Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1798/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçın oğlunun Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1798/21 (Açar sözlər: əmlakın geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçın oğlu, vəkili X2, Cavabdeh: Cavabdeh və cavabdeh xxxxx qızının nümayəndəsi X1 və onların vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-1900/ 2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh və xxxxx qızının kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Dəvəçi şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1989-cu il tarixli, 09 saylı Qərarı ilə ona Dəvəçi (indiki Şabran) şəhərinin ərazisindən ayrılmış 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi evin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona geri qaytarılması və Cavabdeh vurduğu maddi zərərə görə 79.200 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ç.Ə.İsgəndərov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində hər hansı hüququ əmələ gəlməyib. Bu baxımdan hazırki iddia tələblərini irəli sürmək üçün iddiaçının müvafiq subyektiv hüququ yoxdur və iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürüb. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 139.2, 373-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin lə ğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O. Quliyev sədrlik edən və məruzəçi, E.G.Rəhimov və L.M.Məmmədova) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən- “iddiaçının cavabdehlərə qarşı özgəsinin qanunsuz sahibliyindən əmlakının geri qaytarılması” tələbinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək, Dəvəçi şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1989-cu il tarixli, 09 saylı Qərarı ilə iddiaçıya Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən ayrılmış 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi ndə inşa edilmiş yaşayış evinin cavabdehlərin qanunsuz sahibliyindən alınıb iddiaçıya qaytarılması və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli torpaq sahəsi qanini əsaslarla iddiaçının istifadəsinə ayrılıb və sonuncu həmin torpaq sahəsində öz vəsaiti hesabına yarımçıq tikili tikib. Cavabdehlərin həmin torpaq sahəsi və tikili üzərində hər hansı hüquqları əmələ gəlməyib. Mübahisəli torpaq sahəsinin və tikilinin qanuni sahibi kimi iddiaçının hüququnun hər cür pozuntusunun aradan qaldırılması haqqında iddia tələblərinə iddia müddəti şamil oluna bilməz. Bu baxımdan iddianı mübahisəli torpaq sahəsinin və tikilinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb edilməsi hissəsində rədd et məklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddianın mübahisəli torpaq sahəsinin və tikilinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.3, 373, 384.0.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdehlər kasasiya şikayəti verərək ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh, cavabdeh xxxxx nümayəndəsi xxxxx və onların vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili Nəriman Əliyev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatl arında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri e də bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilməsinə baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib, cavabdehlər isə kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndiriblər. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehlərin kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın mübahisələndirilən hissədə təmin edilməsi üçün əsasların olmamasını göstərsələr də, kasasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Dəvəçi (indiki Şabran) rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1989-cu il tarixli, 19 saylı protokol-qərarına əsasən, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Dəvəçi (indiki Şabran şəhəri) şəhəri, Əzizbəyov küçəsi ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsi ayrılıb. Bundan sonra Dəvəçi (indiki Şabran rayonu) rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1989-cu il tarixli, 20 saylı protokol-qərarına əsasən, iddiaçıya 500 kv.metr həyətyanı torpaq sahəsində layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilib. “Torp aq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli Qərarında göstərilər ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 say lı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Apelyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb, sadalanan maddələrin tələblərini hazırki mülki mübahis əyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması, həmin torpaq sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi üçün qanuni əsasların əmələ gəlməsi, eləcə də cavabdehlərin həmin torpaq sahəsi üzərində hər hansı hüquqlarının əmələ gəlməməsi mülki iş materialları ilə istisna edilmədiyindən, bu hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib. Digər tərəfdən, işin mübahisə olunmayan hallarından görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsinə Dəvəçi (indiki Şabran) rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1989-cu il tarixli, 19 saylı protokol-qərarına əsasən verilib və bu gün həmin qərar qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməyib. Mülki Məcəllənin 152.3-ci madd əsinə əsasən, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Apelyasi ya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin istifadəçisi kimi iddiaçının hüquqları qanunla qorunur və onun torpaq sahəsinə olan istifadə hüququ cavabdehlər tərəfindən pozula bilməz. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehlərin mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində hər hansı hüququ əmələ gəlmədiyindən, kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, cavabdehlər kasasiya şikayətində mübahisəli torpaq sahəsini və onun üzərindən yerləşən tikilini 1997-ci ildə iddiaçıya 3.000 ABŞ dolları ödəməklə satın aldığını, evin hüquq müəyyənedici sənədləri olmadığından alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirə bilmədiklərini, evin əsaslı tikintisinə 72.000 manat vəsait xərclədiklərini və beləliklə də 23 ildən sonra hazırki iddianı qaldırmaqla iddiaçının iddia müddətini ötürdüyünü göstərsələr də işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidi r. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, Mülki Məcəllənin 384.0.4-cü maddəsinin mənasına görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil olunmur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin mübah isəli torpaq sahəsi və ev üzərində hər hansı hüquqları əmələ gəlmədiyindən, iddiaçının 23 ildən sonra hazırki iddianı qaldırması həmin torpaq sahəsinin və evin cavabdehlərə güzəştə gedilməsi, bir sözü ilə iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Ona görə də cavabdehlər mübahisəli evə və torpaq sahəsinə çəkdikləri xərcin ödənilməsi ilə bağlı zəruri sübutları toplamaqla ayrıca birinci instansiya məhkəməsində İddiaçı qarşı iddia qaldırmaqla mübahisə aça bilərlər. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, iddianı mübahisələndirilən hissədə təmin etməklə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki m ülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh və xxxxx qızının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-1900/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1798/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1798/2021
16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver