Məhkəmə qərarları › İş №2(102)-180/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-180/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-180/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-180/21 (Açar sözlər: məhkəməyə qədər ölmüş şəxsə münasibətdə iş üzrə icraata xitam) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X qarşı pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına və ipoteka predmetinin boşaldılması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)328/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 2007-ci il 12 aprel tarixli 3No-li kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” ASCnin “Paytaxt” filialından illik 6%-lə 300 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Bakı şəhəri, X nömrəli mənzili 2007-ci il 12 aprel tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə yüklü edilmişdir. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün bank borcun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İd diaçı cavabdehlər Cavabdeh2 və X qarşı pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına və ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-6158/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Əhmədov) iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx xxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 39945,6 manat əsas borc, 1340,45 manat faiz borcu, 5,69 manat dəbbə pulu, cəmi 41291,74 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan Bakı şəhəri, X nömrəli mənzilə yönəldilməsi, ipoteka premdetinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməklə hərrac yolu ilə satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdeh 1 ay ərzində ipoteka predmetindən çıxarılması və ipoteka predmetinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445, 448, 449, 462, 463, 467, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 39.3.3, 59.1, 59.3-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-F.Məmmədov (sədrlik edən və məruzəçi), F.Zeynallı və Z.Məmmədov) xx xxxx 2020-c i il tarixli, 2(105)-328/20 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-6158/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı-nin cavabdeh qarşı-borcun cavabdeh məxsus olan Bakı şəhəri, X nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, X nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, məxsus olan Bakı şəhəri, X nömrəli mənzilinə tutuma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Bakı şəhəri, X nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi hissə sində iş üzrə icraata xitam verilmiş, eyni zamanda həmin tarixdə qətnamə çıxarılaraq borcun tutulması iddiası qismən təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, cavabdeh münasibətdə iş üzrə icraata xitam verərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1, 50.3, 261.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı iş üzrə çıxarılmış qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh vəfat etdiyi üçün iş üzrə icraata xitam verilməli deyil, vərəsəlik müəyyən edilənədək icraat d ayandırılmalı idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə iş üzrə icraat dayandırılır. Maddə 261.0.1 iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh aid hissədə ləğv edilməli, ona aid hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan (səh 125) xx xxxx 2014-cü il tarixli ölüm haqqında akt qeydindən görünür ki, Quba rayonu, X kəndində xx xxxxxxx 2013-cü il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2016-cı il tarixli iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə birinci instan siya məhkəməsinə müraciət etməmişdən əvvəl cavabdeh vəfat etmişdir. Ölmüş şəxsə qarşı iddia irəli sürülməsi və məhkəmədə həmin iddiaya baxılması istisnadır. Prosesdə fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İcraat başlanadək tərəf vəfat etmişdirsə həmin işə məhkəmədə baxıla bilməz. Kassatorun qeyd etdiyi hallar tərəfin məhkəmənin gedişi zamanı ölməsi halına aiddir. MPM-nin 254.1.1 maddəsi qeyd edir ki, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə iş üzrə icraat dayandırılır. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya ins tansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-328/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar