Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3817/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, müddətli əmək müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızından və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(105)-943/2024 nömrəli qətn aməsindən İddiaçı kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Sumqayıt şəhər 1 nömrəli X7 üzrə xx.xx.2019-cu il tarixli 72 №-li əmrlə İddiaçı (bundan sonra “iddiaçı”) Mərkəzin dərnək rəhbəri X1 analıq məzuniyyəti yerinə müddətli müqavilə üzrə Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2019-cu il tarixindən əmək müqaviləsi bağlanmaqla işə qəbul edilmişdir. 2. xx.xx.2019-cu il tarixli “Əmək Müqaviləsi”ndə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2019-ci il tarixdən Sumqayıt şəhər 1 nömrəli X4 “Dərnək rəhbəri” vəzifəsində işə qəbul edilmiş və onunla müqavilə müddətli olmaqla xx.xx.2022-ci il tarixə qədər bağlanmışdır. 3. xx.xx.2022-ci il tarixli “Əmək Müqaviləsi”nə görə iddiaçı Sumqayıt şəhər 1 nömrəli X4 xx.xx.2022-ci il tarixdən “Dərnək rəhbəri” vəzifəsində işə qəbul edilmiş və müqavilə müddətli olmaqla xx.xx.2023-cü il tarixə qədər bağlanmışdır.
4. Sumqayıt şəhər 1 nömrəli X7 üzrə xx.xx.2023-cü il tarixli 93 №-li əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 1 saylı X5 (bundan sonra “cavabdeh”, “Mərkəz” və ya “işəgötürən”) direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 1 sentyabr 2023-cü il tarixli, 93 saylı əmrinin ləğv olu nması, onun öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunmağı, 1 sentyabr 2023-cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində əmək haqqının və mənəvi ziyanın əvəzi olaraq 3000 manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildiyinə dair məlumat daxil edilmişdir. Halbuki, iddiaçı tərəfindən sözügedən əmək müqavi ləsinə xitam verilməsi ilə bağlı cavabdehə hər hansı müraciət olunmamışdır. Cavabdeh tərəfindən də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təşəbbüs barədə ona hər hansı məlumat verilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 93 saylı əmrin 01 sentyabr 2023-cü il tarixində verildiyi qeyd edilsə də, mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi yalnız 21 sentyabr 2023-cü il tarixdə daxil edilmişdir ki, bu da cavabdeh tərəfindən yol verilmiş əmək qanunveriliyinin növbəti kobud pozuntusudur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatmışdırsa belə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi bir həftə ərz ində mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməli idi ki, cavabdeh bu bildirişi 21 gündən sonra sistemə daxil etmişdir.
7. X11 Xidmətinə şikayət etdikdə iddiaçıya bildirilmişdir ki, onun əmək müqaviləsi, ümumiyyətlə, müddətsiz əmək müqaviləsi olmuşdur və həmin müqavilə bu əsasla ləğv oluna bilməzdi. Cavabdehlə mübahisənin mediasiya qaydasında nizama salınmasına dair etdiyi təklifə cavabdeh tərəfindən hər hansı reaksiya verilməmiş və cavabdeh nümayəndəsini göndərməməklə mediasiya sessiyasında iştirak etməkdən belə yayınmışdır. Bu səbəbdən iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüququnun bərpa və müdafiə olunmasını xahiş etməyi zəruri hesab etmişdir.
8. Cavabdeh tərəfindən əmək müqaviləsinə qanunvericiliyin tələblərinin aşkar pozuntusu ilə xit am verilmişdir. Müqaviləyə xitam verilərkən əmək qanunvericiliyinin müvafiq maddəsinin tələbləri gözlənilmədən sənədləşmə aparılmışdır. Cavabdehin bu hərəkəti iddiaçıya maddi ziyan vurmaqla yanaşı, onda mənəvi sarsıntı yaratmağa, ixtisaslı peşəkar mütəxəssislərindən biri kimi onu gözdən salmağa, bir pedaqoq kimi işgüzar nüfuzuna xələl gətirməyə yönəlmişdir. Bütün bu hallar yol verilmiş qanun pozuntularının məhkəmə qaydasında aradan qaldırılmasını və cavabdehin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsini zəruri etmişdir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 49, 76 və 300-cü maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir.
10. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılıb ki, iddiaçının əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək olmuş, müvafiq əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün iddiaçı ilə yeni müddətli əmək müqaviləsi bağlanılaraq, onun Mərkəzin dərnək rəhbəri vəzifəsində qalması müddəti uzadılmış, həmin müddətli əmək müqaviləsinin müddəti isə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olmuşdur. Əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi və Mərkəzin dərnək rəhbəri X2 analıq məzuniyyətindən işə qayıtdığı üçün Mərkəzin xx.xx.2023-cü il tarixli, 93 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqavilə sinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. İddiaçının nümayəndəsi qismində atası onun əmək kitabçasını xx.xx.2023-cü il tarixdə qeydiyyat jurnalına imza etməklə təhvil almışdır. İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xx.xx.2023-cü il tarixdən bilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” adlanan 3cü maddəsinə əsasən əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (5-ci bənd). Əmək müqaviləsinin bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsini n bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi olmamışdır. İddiaçı ilə Mərkəz arasında qarşılıqlı razılıqla bağlanmış sonuncu müqavilə xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsidir. Həmin əmək müqaviləsinin müddəti xx.xx.2022-xx.xx.2023-cü il tarixədək olmuşdur. Qarşılıqlı razılıqla bağlanılmış həmin müqavilənin müddəti xx.xx.2023cü il tarixdə bitdiyi üçün xx.xx.2023-cü il tarixli, 93 nömrəli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 93 nömrəli əmrdən çıxarışla da bu fakt təsdiqini tapmışdır.
11. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.
12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətini müstəqil tələb irəli sürməyən üçün şəxs qismində işə cəlb etmişdir.
13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X11 Xidmətinə iddiaçı tərəfindən ünvanlanmış müraciət əsasında araşdırılma aparılmışdır. İ ddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olmaqla müddətli əmək müqaviləsi bağlanılaraq Cavabdehndə analıq məzuniyyəti yerinə “dərnək rəhbəri” vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonra öz razılığı ilə əmək müqaviləsində dəyişikliklər edilmiş, müqavilənin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq iddiaçının əmək müqaviləsi bitdiyinə görə xitam verilmişdir. Lakin bildirişdə əmək müqaviləsinin bağlanılmış əmək müqaviləsi müddətsiz olması göstərilmişdir. Mübahisəli müqavilə müddətli bağlanılmışdır.
14. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(060)-1684/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Gülnarə Tağızadə)
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasın da bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən və xx.xx.2023-cü il tarixdə 93 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyindən və əmək müqaviləsinə xitam verilməsini istisna edən, həmçinin əmrin etibarsızlığına əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, əmrin ləğvi barədə iddia tələbi təmin edilə bilməz.
16. Həmçinin iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə də zərurət yoxdur.
17. Birinci instansiya məhkəməsi dövlət rüsumuna münasibətdə isə hesab etmişdir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələ blər üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və hazırkı iddia tələbi rədd edildiyindən tərəfdən dövlət rüsumu alınmamalıdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 11, 42, 68, 73, 76, 83, 84, 294, 296, 296, 300-ci maddələrinin müvafiq hissə və bəndləri, Mülki Prosessual Məcəllənin 77.1 və 80-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsində əks olunmuş hüquq normasının məzmununu yanlış təfsir etməklə müva fiq hüquq normasını düzgün tətbiq etməmişdir. Maddədə əks olunmuş mövqeyində qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilərdi. Burada əsas araşdırılmalı məsələ iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi günün müəyyən edilməsidir. Məhkəmənin mövqeyinə görə əmrin verildiyi 1 sentyabr 2023-cü il tarixi iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündür. Məhkəmənin bu mövqeyini tamamilə yanlışdır. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçıya bu günədək nə əmrin surəti verilmiş, nə də son haqq-hesab aparılmışdır. Əmək kitabçası isə 2023-cü ilin noyabr ayında aidiyyəti dövlət qurumuna şikayətlə müraciət edildikdən sonra iddiaçının atasına təhvil verilmişdir. Məhkəmə maddi hüquq normasının tələbləri baxımından iddiaçının əmək hüququnun cavabdeh tərəfindən aşkar şəkildə pozulmasına qiymət verməmiş, müəyyən olunmuş hallara münasibətdə qanunun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə cavabdeh tərəfindən hansı əsaslarla iddiaçının hüququnun pozulduğunu, sözügedən əmrin, son haqq-hesab sənədlərinin hansı səbəblərdən, o cümlədən qəsdən, bilə-bilə əmək müqaviləsi şərtlərini pozaraq iddiaçıya verilmədiyini aydınlaşdırmamış, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi vaxtla bağlı iş materiallarında olan və sübuta yetirilmiş hallara lazımi hüquqi qiymət verməli olduğu halda, nədənsə bunu etməmiş və nəticədə əsassız şəkildə iddiaçının iddia müddətini ötürdüyü qənaətinə gəlmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(105)-943/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(060)-1684/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakim Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov)
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərib ki, işin mübahisəsiz hallarına görə xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdeh müəssisədə “dərnək rəhbəri” vəzifəsində işə qəbul edilmişdir. Həmin müqavilə müddətli olmaqla xx.xx.2022-ci il tarixə qədər bağlanılmışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, tərəflər arasında əmək münasibətləri xx.xx.2023-cü il tarixə qədər uzadılmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 93 nömrəli əmr qəbul edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsin in “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir.
23. Göründüyü kimi, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərini əks etdirən yazılı əmək müqavilələr qarşılıqlı razılığa əsasən müddətli olmuşdur.
24. Əmək müqaviləsinin elektron informasiya sistemində müddətsiz kimi qeyd olunması barədə iddiaçının apelyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan işçi və işəgötürən tərəfindən imzalanmış yazılı müqavilələrə əsasən həmin müqavilələr müddətli olmuşdur. İşəgötürən tərəfindən səhvən əmək müqaviləsini müddətsiz kimi elektron informasiya sistemində qeyd olunması həmin müqavilənin müddətsiz olması anlamına gəlmir.
25. İddia müddəti barədə apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, işin hallarına görə iddiaçı ilk dəfə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmiş, mediasiya sessiyasından keçmədiyindən, iddia məhkəmə tərəfindən xx.xx.2023-də baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2023-də Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, sonradan xx.xx.2024-cü il tarixində təkrarən məhkəməyə iddia vermişdir. İşdən həmçinin görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə müraciət etmişdir.
26. Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qa ne etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
27. Qeyd edilənlər baxımından, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı mülki iş üzrə iddia müddəti ötürülməmiş
28. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən mahiyyəti üzrə düzgün olduğundan, yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Odur ki, iddiaçı apellyasiya şikayətində işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verildiyini göstərsə də, məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəb ər sübut təqdim edə bilməmiş, əksinə, cavabdeh etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətini iddia ərizəsində qeyd olunan işin faktiki hallarına və apellyasiya şikayətinə istinad edilməklə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin elektron informasiya sisteminə səhv məlumatların daxil edilməsi barədə dəlili hər hansı şəkildə sübuta yetirilmədiyi kimi, inandırıcı da deyil. Belə ki, cavadehin məhkəməyə təqdim etdiyi müddətli əmək müqaviləsində həmin müqavilənin guya 15 sentyabr 2022-ci ildə bağlanıldığı və müddətinin də guya 1 sentyabr 2023-cü il tarixədək müəyyən olunduğu qeyd edilmişdir. Həmin müqavilənin iddiaçi tərəfindən imzalanmadığı, onun imzası kimi təqdim olunan imzanın onunla bağlanılmış 16 sentyabr 2019-cu il tarixli əvvəlki əmək müqaviləsindəki imza ilə tutuşdurulduğu halda tam aydın olur. Lakin iddiaçının bununla bağlı müvafiq ekspertizanın keçirilməsi barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməmiş və ümumiyyətlə, müzakirə olunmamışdır. Eyni zamanda elektron informasiya sistemində cavabdeh tərəfindən 11 fevral 2023-cü il tarixdə daxil edilmiş xxxxxxx000201 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə əmək mü qaviləsinin bağlanıldığı tarixin xx.xx.2022-ci il, işə başlama tarixinin xx.xx.2022-ci il, əmək müqaviləsinin növünün də müddətsiz olaraq göstərildiyi halda, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı əmək müqaviləsində əmək müqaviləsinin bağlanıldığı tarixin xx.xx.2022-ci il, işə başlama tarixinin xx.xx.2022-ci il,əmək müqaviləsinin növünün də müddətli olmaqla xx.xx.2023-cü il tarixədək göstərilməsi, sonradan da cavabdehin guya səhv olaraq təqdim edilən məlumatların sistemə daxil ediilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına hər hansı müraciətinin olmaması, həmin məlumatların səhv olduğunu və elektron informasiya sisteminə daxil edilərkən hər hansı texniki səhvə yol verildiyini təkzib etmişdir. Məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, i ddaçı ilə bağlanılmış əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi olması və əmək qanunvericiliyinə əsasən birtərəfli qaydada ləğv edilməsinin qanuna zidd olmasına əhəmiyyət verməmiş, cavabdeh tərəfindən elektron informasiya sisteminə daxil edilmiş məlumatların hər hansı hüquqi əsasa və sübuta söykənmədən texniki səhv olduğunu bildirərək qanunazidd şəkildə iddia tələblərinin əsassız olması nəticəsinə gəlmişdir. Bundan əlavə, iddiaçının əmək funksiyası və gördüyü iş daimi xarakter daşıyır. Cavabdehin iddiaçı ilə əmək müqaviləsini müddətli bağlamasının hansı zərurətdən irəli gəlməsi iş materialları ilə müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə lazımi araşdırmalar aparılmamış, iş materiallarında olan sənədlərə birtərəfli şəkildə, yəni cavabdehin mövqeyindən qiymət verilmiş, işin obyektiv araşdırılması üçün zəruri olan digər hərəkətlər edilməmiş və ümumiyyətlə, məhkəmə araşdırmaları zamanı cavabdehə qarşı “xüsusi” loyallıq nümayiş etdirilməklə obyektiv məhkəmə baxışının həyata keçirilməsi təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə etiraz verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45 (1). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47 (a). İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericil ikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68 (b). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ape llyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımd an apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.
38. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istnad etmişdir.
39. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
40. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı ilə bağlanan əmək müqaviləsi müddətli olmuş, iddiaçı analıq məzuniyyətində olan işçinin yerinə 01 sentyabr 2023-cü il tarix ədək “Dərnək rəhbəri” vəzifəsində işə qəbul edilmiş, müddətin bitməsi əsası ilə də əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə görə mümkündür. İşdən də görünür ki, işəgötürən məhz həmin əsasla da iddiaçı ilə əmək müqaviləsinə xitam verib.
41. İddiaçı özü də əmək müqaviləsinə müddətin sonu ilə xitam verilməsində hər hansı pozuntu olmasına deyil, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə gec yerləşdirilməsinə, elektron informasiya sistemində əmək müqaviləsinin müddətsiz kimi qeyd edilməsinə istinad etmişdir. Qeyd edilən dəlillər isə müddətli əmək müqaviləsinə xitam verilməsini istisna edən dəlil sayıla bilməz. Bunu apellyasiya instansiyası məhkəməsi də xüsusi qeyd edib. (bax: 24-cü bənd)
42. Məhkəmə kollegiyası gəlinən nəticə razılaşır, buna görə də qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
43. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, 15 sentyabr 2022-ci ildə bağlanıldığı və müddətinin də guya 1 sentyabr 2023-cü il tarixədək müəyyən olunduğu qeyd edilən əmək müqaviləsinin iddiaçı tərəfindən imzalanmaması barədə dəlili məhkəmə kollegiyası qəbul etmir. Belə ki, bu dəlil yeni dəlildir, nə apellyasiya şikayətində, nə də apellyasiya baxışında irəli sürülməmişdir və işin faktiki hallarının müəyyən edilməsinə yönəlmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyən, üstəlik, işin faktiki halları ilə bağlı dəlillər kassasiya icraatında araşdırılmır.
44. Bundan əlavə, iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması, cavabdehin iddiaçı ilə əmək müqaviləsini müddətli bağlamasının hansı zərurətdən irəli gəlməsinin iş materialları ilə müəyyən edilməməsi barədə dəlil də əsaslı sayıla bilməz.
45. Belə ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı analıq məzuniyyətində olan işçinin yerinə işə qəbul edilmişdir. Bu da o deməkdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanarkən əmək funksiyasının daimi və ya müvəqqəti xarakter daşıması deyil, analıq məzuniyyətində olan işçinin müvəqqəti işdə olmaması əsas götürülüb. İddiaçı özü də əmək müqaviləsinin müddətinin həmin şəxsin analıq məzuniyyətinin müddəti ilə məhdudlaşmasını bilirdi. Buna görə də işəgötürənin iddiaçı ilə əmək müqaviləsini müddətli bağlamasının hansı zərurətdən irəli gəlməsinin müəyyən edilib-edilməməsinin iş üçü n hər hansı əhəmiyyəti yoxdur.
46. Kassasiya şikayətinin bu dəlili ilə bağlı kassatorun şikayətinə əlavə etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarlarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, həmin qərarlar üzrə işlərin halları tamamilə fərqli olmuşdur. Qeyd edilən qərarlar üzrə işlərdə iddiaçıların struktur dəyişiklikləri nəzərə alınmaqla eyni müəssisədə 5 ildən artıq işləmələri müəyyən edilib. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
47. Hazırki işdə isə iddiaçının müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməyib.
48. İkincisi, yuxarıda qeyd edildiyi kimi, həmin işlərdə müddətli əmək müqavilələrinin müddəti hər hansı şəxsin əmək qabiliyyətini bərpa etməsi müddəti ilə məhdudlaşmayıb.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-943/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.