən Cavabdeh1 və Cavabdeh2la hasar divarınadək olan məsafə 6 metrdir. Onun evinə ümumiyyətlə hər hansı ziyan dəyməmişdir. Özü də qeyd edir ki, həmin hasar divarına özü tərəfindən birləşdirilmiş dəmir konstruksiyalı kustar üsulla hazırlanmış çardaqda guya laxlamalar var. Heç bir tikinti normasına uyğun olmadan quraşdırılan çardağın hasar divarına birləşdirilməsinə qonşu məsuliyyət daşıya bilməz. İddiaçı tərəf Cavabdeh1 məxsus tikinti üzrə razılaşdırılmış planın olmamasını iddia edir. İş materiallarında Cavabdeh1 məxsus razılaşdırılmış plan layihə mövcuddur, həm də bir neçə sayda. İddiaçı tərəf cavabdeh tərəfə məxsus fərdi yaşayış evinin plan la yihələrinin tikinti normalarına uyğun olmadığını iddia edir. Tikintiyə nəzarət edən dövlət orqanı Tikintidə X1 Agentliyidir, iddiaçılar deyil. İddiaçıların ümumiyyətlə belə bir subyektiv hüququ mövcud deyil.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-90/24 saylı iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ekspertizanın və mütəxəssis rəyləri ilə iddiaçının mülkiyyətində olan yaşayış evinin daxili divarlarında və hasarda olan çatların cavabdehlər tərəfindən aparılan qazıntı-bərpa işləri nəticəsində əmələ gəlməsi, qazıntı bərpa işlərinin iddiaçıya ziyan dəyməsi müəyyən edilməmişdir. Ekspert rəyi növlərindən biri olmaqla, digər sübutlarla müqa yisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, rəydə göstərilən məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir, ekspert rəyində göstərilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən olunmamış, iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. Ona görə də iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4, 164.1, 165.1 və 170.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsində iddia ərizəsi nə baxılan müddətdə aşkar ediblər ki, Cavabdeh2 və Cavabdeh1 tərəfindən aparılan tikinti layihələri Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun hazırlanmadığından (hündürlük, mərtəbələrin sayı, tikinti əmsalı, tikinti sıxlığı əmsalı, ara məsafəsi) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməyib və Səbail Rayon İcra Hakimiyyətinə bildirilib ki, iradlar aradan qaldırıldıqdan sonra həmin tikililərin Dövlət Reyestrinə daxil edilməsinə baxılacaqdır. Arxitektura Komitəsinin bu mövqeyi Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, № 3-35/2-6020/2023 saylı etirazda, onun müraciətinə cavab olaraq göndərilmiş 23 aprel 2024-cü il tarixli məktubda və vəkil sorğusuna cavab olaraq göndərilmiş 26 aprel 2024-cü il tarixli məktu blarda öz əksini tapmışdır (surətləri əlavə edilir). Məhkəmənin cavabdehlərin öz mülkiyyətindən istifadə hüququnun həyata keçirilməsində sərbəst olmaları və iddiaçıların tələblərinin cavabdehlərin qanunla qorunan bu hüquqlarının həyata keçirilməsinə müdaxilə olması ilə bağlı arqumentə istinadı mülkiyyət hüququnun mahiyyətinin məhkəmə tərəfindən səhv təfsir edildiyini təsdiq edir. Birincisi, mülkiyyət hüququ mütləq hüquq deyil, nisbi hüquqdur. Yəni mülkiyyət hüququ qanuni əsaslarla məhdudlaşdırıla bilər. İkincisi, məhkəmənin qeyd edilən mövqeyi faktiki olaraq hüquqdan sui-istifadəni təsbit edib ki, buna da qanunla yol verilmir. İddiaçıların tələbi cavabdehlərin öz mülkiyyətlərində tikinti aparılmasının qadağan edilməsi ilə bağlı olmayıb, iddiaçıların tələbi cavabdehlərin qanunsuz olaraq apa rdıqları və iddiaçılara zərər vurmaqla nəticələnən tikinti işlərinin qadağan edilməsi ilə bağlı olub. Beləliklə, məhkəmə Mülki Məcəllənin 152.5 və 152.6-cı maddələrini tətbiq etməli olduğu halda, tətbiq etməmiş, əksinə, həmin maddələrin mahiyyətinə zidd əsaslandırmaya istinad etmişdir. Məhkəmə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəməyə təqdim edilmiş məktublarında cavabdehlərin Səbail Rayon İcra Hakimiyyəti ilə razılaşdırdığı lahiyələrinin qanunvericiliyin tələblərinə uyğun olmadığına dair mövqeyini (xx.xx.2023-cü il tarixli, № 3-35/2-6020/2023 saylı Etiraz, 23 aprel 2024 və 26 aprel 2024 tarixli məktublar), cavabdehlərin hansı layihələr əsasında tikinti apardıqlarını və bu layihələrin qanunvericiliyn tələblərinə uyğunluğunu araşdırmaq və buna hüquqi qiymət vermək əvəzinə, cava bdehlərdən tikintinin hansı hüquqi əsasla aparıldığını təsdiq edən sənədləri, layihələri tələb etmək əvəzinə, əsassız olaraq cavabdehlərin mülkiyyət hüququ əsasında tikinti apardıqlarını yazaraq, hüququn mahiyyətinə zidd qərar qəbul edib. Məhkəmənin iddaçılara zərər vurulmadığını əsaslandırmaq üçün istinad etdiyi ekspert rəyi kifayət qədər ziddiyyəlidir. Əvvəla, məhkəmənin mötəbər sübut kimi istinad etdiyi ekspert rəyi FHN təqdim etdiyi mütəxəssis rəyi ilə demək olar ki, eynidir. Bu da ekspert rəyinin heç bir tədqiqat aparılmadan FHN-in mütəxəssis rəyin köçürüldüyünü təsdiq edir. Belə ki, ekspertiza rəyinin özündə də suallara cavab verilərkən mütəxəssis rəyinə istinad edilir. Mütəxəssis rəyində olduğu kimi, ekspert rəyində də evinin 1-ci, 2-ci və 3-cü mərtəbələrində monolit dəmir-beton ört ük tavasının üzərində sonradan vurulmuş döşəmənin hazırlıq qatında (sement-qum məhlulu) müxtəlif ölçülü çatların müşahidə edildiyini yazıb. Halbuki, həmin sement-qum məhlulunu qaşıdıqda çatların 1-ci, 2-ci və 3-cü mərtəbələrində monolit dəmirbeton örtük tavasının özündə yarandığı aydın-açıq görünür. Bundan başqa, ekspert evin yükdaşıyan konstruksiyalarında çat və deformasiyaların müşahidə edilmədiyini yazıb ki, bu da həqiqətə uyğun deyil. Eyni zamanda rəyin təsviri hissəsində göstərilmişdir ki, guya İddiaçı1 yükdaşıyan divarları boşluqlu kərpicdən tikilmişdir. Halbuki, bu də həqiqətə uyğun deyil. Həmin divarlar daşla hörülmüşdür. Bunun sübutu üçün İddiaçı1 dəfələrlə yerində müayinənin keçirilməsinə dair vəsatət versə də, təmin edilməyib. Hətta ekspertizanın təyin edilməsi barədə məhkəmə qə rardadında da ekspertizanın məhkəmənin yerində müayinədə iştirakı ilə keçirilməsi nəzərdə tutulsa da, məhkəmə yerində müayinəni həyata keçirməyib. Bundan başqa, rəydə ən bariz açıq-aydın başqa təhrif etmə onda özünü göstərib ki, məhkəmənin vurulmuş zərərlə bağlı sualına isə ekspert belə cavab vermişdir ki, evlərində və hasarlarda yaranmış çatlara səbəb Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılan tikintilər deyil, guya evlərinin tikinti norma və qaydalarına və seysmik normaların tələblərinə əməl edilmədən tikilməsi səbəbindən baş verib. Bu tamamilə həqiqətdən uzaqdır. Əgər evləri qeyd edilən tələblərə uyğun aparılmasaydı, o zaman FHN buna öz razılığını verməz, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ də onlara mülkiyyət hüququna dair Çıxarış və Texniki pasport verməzdi. Üstəlik, mə hkəmə prosesində evlərində baş vermiş çatların nə zaman yarandığı araşdırılmaıyb, buna dair məhkəmə ekspertizası qarşısında heç bir sual qoyulmayıb və bu məsələyə hüquqi qiymət verilməyib. Halbuki, bu sual işin ədalətli həlli üçün çox önəmli və hüquqi qiymətləndirmə tələb edən sualdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4481/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni İddiaçı1 iddiasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi qonşuluqda yerləşir. Cavabdehlərin hər birinin mülkiyyətində 0,06 ha torpaq sahəsi vardır və onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər tərəfindən mülkiyyətlərində olan sahədə müəyyən tikinti işləri aparılmış və hazırda həmin tikililər yarımçıq vəziyyətdədir. İddiaçı1 mülkiyyətində isə 0,013776 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 145,90 kv metr ümumi sahəsi olan 3 mərtəbəli fərdi yaşayış evi vardır. İddiaçı1 iddia edir ki, cavabdehlərin apardıqları tikinti işləri nəticəsində onun evinə, həyətinə və hasarına ziyan dəyib. Ona görə də o, tikinti-qazma işlərinin qanunsuz sayılmasını, inşa olunmuş tik ilinin sökülməsini, dəymiş zərərin ödənilməsini və s. tələb edir.
17. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı İddiaçı1 aid hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
18. Məhkəmə apellyasiya şikayətinin əsas dəlillərindən biri olan ekspert rəyinin ziddiyyətli olması ilə bağlı qeyd etmişdir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və rəy verilərkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin xx.xx.2024-cü il tarixli, 3- 18-2/2-1242/2024 saylı mütəxəssis rəyi də nəzərə alınmışdır. İş materiallarında həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı tut arlı sübut yoxdur. Apellyasiya məhkəməsi elə buna görə də iş üzrə təkrar ekspertiza təyin olunmasına lüzum görməmişdir.
19. Apellyasiya şikayətinin digər dəlili olan qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması, məhkəmə tərəfindən işin hallarının düzgün müəyyən olunmaması, MPM-in 9-cu maddəsi ilə təsbit edilmiş çəkişmə prinsipinin pozulması ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin həqiqi halları düzgün müəyyən edilmiş və MPM-in 217.2-ci maddəsinin tələbinə əməl edilərək həmin hallara uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir.
20. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsi hüquqund an istifadə etmiş, lakin onun tələbləri Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinə uyğun olmadığından, əsassız olduğundan düzgün olaraq məhkəmə tərəfindən rədd edilmişdir.
21. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.4, 164.1, 165.1, 170.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələblərini təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şik ayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, təkrar kompleks ekspertizanın təyini və hakimin qərardadında yazıldığı kimi yerində müayinədə iştirak etməsi, Şəhərsalma və Arxitektura Komitəsinin imtina verdiyi, tikinti qanun və normalarının pozulması ilə tərtib edilmiş tikinti layihələrini təsdiq etmiş Səbail Rayon İcra Hakimiyyətinin və həmin layihələrə razılıq verməmiş Şəhərsalma və Arxitektura Komitəsinin üçüncü şəxs qismində işə cəlb edilməsi və Bakı İnzibati Məhkəməsində Səbail rayon İcra Hakimiyyətinin tikinti layihələrinə razılıq verməsinin qanunsuzluğunun mübahisələndirilməsinə dair iddia tələbi üzrə məhkəmə prosesi yekunlaşanadək hazırkı məhkəmə prosesinin dayandırılması barədə vəsatətləri heç bir əsaslandırma gəti rilmədən əsassız olaraq təmin olunmamışdır. b)
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə
33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
29. Maddə 165.1. Sahiblik qad ağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
30. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.
1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. İddiaçının kassasiya şikayətinin cavabdehlərin mülkiyyətində olan torpaq sahələrində tikinti işlərinin aparılmasına dair layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmaması, həmin sənədlərin inzibati məhkəmədə mübahisələndirilməsinin hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olması, təkrar tikinti-texniki ekspertizasının təyin olunması barədə vəsatətin əsassız olaraq rədd edilməsi barədə dəlillərini müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 3-16-16/2-10/8120 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin xx.xx.2024-cü il tarixli, 3- 18-2/2-1242/2024 saylı mütəxəssis rəyinin əsaslı olmasını şübhə altına ala biləcək hər hansı bir dəlil təqdim etməmişdir. Cavabdehlərin layihə sənədlərinin məhkəmə qaydasında mübahisələndirilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqsdiq olunmaması hazırkı işin nəticəsi üçün əhəmiyyət kəsb etmir, işin nəticəsi üçün əhəmiyyət kəsb edən hal cavabdehlərin hərəkətləri və ya hərəkətsizliyi ilə iddiaçıya ziyan dəyməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən olunmasıdır ki, işə baxan apellyasiya məhkəməsi belə bir halın olmasını müəyyən etməmiş, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssis rəyi ilə cavabdehlər tərəfindən aparılan tikinti-qazma işləri nəticəsində İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar, 3-cü yaşayış massivi 290E ünvanında yerləşən fərdi yaşayış evinə zərər dəyməsi aşkar edilməmişdir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq norması nın tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4481/2024 nömrəli iş üzrə 2 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.