Məhkəmə qərarları › İş №2(102)-180/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-180/2023

30.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-180/2023 30.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı (X12 və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız sayılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4699/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 m2 torpaq sahəsi və onun üzərində yerləşən 1935,8 m2 sahəsi olan qeyriyaşayış sahəsi (bundan sonra – mübahisəli torpaq və qeyri-yaşayış sahəsi) xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmü ilə mübahisəli torpaq və qeyri-yaşayış sahəsinin təqsirləndirilən şəxs X3 cinayət əməlləri nəticəsində əldə olunması, onun qohumlarının adına rəsmiləşdirilməsi müəyyən edilmiş və xüsusi müsadirə edilmişdir. Hökm qanuni qüvvəsini alaraq, 15 mart 2019-cu il tarixli icra vərəqəsi verilmişdir.

4. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli, 3853-62033/2019-5-1 nömrəli sifariş məktubuna əsasən, icra vərəqəsi üzrə mübahisəli əmlakın açıq hərracda satılması Cavabdeh MMC-yə sifariş olunmuşdur. Hərrac təşkilatı tərəfindən İcra şöbəsinə, X5 və İddiaçı göndərilmiş xx.xx.2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişdə mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış binasının dəyəri 600.000 manat olmaqla xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ünvan 2 ünvanında açıq hərracının keçiriləcəyi göstərilmiş, eyni zamanda xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsinə dair “525-ci” qəzetdə elan dərc edilmişdir.

5. Hərracın yekunları barədə xx.xx.2 021-ci il tarixli, 011 nömrəli protokola əsasən mübahisəli əmlakı 600.000 manata X12 əldə etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli saylı qətnaməsi ilə İddiaçı ilk, əri X6 qarşılıqlı “əmlak bölgüsü” tələblərinə dair iş üzrə, ilk iddia qismən, qarşılıqlı iddia tam təmin olunaraq, mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən olunmuşdur.

7. Mübahisəli əmlakı hərracdan əldə etmiş X12 maraqlarına toxunan şəxs kimi həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2643/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi lə ğv olunmuş, hər iki iddia rədd olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə X14 xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmuş, mübahisəli əmlak xx.xx.2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, X4 (İddiaçı qaynı, Elşən Əliyevin qardaşı) və digərlərinin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə aparılan istintaq zamanı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin əmlakın üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına hökm edilmiş, sözügedə n hökm 08 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmiş, Bakı Hərbi Məhkəməsinin “icra sənədinin izah olunmasına dair” xx.xx.2019-cu il tarixli qərarı ilə, icra vərəqələrində adları qeyd olunmuş məhkumların müsadirə edilmiş əmlakdan başqa ziyanın ödənilməsini təmin edəcək digər əmlakı olmadığı halda, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın müsadirə edilmiş əmlak və pul vəsaitləri hesabına ödənilməsi, bundan sonra əmlakın və pul vəsaitlərinin qalan hissəsinin dövlət nəfinə alınması qərara alınmışdır. Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli icra vərəqəsinin icrası məqsədilə Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sifarişə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC Hərrac Mərkəzi tərəfindən mübahisəli əmlakın satışı ilə bağlı hərrac keçirilmiş, X12 həmin əmlakı 600.000 manata almış və onunla xx.xx.2021-ci il tarixli 011 saylı hərracın yekunları barədə protokol bağlanmışdır. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli əmlakın üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həbsin qoyulmasına, xx.xx.2018-ci il tarixdə çıxarılmış və qanuni qüvvəsini almış Bakı Hərbi Məhkəməsinin hökmü ilə həm həmin əmlakın xüsusi müsadirə olunmasına, yəni İddiaçı və Elşən Əliyevin həmin əmlaka dair mülkiyyət hüquqlarını itirmələrinə, əmlakın onlardan məcburi alınmasına, bu barədə məlumatlı olmalarına baxmayaraq, onlar sözügedən əmlaka dair paylarının müəyyən edilməsi ilə bağlı 2020-ci ildə məhkəməyə müraciət edərək, artıq onlara məxsus olm ayan əmlakın aralarında bölünməsinə nail olmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh və hərrac təşkilatı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mübahisəli torpaq və qeyri-yaşayış sahəsi barədə keçirilmiş hərracın qanunsuz hesab edilərək, nəticələrinin etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 002750 saylı, xx.xx.2007-ci il tarixli şəhadətnaməyə əsasən, mübahisəli qeyri-yaşayış sahəsi əri Elşən Əliyev tərəfindən q anunvericiliklə müəyyən edilmiş qaydada satın alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mübahisəli əmlak üzərində onun və ərinin ½ hissədə payı müəyyən olunmuş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Eyni zamanda, tərəfindən Maliyyə Nazirliyinə, X7 və X9 qarşı "xxxx" barədə iddia qaldırılmış, cavabdeh MMC həmin işdə üçüncü şəxs qismində işə cəlb olunmuş, lakin qeyd olunanlara baxmayaraq, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən hərrac keçirilmiş və əmlak 600.000 manata X1. Göründüyü kimi, cavabdeh nə onun, nə də ərinin razılığı olmadan, mübahisəli əmlakın onun mülkiyyətində olması barədə dövlət reyestrində qeydə alınmış hüququ heçə sayaraq, həmin əmlak barədə üçüncü şəxslə müqavilə bağlamışdır. X2 Cinayət Məcəlləsinin 145.3. 178.3.1 və digər maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündə onun adı qeyd olunmamışdır. Yəni həmin hökmdən aşkar şəkildə görünür ki, məhkum tərəfindən törədilməsinə istinad olunan əməllərlə heç bir əlaqəsi yoxdur. Belə olan halda, icra vərəqəsində adının qeyd olunması və onunla heç bir əlaqəsi olmayan hökmə istinad edərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müsadirə edilməsi yolverilməzdir və tamamilə qanuna ziddir.

10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, hərrac təşkilatı hərrac prosesini İcra şöbələrinin sifariş məktubu əsasında həyata keçirir. Hərrac təşkilatı tərəfindən qeyd olunan əmlak üzrə sifariş məktubuna əsasən hərrac təşkil olunmuş və hərrac qanunvericiliklə müəyyən olunmuş bütün qaydalara əməl edilməklə keçirilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı hərrac prosesi ilə bağlı hər hansı pozuntu qeyd etməmişdir. Hərrac prosesi qanunauyğun həyata keçirilmişdir.

11. Üçüncü şəxs X12 da, yazılı etiraz təqdim edərək bildirmişdir ki, mübahisəli əmlak qanuni qüvvəsini almış Bakı Hərbi Məhkəməsinin hökmü ilə xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Yəni, həmin əmlak iddiaçıdan məcburi alınaraq onun mülkiyyət hüquqları itirilmişdir. Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş 15 mart 2019-cu il tarixli icra vərəqəsinə əsasən İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sifarişə əsasən xx.xx.2021-ci il tarixdə Hərrac təşkilatı mübahisəli daşınmaz əmlakın s atışı ilə bağlı hərrac keçirmiş və o, həmin hərracda qalib alıcı olmuş, bu barədə xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə protokol təqdim edilmişdir. Qanunvericiliyin tələbinə görə həmin protokol qalib alıcı olduğu əmlaka dair mülkiyyət hüquqlarının adına qeydiyyata alınması üçün əsasdır. Göründüyü kimi, hərrac tam qanuni keçirilmişdir və onun nəticələri etibarsız hesab edilə bilməz. Bununla yanaşı, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündə sözügedən daşınmaz əmlakla yanaşı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin də xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin daşınmaz əmlak iddiaçının ərinə məxsus olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 saylı, xx. xx.2020-ci il tarixli qətnaməsi ilə bu əmlak üzərində iddiaçının və ərinin hərəsinə 1/4 hissə pay müəyyən edilmişdir. Eyni hökmdə həm iddiaçının, həm də onun ərinin adına olan daşınmaz əşyaların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması təsadüf ola bilməz, bütün bunlar onu deməyə əsas verir ki, həmin əşyalar iddiaçının və onun ərinin adına məhz təqsirləndirilən şəxs X11 tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesabına rəsmiləşdirilmişdir. Hökmdə iddiaçının adı və təqsirləndirilən şəxslə birbaşa hansı qohumluq əlaqəsinin olması göstərilməsə də, hökmdə göstərilmişdir ki, təqsirləndirilən şəxsin qohumlarının adına olan mübahisəli əmlakın təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri hesabına əldə edilməsi müəyyən edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-344/2022 nömrəli, 11 aprel 2022-cu il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia rədd olunmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsi barədə keçirilmiş hərracın qanunsuz hesab edilərək hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, həmin əmlak Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)7/18 saylı icra vərəqəsi üzrə 16 aprel 2021-ci il tarixdə keçiriləcək açıq hərracda satılmışdır. Hökmdə təqsirləndirilən şəxs tərəfindən törədilməsinə istinad olunan əməllərlə heç bir əlaqəsinin olmaması, nəticədə sözüg edən daşınmaz əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasının qanunsuz olması iddiaçı tərəfindən hökmün qanuni qüvvəsini aldığı xx.xx.2019-cu il tarixdən dərhal deyil, məhz hərracın elan olunduğu xx.xx.2021-ci il tarixdən sonra mübahisələndirilmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1 42.3, 46.1-ci, Cinayət Məcəlləsinin 99-1-ci, Cinayət Prosessual Məcəllənin 248.1.1, 248.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli və “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəll əsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4699/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiy a şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının tələbi üzrə hərracın nəticələrinin etibarsız sayılmasına hər hansı qanuni əsas mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Belə olan halda, iddia tələbi özü-özlüyündə əsassızdır. İddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. İzahatı isə özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İd diaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının qanuni mənafeyini heçə sayaraq, sanki mübahisəli əmlakın sahibi maraqlı şəxsdir görüntüsü yaratmaqla mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən, qərəzli, əsassız və qanunsuz qətnamə qəbul etmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutları qiymətləndirmədən, məhkəmə tədqiqatı materiallarına istinad etmədən ümumi mülahizələr irəli sürmüşdür. İddiaçının birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü ilə bağlı müraciəti zamanı mülkiyyət hüququndan istifadə edə bilməməsi kobud pozuntudur. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə gör ə, təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Cinayət Məcəlləsinin 991.3-cümaddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

22. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəllə si

23. Maddə 99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri bu maddədə göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.

24. Maddə 99-1.3. Cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Azərbaycan Respublikasının Cəzaları n İcrası Məcəlləsi

25. Maddə 183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il Qərarı:

26. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9 9-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, haz ırkı mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə hökmünün icrası sahəsində (Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)7/18 saylı hökmü və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirilmişdir. İddiaçı əsasən mübahisəli daşınmaz əmlaka birgə mülkiyyət hüquqlarının olmasını, eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 saylı, xx.xx.2020-ci il tarixli saylı qətnaməsinə istinad edərək həmin daşınmaz əmlaka ½ hissədə payının müəyyən olunmasını, həmin qətnamənin qanuni qüvvəsini almasını və s. göstərsə də, işdə olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, maraqlı şəxs X8 apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəm əsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı “əmlak bölgüsü” barədə iddia tələbi rədd edilmişdir. Belə olan halda məhkəmələr bu qənaətə gəlmişlər ki, iddiaçının tələbi üzrə hərracın nəticələrinin etibarsız sayılmasına hər hansı qanuni əsas mövcud deyil, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4699/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar