Məhkəmə qərarları › İş №2(102)-1824/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1824/2024

20.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1824/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Sanofi-Aventis Qrup” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəbərpa (Əmək Məcəlləsi maddə 70, “b” bəndi), məcburi işburaxma müddətinə görə əmək haqqının və digər ödənişlərin ödənilməsi, sübutların qiymətləndirlməsi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Gülə hməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "Sanofi-Aventis Qrup” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2024-cü il tarixli 2(103)-263/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə cavabdeh "Sanofi-Aventis Qrup” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra “cavabdeh” və ya “Şirkət”) arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh şirkətdə menecer vəzifəsində işləməyə başlamış dır.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Şirkətin iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 061A/18 nömrəli, xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi saxlanılmaqla iddiaçının Şirkətdə regional menecer vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 26 aprel 2018-ci il tarixdən hesablanmaqla iddiaçıya Şirkət tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

3. Şirkətin xx.xx.2019-cu il tarixli, İB/19 nömrəli əmrinə əsasən xx.xx.2011-ci il tarixli, 02/2011 saylı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmr etibarsız hesab edilmiş, işə çıxma günü xx.xx.2019-cu il hesab edilməklə iddiaçı region üzrə menecer vəzifəsinə bərpa edilmişdir.

4. Şirkətin xx.xx.2019-cu il tarixli bildirişiə əsasən iddiaçıya onunla bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xitam veriləcəyi barədə məlumat verilmişdir.

5. Şirkətin xx.xx.2020-ci il tarixli, 06/20 nömrəli əmrinə əsasən iddiaçı bağlanılmış 02/2011 nömrəli, xx.xx.2011-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi (iddianın dəqiqləşdirilməsi barədə ərizələr) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Şirkət tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 16 aprel 2020-ci il tarixli, 06/20 nömrəli əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsinin saxlanılması, ƏƏSMN-in elektron informasiya sistemində xxxxxxx000105 nömrəli X1 qüvvəyə salınması, onun tutduğu vəzifə saxlanılmaqla işə bərpa edilməsi və məcburi iş buraxmaya görə hər buraxılan iş günü üçün 630,07 manat orta əmək haqqının, xx.xx.2011-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməyən əmək haqqı, müavinətlər, məzuniyyət haqqı və digər ödənişlərin əvəzi olan cəmi 155089,9 manat pulun, xx.xx.2011ci ildən xx.xx.2020-ci il tarixədək ödənilməmiş məbləğlərin hər gecikdirilmiş gün üçün 1% kompensasiya miqdarında 789822,62 manat pulun faktiki hesablaşma günü daxil olmaqla, audit xidməti üçün çəkilən 4002 manat xərcin ödənilməsi və vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində pulun cavabdehdən onu n xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin etibarnaməsini qanunsuz hesab edir. Onun etibarnaməsi notarial qaydada təsdiq olunmamışdır. Etibarnaməni imzalayan şəxs X3 həmin müəssisədə hal-hazırda fəaliyyətini dayandırmışdır. Həmçinin onun da həmin şəxsə tabeçiliyi yoxdur, lakin onun bütün əmrlərini Nərgiz Həsənova imzalamışdır.

8. İddiaçının Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin magistr məzunu olmaqla ixtisası üzrə ümümi 17 il iş təcrübəsi vardır, onun 9 ilini Şirkətdə reseptsiz dərmanlar qrupu üzrə regional menecer vəzifəsində fəaliyyət göstərmişdir. 05 fevral 2018ci il tarixdə cavabdehin rəhbəri Nərgiz Həsənova vəzifəsindən sui-istifadə edərək Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" b əndinə əsasən 25 aprel 2018-ci ildə iddiaçını qanunsuz olaraq Əmək Məcəlləsinin maddələrinin tələblərini pozaraq işdən azad etmişdir. İddiaçı 2019-cu il tarixdə işə bərpa olunmuşdur. Sonradan ştatın ixtisarı ilə bağlı 20, 21 may və 18 iyun 2019-cu il tarixlərdə vəzifəli şəxslərdən əmrin surətini, yəni iştirak edən vəzifəli şəxslərin imzası və şirkətin Mərkəzi Asiya ofisinin baş direktoru Ranqa Velaratni tərəfindən təsdiq olunmuş sənədin bir nüsxəsini xahiş etmişdir, lakin bu günə qədər rəsmi sənəd təqdim olunmamışdır.

9. İddiaçı cavabdehin qanunsuz hərəkətləri barəsində 21 may 2019-cu ildən bu günə qədər Kazaxıstan, Moskva və Fransa ofisinin rəhbərlərinə dəfələrlə müraciət etməyinə baxmayaraq, heç bir cavab almamış və qanunsuz hərəkətlərə qarşı tədbir görülməmişdir, əksinə iddiaçıya qarş ı qanun pozuntularına yol verilməsinə şərait yaradılmışdır. Cavabdeh şirkətin fəaliyyəti dayanıbsa, onun işçiləri niyə 19-23 dekabr 2019-cu il tarixlərdə Almatada mitinqə gediblər? 13 yanvarda isə onun adına mitinqə getməklə bağlı çağırış gəlmişdir. Mitinqə gedən işçilərindən Anar Bağırovu işdən çıxarmışlar. Ancaq iddiaçı ilə bağlı heç bir sənəd yoxdur. Nərgiz Həsənova adlı şəxs hal-hazırda menecerdir. İşçilərin vəzifələrini dəyişiblər. İddiaçı 16 aprel 2020-ci ilədək rəsmi olaraq ştatda olmuşdur. İddiaçı 9 il ərzində nümunəvi işçi olmuşdur. Real ixtisar 16 aprel 2020-ci ildə olmuşdur. İxtisar qanunsuz olmuşdur. Onun bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 9 iyun tarixdə yerləşdirilmişdir. Cavabdeh bildirişi vaxtında otuzdurmamışdır. İddiaçı çox yerlərə müraciət etmiş, cava bdeh ona bildirişi 20 fevralda təqdim etmişdir. Xitam bildirişi 10 iyun tarixdə qüvvədən düşmüşdür. 20 may tarixdə onu işdən çıxarmışlar, ancaq 4 dekabrda qarşılıqlı razılaşma təklif etmişlər. 5 fevralda bildirişi vermişlər, sonra ştat cədvəlini təqdim etmişlər. 2 fevralda onun adını silib, Umudova Könülün adını və əmək haqqını yazmışlar. Sonra o da 2 tərəfli razılaşma ilə işdən çıxmışdır. Nərgiz Həsənovanın ştat cədvəli tərtib etməyə səlahiyyəti yoxdur. Bununla bağlı məhkəmə qərarında da göstərilmişdir. Ancaq 2019-cu illərdə ştat cədvəlini Nərgiz Həsənova tərtib etmişdir. Ştat cədvəlində kadrlar və mühasib qol çəkməlidir və müdir təsdiq etməlidir. 20 maydakı ştat cədvəlində isə onun adı yox idi. Ancaq statiskaya verilən məlumatda bu hal yoxdur. İddiaçının adı heç bir ixtisarda qeyd edilmə mişdir. Arayışda 2 nəfər, ştat cədvəlində 23 nəfər göstərirlər.

10. Həmçinin məcburi işburaxma vaxtları üçün əmək haqqı düzgün hesablanmamışdır. İddiaçı Əmək Müffətişliyinə müraicət etmiş, ona bildirmişlər ki, haqlıdır. Mühasibatlığa nə qədər müraciət etsə də, ona dəqiq məlumat verməmişlər. Ona hər dəfə fərqli rəqəmlər deyirdilər. 2014-cü ilin hesabatları DMSF-də yox idi. Cavabdeh 2018-2019cu illərdə onun müavinətlərini ödəmişdir. 2011-ci ildən 2017-ci ilədək cavabdehin faktiki ona ödənişləri bank hesabları ilə eynidir. Ancaq DMSF-də pul artıq göstərilmişdir. 20112017-ci ilədək 558 manat pulu gizlədilmişdir. İddiaçı bunu bülletenə çıxanda müəyyən etmişdir. O heç vaxt hesabatlara fikir verməmişdir. Hesab etmişdir ki, düzdür. Sonradan bülletenləri müqayisə edəndə görmüşdür ki, fərqlidir. Eyn i vaxtda olan bülletenlə bağlı fərqli arayışlar var idi. Mühasibatlıqla dəfələrlə danışmışdır. İddiaçı məcbur etmişdir ki, DMSF-yə göndərsinlər. İddiaçı 2016-ci ildən hesabatları hesablamağa başlamışdır. Məcburi işburaxma, işdən çıxma ilə bağlı ödənişlərdə DMSF-yə göndərilmiş məbləğ arasındakı fərqi bilmək istəyir. Onun 520 manatını sistəmə salmış, ancaq verməmişlər. İddiaçı 2011-ci ilin yanvar ayından 2018-ci ilin aprel ayına kimi hesablamışdır. Əmək məzuniyyəti və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar olan pulu eyni vaxtda ödəmişlər. Xəstəlik vərəqəsini hesablamamışlar, gözləyiblər ki, razılığa gəlsinlər. Onda olan sənədlər əsllərdir, ancaq cavabdeh isə surətlərini təqdim edir. Marina adlı şəxs gələndən sonra o da bütün məzuniyyət olan günlərini iş günü kimi qeyd etmişdir. Eyni döv rlər üçün fərqli hesablanmışdır. 2019-cu ildən məbləğ düzgün hesablanmamışdır. Cavabdeh iddiaçı ilə prinsip aparmışdır. İddiaçı məhkəmə yolu ilə işə bərpa olunmuşdur deyə ona pulu az yazmışlar. İşçiyə ödənilən məbləğlərin hamısı əmək haqqına daxildir. İşəgötürən DSMF-yə ödəniş edərkən tək əmək haqqı məbləğinin deyil, işçiyə ödədiyi bütün məbləğin 22 faizini ödəyir. İddiaçıya ödənilən mükafatdan da vergi tutulmuşdur. Məbləğlərdən vergi tutulubsa, onlar hesablamaya daxil olmalıdır. Hesablama əmək haqqı ilə yox, bütün gəlirlər ilə aparılmalıdır. 2020-ci ildə pulu xəstəlik vərəqəsinə əsasən almışdır. 2020-ci ilin mart ayında işləməmişdir, işləsə idi 2550 manat alardı.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 77, 186, 191, 194, 195, və 299-cu maddələrini müvafiq hissələrinə ist inad etmişdir.

12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiya etiraz edərək bunları göstərmişdir: - iddiaçı ilə 5 yanvar 2011-ci ildə əmək müqaviləsi bağlanmışdır. 2013-cü ildə onun vəzifəsi dəyişmişdir. Region üzrə “reseptsiz dərmanların satışı” üzrə menecer olmuşdur. Ştat ixtisarı olduğu üçün işdən çıxarılmışdır. Ştat ixtisarı olanda ƏM-də nəzərdə tutulan tələblərə riayət olunmalıdır. Belə ki, işçi 6 həftə qabaqcadan xəbərdar edilməlidir. 20 may 2019-cu ildə ixtisar barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçıya bildiriş göndərilmişdir. İddiaçı özü də bildirişi aldığını bildirmişdir. Eyni zamanda işçinin əmək haqqı və vəzifəsi barədə dövlət orqanlarına məlumat verilməlidir. xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilməli idi. Ancaq 3 gün qalmış iddiaçı məzuniyyət barədə ərizə ilə müraciət etmişdir. Onlar isə əmək müqaviləsinə xitam vermədən, məzuniyyətin bitməsini gözləmişlər. Bu müddət ərzində iddiaçı uzun müddət xəstələnmiş və onlar müddəti yenə uzatmaq məcburiyyətində qalmışlar; - 26.11.2019-cu ildə 2-ci dəfə yenə uzatmışlar. İddiaçı xx.xx.2020-ci ilədək xəstələndiyi üçün məzuniyyət xx.xx.2020-ci ilədək uzadılmışdır. Bütün bu müddətlər bitdikdən sonra əmək müqaviləsinə xitam verilmişdir; - iddiaçı ilə münasibətlər 2011-ci ildə yaranmış, 2020-ci ildə isə qurtarmışdır. 20 yanvar 2019-cu ildə əmək vəzifəsi ixtisarı olmuşdur. İxtisara səbəb həmin səlahiyyətlərin Qazaxıstanda yerləşən menecer şöbəsinə verilməsi olmuşdur; - etibarnamədə Nərgiz Həsənovanın adının olması Fransada təsdiq olunmuşdur. Digər etibarnamə isə Qazaxıstan notariusu tərəfindən təsdiq e dilmişdir. Nərgiz Həsənova 20 may tarixində Şirkətin rəhbəri idi. Əmrə əsasən onun ştat ixtisarı etmək səlahiyyəti vardır. Həmçinin iddiaçı əmək stajına uyğun olaraq 6 həftə əvvəl xəbərdar edilmişdir. Vəzifə ixtisarı ilə bağlı əmr olmalıdır, həmin əmr də vardır. Əmək müqaviləsinə 16 aprel 2020-ci ildə xitam verilmişdir; - səhv hesablama ilə bağlı yalnız ekspert rəy verə bilər. Məcburi iş buraxmaya dair isə etirazı vardır. Bununla bağlı qətnamə vardır. Qətnamə qüvvəyə mindikdən sonra icra edilmiş və icraata xitam verilmişdir. İddiaçı ancaq əmək müqaviləsi ilə bağlı tələb irəli sürə bilər. Elə aylar olar ki, tarif maaşı adi maaşa əlavə ödənilmişdir. Bu əvəzetmə ilə əlaqədar idi. Cavabdeh, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/153 nömrəli ekspert rəyinə əsasən iddiaçıya 2011-2020-ci illərdə (müavinət pulu istisna olmaqla digər ödənişlərlə birlikdə) 286670,46-18795,61=267874,85 manat hesablanıb ödənilmişdir. Lakin qeyd olunan dövrdə Şirkət tərəfindən iddiaçıya (müavinət pulu istisna olmaqla digər ödənişlərlə birlikdə) 273655,1 manat əmək haqqı hesablanması barədə DSMF-yə hesabatlar verilmişdir. DSMF-yə verilmiş hesabatlar əsas götürülməklə iddiaçıya 273655,1-267874,85=5780,25 manat əlavə pul ödənilməlidir. Şirkət tərəfindən iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 79,74 + 1336,62 + 45114,57 = 46.530,93 manat (və ya 78483,52 - 31.952,59 = 46530,93 manat) əmək qabiliyy ətinin müvəqqəti itirilməsinə görə müavinət pulu az ödənilmişdir. Şirkət tərəfindən iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 806,24 + 1.472,74 + 10469,71 =12748,69 manat məzuniyyət pulu az ödənilmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 34.454,87 manat işdənçıxarma müavinəti hesablanıb ödənilməli idi. Beləliklə, yuxarıda qeyd olunan dövr üçün (xx.xx.2018-ci il tarixli, xx.xx.2020-ci il tarixli) 34454,87 - 11703,38 = 22751,49 manat Şirkət tərəfindən iddiaçıya işdənçıxarma müavinəti az ödənilmişdir. Göstərilən dövr üçün iddiaçıya 81997,97 manat məcburi işburaxma dövrü üçün əmək haqqı hesablanıb ödənilməli idi. Beləliklə, yuxarıda qeyd olunan dövr üçün (xx.xx.2018-ci il tarixdən 10 iyun 2019-cu il tarixə kim i) 81997,97 - 30051,66 = 51946,31 manat məcburi işburaxma dövrü üçün əmək haqqı Şirkət tərəfindən iddiaçıya az ödənilmişdir. Sərbəst auditor tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 58 nömrəli auditor rəyi məlumatları, audit yoxlaması zamanı tədqiq olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçıya 2011-2020-ci illər ərzində Şirkət tərəfindən 155089,84 manat məbləğində vəsait az ödənilmişdir. 14. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 08-76/22 nömrəli rəyinə əsasən iddiaçıya 2011-2020-ci illər üzrə ümumilikdə 195393,95 manat əmək haqqı hesablanaraq ödənilməli olduğu halda 62 manat artıq hesablanaraq faktiki olaraq 195455,95 manat əmək haqqı ödənilmişdir. İddiaçıya 2011-2020-ci illər üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə Şirkət tərəfindən ümumilikdə 11915,81 manat mü avinət hesablanaraq ödənilməli olduğu halda, 3726,16 manat artıq hesablanaraq faktiki olaraq 15641,97 manat müavinət hesablanaraq ödənilmişdir. Bundan başqa qeyd edilən dövr üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 manat müavinət hesablanaraq ödənilməli olduğu halda, 3280,66 manat artıq hesablanaraq faktiki olaraq 12289,19 manat müavinət hesablanaraq ödənilmişdir. İddiaçıya 2011-2020-ci illər üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə ümumilikdə 23911,77 manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda 1232,35 manat artıq hesablanaraq faktiki olaraq 25144,12 manat məzuniyyət haqqı ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 aprel 2018-ci il tarixində xitam verildiyi üçün 8426,65 manat işdənçıxarma müavinəti hesablanaraq ödənilməli olduğu halda 2514.60 manat az hesablanaraq faktiki olaraq 5912,05 manat işdənçıxarma müavinəti ödənilmişdir. Məcburi işburaxma dövrü üçün (xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər) 30051,67 manat əmək haqqı ödənilməli olduğu halda, həmin məbləğdə əmək haqqı faktiki ödənilmişdir. İddiaçıya əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə ümumilikdə əmək haqqı olaraq 3976,98 manat ödənilməli olduğu halda, digər ödənişlər daxil olmaqla faktiki olaraq 6066,23 manat hesablanaraq ödənilmişdir. İddiaçıya əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ümumilikdə 7319,24 manat müavinət hesablanaraq ödənilmə li olduğu halda 3034 manat artıq hesablanaraq faktiki olaraq 10353,24 manat müavinət hesablanaraq ödənilmişdir. Bundan başqa qeyd edilən dövr üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3280,66 manat artıq hesablanaraq faktiki olaraq 12289,19 manat müavinət ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 aprel 2020-ci il tarixində xitam verildiyi üçün 5407,92 manat işdənçıxarma müavinəti hesablanaraq ödənilməli olduğu halda Şirkət tərəfindən iddiaçıya 383,41 manat artıq hesablanaraq faktiki olaraq 5791,33 manat işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçıya 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə istifadə etdiyi əmək məzuniyyət i günlərinə görə ümumilikdə 5899,19 manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda 455,73 manat artıq hesablanaraq faktiki olaraq 6354,93 manat məzuniyyət haqqı ödənilmişdir. 15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müstəqil auditor rəyinə əsasən iddiaçıya 2011-2020-ci illər üzrə ümumilikdə 195393,95 manat əmək haqqı hesablanaraq ödənilməli olduğu halda, 62 manat artıq hesablanaraq faktiki olaraq 195455,95 manat əmək haqqı ödənilmişdir. İddiaçıya 2011-2020-ci illər üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə Şirkət tərəfindən ümumilikdə 11915,81 manat müavinət hesablanaraq ödənilməli olduğu halda, faktiki olaraq 15641,97 manat müavinət hesablanaraq ödənilmişdir. Yekun olaraq Şirkət tərəfindən 2011-2020-ci illər ərzində İddiaçı 3726,16 manat müavinət artıq hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2011-2020-ci illər üzrə iddiaçıya əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 manat müavinət hesablanaraq ödənilməli olduğu halda, 12289,19 manat müavinət hesablanaraq ödənilmişdir. Yekun olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən tərəfindən 2011-2020-ci illər ərzində iddiaçıya 3280,66 manat müavinət artıq hesablanaraq ödənilmişdir. Şirkət tərəfindən 2011-2020-ci illər üzrə iddiaçıya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 9113,81 manat könüllü müavinət ödənilmişdir. İddiaçıya 2011-2020-ci illər üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə 23911,77 manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda 25144,12 manat məzuniyyət haqqı ödənilmişdir. Yekun olaraq 2011-2020-ci illər ərzində iddiaçıya 1232,35 manat müavinət artıq hesablanaraq ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi üçün 8426,65 manat işdənçıxarma müavinəti hesablanaraq ödənilməli olduğu halda 2514.60 manat az hesablanaraq faktiki olaraq 5912,05 manat işdənçıxarma müavinəti ödənilmişdir. Məcburi işburaxma dövrü üçün (xx.xx.2018- ci ildən xx.xx.2019-cu ilə qədər) iddiaçıya 30051,67 manat əmək haqqı ödənilməli idi və həmin məbləğdə əmək haqqı faktiki ödənilmişdir. İddiaçıya əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel-2020-ci aprel müddəti üzrə ümumilikdə əmək haqqı olaraq 3976,98 manat ödənilməli olduğu halda digər ödənişlər daxil olmaqla faktiki olaraq 6066,23 manat hesablanaraq ödənilmişdir. İddiaçıya əmək müna sibətlərində olduğu dövrün 2019-cu il aprel-2020-ci aprel müddəti üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ümumilikdə 7319,24 manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3034 manat artıq hesablanaraq faktiki olaraq 10353,24 manat müavinət hesablanaraq ödənilmişdir. Bundan başqa, qeyd edilən dövr üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3280,66 manat artıq hesablanaraq faktiki olaraq 12289,19 manat müavinət hesablanaraq ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 aprel 2020-ci il tarixində xitam verildiyi üçün 5407,92 manat işdənçıxarma müavinəti hesablanaraq ödənilməli olduğu halda 383,41 manat artıq hesabl anaraq faktiki olaraq 5791,33 manat işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçıya 2019-cu il aprel2020-ci aprel müddəti üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə ümumilikdə 5899,19 manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda 455,73 manat artıq hesablanaraq faktiki olaraq 6354,93 manat məzuniyyət haqqı ödənilmişdir.

16. Birinci instansiya məhkəməsində ekspert Föqanə Seyidova bildirmişdir ki, xəstəlik vərəqəsində günlərlə bağlı iyul ayında birində sıfır, birində 7, birində 15 gün göstərilib. Ən doğru variant 15 gündür, digərlərində mexaniki səhv olub, o da işçinin xeyrinədir. Auditorun rəyi onda var idi. Xəstəlik vərəqələrinin hesablanması Nazirlər Kabinetinin 189 saylı qərarına uyğun aparılmışdır. Nazirlər Kabinetinin 189 saylı qərarının 30-cu bəndində qazancla b ağlı əlavələr, mükafatlar, tarif vəzifə maaşı qeyd edilmişdir. Xəstəlik vərəqəsinə əlavə işəgötürən tərəfindən də qeyd edilmişdir ki, könüllü maddi yardımdır. Bu əmək haqqı cədvəllərində qeyd edilmişdir. 2018-ci ildə iddiaçının bildirdiyi ona köçən 7700 manat köçürülmənin onların hesabati ilə uyğun gəlməməsinin səbəbi odur ki, həmin dövrdə iddiaçının xəstəlik vərəqəsi var idi və xəstəlik vərəqəsi artıq hesablanmışdı. 2018-ci ilin xəstəlik vərəqəsində nə varsa hesablanmışdır. O, özü hamısını sıfırdan hesablamışdır. Qərardadda hansı suallar qoyulubsa ona cavab verilmişdir. Əvəz etmə əmrində iddiaçının hansı müddətdən müddətə əvəz etməyi qeyd edilmişdir. Həmin müddət də hesablanaraq, iddiaçıya ödənilmişdir. Əmək haqqı tabelə uyğun ödənilir. Əmək kitabçası onda olmayıb, o, tərəfləri çağıraraq, müvafiq qeydlərini aparmışdır. Ekspert rəyində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması cədvəlində 2019-cu ilin iyul ayı üçün 15 gün nəzərə alınmalıdır, sıfır yazılması isə onun mexaniki səhvidir. Sıfır olanda isə işçinin xeyrinə olur. 15 yazılanda isə iddiaçıya cavabdeh tərəfindən artıq ödənilmiş məbləğin həcmi artır. Nazirlər Kabinetinin 189 saylı qərarına istinad edir. 2019-cu ilin iyul ayı üçün 7 gün yazılsa da, 15 gün olmalıdır. İşçinin xeyrinə isə 7 gün sərf edir. 15 gün olsa idi, artıq ödəniş olduğu üçün iddiaçının cavabdehə borcu artacaqdı. Məhkəmə qərarında da qeyd edilir ki, işə bərpa olunan tarixədək məcburi iş buraxma dövrü ödənilməlidir. Əmrə əsasən də 14 may 2019-cu ildə işə bərpa olunmuşdur. Həmin dövrə qədər də hesablama aparılmışdır. Qərarda dın 5-ci sualı üzrə hesablamada əmək haqqı məbləğini əsas götürmüşdür. Əmək haqqı əmək müqaviləsinə uyğun 2555 manatla hesablanmışdır. Məzuniyyət məbləğini Nazirlər Kabinetinin 137 saylı qərarına əsasən hesablamışdır. Orada nəzərə alınan və alınmayan ödənişlər açıq-aydın qeyd edilmişdir. Əmək haqqı cədvəlindən də görünür ki, iddiaçıya nəzərə alınmayan ödənişlər ödənilmişdir və bunları o, nəzərə ala bilməzdi. Nə nəzərə alınıbsa, onları əlavə etmişdir. O, DSMF-də olan məbləğləri nəzərə alsa idi, Nazirlər Kabinetinin 137 saylı qərarına zidd olardı. Həmin qərarda açıq-aydın nəzərə alınan və alınmayan ödənişlər göstərilmişdir. DSMF-də cəmi məbləğ göstərilir, onun açıqlanması üçün əmək haqqı cədvəlinə baxılmalıdır. DSMF-də olan cəmi məbləğə baxdıqda hansının nəzərə alınan, hansının isə nəzərə alınmayan olmağını müəyyən etmək qeyri-mümkündür. Nəzərə alınan və alınmayan ödənişlər əmək haqqı cədvəlinə uyğun hesablanır. Nazirlər Kabinetinin 189 saylı qərarına əsasən işçinin stajı 12 ildən artıq olarsa, 100 faizlə hesablanmalıdır. 8 ilə qədərdirsə 60 faiz, 8 ildən 12 ilə qədərdirsə 80 faiz olmalıdır. O, bu müddətləri nəzərə alaraq, hesablamanı aparmışdır. 12 ildən artıq stajı olmadığı üçün 100 faizlə hesablamamışdır. Məzuniyyətin hesablamasında artıq ödəmə və az ödəmənin səbəbi hansısa ayı düzgün hesablamayanda zəncirvari olduğu üçün ondan irəli gəlir. Eyni zamanda nəzərə alınan və alınmayan ödənişlər fərq verir. Xəstəliklə bağlı cədvəllərdə bəzi aylarda iddiaçının qazancının sıfır olması iddiaçının işdə olmaması və əmək haqqı cədvəlində də sıfır qeyd edilməsi ilə bağlıdır. Eksperti zada tərəflərin iştirakı təmin olunmuşdur.

17. Birinci instansiya məhkəməsində ekspert X5 izahat verərək bildirmişdir ki, ekspert rəyini o hazırlamışdır. Ekspert rəyini hazırlayarkən sənədlərin qanuni və ya qanunsuz və ya mötəbər olması ekspert mühasibin səlahiyyət dairəsinə aid olmadığından iş materiallarında olan sənədlərə istinad etmişdir. Sənədin üzərində imza və möhür olmaması məsələsində əgər sənədlər iş materiallarında əks olunubsa və həmin sənədlərin nəzərə alınmaması ilə bağlı xüsusi irad yoxdursa, iş materiallarında olan sənədləri nəzərə alırlar. Əmrlərin üzərində imza möhür olmaması ilə bağlı hesablama aparılması məsələsi ilə bağlı qeyd edir ki, sənədlərin əslinin istənilməsi ilə bağlı məhkəməyə vəsatət verilmişdir. Onlara isə vəsatətə uyğun sənədlər təqdim edilməmişdir. Ümumiyə tlə, onlara sənədlər məhkəmə vasitəsilə daxil olur. Həmin dövr üçün əmrlər kitabında əmrlər göstərilsə imzasız olsa belə, nəzərə alınmalıdır. Əmək Məcəlləsinə uyğun olaraq, işçinin əmək məzuniyyətinə çıxan zaman ona ödənilən məbləğlərin nəzərə alınması orada xüsusi qeyd edilmişdir. Orada nəzərə alınmamalı olan yox idi. Onlar da nəzərə alınmalı olanın hamısını nəzərə almışlar. Ancaq individual mükafatları nəzərə almamışlar və onlar bunu Nazirlər Kabinetinin müvafiq qərarı ilə üzləşdirmişlər. Ziddiyyətli sənədlər olduğu üçün auditor rəyi tədqiqatı aparmışdır. Auditor rəyi hansı sənədlərə istinad etmişdirsə onlar da həmin sənədlərin rəqəmlərini hesablama hissəsində yoxlamış və eyni nəticəyə gəlmişlər. Orta əmək haqqı hesablanarkən işçiyə ödənilən maddi yardım nəzərə alınır sualına cavab olara q bildirir ki, maddi yardımın individual və ya kütləvi olması barədə əmrə baxmaq lazımdır. İndividual olanlar nəzərə alınmır. Vergi ödənilən ödəmələr o demək deyil ki, hamısı nəzərə alınmalıdır. Gəlir ümumi anlayışdır. Onun içində isə nəzərə alınan və alınmayanlar var. Dövrləri isə xatırlamır, audit yəqin ki dövrlərin hesablanmasında nəyə isə istinad etmişdir. Ekspert qarşısında qoyulan sualda dövr konkret günlər üzrə göstərilməyərək, 2011-2020-ci il aralığı göstərilmişdir. Məzuniyyət pulu əmək müqaviləsinə xitam verilməsinin sistemə vurulduğu tarixə qədər hesablanır.

18. Birinci instansiya müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə məhkəmə qərarı ilə işçinin işə bərpası ilə bağlı bildirmişdir ki, bu halda işəgötürən əsaslı sübutlarla birlikdə X4 Xidmətinə rəsmi q aydada müraciət edir. X4 Xidməti işçini işə bərpa etmir, sadəcə işçini təkrar işə götürmək üçün sistem üzrə razılıq verir. Həmin razılıq əsasında işəgötürən həmin xitamı etibarsız edir. Yəni, etibarsız edəndə avtomatik olaraq, işçi işə bərpa olunur. Məhkəmə qərar verirsə ki, ayın iyirmisindən işçi işə bərpa olunsun, bu halda müraciət olunur və sadəcə əmr ləğv olunur. Amma işçinin işə bərpası ayın iyirmisindən olur. Daha doğrusu, bərpa olunmur, yəni əmr etibarsız hesab edilir. Onlar sadəcə səlahiyyət verir və verilmiş xitam əmrini ləğv edirlər. Çünki işəgötürən ləğv edə bilmir gərək onlar razılıq versin. İşçinin məhkəmə qərarına əsasən işə bərpa edilməsi tarixi işçinin işə bərpa olunduğu tarixdir. Hazırkı iş üzrə X4 Xidmətinə müraciətin hansı tarixdə və nə vaxt olması ilə bağlı məlumatı yox dur. Bu cür mübahisələrdə əmrin əsas götürülüb ya onların həmin funksiyanı aktiv etməyi ilə bağlı vaxtın əsas götürülməyi ilə bağlı suala cavab olaraq bildirir ki, onların elektron informasiya sistemində görsənir və əmək müqaviləsi bildirişləri ilə bağlı Bakı şəhər İdarəsində işlər olanda onlar onu aidiyyatı üzrə Xidmətin elektron şöbəsinə göndərirlər.

19. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən, “məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilm iş, cavabdehdən iddiaçının xeyrinə 231,22 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertizanın xərci olaraq cavabdehdən 250 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 600 manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. (hakim Günay Axundova)

21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh şirkətdə menecer vəzifəsində işləməyə başlamışdır. Cavabdehin 061A/18 nömrəli, xx.xx.2018-ci il tarixli əmrinə əsasən iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni ştatının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilm işdir. İddiaçı işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutduğu vəzifəyə bərpa edilmiş və əmək funksiyalarını davam etdirmişdir. Bundan sonra cavabdehin xx.xx.2020-ci il tarixli, 06/20 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilması barədə xx.xx.2020-ci il tarixli əmrin ləğv olunaraq işə bərpa olunması, xx.xx.2011-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı, müavinətlər, məzuniyyət haqqının gecikdirilmiş hər gün üçün 1% olmaqla kompensasiyanın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia müddətinin t ətbiq edilməsi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş edir.

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədən – işə bərpa və 2011-ci ildən bəri ödənilməli olan ödənilməyən əmək haqqı və digər ödənişlərin cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir.

23. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının işə bərpa tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı bildirir ki, nə qədər ki, onun işə bərpa edilməsi barədə bildiriş elektron sistemdə həmin vaxt qüvvədə olmamışdır, deməli onun işdən azad edilməsi də əsassız olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, iş materiallarından görünür ki, iddiaçı işəgütürənin xx.xx.2019-cu il tarixli əmrinə əsasən xx.xx.2019-cu il tarixdən işə bərpa edilmişdir. “İcra Haqqında” Qanunun 70.2-ci maddəsinə əsasən işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixli bildirişlə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Bundan sonra iddiaçı məzuniyyət hüququndan istifadə etmişdir. Məzuniyyətdə olduğu dövrdə isə iddiaçı xəstələnmiş, işəgötürən iddiaçı ilə əmək müqaviləsini sonuncu işə çıxdıqdan sonra – xx.xx.2020-ci il tarixdə ləğv etmişdir.

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ixtisar əmə k qanunvericiliyinin tələbinə uyğun olmuşdur.

25. İddiaçının digər tələbi isə 2011-ci ildən əmək haqqı və digər ödənişlərin ödənilməsidir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

26. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqı və məzuniyyət pulunu tələb edə bilər.

27. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən iddiaçıya 2019- cu ilin dekabr ayı üçün 231,22 manat az ödəniş olunmuşdur. Buna görə də iddia həmin hissədə təmin, qalan hissədə rədd edilməlidir.

28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə keçirilmiş birinci ekspert rəyində müəy yən ziddiyyətlər olduğu üçün ekspert məhkəmə iclasına dəvət olunmuşdur. Ekspert suallara aydınlıq gətirə bilməmiş, ancaq işdə olan audit rəyinə istinad etdiyini bildirmişdir. Həm iddiaçı, həm də cavabdehin razılığı ilə mütəxəssis rəyinin alınması barədə qərar qəbul edilmişdir. Eyni zamanda cavabdeh də müstəqil auditor rəyi təqdim etmişdir. Sonuncu iki rəylə birinci rəy arasında əhəmiyyətli ziddiyyətlər müəyyən olunmuşdur. Bu səbəbdən işin digər halları və sübutları ilə yanaşı xx.xx.2022-ci il tarixli ekspert rəyi əsas götürülməlidir.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70 (b), 77 (1), 77(3), 135 (2), 172 (4), 172(5), 296 (4)-cü, “İcra Haqqında” Qanunun 70.2-ci, “Sosial sığorta haqqında” Qanunun 8-ci, Mülki-Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: - Ali Məhkəmənin 05 mart 2019-cu il tarixli qərarına əsasən, iddiaçı Şirkətə işə bərpa edilmişdir. 06 may 2019-cu il tarixli qərarla Bakı şəhəri Yasamal rayonu icra şöbəsində icraata başlanmış və 08 may 2019-cu il tarixində cavabdeh təşkilata "xxxx" göndərilmişdir. "xxxx" 08 may 2019-cu il tarixində Şirkətin rəhbəri Nərqiz Həsənova tərəfindən qəbul edilmişdir. 06 may 2019-cu il tarixli “Bildirişdə” qeyd olunmuşdur ki, nümayəndəliyin rəhbəri 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. Lakin bu günə qədər Cavabdeh– təşkilatın rəhbəri Nərqiz Həsənovanın iddiaçıya qarşı qəsdi-qərəzlik mövqeyini nəzərə alaraq, onun tərəfindən bütün tələblər tam yerinə yetirilməmişdir:

1. Məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 300-cü (qeyd hissəsi) maddəsi nəzərə alınmaqla orta əmək haqqının hesablanması məcəllənin 177.2,4-ci maddəsinə və Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarına uyğun olaraq hesablayıb ödənməmişdir (orta aylıq əmək haqqı ilə), tarif (vəzifə) maaşı - 2555 manat ilə ödəmişdir. 2.755616 nömrəli xəstəlik vərəqəsinin (xx.xx.2018 – xx.xx.2018-ci il tarixli) Cavabdeh tərəfindən xx.xx.2019-cu ildə ödənilmişdir, lakin DSMF-nin payına düşən hissəsi (14 iş günü) isə icraata xitam verildikdən (xx.xx.2019-cu il) sonra xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. İcraçı ödənişləri yoxlamadan icraata xitam vermişdir. 10 gün icra müddəti ərzində (xx.xx.2019 – xx.xx.2019-cu il tarixinə kimi) Cavabdeh Əmək Məcəlləsininn 7 və 49 maddələrinin 1-ci bəndini pozaraq: a) Yasamal Rayon Məhkəməsinin 2(004)5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən İddiaçının işə bərpa olunduğu zaman əmək münasibətlərinin bərpa olunması ilə barədə xitamla bağlı xxxxxxx0001X0 nömrəli “Əmək müqaviləsi bildirişi”-nin etibarsız edilməsi icra müddəti ərzində yox (xx.xx.2019 – xx.xx.2019-cu il tarixinə kimi) ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək Müqaviləsi bildirişi" altsistemində xx.xx.2019-cu il tarixində etibarsız edilmişdir; b) icra müddəti bitməmiş Cavabdeh 13 may 2019-cu il tarixind ə №03 İB/19 nömrəli Əmrlə iddiaçını işə bərpa edir və 17 may 2019-cu il tarixli Şirkətin Mərkəzi Asiya ofisinin Baş direktoru Ranqa Velaratninin saxta “Sərəncamına” əsasən İddiaçının tutduğu vəzifə ştat vahidi yenidən ixtisar edilir; - 20 May 2019-cu il tarixində İddiaçıya ixtisarla bağlı Bildiriş” təqdim edilir, 21 May 2019-cu il tarixində ona 17 may 2019-cu il tarixli saxta “Sərəncam” və 20 may 2019-cu il tarixli №0xx/xx-2019 nömrəli ƏMR təqdim edilir; - əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Yəni, 17 may 2019-cu il tarixli “Sərəncam”da baş ofisin hüquqi ünvanı, əmrin (sərəncamın) sıra nömrəsi qeyd olunmayıb, Baş ofisin möhürü yoxdur, işçinin adı, atasının adı və soyadı, Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il qeyd olunmayıb, 20 may 2019-cu il tarixli №0xx/xx-2019 nömrəli Əmrdə qoşma kimi göstərilən baş ofisin Əmri (rəsmi sənəd) bu günə kimi nə İddiaçıya, nə də məhkəməyə təqdim olunmayıb; - 17 may 2019-cu il tarixli “Sərəncam” və xx.xx.2018-ci il tarixli “Sərəncam” müqayisə edilərsə, açıq-aşkar görünər ki, 17 may 2019-cu il tarixli “Sərəncam” baş ofis tərəfindən təsdiq olunmayıb, Mərkəzi Asiya ofisinin Baş direktoru Ranqa Velaratninin qolu saxtadır və möhürlə təsdiq olunmayıb; - qanunsuz ixtisarla bağlı sənədləri (20 may 2019-cu il tarixli“Sərəncam”, 20 may 2019-cu il tarixli N 0xx/xx-2019 ƏMR, Bildiriş) və İddiaçının əmək münasibətlərinin bərpa olunması ilə bağlı xitamla bağlı “Əmək müqaviləsi bildirişi”-nin xx.xx.2019-cu il tarixində etibarsız edilməsi ilə sənədi id diaçı Yasamal Rayon Məhkəməsinin icra və probasiya şöbəsinin icra məmuruna təqdim etməyinə baxmayaraq icraçı tərəfindən heç bir tədbir görülməmişdir; - iddiaçı icraçının qanunsuz hərəkətlərindən xx.xx.2019-cu il tarixində şikayət etmiş, lakin heç bir tədbir görülməmişdir.

32. Apellyasiya icraatı zamanı təqdim olunmuş Bakı şəhəri Nizami Rayon Prokrorluğunda 05 iyun 2023-cü il tarixli qərarlarına əsasən X2 ("xxxx" MMC-nin rəhbəri) və Seyidova Föqanə M.Tağı qızı ("xxxx" MMC-nin eksperti) barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinin həll edilməsi məqsədilə baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ilə X2 və Seyidova Föqanə M.Tağı qızı şəxs cərimə edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası təyin etmişdir.

34. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-9/7282/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçıya 2011-2020-ci illər üzrə ümumilikdə 195393,95 (bir yüz doxsan beş min üç yüz doxsan üç, 95) manat əmək haqqı hesablanaraq ödənilməli olduğu halda 62 (altmış iki) manat artıq hesablanaraq faktiki olaraq 195455,95 (bir yüz doxsan beş min dörd yüz əlli beş, 95) manat əmək haqqı ödənilmişdir. İddiaçıya 2011-2020-ci illər üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ümumilikdə 11915,81 (on bir min doqquz yüz on beş, 81) manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3726,16 (üç min yeddi y üz iyirmi altı, 16) manat artıq hesablanaraq faktiki olaraq 15641,97 (on beş min altı yüz qırx bir, 97) manat müavinət ödənilmişdir. Bundan başqa qeyd edilən dövr üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 (doqquz min səkkiz, 53) manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3280,66 (üç min iki yüz səksən, 66) manat artıq hesablanaraq faktiki olaraq 12289,19 (on iki min iki yüz səksən doqquz, 19) manat müavinat hesablanaraq ödənilmişdir. İddiaçıya 2011-2020-ci illər üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə ümumilikdə 23911,77 (iyirmi üç min doqquz yüz on bir, 77) manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda 1232,35 (bir min İkİ yüz otuz iki, 35) manat artıq he sablanaraq faktiki olaraq 25144,12 (iyirmi beş min bir yüz qırx dörd, 12) manat məzuniyyət haqqı ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 aprel 2018-ci il tarixində xitam verildiyi üçün 8426.65 (səkiz min dörd yüz iyirmi altı, 65) manat işdənçıxarma müavinəti hesablanaraq ödənilməli olduğu halda 2514.60 (iki min beş yüz on dörd, 60) manat az hesablanaraq faktiki olaraq 5912,05 (beş min doqquz yüz on İki, 05) manat işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçıya məcburi işburaxma dövrü üçün (xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər) 30051,67 (otuz min əlli bir, 67) manat əmək haqqı ödənilməli idi və həmin məbləğdə əmək haqqı faktiki ödənilmişdir. İddiaçıya əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel-2020-ci aprel müddəti üzrə ümumilikdə əmək haqqı olaraq 3976,98 ( üç min doqquz yüz yetmiş altı, 98) manat ödənilməli olduğu halda, digər ödənişlər daxil olmaqla faktiki olaraq 6066,23 (altı min altmış altı, 23) manat hesablanaraq ödənilmişdir. İddiaçıya əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel-2020-ci aprel müddəti üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ümumilikdə 7319,24 (yeddi min üç yüz on doqquz, 24) manat müavinat hesablanaraq ödənilməli olduğu halda 3034 (üç min otuz dörd) manat artıq hesablanaraq faktiki olaraq 10353,24 (on min üç yüz əlli üç, 24) manat müavinat hesablanaraq ödənilmişdir. Bundan başqa qeyd edilən dövr üzrə DSMF tərəfindən iddiaçıya əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 (doqquz min səkkiz, 53) manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3280, 66 ( üç min iki yüz səksən, 66) manat artıq hesablanaraq faktiki olaraq 12289,19 (on iki min iki yüz səksən doqquz, 19) manat müavinat hesablanaraq ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 aprel 2020-ci il tarixində xitam verildiyi üçün 5407,92 (beş min dörd yüz yeddi, 92) manat işdənçıxarma müavinatı hesablanaraq ödənilməli olduğu halda 383,41 (üç yüz səksən üç, 41) manat artıq hesablanaraq faktiki olaraq 5791,33 (beş min yeddi yüz doxsan bir, 33) manat işdənçıxarma müavinatı ödənilmişdir. İddiaçıya 2019-cu il aprel-2020-ci aprel müddəti üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə ümumilikdə 5899,19 (beş min səkkiz yüz doxsan doqquz, 19) manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda 455,73 (dörd yüz əlli beş, 73) manat artıq hesablanaraq faktiki olaraq 6354,93 (altı min üç yüz əlli dörd, 93) manat məzuniyyət haqqı ödənilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-263/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarına əsasən məhkəmə qətnaməsinin icrası qaydasında iddiaçı işəgütürənin xx.xx.2019-cu il tarixli əmrinə əsasən xx.xx.2019-cu il tarixdən işə bərpa edilmiş, daha sonra işçi xx.xx.2019-cu il tarixli bildirişlə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Bundan sonra işçi məzuniyyət hüququndan istifadə etmişdir. Məzuniyyətdə olduğu dövrdə isə xəstələnmiş, işəgötürən işçi ilə əmək müqaviləsini işçi işə çıxdıqdan sonra xx.xx.2020-ci il tarixdə ləğv etmişdir. Göründüyü kimi, ixtisar əmək qanunvericiliyinin tələbinə uyğun olmuşdur.

37. Apellyasiya instansiyası məhkəməsi iddiaçının digər tələbi ilə bağlı, yəni 2011-ci ildən əmək haqqı və digər ödənişlərin ödənilməsi hissəsinə münasibətdə isə göstərmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş, cavabdeh tərəf isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olma yaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı xx.xx.2019- cu ildən xx.xx.2020-ci il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqı və məzuniyyət pulunu tələb edə bilər. Belə ki, Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraci ət edə bilər.

38. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi sənədlərə əsasən Bakı şəhəri Nizami Rayon Prokrorluğunda 05 iyun 2023-cü il tarixli qərarları ilə X2 ("xxxx" MMC-nin rəhbəri) və Seyidova Föqanə M.Tağı qızı ("xxxx" MMC-nin eksperti) barəsəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və onlar barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinin həll edilməsi məqsədilə baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ilə X2 və Seyidova Föqanə M.Tağı qızı şəxs cərimə edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin əsas sübut hesab etməklə əsaslanmış olduğu "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 08-76/22 nömrəli rəyi səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş rəy sübut hesab edilə bilinmədiyindən və işin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışında alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/7282/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli ekspert rəyini təkzib edəcək əsaslı sübut olmadığından, həmin rəy əsaslı hesab etmiş və göstərmişdir ki, iddiaçının xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək o lan dövr üçün ödənilməmiş əmək haqqı və məzuniyyət pulunu hesablanması qeyd edilən rəyə uyğun aparılmalıdır. İstinad edilən ekspert rəyin görə isə iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək olan dövr üçün əmək haqqı və məzuniyyət pulu tam şəkildə ödənilmişdir.

41. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.

42. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (b bəndi), 77 (İ, İİ, İİİ hissələr), 135 (İİ hissə), 172 (İV, V hissələri) 287, 288, 292 və 296-cı (İV hissə) maddələri, “Sosial sığorta haqqında” xx.xx.19 97-ci il tarixli Qanununun 8-ci maddəsinin 5-ci bəndin “İcra Haqqında” Qanunun 70.2-ci maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

43. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-ci il tarixlərində keçirilmiş məhkəmə iclaslarının fasiləsiz video-audio yazılardan açıq aydın görünür ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyası tərəfindən ixtisarla bağlı heç bir araşdırma aparı lmamışdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə bərpa və ixtisarla bağlı iş materiallarında olan sübutları obyektiv, hərtərəfli və tam araşdırmadan onları nəzərə almadan ixtisarı qanuni hesab edərək cavabdehin xeyrinə qətnamə çıxartmışdılar. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında deyilir ki, Cavabdeh şirkətdə işçilərin sayının və ya ştatını ixtisar olunması halını sübutetmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Cavabdeh şirkət sübut etməlidir ki, həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranmış və ixtisarı zəruri edən hallarla bağlı aydın qənaətə gəlmək üçün sübutlar təqdim etməli idi. Ümumiyyətlə, cavabdehdə ixtisarın aparılmasının müzakirə olunması, şirkət üzrə belə bir əsaslandırılmış qərar qəbul edilməsi ilə bağlı məhkəmələrə heç bir sübut təqdim edilməmişdir. xx.xx.2019-cu il tarixli saxta Sərəncama əsasən, guya ixtisar büdcənin optimallaşdırılması məqsədi ilə aparılıb. Əgər həqiqətən iddiaçının işdən azad olunmasının əsasını büdcənin optimallaşdırılması təşkil edibsə, onda nəyə görə onun çalışdığı reseptsiz dərmanlar üzrə qrupda yalnız iddiaçının (digərlərindən daha çox əmək stajına malik olan şəxs) ixtisarla bağlı işdən azad olunması sual yaradıb. Hazırkı işdə şirkətdə belə bir analizin aparılması, belə ixtisar nəticəsində əldə olunacaq nəticələr, ixtisar olunacaq işçilərin üstün hüquqlarının qorunması və.s. zəruri məlumatlara dair heç bir sübut məhkəmələrə təqdim edilməmişdir. “Sərəncamın” Əmək Məcəlləsinin 84.1 (84.2) maddələrinə uyğun ver ilməməsi (“Sərəncam”da baş ofisin hüquqi ünvanı, əmrin (sərəncamın) sıra nömrəsi qeyd olunmayıb, işçinin adı, atasının adı və soyadı qeyd edilməyib, Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi qeyd edilməyib, əmək müqaviləsi ləğv edilən gün, ay və il qeyd olunmayıb), saxta olub-olmaması araşdırılmadan hər iki məhkəmə sənədi qanuni sənəd kimi qiymətləndirib. Həmçinin iddiaçı uzun müddətdir (9 il 3 ay) həmin işdə çalışmış, həmin sahədə tanınmış mütəxəssis idi və məhkəmə gedişi zamanı onun peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlı dəlillər Cavabdeh tərəfindən irəli sürülməmişdir. Hər iki məhkəmə iddiaçının peşəkarlıq səviyyəsini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 7, 49, 11.1 “ə” bəndi, 78.1, 84 maddələrindən və Mülki Məcəllənin 560.1 maddəsindən ir əli gələn tələbləri nəzərə almadan işə səthi yanaşmış, ixtisarla bağlı heç bir araşdırma aparmadan iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş, işin sübut olunmamış hallarına sübut olunmuş kimi qiymət verərək düzgün hüquqi nəticəyə gəlməmiş, hüquq normaları məhkəmə tərəfindən kobudcasına pozmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixli video-audio yazıdan aydın görünür ki, sədrlik edən hakim Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/153 nömrəli ekspert rəyində ziddiyyətlərin nədən ibarət olmasını araşdırmadan, əsaslandırmadan, Cavabdehə şifahi vəsatətin (təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi ilə bağlı) verilməsinə və onun qəbul edilməsinə köməklik göstərir. Lakin iddiaçının təkrar ekspertizanın keçirilməsinə etiraz etməsinə məhəl qoymadan, təkid edər ək təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. İddiaçının xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsi ilə iş materiallarına əlavə etdiyi “AR ƏNME”mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/7282/2023 nömrəli qanunsuz ekspert rəyində ziddiyyətlərin göstərilməsinə” dair sənədi məhkəmə iş materiallarına əlavə etməyərək sübut kimi qiymətləndirməmişdir. Həmin sənəd AR ƏNME Mərkəzinin eksperti tərəfindən "xxxx"MMC-in xx.xx.2022-ci il tarixli, 08-76/22 nömrəli qanunsuz rəyini elektron qaydada köçürülməsini sübut edirdi. İddiaçının xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsi ilə iş materiallarına əlavə etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci l tarixli, 08-7622 nömrəli qanunsuz rəyində ziddiyyətlərin göstərilməsinə” dair sənəd “AR ƏNME” mərkəzinin xx.xx.2023-cü il tar ixli 3-16- 16/2-9/7282/2023 nömrəli qanunsuz ekspert rəyi ilə müqayisə olunmamışdı və sübut kimi qiymətləndirilməmişdir. İddiaçının xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsi ilə iş materiallarına əlavə etdiyi Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinxx.xx.2018-ci il tarixli **********749800 saylı məktub nəzərə alınmamışdır. Qeyd olunanlardan əlavə, işə baxan məhkəmələr iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi günü (16 May 2019) yox, məhkəməyə müraciət etdiyi günü (xx.xx.2020) əsas götürmüşlər. xx.xx.2022-ci il tarixində audio-video yazıları ilə və iş materialları ilə tanış olarkən 10 Avqust 2020-ci il tarixli ərizənin (xx.xx.2011- xx.xx.2019-cu il tarixlərinə aid olan pul tələblərinə aid iddia müddətinin tətbiq edilməsi barədə) iş materiall arında olmadığı məlum olunmuş, lakin 19 iyul 2023-cü il tarixində Bakı Apelyasiya məhkəməsində iş materialları ilə tanış olarkən iddiaçı tərəfindən aşkar olunmuşdu ki, 10 Avqust 2020-ci il tarixli ərizə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən 19 iyul 2023-ci il tarixədək dolayı yol ilə iş materiallarına əlavə olunub. Apellyasiya instansiyası məhkəməsi hansı iddia müddəti ilə bağlı ərizəni nəzərdə tutmuşdu - xx.xx.2020-ci il tarixli ərizəni (“əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi və işə bərpa” tələbinə iddia müddətinin tətbiq edilməsi) yoxsa xx.xx.2020-ci il tarixli “Etiraza əlavəni” məlum deyil. Nəzərə alınsa ki, xx.xx.2022-ci il tarixli qətnamə dəyişdirilmədən qüvvədə saxlanıb, deməli xx.xx.2020-ci il tarixli “Etiraza əlavə” ərizəsinə istinad olunub. Apellyasiya şikay əti təmin edilmədiyindən iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmənin bu yanaşması MPM-nin 117.1, 117.2, 119.2, 119.4-ci maddələrinin tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70 (b bəndi). Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsaslarla ləğv edilə bilər. Maddə 77 (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin i şəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77 (2-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 77 (3-cü hissə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləs inə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 135 (2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə

287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollek tiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müdd ət şamil edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 41 7.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

47. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.

51. İddia tələbi iki hissədən – işə bərpa və 2011-ci ildən bəri ödənilməyən əmək haqqı və digər ödənişlərin cavabdehdən iddiaçının xeyrinə tutulması – ibarətdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.

52. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.

53. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçının işlədiyi ştat ixtisar edilmiş, iddiaçı qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi barədə qanununla müəyyən edilmiş müddətdə xəbərdar olunmuş, bununla bağlı iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlara cavabdeh tərəfindən əməl edilmişdir.

54. Məhkəmə kollegiyası gəlinən nəticə razılaşır, buna görə də əlavə şərhə zərurət görməyərək onu da qeyd edir k i, Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

55. Göründüyü kimi, iş mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının tutduğu ştatın ixtisar edilməsi ilə bağlı işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişlər. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.

56. İddia tələbinin digər hissəsi – 2011-ci ildən bəri ödənilməyən əmək haqqı və digər ödənişlərin cavabdehdən iddiaçının xeyrinə tutulması – üzrə gəlinən nəticə də əsaslıdır. Belə ki, işdən görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr həmin iddianı qismən təmi n edərkən iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini nəzərə almaqla ekspert rəylərinə istinad etmişlər.

57. Apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəylərini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

58. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, ştatların ixtisar edilməsi Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işə götürənin hüququdur.

59. İxtisar zamanı iddiaçının üstünlük hüquqlarını nəzər alınmaması barədə dəlil də əsassızdır. Belə ki, işin müəyyən edilmiş hallarına görə iddiaçının işlədiyi ştatda bir nəfər işçi nəzərdə tutulub, bu işçi də iddiaçı özü olub. Əmək Məcəlləsinin 78-ci maddəsində ştatları n ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərə bu norma o halda tətbiq edilir ki, həmin ştat üzrə ən azı iki işçi olmuş olsun.

60. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki halları ilə bağlı olub iddianın məhz təmin edilməsinə yönələn dəlillər kimi iş mahiyyəti üzrə sübutlar əsasında baxan məhkəmələr tərəfindən qəbul edilməyib. İşin faktiki halları ilə bağlı olan dəlillərə isə kassasiya instansiyası məhkəməsi qiymət vermir.

61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-263/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar