Məhkəmə qərarları › İş №2(102)-1795/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1795/2022

26.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1795/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh3nə, “X1 x” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh3nə, “X” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8300/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Rayon məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “X” QSC-nin cavabdeh İddiaçı qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək 14 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borclara görə İddiaçı bankın xeyrinə cəmi 118.759,52 manat pulun tutulması, tutmanın cavabdehə məxsus Abşeron rayonunun Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə və 5 otaqlı fərdi yaş ayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, əmlakın hərracda ilkin satış qiymətinin 207.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilmiş pul vəsaitinin artıq qalmış hissəsinin İddiaçı verilməsi, ev satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qaları hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı “X" QSC-nin apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 01 mart 2019-cıı il tarixli qətnaməsi cərimə borcunun məbləğin ə aid hissədə ləğv edilərək cavabdeh İddiaçı cəriməyə görə 8000 manat bankın xeyrinə tutulması, iddianın təmin olunmuş qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

2. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nizami rayon icra və probasiya şöbəsinin sifarişi əsasında Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış evinə dair 207.000 (iki yüz yeddi min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 18 sentyabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmiş, bu barədə tərəflərə o cümlədən İddiaçı Bakı şəhəri, Babək prospekti, yataqxana/ev 79 ünvanı üzrə 19 avqust 2020-ci il tarixli bildiriş göndərilmişdir.

3. İlkin hərrac zamanı ipoteka predmeti əldə edilmədiyindən qeyd edilən əmlakla bağlı 175950 (yüz yetmiş beş min doqquz yüz əll i) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 29 sentyabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmiş və bu barədə tərəflərə o cümlədən İddiaçı Bakı şəhəri, Babək prospekti, yataqxana/ev 79 ünvanı üzrə 21 avqust 2020-ci il tarixli 02 nömrəli bildiriş göndərilmişdir.

4. Təkrar hərrac baş tutmadığından bu barədə “Birja yenilikləri” qəzetinin 13.04.2021-ci il tarixli nömrəsində elan dərc edilmiş və 06.10.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təkliflə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 38 250 (otuz səkkiz min iki yüz əlli) olmaqla ipoteka saxlayana təklif olunmuş və sonuncu tərəfindən 28 oktyabr 2020-cu il tarixli, 33/06 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Qeyd edilən əmlak üzərində X1” ASC-nin mülkiyyət hüququ 18.01.2021-ci il tarixdə qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh3nə, “X” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200,3 kv.metr, yaşayış sahəsi 76,7 kv.metr, yardımçı sahəsi 123,6 kv.metr olan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7,4 kv.metr olan fərdi yaşayış evinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyə ti tərəfindən hərracın yekunları barədə tərtib olunmuş 28 oktyabr 2020-cu il tarixli, 33/06 nömrəli protokolun və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X” Qapalı Səhmdar Cəmiyyəti arasında mənzilin alqı-salqısına dair imzalanmış 28 oktyabr 2020-ci il tarixli alqısatqı barədə müqaviləsinin etibarsız hesab edilməli, fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixdə ********** nömrəli çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200,3 kv.metr, yaşayış sahəsi 76,7 kv.metr, yardımçı sahəsi 123,6 kv.metr olan 2 mərtəbəli, 5 ot aqlı, tikintialtı sahəsi 7,4 kv.metr olan fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Nizami Rayon Məhkəməsinin 2(007)-45/2019, 01.03.2019-eu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 14 noyabr 2013-cü il tarixli 213-111 İ nömrəli kredit müqaviləsi üzrə 88.319,42 manat əsas borc, 27.440,1 manat faiz borcu, 3000,0 manat cərimə olmaqla, cəmi 118.759,52 manat borc, cavabdehə bildirişlərin (pretenziyalarm) göndərilməsi üçün ödənilmiş 2,5 manat poçt xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.0 manat dövlət rüsumunun və ipoteka predmetinin təkrar qiymətləndirilməsi xərci qismində ödənilmiş 300,0 manat pulun əvəzi İddiaçı "X” QSC-nin xeyrinə tutulmuş, t utmanın İddiaçı məxsus olan və ipoteka qoyulmuş Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m. yaşayış sahəsi 76.7 kv.m. yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli. 5 otaqlı, tikinlialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlaklar açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına "X" QSC-yəolan borc ödənilməsi, əmlakların hərracda ilkin satış qiyməti ümumilikdə 207.000 manat məbləğində müəyyən edilmiş, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "X1 X" QSC-yə olan borca ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda İddiaçı verilməsi, hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində ipoteka predmeti olan əmlakların boşaldılması, ipoteka predmetinin ilkin qiymətləndirilməsi xərci qismində 250,0 manat pulun İd diaçı alınaraq, "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmiş, idddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9181/2019 saylı 26.08.2019-cu il tarixli qətnaməs ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı "X1 X" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2019- cu il tarixli qətnaməsi cərimə borcunun məbləği hissəsində ləğv edilmiş, cavabdeh İddiaçı 8000 (şəkki/, min) manat cərimə borcu alınaraq iddiaçı "X1 X” QSC-yə ödənilmiş, qətnamə qalan hissədə, yəni 14 noyabr 2013-cü il tarixli ***-**** nömrəli kredit müqaviləsi üzrə 88.319,42 manat əsas borc, 27.440,1 manat faiz borcu, cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün ödənilmiş 2,5 manat poçt xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun və ipoteka predmetinin təkrar qiymətləndirilməsi xərci qismində ödənilmiş 300.0 manat pulun əvəzi İddiaçı "X1 X" QSC-ııin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus olan və ipoteka qoyulmuş Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m, yaşayış sahəsi 76.7 kv.m, yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli, 5 otaqlı, tikimialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlaklar açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına "X1 X" QSC-yə olan borcun ödənilməsi, əmlakların hərracda ilkin satış qiyməti ümumilikdə 207.000 m anat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "X1X” QSC-yə olan borca ödənildikdən sonra artıq pul vəsaitinin qaldığı halda İddiaçı verilməsi, hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində ipoteka predmeti olan əmlakların boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi və ipoteka predmetinin ilkin qiymətləndirilməsi xərci qismində 250,0 manat pulun İddiaçı alınaraq, "xxxx" MMC-nin hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-2(102)-287/18 saylı, 22 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 26 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9181/2019 saylı 26.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nizami rayonu İcra və Probasiya şöbəsinin sifarişi əsasında “X MMC tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə tərtib olunmuş 28 oktyabr 2020-ci il tarixli, 33/06 nömrəli protokola və əmlakın 28 oktyabr 2020-ci il tarixli alqı-satqısı barədə müqaviləyə əsasən əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m, yaşayış sahəsi 76.7 kv.m. yardımçı sahəsi 123.6 kv.nı olan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evi "X1X" QSC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m. yaşayış sahəsi 76.7 kv.m. yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evi. "X” QSCnin adma xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m, yaşayış sahəsi 76.7 kv.m, yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli. 5 otaqlı, tikintialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evi 18.01.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Halbuki, hərracın keçirilməsinə dair İddiaçı mütəmadi olaraq məlumat verilməmişdir. Belə ki, hərracın keçirilməsin ə dair bildirişlər iddiaçıya göndərilməmiş, iddiaçı hərracın keçirilməsinə dair məlumatlandırılmamışdır. Bununla da, mənzilin mülkiyyətçisinin, yəni cavabdeh İddiaçı məlumatı və iştirakı olmadan, ona hərracın yeri və vaxtı barədə məlumat verilmədən, onun mənzilinə dair hərrac keçirilmiş, alqı-satqı müqaviləsi tərtib olunmuş, fərdi yaşayış evi "X” QSC-nin mülkiyyətinə keçirilmiş və ona müvafiq dövlət orqanı tərəfindən mülkiyyət hüquqlarına dair reystrdən çıxarış verilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova ) 23 iyun 2021-ci il tarixli, 2(005)-2251/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200,3 kv.metr, yaşayış sahəsi 76,7 kv.metr, yardımçı sahəsi 123,6 kv.metr o lan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7,4 kv.metr olan fərdi yaşayış evinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın yekunları barədə tərtib olunmuş 29 oktyabr 2020-cu il tarixli, 33/06 nömrəli protokol və mənzilin alqı-salqısına dair imzalanmış 29 oktyabr 2020-ci il tarixli alqı-satqı barədə müqavilə etibarsız hesab edilmiş və fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilmiş, qalan hissədə iddia təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ünvanlanmış məktublar Bakı şəhəri, Babək prospekti, yataqxana/ev 79 ünvanına g öndərilmişdir və poçt qəbzinin müəyyən olunmuşdur ki, qeyd edilən bildirişin çatdırılması alıcı ünvanda olmadığından mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 19.01.2019-cu il tarixdən qeydiyyat ünvanını dəyişərək ünvan 2eydiyyatda alınmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər göndərilsə də, bildirişlər doğru ünvana göndərilmədiyindən hərracın keçirilməsi ilə bağlı mülkiyyətçi İddiaçı lazımi qaydada məlumatlandırılmamışdır.

9. Göründüyü kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən qanunun göstərilən tələbinə riayət olunmadan hərrac keçirilmişdir. Hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana (iddiaçıya) hərracın keçirilməsi barədə bildirişin göndərilməməsi qeyd edilən qanunun 42-ci maddəsinin tələbləri baxımından qanuna uyğun hesab edilə bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.2, 415.1, 415.2, 416.1, 416.2-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 41.5, 42.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh “X1 Azərbaycan” QSC apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8300/202 1 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Mehdiyev) apellyasiya şikayəti təmin olunmuş, hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Nizami Rayon İcra və Probasiya Şöbəsi və “X” QSC-nə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi barədə” iddiası rədd olunmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının ünvanı əvvəlcə Bakı şəhəri, Babək pr., yataqxana/ev № 79 olub, daha sonra – 19.01.2019-ui ildə o, ünvanını dəyişib: ünvan 4n dəyişməsi ipoteka predmetinə tutma yönədlilməsi barədə mülki iş üzrə icraat dövründə baş verib, lakin iddiaçı (həmin işdə cava bdeh) bu barədə məhkəməyə, daha sonra (icra icraatı zamanı) qətnaməni icra edən müvafiq icra qurumuna məlumat verməyib. Ona görə də hərrac təşkilatçısı tərəfindən məlumat iddiaçının əvvəlki ünvanına göndərilib. Mülki-Prosessual Məcəllənin 146-cı maddəsində qeyd olunub ki, “Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir”. Bu qayda məhkəmə icraatı ilə yanaşı icra sənədi üzrə icraata, o cümlədən həmin icraatın tərkib hissəsi olan hərraca da şamil olunur. Ona görə də hesab olunur ki, iddiaçı hərracın keçirilm əsi barədə məlumatlandırılıb. Bundan başqa, bank öz təşəbbüsü ilə iddiaçıya hərracın vaxtı və yeri barədə SMS məlumat göndərib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırkı kassasiya şikayətində iş üzrə İddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

19. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibar sız sayıla bilər. (maddə 416.1)

20. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 21. məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. (maddə 41.2)

22. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. (maddə 42.1)

23. Hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. (maddə 42.3)

24. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam veril məsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. (maddə 42.8)

25. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. (maddə 43.1)

26. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə ela nın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. (maddə 43.4)

27. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. (maddə 43.5)

28. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. (maddə 43.6)

29. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipo teka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. (maddə 43.7)

30. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. (maddə 46.1) Mülki Prossesual Məcəllə

31. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (m addə 407.2)

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8300/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar