Məhkəmə qərarları › İş №2(102)-1812/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1812/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1812/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı ilk, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişi, mənəvi zərər, ekspert rəyi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC və Cavabdeh2 QSC-yə qarşı sığorta ödənişinin, maddi və mənəvi zər ərin ödənilməsi tələbinə dair ilk, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1162/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında 31 avqust 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı “X2” ASC-də qazla kəsici vəzifəsində işlədiyi dövrdə istehsalat zərurəti ilə əlaqədar, “X4” QSC-yə ezam olunmuşdur. Cavabdeh1 Sığorta Şirkəti ilə “X2” ASC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallar ından icbari sığorta” müqaviləsinə əsasən İddiaçı sığorta olunmuşdur.

2. Ezam müddətində - xx.xx.2013-cü ildə İddiaçı əmək vəzifələrini icra edərkən istehsalatda bədbəxt hadisə baş vermişdir. Belə ki, İddiaçı üst-üstə yığılmış dəmir yolu relslərini qazla kəsici ilə kəsərkən torpaq altında qalmış partlayıcı qurğu istinin təsirindən qızışaraq partlayıb və o, xəsarət alıb. Ona “Sağ qulaq pərdəsinin cırılması” diaqnozu qoyularaq ilkin tibbi yardım göstərilib. Daha sonra - xx.xx.2014-cü ildə ona “Akustik travma kəskin otit”, bundan sonra – xx.xx.2018-ci ildə “Xroniki otit neyrosensor ağır eşitmə” diaqnozu təyin edilmişdir.

3. Həmin hadisənin baş verməsindən 7 il sonra – xx.xx.2021-ci il tarixdə TSEK İddiaçı “İki tərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli koxlear nevr it. Neyrosnsor ağıreşitmə. İV dərəcə. Təbil pərdəsinin perforasiyası, xroniki irinli orta otit” diaqnozu ilə “istehsalat zədəsi” səbəbindən peşə əmək qabiliyyətini 50 faiz itirməklə üçüncü dərəcəli əlillik təyin etmişdir. Cavabdeh1 Sığorta Şirkəti TSEK-in həmin qərarını inzibati qaydada mübahisələndirilmiş, lakin iddia mümkün sayılmamışdır.

4. İddiaçı ilə Cavabdeh1 Sığorta Şirkəti ASC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, məlum bədbəxt hadisə ilə əlaqədar sığorta şirkəti İddiaçı 30.000 manat ödəniş etmişdir. İddiaçı isə həmin ödənişdən başqa hər hansı ödəniş barədə tələbinin olmadığını və gələcəkdə də olmayacağını müqavilədə qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edər ək, Cavabdeh1 Sığorta Şirkəti ASC-dən 67300 manat ödənilməmiş sığorta ödənişinin, 239520 manat dəbbə pulunun, Cavabdeh2 QSCdən mənəvi zərərin əvəzi kimi 100000 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda qeyd edilən hallarına (§1-4) istinad etməklə belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" Sığorta Şirkəti və Cavabdeh2 QSC ona dəymiş zərərə görə öhdəliklərini icra etməmiş, dəymiş zərəri düzgün hesablamamışlar. Belə ki, ağrılar ucbatından anlaqsız vəziyyətdə olmasından istifadə edən cavabdehlər ona bəzi sənədlər imzalatmışlar ki, bu da onun almalı olduğu məbləğin ona daha az ödənilməsi ilə nəticələnmişdir. "xxxx" QSC tərəfindən 60000 manat hesablansa da, ona 30000 manat verilmiş, yerdə qalan dəymiş zərərə g örə tam ödəniş edilməmişdir. İşlədiyi və bədbəxt hadisə yaşadığı müəssisə heç bir kompensasiya ödəməmişdir. Müayinə və müalicələr onun şəxsi hesabına edilmişdir. Bu günə kimi də bütün dərman xərclərini özü ödəyir. Cavabdeh1 Sığorta Şirkətinin nümayəndəsi digər iş üzrə məhkəmə iclasında iştirak edərək iddiaçıya ödənilmiş 30000 manat məbləğində pulun sığorta ödənişi olmadığını və müalicəsi ilə bağlı kömək məqsədi ilə könüllü ödənilmiş vəsait olduğunu bildirmişdir. Buradan da belə nəticəyə gəlinir ki, hazırkı ərizə üzrə tələb etdikləri sığorta məbləği tam həcmdə iddiaçıya ödənilməlidir. Qanunla müəyyən edilmiş qaydada iddiaçıya hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməlidir. Yəni, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən ödənilməli olan 67300 manat sığorta ödənişinin ödənilmədiyi hər gün üçün 0.1 faiz həcmində, yəni 67.3 manat dəbbə pulu hesablanmalıdır. Belə olan halda cavabdeh bugünə kimi iddiaçıya 3559 gün üçün cəmi 239 520,7 manat dəbbə pulu ödəməlidir. Cavabdeh2 MMC tərəfindən əməyin mühafizəsi qaydalarına riayət olunmadığına görə baş vermiş istehsalat qəzası zamanı iddiaçı sağlamlığını (50% əmək qabiliyyətini) itirmişdir. Belə olan halda cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçıya vurulmuş mənəvi zərərin əvəzini də ödəməlidir.

7. Cavabdeh1 Sığorta Şirkəti ASC məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçının əlilliyi sığorta müqaviləsinin qüvvədə olmadığı dövrdə, yəni xx.xx.2021-ci il tarixində təyin edilmişdir. Bu səbəbdən iddiaçıya əlilliyin sığorta müqaviləsinin qüvvədə olmadığı döv rdə təyin edilməsi səbəbindən imtina barədə məlumat verilmişdir. Həmçinin, araşdırma davam etdirilmiş və ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı əlilliyin təyin olunması üçün əsas olmuş xəstəliklər hadisə zamanı onun almış olduğu xəsarətlə səbəbli əlaqədə olmamış, xroniki xəstəliklərin nəticəsi olmuşdur. İş materiallarına əlavə olunmuş, hadisə ilə bağlı tərtib edilmiş “İZ” aktına əsasən hadisə nəticəsində İddiaçı “sağ qulaq pərdəsinin cırılması” diaqnozu qoyulmuşdur. Belə ki, qeyd edilən hadisədən sonra İddiaçı əmək fəaliyyətini davam etdirmiş və bir gün də olsun stasionar müalicədə olmamışdır. Bədbəxt hadisənin baş verməsindən 8 il sonra xx.xx.2021-ci il tarixində TSEK Forma 88 göndərişini əsas tutaraq, İddiaçı peşə əmək qabiliyyətini 50% itirməklə üçüncü dərəcəli əlillik tə yin etmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, eyni tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlillik dərəcəsi verilməsindən imtina edilib, “ümumi xəstəlik” səbəbindən əlillik təyin edilib və sonda “istehsalat zədəsi” səbəbindən əlillik təyin edilib. Elə həmin sənəddə İddiaçı olan xəstəliyin başlama tarixi xx.xx.2013-cü il yəni, bədbəxt hadisədən 10 ay əvvəlki tarix qeyd edilmişdir. Bir sözlə, yuxarıda göstərilən halların araşdırılması məqsədilə Cavabdeh1 Sığorta Şirkəti tərəfindən Agentliyə müxtəlif tarixlərdə məktublar göndərilmiş, o cümlədən əlilliyin təyin edilməsi ilə bağlı uyğunsuzluqları nəzərə alaraq, Cavabdeh1 Sığorta Şirkəti tibbi sənədlər, eləcə də İddiaçı əyani müayinəyə cəlb etməklə iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsini təşkil etmişdir. Ekspe rtiza lor mütəxəssis cəlb edilməklə tibbi sənədlər və İddiaçı əyani məhkəmə-tibbi müayinəsi yolu ilə keçirilmişdir. Ekspertizanın xx.xx.2022-ci il tarixli rəyində “hər iki qulaqda ağır eşitmə əlamətlərinin (daxili qulağın patologiyası) travmadan əvvəl olmasına əsas vardır” qeyd olunmuşdur.

8. Cavabdeh1 ASC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 39.000 manat pul vəsaiti və 207 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbini nəzərə alaraq, iş üzrə araşdırmalar başlanmışdır. Lakin İddiaçı Cavabdeh1 Sığorta Şirkətinə müraciət edərək, istehsalat zədəsilə bağlı müalicəyə ehtiyacının olduğunun nəzərə alınmasını v ə 30.000 manat pul məbləğinin ona ödənilməsini xahiş etmiş, nəticədə, Cavabdeh1 Sığorta Şirkəti onunla, yəni İddiaçılə xx.xx.2022-ci il tarixli razılaşma bağlamışdır. Razılaşmaya əsasən, Cavabdeh1 Sığorta Şirkəti İddiaçı 30.000 manat məbləğində ödəniş etmiş, İddiaçı isə, 24 dekabr 2013-cü il tarixində baş vermiş hadisə ilə bağlı 30.000 manat məbləğində ödənişdən başqa, hər hansı ödənişin, o cümlədən sığorta ödənişinin, zərər, ziyan, faizin verilməsi ilə əlaqədar heç bir iddia və tələbi olmadığını və gələcəkdə də olmayacağını öhdəsinə götürmüşdür. Həmçinin Razılaşmanın 3-cü bəndinə əsasən, İddiaçı Razılaşmanın 2-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə bu Razılaşmanın ləğv olunduğunu və Cavabdeh1 Sığorta Şirkətinə 1-ci bənddə göstərilən məbləği, y əni 30.000 manatı qaytarmağı öhdəsinə götürdüyünü və həmin məbləğin 30 faizi həcmində Cavabdeh1 Sığorta Şirkətinə cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı tərəfdən hazırda məhkəmədə iddianın qaldırılması 19 avqust 2022-ci il tarixli Razılaşmanın 2-ci bəndinin tələblərinin birbaşa pozulmasıdır. Bu səbəbdən, Cavabdeh1 Sığorta Şirkəti tərəfindən İddiaçı 08 iyun 2023-cü il tarixli pretenziya məktubu göndərilmiş, Razılaşmanın şərtləri onun tərəfindən pozulduğu üçün 39.000 manat pul məbləğinin Cavabdeh1 Sığorta Şirkətinin hesabına ödənilməsi tələb edilmişdir. Lakin İddiaçı bu günədək sözügedən məbləği Cavabdeh1 Sığorta Şirkətinin hesabına ödəməmişdir. Bundan əlavə, İddiaçı vəkili 25 sentyabr 2023-cü il tarixli məhkəmənin hazırlıq iclası zamanı 19 avqust 2022-ci il tarixli Razılaşmanı əhə miyyətsiz olduğu üçün etibarsız saydıqlarını bildirmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə, həmin bədbəxt hadisə ilə bağlı ödənilməli olan əsas sığorta məbləği 43.342,20 manat, bu məbləğin ödənilməsinin gecikdirilməsinə görə ödənilməli olan dəbbə pulu 152.080 manat təşkil edir.

11. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-178/2024 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh1 Sığorta Şirkəti ASC-dən 13342,2 manat ödənilməmiş sığorta ödənişi və ilkin iddia üzrə Cavabdeh2 QSC-dən mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə rədd olunması, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir (hakim Nərgiz Tağıyeva).

12. Məhkəmə müəyyən e tmişdir ki, İddiaçı “X2” ASC-nin əməkdaşı olmuş, hadisə baş verən dövrdə Cavabdeh2 QSC-yə ezam olunmuşdur. Cavabdeh1 Sığorta Şirkəti ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən İddiaçı istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. xx.xx.2013-cü il tarixdə iddiaçı ezam olunduğu Cavabdeh2 QSC-də əmək funksiyasını yerinə yetirən zaman istehsalatda qəza baş vermiş və nəticədə onun sağlamlığına zərər dəymişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə ona müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi istehsalat qəzası müəyyən edilmişdir. Cavabdeh1 Sığorta Şirkəti ASC-ni n xx.xx.2021-ci il tarixli məktubu ilə sığorta ödənişinin verilməsindən imtina edilmiş, daha sonra TSEK-in müvafiq qərarı inzibati qaydada mübahisələndirilmiş, lakin iddiaları hər üç instansiya məhkəməsi tərəfindən mümkün sayılmamışdır. Sığorta şirkəti ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsi imzalanmış, həmin razılaşmaya əsasən iddiaçıya dəymiş zərərə görə 30000 manat məbləğində pul sığortaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı ona ödənilən pulun sığorta ödənişi deyil, maddi yardım məqsədilə verildiyinə, sığorta məbləğinin düzgün hesablanmadığına, sığorta ödənişinin ödənilməməsinə, onun gecikdirilməsinə istinad edərək, sığorta ödənişi və dəbbə pulunun tutulmasını, Cavabdeh2dən isə vurulmuş mənəvi zərərin əvəzinin tutulmasını xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC isə iddiaçı ilə bağlanmış razılaşmanın şərtlərinin pozulduğuna (məhkəməyə müraciət edilməyəcəyi ilə bağlı) istinad edərək ödədikləri 30000 manat pulun və 9000 manat cərimənin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq onlara ödənilməsini xahiş edir.

13. Məhkəmə İddiaçı icbari sığorta müqaviləsi üzrə sığortaçı olan Cavabdeh1 Sığorta Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə münasibətdə bildirmişdir ki, istehsalat qəzası baş verən dövrdə iddiaçının həmin sığorta şirkətində istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması işin mübahisələndirilməyən halıdır. İddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirməsi də, həmin halı təs diq edə biləcək müvafiq ica hakimiyyəti orqanının-TSEK-in qərarı ilə təsdiq olunmuşdur. İddiaçı həmin qərarı mübahisələndirsə də, işə baxan inzibati məhkəmələr tərəfindən iddia mümkün sayılmamışdır.

14. Hazırki iş üzrə istehsalatda bədbəxt hadisənin baş verməsi və bunun nəticəsində iddiaçının əmək qabiliyyətini 50 faiz itirməsi və müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi iş materiallarına əlavə edilmiş təhqiqat aktı, iz aktı və əlilliyin müəyyən edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə öz təsdiqini tapmışdır. Hadisə baş verən dövrdə isə iddiaçı sığortaçı təşkilatda icbari sığortalandığından, baş vermiş sığorta hadisəsinə görə sığorta təşkilatının sığorta ödənişini faydalanan şəxsə ödəmək vəzifəsi yaranmışdır. Belə ki, sığorta ödənişinin qanunla müəyyən edilmi ş qaydada və müddətdə verilməsini təmin etmək sığortaçının vəzifəsidir.

15. Məhkəmə tərəfindən keçirilmiş ekspertizanın rəyindən görünür ki, iddiaçıya baş vermiş bədbəxt hadisəyə görə ödənilməli olan əsas sığorta məbləği 43.342,20 manat təşkil edir. Həmin rəydə qeyd edilir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması" Qaydasının 2.1.3-cü maddəsinə əsasən sığorta olunanın hadisə baş verərkən mövcud olan (34 yaş) yaşına uyğun qeyd olunan 3 nömrəli cədvəldə göstərilən hesablama əmsalı (13,1740) tətbiq etməklə hesablama aparılmalıdır.

16. Cavabdeh tərəfindən mübahisələndirilən məsələlərdən biri sığorta olunanın yaşına uyğun hesablama əmsalının müəyyən e dilməsi ilə bağlı olmuşdur. Belə ki, hazırkı mülki iş üzrə İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü) xx.xx.2013-cü il tarixdə istehsalatda bədbəxt hadisə baş verən zaman 34 yaşı olmuşdur. Digər tərəfdən isə iş materiallarından görünür ki, iddiaçının əlilliyi ilk dəfə 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edilmişdir. Həmin dövrdə isə iddiaçının 42 yaşı olmuşdur.

17. Bununla bağlı məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə yuxarıda qeyd edilən düsturda yaş əmsalının konkret olaraq hansı tarixdən götürülməli olması barədə hər hansı göstəriş yoxdur. Bu isə qeyd edilən məsələ ilə bağlı qanunvericilikdə boşluq olduğuna istinad etməyə əsas verir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azə rbaycan Respublikası Konstitusiya Qanununun 1.0.9-cu maddəsinə qanunvericilikdə boşluqlar-əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması kimi şərh edilmişdır. Belə bir hal isə vətəndaşın ziyanına şərh oluna bilməz.

18. Sığorta ödənişi hesablanarkən hansı yaş əmsalının əsas götürülməli olması qanunvericilikdə birbaşa müəyyən edilməsə də nəzərə alınmalıdır ki, normayaratma fəaliyyətinin əsas prinsiplərindən biri insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipidir. Konkret ictimai münasibətləri tənzimləyən norma mövcud olmadığı halda hüququn analogiyasından və qanunun analogiyasından istifadə olunarkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır (“Normativ hüquqi aktlar haqqında” Qanunun 13. 4-cü maddəsi).

19. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, sığorta ödənişinin məbləği hesablanarkən müvafiq məsələ istehlakçının xeyrinə həll edilməli, şəxsin əlilliyi aldığı dövrdə olan deyil, hadisə baş verən dövrdə olan yaşı nəzərə alınmalıdır.

20. Beləliklə, məhkəmə ekspert rəyi ilə razılaşaraq iddiaçı ödənilməli sığorta ödənişinin 43342,2 manat məbləğində olması qənaətinə gəlmişdir. Qeyd edilən məbləğdən 30000 manatın xx.xx.2022-ci il tarixli razılaşmaya əsas ən iddiaçıya ödənilməsini nəzərə alaraq məhkəmə bildirmişdir ki, cavabdeh olan sığorta şirkəti 13342,2 manat məbləğində pulu iddiaçıya ödəməlidir.

21. Məhkəmə onu da əlavə etmişdir ki, iddiaçının tərəflər arasında bağlanmış razılaşmaya əsasən ödənilən məbləğin sığorta ödənişi olmaması barədə dəlilləri ağlabatan olmamaql a iş materialları ilə təkzib olunur.

22. Məhkəmə, hadisənin üzərindən uzun müddət keçdiyini, əlilliklə bağlı sənədlərdə əlilliyin səbəbi kimi müxtəlif halların (ümumi xəstəlik və s.) göstərilməsini, sığortaçının təşəbbüsü ilə məhkəmə tibbi ekspertizasının keçirilməsini, sığortaçının öz hüququndan istifadə edərək müvafiq icra hakimiyyəti orqanının qərarını mübahisələndirdiyini nəzərə alaraq, sığorta olunan tərəfindən müvafiq sənədlər təqdim edildiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində sığorta ödənişinin ödənilməməsini onun gecikdirilməsi kimi qəbul etməmişdir. Həmçinin iş materiallarından görünür ki, baş vermiş sığorta hadisəsi ilə bağlı 30000 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi barədə tərəflər razılığa gəlmiş və bu barədə müqavilə bağlanmışdır. Göründüyü kimi, sığorta ödənişinin sığorta şirkətinin təqsiri üzündən gecikdirilməsi barədə iddiaçının dəlilləri əsassızdır.

23. Məhkəmə Cavabdeh2 QSC-dən mənəvi zərərin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, müvafiq məsələ həll edilərkən ilk növbədə araşdırılmalı olan hal cavabdeh müəssisənin təqsirinin olub-olmamasıdır.

24. Hazırkı mülki iş materiallarına əlavə edilmiş “X2” ASC-nin qazla kəsici İddiaçı xx.xx.2013-cü il tarixdə saat 18:20 radələrində baş vermiş və xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının surətindən görünür ki, baş vermiş hadisəyə səbəb müfəttiş-pirotexnik X1 diqqətsizliyi olmuşdur. Adıçəkilən şəxsin cavabdeh müəssisənin işçisi olması faktı cavabdehin özü (Cavabdeh2 QSC) tərəfindən qəbul edilmişdir. Həmçinin təhqiqat işinin materiallarında olan Təmzəddin Xairovun izahatından görünür ki, o, briqadirlə birlikdə ərazidə baxış keçirən zaman həmin qurğunun gövdəsinin torpaq rəngli olduğundan diqqətindən yayındığını bildirmişdir.

25. Qeyd olunduğu kimi, hadisə baş verən dövrdə İddiaçı Cavabdeh2 QSC-nin deyil, “X2” ASC-nin işçisi olmuş, cavabdeh müəssisəyə ezam olunmuşdur. Hadisənin baş verməsinə səbəb isə məhz iddiaçının ezam olunduğu müəssisənin əməkdaşının diqqətsizliyi olmuşdur.

26. Göründüyü kimi, cavabdeh müəssisənin işçisinin diqqətsizliyi ucbatından istehsalatda bədbəxt hadisə baş vermiş və nəticədə İddiaçı sağlamlığına zərər dəymişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə görülən işi təşkil etməyən işəgötürən - Cavabdeh2 QSC iddiaçıya vurulmuş mənəvi zərərə görə məsuliyyət daşıma lıdır. İddiaçının isə həmin hadisədən mənəvi zərər çəkməsi, sağlamlığına zərər vurulması, əmək qabiliyyətinin itirilməsi, bunun nəticəsində mənəvi və fiziki iztirab keçirməsi işin halları ilə təsdiq olunur.

27. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), hadisədən 10 ildən çox müddət keçməsini, hadisədən sonra cavabdeh təşkilatın iddiaçını işə götürməsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 5000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir.

28. Cavabdeh1 Sığorta Şirkəti ASC-nin qarşılıqlı iddiasına münasibətdə isə məhkəmə aşağıdakıları bildirmi şdir:

29. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, istehsalatda bədbəxt hadisə baş verdikdə, həmin hadisəyə məruz qalmış işçiyə onun işlədiyi müəssisənin sığortaçısı tərəfindən icbari qaydada sığorta ödənişi ödənilməlidir.

30. Hazırki iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsi bağlanmışdır. Məhkəmə işin hallarını, bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq iddiaçıya ödənilmiş məbləği sığorta ödənişi kimi qəbul etmişdir. Həmin müqavilənin “göstərilən ödənişdən başqa, hər hansı ödənişin, o cümlədən sığorta ödənişinin, zərər, ziyan, faizin verilməsi ilə əlaqədar heç bir iddia tələbi olmadığını və gələcəkdə olmayacağını öhdəsinə götürməsi” müddəası ilə bağlı isə məhkəmə hesab edir ki, həmin müddəa istehlakçının hüquqlarını qanunda nəzər də tutulan hüquqlara nisbətən məhdudlaşdırdığından etibarsızdır. Bu baxımdan həmin şərtin pozulmasına görə 30 faiz cərimə ödəniləcəyi barədə müqavilə şərti də əhəmiyyətsizdir. Hazırki iş üzrə iddiaçının düşdüyü ağır vəziyyət, fiziki imkanlarının məhdud olması, maddi imkanının olmaması, iddiaçını 30000 manat məbləğində sığorta ödənişinin verilməsinə razılıq verməsi məcburiyyətində qoymuşdur. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçının dəlilləri əsaslı olmadığından rədd edilməlidir.

31. Məhkəmə mövqeyini “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.9, 13.4-cü, Mülki Məcəllənin 21, 1096, 1097.3, 1099.1, 1099.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.12, 9.1.2, 9.1.4, 10.1.1, 10.1.2, 16.3, 17.4, 17.7-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydasının 2.1.1, 2.1.3-cü bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

32. Birinci instansiya məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm də hər iki cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)1162/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərii təmin edilməmiş, birin ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Namiq Cəfərov – sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov).

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh2 QSC (Vəkil3) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin ona dair təmin olunmuş hissəsində ləğv olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

36. Cavabdeh2 QSC şikayətini belə əsaslandırmışdır ki, baş verən hadisə ilə bağlı həmin QSC-nin hər hansı təqsirli hərəkət olmamış, işə baxan apellyasiya instansiyası məhkəməsi isə mübahisəni Mülki Məcəllənin 1 096-cı maddəsinə uyğun qaydada araşdırmamış, beləliklə qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, hadisə baş verən zaman İddiaçı “X2” ASC-də ezam olmuş, həmin ASC ilə aralarında işçi-işəgötürən münasibəti yaranmışdır. Eyni zamanda, sığorta müqaviləsi də məhz “X2” ASC və Cavabdeh1 ASC arasında bağlanmışdır ki, bu da iddia tələbinin Cavabdeh2 QSC-yə yönələn hissəsində əsl cavabdehin “X2” ASC olduğunu göstərir. Eyni zamanda, Əmək Məcəlləsinin 195-ci maddəsinə görə, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işçiyə vu rulan ziyana görə işəgötürən tam maddi məsuliyyət daşıyır. Hazırkı vəziyyətdə isə işəgötürən “X2” ASC olmuşdur.

37. Cavabdeh1 Sığorta Şirkəti ASC-də (Vəkil2) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qərar qəbul edilməsini xahiş etmişdir.

38. Sığorta şirkəti kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı barəsində verilmiş Forma 88 arayışında xəstəliyin başlama tarixi xx.xx.2013-cü il göstərilmişdir, məlum hadisə isə həmin tarixdən 10 ay sonra baş vermişdir. Həmçinin, ekspert rəyində də ağır eşitməyə dair əlamətlərin travmadan əvvəl yaranmasına dair əsasların olduğu qeyd olunmuşdur. Bununla bərabər, iddiaçı məlum hadisədən sonra əmək fəaliyyətini davam etdirmiş, bir gün də olsa stasionar müalicədə olmamışdır. Bütün bunlar sözü gedən hadisənin sığorta hadisəsi kimi qiymətləndirilməməsi üçün əsas olsa da, işə baxan apellyasiya instansiyası məhkəməsi həmin faktlara Mülki Məcəllənin 922.1-ci və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununun 2.0.12 -ci maddələrini tələbləri baxımından qiymət verməmiş, bu isə yekunda qanunsuz qətnamə qəbul olunması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

43. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda:

44. Maddə 881.2.1. Hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin;

45. Maddə 881.2.2. Barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.

46. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.

47. Maddə 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.

48. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

49. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəy yən edilir.

50. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

51. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir:

52. Maddə 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi;

53. Maddə 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;

54. Maddə 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

55. Maddə 933.2. Bu Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə ş amil edilmir.

56. Maddə 933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər.

57. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllə nin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

58. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

59. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdi r).

60. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

61. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

62. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

63. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş gör ən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsi

64. Maddə 225.Bənd

1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.

65. Bənd

2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun.

66. Maddə

16. Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun.

67. Maddə 2.0.12. Sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində is tehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır.

68. Maddə 9.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 9.1.2. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan müayinədə iştirak etmək, belə müayinənin nəticələri ilə bağlı qərarla razı olmadıqda həmin qərarı inzibati qaydada və məhkəmədə mübahisələndirmək, yeni müayinənin keçirilməsini tələb etmək. 9.1.4. Sığorta hadisələri üzrə məlumatı əldə etmək, yoxlamaq və zəruri hallarda səlahiyyətli dövlət orqanlarına sorğular vermək.

69. Maddə 10.1. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1.İstehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. Müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə.

70. Maddə 16.3. Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: 16.3.1.Sığorta hadisəsi nəticəsi ndə zərər çəkmiş sığorta olunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə;

71. Maddə 17.4. Bu Qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmi ş qüvvəsi yoxdur.

75. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

78. Qanunu n tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

79. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları dü zgün tətbiq olunmamışdır.

81. İşin hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı “X2” ASC-də qazla kəsici vəzifəsində işlədiyi dövrdə istehsalat zərurəti ilə əlaqədar, “X4” QSC-yə ezam olunmuşdur. Cavabdeh1 Sığorta Şirkəti ilə “X2” ASC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə əsasən sığorta olunmuşdur. Ezam müddətində - xx.xx.2013-cü ildə o, əmək vəzifələrini icra edərkən istehsalatda bədbəxt hadisə baş vermişdir. Həmin hadisənin baş verməsindən 7 il sonra – xx.xx.2021-ci il tarixdə TSEK İddiaçı “İki tərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli koxlear nevrit. Neyrosnsor ağıreşitmə. İV dərəcə. Təbil pərdəsi nin perforasiyası, xroniki irinli orta otit” diaqnozu ilə “istehsalat zədəsi” səbəbindən peşə əmək qabiliyyətini 50 faiz itirməklə üçüncü dərəcəli əlillik təyin etmişdir.

82. Daha sonra müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 Sığorta Şirkəti ASC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, məlum bədbəxt hadisə ilə əlaqədar sığorta şirkəti İddiaçı 30.000 manat ödəniş etmişdir. Ödəniş iddiaçı tərəfindən qəbul edilmiş və o, həmin ödənişdən başqa hər hansı ödəniş barədə tələbinin olmadığına dair iradəsini ifadə etmişdir.

83. İddiaçı iddia tələbində göstərir ki, sığorta şirkəti ona dəymiş zərərə görə öhdəliklərini icra etməmiş, dəymiş zərəri düzgün hesablamamışdır. Ağrılar ucbatından anlaqsız vəziyyətdə olmasından istifadə edən cavabdehlər ona bəzi sənədlər i mzalatmışlar ki, bu da onun almalı olduğu məbləğin ona daha az ödənilməsi ilə nəticələnmişdir. "xxxx" QSC tərəfindən 60.000 manat hesablansa da, ona 30000 manat verilmiş, yerdə qalan dəymiş zərərə görə tam ödəniş edilməmişdir. İşlədiyi və bədbəxt hadisə yaşadığı müəssisə heç bir kompensasiya ödəməmişdir. Müayinə və müalicələr onun şəxsi hesabına edilmişdir. Bu günə kimi də bütün dərman xərclərini özü ödəyir. Cavabdeh1 Sığorta Şirkətinin nümayəndəsi digər iş üzrə məhkəmə iclasında iştirak edərək iddiaçıya ödənilmiş 30.000 manat məbləğində pulun sığorta ödənişi olmadığını və müalicəsi ilə bağlı kömək məqsədi ilə könüllü ödənilmiş vəsait olduğunu bildirmişdir.

84. İlkin olaraq qeyd edilməlidir ki, qarşılıqlı razılaşma əsasında ödənilmiş məbləğin sığorta ödənişi olması ilə bağlı məhkəmələrin g əlmiş olduğu nəticələri düzgün olmuşdur. Belə ki, razılaşmada ifadə olunan bütün şərtlərin məcmusu onun tərəfləri arasında bağlanmış sığorta müqaviləsinin icrası ilə bağlı olmasını təsdiq edir.

85. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən sığorta şirkətinin təklif etdiyi məbləğ qəbul olunmuş və o, sığorta müqaviləsi üzrə hər hansı tələbinin olmamasını bəyan etmişdir. Tərəflərin razılaşdırıb imzaladıqları bu müqavilə zərərçəkən baxımından bir iradə bəyanıdır. Bu iradə bəyanı sığorta müqaviləsinin şərtləri daxilində edilmişdir. Sığorta hadisəsinin baş verməsi anında onun məbləğinin necə hesablanacağı, həddi barədə şərtlər tərəflərə aydın olmuşdur. Belə vəziyyətdə razılaşma müqaviləsində şərtləşdirilmiş hallar hər iki tərəf üçün məcburidir.

86. Məhkəmə tərkibi qeyd edir ki, tərəflərin göstərilən qaydada razılığa gəlmələri iddiaçının hüquqlarını mədudlaşdırılması və ya müqavilə bağlanarkən aldadılması ilə bağlı nəticəyə gəlməyə əsas vermir. Belə ki, işin araşdırılmış halları baxımından iddiaçının aldadılması təsdiq olunmur.

87. Nəzərə alınmalıdır ki, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

88. Bu baxımdan qeyd edilməlidir ki, tərəflərin hüquq və iddialarından irəli gələn mübahisəni həll etmək imkanları qanunvericiliklə müəyyən olunmuşdur. Bu hüquqdan istifadə etməklə qarşılıqlı güzəştlər müqabilində əldə edilən razılıq hüquq münasibətini, iddiaları həyata keçirmək imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilmə z. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçıya ödənilmiş sığorta məbləği əhəmiyyətli dərəcədə az olmamış və o, haqqı çatanlardan məhrum buraxılmamışdır.

89. Bununla yanaşı iddiaçı göstərir ki, ağrılar ucbatından anlaqsız vəziyyətdə olmasından istifadə edən cavabdehlər ona sənədlər imzalatmış və nəticədə ona daha az məbləğdə sığorta ödənişinin verilməsinə nail olmuşlar. Bu dəlillə bağlı qeyd edilməlidir ki, baş vermiş hadisədən yeddi il sonra iddiaçıya əlillik təyin olunmuş, məhz bundan sonra onunla razılaşma müqaviləsi bağlanmışdır. Həmin zaman isə onun anlaqsız vəziyyətdə olmasına dair hər hansı sübut mövcud deyildir.

90. Bu baxımdan məhkəmə tərkibi “.. iddiaçının düşdüyü ağır vəziyyət, fiziki imkanlarının məhdud olması, maddi imkanın olmaması, iddiaçıını 30000 manat məbləğində sığort a ödənişi verilməsinə razılıq verilməsi məcburiyyətində qoyması” ilə bağlı mövqe ilə razılaşmır. İlkin olaraq işdə istinad olunan halları təsdiqləyən heç bir sübut yoxdur, belə sübutların olmadığı təqdirdə isə razılaşmanın etibarsızlığı ilə bağlı nəticəyə gəlmək mümkünsüzdür.

91. Məhkəmə tərkibi iddia tələbinin mənəvi zərərin ödənilməsinin təmin edilən hissəsi ilə də razılaşmır. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, iddiaçı sığorta şirkətinə hadisənin baş verməsindən 10 ildən artıq müddət keçdikdən sonra müraciət etmiş, hadisədən bilavasitə sonra iddiaçı cavabdeh tərəfindən yüksək əmək haqqı ilə işlə təmin olunmuşdur. Birinci instansiya məhkəməsi həmin hallara əsaslanaraq mənəvi zərərin tutulmalı olması, lakin məbləğinin daha az həcmdə müəyyən edilməsi nəticəsinə gəlmişdir.

92. Qeyd edi lməlidir ki, cavabdeh “X4” QSC müvafiq olaraq mənəvi zərərə görə kompensasiyanın tutulmasını istisna edən mötəbər dəlillər irəli sürsə də apellyasiya məhkəməsi həmin dəlillər üzrə hər hansı araşdırma aparmamış və birinci instansiya məhkəməsinin əsassız mövqeyi ilə razılaşmışdır.

93. Məhkəmə tərkibi cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, hadisə xx.xx.2013-cü ildə baş vermiş, bundan dərhal sonra iddiaçı cavabdeh təşkilatda yüksək əmək haqqı təyin olunmaqla işə qəbul olunmuş, keçən (xx.xx.2021-ci ilədək) müddət ərzində cavabdeh təşkilatda işləmiş, cavabdeh tərəfindən nəzarətsiz saxlanmamış, işçisi olaraq maddi baxımdan təminatlı olmuşdur. Digər tərəfdən sığorta hadisəsi hesab olunan əlillik dərəcəsinin alması üçün müraciət, cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən edilməli olmuş, l akin hadisədən dərhal sonra iddiaçı tərəfindən belə müraciət olmamış, keçən müddət ərzində baş vermiş hadisə ilə bağlı stasionar müalicədə olmamışdır. Belə mübahisə edilməyən halların mövcudluğu vəziyyətində cavabdehin üzərinə mənəvi təzminatın ödənilməsi vəzifəsinin qoyulması ədalətli hesab edilə bilməz.

94. Qeyd edilməlidir ki, mənəvi təzminat hüquqazidd əməl (hərəkət və hərəkətsizlik) nəticəsində meydana gələn mənəvi sarsıntı və iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsinin əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan, mənəvi təzminatın həcmi də elə balanslaşdırılmalıdır ki, bu, maddi imkanı aşağı olan şəxsin təzminat hesabına zənginləşməsinə, maddi vəziyyəti yaxşı olan şəxsin isə kasıblaşmasına səbəb olmasın.

95. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, baş vermiş hadisə nəticəsində iddiaçının mənəvi iztirab keçirməsi mümkündür. Lakin “X4” QSC-in hadisə zamanı, habelə hadisədən sonrakı dövrdə sərgilədiyi hərəkətləri, hadisədən uzun müddət keçdiyindən artıq hadisə ilə bağlı iddiaçıda mənəvi iztirabın davam etməsinin mümkünsüz olması, sığorta ödənişinin qarşılıqlı razılıq əsasında ödənilməsi vurulmuş mənəvi zərərə görə təzminatın tutulmasını istisna edən hallardır.

96. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzər ə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilən hissələrində ləğv edilməli, həmin hissələrdə iddianın təmin olunmamasına dair yeni qərar qəbul olunmalıdır.

97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayətləri qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2025-ci il tarixli,2(103)-1162/25 nömrəli qətnaməsi ilk iddianın təmin olunan hissələrində ləğv olunsun, iş yeni qərar qəbul olunmaqla həmin hissələrdə iddialar təmin olunmasın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar