Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1812/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh və Zamin qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya instansiyası məhkəməsinin apelyasiya baxışının hədlərindən kənara çıxmasının yol verilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1024/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh arasında bağlanmış 10.08.2012-ci il tarixli, xxxxxx saylı kredit müqaviləsinə, 14.05.2015-ci il tarixli 011R********** saylı kredit razılaşmasına və 17.03.2016-cı il tarixli 011R**********S saylı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada İddiaçı-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 35925.29 ABŞ dolları məbləğində kredit borcu, 12615 ABŞ dolları məbləğində faiz borcu və 22309.75 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 70850.04 ABŞ dolları məbləğin də borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması və ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh xüsusi mülkiyyətində olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumisahəsi 264.1 kv.m, yaşayış sahəsi 65.2 kv.m, 198.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və 70850.04 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi b arədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması və ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh və Zamin İddiaçı-nın xeyrinə müştərək qaydada tutulması, Cavabdeh xüsusi mülkiyyətində olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 264.1 kv.m, yaşayış sahəsi 65.2 kv.m, 198.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bundan sonra İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə verərək, İddiaçı və Cavabdeh arasında bağlanmış 10.08.2012-ci il tarixli xxxxx saylı kredit müqaviləsinə, 14.05.2015-ci il tarixli 011R********** saylı kredit razılaşmasına və 17.03.2016-cı il tarixli 011R**********S saylı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada İddiaçı-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 34043,46 ABŞ dolları məbləğində kredit borcu, 12615 ABŞ dolları məbləğində faiz borcu və 22309.75 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 68.968,21 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınm ası üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması və ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh xüsusi mülkiyyətində olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 264.1 kv.m, yaşayış sahəsi 65.2 kv.m, 198.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və 69968.21 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması və ipoteka predmetinin açıq hərracdan satışından əldə olun an vəsait hesabına İddiaçı-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh və Zamin İddiaçı-nın xeyrinə müştərək qaydada tutulması, Cavabdeh xüsusi mülkiyyətində olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 264.1 kv.m, yaşayış sahəsi 65.2 kv.m, 198.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı tərəfindən 120 ay müddətinə, 10.08.2022-ci il tarixdən gec olmayaraq Cavabdeh 500 000 (beş yüz mi n) ABŞ dolları məbləğində kredit xəttinin açılması barədə İddiaçı ilə Cavabdeh arasında 10.08.2012-ci il tarixli, Kredit xətti müqaviləsi müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilir ki, kreditlər tərəflər arasındakı «kredit razılaşması», «bank qarantiyasının verilməsi haqqında müqavilə» və «akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq ayrıca razılaşma (bundan sonra kredit razılaşması) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir.
4. Həmçinin o da mübahisə edilmir ki, 14.05.2015-ci il tarixli kredit razılaşması ilə 10.08.2012-ci il tarixli, xxxxx saylı Kredit xətti müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667 % olmaqla 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. 5. 1 4.05.2015-ci il tarixli ödəniş planından görünür ki, 14.05.2015-14.05.2018-ci il tarixə aylıq ödənişlərin cəmi məbləği 67232.41 ABŞ dolları olmaqla, bundan 50000 ABŞ dolları əsas məbləğ, 17232.41 ABŞ dolları isə faiz müəyyən edilmişdir.
6. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 17.03.2016-cı il tarixli, 011R**********S saylı Saziş əsasında tərəflər arasında bağlanmış 14.05.2015-ci il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri 17.03.2016-cı il tarixli yeni ödəniş planına uyğun olaraq dəyişdirilmiş, kredit alanın kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməsi, xarici valyutada v erilmiş kredit üzrə ödənişləri kredit alının xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq, həmin xarici valyuta da banka etməsi müəyyən edilmişdir.
7. Ödəniş planından görünür ki, kredit razılaşması üzrə ödənişin müddəti və məbləği dəyişdirilərək, 17.03.2016 – 14.05.2018-ci il tarixləri, kreditin aylar üzrə cəmi məbləği 54238.44 ABŞ dolları, bundan əsas borc 40544.46 ABŞ dolları və faiz məbləği 7021.39 ABŞ dolları, ödənilməmiş cərimə faizi isə 6672.59 ABŞ dolları müəyyən edilmişdir.
8. Bundan başqa işin mübahisə edilməyən hallarından görünür ki, 10.08.2012ci il tarixli, zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsi, o cümlədən kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclu Cavabdeh «İddiaçı” QSC qarşısında öhdəlikləri üçün birgə məsuliyyəti Zamin öz üzərinə götürmüşdür.
9. Bununla yanaşı işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, 22.09.2017-ci il tarixli, 1661 və 1662 saylı xəbərdarlıq məktublarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh və Zamin banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.
10. İddiaçı-nin 02.11.2017-ci il tarixli, 3492 saylı arayışından görünür ki, Cavabdeh 14.05.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə İddiaçı-yə 35925.29 ABŞ dolları əsas məbləğ üzrə borc, 12615 ABŞ dolları faiz üzrə borc və 22309.75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 70850.04 ABŞ dolları borcu vardır.
11. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı və Cavab deh arasında 13.08.2012-ci il tarixli, ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində 0,11 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 10.08.2012-ci il tarixli 11L000000982 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit sazişinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq İddiaçı-nın Xaçmaz filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
12. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi haqqında 07.09.2018-ci il tarixli rəyi ilə fərdi yaşayış evi 0,11 ha torpaq sahəsi ilə birlikdə 80.000 manat dəyərində qiymətləndirilmişdir.
13. İddiaçı bildirir ki, Cavabdeh İddiaçı ilə bağladığı 10.0 8.2012- ci il tarixli, xxxxx saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı ilə bağladığı 14.05.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla, 36 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17.03.2016-cı il tarixli, 011R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq, dəfələrlə ödənişləri y ubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 16.08.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kreditdən 34043.46 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17.10.2017-ci il tarixə 427 gün üçün hesablanmış faiz borcu 12615 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu öd əniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 17.10.2017-ci il tarixə 427 gün üçün hesablanmış cərimə 22309.75 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanımş cəriməni tələb etmək hüququna malikdir.
14. Cavabdeh bildirir ki, İddiaçı tərəfindən ona 10.08.2012-ci il tarixli, xxxx saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən ona 14.05.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla, 36 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit almışdır. Kredit müaviləsinin icrasını təmin etmək məqsədi ilə eyni tarixdə Zamin ilə zaminlik müaviləsi bağlanmışdır. Kredit müaviləsi üzrə öhdəlikləri bir müddət icra etmiş, lakin sonradan maddi vəziyyəti yaxşı olmadığından ödənişləri icra edə bilməmişdir. Bundan istifadə edən bank uzun müddət üçün ona əsassız faiz hesablamış və borc məbləği artmışdır. Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 9200 ABŞ dolları məbləğində kredit borcundan ödəmiş, hazırda da ay ərzində 1000 ABŞ dolları məbləğində pulu banka ödəyir. 34043,46 ABŞ dolları məb ləğində kredit borcuna 12615 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Hazırda heablanmış faiz borcu həddən artıq şişirdilmiş və əsas borcun yarısı qədərdir.
15. Cavabdeh Zamin heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. Quba Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(027)-392/2018 saylı qətnaməsi ilə (hakim Z.C.Tahirov) İddiaçı-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin olunub, İddiaçı və Cavabdeh arasında bağlanmış 10.08.2012-ci il tarixli, xxxx saylı kredit müqaviləsi, 14.05.2015-ci il tarixli, 011R**** ****** saylı kredit razılaşması və 17.03.2016-cı il tarixli, 011R**********S saylı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada İddiaçı-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 34043,46 ABŞ dolları məbləğində kredit borcu, 12615 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 46.758,46 ABŞ dolları məbləğində borcun ödəniş günü manata olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmsı, tələbin Cavabdeh xüsusi mülkiyyətində olan 0.11 ha torpaq sahəsinə və üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 264.1 kv.m, yaşayış sahəsi 65.2 kv.m, 198.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, əmlakın dəyərinin 80.000 manat məbləği ndə dəyərləndirilməsi, həmin əmlaklar açıq hərracda satılması və 46758,46 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh İddiaçı-nın xeyrinə ümumi qaydada tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir..
17. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit, ipoteka və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşə n öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
18. Bundan başqa iddiaçı tərəfindən tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksəkdir.
19. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, 449.4, 462.1, 463.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və Cavabdeh apellyasiya şikayətləri vermişlər.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1024/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev-sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədova) İddiaçı-nin nümayəndəsi Ş.B.Sadıqovun verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(027)-392/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh xüsusi mülkiyyətində olan 0.11 ha torpaq sahəsinə və üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 264.1 kv.m, yaşayış sahəsi 65.2 kv.m, 198.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı-yə təhvil verilməsi, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(027)-392/2018 saylı qətnaməsinin - «İddiaçı və Cavabdeh arasında bağlanmış 10.08.2012-ci il tarixli 11L000000982 saylı kredit müqaviləsinə, 14.05.2015-ci il tarixli 011R********** saylı kredit r azılaşmasına və 17.03.2016-cı il tarixli 011R**********S saylı sazişə xitam verilsin, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada İddiaçı-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 34043,46 ABŞ dolları məbləğində kredit borcu, 12615 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 46.758,46 ABŞ dolları məbləğində borc ödəniş günü manata olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələb Cavabdeh xüsusi mülkiyyətində olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 264.1 kv.m, yaşayış sahəsi 65.2 kv.m, 198.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, əmlakın dəyərinin 80.000 manat məbləğində dəyərləndirilməsi, həm in əmlaklar açıq hərracda satılması və 46758,46 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh İddiaçı-nın xeyrinə ümumi qaydada tutulması» hissəsində dəyişdirilmədən saxlanılması, Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit sazişinə əsasən, Cavabdeh həmin razılaşması üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə mü əyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir.
23. Bundan başqa apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı.
24. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, 14.05.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşma üzrə tələb edilən 22309,75 ABŞ dolları məbləğində hesablanmış cərimə borcu 100 ABŞ dolları məbləğində müəyy ən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğundur.
25. Həmçinin iddia tələbi ipoteka predmetinə yönəldilmə hissəsində əsaslı hesab edilməli, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin iradə ifadəsi ilə müqavilədə müəyyənləşdirilmiş 80.000 (səksən min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, kredit müqaviləsi üzrə yaranan öhdəliyin icrası təmin edilməli, ipoteka predmetinə tutma yönəldikdə və satıldıqda Cavabdeh mənzili könüllü tərk etmədikdə bir ay müddətində həmin mənzildən çıxarılmalıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətinin dəlillərini qismən sübuta yetirə bilsə də, Cavabdeh verdiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məh kəmə icraatı iştirakçılarının izahatları
30. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində Cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
36. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlə r göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
37. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
38. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
39. Öz hüqu qlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
40. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
41. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlə rdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
42. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
43. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
44. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi ü zrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)
45. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (maddə 465.2)
46. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alını r. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)
47. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1)
48. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) “İpoteka haqqında” Qanun
49. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bil ər. (maddə 33)
50. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)
51. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)
52. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)
53. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıld ıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1). Mülki Prosessual Məcəllə
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
56. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur. (maddə 88)
57. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
58. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
59. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. (maddə 372.6)
60. Prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.(maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi Zamin aid hissədə ləğv edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi Zamin aid hissə istisna olmaqla qalan hissələrdə qanuni və əsaslıdır. (57)
63. İşin halları ilə müəyyən edilir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və Cavabdeh apelyasi ya şikayəti verdiyi halda apelyasiya instansiyası məhkəməsi apelyasiya baxışının hədlərindən kənara çıxmışdır.
64. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərək ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı-yə təhvil verilməsi barədə iş üzrə düzgün nəticəyə gəlsə də, qətnamənin kredit müqaviləsi üzrə borcun Zamin tutulması hissəsində dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etməklə apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərindən kənara çıxmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələbdirilməyən hissələrinə də münasibət bildirmişdir. (59) 6
5. Göründüyü kimi cavabdehlərdən Zamin birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermədiyi üçün apelyasiya instansiyası məhkəməsi ona aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu yoxlamalı olmadığı halda MPM-nin 372.6-cı maddəsinin tələblərinə zidd olaraq həmin hissəni yoxlayaraq hüquqi qiymət vermişdir.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndi rilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.
67. Eyni zamanda qeyd edilən qərarda göstərilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
68. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi Zamin aid hissədə qanuni olmamaqla prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
70. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
71. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1024/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi Zamin aid hissədə ləğv edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.