Məhkəmə qərarları › İş №2(102)-18/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-18/2023

01.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-18/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin ləğvi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abb asov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(103)2308/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" BOKT MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “TBC Kredit" BOKT MMC-nin iddiası qismən təmin edilərək, cəmi 47729,01 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiyməti 60000 manat müəyyən edilmək lə açıq hərracdan satılması və cavabdehlərin ipoteka predmeti olan ərazidən 1 ay ərzində çıxarılması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, cəmi borcun 45455,4 ABŞ dolları olmasını müəyyən etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli qərarla kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2019-cu il tarixli qə tnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi üzrə icraata başlanılmış, hərracın təşkili və keçirilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir. 5. "xxxx" MMC tərəfindən ipoteka predmetinin hərracdan satılması ilə bağlı ilkin satış qiyməti 60000 manat olmaqla 28 sentyabr 2020-ci il tarixə, həmin hərrac baş tutmadığı üçün təkrar hərrac satış qiyməti 51000 manat olmaqla 12 oktyabr 2020-ci il tarixə təyin edilmişdir. Hər iki hərracla bağlı ipoteka qoyana və ipoteka saxlayana bildirişlər göndərilmiş, habelə “Birja Yenilikləri” qəzetində elanlar verilmişdir. 6. “Birja Yenilikləri” qəzetinin 14 oktyabr 2020-ci il tarixli 218 nömrəli buraxılışında borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı keçirilmiş hərracın baş tutmaması barədə elan verilmişdir. 7. 15.10.2020-ci il tarixli məktubla hərrac təşkilatı hərracın baş tutmamış elan olunması barədə məlumat verməklə, “İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə istinadən ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 38250 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 8. "xxxx" MMC-nin 19 noyabr 2020-ci il tarixli məktubla ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyindən 31 avqust 2020-ci il tarixli sifariş məktubunun icrasının yekunlaşdırılması məqsədi ilə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. 9. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin 30 oktyabr 2020-ci il tarixli 1572/HO-OUT nömrəli məktubla borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərracda satılmadığına görə həmin əmlakı almaq barədə təklifi qəbul edilməsi və hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsinin təmin ediləcəyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" BOKT MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair, həmçinin cavabdeh "xxxx" MMC-nin əsl cavabdeh "xxxx" MMC ilə ə vəz olunmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzillə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipoteka predmeti olan həmin mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti real bazar qiyməti ilə düzgün qoyulmamış, hərrac qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya göndərilməmiş və hərracın keçirilməsinin vaxtı iddiaçıya müəyyən olmadığından həmin hərracda iştirakı mümkün olmamışdır. Həmçinin ipoteka predmeti olan əmlak 3 dəfə hərraca çıxarılmış və daha so nra "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə satın alınması üçün təklif etmişdir. 3-cü dəfə hərracın keçirilməsi qanunsuz olduğundan və onun hərracın keçirilməsində iştirakı təmin olunmadığından həmin hərracın nəticələri ləğv olunmalıdır. İpoteka saxlayan qanunla müəyyən olunan müddətdə ipoteka predmetini qəbul etməmiş, "xxxx" BOKT MMC-dən 30 oktyabr 2020-ci il tarixlə göndərilməsi qeyd olunan məktub həmin tarixdə MMC-dən xaric olmamış və təbii ki, 02 noyabr 2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olmamışdır. Həmin məktub 02 noyabr 2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olsaydı, Hərrac Mərkəzi bundan 17 gün sonra, yəni 19 noyabr 2020-ci il tarixdə sifariş məktubunu İcra Şöbəsinə qaytarmaz və bu barədə iddiaçıya yazılı formada məlumat verməzdi. İkincisi, "xxxx" BOKT MMC-nin Hərrac M ərkəzinə 30 oktyabr 2020-ci il tarixdə göndərdiyi məktubun Hərrac Mərkəzinə daxil olmasını təsdiq edən hər hansı sübut yoxdur. Digər tərəfdən "xxxx" BOKT MMC-nin təqdim etdiyi “Azari Express”nin 255039 №-li qaiməsində göndərişin “Alıcı” qrafasında qeyd olunan tarixdə edilmiş düzəlişlər də iddiaçıda bu fikri yaradır ki, MMC Hərrac Mərkəzi ilə birləşib, hərraca çıxarılan və qanunla nəzərdə tutulan 30 təqvim günündə qəbul etmədiyi mənzili əldən çıxarmamaq üçün bu məktubları ortaya çıxarmış və bununla da məhkəmələrə yanlış məlumat verərək, mübahisəni öz xeyrinə həll etməyə çalışırlar. Bütün bunlar onu təsdiq edir ki, "xxxx" BOKT MMC qanunvericiliklə nəzərdə tutulan müddətdə, yəni 30 təqvim günü ərzində mübahisəli mənzili qəbul etməmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(005)-3375/2021 nömrəli qətnaməsi (hakim S.İ.Ədilova) iddia təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 7 nömrəli mənzilin açıq hərracdan satılmasına dair hərracın nəticələrinin etibarsız hesab edilməsi, həmin mənzilin üzərində olan ipotekaya xitam verilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ipoteka saxlayan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC 30 gün ərzində ipoteka predmetini əldə etməmişdir. Belə ki, “Birja Yenilikləri” qəzetinin 14 oktyabr 2020-ci il tarixli 218 nömrəli buraxılışında mübahisəli əmlaka dair keçirilmiş hərracın baş tutmadığı barədə elan verilmiş, 15 oktyabr 2020-ci il tarixdə hərrac təşkilatı ipoteka saxlayana əm lakın əldə edilməsi ilə bağlı təklif göndərmiş, həmin təklifin surətini eyni zamanda borclu və icra şöbəsinə də ünvanlamışdır. Daha sonra, yəni 19 noyabr 2020-ci il tarixdə hərrac təşkilatının təklifinə ipoteka saxlayan, yəni bank tərəfindən müvafiq cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh bank tərəfindən təklifə cavab verilmədiyindən cavabdeh hərrac təşkilatı sifariş məktubunu icra etmədən icra şöbəsinə qaytarmışdır.

14. Məhkəmə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş çatdırılmanın təsdiqi barədə 255039 nömrəli Qaimənin surətinə münasibətdə qeyd etmişdir ki, çatdırılma tarixində düzəlişlərin edilməsi açıq-aşkar müşahidə edilir. "xxxx" MMC-nin aktı ilə qeyd edilmişdir ki, mübahisəli məktub 02 noyabr 2020-ci il tarixdə 11:59-da "xxx x" MMC-yə çatdırılmışdır. Lakin həmin çatdırılmanın həqiqətən də "xxxx" MMC-yə 02 noyabr 2020-ci il tarixdə çatdırılmasını sübut edəcək reyestrlər, müvafiq qeydiyyat və daxil olma kitabları cavabdeh hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Habelə, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən göndərilən məktublar üçün qeydiyyat jurnalı təqdim edilsə də, həmin qeydiyyat kitabı da lazımi qaydada tərtib edilməmiş, həmin kitabın sonradan deyil, həqiqətən də məhz 2020-ci ildə bank tərəfindən tərtib edildiyi inandırıcı olmamışdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı 19 noyabr 2020-ci il tarixli hərrac təşkilatının icra şöbəsinə ünvanlandığı məktubun bir surətinin iddiaçıya əlyazma təsdiqlənmə üsulu ilə təqdim edilməsi barədə müvafiq məktub iddiaçı tərəfində n məhkəməyə təqdim olunmuş, həmin məktubla bir daha sübut olunmuşdur ki, cavabdeh bankın hərrac təşkilatına təklifin qəbulu barədə məktubu qeyd edildiyi kimi 02 noyabr 2020-ci il tarixdə daxil olmamışdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152.1, 158.3, 178.1, 269.4, 317, 319.1, 319.5, 337.1 və 416.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41 və 43.8-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(005)3375/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(103)-2308/2022 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovun və Ş.Ə.Məhərrəmovanın iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(005)-3375/2021 nömrəli qətnaməsi qismən, hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.2, 42.6, 43.1-ci, Mülki Məcəllənin 415.5-ci maddələrinə istinad edərək göstərmişdir ki, hərracın nəticələri dedikdə, hərraca çıxarılmış əmlakın hərrac vasitəsi ilə özgəninkiləşdirilməsi başa düşülür. Bu baş verdikdə isə hərracın nəticələrinə dair müqavilə qüvvəsinə malik olan protokol imzalanır. Digər hallar, yəni hərracın yuxarıda sadalanan əsaslarla baş tutmamış elan edilməsi, yaxud hərracın keçirilməsindən imtina edilməsi isə hərracın nəticəsi hesab edilə bilməz. Hazırkı işin hallarından görünür ki, iddiaçıya məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərrac vasitəsilə satılması baş tutmamış, onun özgəninkiləşdirilməsinə dair protokol tərtib edilməmişdir. Deməli hərracın nəticəsi olmamışdır. Belə olan halda, iddiaçının hərracın nəticələrinin etibarsızlığını tələb etməsi faktiki olaraq mövcud olmayan nəticənin mübahisələndirilməsi anlamına gəlir. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan iddianı həmin hissədə təmin etmiş, bununla da işin hallarına düzgün hüquqi qiymət verməmişdir.

19. Bununla belə, apellyasiya məhkəməsi iddianın ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsini hissəsində birinci instansiya məhkəməs inin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə həmin əmlak üzərində ipotekaya xitam verilməsi anlayışları öz hüquqi təbiəti və doğurduğu hüquqi nəticə etibarilə eyni əhəmiyyətə malikdirlər. Bu baxımdan, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə tələbi təmin edərkən, bunu qətnamədə həmin əmlakın üzərində olan ipotekaya xitam verilməsi kimi göstərməsi MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından işə baxan məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməməlidir.

20. Həmin iddianın mahiyyətinə gəldikdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" Bank Olmayan K redit Təşkilatı MMC-yə və İddiaçı ünvanlanmış 19 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, MMC İcra şöbəsinin 1596-24736/15 saylı, 20 fevral 2020-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə və həmin qanuna edilmiş dəyişikliklərə uyğun olaraq hərraclar keçirmiş, hərracın keçirilməsi ilə bağlı bildirişləri tərəflərə təsdiq etmə üsulu ilə göndərmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə əsasən hərraclar baş tutmamış elan edilmişdir. Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan hərracın baş tutmadığı gündən 30 gün ərzində ipoteka predmetini əldə etməli olduğu halda, ipot eka saxlayan ipoteka predmetini əldə etmədiyindən, adı çəkilən Qanunun 43.8ci maddəsinə uyğun olaraq 26-10 saylı, 31 avqust 2020-ci il tarixli sifariş məktubunun icrasının yekunlaşdırılması məqsədi ilə onlara göndərilmişdir. İş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli 1572/HO-OUT nömrəli təklifin qəbulu haqqında məktubun surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli 01/512 nömrəli məktubuna cavab olaraq bildirir ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərracda satılmadığına görə həmin əmlakı almaq barədə təklifi qəbul edir və hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsini təmin edəcək.

21. Cavabdeh "xxx x" Bank Olmayan Kredit Təşkilatı MMC-nin apellyasiya şikayətinin dəlillərindən biri də hərrac təşkilatının həqiqətən də onların ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifi qəbul etmələrinə dair məktubunu 02 noyabr 2020-ci ildə alması, lakin onlar 4 gün ərzində 5% hərrac xərcini ödəmədiklərinə görə geri qaytarması ilə bağlı olmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən həmin məktubun çatdırılmasının təsdiqi barədə 255039 nömrəli Qaimənin surətinə münasibətini təkrarlamış, qeyd edilən sübut növünün qiymətləndirilməsi ilə bağlı mövqeyini doğru hesab etmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC təklifin qəbulu barədə məktubun doğrudan da 4 gün sonra hərrac təşkilatı tərəfindən geri qaytarıldığı ehtimal olunsa be lə, bundan sonra ağlabatan müddət ərzində yaranmış anlaşılmazlığın aradan qaldırılması və həmin əmlakın əldə edilməsi ilə bağlı hər hansı addımlar atması iş materialları ilə müəyyən edilmir. Burada ağlabatan müddət dedikdə, apellyasiya məhkəməsi “İpoteka haqqında” Qanunla ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması üçün müəyyən edilmiş məhdud müddəti (30 gün) nəzərdə tutmuşdur. Belə ki, tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin peşəkar kredit təşkilatı olaraq belə müddətlərin mövcudluğundan xəbərsiz olması inandırıcı deyildir.

22. İddianın qeyd olunan hissəsi üzrə apellyasiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7, 43.7-1, 43.8-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. Cavabdeh "xxxx" Ban k Olmayan Kredit Təşkilatı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(103)-2308/2022 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci, Mülki Məcəllənin 405-ci, Mülki Prosessual Məcəllənin 88, 372.6, 372.7-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Poçt təşkilatının 255039 nömrəli qaiməsindən, 22 oktyabr 2021-ci il tarixli aktından və "xxxx" MMC-nin 25 saylı Vəkil Bürosuna ünvanladığı 15 aprel 2021-ci il tarixli məktubun təsdiq edilmiş surətindən ayd ın görünür ki, ipoteka predmetinin 38250 manata balansa qəbul olunması barədə təklifin qəbul olunması barədə "xxxx" MMC-nin cavab məktubu hərrac təşkilatçısı tərəfindən həqiqətən 02 noyabr 2020-ci ildə alınmışdır. Lakin, 15 aprel 2021-ci il tarixli məktubda da aydın göstərildiyi kimi “qeyd olunan əmlakla bağlı xidmət haqqının (hərracın predmetinin ilkin satış qiymətinin 5%-i həcmində hərrac xərcinin) ödənilməsi üçün hesab-faktura "xxxx" MMC tərəfindən hərrac təşkilatından tələb olunmadığından tələbkara təqdim edilməmiş, bu səbəbdən tələbkar həmin əmlakı tələb etməmiş və hərrac sifarişi 19 noyabr 2020-ci il tarixli məktubla sifarişin icrasını yekunlaşdırmaq məqsədi ilə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmışdır. Buna baxmayaraq, Mülki Məcəllənin 405-ci maddəsinə uyğun olar aq hərrac təşkilatçısı "xxxx" MMC-nin ipoteka predmeti olan əmlakın balansa qəbul edilməsinə dair təklifin "xxxx" MMC tərəfindən qəbul edilməsi ilə tərəflər arasındakı müqavilə bağlanmış hesab olunur. Lakin apellyasiya instansiyası məhkəməsi bununla bağlı formalaşmış vahid məhkəmə təcrübəsini pozaraq, digər cavabdeh "xxxx" MMC-nin yuxarıda qeyd edilən 02 oktyabr 2020-ci il tarixli təklifini müqavilə bağlamaq barədə oferta, "xxxx" MMC-nin həmin təklifə dair 15 oktyabr 2020-ci il tarixli cavab məktubunu isə ofertanın aksepti kimi qiymətləndirməli və müqaviləni bağlanmış hesab etməli olduğu halda, bunu etməmiş, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuş və bu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. İş materiallarından görünür ki, cavabdeh "xxxx" BOKT MMC həm hərrac təşkilatı ilə müqavilənin bağlanması, həm də sonradan yaranmış anlaşılmamazlığın aradan qaldırılması ilə bağlı ardıcıl tədbirlər görmüş, 30 günlük müddət ötmədən ipoteka predmetinin balansa qəbul edilməsi ilə bağlı hərrac təşkilatına məktub göndərilmiş, ipoteka predmetini balansa qəbul etmək mümkün olmadıqda isə "xxxx" BOKT MMC tərəfindən hərrac təşkilatına qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə iddia qaldırılmışdır.

25. Həmçinin iş materiallarında olan iddia tələbinin və cavabdehin dəyişdirilməsi barədə ərizədən məlum olur ki, qeyd edilən ərizə iddiaçı tərəfindən sonuncu iclasda, yəni baxış iclasında təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsində keçirilmiş heç bir məhkəmə iclasında göstərilən ərizə iddiaç ı tərəfindən təqdim edilməmiş, məhkəmə tərəfindən elan edilməmiş, elektron məhkəmə sistemində yerləşdirilməmiş, surəti cavabdehə təqdim edilməmiş və göndərilməmişdir. Bununla da, birinci instansiya məhkəməsi MPM-in 53-cü və 188.1.2-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi isə yuxarıda göstərilən prosessual pozuntulara əhəmiyyət və hüquqi qiymət verməmiş və bununla MPM-nin 372.7-ci maddəsinin tələbini pozmuşdur. Apellyasiya məhkəməsi əsassız olaraq cavabdeh tərəfindən təqdim olunan sübutlara hüquqi qiymət verməmişdir.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Etiraz iddia ərizəsində istinad olunan hallarla və işdə olan sübutlarla, o cümlədən cavabdehin təqdim etdiyi sübutların saxtalaşdırılması ilə əsaslandırılmış və göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən ədalət və vicdanlılıq prinsipini rəhbər tutmuş, iş materiallarında olan sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarına tam riayət edərək ədalətli qərar qəbul etmişdir. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi q iymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, həmin hissədə rədd olunsa da, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

31. Kassator apellyasiya instansiyası məhkəməsin in qətnaməsini iddianın təmin olunmuş (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmış) hissəsində ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (g öndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblə rə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 33. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsa sən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı o lduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamə lərindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

37. Belə ki, hazırki işdə ipoteka predmetinin satılması ilə bağlı hərracların qanunvericiliyin tələblərinə uyğun keçirilməsi, təkrar hərracın baş tutmaması, bu barədə elanın dərc edilməsi və elan dərc edildiyi tarixdən sonrakı 30 gün müddətinə hərracın nəticələrinə dair protokolun imzalanmaması işin mübahisə edilməyən hallarıdır.

38. Mübahisəli məsələ cavabdeh "xxxx" BOKT MMC-nin ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətlə qəbul edilməsi ilə bağlı məktubun göndərməsinin “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqini imkan verməsidir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin icraatında olan işlər üzrə fərqli hüquqi yanaşmalar olduğu üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardad qəbul edilmişdir. Bu qərardadın qəbul edilməsi ilə bağlı işə baxılması təxirə salınmışdır.

40. Həmin Qərarda da əsasən: - İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günün sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. - İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkila tçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. - Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) z ərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. - Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır.

41. Qərardadda Ali Məhkəmənin tərkibi göstərmişdir ki, məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Hərrac təşki latçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınm ası zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Nəzərə alınmalıdır ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əm lakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Bu baxımdan, qanunla müəyyən edilmiş qaydada protokolu imzalamaq vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması müqavilə bağlamağa məcburetmə deyil, qanunla hərrac təşkilatının üzərinə qoyulmuş vəzifənin icra etməyə məcburetmə kimi qiymətləndirilməlidir. Bu isə, Mülki Məcəllənin müqavilə bağlamağa məcburetməni qadağan edən 390.3-cü maddəsi ilə hər hansı ziddiyyət təşkil etmir. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imz alanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. Bu zaman qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hərracın yekunlarına dair protokolu əvəz etməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasını təşkil etdiyi üçün m əhkəmə qətnaməsində əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, bu cür məhkəmə qətnamələri ilə ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir. Bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicda nlılığın tələb etdiyi tərzdə müraciət etməlidir. Mülki Məcəllənin vicdanlılıq prinsipini özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Konstitusiya Məhkəməsinin 2014-cü il 28 oktyabr tarixli Qərarında da qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daş ıyır. Beləliklə, ipoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi, bu Qərardadın 24-cü bəndində qeyd edildiyi kimi, yəni həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi tələbinə baxılarkən başqa məhkəmənin icraatında hərrac protokolunun imzalanmış hesab edilməsinə dair mülki işin olması Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən icraatın dayandırılması, həmin iddianın təmin edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktının olması isə iddianın rədd edilməsi üçün əsas olacaqdır.

42. Göründüyü kimi cavabdehin apellyasiya və kassasiya şikayətlərinin dəlilləri "xxxx" BOKT MMC tərəfindən “İpoteka haqqında” Qanunla müəyyən olunmuş 30 gün müddətində ipoteka predmetinin qəbul edilməsinə razılıq verməsi, lakin ondan asılı olmayan səbəblərdən alqı-satqı qüvvəsinə malik hərracın yekunlarına dair protokolun imzalanmasının qeyri-mümkün olmasından ibarət olmuşdur.

43. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda qeyd olunan m övqeyə görə bu məsələyə ayrı icraatda baxılmalı və həmin iddiaya baxılarkən ipotekaya xitam verilməsi tələbinə dair icraat dayandırılmalıdır.

44. Hazırki işin materiallarından müəyyən olunur ki, "xxxx" BOKT MMC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(103)-2238/2019 saylı icra sənədi üzrə ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin 2 otaqlı 7 nömrəli mənzilinə dair keçirilmiş hərracın nəticələri barədə protokolun və "xxxx" BOKT MMC ilə alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin Azərbaycan Respublikası Xammal və X1 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin üzərinə qoyulması qət edilmişdir. Həmin işdə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 20 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat İddiaçı hazırki iddiası üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.

45. Beləliklə, müəyyən olunur ki, ipoteka saxlayan hərracın nəticələrinə dair protokolun imzalanması tələbi ilə aidiyyəti məhkəməyə müraciət etmiş, tələbi birinci instansiya məhkəməsində təmin edilmiş, apellyasiya məhkəməsi tərəfindən isə icraat dayandırılmışdır. Halbuki, hazırki iddianın hüquq taleyi kommersiya məhkəməsi icraatı qaydasında baxılan həmin işin nəticəsindən asılıdır.

46. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının icraatında olan iş üzrə qəbul ediləcək qərar hazırki iddia üzrə yekun nəticə üçün əhəmiyyətli olduğundan, apellyasiya və kassasiya şikayətlərinin, habelə həmin şikayətlərə etirazın dəlilləri məhz kommersiya məhkəməsində baxılan işdə həll olunmalı olduğundan apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, tərəflərə isə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli qərardadındakı mövqeyə əsasən "xxxx" BOKT MMC-nin iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının icraatında olan iş üzrə icraatın təzələnməsi və həmin işə baxılması üç ün müvafiq müraciətlər etmələri zərurəti izah olunmalıdır.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(103)-2308/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar