Məhkəmə qərarları › İş №2(102)-1824/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1824/2023

27.04.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1824/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, X4, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, X4, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı alğı-satqı müqa vilələrinin etibarsız hesab edilməsi və qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-577/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(003)-1005/2017 saylı qətnaməsi ilə X5, X3 və Cavabdeh1 Qəhrəmanoviçdən birgə qaydada əsas borc üzrə 3426,16 manat, faiz borcu üzrə 320,5 manat, cərimə borcu üzrə 20 manat, ödənilmiş dövlət rüsumu üzr 30 manat olmaqla, cəmi 3796,66 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi nin xx.xx.2019-cu il tarixli, 8(003)-315/2019 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(003)-1005/2017 saylı qətnaməsi əsasında verilmiş xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh1 məxsus SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzrəinə həbs qoyulmuşdur.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(003)-350/2019 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(003)315/2019 saylı qərardadı ilə Cavabdeh1 məxsus SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. 4. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil X2 və bununla bağlı sonuncuya AD 659889 nömrəli şəhadətnamə verilmişdir. 5. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən Cavabdeh4 satılmış və sonuncuya bununla bağlı AD 664831 nömrəli şəhadətnamə verilmişdir.

6. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(103)-793/2019 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 8(003)350/2019 saylı qərardadı ləğv edilmiş və borclu Cavabdeh1 məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə Cavabdeh2 icra məmurunun təqdimatı təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabde h4, X4, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə (Bakı şəhəri Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 X1 arasında və X6 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Rabitəbank ASC–nin Yasamal filalı ilə X15 arasında bağlanılmış xx.xx.2015–ci il tarixli RBN5888/MK_RESl saylı Baş kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaql a 24 ay müddətinə 5310 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi X7 və Cavabdeh1 ilə “Rabitəbank ASC-nin Yasamal filialı arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2013-cü il tarixli RBN–5888/MK-RESİ istehlak kredit müqaviləsinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə puluna (cərımə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyı öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdırlar. Bu səbəbdən pulun tutulmasına dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)- 1005/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X9, X3 və Cavabdeh1 birgə qaydada əsas borc üzrə 3426,16 manat, faiz borcu üzrə 320,50 manat, cərimə borcu üzrə 20 manat, ödənilmiş dövlət rüsumu üzrə 30 manat olmaqla, cəmi 3796,66 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Xəzər rayon İcra şöbəsi tərəfindən müxtəlif instansiyalara sorğular olunmuşdur. AR DİN BDYPİ-nin məktubuna əsasən Cavabdeh1 adına SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(003)-315/2019 saylı qərardadı borclu Cavabdeh1 adına SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qo yulmuşdur. Daha sonra Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(003)- 350/2019 saylı qərardadı ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(003)-315/2019 saylı qərardadına əsasən borclu Cavabdeh1 məxsus SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmin qərardaddan tərəflərindən şikayət verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2019cu il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-793/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilərək, həbsin götürülməs i barədə təqdimatın təmin edilməməsi qərara alınmışdır. Bundan əlavə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(003)-350/2019 saylı həbsin götürülməsi barədə qərardaddan tərəflərindən şikayət verildiyi halda SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil alğı-satqı ilə Cavabdeh4 adına rəsmiləşdirilmiş və qeydiyyat şəhadətnaməsi verilmişdir. Göründüyü kimi istər alqı-satqı müqaviləsi, istər qeydiyyat şəhadətnaməsinin verilməsi qanunsuz şəkildə həyata keçirilmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim X10 ) İddiaçı ASC-nin iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1 X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və X6 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş AD 659889 və AD 664831 qeydiyyat şəhadətnamələrin ləğv edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmuşdur. Həmin əmlakın üzərinə qoyulmuş həbs məhkəmə aktının qanuni qüvvəyə minmədən götürülməsi icranın təminatı vasitəsinin (hazırkı halda SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil) itirilməsi ilə nəticələnir ki, bu da sonda iddiaçının tələbkar kimi maraqlarına toxunmaqla, qətnamənin icrasının yubadılmasına səbəb olmuşdur. Bu səbəbdən də mübahisəli avtomobillə bağlı bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq əqdin etibarsızlığı, həmin əqd əsasında yaranmış olan hüquqi nəticələrin ləğv edilməsinə səbəb olur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 324.1, 337-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı»na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməs indəki icraat

12. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Mübahisə predmeti olan nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi və yenidən qoyulması tarixləri arasında olan müddətdə Cavabdeh1 həmin nəqliyyat vasitəsini anası X4, sonuncu isə ona satmışdır. O, məhkəmə mübahisələrindən və kredit öhdəliklərindən tamamilə xəbərsiz olmuş, alqı-satqı elanları saytında (turbo.az saytında) tapmış, avtomobilin həmin vaxt sahibi olan X6 ilə əlaqə saxlayıb danışmış, sonuncu onu avtomobilin heç bir probleminin olmadığına, o cümlədən yüklü və həbsdə olmadığına əmin etdik dən sonra Baş Dövlət Yol Polisi idarəsində alqı-satqı yolu ilə almışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-577/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X16 (sədrlik edən və məruzəçi), X17 və X8) Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(003)940/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbləri rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli nəqliyyat vasitəsi Cavabdeh4 satılarkən avtomobillə bağlı məhkəmə proseslərindən, eləcə də avtomobilin yüklü olması barədə onun məlumatı olmamışdır. Alqı-satqı müqaviləsinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfi ndən rəsmiləşdirilməsi və təsdiqlənməsi də avtomobilin yüklü və həbsdə olmamasına dair Cavabdeh4 daha da inam yaratmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh4 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutların (məlumatların) mövcudluğu müəyyən olunmadı. Birinci instansiya məhkəməsi işi tam araşdırmadan iddianı təmin etməklə əsassız nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur.

16. Məhkəmə öz mövqeyini MM-in 6, 158.3, 182.1, 337.1, 337.3, 390.1-ci, MPM-in 9.3, 14.2, 77.1-ci maddələrinə, “S.Nümayəndə şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

21. Maddə 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən ş əxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

22. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 390.1 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağl aya bilərlər.

25. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mün asibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 35. “S.Nümayəndə şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmi ş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməmə lidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq sonuncu alıcı olan X11 vicdanlı əldə edən olmasını nəzərə almaqla, alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasını əsassız hesab etmişdir.

40. Belə ki, Azərbaycan Respublikası MM-in 140-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

41. Mülki Məcəlləninin 650-ci maddəsinin tələbinə əsasən rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara dair də daşınmaz əmlakla bağlı qaydalar eyni ilə tətbiq olunur. Bu baxımdan nə qədər ki, Cavabdeh4 özündən əvvəl baş vermiş mübahisələrdən və qəbul olunmuş məhkəmə aktlarından məlumatsız olmuş, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcının adına qeydiyyat mövcud olmuş və ləğv edilməmişdir, o məhz qeydiyyata etimad edərək alğı-satqı müqaviləsi əsasında nəqliyyat vasitəsini əldə etmişdir. Bunun əksi ilə bağlı sübutlar isə iş materiallarında mövcud deyildir.

42. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması qeyd olunsa da, şikayət kassatorun şəxsi mülahizələrinə əsaslanmışdır.

43. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiy a məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, h ərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur.

44. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2021-ci il tarixli, 2(103)-577/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar