Məhkəmə qərarları › İş №2(102)-1803/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1803/2024

20.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1803/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-789/2024 nömrəli mülki iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1975-ci il tarixdən rabitə sahəsində 40 il iş stajına malik olmaqla, xx.xx.2022-ci il tarixinə qədər X3 müştəri xidmətləri şöbəsinin (MXŞ-nin) əməliyyatçısı vəzifəsində çalışmışdır. 2. 18.11.2022-ci il tarixdə MXŞ-də işçilərin işə gəlmə davamiyyətinin yoxlanılması aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MXŞ-nin əməliyyatçısı İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Bundan əvvəlki günlərdə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçının yenə də işə davamiyyətinin pozulduğu qeyd olunmuşdur. Bununla bağlı akt tərtib edilmişdir. 3. 21.11.2022-ci il tarixli akta görə MXŞ-də əməliyyatçı vəzifəsində işləyən İddiaçı işə çıxmamağı barədə izahat tələb olunsa da, o, heç bir izahat verməyəcəyini bildirərək çıxıb getmiş dir. İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, izahat verməmiş və əvvəlki günlərdə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də işə davamiyyətinin pozulduğu qeyd olunmuşdur. 4. xx.xx.2022-ci il tarixli məktuba əsasən İddiaçı işə gəlməməsi barədə filiala əsaslı sənəd təqdim edilməsi barədə teleqram ünvanlanmış, o isə teleqramı oxuyaraq “almaqdan imtina edirəm” yazaraq qeri qaytarmışdır.

5. Cavabdeh MMC-nin X3 Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanan xx.xx.2022- ci il tarixli 103-9\2\28509-22 məktubuna əsasən, Cavabdeh MMC-nin X2 Cavabdeh MMC-yə daxil olmuş xx.xx.2022-ci il tarixli 103-900/28234-22 nömrəli məlumatda, İddiaçı barəsində uzun müddət üzrsüz səbəbdən iş buraxdığına görə intizam tənbehi tədbiri görülməsi məsələsi qaldırılmışdır. Məlumatla bağlı apar ılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı cari ilin noyabr ayının 14-ü tarixindən işə çıxmır. Dəfələrlə Filialın aidiyyəti əməkdaşı tərəfindən onunla telefonla danışıldıqdan və işə çıxması barədə onun yaşadığı ünvana teleqram göndərildikdən sonra 21 noyabr tarixində İddiaçı iş yerinə gəlsə də, üzrsüz səbəbdən iş buraxmasının səbəbi barədə Filiala heç bir sənəd və izahat verməmişdir. İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsan Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə, ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun işdən azad olunmasına hüquqi əsas yaradır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına X1 Komitə sinin iclasında baxıb nəticəsi barədə müvafiq rəyin Cavabdeh MMC-yə təqdim edilməsi Sizə tapşırılır. Həmçinin, bildirilir ki, göstərilən məsələnin müzakirəsi zamanı Həmkarlar Komitəsinin iclasındakı çıxışlar, səslənən fikirlər iclas protokolunda geniş və ətraflı əks olunmalı, qəbul olunacaq qərar iclasda iştirak edən komitə üzvlərinin hər biri tərəfindən imza edilməli, yol verilmiş nöqsanın sübutu üçün tələb olunan zəruri sənədlər (akt, izahat) protokola əlavə olunmalıdır.

6. Cavabdeh MMC-nin Bərdə Filialının xx.xx.2022-ci il tarixli protokoluna əsasən, xx.xx.2022-ci il tarixli 103-900/28234-22 saylı məktubu iştirakçılara oxunmuş, İddiaçı heç bir səbəb olmadan işə çıxmadığı üçün onun 21 noyabr 2022-ci il tarixdə işə çıxmamağı barədə izahat verməməsi “Əmək vəzifələrinin kobud şəkildə pozulm ası hesab edilən hallar’’ tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə ƏM-nin 70-ci maddəsinin “ç" bəndinə əsasən, işdən azad edilməsi məsələsinə baxılması və tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır 7. xx.xx.2022-ci il tarixli Ə-4058/22 nömrəli əmrə əsasən, İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və ona xx.xx.2022-xx.xx.2022-ci illər üzrə istifadə edilməmiş 3 təqvim günü əmək məzuniyyətinə görə kompensasiya, son haqqhesabın ödənilməsini təmin edilməsinə dair əmr verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli Ə-4058/22 nömrəli əmrin surətini xx.xx.2023-cü il tarixində imzalayaraq qəbul etmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra “iddiaçı”) 13 iyun 2023-cü il tarixdə iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, işdən azad olunma barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və 2022-ci ilin dekabr ayından 2023-cü ilin iyul ayınadək hər ay 300 manat olmaqla ümumilikdə 2400 manat ödənilməmiş əmək haqqının Cavabdehndə (bundan sonra “cavabdeh” və ya “MMC”) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 46 ildir ki, poçt sistemində işləyir. 40 il isə MMC-nin X4 çalışıb. İddiaçı Poçtun müdiriyyəti tərəfindən 6 ildir təzyiqlərə məruz qalır. Belə ki, iddiaçını 6 il öncə tutduğu vəzifədən azad etmiş və onun yerinə başqa bir şəxsi pul müqabilində işə götürmüşlər. Lakin iddiaçını qanunsuz olaraq əmək müqaviləsi olmadan işində saxlamışlar, müdiriyyət tərəfindən ona aylıq əmək haqqı ödənilmişdir. Müdiriyyət 2022-ci ildə 65 yaşı tamam olması səbəbindən ona ərizə yazmağını və işdən könüllü çıxmağını bildirdikdə, iddiaçı 1 il ərzində ona vaxt verilməsini və bu işə çox ehtiyacı olduğunu bildirmişdir. Daha sonra isə iddiaçıya məlum olmuşdur ki, müdiriyyət tərəfindən qərəzli olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir.

10. İşlədiyi illər ərzində iddiaçı heç vaxt əmək və icra intizamını pozmamış, əmək funksiyasını və əmək müqaviləsindən irəli gələn bütün öhdəlikləri həmişə yerinə yetirmiş və heç vaxt intizam tənbehi almamışdır. İdd iaçının bu maddə ilə işindən azad etmələri cavabdehin ona qarşı ancaq qərəzli mövqedə olmalarını bir daha sübut edir. Oğlu və ailəsi iddiaçının himayəsindədir. Oğlu illərdir ki, böyrək xəstəliyindən əziyyət çəkir və 7 dəfə əməliyyat olunmuşdur, səhhəti ürək açan deyil. Oğlunun işləmə qabiliyyəti olmadığı üçün onun pensiyası ilə ailəni və iki azyaşlı nəvəsini güclə saxlayır. Oğlunun əməliyyatı ilə əlaqədar banklara kifayət qədər borcu yaranmışdır. İddiaçının əri də illər öncə rəhmətə getmişdir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 2, 3, 70, 74 və 76-cı maddələrinə istinad etmişdir.

12. Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etiraz belə əsaslandırılıb: - iddiaçı iddia tələbi üzrə ərizəsində əmək haqqının ödənilməməsi ilə bağlı hər hansı əsaslandırıcı sübut və ya yazılı izah təqdim etməmişdir; - qanunvericiliyə görə işçilərlə bağlanmış əmək müqavilələrini müvafiq qayda və əsaslarla ləğv etmək işəgötürənin hüququdur. İddiaçı rabitə sahəsində ümumilikdə 40 il iş stajına malik olmaqla, xx.xx.2022-ci il tarixinə qədər X3 (PF) Müştəri Xidmətləri Şöbəsinin (MXŞ) əməliyyatçısı vəzifəsində çalışmışdır. X2 daxil olmuş xx.xx.2022-ci il tarixli 103/900/28234-22 nömrəli məlumatda filialın Müştəri Xidmətləri Şöbəsinin (MXŞ) əməliyyatçısı olan iddiaçının uzun müddət üzrsüz səbəbdən iş buraxdığına görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsi qaldırılmışdır. Məlumatla bağlı aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, MXŞ-nin əməliyyatçısı olan iddiaçı cari ilin 14 noyabr 2022-ci il tarixindən işə çıxmır. Dəfələrlə filialın aidiyyəti əməkdaşı tərəfindən iddiaçı ilə telefonla danışıldıqdan və işə çıxması və ya çıxmamasının səbəbini göstərməsi barədə onun yaşadığı ünvana xx.xx.2022-ci il tarixində Ns AZ0900/********** nömrəli teleqram göndərilsə də, iddiaçı tərəfindən heç bir geri dönüş edilməmişdir; - 18 noyabr 2022-ci il tarixində filialda işçilərinin davamiyyətinin yoxlanılması zamanı iddiaçının heç bir üzrlü səbəb olmadan işə çıxmaması barədə Akt tərtib edilmişdir. Əlavə olaraq iddiaçı 21 noyabr 2022-ci il tarixində iş yerinə gəlsə də, üzrsüz səbəbdən iş buraxmasının səbəbi barədə filiala heç bir sənəd və ya izahat verməmiş və bu barədə 21 noyabr 2022-ci il tarixində filial əməkdaşlarının imzası ilə təsdiq edilmiş Akt tərtib edilmişdir. X3 rəisi tərəfindən “02” dekabr 2022-ci il tarixində, N° AZ0900/********** nömrəli teleqra mla iddiaçıya xx.xx.2022-ci il tarixinə kimi işə çıxmamasının səbəbini göstərməsi ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim etməsi, əks halda, barəsində qanunvericilik çərçivəsində hüquqi tədbirlərin görüləcəyi barədə yaşadığı ünvana teleqram göndərilmiş, lakin iddiaçı teleqramı almaqdan imtina etmişdir; - yekun olaraq, X4 işçilərin davamiyyəti ilə bağlı keçirilən yoxlama zamanı iddiaçının xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər işə gəlməməsi, bununla bağlı heç bir səbəb göstərməməsi və təsdiqedici sənəd təqdim etməməsi 13 dekabr 2022-ci il tarixində tərtib edilmiş Aktla öz təsdiqini tapmışdır; - əmək qanunvericiliyinin tələbinə əsasən 25 noyabr 2022-ci il tarixində X3 Həmkarlar İttifaqı Komitəsinə (HİK) iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi il ə işdən çıxarılmasına HİK tərəfindən münasibət bildirilməsi ilə bağlı müraciət ünvanlanmış və X3 Həmkarlar ittifaqı Komitəsi 29 noyabr 2022-ci il tarixli, Ne 2 nömrəli iclas protokolu ilə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına etiraz etməmişdir; - iddiaçının xidməti fəaliyyətində yol verdiyi nöqsan Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə əsasən əmək, vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun işdən azad olunmasına hüquqi əsas yaratmışdır; - beləliklə, iddiaçının 14 noyabr 2022-ci il tarixindən hazırkı tarixə qədər üzrsüz səbəbdən işə gəlmədiyinin zəruri hüquqi sənədlərlə təsdiq edildiyi, əmək qanunvericiliyində üzrsüz səbəbdən işburaxma faktının əmək vəzifələrinin kobud şəkildə pozulması halı olduğu və buna görə işəgötürənin təşəbbüsü ilə işçinin işdən azad olunmasına hüquqi əsas yarandığı, həmçinin göstərilən işburaxma faktı barədə X1 Komitəsinin müvafiq rəyi nəzərə alınaraq, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, Ə4058/22 saylı Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi bəndi rəhbər tutularaq “Azərpoçt" MMC-nin X3 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı olan iddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuş və qanunvericiliyin nəzərdə tutduğu qaydada son haqq-hesab aparılmışdir; - yuxarıdakı göstərilənlər baxımından işəgötürənin hərəkətləri qanunverciliyin tələblərinə tam uyğundur və buna görə də iddiaçının 13 dekabr 2022-ci il tarixli, Ə-4058/22 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslı və qanunidir.

13. Cavabdeh həmçinin, iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli, Ə-4058/22 nömrəli əmrin surətini xx.xx.2023-cü il tarixdə almışdır. İddiaçı məhkəməyə 13 iyun 2023-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür.

14. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1347/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim Rəna Qafarova)

15. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Cavabdeh MMC-nin X2 daxil olmuş xx.xx.2022-ci il tarixli 103/900/28234-22 nö mrəli məlumatda iddiaçının uzun müddət üzrsüz səbəbdən iş buraxdığına görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsi qaldırılmışdır. Məlumatla bağlı aparılan araşdırmanın nəticəsinə görə iddiaçı cari ilin 14 noyabr 2022-ci il tarixindən işə çıxmır. Dəfələrlə filialın aidiyyəti əməkdaşı tərəfindən iddiaçı ilə telefonla danışıldıqdan və işə çıxması və ya çıxmamasının səbəbini göstərməsi barədə onun yaşadığı ünvana xx.xx.2022-ci il tarixində Ns AZ0900/********** nömrəli teleqram göndərilsə də, iddiaçı tərəfindən heç bir geri dönüş edilməmişdir. 18 noyabr 2022-ci il tarixində filialda işçilərinin davamiyyətinin yoxlanılması zamanı iddiaçının heç bir üzrlü səbəb olmadan işə çıxmaması barədə Akt tərtib edilmişdir. Əlavə olaraq iddiaçı 21 noyabr 2022-ci il tarixində iş yerinə gəls ə də, üzrsüz səbəbdən iş buraxmasının səbəbi barədə filiala heç bir sənəd və ya izahat verməmiş və bu barədə 21 noyabr 2022-ci il tarixində filial əməkdaşlarının imzası ilə təsdiq edilmiş Akt tərtib edilmişdir. X3 rəisi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixinə kimi işə çıxmamasının səbəbini göstərməsi ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim etməsi, əks halda barəsində qanunvericilik çərçivəsində hüquqi tədbirlərin görüləcəyi barədə iddiaçının yaşadığı ünvana “02” dekabr 2022-ci il tarixində, N° AZ0900/********** nömrəli teleqram göndərilmiş, lakin iddiaçı teleqramı almaqdan imtina etmişdir. X4 işçilərin davamiyyəti ilə bağlı keçirilən yoxlama zamanı Müştəri Xidmətləri Şöbəsinin (MXŞ) əməliyyatçısı olan iddiaçının xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər işə gəlməməsi, bununla bağlı heç bir səbəb göstərməməsi və təsdiqedici sənəd təqdim etməməsi barədə akt tərtib edilmişdir. X3 Həmkarlar ittifaqı Komitəsi 29 noyabr 2022-ci il tarixli, Ne 2 nömrəli iclas protokolu ilə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına etiraz etməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, Ə-4058/22 saylı Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutularaq iddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuş, qanunvericiliyin nəzərdə tutduğu qaydada son haqq-hesab aparılmışdır.

16. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin tələblərini, o cümlədən işçinin və işəgötürənin qarşılıqlı hüquq və vəzifələrini nəzərə alaraq, işəgötü rənin hərəkətlərində hər hansı bir qanun pozuntusuna yol verilməməsi və iddiaçının bununla bağlı dəlillərinin əsassız olması qənaətinə gələrək, mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tələbini əsaslandırdığı halları təqsdiq edəcək hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir.

17. Bundan başqa, birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı tələb irəli sürməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı işdən azad olunması barədə əmri 17 yanvar 2023-cü il tarixində almış, lakin əmri qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötdükdən sonra mübahisələndirmiş və bunun səbəblərini əsaslandırmamışdır. Bununla da, qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddəti ötmüşdür.

18. Birinci instansiya məhkəməs i iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi ilə bağlı hissəsi üzrə də belə nəticəyə gəlmişdir ki, iddia əmrin mübahisələndirildiyi hissədə iddia müddəti tətbiq edilərək rədd edildiyindən, iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından iddia həmin hissədə də rədd edilməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 10, 11, 70, 72, 80, 186, 71, 296-cı maddələrinin müvafiq hissələri, Mülki Məcəllənin 375-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

21. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-789/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, iddiaçı işə gəlməmiş və işdə olmamasının üzrlü səbəbləri barədə heç bir sənəd təqdim etməmiş, beləliklə də əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Hazırda iddiaçının irəli sürdüyü formal əsaslarla qanuni və əsaslı əmrin ləğv edilməsi yolverilməzdir. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur.

24. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, qanunvericiliyin tələbinə görə bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. İddiaçı işdən azad olunması barədə əmri 17 yanvar 2023-cü il tarixdə almış, lakin əmri qanunvericilikd ə nəzərdə tutulmuş 1 aylıq müddət ötdükdən sonra mübahisələndirmiş (mediasiyaya xx.xx.2023-cü ildə müraciət etmişdir) və bunun səbəblərini əsaslandırmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 10 (a), 70 (“ç”), 71 (2), 71. (3), 80 (1) və 296 (2,3)-cı maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki tələb üzrə iddia müddətinin ötürüldüyü qənaətinə gəlsə də, işin faktiki hallarından məlum olur ki, iddiaçı ilk öncə iddia ərizəs i ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli bildirişində iddiaçının cavabdehə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Hazırlıq icraatı xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. İddiaçının hüququnun pozulduğunu bildiyi vaxt isə 17 yanvar 2023-cü il olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə ilkin iddia ərizəsi verilərkən 1 aylıq iddia müddəti ötürülməmişdir. Lakin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələb olunduğu halda, həmin tələbə iddiaçı tərəfindən riayət edilməmiş və bundan əlavə məhkəmə aidiyyəti qaydaları da pozulduğundan iddiaçı iddia ərizəsini geri götürmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən qeyd edilən nöqsanlar aradan qaldırılaraq mediasiya təşkilat ına müraciət edilmiş və mediasiya təşkilatından müvafiq arayış alındıqdan sonra yenidən aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə məhkəməyə müraciət edilmişdir. Məhkəmə isə bu halları nəzərə almamış, yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı 1 aylıq iddia müddətin ötürülmə səbəblərini üzrlü səbəb kimi qiymətləndirməmişdir. Halbuki məhkəməyə müraciət zamanı iddia müddətinin axımı kəsilir, mediasiya prosesi zamanı isə iddia müddətinin axımı dayandırılır. Mülki Prosessual Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Lakin Bərdə Rayon Məhkəməsi məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul zamanı yoxlamamış iddia ərizəsi icraata qəbu l edilmişdir. Yalnız bir neçə məhkəmə prosesi keçirildikdən sonra iddiaçıya məhkəmə aidiyyatının düzgün seçilmədiyi bildirilmiş və iddia ərizəsini geri götürərək Səbail Rayon Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı iradə ifadəsini vaxtında bildirmiş, 1 aylıq iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. İddianın geri qaytarılması, mediasiya prosesinin müddəti, daha sonra məhkəmə aidiyyətinin düzgün müəyyən edilməməsi səbəbindən iddia ərizəsinin geri götürülməsi ilə bağlı 1 aylıq iddia müddətinin ötürülməsi obyektiv hallarla bağlı səbəblərdən meydana çıxmışdır və yuxarıda qeyd olunanlar üzrlü səbəb kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Əmək Məcəlləsi Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər ha nsı formada ziyan dəymiş olsun. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72 (a). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məh kəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.

36. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmamasını müəyyən etməklə yanaşı, iddianı həm də iddia müddətinin keçməsi əsası ilə təmin etməmişlər.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətinin tətbiq i barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.

38. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, iddia müddətinin ötürülməməsinə aid olan bu dəlillər yeni olmaqla, işin faktiki hallarının araşdırılmasına yönəlib. İşə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyən, xüsusilə də, işin faktiki hallarının aydınlaşdırılmasına yönələn dəlillərin kassasiya instansiyasında irəli sürülməsinə yol verilmir və belə dəlillərə kassasiya instansiyası məhkəməsi MPM-in 416.1ci maddəsinə görə qiymət verə bilməz.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-789/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar