Məhkəmə qərarları › İş №2(102)-1823/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1823/2020

09.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1823/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh dövlət mülkiyyətində olan Xırdalan şəhəri ərazisində yerləşən, 0,54324 ha torpaq sahəsindən çıxarılması, DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən cavabdehə verilmiş Seriya RX, ******* saylı reyestrdən çıx arışda müvafiq düzəliş edilməklə 268,5 kv.m tikinti torpaq sahəsi saxlanılması, texniki pasportun ləğv edilməsi, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahəbliyindən dövlət fonduna geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə aidiyyatının dəyişdirilməsi barədə ərizə ilə müracəit edib, mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-3269/2019 nömrəli qərardadı ilə (sədrlik edən hakim C.Səfiyeva) Cavabdeh vəkil-nümayəndəsinin mülki işin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2019 -cu il tarixli qərardadı ilə (sədrlik edən hakimlər T.Quliyev, G.Tağızadə və E.Rəhimov, iş No 2(105)-4110/19 saylı mülki iş) Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-3269/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Mübahisə mülki işin məhkəmə aidiyyəti ilə bağlıdır. İş üzrə Cavabdeh vəkilnümayəndəsi Vəkil hesab edir ki, həmin işə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2004-cü il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyatdadır, ********** nömrəli VÖEN əsasında yuxarıda qeyd edilən ünvanda və sahədə dekorativ daşların yonulması və istehsalı fəaliyyəti göstərir və həmçinin, Cavabdeh sahibkarlıq fəaliyyətini məhz mübahisə olunan ərazidə həyata keçirdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən işə inzibati icraatda baxılmalıdır. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Şikayət apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinin tələbinə müvafiq olaraq şikayətə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in qərardadını dəyişdirmədən saxlayarkən Azərbaycan Respublikası Konstitusiyasının 60, 62-ci, Mülki Prosessual Məcəllənin 24.2, 25.1, 26.1, 39.1, 40.1-ci maddələrinə istinad edərək, hesab etmişdir ki, hüquqi şəxs olan iddiaçı ilə fərdi sahibkar olan fiziki şəxs Cavabdeh arasındakı mübahisə cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, iddiaya görə dövlətə məxsus torpaq sahəsinin onun qanunsuz sahibliyindən geri qaytarılması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qərardadı “iddia tələbinin Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən cavabdehə verilmiş Seriya RX, ******* saylı reyestrdən çıxarışda müvafiq düzəliş edilməklə 268,5 kvm tikinti altı torpaq sahəsinin saxlanılması, DƏDRX tə rəfindən verilən **********70-12301 reyestr nömrəli Texniki pasportun ləğv edilməsi hissəsində” ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməli, qalan hissədə qəraradad dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə ona gör belə qənaətə gəlir ki, ləğv olunan hissədə iddia tələbi inzibati orqana qarşı yönəlmiş və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. İddia tələbinin cavabdehin Xırdalan şəhəri ərazisində yerləşən, 0,54324 ha torpaq sahəsindən çıxarılması hissəsində iddia mülki hüquq münasibətlərindən irəli gəldiyindən ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda torpaq sahəsinin dövlət fonduna qaytarılması tələbi elə həmin iddia ilə əhatə olunduğundan (torpaqdan çıxarılırsa, deməli dövlət fonduna qaytarılır) qeyd olunan tələblə bağlı əlavə qiymətləndirmə aparmağa zərurət yoxdur. Həmdə gələcəkdə nəzərə alınmalıdır ki, həmin tələbin təmin olunması inzibati orqana qarşı irəli sürülən tələbin təmin olunmasından birbaşa asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçı inzibati orqanın, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin verdiyi Çıxarışın, texniki pasportun ləğv edilməsini, yeni Çıxarış və texniki pasport verilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn m übahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdeh şikayəti qismən tə min edilsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadıiddia tələbinin Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən cavabdehə verilmiş Seriya RX, ******* saylı reyestrdən çıxarışda müvafiq düzəliş edilməklə 268,5 kvm tikinti altı torpaq sahəsinin saxlanılması, DƏDRX tərəfindən verilən **********70-12301 reyestr nömrəli Texniki pasportun ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, həmin tələblə inzibati məhkəmə icraatı qaydasında mübahisə aça bilər. Qərardad qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar