Məhkəmə qərarları › İş №2(102)-1805/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1805/2025

17.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1805/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Sumqayıt şəhəri 3 saylı Notariat ofisi, Sumqayıt şəhəri 1 saylı Notariat ofisi, X16, X11 və Quliyeva Rafiq qızı üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhad ətnamələrin ləğv edilməsi, miras əmlak paylarının müəyyən edilməsi “tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-112/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayətlərinə 17 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və cavadehlər Cavabdeh1 ilə Cavabdeh2 X10 və X1 övladlarıdır.

2. X18 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir.

3. Miras əmlak Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçid-11 ünvanda yerləşən, ümumi sahəsi 83,1 kv olan yaşayış evi və həmin evin yerləşdiyi 0,0646 ha torpaq sahəsindən ibarətdir. 4. 24 dekabr 2012-ci i l tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat edən X10 vərəsələri, Cavabdeh2 və Cavabdeh1 və X1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə 1/3 hissədə payı müəyyən olunmuşdur.

5. X5 17 mart 2022-ci il tarixdə ölmüşdür.

6. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış ev xx.xx.2022-ci il tarixdə X10 mülkiyyətində olmuşdur.

7. Cavadehlər Cavabdeh1 ilə Cavabdeh2 X10 vərəsəsi kimi Sumqayıt şəhər 3 saylı Notariat ofisinə müraciət edərək müvafiq olaraq 20 sentyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr alaraq miras əmlakda ½ pay almışlar. Cavadehlər vərəsəlik hüququ haqqında şəhadətnamələr alarkə n xx.xx.2022-ci il tarixli, **********454 saylı və xx.xx.2022-ci il tarixli, **********033 saylı ərizələr yazaraq onlardan başqa digər vərəsələrin olmadığını qeyd etmişlər.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6282/2024 nömrəli qətnaməsi ilə iddiaçı X6 cavabdeh Sumqayıt 1 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X6 xx.xx.2023-cü il də ölmüş X7 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla buraxılmış müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilməsi qət edilmişdir.

9. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixindən Cavabdeh2 və Cavabdeh1 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən V521/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş 20 sentyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlakda paylarının ¼ hissədə müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların X4 14 sentyabr 1998-ci ildə ölmüşdür. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə, yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportu na əsasən mərhumun sahiblik və istifadə hüququ olmuşdur. X18 qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüququnu müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməmişdir. O, ölənədək mərhuma mülkiyət hüququ ilə məxsus olmadığından iddiaçılar əmlakın özgəninkiləşdirməsinin və ya bölünməsinin mümkünlüyünə inanmamışlar. Lakin 2024-cü ilin fevral ayının sonlarında məlum olmuşdur ki, Cavabdeh1 atadan miras qalmış qeyd olunan fərdi yaşayış evini alqı-satqı yolu ilə özgəninkiləşdirmək istəyir. Ona görə də həmin fərdi yaşayış evində yaşayan X8 müraciət edərək fərdi yaşayış evinə mülkiyət hüququnun əldə edilməsi dair sənədləri almışdır. Sumqayıt şəhər 3 saylı notariat ofisində qeydə alınmış V-521/2012 saylı vərəsəlik işindən məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 atalarının vərəsələri olması, o na məxsus olmuş Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evindən 1/2 pay almaları müəyyən olunmuşdur. V-521/2012 saylı vərəsəlik işində 2V-310 reyestrdə qeydə alınmış 20 sentyabr 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə əlavə olaraq qeydiyyat aparılmışdır ki, “həmin əmlakın digər ½ hissəsi mirasın qəbulu üçün açıq saxlanılmışdır.” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan məlum olur ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi X8 torpaq sahəsinin 0,0323 ha hissəsi, fərdi yaşayış evinin ümumi sahəsinin 42 kv metr hissəsinə, Cavabdeh1 torpaq sahəsinin 0,0323 ha hissəsi, fərdi yaşayış evinin ümumi sahəsinin 41,1 kv metr hissəsinə payları müəyyən edilməklə onların mülkiyyətinə verilmişdir. Miras əmlak mövcud olmadığından tərəflərindən miras əmlakın qəbul edilməsi barədə müraciətlərinin olması mümkün deyil idi. Ona görə də mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçılar tərəfindən başqasının xeyrinə miras əmlakdan, eləcə də miras əmlakın qəbulundan imtina edilməmişdir. Miras əmlaka mülkiyyət hüququ əldə etmiş birinci növbədə vərəsələrlə bərabər hüquqlu vərəsələrdir. Notariat orqanı tərəfindən vərəsələrin axtarılması üçün heç bir tədbir görülməmişdir. Cavabdeh2 mirasın vərəsələr arasında bərabər paylarla bölünməsinə razıdır. Lakin miras əmlakın yarısına qanunsuz yolla mülkiyyət hüququ əld ə etmiş digər Cavabdeh1 mirası qəbul etməyən vərəsələrin vərəsəlik şəhadətnaməsində qeyd olunmasına razılıq vermir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə dair mərhum X10 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 5 sentyabr 2022-ci il tarixində qeydə alınmışdır. Onların qardaşı X19 29 sentyabr 2023-cü ildə dünyasını dəyişmişdir.

12. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 onun bacısıdır, Cavabdeh1 isə qardaşıdır. 2024-cü ilin fevral ayında Fəzilə ona demişdir ki, Vahab onu notariusa aparıb atalarından qalan evi sənədləşdirmişdir. Ona məlum olmuşdur ki, anaları 2022-ci ilin mart ayının 17-si vəfat etdiyi vaxtdan Vahab atalarının əmlakına çıxarış alıb və onların heç birinin də xəbəri olmamışdır. Ondan sonra Vahab bacısı Fəziləyə notariusa getməli olduğunu və qol çəkməli olduğunu bildirmişdir. O, Fəzilə ilə notariusa gedib Fəzilənin nəyə qol çəkməli olduğu barədə məlumat almaq istəmişdir. Orada onlara bildirilmişdir ki, qol çəkin sonra sənədlə tanış olarsınız. Fəzilə də həmin sənədə mirasın təkcə ikisinin, yəni Vahab və Fəzilənin arasında bölünməsinə qarşı çıxaraq qol çəkməmişdir. Notariusdan onlara vərəsəliyi artıq qəbul etdikdlərini bildirmişlər. Bildiyi qədər əmanət bankında olan pullardan Fəzilə və Vahab qol çəkərək analarının xeyrinə imtina etmişdir. 2024-cü ilin fevral ayında bu məsələ ilə bağlı məlumatlı olandan sonra da məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Onlar, yəni Nazilə, Fəzilə və Əminə atalarından qalan evdə yaşayırlar, Əminə hazırda müvəqqəti olaraq xaricə getmişdir.

13. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək iddianın təmin edilməsini xahiş etmiş və göstərmişdir ki, Vahab onu notariusa aparıb sənədlərə qol çəkdirmək istəsə də o, Vahabla getməmişdir. Hesab edir ki, atalarından qalan əmlak bütün övladlar arasında bölünməlidir. Ataları sağ olanda da, öləndən sonra da bacıları həmin evdə gəlib yaşayıblar.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək, İddiaçı2 verdiyi izahatında onların gəlin köçüb gedəndən sonra yenidən gəlib həmin ünvanda yaşamaları barədə fikirləri ağlabatan olmadığını və onların miras evdə yaşamaqları ilə bağlı iş materiallarında da mötəbər sübut olmadığını və ya şahid dəvət etmədiklərini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, vərəsələr vaxtında müraciət etsəydilər, mirasdan 1/4 pay alardılar. İddiaçılar mirasın qəbulu üçün müraciət etməyiblər və müddəti ötürüblər. İddiaçıların mirasın qəbulu müddətini ötürmələri məhkəmə qaydasında üzrlü hesab olunub bərpa olunmadığı halda bu iddianı vermələrinin heç bir əsası yoxdur. 1998-ci ildə vərəsəlik açılıb, 2012-ci ildə vərəsəlik işi açılıb və 2022-ci ilə qədər heç bir vərəsə gedib şəhadətnamə almır, 2024-cü ildə iddiaçılar məhkəməyə müraciət edir. Nəinki mirasın qəbulu müddəti, həm də ümumi iddia müddəti keçib.

15. Cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçılar mübahisənin məhkəmədən kənar qaydada həlli qaydasına riayət etməmişlər. Onlar notariusun hansı səbəbdən imtina verməsini bilmirlər. Cavabdehlər siyahısına notarius əlavə edilməmişdir. Notarius bu iş üzrə cavabdeh kimi qoyulmayıb və bu vaxta qədər də notariusun cavabdeh kimi əlavə olunması haqda ərizə verilməyib. Hər bir halda, notarius cavabdeh kimi göstərilməli idi. Əvvəlcə notarius iddiaçılara imtina məktubu verməli, həmin məktubda imtinanın səbəbləri göstərilməli, bundan sonra iddiaçılar bu məsələni mübahisələndirilməliydilər.

16. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin ötürüldüyünü qeyd edərək, iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

17. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3649/2024 nömrəli iş üzrə 2 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilərək, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notarius u X3 tərəfindən V-521/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş 20 sentyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdelər vərəsəlik hüququ haqqında şəhadətnamələr alarkən digər vərəslərin olduğunu bildikləri halda, bunu gizlətmiş və onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borclu olduqları halda, bunu etməmişlər. Bununla yanaşı, notariat orqanı vərəsələrin axtarılması üçün tədbirlər görməli olduğu halda bunu etməmişdir. İddiaçıların vərəsəlik hüququ pozulmuşdur.

19. İddia müddətinin tətbiq edilməsinə dair cavabdehin nüm ayəndəsinin ərizəsinə münasibətdə məhkəmə qeyd emişdir ki, Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 384-cü maddəsinə əsasən hazırkı tələbə iddia müddəti şamil edilmir.

20. Məhkəmə iddia tələbinin miras əmlakda paylarının ¼ hissədə paylarla müəyyən edilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi məhkəmənin səlahiyyətinə aid deyil, buna görə iddia tələbi həmin hissədə təmin edilə bilməz.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384, 1133, 1134, 1145, 1146, 1147, 1151, 1159, 1243, 1255, 1269, 1274, 1300, 1317, 1318, 1321, 1322, 1323 və 1325-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17 və 59-cu, Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3,14.1, 14.2, 77.1, 82, 106.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Qətnamədən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavadehlərin vərəsəlik hüququ haqqında şəhadətnamələr alarkən xx.xx.2022-ci il tarixli, **********454 saylı və xx.xx.2022-ci il tarixli, **********033 saylı ərizələr yazaraq onlardan başqa digər vərəsələrin olmadığını qeyd etmələrinə münasibətdə nəzərə almaq lazımdır ki, burada söhbət mirası faktiki və hüquqi q əbul etmiş vərəsələrdən gedir. İş materiallarından da göründüyü kimi, iddiaçılar mirası hüquqi yolla qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişlər. Onların mirası faktiki qəbul etmələrinə dair hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə heç bir sübuta istinad etmədən bu qənaətə gəlmişdir ki, miras əmlaka dair vərəsəlik şəhadətnamələri verilənədək həmin əmlakın bir hissəsi faktiki olaraq Cavabdeh1, digər hissəsi isə İddiaçı1, İddiaçı2 və Cavabdeh2r istifadəsində olmuşdur və hal-hazırda da istifadələrindədir. Halbuki işin bu halı iş materialları ilə təsdiq olunmur və iddiaçılar bu barədə hər hansı bir sübut təqdim etməmişlər. Məhkəmə iclasında iddiaçılara verilən sualların cavabından da aydın olur ki, onlar mirası faktiki qəbul etməmişlər. Eyni zamanda qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv olunması tələbi iddia müddəti şamil edilməyən tələblər kateqoriyasına aid deyildir.

24. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X22, X17 və X11 mübahisə olunan miras əmlakda onların da paylarının müəyyən olunmasını xahiş etmişdilər.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-112/25 nömrəli iş üzrə 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Almaz Süleymanova ) birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamənin qəbul olunmuş, iddia tələbi rədd edilmişdir.

26. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X18 14 sentyabr 1998-ci il tarixdə vəfat etdiyindən, hazırkı mübahisəyə Mülki Məcəllənin həmin vaxt qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Qərarda həmçinin qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, m ülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə ki, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır.

27. Mirasın qəbulu e lə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçir ir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Lakin işin hallarından görünür ki, iddiaçılar, o cümlədən xx.xx.2023-cü il tarixdə vəfat etmiş digər vərəsə X19 Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduqlarını mərhum X18 vəfat etdiyi 14 sentyabr 1998-ci il tarixdən başlayaraq bəyan etməmiş, notariat kontoruna müraciət etməmişlər. Bundan başqa, adı çəkilən vərəsələrin mirası faktiki qəbul etmələri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

28. Məhkəmə hesab etmişdir ki, iddiaçılar İddi açı1 və İddiaçı2, o cümlədən xx.xx.2023-cü il tarixdə vəfat etmiş digər vərəsə X19 miras açıldığı vaxtdan sonra yuxarıda göstərilən müddət daxilində, yəni 6 ay ərzində notariat orqanına ərizə vermədiklərindən, miras qoyan Vəli Hüseynovun mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətlərinin olduğunu bildirmədiklərindən, həmçinin mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay kəsici müddət ötürüldüyündən, birinci instansiya məhkəməsi iddianı təmin etməklə səhvə yol vermişdir. 29. xx.xx.2023-cü il tarixdə vəfat etmiş digər vərəsə mərhum X19 mübahisəli mirası qəbul etmədiyindən, onun vərəsələri - hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X12, X17, X11 və X9 da miras əmlakda payları müəyyən edilə bilməz.

30. Məhkəmə iş üzrə digər cavabdehin et irafını qəbul etməyərək qeyd etmişdir ki, MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

31. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mövcud tələbin təmin edilməməsi mirasdan pay almış vərəsələr tərəfindən öz paylarının və ya bir hissəsinin digər vərəsəyə könüllü olaraq bağışlanması üçün maneə deyildir.

32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1146, 1151, 1159, 1243, 1255, 1274, 1291, 1246, 1 248 və 1321-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mirasın vərəsələr tərəfin dən qəbul edilməsinə münasibət bildirərkən Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edildiyini qeyd etmişdir. Həmin Qərarın 48-ci bəndində qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olu nması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Hüquqi mövqe səhv tətbiq olunmuşdur.

35. İddiaçı2 qeyd edir ki, atası dünyasını dəyişməmişdən əvvəl və sonra o, ailəsilə həmin ünvanda yaşamışdır. Eyni zamanda, bacısı İddiaçı1 da həmin müddətdə göstərilən ünvanda yaşamışdır. Onlar evdə faktiki yaşayış və istifadə hüququnu həyata keçirmişdir ki, bu da Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən mirasın faktiki qəbuludur. Onlar qeyd olunan daşınmaz əmlakdan nəinki istifadə etmişdir, gələcək əmlakları kimi onu idarə etmişdir. Apellyasiya məhkəməsində qarşı tərəfin təşəbbüsü ilə 3cü şəxs qismində cəlb edilmiş X13, X17, X11 izahatlarında iddiaçıların mirasqoyan ölməmişdən əvvəl və sonra qeyd olunan fərdi yaşayış evndə yaşadıqlarını təsdiq etmişlər. Cavabdeh2 məhkəmə iclasında çıxış edərək iddianı etiraf etmişdir. Lakin məhkəmə tərəfindən MPM 191-ci maddəsində nəzərdə tutulmuş qaydada əsaslandırılmış qərardad qəbul edilməmişdir, həmin prosessual normalar pozulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdr ki, cavabdehin etirafı qəbul edilərsə digər cavabdehin hüququ pozulur. Halbuki Cavabdeh2 iddianı etiraf etməsi ilə miras əmlakdakı payı azalır. Hazırkı iş üzrə iddiaçılar da cavabdehlərlə eyni növbəli vərəsələrdir. Bu halda iddianın etiraf edilməsinə görə hüququn pozulması barədə məhkəmənin gəldiyi nəticə absurddur. Məhkəmə sübutları düzgün təhlil etməmiş və bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh2 digər cavabdeh X20 ilə notariusa gedərkən onun əvvəlcə “bankdakı pul vəsaitini götürmək üçün gedirik” təkrarən gedərkən isə “evin sənədlərini qaydaya salmaq üçün gedirik” deyərək aldatdığını yalnız 2024-cü ilin əvvəlində, notarius işini vəkil vasitəsilə əldə etdikdən sonra mübahisəli miras əmlakının yarısının mülkiyyət hüququ ilə ona məxsus olduğunu öyrəndiyini bildirmişdir. xx.xx.2012-ci il tarixli X5 tərəfindən verilmiş ərizədən görünür ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt 2 saylı dövlət notariat konturuna müraciət etmiş, həmçinin özündən başqa vərəsələr qismində Cavabdeh1 və Cavabdeh2 qeyd etmişdir. xx.xx.2012-ci il tarixli Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt 2 saylı dövlət notariat konturuna müraciət etmiş, həmçinin özündən başqa vərəsələr qismində Cavabde h1 və X2 qeyd etmişdir. xx.xx.2012-ci il tarixli Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Sumqayı 2 saylı dövlət notariat konturuna müraciət etmiş, həmçinin özündən başqa vərəsələr qismində X5 və Cavabdeh2 qeyd etmişdir. xx.xx.2022-ci il tarixli, **********033 saylı ərizədən görünür ki, Cavabdeh2 mirası qəbul etmiş, lakin özündən başqa vərəsələr hissəsində digər vərəsələri qeyd etməmişdir. xx.xx.2022-ci il tarixli, **********454 saylı ərizədən görünür ki, Cavabdeh1 mirası qəbul etmiş, lakin özündən başqa vərəsələr hissəsində digər vərəsələri qeyd etməmişdir. Məhkəmə qətnaməsində nəticələr faktiki sübutlardan çox, subyektiv qənaətlərə və ümumi fərziyyələrə əsaslanmışdır. Apellyasiya məhkəməsi yalnız cavabdehin təqdim etdiy i şikayətin arqumentləri əsasında qərar vermiş, birinci instansiya məhkəməsinin sübutlara verdiyi hüquqi qiymətləndirməni yetərincə təhlil etməmişdir.

36. İddiaçı2 qeyd etmişdir ki, X4 14 sentyabr 1998-ci ildə vəfat etmişdir. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə, yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportuna əsasən mərhumun sahiblik və istifadə hüququ olmuşdur. X4 qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüququnu müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməmişdir. Lakin 2024-cü ilin fevral ayının sonlarında ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 atasından miras qalmış qeyd olunan fərdi yaşayış evini alqı-satqı yolu ilə özgəninkiləşdirmək istəyir. Buna görə də həmin fər di yaşayış evində yaşayan bacısı X8 müraciət edərək fərdi yaşayış evinə mülkiyyət hüququnun əldə edilməsi dair sənədləri almışdır. Bacısı Cavabdeh2 Sumqayıt Regional Vəkil Bürosunda vəkillə müqavilə bağlayaraq 2023-cü ilin sonunda həmin vərəsəlik işini əldə etmişdir. Sumqayıt şəhər 3 saylı notariat ofisində qeydə alınmış V-521/2012 saylı vərəsəlik işindən məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 mərhum atamın vərəsələri olması, ona məxsus olmuş Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evindən – miras əmlakdan 1/2 pay almalıdırlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxst ərəfindən daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmış çı xarışdan məlum olur ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi X8 torpaq sahəsinin 0,0323 ha hissəsi, fərdi yaşayış evinin ümumi sahəsinin 42 kv metr hissəsinə, Cavabdeh1 torpaq sahəsinin 0,0323 ha hissəsi, fərdi yaşayış evinin ümumi sahəsinin 41,1 kv metr hissəsinə payları müəyyən edilməklə onların mülkiyyətinə verilmişdir. Onlar başqasının xeyrinə miras əmlakdan imtina edilməmişdir, eləcə də miras əmlakın qəbulundan imtina etməmişdir. Miras əmlaka mülkiyyət hüququ əldə etmiş birinci növbədə vərəsələrlə bərabər hüquqlu vərəsədirlr. Notariat orqanı tərəfindən vərəsələrin axtarılması üçün heç bir tədbir görülməmişdir. Cavabdeh2 mirasın vərəsələr arasında bərabər paylarla bölünməsinə razıdır. Lakin miras əmlakın yarısına qanunsuz yoll a mülkiyyət hüququ əldə etmiş digər Cavabdeh1 mirası qəbul etməyən vərəsələrin vərəsəlik şəhadətnaməsində qeyd olunmasına razılıq vermir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə dair mərhum X14 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 5 sentyabr 2022-ci ildə qeydə alınmışdır. Apellyasiya məhkəməsi iddiaçıların mirası faktiki qəbul edib-etmədiyini araşdırarkən yalnız yazılı sübutların olmamasını əsas tutmuş, lakin evdə birgə yaşayış, əmlakdan istifadə, bacısının etirafları kimi halları araşdırmamış və qiymətləndirməmişdir. Cavabdeh2 digər cavabdeh X20 ilə notariusa gedərkən onun əvvəlcə “bankdakı pul vəsaitini götürmək üçün gedirik” təkrarən g edərkən isə “evin sənədlərini qaydaya salmaq üçün gedirik” deyərək aldatdığını yalnız 2024-cü ilin əvvəlində, notarius işini vəkil vasitəsilə əladə etdikdən sonra mübahisəli miras əmlakının yarısının mülkiyyət hüququ ilə ona məxsus olduğunu öyrəndiyini bildirmişdir.

37. Üçüncü şəxs X12 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti üçüncü şəxs tərəfindən onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, X18 14 sentyabr 1998-ci il tarixdə vəfat etdiyindən, hazırkı mübahisəyə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalət lilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idar ə etməklə həyata keçirilir. Yəni məhkəmə müddətə əsaslanaraq iddiaları təmin etməmiş, apellyasiya şikayətini təmin etmiş, məlumatsız olduğu şəhadətnamnələri qüvvədə saxlamışdır. Həsənsoy Zeynəb tərəfindən məlumat verilmişdir ki, o, Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpasını istəmiş və məhkəmə müddətin ötürülməsini üzürlü hesab edərək müddəti bərpa etmişdir. Bu qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan təqdirdə, apellyasiya instansiyası miras qalmış əmlakın qəbuluna dair müddətin ötməsinə əsaslana bilməzdi. Bu səbəbdən qətnamə ləğv edilməlidir. b)

39. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikasının Konstitusiyası

40. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

41. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

43. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);

2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlar ına və onların övladlarına bərabər tutulurlar;

3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

44. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

45. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

46. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

47. Maddə 127

4. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür

48. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

49. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

50. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

51. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərə səlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

52. Maddə

57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı 53. “...Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.” “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarı 54. “...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığ ı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

56. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı

57. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikasınıpn Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar və üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

70. İddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayətilərnin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblə rinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq iddiaçılar, o cümlədən xx.xx.2023-cü il tarixdə vəfat etmiş digər vərəsə X19 mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduqlarını miras qoyan vəfat etdiyi 14 sentyabr 1998-ci il tarixdən başlayaraq bəyan etməmiş və notariat kontoruna müraciət etməmişlər. Bundan başqa, adı çəkilən vərəsələrin mirası faktiki qəbul etmələri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin iş üzrə digər Cavabdeh2 iddianı etiraif etməsini qəbul etməməkdə, həmin etirafın digər şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması əsası ilə qanu na zidd olmasına dair qiymət verməkdə də haqlı olmuşqdur.

71. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

72. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərin in dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxs X12 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (105)-112/2025 nömrəli iş üzrə 30 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar