Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1806/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1806/2023 (Açar sözlər: əmlaka istifadə və sahiblik hüququnun tanınması, əmlaka köçürmə, subyektiv hüquq) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmlaka istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayış sahəsinə və mənzilə köçürmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 2(103)4475/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) və Cavabdeh Mənzil Tikinti Kooperativi (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətlərinə 15 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə alıcı İddiaçı arasında bağlanmış 15 avqust 2008-ci il tarixli “qeyri-yaşayış sahəsi haqqında” müqavilənin şərtlərinə əsasən, “Satıcı” adlanan Cavabdeh MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında inşa edilən yaşayış binasının 2 mərtəbəsində 300 kv.m. qaraj sahəsini “Alıcı” adlanan Asif Pirəliyevə təhvil verməyi, “Alıcı” isə həmin sahəni qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş qaraj sahəsi nin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qaraj sahəsinin dəyəri 300.000 manat təşkil edir.
2. Cavabdeh MTK-nin sədri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında inşa olunan yaşayış binasındaki qaraj üçün 300.000 manat məbləğində pul almışdır.
3. Həmçinin, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 31 iyul 2008-ci il tarixli 39 ədəd müqavilənin şərtlərinə əsasən, “Kooperativ” adlanan Cavabdeh MTK Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 39 ədəd - 4-cü mərtəbədə 4 ədəd, 5-ci mərtəbədə 1 ədəd, 6-cı mərtəbədə 4 ədəd, 7-ci mərtəbədə 3 ədəd, 8-ci mərtəbə 3 ədəd, 9-cu mərtəbə 3 ədəd, 10-cu mərtəbə 4 ədəd, 11-ci mərtəbə 3 ədəd, 12-ci mərtəbə 3 ədəd, 13-cü mərtəbə 3 ədəd, 14-cü mərtəbə 3 ədəd, 15-ci mərtəbə 2 ədəd və 16-cı mərtəbə 3 ədəd mənzili, yaşayış sahələrinin tam dəyərini müqavilələrdə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra, “Payçı” adlanan "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. 31 iyul 2008-ci il tarixdə hər bir müqavilə üzrə verilmiş 39 ədəd Maliyyə arayışlarına əsasən mənzillərin dəyəri “Payçı” adlanan "xxxx" MMC tərəfindən ödənilmişdir.
4. Həmin müqavilələrin giriş hissəsində İddiaçı “Payçı” qismində qeyd edilsə də, müqavilənin rekvizitləri hissəsində payçı qismində "xxxx" MMC qeyd edilmiş və Asif Pirəliyev müqavilələri MMC-nin direktoru kimi imzalamış və cəmiyyətin möhürü ilə təsdiq etm işdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmlaka istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayış sahəsinə və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı 15 avqust 2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 300.000 manat ödədiyi və tikilərək təhvil verilməli olan Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının A1 girişinin 2 mərtəbəsində, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinə istifadə və sahiblik hüququnun tanınması, eyni zamanda həmin mənzilin sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi, mübahisəli qeyri-yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Daha sonra isə İddiaçı iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı 15 avqust 2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 300.000 manat ödədiyi və tikilərək təhvil verilməli olan Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının A1 girişinin 2 mərtəbədə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinə istifadə və sahiblik hüququnun tanınması, eyni zamanda həmin mənzilin sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi, mübahisəli qeyriyaşayış sahəsinə köçürülməsi, Cavabdeh MTK ilə bağaladığı 31 iyul 2008-ci il tarixli çoxmərtəbəli yaşayış sahəsi h aqqında müqavilələrə əsasən tam dəyərini ödədiyi və tikilərək təhvil verilməli Xətai ray, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən çoxmənzili yaşayış binasında 39 ədəd mənzilə dair istifadə və sahiblik hüququnun tanınması, həmin mənzillərin onun sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi, mübahisəli yaşayış sahələrinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK ilə 15 avqust 2008-ci il tarixdə qeyri-yaşayış sahəsi haqqında müqavilə bağlayaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanına dair pay haqqını tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. Göstərilən kooperativ binasının 2-ci mərtəbəsində 300 (üç yüz) kv.m. qaraj sahəsinin tikintisi haqqınd a müqavilənin 7-ci bəndinin şərtlərini tam icra edərək almışdır. 15 avqust 2008-ci il tarixdə Cavabdeh MTK tərəfindən verilmiş “Maliyyə arayışı”na əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında verləşən yaşayış binasının A1 girişi ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsindən ibarətdir. Eyni zamanda qeyri-yaşayış sahənin ümumi dəyəri 300.000 (üç yüz. min) manat göstərilir. Daha sonra isə, əlavə edilən sənədlərdən də göründüyü kimi Cavabdeh MTK-nın 15 avqust 2008-ci il tarixli maliyyə arayışına əsasən qeyd olunur ki, müqaviləyə əsasən 300.000 manat tərəfindən ödənilmişdir. Yəni aralarında bağlanmış müqavilə şərtləri onun hissəsində yerinə yetirilmiş, ödəniş tam şəkildə aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, faktiki olaraq ona məxsus olan qaraj sahəsindən istifadə edə bilmir. Belə ki, mübahisəli qaraj sahəsinin istifadəsinə maneçelik yaradılaraq, ora daxil ola bilmir. Bu səbəbdən də onun mülkiyyət hüquqları kobud şəkildə pozulur.
8. Həmçinin iddia həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK ilə yaşayış sahəsi haqqında müqavilə bağlayaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən yüksək mərtəbəli binaya dair pay haqqını tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. Qeyd edilən ünvanda yerləşən kooperativ binada 31 iyul 2008-ci il tarixli, 001 nömrəli müqaviləyə əsasən A1 girişinin 4-cü mərtəbəsində 1 (bir) saylı mənzil ümumi sahəsi 136,1 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 002 nömrəli müqaviləyə əsasən. A1 girişinin 4-cü mərtəbəsində 2 (iki) saylı mənzil ümumi sahəsi 12 2 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 003 nömrəli müqaviləyə əsasən, A1 girişinin 4-cü mərtəbəsində 3 (üç) saylı mənzil ümumi sahəsi 82,7 olan 2 (iki) otaqlı; xx.xx.2008-ci il tarixli, 004 nömrəli müqaviləyə əsasən, A1 girişinin 4-cü mərtəbəsində 4 (dörd) saylı mənzil ümumi sahəsi 124,7 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 005 nömrəli müqaviləyə əsasən, A1 girişinin 5-ci mərtəbəsində 7 (yeddi) saylı mənzil ümumi sahəsi 122 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008ci il tarixli, 006 nömrəli müqaviləyə əsasən A1 girişinin 6-cı mərtəbəsində 12 (on iki) saylı mənzil ümumi sahəsi 122 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 007 nömrəli müqaviləyə əsasən, A1 girişinin 6-cı mərtəbəsində 13 (on üç) saylı mənzil ümumi sahəsi 82,7 kv.m. olan 2 (iki) otaqlı; xx.xx.2008-ci il tarixli, 008 nömrəli müqaviləyə əsasən A1 girişini 6-cı mərtəbəsində 14 (on dörd) saylı mənzil ümumi sahəsi 124,7 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 009 nömrəli müqaviləyə əsasən, A1 girişinin 6-cı mərtəbəsində 15 (on beş) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 010 nömrəli müqaviləyə əsasən, A1 girişinin 7-ci mərtəbəsində 16 (on altı) saylı mənzil ümumi sahəsi 136,1 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 011 nömrəli müqaviləyə əsasən, A1 girişinin 7-ci mərtəbəsində 17 (on yeddi) saylı mənzil ümumi sahəsi 122 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 012 nömrəli müqaviləyə əsasən, A1 girişinin 7-ci mərtəbəsində 20 (iyirmi) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci i l tarixli, 013 nömrəli müqaviləyə əsasən, A1 girişinin 8-ci mərtəbəsində 22 (iyirmi iki) saylı mənzil ümumi sahəsi 122 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 014 nömrəli müqaviləyə əsasən, A1 girişinin 8-ci mərtəbəsində 23 (iyirmi üç) saylı mənzil ümumi sahəsi 82,7 kv.m. olan 2 (iki) otaqlı; xx.xx.2008-ci il tarixli, 015 nömrəli müqaviləyə əsasən, A1 girişinin 8-ci mərtəbəsində 25 (iyirmi beş) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 016 nömrəli müqaviləyə əsasən. A1 girişinin 9-cu mərtəbəsində 27 (iyirmi yeddi) saylı mənzil ümumi sahəsi 122 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 017 nömrəli müqaviləyə əsasən, A1 girişinin 9-cu mərtəbəsində 29 (iyirmi doqquz) saylı mənzil ümumi sahəsi 124,7 kv.m. olan 3 (üç) otaqlı; xx. xx.2008-ci il tarixli, 018 nömrəli müqaviləyə əsasən, A1 girişinin 9-cu mərtəbəsində 30 (otuz) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 019 nömrəli müqaviləyə əsasən, A1 girişinin 10-cu mərtəbəsində 31 (otuz bir) saylı mənzil ümumi sahəsi 136,1 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 020 nömrəli müqaviləyə əsasən, A1 girişinin 10-cu mərtəbəsində 32 (otuz, iki) saylı mənzil ümumi sahəsi 122 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 021 nömrəli müqaviləyə əsasən, A1 girişinin 10-cu mərtəbəsində 33 (otuz üç) saylı mənzil ümumi sahəsi 82,7 kv.m. olan 2 (iki) otaqlı; xx.xx.2008-ci il tarixli, 022 nömrəli müqaviləyə əsasən, A1 girişinin 10-cu mərtəbəsində 35 (otuz beş) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 023 nömrəli müqaviləyə əsasən. A1 girişinin 11-ci mərtəbəsində 36 (otuz altı) saylı mənzil ümumi sahəsi 136,1 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 024 nömrəli müqaviləyə əsasən, A1 girişinin 11-ci mərtəbəsində 37 (otuz yeddi) saylı mənzil ümumi sahəsi 122 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 025 nömrəli müqaviləyə əsasən, A1 girişinin 11-ci mərtəbəsində 40 (qırx) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 026 nömrəli müqaviləyə əsasən, A1 girişinin 12-ci mərtəbəsində 41 (qırx bir) saylı mənzil ümumi sahəsi 136,1 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 027 nömrəli müqaviləyə əsasən. A1 girişinin 12-ci mərtəbəsində 43 (qırx üç) saylı mənzil ümumi sahəsi 82,7 kv.m. olan 2 (iki) otaqlı; xx.x x.2008-ci il tarixli, 028 nömrəli müqaviləyə əsasən, A1 girişinin 12-ci mərtəbəsində 45 (qırx beş) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 029 nömrəli müqaviləyə əsasən, A1 girişinin 13-cü mərtəbəsində 46 (qırx altı) saylı mənzil ümumi sahəsi 136,1 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 030 nömrəli müqaviləyə əsasən, A1 girişinin 13-ci mərtəbəsində 48 (qırx səkkiz) saylı mənzil ümumi sahəsi 82,7 kv.m. olan 2 (iki) otaqlı; xx.xx.2008-ci il tarixli, 031 nömrəli müqaviləyə əsasən, A1 girişinin 13-cü mərtəbəsində 50 (əlli) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 032 nömrəli müqaviləyə əsasən, A1 girişinin 14-cü mərtəbəsində 51 (əlli bir) saylı mənzil ümumi sahəsi 136,1 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 033 nömrəli müqaviləyə əsasən, A1 girişinin 14-cü mərtəbəsində 54 (əlli dörd) saylı mənzil ümumi sahəsi 124,7 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 034 nömrəli müqaviləyə əsasən, A1 girişinin 14-cü mərtəbəsində 55 (əlli beş) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 035 nömrəli müqaviləyə əsasən, A1 girişinin 15-ci mərtəbəsində 59 (əlli doqquz) saylı mənzil ümumi sahəsi 124,7 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 036 nömrəli müqaviləyə əsasən, A1 girişinin 15-ci mərtəbəsində 60 (altmış) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 037 nömrəli müqaviləyə əsasən, A1 girişinin 16-cı mərtəbəsində 63 (altmış üç) saylı mənzil ümumi sahəsi 82,7 kv.m. olan 2 (iki) otaqlı; xx.xx.2008-ci il tarixli, 038 nömrəli müqaviləyə əsasən, A1 girişinin 16-cı mərtəbəsində 64 (altmış dörd) saylı mənzil ümumi sahəsi 124,7 kv.m. olan 3 (üç) otaqlı; xx.xx.2008-ci il tarixli, 039 nömrəli müqaviləyə əsasən, A1 girişinin 16-cı mərtəbəsində 65 (altmış beş) saylı mənzil ümumi sahəsi 123,4 kv.m. olan 3 (üç) otaqlı yaşayış sahəsinin tikintisi haqqında müqavilənin 2.2-ci maddəsinin “a” bəndinin şərtlərini tam icra edərək almışdır. Müqavilədə qeyd olunan öhdəliklərin tərəfindən tam şəkildə icra edilməsi barədə 31 iyul 2008-ci il tarixdə Cavabdeh MTK tərəfindən verilmiş “Maliyyə arayış”lari ilə öz təsdiqini tapır. Sözü gedən müqavilələrə əsasən, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən çoxmərtəbəli binanın 1 kv.m. 1.200 (bir min iki yüz) manat məbləğində təşkil ed ir. Buna görə də, Cavabdeh MTK-nın tərəfindən verilmiş müqavilənin şərtlərinə əsasən həmin binada mənzilin 1 kv.m. 1.200 (bir min iki yüz) manat dəyərində olmaqla, 82,7 (səksən iki tam onda yeddi) kv.m. görə 99.240 manat, 13 ədəd mənzilə görə 1.290,012 manat, 122 (yüz iyirmi iki) kv.m. görə 146.400 manat, 13 ədəd mənzilə görə 1.903.200 manat, 123,4 (yüz iyirmi üç tam onda dörd) kv.m. görə 148.080 manat, 13 ədəd mənzilə görə 1.925.040 manat, 124,7 (yüz iyirmi dörd tam onda yeddi) kv.m. görə 149.640 manat, 13 ədəd mənzilə görə 1.945.320 manat, 136,1 (yüz otuz altı tam onda bir) kv.m. görə 163.320 manat, 13 ədəd mənzilə görə 2.123.160 manatın tərəfimdən tam ödənildiyi 31 iyul 2008-ci il tarixli maliyyə arayışlarında öz əksini tapmışdır. Yəni aralarında bağlanmış müqavilə şərtləri tərəfindən yerinə yetilimiş, ödəniş tam şəkildə həyata keçirilmişdir. Lakin bütün bunlara baxmayaraq, faktiki olaraq ona məxsus olan mənzillərdən istifadə edə bilmir. Belə ki, mübahisəli yaşayış sahəsinin istifadəsinə manəçelik yaradıldığı üçün ora daxil ola bilmir. Bu səbəbdən də onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də, hazırda qeyri-yaşayış sahəsi ilə bərabər qeyd etdiyi yaşayış sahələrindən də istifadə və sahiblik hüququnun tanınması və həmin yaşayış sahələrinə köçürülmə haqqında iddia tələbinin irəli sürülməsi zərurəti yaranmışdır.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfin dən tərtib edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/783 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, mülki işin 342-ci vərəqində Cavabdeh MTK ilə İddiaçı adından bağlanmış olan 29 sentyabr 2010-cu il tarixli Borc və İmtina müqaviləsinin aşağı sol tərəfində “İddiaçı” yazılarından yuxarıda yerləşən imza, 343-cü vərəqində Cavabdeh MTK ilə İddiaçı Vasif oğlunun adından bağlanmış olan 29 sentyabr 2010-cu il tarixli müqavilənin orta hissəsində “İddiaçı Vasif oğlu” yazılarında yuxarıda yerləşən və aşağı sol hissəsində “P.Asif” yazılarından yuxarıda yerləşən imzalar İddiaçı tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur.
10. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə komission məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspe rtizanın nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 4/1543 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, mülki işin 1-ci cildinin 342-ci vərəqində Cavabdeh MTK ilə İddiaçı adından bağlanmış olan xx.xx.2010-cu il tarixli Borc və İmtina müqaviləsinin aşağı sol tərəfində “İddiaçı” yazılarından yuxarıda yerləşən imzanın, 1-ci cildin 343-cü və 2-ci cildin 14-cü vərəqlərində Cavabdeh MTK ilə İddiaçı Vasif oğlunun adından bağlanmış olan xx.xx.2010cu il tarixli müqavilədə (hər iki nüsxədə) “İddiaçı Vasif oğlu” yazılarından yuxarıda və müqavilənin aşağı sol hissəsində “P.Asif” yazılarından yuxarıda yerləşən imzaların İddiaçı tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.
11. Birinci instansiya məhkəməsinin 04 mart 2021-ci il tarixdə keçirilmiş iclasında cavabdehin nümayəndəsi Hikmet Yigitgöl izahat verərək göstərmişdir ki, iddiaçı ilə müqavilə bağlamışlar ki, iddiaçı binanın beton və qəlib işlərini görəcək və əvəzində 40 faiz iddiaçının 60 faiz isə onların olacaqdı. Ancaq iddiaçı korrupsiya ilə bağlı tutulduğundan heç bir iş görməmişdir. Həmçinin iddiaçı heç bir məbləğ ödəniş etməmişdir. Binanın tikintisi 2008-ci ildə başlamışdır. İddia əsassızdır və rədd edilməlidir. (i.v.183)
12. İşə baxılan zaman Cavabdeh MTK-nın sədri Hikmət Yigitdöl birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-54/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia rədd edilmişdir.
14. Məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər əslində podrat müqaviləsi bağlanmışlar. Müqavilələr bağlanarkən nə qeyri-yaşayış sahəsi, nə də mənzillər mövcud olmamışdır. Digər tərəfdən, bağlanmış müqavilənin məzmunundan da görünür ki, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181ci ünvanında yerləşən binanın tikintisi başa çatdıqdan sonra A1 girişinin 2 mərtəbəsində 300 kv.m. qaraj sahəsini və 4-16-cı mərtəbələrində yerləşən 39 ədəd mənzili inşa edərək iddiaçıya verməyi, iddiaçı isə həmin əmlakların dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Ona görə də, tərəflər arasında yaranmış mülki hüquq münasibəti xarakterinə görə podrat müqaviləsinin şərtlərinə uyğun gəldiyindən müqavilə əslində podrat müqaviləsi kimi bağlanmışdır. Bundan başqa, iddiaçının cavabdeh MTK-ya payçı kimi üzvlüyə qəbul olunması ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilədə müəyyən edilmiş müddət ərzində qeyri-yaşayış sahəsini və mənzilləri iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur. Lakin, iddiaçı Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
16. Məhkəmə iddia müddətinin ötürülməsinin əsası kimi qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilələrin 2.1-ci bəndlərində obyektin tikintisinin layihə sənədlərinə və tikinti norma-qaydalarının tələblərinə uyğun surətdə iki il müddətinə təhvil verilməsi, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yaşayış sahələrinin iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh qeyri-yaşayış sahəsini və mənzilləri xx.xx.2010-cu il tarixədək iddiaçıya təhvil verməli olsa da, öhdəliyinin icrasının başa çatdığı müddətdən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq nə qeyri-yaşayış sahəsini, nə də mənzilləri iddiaçıya təhvil verməmişdir. İddiaçı isə müvafiq iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə, yəni cavabdehin müqavilə üzrə ödəliyinin icrasının başa çatdığı vaxtdan 10 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməsəydi belə Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən də iddia tələbi təmin edilə bilməzdi.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373, 375.2, 551.1, 752. 1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair 27 dekabr 2001-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia nın təmin olunması barədə qətnamə qəbul edilməsiniu xahiş etmişdir.
20. Apellyasiya şikayətinın dəlilləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız qanunu özünəməxsus qaydada və tərzdə “təhlil və təfsir etmə qaydası” ilə əsaslandırmağa çalışmışdır. Belə ki, qeyd olunur ki, müqavilənin məzmununa görə cavabdeh mənzili inşa edərək iddiaçıya verməyi, iddiaçı isə həmin əmlakların dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Bununla da bu müqavilə podrat müqavilə sayılır. Məhkəmənin gəldiyi bu nəticə tamamilə yanlış və qəbul edilməzdir. Belə ki, tərəflər arasında əsla hər hansı podrat müqaviləsi üzrə münasibətlərdən söhbət gedə bilməz. Belə ki, bağlanmış müqavilədə tərəflərin statusları açıq aşkar şəkildə “Kooperativ və Payçı” deyə qeyd edilmişdir. Bundan başqa bağlanmış müqavilənin heç bir bəndində müqavilənin podrat müqaviləsi olmasına dəlalət edən bir müddəa belə yer almamışdır. Mənzilin gələcəkdə inşa edilib təhvil verilməsi məsələsinə gəlincə isə istənilən tikilməkdə olan binada mənzilin əldə edilməsi (alqı-satqı, kooperativdə payın əldə edilməsi və s.) ilə bağlı müqavilə bağlanılanda müqavilənin müvafiq müddəasi yuxarıda qeyd olunan şəkildə yazılır. Bundan başqa birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etmişdir. Məhkəmənin qətnamədə göstərdiyi bu məsələ də işin hallarına uyğun deyil. Belə ki, məhkəmə guya iddiaçının podrat müqaviləsi üzrə cavabdehdən öhdəliklərinin icra etməsi ilə bağlı bu iddianı qaldırdığını bildirir. Halbuki iddiaçı tərəfindən hər hansı öhdəliyin icrası ilə bağlı iddia qaldırılmamışdır. Belə ki, ə vvəldən iddiaçıya təhvil verilmiş əmlaklar sonradan iddiaçının azadlıqdan məhrum edilməsi nəticəsində cəzaçəkmə müəssisəsində olmasından sui-istifadə edilməsi nəticəsində iddiaçının əmlaklarından sərbəst istifadə edilməsi hüququndan məhrum edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək həmin əmlaklardan istifadəyə törədilən maneələrin aradan qaldırılması və əmlakların ona təhvil verilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri üzrə iddia müddətinin şamil edilməsinin yolverilməz olduğu təsbit edilmişdir. Lakin məhkəmə buna əhəmiyyət verməyərək sanki iddiaçı tərəfindən hər hansı bir podrat müqaviləsi üzrə digər tərəfdən hər hansı öhdəliyin icra edilməsinin tələb olunduğu absurd şəkildə iddia edilərək iddia müddətinin ötürüldüyü qənaətinə gəlinmişdir. Həmçinin məhkəmə müqavilənin 2.1-ci bəndinə istinad edərək müqavilə üzrə öhdəliklərin icrası müddətinin 2 il olması və bu 2 ilin müqavilənin bağlanıldığı xx.xx.2008-ci ildən hesablanmaqla icra müddətinin son tarixinin xx.xx.2008-ci il olduğu və bundan sonra iddiaçının yalnız podrat müqaviləsi üzrə daşınmaz əmlakla bağlı yalnız 6 il müddətində tələb edə bilmə, yəni xx.xx.2016-cı ilədək hüququnun olduğunu bildirmişdir. Müqavilənin 2.1-ci bəndinə baxan məhkəmə nədənsə müqavilənin 4-cü maddəsini - bu müqavilə hər iki tərəf imzaladığı gündən qüvvəyə minir vətərəflərin öz üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirilənə qədər qüvvəsini saxlayı r” diqqətdən kənar saxlamışdır. Yəni tərəflər arasında müqavilənin hazıradək qüvvədə olması və zərurət olarsa hazırda da istənilən tələblə cavabdehə - kooperativə qarşı iddia qaldırmaqda iddiaçının – payçının haqlı olmasına əhəmiyyət verilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4475/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 1181-ci məhəllədə yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının A1 girişində, 2-ci mərtəbədə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı istifadəsinə və sahibliyinə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçının tələbi də sahiblik hüquqlarının pozulması ilə bağlı olmuş və tələbində həmin pozuntuların aradan qaldırılmasını xahiş etmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır.
23. Məhkəmə kollegiyası iddia tələbinin binanın 39 ədəd mənzilinə dair hissəsində qeyd etmişdir ki, həmin mənzillərin müqavilələri payçı qismində "xxxx" MMC-nin adı ndan direktoru qismində İddiaçı imzalamış, hazırki iddia tələbini də İddiaçı öz adından qaldırmışdır. Halbuki hazırki mülki iş üzrə mübahisə predmeti olan müqavilələr məhz hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlməklə, müqavilənin nəticəsi olaraq, payçı ilə kooperativ arasında öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir və həmin müqavilədən irəli gələn hüquq və vəzifələr məhz müqavilə tərəflərinə, yəni "xxxx" MMC və Cavabdeh Mənzil Tikinti Kooperativinə aid olmuşdur. Ona görə də 39 ədəd mənzilə dair hissədə iddiaçının subyektiv hüququ olmaması əsası ilə iddia təmin edilə bilməz.
24. Məhkəmə kollegiyasının “xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə” münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, həmin müqaviləni məhz iddiaçı fiziki şəxs qismində imzalamış və müqav iləyə əsasən müəyyən edilmiş sahəninin ümumi dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Mübahisələndirilən müqavilə isə podrat müqaviləsi olmamış və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq “alqı-satqı müqaviləsi” məzmununda bağlanmışdır. Ona görə də, birinci instansiya məhkəməsi müqaviləyə podrat müqaviləsi kimi yanaşmaqla maddi normanın tətbiqində səhvə yol vermişdir. Cavabdeh isə müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, müqavilədə göstərilən qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməkdən yayınmışdır.
25. Bundan başqa məhkəmə iddia tələbinin “qeyri-yaşayış sahələrinə istifadə hüququnun tanınması və köçürülməsi” hissəsində qeyd etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi sahə yaşayış s ahəsi olmamış, qeyri-yaşayış sahəsi olmuşdur. Bu baxımdan iddiaçının qeyri-yaşayış sahəsinə köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etməsi əsassız olmuşdur.
26. Məhkəmə kollegiyasının “birinci instansiya məhkəməsi tərəfindən Borc və İmtina müqaviləsindəki imzalarla bağlı ekspertizanın təyin edilməsi, lakin rəylərə münasibət bildirilməməsi” barədə mövqeyi ondan ibarət olmuşdur ki, ilk dəfə təqdim edilmiş ekspet rəyi sübut kimi qəbul edilməlidir. Çünki həmin rəydə dəqiqliklə xx.xx.2010-cu il tarixli Borc və İmtina müqaviləsindəki və xx.xx.2010-cu il tarixli Müqavilədəki imzalar İddiaçı tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Sonradan imzanın yoxlanılmasının mümkün olmaması barədə rəy verilsə belə, bu hal həmi n rəyin mötəbərliyi yoxlanılan sübutlarla şübhə altına almaq üçün əsaslar olmuşdur. Belə olan halda müqavilələr iddiaçı üçün hər hansı hüquq və vəzifələri yaratmamışdır.
27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.2, 152.3, 157.4, 157.8, 178.8, 384.0.4, 385.1, 399.1, 425.1, 442, 448.1, 567, 568-ci və Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən cavabdeh (vəkili Vəkil3) və iddiaçı (vəkili Vəkil2) kassasiya şikayətləri vermişlər.
29. Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Cavabdehin kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmı şdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq nomasına istinad edərək belə qənaətə gəlmişdir ki, birinci instansiyası məhkəməsi iddia tələbi üzrə iddia müddətini tətbiq etməklə səhvə yol vermişdir. İddiaçı cavabdeh ilə aralarında olan müqavilələr üzrə ona verilməli olan mənzilləri tələb etmək üçün qanunda müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilələr hamısı eyni tarixdə yəni 2008-ci ildə bağlanmışdır. Lakin iddiaçı bu günə qədər, ona verilməli olan mənizillərlə maraqlanmamış və bir dəfə də olsun MTK-ya baş çəkməmişdir. Əslində iddiaçının halhazırkı tələbi elə həmin əmlakları tələb etmək tələbidir. Həmçinin iddiaçı özü də bilir ki, onunla MTK arasında olan müqavilə formal olaraq, imzalanmış müqavilədir. Apellyasiya instan siyası məhkəməsi onu da araşdırmamışdır ki, mübahisə predmeti olan müqavilələrdə olan yaşayış və qeyri-yaşayış sahəsi artıq 5 ildən çoxdur ki, sakinlərin istifadəsinə təhvil verilmiş bina da indiyə qədər boş qala bilməz. Bununla da apellyasiya instansiyası məhkəməsi qeyd olunlar barədə qənaətə gələrkən əslində bilmədən bir çox vətəndaşın hüquqlarını pozmuşdur. Həmçinin iddiaçı özü də bildirir ki, o həbs olunmuşdur və buna görə də “əmlaklar”ina baş çəkə bilməmişdir. Əslində həqiqətən də iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həbsdə olmuşdur. Buradan belə məntiq ortaya çıxır ki, milyonlarla dəyəri olan əmlaka malik olan şəxs niyə görə qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinə əsasən həbs həyatı yaşayır? Əgər iddiaçı, bilməyərəkdən belə olsa Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutumuş əməli törətmişsə niyə dəymiş ziyanı milyonları hesabına ödəmir və əvəzolunmaz nemət olan azadlığa çıxmır? Apellyasiya instansiya məhkəməsi bu məntiqsizliyi araşdırmamış və cavabedeh MTK-nın Türkiyə Respublikası vətəndaşı olan sədrinin Azərbaycan dilində hüquqi savadının olmamasından istifadə edərək, ona tərcüməçi təyin etməmişdir ki, o bu xüsüsatları məhkəmənin diqqətinə çatdırsın. Apellyasiya instansiyası, həmçinin iddaçı ilə cavabdeh arasında olan münasibətlərə hüquqi qiymət verilərkən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, onların arasındakı münasibətlər “alqı-satqı” münasibətləridir. Lakin tərəflər arasında olan müqavilədən də görünür ki, tərəflər arasında olan müqavilələrdək i mənzillər və qeyri-yaşayış sahəsi müqavilələr bağlanarkən mövcud olmamış və tikildikdən sonra təhvil verilməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı müəyyən olunmuş məbləğə uyğun olaraq, əvvəlcədən razılaşdırılmış ölçüdə olan mənzilləri tikib təhvil verməyi cavabdehə sifariş vermişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə iddiaçının tələbini təmin edərkən fikirləşməmişdir ki, hünürmərtəbəli binanının 2-ci mərtəbəsində qaraj sahəsi ola bilməz. Adətən hündürmərtəbəli binaların altında, yəni zirzəmisində qaraj sahəsi yerləşir. Həmin binaların 1 və 3-cü mərtəbələrində isə qeyri-yaşayış sahələri yerləşir ki, həmin sahələr binanın ən bahalı hissəsi hesab olunur. Çünki adətən həmin qeyri-yaşayış sahələri ticarət etmək məqsədi ilə istifadə olunur. Məhkəmə iddianın tələbini təmin edərkən, həqiqətən də həmin “qaraj” sahəsinin mövcud olmasına əmin olmaq üçün ya yerində baxış keçirməli və yaxud da qanunvericiliyin ona vermiş olduğu səlahiyyətdən istifadə edərək müvafiq ekspetiza təyin etməli idi. Qeyd olunmalıdır ki, həqiqətən də müqavilələrdə qeyd olunan ərazidə Cavabdeh MTK-nə hündürmərtəbəli binaların tikintisi üçün 2005-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir. Tikintiyə başlayan zaman iddiaçı ilə cavabdeh arasında birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Belə ki, həmin müqaviləyə əsasən, iddiaçı tikintini zəruri tikinti materilları ilə təmin etməli və tikinti işləri aparmalı idi. Bunun müqabilində cavabdeh ona razılaşdırılmış yaşayış və qeyri-yaşayış sahələrinə dair müqavilələr verməli idi. Qeyd olunan müqavilələr hal-hazırki iddia predmetinə aid olan müqavilələridir. Lakin iddiaçı vəd olunan tikinti işlərini aparmadığına görə sonradan onunla olan sövdələşmə pozulmuş və müqavilələr ondan tələb olunarkən bildirmişdir ki, müqavilələr üzrə heç bir əmlak tələb etməyəcəkdir. Həmin müqavilələr onun barəsində olan cinayət işi üzrə ondan alınmışdır. Bundan sonra qeyd olunan ünvanda olan tikintini tikmək üçün cavabdeh ilə "xxxx" MMC arasında razılaşma əldə olunmuş və tikintini "xxxx" MMC tikmişdir. Burdanda göründüyü kimi əslində mübahisə predmeti olan müqavilələr etibarsız əqddir. Yəni onlann hüquqi əsası yoxdur.
31. İddiaçı kassasiya şikayətində, apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
32. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi zamanı mənzilə dair müqavilələrin "xxxx" MMC ilə bağlanması barədə məsələyə birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə qiymət verilməmişdir. Bundan başqa apellyasiya instansiyası zamanı işə baxarkən onun tərəfindən iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edilsə də bu vəsatəti əsassız olaraq təmin edilməmişdir. Nəticədə də iddianın həmin hissədə təmin edilməsi mümkün olmamışdır. Halbuki məhkəmə Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən veri lmiş vəsatəti təmin edib qeyd olunan qüsuru aradan qaldıra bilərdi. Məhkəmə vəsatətini təmin etməyərək işə irəli sürülmüş tələblər üzrə baxıb müvafiq qətnamə qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə əsasən məhkəmənin işə irəli sürülmüş tələblər üzrə baxıb müvafiq qətnamə qəbul etməsi üçün onun əsl iddiaçı ilə əvəz edilməyinə razı olmamağı halı olmalı idi. Yəni qeyd olunan qanunvericilik norması bunu şərt kimi irəli sürmüşdür. Bundan başqa "xxxx" MMC-nin direktoru onsuzda hazırki iş üzrə iddiaçının elə özüdür. Bununla bağlı reyestrdən çıxarış qeyd olunan vəsatətə də əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüqu qi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
34. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
35. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
36. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
40. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ, 158.1.2. əmlakdan istifadə hüququ, 158.1.3. servitutlar.
41. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olma yan şəxslərə də mənsub ola bilər.
42. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
43. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
44. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməl idir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
47. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
48. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərin ə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
50. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
51. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
52. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədi yi bütün hallar üçün cavabdehdir.
53. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
54. Maddə
568. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (1). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (2).
55. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
56. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslə r apellyasiya şikayəti verə bilər.
65. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
66. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ape llyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı və cavabdeh tərəfindən hissəvi mübahisələndirilmiş, lakin mübahisələndirilən hissələr birlikdə qəbul edildikdə apell yasiya instansiyası məhkəməsinin aktının bütövlükdə mübahisələndirilməsi ilə nəticələnir. Bu səbəbdən də apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərək iddia tələbini 39 ədəd mənzilə dair hissədə rədd edən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilsə də, iddianın ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin cavabdehdən alınaraq iddiaçının istifadəsinə və sahibliyinə verilməsi hissədə təmin edilməsi zamanı maddi hüquq normaları düzgün tətbiq olunmamış, həmin hissədə düzgün qətnamə qəbul edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin cavabdehdən alınaraq iddiaçının istifadəsinə və sahibliyinə verilməsi hissəsində ləğv olunmalı və həmin hissədə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
74. Belə ki, iddiaçı iddia ərizəsində və iddia həcminin artırılması barədə ərizəsində, Bakı şəhəri. Xətai rayonu, Xocalı küçəsi, 1181-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının A1 girişində - cavabdehlə bağlanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən 300.000 manat ödənilmiş və tikilərək təhvil verilməli olan 2-ci mərtəbədə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinə, 31 iyul 2008-ci il tarixdə bağlanmış 39 ədəd müqaviləyə əsasən 39 ədəd mənzilə dair istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşay ış sahəsi və mənzillərin onun sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi, mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
75. Apellyasiya instansiya məhkəməsi iddia tələbini 39 ədəd mənzilə dair hissədə rədd edərkən, işdə olan 31 iyul 2008-ci il tarixdə bağlanmış 39 ədəd müqaviləni əsas götürmüş və hesab etmişdir ki, həmin mənzillərin müqavilələrini payçı qismində "xxxx" MMC-nin adından direktoru qismində İddiaçı imzalamış, hazırki iddia tələbini də İddiaçı öz adından qaldırmışdır. Halbuki hazırki mülki iş üzrə mübahisə predmeti olan müqavilələr məhz hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlməklə, müqavilənin nəticəsi olaraq, payçı ilə kooperativ arasında öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir və həm in müqavilədən irəli gələn hüquq və vəzifələr məhz müqavilə tərəflərinə, yəni "xxxx" MMC və Cavabdeh Mənzil Tikinti Kooperativinə aid olmuşdur. Ona görə də 39 ədəd mənzilə dair hissədə iddiaçının subyektiv hüququ olmaması əsası ilə iddia təmin edilə bilməz.
76. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab edir ki, həmin kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən 39 ədəd mənzilə dair hissədə tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 39 ədəd mənzilə dair hissədə ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də 39 ədəd mənzilə dair iddianın təmin olunması ilə bağlı İddiaçı tərəfindən veri lmiş kassasiya şikayətinin dəlilləri əsassızdır.
78. Məhkəmə kollegiyası həmçinin iddianın ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin cavabdehdən alınaraq iddiaçının istifadəsinə və sahibliyinə verilməsi hissəsində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin cavabdehdən alınaraq iddiaçının istifadəsinə və sahibliyinə verilməsi hissəsində təmin edərkən Azərbaycan Respublikası MPM-nin 372ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
80. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki ha lların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
81. Apellyasiya instansiya məhkəməsi ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin cavabdehdən alınaraq iddiaçının istifadəsinə və sahibliyinə verilməsi hissəsində iddia tələbini təmin edərkən iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə istinad edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin müqaviləni məhz iddiaçı fiziki şəxs qismində imzalamış və müqaviləyə əsasən müəyyən edilmiş sahəninin ümumi dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Mübahisələndirilən müqavilə isə podrat müqaviləsi olmamış və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq “alqı-satqı müqaviləsi” məzmununda bağlanmışdır. Ona görə də, birinci instansiya məhkəməsi müqaviləyə podrat müqaviləsi kimi yanaşmaqla maddi normanın tətbiqində səhvə yol vermişdir. Cavabdeh isə müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, müqavilədə göstərilən qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməkdən yayınmışdır.
82. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən müqavilənin podrat müqaviləsi olmaması və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq “alqı-satqı müqaviləsi” məzmununda bağlanmasını qeyd etsə də, həmin müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin tikintisinin başa çatdırılıbçatdırılmamasını, yaxud hansı tarixdə başa çatdırılmasını, iddiaçının cavabdehdən ona təhvil verilməsini tələb etdiyi ümumi sahəsi 300 kv.m. olan mübahisəli qaraj sahəsinin faktiki olaraq mövcud olub-olmamasını, qaraj kimi fəaliyyət göstərib-göstərməməsini, 15 avqust 2008-ci il tarixli “qeyri-yaşayış sahəsi haqqında” müqavilənin bağlanmasından iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi 16 oktyabr 2020-ci il tarixə kimi keçən 12 ildən artıq müddət ərzində qeyd olunan sahənin kimə təhvil verilməsini və hazırda kimin istifadəsində olmasını yerində baxış keçirməklə, yaxud müvafiq ekspetiza təyin etməklə aydınlaşdırmadan, habelə bununla bağlı maraqlarına toxu nan üçüncü şəxslər olduğu halda həmin şəxsləri cəlb etmədən göstərilən hissədə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
83. Belə ki, tərəflər arasında bağlanmış “qeyri-yaşayış sahəsi haqqında” müqavilə “alqı-satqı müqaviləsi” məzmununda bağlansa da, yuxarıda qeyd olunan hallar araşdırmadan, həmin müqavilənin bağlandığı 15 avqust 2008-ci il tarixdə hələ inşa edilməkdə olan yaşayış binasının 2-ci mərtəbəsindəki 300 kv.m. qaraj sahəsinə dair münasibətlərin podrat müqaviləsi, yaxud alqı-satqı müqaviləsi ilə tənzimləndiyini dəqiq müəyyən etmək mümkün deyildir.
84. Nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 390.1-ci maddəsi). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 404.1-ci maddəsi).
85. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 752.2-ci maddəsinə əsasən isə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz e dilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
86. Qeyd olunmalıdır ki, məhkəmə praktikasında bəzən podrat və alqı-satqı müqavilələrini ayırmaq çətin ola bilər. Əmlakın verilməsi barədə müqavilələrdən fərqli olaraq, işlərin görülməsi və xidmətlərin göstərilməsi barədə müqavilələrin predmeti əmlak deyil, hər hansı fəaliyyətdir. Həmin müqavilələr üzrə borclu kreditora nə isə verməli deyil, onun üçün nə isə etməlidir. Buna görə də müqavilə predmeti olan bu fəaliyyətin hansı hallarda iş, hansı hallarda isə xidmət olması problemin məğzini təşkil edir. Belə ki, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın satıcısı arasında podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə satıcı podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsi ni əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir.
87. İşlərin görülməsi və xidmətlərin göstərilməsi müqavilələrinin fərqləndirilməsi, o cümlədən podrat müqaviləsinin dəqiq anlayışının müəyyən edilməsi sırf nəzəri problem deyil və bir çox hallarda mühüm praktiki əhəmiyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 776cı maddəsi podrat müqaviləsi üzrə xüsusi iddia müddətləri və onların axımı qaydasını müəyyən edir. Bunun konkret praktiki əhəmiyyəti bağlanmış müqaviləyə ümumi iddia müddətlərinin (MM-nin 373.2-ci maddəsinə uyğun), yoxsa podrat müqaviləsi üçün müəyyən edilən xüsusi iddia müddətlərinin tətbiqi məsələsinin necə həll olunmasından ibarətdir. Bu baxımdan hazırki halda, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etməsi nəzərə alınmaqla, iddia müddətinin tətbiq edilməsi baxımından da iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
88. Həmçinin qeyd olunmalıdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin kimə mülkiyyət hüququ ilə verilməsinin, hazırda kimin istifadəsində, sərəncamında, yaxud mülkiyyətində olmasının aydınlaşdırılması və bununla bağlı maraqlarına toxunan üçüncü şəxslərin olubolmamasının müəyyən edilməsi Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından da əhəmiyyət kəsb edir.
89. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlak ın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
90. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında bağlanmış 15 avqust 2008-ci il tarixli “qeyri-yaşayış sahəsi haqqında” müqavilədə ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin binanın hansı hissəsində yerləşməsi dəqiq müəyyən olunmadığı halda, iddiaçı iddia ərizəsində həmin sahənin çoxmərtəbəli yaşayış binasının A1 girişində yerləşdiyini qeyd etmiş, apellyasiya instansiya məhkəməsi isə qeyd olunan halı araşdırmadan, iddiaçıya ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin yaşayış binasının A1 girişində yerləşməsini təsdiq edən cizgi-sxemi təqdim etməsini təklif etmədən, ümumiyyətlə iddiaçıya belə bir cizgi-sxemin verilib-verilməməsi araşdırmadan, yalnız iddiaçının mülahizə xarakterli mövqeyinə əsaslanmaqla mübahisəli qarajın yaşayış binasının A1 girişində yerləşməsi qənaətinə gəlmiş, iddianı da həmin məzmunda təmin etməklə səhvə yol vermişdir.
91. Bundan başqa apellyasiya instansiya məhkəməsi iddianı qeyd olunan hissədə təmin edərkən iddiaçının MTK-ya payçı kimi üzvlüyə qəbul olunub-olunmamasını da araşdırmamışdır.
92. Belə ki, 15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyada Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 93. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyy atını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə vəsərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”.
94. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin iddianın ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin cavabdehdən alınaraq iddiaçının istifadəsinə və sahibliyinə verilməsi hissəsində təmin edilməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir.
95. Belə ki, “Məhkəmə q ətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
96. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübut ları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
97. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
98. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq norma larına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
99. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
100. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
101. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin formal olaraq imzalanmış müqavilə olması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən həmin müqavilə məhkəmə qaydasında mübahisələndirilmədiyinə görə kassasiya instansiya məh kəməsi tərəfindən şikayətdə göstərilən həmin dəlilə münasibət bildirilməsi mümkün deyildir.
102. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq, apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
103. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmas ı üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən qanuni qüvvəsini almışdırsa, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2 və 29,178.3.2ci maddələri ilə məhkum edilməsi barədə iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli hökmü tədqiq edilərək hökmün hazırki işə aid olan halları nəzərə almalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
104. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 41 6-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4475/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4475/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.