Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3237/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutuna, habelə mübahisə predmeti barəsində müstəqil tələn irəli sürməyən üçüncü şəxs X5 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, əmək müqaviləsinin müddətli bağlanması, iddia müddətinin axımının başlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xı dırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(103)2788/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 28 oktyabr 2014-cü il tarixli əmək müqaviləsi ilə müddətsiz olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi İstedadlı Uşaqlarla İş Mərkəzinə, əlavə iş yeri olmaqla müəllim/tərtibatçılıq işi vəzifəsinə, 07 yanvar 2020-ci il tarixli əmək müqaviləsi ilə müddətsiz olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsində mütəxəssis vəzifəsinə qəbul edilmişdir.
2. İddiaçı 30 dekabr 2022-ci il tarixdə ərizə ilə A zərbaycan Respublikasının Təhsil İnstitutunun direktoruna müraciət edərək, 05 yanvar 2023-cü il tarixdən onunla bağlanmış müddətsiz əmək müqaviləsinin ləğvinə və müddətli əmək müqaviləsi bağlanmasına göstəriş verilməsini xahiş etmişdir.
3. İddiaçı və Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında 05 yanvar 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, İstedadlı uşaqlarla iş şöbəsində mütəxəssis vəzifəsinə 6 ay müddətinə işə qəbul edilmişdir.
4. İddiaçı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Funksional şöbə olan İstedadlı uşaqlarla iş şöbəsində, mütəxəssis vəzifəsində işləməsi 07 iyul 2023-cü il tarixdə 6 ay müddətinə - 05 yanvar 2024-cü il tarixədək, 15 yanvar 2024-cü il tarixdə 6 ay müddətinə - 05 iyul 2024-cü il tarixədək uzadılmışdır.
5. Azərbaycan Respublik ası Elm və Təhsil nazirinin 05 iyun 2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutunun strukturunun və ştat cədvəlinin təsdiq edilməsi, bu əmrin icrasından irəli gələn məsələlərin həllinin təmin edilməsi əmr edilmişdir.
6. İstedadlı uşaqlarla iş şöbəsinin mütəxəssisi tərəfindən İddiaçı göndərilmiş xəbərdarlıq bildirişindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 30 may 2024-cü il tarixli əmrinə uyğun olaraq, çalışdığı metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin ləğv olunması və müəyyən sayda ştatların ixtisar edilməsi ilə əlaqədar məlumat verilmiş, həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, istedadlı uşaqlarla iş şöbəsi ləğv olunduğu üçün ona Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Elmi kitabxanasında kita bxanaçı vəzifəsi təklif olunur. Razılaşdığı təqdirdə yeni vəzifəyə - Elmi kitabxanada kitabxanaçı vəzifəsinə təyin olunmaq barədə razılıq ərizəsi yaza bilər. Razılaşmadığı halda xəbərdarlıq müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam veriləcəyi nəzərinə çatdırılmışdır.
7. Azərbaycan Respublikasının Təhsil X1 Komitəsinin İdarə Heyətinin 28 avqust 2024-cü il tarixli iclasının 02 saylı protokolundan çıxarışdan və 29 avqust 2024-cü il tarixli rəydən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam qanunauyğun hesab edilmiş və institut rəhbərliyinin iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.
8. Azərbaycan Respublikasının Təhsil İnstitutunun 30 avqust 2024-cü il tarixli 329-65/3-1- 773k/2024 nömrəli Əmri ilə istedadlı uşaqlarla iş şö bəsinin mütəxəssisi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə 30 avqust 2024-cü il tarixdən xitam verilməsi, Maliyyə şöbəsi tərəfindən əmrin 1-ci bəndinin tələblərinə uyğun olaraq son haqq-hesabın və orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxarma müavinətinin müvafiq qaydada ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutuna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsi barədə 30 avqust 2024 tarixli, 3-29-65/3-1-773k/2024 nömrəli ə mrin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı uşaqlarla İş Mərkəzinə mütəxəssis vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçının işdən çıxarıldığı 30 avqust 2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya vurduğu mənəvi zərərin əvəzi olaraq 500 manat pul vəsaitinin cavabdehdən tutularaq birdəfəlik qaydada iddiaçıya ödənilməsi, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidmətinə görə 60 manat, nümayəndəyə etdiyi kömək üçün ödənilən xərc olaraq 12 manat və poçt xərci 3,74 manat olaraq, cəmi 75,74 manat pulun cavabdehdən tutularaq iddiaçıya birdəfəlik qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 12 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi İstedadlı Uşaqlarla İş mərkəzinə 3 ay müddətinə metodist vəzifəsinə təyin olunmuşdur. Sonra o, 2018-ci ilin mart ayında 3 ay müddətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi istedadlı uşaqlarla iş mərkəzin mütəxəssis vəzifəsinə təyin edilmişdir. Sonradan müqavilə daha 3 ay müddətə uzadılmışdır. 07 yanvar 2020-ci ildə müddətsiz əmək müqaviləsi əsasında Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 2022-ci ilin dekabr ayının 30-da (ilin son iş günü) axşam saat 18 radələrində İstedadlı uşaqlarla iş şöbəsinin rəhbəri Tural Alışovun və insan resursları şöbəsinin müdiri Lalə Əsədovanın ciddi təzyiqi və işdən çıxarıla biləcəyi hədəsi ilə “65 yaş həddinə çatdığına görə” müddətsiz əmək müqaviləsinin ləğv edilməsi və müddətli əmək müqaviləsinin bağlanılması barədə iddiaçıya ərizə yazdırılmışdır. Beləliklə, 05 yanvar 2023-cü il tarixdə iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir. Bundan sonra, üç dəfə əmək müqaviləsi 6 ay müddətinə uzadılmışdır. 2024-cü ilin iyun ayında cavabdeh qurumda struktur dəyişikliyi başlamış, Təhsil İnstitutunda İstedadlı uşaqlarla iş mərkəzi (2017-ci ildə yaradılıb 2019-da ləğv edilən İstedadlı X6 təkrarı) yaradılmışdır. Bununla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev əmr imzalamışdır. İddiaçının çalışdığı şöbənin 11 əməkdaşından 9-u həmin mərkəzə keçirilib, biri iddiaçı olmaqla başqa iki əməkdaş isə X4 mərkəzinin Elmi kitabxanasına göndəriliblər. İyun ayının 21-dən işlədiyi İstedadlı uşaqlarla iş şöbəsindən Elmi kitabxanaya keçməsi üçün iddiaçıya təzyiqlər edilib. Cavabdehin bu tələbi qanunvericiliyə zidd olduğu üçün iddiaçı qanunsuzluğa etiraz edərək kitabxanaya keçməkdən imtina edib, ərizə yazmayıb. Buna baxmayaraq cavabdeh dəfələrlə iddiaçıdan “öz xahişi ilə” Elmi kitabxanaya keçməsini tələb edib, əks halda onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilib, iddiaçı bundan imtina edib. İddiaçı, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam veriləcəyi barədə iyunun 25-də iki ay öncədən xəbərdarlıq bildirişi alıb. 30 avqust 2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
11. Cavabdehin nümayəndəsi, Vəkil1 ərizə təqdim edərək, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı məhkəmədən xahiş edir ki, onunla müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa edilsin. Halbuki, işin hallarından görünür ki, iddiaçı işdən azad edilərkən onun cavabdehlə əmək müqaviləsi müddətli olmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı könüllü olaraq ərizə ilə işəgötürənə müraciət edərək onun əmək müqaviləsinin müddətli bağlanılmasını xahiş etmişdir. Bundan sonra özünün də qeyd etdiyi kimi hər biri 6 ay olmaqla 3 dəfə uzadılmışdır. İddiaçı bu dəyişikliklərin heç birinə etiraz etməmiş, əksinə öz ərizəsi ilə şəxsi iradəsini ifadə etmiş və işləməyə davam etmişdir. Əgər müqavilənin müddətsizdən müddətliyə dəyişdirilməsi cavabdehin təzyiqi və təsiri əsasında baş vermişdirsə, onda dərhal müvafiq dövlət orqanlarına, yaxud da məhkəməyə müraciət edə bilərdi. Lakin, göründüyü kimi, 2 ildən artıq vaxt keçməyinə baxmayaraq, iddiaçı belə bir tələb irəli sürməmiş və bu halı mübahisələndirməmişdir. Cavabdeh hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(006)803/2025 nömrəli qətnaməsi ilə (hakim G.Abidova) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Təhsil İnstitutunun 30 avqust 2024-cü il tarixli, 3-29-65/3-1773k/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X6 Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpa edilm əsi (əvvəlki əmək müqaviləsinin şərtləri əsasında), məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının Azərbaycan Respublikasının Təhsil İnstitutundan tutularaq İddiaçı ödənilməsi, cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərcləri kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinin qalan hissəsinin İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış 05 yanvar 2023-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilmişdir. Həmi n maddənin əsası işçilərin sayı və ya ştatların ixtisar edilməsidir. Yəni, işçinin həmin əsas ilə işdən çıxarılması üçün ya işçilərin sayı ixtisar edilməli, ya da ştat ixtisar edilməlidir. Cavabdehin 30 avqust 2024-cü il tarixli əmrində İddiaçı ştat ixtisarı, yoxsa işçi ixtisarı olması əsaslandırılmamışdır. Hətta, məhkəmə qeyd etmişdir ki, müvafiq əmrdə ümumiyyətlə əsaslandırma aparılmamış, məhkəmə prosesində iddiaçının əmək müqaviləsinin ştat ixtisarı, yoxsa işçi ixtisarı səbəbi ilə ləğv edilməsinin dəqiqləşdirilməsi üçün verilmiş sualın cavabı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə ziddir.
14. Məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə mübahisəni araşdırarkən ixtisarın real olubolmamasını araşdırmalıdır. Belə ki, qeyd olunan əsas ilə əmək müqaviləsi ləğv edildikdə məhkəmə ştat və ya işçi ixtisarının hansı ehtiyac və ya zərurət səbəbindən həyata keçirilməsini müəyyənləşdirməlidir. Hazırkı iş üzrə cavabdeh müəssisə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin səbəbini Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 05 iyun 2024-cü il tarixli əmri əsasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun yeni struktur və ştat cədvəlinin təsdiq edilməsi ilə əsaslandırır.
15. Birinci instansiya məhkəməsi köhnə və yeni ştat cədvəllərini müqayisə etdikdə məlum etmişdir ki, struktur dəyişikliyi nəticəsində istedadlı uşaqlarla iş şöbəsinin adı dəyişdirilməklə daha geniş mərkəz yaradılmış, mərkəzə yeni ştatlar əl avə edilmiş, hətta bəzi ştat vahidlərinin sayı artırılmışdır. Göründüyü kimi, hazırkı mülki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi sadəcə formal struktur dəyişikliyə əsaslanır və real (həqiqi) ixtisar xarakteri daşımır.
16. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında əvvəlki və yeni ştat cədvəlinə uyğun olaraq iddiaçının tutduğu vəzifənin yeni ştat cədvəli üzrə Xüsusi İstedadlı Uşaqlarla İş Mərkəzinə və onun daxilində Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinə uyğun olması məsələsi müzakirə edilmiş və iddiaçı tərəfindən təsdiqlənmiş, cavabdeh tərəfindən isə bu məsələ mübahisələndirilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunda struktur dəyişikliyi olduğundan və iddiaçının işlədiyi şöbənin adı dəyişdirildiyindən, iddiaçı yeni ştat cədvəli üzrə əvvə lki vəzifəsinə mütənasib vəzifəyə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X6 Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpa edilməlidir.
17. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı işə bərpa edildiyinə görə işdən çıxarıldığı vaxtdan işə bərpa olunanadək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Azərbaycan Respublikasının Təhsil İnstitutundan tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunan ödənişin birdəfəlik ödənilməli olması isə məhkəmə icraatının mübahisə predmeti deyil.
18. Məhkəmə iddiaçının müddətsiz olaraq işə bərpa olunması tələbi haqqında hesab etmişdir ki, iddiaçının müddətsiz olaraq işə bərpa edilməsi yolverilməzdir. Belə ki, işçi işdən azad olunarkən qüvvəsinə xitam verilən əmək müqaviləsi müddətli olmuş, yəni iddiaçı və işəgötürən arasında müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası isə müddətin bitməsi yox, ştat və ya işçilərin sayının ixtisar edilməsi olmuşdur. Məhkəmə iddiaçıların işə bərpa tələbi barədə iddialarına baxarkən, işdən çıxarılma barədə işəgötürənin əmrini ləğv edir və işçini əmək müqaviləsinin əvvəlki şərtləri ilə işə bərpa edir. Əmək müqaviləsinin bağlanması prosesi işçi və işəgötürənin sərbəst iradəsinə əsasən həyata keçirilir. Məhkəmə iddiaçını işə bərpa edərkən işəgötürən üçün qanunvericilikdə göstərilməyən əlavə vəzifələr müəyyən edə bilməz.
19. İddiaçı müddətsiz olaraq işə bərpa edilməsi tələbini 30 dekabr 2022-ci il tarixdə müddətsiz müqavilədən müddətli müqaviləyə keçmək üçün yazdığı ərizən i öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi ilə yazması, lakin əmək müqaviləsinin müddətsiz əsaslardan müddətli əsaslara keçirilməsinin onun əmək funksiyasına və gördüyü işin xarakterinə uyğun gəlməməsi, yaşla bağlı müvafiq qanunvericiliyin ümumiyyətlə ona şamil olunmaması ilə əsaslandıraraq, iddia tələbində birbaşa göstərməsə də, dolayısı ilə müddətsiz əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin 05 yanvar 2023-cü il tarixli əmrinin qanunsuz olmasını mübahisələndirir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarında iddiaçının sözügedən ərizəsi olsa da və işəgötürənin 05 yanvar 2023-cü il tarixli əmri ilə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi, bundan sonra isə onunla müddətli əmək müqaviləsi bağlanaraq, hər dəfə 6 ay olmaqla, 2 dəfə müddətinin uzadılması məhkəmə tərəfindən müəyyən edilsə də, iddiaçı hazırda müqavilənin müddətinin bitməsi əsası ilə deyil, ixtisar əsası ilə işdən azad edildiyindən, hazırkı icraat çərçivəsində əvvəlki müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin qanuniliyini mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan 1 ay müddətində deyil, uzun müddət sonra - əmək müqaviləsinə 30 avqust 2024-cü il tarixli əmr ilə başqa əsasla xitam verildikdə mübahisələndirməyə başlamışdır.
20. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərilərək, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Ərizəni əsaslı hesab edən məhkəmə qeyd etmişdir ki, iddiaçı, həqiqətən də, işəgötürənin 05 yanvar 2023-cü il tarixli əmrini mübahisələndirmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.
21. Məhkəmə qeyd etmişdir ki, hazırkı münasibətlər davam edən münasibətlər olduğundan, əgər gələcəkdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz müddətin bitməsi əsası ilə xitam verilərsə, iddiaçının məhz həmin məsələ ilə əlaqədar məhkəmə icraatı çərçivəsində onunla bağlanmış müddətsiz müqaviləyə xitam verilməsinin qanunsuz olması və müddətli əmək müqaviləsi bağlanmasının yolverilməz olmasını mübahisələndirmək hüququ vardır. Çünki həmin məsələ məhz əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı olmaqla, hərtərəfli araşdırma üçün hazırda dolayısı ilə mübahisələndirilən əmrə qiymət verilməsi zəruri olacaqdır. Lakin hazırkı tələb çər çivəsində həmin məsələyə qiymət verilməsini məhkəmədən tələb etmək üçün iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.
22. Məhkəmə mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi əsassız ləğv edilmiş, iddiaçıya mənəvi zərər dəymiş, cavabdehin hərəkətləri iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab etmişdir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində kompensasiya tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəv i cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 200 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır.
23. Məhkəmə xərcləri ilə bağlı qeyd edilmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 12 manat nümayəndəyə ödənilən vəsaitin əvəzi iddia qismən təmin edildiyinə görə qismən təmin olunmalı, 50 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan alınaraq İddiaçı verilməlidir. Məhkəmə 3,74 manat məbləğində poçt xərcinə münasibətdə qeyd etmişdir ki, X5 Xidmətinə və Azərbaycan Respublikasının Təhsil İnstitutuna göndərilən məktublar iddiaçının məhkəməyə müraciət etməsi üçün zəruri əhəmiyyət daşımadığından iddia tələ bi bu hissədə təmin edilməməlidir.
24. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə, 9-cu maddəsinin “b” bəndinə, 11-ci maddəsinin “a”, “b”, “ə” bəndlərinə, 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə, 42-ci maddəsinə, 68ci maddəsinin 1-ci, 2-ci hissəsinə, 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1-ci, 3cü hissələrinə, 74-cü maddəsinin 2-ci hissəsinə, 77-ci maddəsinin 1-ci, 2-ci hissələrinə, 80-ci maddəsinin 1-ci, 2-ci hissələrinə, 83-cü maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci, 3-cü hissələrinə, 300-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 80, 88, 217.3, 217.4-cü maddələrinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanı lmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Koinq Almaniyaya qarşı”, “Artiko İtaliyaya qarşı”, “Younq, Cames və X2rşı” işlər üzrə qərarlarına, istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - “onun əvvəlki əmək müqaviləsinin şərtləri əsasında “mütəxəssis” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsind ə ləğv edilməsi və həmin hissədə “iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla “mütəxəssis” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(103)-2788/2025 nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.İsgəndərov və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı əmək müqaviləsinin müddəti nin bitməsi əsası ilə işdən azad edilmədiyindən, hazırkı icraat çərçivəsində onunla bağlanmış əvvəlki müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə 05 yanvar 2023-cü il tarixli işəgötürənin əmrinin qanuniliyini mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür.
28. Belə ki, 05 yanvar 2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi iddiaçının ərizəsi əsasında ləğv edilmiş, iddiaçı həmin ərizəni yazarkən mahiyyətini dərk etmiş, beləliklə hüquqlarının pozulduğunu bilmiş, onunla bağlanmış yeni müddətli əmək müqaviləsinin müddəti bir neçə dəfə uzadılmış, iddiaçı isə 05 sentyabr 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklifi qarşı tərəfə göndərmiş, bununla da əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 təqvim aylıq iddia müddətini ötürmüşdür. Cavabdeh birinci instansiya məhkəməsinə iddi a müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
30. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə gələcəkdə müddətin bitməsi əsası ilə xitam veriləcəyi təqdirdə, iddiaçı həmin əmri mübahisələndirə, onunla müddətli əmək müqaviləsinin bağlanmasının əmək qanunvericiliyinin tələblərinə zidd olması barədə dəli llərini irəli sürə bilər.
31. Apellyasiya şikayətinin “hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” dəlilinə münasibətdə qeyd edilmişdir ki, hazırkı tələb iddiaçı tərəfindən birinci instansiya məhkəməsində irəli sürülməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işə apellyasiya instansiyası məhkəməsində baxılarkən yeni tələblər o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tərəfindən belə əsaslandırma təqdim olunmadığı üçün apellyasiya baxışı zamanı iddiaçının bu tələb qəbul edilə və apellyasiya araşdırmasının predmeti ola bilməz.
32. Bundan əlavə, iddiaçı apellyasiya şikay ətində məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bu tələbi təmin edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 5-ci maddəsinə, 9-cu maddəsinin “b” bəndinə, 11-ci maddəsinin “a”, “b”, “ə” bəndlərinə, 45.1, 45.4-cü maddələrinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin 1-ci, 2-ci hissəsinə, 70-ci maddəsinin “b” bəndinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 300-cü maddəsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına istinad edərək əsasland ırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
34. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X6 Xüsusi İstedadlı uşaqlarla işin təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpa edilməsi, “əvvəlki əmək müqaviləsinin sərtləri əsasında), məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının Azərbaycan Respublikasının Təhsil İnstitutundan tutularaq İddiaçı ödənilsin” hissəsində “İddiaçı onunla müddətsiz əmək müqaviləsi bağlanılmaqla Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X6 Xüsusi İstedadlı uşaqlarla işin təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc Azərbaycan Respublikasının Təhsil İnstitutundan tutularaq İddiaçı ödənilsin” olaraq dəyişdirilərək, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Əmək Məcəlləsinin 16-cı maddəsinin, 42-ci maddəsinin 1-ci hissəsi, 47-ci maddəsinin “f” bəndi, 69-cu maddəsinin 7-ci hissəsi, 172-ci maddəsinin 5-ci hissəsinin, 296-cı maddəsinin 2-ci hissəsi, 296-cı maddəsinin 6-cı hissəsi, Mülki Prosessual Məcəllənin 185.3-cü maddəsi pozulmuşdur.
36. Belə ki, iddia müddəti ötürülməmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin 16 yanvar 2025-ci il tarixli hazırlıq iclasında “65 yaşa görə əmək müqaviləsinə xitam verilməsi iddiaçının nə vaxt xəbəri olub?” barədə sədrlik edənin və cavabdehin nümayəndəsinin sualına ayıçaiddİ“ təzəlikcə mən bildirmişəm ki, 65 yaşa görə müqaviləyə xitam verilməsi qanunsuz olub ki, bunun da nəticəsində müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilib”. Bu cümlə məhkəmə iclas protokolunda qısaldılmiş şəkildə qeyd edilsə də, audio yazıda tam əks olunub. Bir sözlə, iddiaçının hüquqlarının pozulmasından hazırkı əmək mübahisəsi zaman məlumatı olmuşdur. Əgər məhkəmə kollegiyası iddia müddətinin ötürüldüyünü düşünürdüsə, o zaman müddətin ötürülməsinin üzrlü səbəbdən - maddi hüquq normasında qeyd edildiyi kimi digər obyektiv hallarla bağlı ötürüldüyünü müəyyən etməli idi. Obyektiv hal isə iddiaçının hələ də cavabdeh qurumda işləməsi və ondan iqtisadi baxımdan asılı olması idi. Nəzərə alınmalıdır ki, hazırkı mübahisədə işəgötürən hakimiyyət subyekti olmaqla, həm də müqavilə üzrə faktiki olaraq üstün tərəfdir. Müddətsiz əmək müqaviləsinin ləğvi ilə bağlı iddiaçının özünün könüllü razılığı olmamış, ola da bilməzdi. Heç kəs müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilməsinə könüllü razı olmaz. Ərizəni yazması üçün iddiaçıya şöbə müdiri T.Alişov və insan resursları şöbəsinin müdiri L.Əsədova təzyiq ediblər. Cavabdeh qurumda öncə müddətsiz əmək müqaviləsi ilə işləyən iddiaçının sonradan 3 və ya 6 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və sərtləri ilə uzlaşmır. İddiaçının müddətsiz əmək müqaviləsi bağlanılmaqla işə bərpa edilməsi barədə tələbdə nəzərə almalı olduğu digər bir məsələ iddiaçı ilə müddətsiz əmək müqaviləsindən müddətli əmək müqaviləsinə keçid zamanı müddətsiz müqaviləyə xitam verilməsi əsasıdır. Cavabdeh iddiaçı ilə bağlanmiş müddətsiz əmək müqaviləsini 65 yaşın tamam olmasına görə ləğv edib. Halbuki, Əmək Məcəlləsinin qeyd edilən maddəsinə əsasən, bu qadağandır. Cavabdeh elmi müəssisədir. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 15 iyul 2011-ci il, 118 saylı qərarına əsasən, Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki elmi müəssisələrin Siyahısında Azərbaycan Respublikası Təhsil İnstitutu 25-ci yerdədir. Cavabdehin rəsmi web saytında “haqqımızda” bölməsində də cavabdehin elmi-tədqiqat müəssisəsi olduğu qeyd edilib. Əmək Məcəlləsi bu halda əmək müqaviləsinin 65 yaşın tamam olmasına görə ləğv edilməsini qadağan edir. 65 yaş məhdudiyyəti iddiaçıya şamil edilə bilməzdi, iddiaçının müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə xitam verilməsi qanunsuz olub.
37. İddiaçının məhkəmədən tələblərindən biri də məcburi iş buraxma dövrü üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi olmuşdur. İddiaçı işəgötürənlə bağlanmniş əmək müqaviləsinin əsassız ləğv edilməsinə görə bir neçə aydır ki, işsiz qalıb və əmək haqqıdan məhrum olub. Ona görə də, cavabdehin üzərinə iddiaçının həm məcburi iş buraxma dövrü üçün məhrum olduğu əmək haqqının, həm də h ər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi vəzifəsi də qoyulmalı idi.
38. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
39. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tələbinin təmin edilməyən hissələrində mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən həmin hissələrdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüqu q bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 4-cü maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı a ltında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 4-cü maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəs inə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mü bahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək m üqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsini n 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdiri lmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rə yləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbinin “müddətsiz əmək müqaviləsi bağlanılmaqla” işə bərpa olunması hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Tələbin təmin olunmayan digər hissələri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilərkən maddi və ya prosessual hüquq normaların pozulması müəyyən olunmur.
46. Məhkəmə kollegiyası ilk olaraq kassasiya şikayətinin “məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində hüquqi qiymət verərək, müvafiq dəlilləri əsassız hesab edir.
47. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının “məcburi i şburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi” tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Bu hissədə kassasiya şikayətinin dəlilləri nədən ibarət olması məlum deyildir.
48. Digər tərəfdən iddiaçı apellyasiya instansiyası məhkəməsindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsini tələb etsə də, birinci instansiya məhkəməsində belə tələbi irəli sürməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hissədə Mülki Prosessual Məcəllənin 218.3 və 372.2-ci maddələrinin tələblərinə riayət olunmuşdur.
49. İddiaçının müddətsiz əmək müqaviləsi əsasında işə bərpa olunması tələbinin rədd edilməsini əsaslı bilən apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında əmək müqaviləsi 05 yanvar 2023-cü il tarixdə bağlanmış, həmin müqavilənin müddəti bir neçə dəfə uzadılmış və iddiaçı 05 sentyabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət edərkən artıq əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüş, cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş, iddiaçı isə ötürülmüş müddətin bərpasına dair ərizə verməmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı bilavasitə onunla bağlanmış 05 yanvar 2023-cü il tarixli müqavilənin və onun bağlanması üçün əsas olan sənədlərin etibarsız hesab edilməsini tələb etməsə də, iddiasında işə bərpa olunarkən müqavilənin müddətsiz hesab olunmasını tələb etməklə və bu tələbini əsasland ırmaqla, faktiki olaraq qeyd olunan müqavilənin müddətə aid şərtini mübahisələndirmişdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən bu tələblə bağlı iddia müddəti ötürülməmişdir.
52. Belə ki, həm Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin, həm də Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu (aşkar etdiyi) gündən başlanır.
53. Hazırkı halda, iddiaçı ilə 05 yanvar 2023-cü il tarixdən müddətli əmək müqaviləsinin bağlanması ilə onun hər hansı əmək hüquqlarının pozulması ilə nəticələnməmişdir. Belə ki, o, əmək fəaliyyətinə davam etmiş, müvafiq olaraq əmək haqları və digər ödəncləri almışdır.
54. İddiaçının əmək hüquqları əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən 30 avq ust 2024-cü il tarixli əmr qəbul edilməklə pozulmuş və bu tarixdən hesablanmaqla, iddiaçının iddia müddətini ötürməməsi işin mübahisə edilməyən halıdır.
55. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının müddətsiz əmək müqaviləsinə əsasən işə bərpa olunmasına dair iddia tələbi üzrə iddia müddətinin ötməsinə dair apellyasiya məhkəməsinin mövqeyi maddi hüquq normalarına uyğun olmamışdır. İddiaçı tərəfindən iddia müddəti ötmədiyindən, onun bərpasına dair müraciətin verilməməsi də bu tələbin rəddi üçün əsas ola bilməzdi.
56. İddianın bu hissəsinin mahiyyətinə hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında belə nəticəyə gəlir ki, iddiaçı ilə əvvəllər bağlanmış müddətsiz əmək müqaviləsinin ləğv edilərək, 05 y anvar 2023-cü il tarixdə 6 ay müddətində qüvvədə olan yeni əmək müqaviləsi bağlanılmaqla, işəgötürən tərəfindən Əmək Məcəlləsinin prinsipləri və şərtləri pozulmuşdur.
57. Belə ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. 58. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ his sələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenmununun 31 yanvar 2024-cü il tarixli qərarında göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur.... Əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericini n imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtara nların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.
59. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda göstərmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, i şçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsas ən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
60. Bu nöqteyi nəzərdən kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır.
61. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur.
62. İd diaçının azı 2014-cü ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 6 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
63. Odur ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin ləğv edilməsi və yeni müddətli əmək müqaviləsi bağlanmaqla, Əmək Məcəlləsinin yuxarıda qeyd olunan normaları pozulmuşdur.
64. Bu səbəbdən, iddiaçının bu tələbi rədd olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi, 296-cı maddəsinin 2-ci hissəsi və Mülki Məcəllənin 377.1-ci maddəsi düzgün tətbiq edilmədiyindən, Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçının əvvəlki vəzifəsinə bərpası müddətsiz əmək müqaviləsi üzrə həyata keçirilməsi barədə yeni qərar qəbul edilməlidir.
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının _19 may 2025-ci il_ tarixli qətnaməsi qismən, yəni iddianın “iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla işə bərpa olunması” tələbinin təmin edilmə yən hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia bu hissədə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil İnstitutunun Xüsusi İstedadlı X6 Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpası müddətsiz əmək müqaviləsi üzrə həyata keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.