Məhkəmə qərarları › İş №2(102)-1814/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1814/2021

19.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1814/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X rayon X Bələdiyyəsinə qarşı “müqavilə üzrə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqı borcunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, Cavabdeh X rayonu X Bələdiyyəsinin sədri X3 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2399/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X rayonu X Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı 2015-ci ilin yanvar ayının 27-dən 2020-ci ilin yanvar ayının 15-nə kimi X bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2019-cu ildə keçirilən seçkilər zamanı bələdiyyə üzvü seçilməmişdir. X rayon X Bələdiyyəsinin 15.01.2020-ci il tarixli ümumi iclasının 01 saylı protokolundan görünür ki, X1 rayonu X Bələdiyyəsinin sədri seçilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X rayon X kənd Bələdiyyəsinə qarşı “müqavilə üzrə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair” iddia qaldıraraq, cavabdeh X bələdiyyəsinin üzərinə vəzifə o laraq ona çatası 6333,54 manat məbləğində 2 illik əmək haqqının onun Kapitalbankdakı hesabına köçürülməsinin təmin etməklə 2 illik əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin yanvar ayının 27-dən 2020-ci ilin yanvar ayının 15-nə kimi X bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2019-cu ildə keçirilən seçkilər zamanı bələdiyyə üzvü seçilməmişdir. Seçkilərdən bir az əvvəl bələdiyyənin maaş alan üzvləri və texniki işçilərinin əmək haqqları poçta köçürülmüşdü, lakin pulu poçt şöbəsi hansı səbəbdənsə buraxmadı. Sonra isə bələdiyyə seçkiləri oldu X4 bələdiyyənin sədri oldu. Yanvar ayından bələdiyyələr fəaliyyətə başlamışlar. Dəfələrlə hesablanmış, lakin onlara ödənilməmiş 2 illik əmək haqqlarının əmək haqqı k artınıza köçürülməsini xahiş etmiş, lakin indiyə kimi bir nəticəsi olmamışdır. Bələdiyyəyə rəsmi olaraq müraciət etmiş, ona cavab vermişlər ki, araşdırılır. Maaşları hesablanıb, 2018-ci il üzrə onun 3143,94 manat, 2019-cu il üzrə 3189,60 manat əmək haqqı ödənilməmiş qalır. Bələdiyyə sədri həmin pulu bələdiyyənin poçtdakı hesabından kartına köçürməlidir, lakin köçürmür. Bundan əlavə X bələdiyyəsinə qarşı məhkəmədə ödənilməmiş əmək haqqının alınması barədə qaldırdığı iddia tələbilə bağlı cavabdehin nümayəndəsi A.X Bələdiyyə üzvlərinin iclasını çağırmadan, ərizə müzakirə edilmədən təkbaşına məhkəməyə etiraz ünvanlamışdır. Etirazda göstərilənlər iddiaya cavab deyil. Ərizədə hesablanmış, poçta köçürülmüş, lakin subyektiv səbəblər üzündən ləngidilərək verilməmiş əmək haqqları tələb edilir. Bu ba rədə müvafiq orqanlara şikayət olunub, orada araşdırma aparılır. Burada isə söhbət ödənilməmiş əmək haqqı məbləğindən gedir. Etirazda göstərilir ki, guya o, bələdiyyə sədliyindən çıxarkən ona heç bir sənəd təhvil verməmişdir. Həmin təhvil təslim aktlarının ikinci nüsxələri var. 2018-2019-cu illərə dair tabel və maaş cədvəllərini cavabdehə təhvil vermişdir. Cavabdeh X rayonu X Bələdiyyəsinin sədri X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, keçmiş bələdiyyənin maaşların alınmaması barəsində yeni seçilmiş bələdiyyədə heç bir hüquqi akt və protokol, yoxdur. Hətta İddiaçı təhvil-təslim prosesindən məqsədli şəkildə yayınmağa çalışmış və prosesi ləngitmişdir. Təhvil-təslim prosesində əmək haqqının alınmaması barəsində heç bir akt tərtib olunmamış və yeni bələdiyyənin üzərinə heç bir öhdəl ik qoyulmamışdır. 20182019-cu illər ərzində "Nağdsız hesablaşmalar haqqında” 23.12.2016-eı il tarixli Azərbaycan Respublikası Qanunu kobud şəkildə pozulmuşdur. Əmək məcəlləsinin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əlavə olaraq Əmək məcəlləsinin 178-ci maddəsinə əsasən birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi və s.verilməlidir. Qanunun tələblərinə baxmayaraq 1520.2 manat yanacaq xərci, şəxsi telefon və internet üçün 459.2 manat abunə haqqı və s. əmək haqqına aid olmayan xərclər əsas tutularaq nağd şəkildə 4400 manat vəsait İddiaçı tərəfindən çıxarılmışdır. Əlavə olaraq İddiaçı Bə lədiyyə mülkiyyətində olan torpaqlardan aldığı icarə haqqları rəsmiləşdirilmədən mənimsəmiş, bələdiyyə mülkiyyətinə, aid olan NİVA markalı avtomobili yararsız vəziyyətə salaraq əsas ehtiyat hissələrini mənimsəmiş, vəzifə səlahiyyəti tərəfindən sui-istiladə edərək 2 hektara yaxın perspektiv ərazini çəpərləmişdir. Bələdiyyə ilə alqı-satqı ilə əldə eldiyi 98 ha torpaq sahəsi üçün 13 il ərzində bələdiyyəyə heç bir vergi ödəməmişdir. Bu və digər məsələlər barədə X rayon prokurorluğuna rəsmi müraciət olunmuşdur. Bu və digər səbəblərdən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. X Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddianın təmin edilməsi, İddiaçı 6333,54 manat ödənilməmiş əmək haqqı cavabdeh X rayonu X Bələdiyyəsindən alınaraq İddiaç ı (Kapitalbankdakı hesabına köçürülsün) verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı X rayon X Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi 2018-2019-cu illər üzrə yəni 24 ay müddət ərzində əmək haqqı almamışdır. Cavabdeh tərəf iddiaçının əmək haqqı almamasını onun qanun pozuntularına yol verərək işləməsi ilə əsaslandırmışdır. İş materiallarına əlavə olunmuş əmək haqqı hesabatı sənədləri təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya 01.01.2018-ci il tarixdən 01.01.2020-ci il tarixədək (24 ay) olan müddət ərzində əmək haqqı hesablanmış, yəni 2018-ci il üzrə 3144,24 manat və 2019-cu il üzrə 3189,6 manat əmək haqqı hesablansa da, iddiaçının həmin pulu alması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia əsas lıdır və təmin edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, X Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Məhkəmə kollegiyası iclası zamanı A.X bildirmişdir ki, İddiaçı əmək haqqının ödənilməsi barəsində iddiasını qəbul edir, iddiaçının və digər qulluqçuların da əmək haqları verilmədiyi üçün, əmək haqqını hissə-hissə ödəməyə hazırdır. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliye v) 28.09.2020-ci il tarixli 2(105)-2399/2019 nömrəli qətnaməsi ilə cavabdeh X rayonu X Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, X Rayon Məhkəməsinin 2(074)-362/2020 nömrəli 08 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2399/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmi n olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçmiş bələdiyyə sədrinin maaşını almaması barədə yeni seçilmiş bələdiyyədə heç bir hüquqi akt və protokol yoxdur. Keçmiş sədr İddiaçı təhviltəslim prosesindən məqsədli şəkildə yayınmağa çalışmış, və prosesi ləngitmişdir. Təhvil-təslim prosesində əmək haqqının alınmaması barəsində heç bir akt tərtib olunmamış və yeni bələdiyyənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Keçmiş bələdiyyə sədri tərəfindən “Nağdsız hesablaşmalar haqqında 23.12.2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfə verilməlidir. ƏM-nin 178.1-ci maddəsinə əsasən, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Əmək qanunvericiliyinin tələblərindən görünür ki iddiaçı hər ay əmək haqqı almalıdır. Çünki sığortaolunan (İddiaçı) haqqında məlumatdan görünür ki, 2019-cu ilin dekabr ayı daxil olmaqla Sığortaolunanın ödənişləri həyata keçirilmişdir. Deməli, o əmək haqqını da almışdır. İddiaçı özü sığortaolunanın ödənişlərini birinci instansiyası məhkəməsinə təqdim etmiş, lakin məhkəmə tərəfindən həmin sənəd ar aşdırılmamış və ona hüquqi qiymət verilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən nə birinci instansiya nə də apellyasiya məhkəməsinə Bələdiyyənin sədri olduğu dövrdə əmək haqqını 2 il ərzində almamasına dair heç bir sübut təqdim etməmişdir. İddiaçı 01.01.2018-ci ildən 01.01.2020-ci ilədək olan müddət ərzində əmək haqqı cədvəlini təqdim etməsi o demək deyildir ki, iddiaçı həmin müddətdə əmək haqqını almamışdır. Təhvil-təslim aktları birinci instansiyası məhkəməsinə təqdim edilsə də, məhkəmə kollegiyası həmin sənədləri araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin 28 sentyabr 2020-ci il 2(105)-2399 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh X rayonu X Bələdiyyəsinin sədri X4 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 172.

1. Aylıq əmək haqqı işçilərə, bir qayda ola raq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 178.1 İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə g örə pul əvəzi, işçiyə ödənilməli əmək haqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdehin kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı X2 iddiasının təmin edilməməsi nəticəsinə gələrkən maddi hüquq normalarının, həmçinin iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətlən dirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Hazırki iş üzrə iş üzrə mühüm əhəmiyyət daşıyan faktiki halların məhkəmə tərəfindən tam araşdırılmaması, əlavə sübutların tələb edilərək, araşdırılmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmçinin məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh apellyasiya məhkəməsinə ərizə təqdim edərək iddianı qəbul etmiş və əmək haqqını hissə-hissə ödəyəcəyini göstərmişdir Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X rayon X Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2399/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar