Məhkəmə qərarları › İş №2(102)-1820/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1820/2023

03.05.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1820/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın əsl olmayan cavabdehə qarşı verilməsi, əsl cavabdehin 3-cü şəxs qismində işə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil t ələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6375/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qanuni qüvvəyə minmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4 iyul 2017ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank və ya üçüncü şəxs) ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, kredit müqaviləsi üzrə cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, qalan məbləğin hazırkı iş üzrə iddiaçıya qaytarılması qət edilmişdir.

2. Həmin qətnamənin icrası ilə əlaqədar Xətai Rayon İcra və Probasiya şöbəsinin 10 yanvar 2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 1 ünvanında yerləşən mənzilin (bundan sonra – mübahisəli mənzil) satılması ilə əlaqədar birinci hərrac 17 fevral 2020-ci il tarixə, ikinci hərrac isə 16 mart 2020-ci il tarixə təyin edilmişdir. Həmin hərracların keçirilməsi tarixləri ilə bağlı bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində elanlar verilmişdir.

3. Daha sonra 28 sentyabr 2020-c i il tarixə və 12 oktyabr 2020-ci il tarixə hərraclar təyin edilmiş və mübahisəli mənzilin həmin hərracda satılması baş tutmadığından 15 oktyabr 2020-ci il tarixdə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 60562.5 manat olmaqla Banka satılmış və mənzil üzərində Bankın mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı (Bank mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin satılması ilə əlaqədar 28 sentyabr 2020-ci il tarixdə və 12 oktyabr 2020-c i il tarixdə keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, ikinci hərracın keçirilməsindən 6 ay sonra “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsində ipotekaya xitam verilməsi tələbinə dair iddia qaldırmış, həmin iş üzrə məhkəmə prosesi zamanı Bankın nümayəndəsi tərəfindən bildirilmişdir ki, mübahisəli mənzilin satılması ilə əlaqədar birinci hərrac 28 sentyabr 2020-ci il tarixdə keçiriləcəkdir. Həmin tarixədək əvvəllər təyin edilmiş (17 fevral 2020-ci il tarixdə və 16 mart 2020-ci il tarixdə) hərraclar pandemiya ilə əlaqədar olaraq keçirilməmiş dir. Halbuki, həmin dövrdə pandemiya mövcud olmamışdır. Nəticədə yenidən hərrac keçirilmiş ilk hərrac 28 sentyabr 2020-ci il tarixə və ikinci hərrac isə 12 oktyabr 2020-ci il tarixə təyin edilmiş və keçirilmişdir. Beləliklə də qanunvericilikdə əmlakın satılmasına dair iki hərracın keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, cavabdeh təşkilat qanunvericilkdə nəzərdə tutulmayan 3-cü və 4-cü dəfə hərrac keçirilmişdir. Mübahisələndirilən hərracın keçirilməsində məqsəd Bank tərəfindən 16 mart 2020-ci il tarixdə keçirilmiş hərracdan sonra qanunvericilikdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddətin ötürülməsinin qarşısını almaqdır. Belə ki, hadisələrin məntiqi ardıcıllığından görünür ki, hazırda mübahisələndirilən hərraclar Bakı Şəhəri S əbail Rayon Məhkəməsində ipotekaya xitam verilməsinə dair iddia qaldırdıqdan sonra təşkil edilmişdir. Qeyd edilməsi zəruridir ki, 2020-ci ilin iyun ayında hərrac təşkilatına müraciət edilmiş və hərracla bağlı məlumat verilməsi xahiş olunmuşdur. Hərrac təşkilatının 12 iyun 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, mübahisəli mənzilin satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixində və xx.xx.2020-ci il tarixə hərraclar təyin edilmişdir. Əgər sözügedən hərraclar keçirilməmişdirsə, o zaman məktubda həmin hərracların keçirilməməsi qeyd olunardı. Həmçinin hazırkı iddia ərizəsinə əlavə edilmiş SMS bildirişin surətindən də görünür ki, mübahisəli mənzilin satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə hərrac keçirilmişdir.

6. Bankın iddiaya etirazı ondan ibar ət olmuşdur ki, iddiaçının hazırda mübahisələndirdiyi məsələlərə digər qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq hüquqi qiymət verilmişdir. Bu səbəbdən də mülki iş üzrə icraata xitam verilməlidir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-700/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya, o cümlədən X1, X2, Xətai Rayon İcra və Probasiya şöbəsinə və Banka ünvanlanmış xx.xx.2020-ci il tarixli, 01, 01/2 nömrəli bildirişlərdə kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan mübahisəli mənzilə yönəldilməsi, hərracda 95000 manat ilkin manat satış qiyməti ilə satılması hərracın xx.xx.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir.

9. Cavabdeh tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna alınmış xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzilin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. Hazırda ilkin hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir.

10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 436 saylı məktubda qeyd olunmuşdur ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən mübahisəli mənzilin icra sənədi icraata daxil olmuşdur. Qeyd olunan mənzil ilə bağlı xx.xx.2020-ci il tarixində və xx.xx.2020-ci il tarixində hərraclar təyin olunmuşdur.

11. Cavabdeh tərəfindən iddiaçıya, X1, X2, Xətai Rayon İcra və Probasiya şöbəsinə və Banka ünvanlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli, 01, 02 nömrəli, bildirişlərdə kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan mübahisəli mənzilinə yönəldilməsi, hərracda 95000 manat ilkin, təkrar hərracda 80750 m anat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixdə keçiriləcəyi bildirilmiş, “Birja Yenilikləri” qəzetlərində mübahisəli mənzillə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iki dəfədən çox hərrac keçirməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, ipoteka predmeti olan mənzillərin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə satılmasına dair təyin edilmiş hərraclar keçirilməmiş, həmin hərracların keçirilməməsi isə pandemiya ilə əlaqələndirilmişdir. Lakin məhkəmə cavabdehin həmin faktla bağlı mövqeyini qəbul etməyərək, hesab etmişdir ki, karantin rejiminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarları həmin tarixlərdə mövcud olmamışdır.

13. Məhkəmə Bankın etirazını əsassız hesab edərək, qeyd etmişdir ki, əvvəla mülki iş üzrə icraata xitam verilməsi əsasları konkret olaraq MPM-də sadalanmışdır. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər və iddianın əsası fərqlidir. Digər tərəfdən yuxarıda qeyd edilən "İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna ziddir.

14. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, “İcra haqqında” Qanun 53.1, 53.3, 62.2, Mülki Məcəllənin 317, 319.5, 416.1, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 107, 119.1, 213.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birin ci icraat 15. 3-cü şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mənzilin satılması ilə əlaqədar xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərə təyin edilmiş hərracların keçirilməməsinə əsas olmuş səbəblər “İpoteka haqqında” Qanunun 43.1-ci və 43.7-ci maddələrində nəzərdə tutulmuş hallara aid deyil. Çünki həmin ərəfədə, Səbail Rayon Məhkəməsinin qətnaməsində də əks olunduğu kimi Nazirlər Kabinetinin yanında Operativ Qərargahın ölkədə xüsusi rejim tətbiq edilməsinə dair qər arına əsasən dövlət və özəl sektora aid qurumlardan kütləvi tədbirlərin təxirə salınması tələb olunmuşdur. Həmçinin hərracların baş tutmaması barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və hərrac təşkilatının internet saytında heç bir məlumat dərc etdirilməmişdir. Rayon Məhkəməsi isə Bank tərəfindən təqdim edilmiş iş üçün əhəmiyyət kəsb edən sübut və dəlillərə əhəmiyyət verməmiş, qərəzli və ədalətsiz qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3288/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin satılması ilə əlaqədar təyin olunmuş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə hərrac günləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci və 43.7-ci maddələrində sadalanan hallar baş verməmişdir.

19. Məhkəmə iddiaçının Banka qarşı ipotekaya xitam verilməsi tələbinə dair iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinadla və MPM-in 82.3-cü maddəsinə əsasən belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilə dair yalnız iki hərrac keçirildiyi üçün iddia təmin oluna bilməz. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsində də əks olunduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın Azərbaycanda xüsus i rejim tətbiq edilməsinə dair qərarına (xx.xx.2020-ci il tarixli) əsasən dövlət və özəl sektora aid qurumlardan kütləvi tədbirlərin təxirə salınması tələb olunmuşdur.

20. Məhkəmə öz mövqeyini, həmçinin “İpoteka haqqında” Qanunun 43.1, 43.2, 43.3, 43.4, MPM-in 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsindəki birinci icraat

21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli Qərarına əsasən ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar kütl əvi tədbirlərin təxirə salınması tələb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi bu Qərara istinad edərək 17 fevral 2020-ci il və 16 mart 2020-ci il tarixli hərracların keçirilmədiyi nəticəsinə gəlmiş, 28 sentyabr 2020-ci il və 12 oktyabr 2020-ci il tarixlərində keçirilmiş hərracların nəticələrini isə etibarlı hesab etmişdir. Nazirlər Kabinetinin qeyd olunan Qərar hərracın keçirilməsinə mane olsaydı belə, bu Qərar yalnız 16 mart 2020-ci il tarixli hərraca şamil oluna bilərdi. Çünki 17 fevral 2020-ci il tarixində hərracın keçirilməsinə mane ola biləcək adıçəkilən Qərar mövcud deyildi. Digər tərəfdən, Nazirlər Kabinetinin adıçəkilən Qərarında kütləvi tədbir və məkanların sırasında hərracın adı qeyd olunmamışdır. Qərarda göstərilir ki, qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumlar ın, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır. Yalnız Qərarda adıçəkilən konkret tədbirlərin keçirilməsi və qurumların fəaliyyətinə məhdudiyyət və qadağalar (toy məclislərinin keçirilməsi, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili və s.) tətbiq olunmuşdur ki, bu siyahıya da hərraclar daxil edilməmişdir. Ümumiyyətlə, hərracın keçirilməsi elektron qaydada da həyata keçirilə bildiyi üçün hərracın sözügedən tarixlərdə keçirilməsini istisna edən heç bir hala rast gəlinmir. Qeyd olunmalıdır ki, sözügedən tarixlərdə hərracın keçirilməsi iş materiallarında olan bir sıra sübutlarla da təsdiqlənir.

23. Digər tərəfdən, iş materi allarından da aydın olur ki, 17 fevral 2020-ci il və 16 mart 2020-ci il tarixlərində hərracların keçirilməsinə dair bildirişlər ipoteka saxlayana və ipoteka qoyana müvafiq qaydada göndərilmiş, kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc olunmuşdur. Bundan sonra, həmin hərracların pandemiya və ya digər hər hansı səbəbdən təxirə salınması və ya keçirilməməsi ilə bağlı heç bir kütləvi informasiya vasitəsində məlumat yayılmamış, yaxud hərracın iştirakçılarına bu barədə məlumat verilməmişdir. Həmçinin, cavabdehin iddiaçıya ünvanladığı iyun 2020ci il tarixli məktubda mənzil ilə bağlı 17 fevral 2020-ci il və 16 mart 2020-ci il tarixlərində hərracların təyin olunduğu qeyd edilir. Əgər pandemiya dövrünü bəhanə edərək hərracların keçirilmədiyi əsas gətirilirsə, həmi n məktubda 17 fevral 2020-ci il və 16 mart 2020-ci il tarixlərinə hərracların təyin edilməsinə baxmayaraq onların keçirilməməsi barədə məlumat da qeyd olunmalı idi. Belə bir məlumatın məktubda öz əksini tapmaması cavabdehin ziddiyyətli mövqeyini aşkara çıxarır. Bütün bu faktlar 17 fevral 2020-ci il və 16 mart 2020-ci il tarixli hərracların keçirilməsinin gizlədildiyini, qanunsuz yeni hərraclar keçirərək Bankın itirdiyi hüququnu bərpa etmək üçün şərait yaradıldığını göstərir. Bu səbəbdən, iddiaçının hüquqları qorunmalı və 28 sentyabr 2020-ci il və 12 oktyabr 2020-ci il tarixlərində keçirilmiş hərracların nəticələri etibarsız hesab edilməlidir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(102)-3754/2022 nömrəli qərarı ilə (hakimlər – A.Hüsey nov (məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

25. İşi yeni apelyasiya baxışına göndərən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hərracın nəticələrinin etibarsızlığı barədə iddia qaldırsa da Bankı cavabdeh kimi deyil, üçüncü şəxs qismində işə cəlb etmiş, faktiki olaraq Banka qarşı tələb irəli sürməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tələbin ona cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik şəxsə qarşı verilib-verilmədiyinə qiymət vermədən iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir.

26. Qeyd olunmalıdır ki, iş üzrə cavabdehlər məhz iddia tələbinin yönəl diyi şəxslər hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymətləndirilməsinə imkan vermir.

27. İşə baxmış birinci instansiya məhkəməsi MPM-in 14.1-ci maddəsinə əsasən hərracın nəticəsində Bankın ipoteka predmetini əldə edib-etmədiyi ilə bağlı tərəflərlə müzakirə aparmamış, MPM-in 54.1-ci maddəsinə əsasən üçüncü şəxsin cavabdeh kimi işə cəlb edilməsi ilə bağlı iddiaçıya təklif verməmiş, işdə iştirak etməyə cəlb edilmiş Bankın prosessual statusunu aydınlaşdırmamışdır.

28. Halbuki baxılan iş üzrə etibarsızlığı tələb olunan hərrac üzrə əgər Bank ipoteka predmetini əldə etməyibsə, onda Bank cavabdeh kimi cəlb olunmadan da həmin tələbə mahiyyəti üzrə baxıla bilər. Amma əgər Bank hərracın nət icəsində ipoteka predmetini əldə etmişdirsə onda həmin hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələbə cavab verməli olan şəxslərdən biri də Bankdır və həmin hüquqi şəxs cavabdeh qismində cəlb olunmadan iddiaya mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verilməsi prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş olur.

29. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində əslində cavabdeh olmalı şəxsin statusunu üçüncü şəxs kimi göstərə bilər. Lakin işdə iştirak edən həmin şəxsin əslində iş üzrə cavabdeh olduğu barədə məsələ həm iddiaçı, həm də cavabdeh tərəflə müzakirə edildikdən və iddiaçı tərəf qeyd olunan şəxsin əslində cavabdeh olduğunu təsdiq etdikdən sonra məhkəmə tərəfindən həll edilə bilər. Lakin baxılan iş üzrə birinci instansiya məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almadan işə mahiyyəti üzrə baxmış, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş həmin pozuntulara əhəmiyyət verməmişdir.

30. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçının Banka qarşı ipotekaya xitam verilməsi tələbinə dair iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığına əsaslanaraq iddianı rədd etsə də, konkret olaraq həmin məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan hansı faktların hazırkı məhkəmə prosesində mübahisələndirilmədən və yenidən sübut edilmədən qəbul olunmasına dair mövqeyini əsaslandırmamışdır.

31. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi nin 2(009)-1706/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin surəti iş materiallarında mövcud deyildir. Həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 2(103)- 1587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində isə mübahisəli mənzilin satılması ilə əlaqədar 17 fevral 2020-ci il tarixə və 16 mart 2020-ci il tarixə təyin edilmiş hərraclara dair hər hansı hal müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat.

32. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6375/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) 3-cü şəxsin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsini n qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.

33. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim olunmuş və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 60.562,5 manat olmaqla Banka təklif olunmuşdur. xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən Bank mənzili almış və mənzil üzərində Bankın mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır.

34. İddia ərizəsindən görünür ki, iddiaçı, “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddianı yalnız "xx xx" MMC-yə qarşı irəli sürmüş, iddianı mənzili hərracdan almış Banka, hərracın keçirilməsinə dair MMC-yə sifariş vermiş Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı yönəltməmişdir.

35. Məhkəmə, MPM-nin 54-cü maddəsinin tələblərini və birinci instansiya məhkəməsində aparılmış icraat zamanı cavabdeh qismində cəlb edilməyən şəxslərin apellyasiya icraatı zamanı cavabdeh qismində cəlb edilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq qeyd edir ki, iddiaçı, onun irəli sürdüyü tələblərə cavab verməli olan şəxslərin dairəsini düzgün müəyyən etmədiyinə görə hesab edilməlidir ki, hazırki apellyasiya baxışının predmeti olan iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. İşə baxmış Rayon Məhkəməsi isə göstərilənləri nəzərə almamış, qeyd edilənlərin MPM-nin 51.3 və 53-cü maddələ rinin tələblərinə uyğun olaraq aradan qaldırılmasını iddiaçıya təklif etməmiş, iddiaya baxaraq iddianı təmin etmişdir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia iddiaya cavab verməli olan şəxslərə qarşı irəli sürülmədiyindən təmin edilə bilməz, iddia rədd edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi prosessual normaların tələblərini pozaraq iddianı təmin etmişdir. Buna görə də, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Göstərilən səbəbdən Bankın apellyasiya şikayəti qismən təmin edilmiş kimi qiymətləndirilməlidir.

37. Məhkəmə kollegiyası qətnaməsində iddiaçıya izah etmişdir ki, o, hazırki qətnamədə göstərilənləri nəzərə almaqla, onun hüquqlarını pozan şəxslərin dairəsini müəyyən edərək, həmin şəxslərə, o cümlədən hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə qarşı müvafiq iddia qaldırmağa haqlıdır. Hazırki qətnamənin mövcudluğu, bu qətnamənin 28-32-ci bəndlərində göstərilənlərə əsasən iddiaçı tərəfindən digər şəxslər ilə yanaşı "xxxx" MMC-yə qarşı da iddianın irəli sürülməsinin qarşısını almır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətində irəli sürülən eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, ipoteka qoyan qismində iddiaçı xx.xx.2020-ci il tarixdə şəxsən "xxxx" MMC-də olmuş və həmin tarixə təyin olunmuş hərracın keçirilməsi təmin olunmuşdur. Belə olan halda "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracların pandemiya ilə əlaqədar keçirilmədiyinə dair dəlilləri tamamilə əsassız olmaqla hər hansı bir sübuta istinad olunmadan yalnız formal mülahizələrə əsaslanmışdır. Həmçinin, mübahisəli əmlakla bağlı hərracı keçirən təşkilat "xxxx" MMC olduğundan, eləcə də hərracın keçirilməsi qaydası və proseduru (hərracın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi, bildirişin və elanın verilməsi, hərracın yekunlarına dair protokolun tərtib edilməsi və imzalanması) qanuna müvafiq şəkildə həmin Cəmiyyətin səlahiyyətinə aid olduğundan, hərracın qanunauyğun və ya qanunsuz keçirilməsinə dair iddia tələbinin Banka və sifarışçi icra şöbəsinə qarşı irəli sürülməsi əsaslı deyildir. Çünki sonuncuların hərracın keçirilməsi və təşkili ilə bağlı hər hansı qanuni səlahiyyətləri mövcud deyildir. Bu səbəbdən də hazırkı iddia tələbi əsaslı olaraq "xxxx" MMC-yə qarşı irəli sürülmüşdür. Buna baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd olunan xüsusatlara əhəmiyyət verməmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracların keçirilməməsi barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, eləcə də, gətirilən dəlillər sübutlara deyil formal mülahizələrə əsaslandığından, mübahisəli əmlakla bağlı xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə keçirilmiş hərraclar qanunsuz olmaqla “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin tələbinə zidd qanunsuz olaraq keçirildiyindən, həmin hərracın nəticəsində bağlanmış müqavilə də Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən də etibarsızdır. b)

40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

42. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

43. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 tə qvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

44. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat də rc etdirir: 1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 2. hərracın iştirakçısı olmadıqda; 3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

45. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

46. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka pr edmetini ilkin satış qiymətilə ala bilər.

47. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

48. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün o lan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

49. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

50. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

51. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipo teka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

52. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarı 53. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 54. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

55. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin hə qiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6375/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar