Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1796/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 mart 2019-cu il iş № 2(102)- 1796/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 yanvar 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Abdıyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 22.175.32 ABŞ dolları məbləğində əsas,1.443,94 ABŞ dolları məbləğində faiz,5.000 ABŞ dolları məbləğində cərimə,cəmi 28.619.26 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla,məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu,həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tutularaq “xxxx”İKB-na ödənilməsi,tutmanın 21.11.2014-cü kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilinə (AZ 1072,Bakı ş əhəri, ÜNVAN) yönəldilməsi,həmin mənzilin açıq hərrac vasitəsilə satılması,satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borcun ödənilməsi,ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh1 qaytarılması,ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 56 saylı (AZ 1072,Bakı şəhəri ÜNVAN) mənzilinin ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi,X8 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən,56 saylı (AZ 1072,Bakı şəhəri,ÜNVAN) mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1,X6, Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxmazsa,onların məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 ya nvar 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Bağırova (sədrlik edən, məruzəçi), M.Məmmədov və S.Məmmədov, 2(103)-779/2017 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “xxxx” İKB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,”xxxx” X3 ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 04 dekabr 2015-ci il tarixinədək hesablanmış müvafiq olaraq 22704 ABŞ dolları əsas,2872 ABŞ dolları faiz,6811 ABŞ dolları dəbbə borcu,cəmi 32387 ABŞ dolları,iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xid mət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması,tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 21.11.2014-cü il tarixli 6-G-1-0-2293-14 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və X5 ümumi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən,56 saylı mənzilin (AZ1072 Bakı şəhəri,ÜNVAN) ilkin satış qiyməti 88.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçı “xxxx” İKB-nin xeyrinə ödənilməsi,ünvan 5 ünvanında yerləşən,56 saylı mənzildə(AZ1072,Bakı şəhəri,ÜNVAN) qeydiyyatında olan Cavabdeh1,X5,Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməklə,həmin şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin aza ldılması barədə ərizə ilə müraciət edərək, ”xxxx” X3 ilə Cavabdeh1 N arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 08 fevral 2015-ci il tarixinədək hesablanmış müvafiq olaraq 22.176 ABŞ dolları əsas,2.655 ABŞ dolları faiz,6.652 ABŞ dolları dəbbə,cəmi 31.483 ABŞ dolları məbləğində borcun,iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması,tutulacaq məbləğ öhdəliyinin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və X5 ümumi mülkiyyətində olan Bakı şəhəri,Nərimanov rayonu,Təbriz küçəsi ev 55 ünvanında yerləşən 56 saylı mənzilin (AZ 1072,Bakı şəhəri,ÜNVAN) ilkin satış qiyməti 88.000 manat müəyyən olnumaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçı”xxxx” İKB-nin xeyrinə ödənilməsi,ipotekaya qoyulmuş Bakı şəhəri,Nərimanov rayonu,Təbriz küçəsi,ev 55 A ünvanında yerləşən 56 saylı mənzildə (AZ 1072,Bakı şəhəri,ÜNVAN) qeydiyyatda olan Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməklə, həmin şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X7kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı “xxxx” İKB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,”xxxx” X3 ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 04 dekabr 2015-ci il tarixinədək hesablanmış müvafiq olaraq 22704 ABŞ dolları əsas,2872 ABŞ dolları faiz,6811 ABŞ dolları dəbbə borcu,cəmi 32387 ABŞ dolları,iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması,tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 21.11.2014-cü il tarixli 6-G-1-0-2293-14 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və X5 ümumi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən,56 saylı mənzilin (AZ1072 Bakı şəhəri,ÜNVAN) ilkin satış qiyməti 88.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçı “xxxx” İKB-nin xeyrinə ödənilməsi,ünvan 5 ünvanında yerləşə n,56 saylı mənzildə(AZ1072,Bakı şəhəri,ÜNVAN) qeydiyyatında olan Cavabdeh1,X5,Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməklə,həmin şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, ”xxxx” X3 ilə Cavabdeh1 N arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 08 fevral 2015-ci il tarixinədək hesablanmış müvafiq olaraq 22.176 ABŞ dolları əsas,2.655 ABŞ dolları faiz,6.652 ABŞ dolları dəbbə,cəmi 31.483 ABŞ dolları məbləğində borcun,iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması,tutulacaq məbləğ öhdəliyinin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və X5 ümumi mülkiyyətində olan Bakı şəhəri,Nərimanov rayonu,Təbriz küçəsi ev 55 ünvanında yerləşən 56 saylı mənzilin (AZ 1072,Bakı şəhəri,ÜNVAN) ilkin satış qiyməti 88.000 manat müəyyən olnumaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçı”xxxx” İKB-nin xeyrinə ödənilməsi,ipotekaya qoyulmuş Bakı şəhəri,ÜNVANda yerləşən 56 saylı mənzildə (AZ 1072,Bakı şəhəri,ÜNVAN) qeydiyyatda olan Cavabdeh1,X5,Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməklə,həmin şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxar ılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,Cavabdeh1 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 22.175.32 ABŞ dolları məbləğində əsas,1.443,94 ABŞ dolları məbləğində faiz,5.000 ABŞ dolları məbləğində cərimə,cəmi 28.619.26 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla,məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu,həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tutularaq “xxxx”İKB-na ödənilməsi,tutmanın 21.11.2014-cü kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 tərəfindən ipoteka ilə yü klü edilmiş ünvan 5 ünvanında yerləşən 56 saylı mənzilinə (AZ 1072,Bakı şəhəri,ÜNVAN) yönəldilməsi,həmin mənzilin açıq hərrac vasitəsilə satılması,satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borcun ödənilməsi,ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh1 qaytarılması,ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 56 saylı (AZ 1072,Bakı şəhəri ÜNVAN) mənzilinin ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi,X8 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən,56 saylı (AZ 1072,Bakı şəhəri,ÜNVAN) mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1,X6,Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxmazsa,onların məcburi qaydada çıxarılması,iddianın qalan hissədə rə dd edilməsi qət edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 11 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon məhkəməsinin 18 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki,aşağıda göstərilən əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli,apellyasiya məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilməli Cavabdeh1 tutulan dəbbə pulunun miqdarı 800 manata endirilməli,qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx”İKB-nın 6 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 saylı kredit müqaviləsindən görünür ki,kreditor borcluya illik 25% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 28.000 ABŞ dolları məbləğində krediti verməyi borca lan isə krediti qəbul etməyi,müqavilədə göstərilə müddətdə və qaydada və krediti,kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.Eyni zamanda üzərinə düşən öhdəlikləri icra etmədikdə lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş dəbbə pulunun ödənilməsi barədə öhdəlik götürülmüşdür. İş materiallarında olan”xxxx” İKB-nın 6 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 saylı kredit müqaviləsi üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 28 000 ABŞ dolları kredit illik 25 faiz olmaqla 36 ay müddətinə hər ay 1.113,28 (sonuncu ay 1.112,98) ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xx xx”İKB-nın 6 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 saylı kredit müqaviləsi üzrə tərtib edilmiş maliyyə arayışına əsasən 08 fevral 2016-cı il tarixə həmin kredit müqaviləsi üzrə Cavabdeh1 Banka 22.176 ABŞ dolları məbləğində əsas,2.655 ABŞ dolları məbləğində faiz,6.652 ABŞ dolları məbləğində cərimə,cəmi 31 483 ABŞ dolları borcu vardır. İş materiallarında olan “xxxx”İKB-nın 6 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 hesabından çıxarışdan görünür ki,28.000 ABŞ dolları məbləğində pul vəsaiti onun hesabına köçürülmüşdür,həmin müqavilə üzrə son ödəniş 18.12.2015-ci il tarixdə 663 ABŞ dolları məbləğində olmuşdur. İş materiallarında olan “xxxx”İKB-nın 6 saylı filia lı ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2298-14 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, 21.11.2014-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 100.000 məbləğində qiymətləndirilən Bakı şəhəri,ÜNVAN 55a saylı evin,56 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reystrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ÜNVAN tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reystrində 2232 nömrəli reystr kitabının 207596 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reystrinin RX seriyalı ******* №-li 25.11.2014-cü il tarixli çıxa rışın surətindən görünür ki, Bakı şəhəri,ÜNVAN “xxxx”İKB-nin xeyrinə yüklü daşınmaz əmlakın dövlət reystrində 2232 nömrəli reystr kitabının 207596 nömrəli vərəqində qeydə alınmışdır.Xeyrinə hüquq yüklü edilən “xxxx”İKB-dir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti MKTD Nərimanov rayon MKTB 36 saylı MKİS-nin 10.11.2014-cü il tarixli forma 2 arayışından görünür ki,Bakı şəhəri,ÜNVANdə Əliyev Əlif N,X6,Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri, ÜNVAN yaşayan X6,Cavabdeh3 Əliş oğlu və Cavabdeh4 tərəfindən yazılmaqla notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki,bu şəxslər Cavabdeh1 məxsus olan Bakı şəhəri,ÜNVAN yerləşən mənzilin “xxxx”İKB ASC-yə ipotekaya qoyulmasına etiraz etmədiklərini,ipoteka müqaviləsinin şərtlər ilə tanış oldu qlarını və banka olan əsas,faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəmə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razı olduqlarını və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşalmağı öhdələrinə götürmüşdürlər. İş materiallarında olan “xxxx”İKB-nin Cavabdeh1 ünvanladığı 06.11.2015-ci il tarixli bildirişdən və 06.11.2015-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc alan kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir. İş materiallarında olan “xxxx”İKB-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri xxxxnin Bakı şəhəri Əra zi İdarəsinə ünvanladığı 17.11.2015-ci il tarixli bildirişdən görünür ki,Bakı şəhəri,ÜNVAN tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri xxxxnin Bakı şəhər Ərazi İdarəsinin 21.11.2015-ci il məktubundan görünür ki,Bakı şəhəri,Nərimanov rayonu,Təbriz küçəsi,ev 55 A,56 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında “xxxx”İKB-nin bildirişi qeydə alınmışdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 48046 nömrəli,18 may 2016cı il tarixli rəyindən görünür ki, “xxxx”İKB Bankı ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri üzrə 08.02.2016-cı il tarixə Cavabdeh1 “xxxx” X2 23.61 9,26 ABŞ dolları məbləğində (o cümlədən 22.175,32 ABŞ dolları məbləğində əsas və 1.443,94 ABŞ dolları məbləğində faiz) borcunun olduğu müəyyən edilir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlaklarının Qiymətləndirilməsi “xxxx” MMCnin 15 iyul 2016-cı il tarixli,324 saylı hesabatından görünür ki,Cavabdeh1 məxsus Bakı şəhəri,ÜNVAN yerləşən,56 saylı (AZ 1072 ünvan 13zilin qiyməti 95.000 manat,likvid qiyməti 88.000 manat təşkil edir. İş materiallarında olan müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin surətindən görünür ki,bildirişin qeydə alınması üçün “xxxx” X3 tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 15.12.2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı “xxxx”İKB məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora də ymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı geciktirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icra gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər müqavilə ilə ayrı qaydada müəyyənləşdiriləyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik )üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsin ə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki,”xxxx”İKB-nin 6 saylı filialı ilə Cav abdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 saylı kredit müqaviləsinə əsasən,”xxxx”İKB-nin 6 saylı filialı tərəfindən Cavabdeh1 illik 25% olmaqla 36 ay müdətinə qaytarmaq şərti ilə 28.000 ABŞ dolları məbləğində kredit vermişdir.Cavabdeh1,”xxxx”İKB-dən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 28000 ABŞ dolları məbləğində pulu almış və həmin kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə uyğun olaraq əsas borcun və razılaşdırılmış faiz dərəcəsi ilə hesablanmış faizlərin,habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür.Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş,nəticədə iddiaçıya borcu yaranmışdır.Eyni zamanda,kredit müqaviləsi üzrə öhdəliklə rin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 14 ünvanında yerləşən,56 saylı mənzili (AZ 1072,Bakı şəhəri,ÜNVAN) bank qarşısında ipoteka ilə yüklü edilmişdir.Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmeti tərəflərin ümumi razılığı əsasında mövcud bazar qiymətləri nəzərə alınmaqla 100.000 AZN məbləğində qiymətləndirilmişdir.Lakin Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş,bununla da müqavilənin şərtlərini pozmuşdur.Nəticədə Cavabdeh1 iddiaçı banka 08.02.2016-cı il tarixə 22.176 ABŞ dolları əsas borc,2.655 ABŞ dolları faiz borcu,6.652 ABŞ dolları dəbbə pulu olmaqla,cəmi 31.433 ABŞ dolları məbləğində borcu yaranmışdır.Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 48046 nömrəli,18 may 2016-cı il tarixli rəyinə əsasən 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri üzrə 08.02.2016-cı il tarixə Cavabdeh1 ”xxxx”İKB-na 23.619,26 ABŞ dolları məbləğində (o cümlədən 22.175,32 ABŞ dolları məbləğində əsas və 1.443,94 ABŞ dolları məbləində faiz) borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsas və faiz borcunu müəyyən edərkən iddiaçı tərəfindən 08.02.2016-cı il tarixdə verilmiş maliyyə arayışını deyil, ekspert rəyini əsas götürərək iddia tələbini əsas və faiz borcunun tutulması hissəsində qismən təmin etməklə 22.175,32 ABŞ dolları məbləğində əsas və 1.443,94 ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh1 ”xxxx”X1 xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər bor clu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə,kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Nəzərə alınmalıdır ki,dəbbə pulu borclunu əsas borc və faiz borcu üzrə öhdəliklərinin icrasında intizamlı olmağa yönəldən məsuliyyət tədbiridir və bu tədbir öz mahiyyətinə görə əsas borcun və faiz borcunun məbləğini aşmamaqla yanaşı cəza tədbiri kimi tətbiq edilməməli,borcun məbləğinə mütənasib bir məbləğ olmaqla borclunu sonrakı öhdəliklərin icrasına sövq etməlidir. Məhkəmə kollegiyası hesab edir ki,22.175 ABŞ dolları məbləğində əsas borc,1.443 ABŞ dolları faiz borcuna münasibətdə 5000 ABŞ dolları dəbbə pulunun tutulması tənasübsüz olmaqla bərabər aşkar surətdə əsas borcun və faiz borcunun məbləğinə uyğun deyildir. Göründüyü kimi 7.956,58 USD əsas borca və 5.923,22 USD faiz borcuna münasibətdə 2000 USD dəbbə pulunun tutulması tənasübsüz olmaqla bərabər aşkar surətdə əsas borcun və faiz borcunun məbləğinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 417.1.2-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instnasiyası məhkəməsinin qətnamə v ə ya qərardadına dəyişiklik edə bilər. Beləliklə göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, dəbbə pulu hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehdən faiz borcunun məbləğinə mütənasib olaraq 800 manat məbləğində dəbbə pulu tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 tutulan dəbbə pulunun miqdarı 800 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi Qəhrəman Allahverdiyev
Məhkəmə qərarları › İş №2(102)-1796/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1796/2019
06.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver