Məhkəmə qərarları › İş №2(102)-1798/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1798/2020

16.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1798/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Qasmlı Anar Elman oğlunun, Cavabdeh və vəkili Hüseynova Nigar Aydın qızının iştirakları ilə, İddiaçı və vəkili Qasmlı Anar Elman oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2(105)3302/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəmə sinin 21 iyun 2019-cu il tarixli, 2(060)-4243/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.M.Süleymanova) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddiası qismən təmin edilərək, Cavabdeh bir ədəd xəz (şuba) dərinin, həmin əmlakı naturada qaytarmaq mümkün olmadıqda onun dəyəri olaraq 1800 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2(105)-3302/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.Q.Məmmədov, N.M.Nəsibov və Z.İ.Məmmədov) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(060)-4243/2019 saylı qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sa xlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qiyməti 1.800 manat olan şubanın və ya onun dəyəri olan 1.800 manat pulun, birgə nikah dövründə alınmış ** DG *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L 200” markalı avtomobilin dəyərinin yarısının, yəni 11.000 manatın, cəmi 12.800 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 12.10.2013-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Aralarında bağlanmış nikah 12.09.2018-ci il tarixdə pozulmuşdur. Birgə nikahda olduqları müddətdə cavabdeh tərəfindən ona 1.800 manat dəyərində xəz (şuba) hədiyyə alınmışdır. O, 2018-ci ilin iyun ayında cavabdehə məxsus evi tərk edərək getmiş, həmin vaxtdan faktiki olaraq ayrılmışlar. Evdən gedərkən o, özü ilə yalnız yay paltarlarını götürmüş, şuba evdə qalmışdır. Aralarında olan nikah pozulduqdan sonra ona məxsus cehiz əmlak və geyim əşyaları götürülərkən cavabdeh tərəf şubanı ona verməkdən imtina etmişdir. Eləcə də cavabdehlə birgə nikah dövründə, yəni 2017-ci ildə cavabdeh tərəfindən ** DG *** dövlət qedyiyyat nömrə nişanlı, “Mitsubishi L200” markalı avtomaşın alınmışdır. Həmin avtomaşını 17.000 manata almışlar. Avtomaşının alınması üçün 10.000 manat məbləğində pulu Ənvər qoymuşdur. Həmin pul cavabdehin əmək haqqı və digər gəlirləri hesabına olmuşdur. 5000 manatı isə o, «loteraya» alaraq əldə etmişdir. O, müəllimə işləmiş və aylıq əmək haqqı 300 manat təşkil etmişdir. O, əmək haqqını evin məsrəflərinə sərf etmişdir. Daha sonra Ənvə r avtomaşını atasının adına sənədləşdirmiş, sonra isə satmışdır. O, “elan” bölümlərində Ənvərin avtomaşını 22.000 manata satışa qoyduğunu görmüşdür, odur ki, həmin 22.000 manatın yarısı olaraq 11.000 manatı cavabdehdən tələb edir. Çünki həmin avtomaşının alınmasında ona məxsus 5000 manat vəsait sərf edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Qa smlı Anar Elman oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası Ailə Məcəlləsinin 32-ci maddəsinə istinad etsə də, həmin maddənin üçüncü hissəsini tətbiq etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Qasmlı Anar Elman oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyas ının iclasında Cavabdeh və vəkili Hüseynova Nigar Aydın qızı kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Qasmlı Anar Elman oğlunun, Cavabdeh və vəkili Hüseynova Nigar Aydın qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndi rilməməlidir. Avtomobilin dəyərinin yarısının ödənilməsinə dair hissədə iddia tələbinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İş materiallarından görünür ki, “MİTSUBİSHİ L200” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil 28.08.2017-ci il tarixdən Cavabdeh mülkiyyətində olmuşdur. Lakin həmin avtomobilin tərəflərin ümumi gəlirləri hesabına əldə olunması məhkəmə iclası zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “MİTSUBİSHİ L200” markalı, 50-DG098 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 12.03.2013-cü il tarixdən X9 olmuş, onun tərəfindən 09.12.2016-cı il tarixdə X2 etibarnamə verilmiş, X5 da etibar edilmişi e tibaretmə qaydasında cavabdehin atası X10 26 avqust 2017-ci il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində Notariat Kontorunda təsdiq edilmiş etibarnamə vermişdir. Həmin etibarnamə əsasında da X11 28.08.2017-ci il tarixdə “MİTSUBİSHİ L200” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi ilə oğlu olan Cavabdeh, 24 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh avtomobili atası X10, 21 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə X11 avtomobili X1 və hazırda həmin avtomobil X3 mülkiyyətindədir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd olunan avtomobil üzərində cavabdehin adına mülkiyyət hüququnun birgə nikah dövründ ə əldə edilməsi ilə bağlı işin faktiki hallarına düzgün qiymət verməmiş, həmin avtomobilin cavabdehin atası tərəfindən deyil, məhz cavabdehin özü tərəfindən idarə olunmasına dair işin mühüm əhəmiyyət daşıyan hallarını düzgün araşdırmamış, nəticədə qətnamədə maddi hüquq norması kimi istinad edilən Ailə Məcəlləsinin 32.2, Mülki Məcəllənin 225.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyas iya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2(105)-3302/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar