Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4296/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və həmin Nazirliyin tabeliyində Sosial Xidmətlər X1rşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103 )3649/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 06 yanvar 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi X5 Təminat və Təchizat Departamentinin müdir müavini vəzifəsində işləmişdir.
2. O, Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudova 19 iyul 2022-ci il tarixli ərizə ilə müraciət edərək, həmin tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi X5 19 iyul 2022-ci il tarixli əmri ilə İddiaçı ilə 06 ya nvar 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə işçinin öz xahişi əsasında 19 iyul 2022-ci il tarixdən xitam verilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərb-Tibb Baş İdarəsinin “Ambulator, stasionar xəstənin tibbi kartasından Çıxarış”a əsasən İddiaçı 19 iyul 2022-ci il tarixdə saat 11:44-də xəstəxanaya müraciət etmiş və həmin tarixdə 17:30-da evə buraxılmışdır. Xəstəyə “Hamiləlik 18-19 həftəlik və düşük təhlükəsi” diaqnozu qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və həmin Nazirliyin tabeliyində Sosial Xidmətlər X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in tabeliyində Sosial Xidmətlər Agentliyi X5 **********8 nömrəli 19 iyul 2022-ci il tarixli əmrinin ləğv olunması, iddiaçının 19 iyul 2022-ci il tarixdən məhkəmə qərarı qanuni qüvvəsini alanadək olan dövrdə məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə tutduğu vəzifəyə bərpa olunması və vurulmuş mənəvi ziyana görə 100000 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia belə əsaslandırılmışdır ki, iddiaçı işdən azad olunması barədə ərizəni cavabdehlərin vəzifəli şəxslərinin hədə-qorxusu nəticəsində, səhhətindəki riskli vəziyyətə görə məcbur qalaraq imzalamışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(004)589/2023 nömrəli qətnaməsi ilə (hakim G.B.Əkbərli) iddia rədd edilmişdir.
8. Birinci instansi ya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən aidiyyəti orqanlara ünvanlanmış müraciətlərə əsasən ona verilən cavab məktubunun məzmunundan müəyyən edilir ki, o, işdən azad edilməsi səbəblərinin araşdırılmasını xahiş etmişdir. Dolayısı ilə, iddiaçıya 19 iyul 2022-ci il tarixdən və hansı əsasla işdən azad edilməsi səbəbləri aşkar olmuşdur. Hətta məktubdan görünür ki, iddiaçıya son haqq hesab ödənilmişdir. İddiaçı isə bu faktı məhkəmədə mübahisələndirməmişdir. İddiaçı mediasiya təşkilatına gec müraciət etməsinin səbəbini onun sağlamlıq vəziyyəti və ilk olaraq Dövlət Məşğulluq Xidməti, Daxili işlər Nazirliyinin qaynar xətti və digər hüquq-mühafizə orqanlarına müraciət etməsi ilə əsaslandırsa da, iddiaçının hüquq mühafizə orqanlarına müraciət etməsi onun məhkəməyə müraciət etməsi üçün müddə tin axımının dayanmasına əsas ola bilməz. Belə ki, qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçı 19 iyul 2022-ci il tarixdə artıq işdən azad olunması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə məhkəməyə deyil, digər orqanlara müraciət etmişdir. Dolayısı ilə şikayət etməsi üçün buna onun sağlamlıq vəziyyəti imkan vermişdir, əks halda onun digər orqanlara da müraciət etmək imkanı olmazdı. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına 23 avqust 2022-ci ildə müraciət etmişdir. Bununla da o, hazırkı tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür.
9. İddiaçı həmçinin məhkəmə iclasında müddətin ötürülməsi səbəbini onunla izah etmişdir ki, onun işə bərpa ilə bağlı ərizəsi baxıl ması üçün ƏƏSMN-nə göndərilmişdir. O, rəsmi qaydada müraciətinə cavab gözləmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır.
10. Eləcə də, işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Odur ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddətin ötürülməsi səbəbini üzrsüz hesab etmişdir.
11. İddiaçı işdən azad olmaya dair ərizəsini öz iradəsi əleyhinə imzalamasını iddia etməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən isə nazirlikdə qeyd olunan tarixdə müşahidə kameralarının qeyd olunduğu görüntülərinin hazırda yaddaşda saxlanılmadığı aşkar edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xəstəlik kartasından çıxarışa münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin tibbi sənəddə iddiaçının vəziyyətinin pisləşməsi səbəbi onun bilavasitə əvvəl keçirdiyi hər hansı psixoloji vəziyyətlə əlaqələndirilməmişdir. İddiaçının özünün də izahatından müəyyən edildiyi kimi, onun illərlə ana olmaq cəhdləri uğursuz olmuş və illər sonra hamiləlik keçirmişdir. Göründüyü kimi, iddiaçı əvvəldən riskli hamiləlik keçirmiş dir. Beləliklə, məhkəmə araşdırması ilə iddiaçının xidmət etdiyi nazirlikdə keçirdiyi psixoloji vəziyyətlə əlaqədar olaraq 19 iyul 2022-ci il tarixdə hamiləliyində düşük riski yaşaması, eləcə də onun işdən azad olmasına dair ərizəsini hədə-qorxu və təzyiq altında imzalaması faktı öz təsdiqini tapmamışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 69-cu maddəsinin 7-ci hissəsi, 296-cı maddəsinin 2-ci hissəsi, Mülki Məcəllənin 375-ci maddəsi, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası m əhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(004)-589/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-3649/2023 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakim E.C.Kazımovun iştirakı ilə, hakim N.Ş.Cəfərov – xüsusi rəydə qalmışdır) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(004)-589/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəmə si göstərmişdir ki, hazırkı halda iddiaçı apellyasiya şikayətində göstərir ki, o, poçt şöbəsinə müraciət edərək cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifin poçt çekinin dublikatını əldə etdi və 21 fevral 2023-cü il tarixdə məhkəmə iclasında həmin sənədi hakimə təqdim etmiş, həmin çekdən adi gözlə, açıq-aydın, mübahisəsiz, sadə şəkildə görünür ki, onun tərəfindən cavabdehə təklif məktubu 17 avqust 2022-ci il tarixdə, yəni 1 aylıq iddia müddəti ərzində göndərilmişdir. Bundan 6 gün sonra, 23 avqust 2022-ci il tarixdə isə mediasiya təşkilatına ərizə ilə müraciət etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırkı işdə iddiaçı işdən könüllü çıxma barədə ərizənin ondan 19 iyul 2022-ci il tarixdə təzyiq, basqı, hədə-qorxu ilə alındığını bildirir, belə olan halda o, 19 iyul 2022-ci il iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündür. Belə olan halda, 19 iyul 2022-ci il tarixdən hesablandıqda və 17 avqust 2023-cü il tarixdə iddiaçının mediasiyaya müraciət etməsi nəzərə alındıqda (həmin vaxt onun məhkəməyə müraciət etmək üçün 1 aylıq iddia müddətindən cəmi iki gün vaxt qalırdı, lakin mediasiyaya müraciətlə əlaqədar müddətin axımı dayanmışdır), Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixdə müvafiq arayışı almış, bundan sonra məhkəməyə müraciət etmək üçün sonuncu müddət 11 sentyabr 2022-ci il tarixi olduğu halda, iddiaçı məhkəməyə 16 sentyabr 2022-ci il tarixdə müraciət etmiş, nəticədə hazırkı tələblə bağlı məhkəməyə müraciət edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Hazırkı işdə isə iddiaçı ötürülmüş müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-3649/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qər ar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125 və 129-cu maddələrinin, Əmək Məcəlləsinin 69-cu maddəsinin, 296-cı maddəsinin 2, 3 və 6-cı hissələrinin, 76-cı maddəsinin 2-ci hissəsinin, 296-cı maddəsinin 7-ci hissəsinin, 300-cü maddəsinin, Mülki Məcəllənin 375, 379.1.6, 379.4, 379.4-1, 1096, 1097, 1100-ci maddələrinin, “Mediasiya haqqında” Qanunun 21.5, 21.6-cı maddələrinin, Mülki Prosessual Məcəllənin 9.3,14.2, 77.1, 217, 372-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi əsassız, heç bir sübuta istinad etmədən bu qənaətə gəlmişdir ki, iddiaçının hüququnun pozulduğu gün ona qarşı təzyiq, basqı, hədə qorxu ilə ərizəsinin a lındığı 19 iyul 2022-ci il tarixli gündür və buna görə də, iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. Halbuki, iddiaçı özünün təkidli tələblərindən sonra 19 iyul 2022-ci il tarixli əmrin surətini və əmək kitabçasını iş yerinə gedərək və orada sənədlərin verilməsinə dair kitaba imza atmaqla 27 iyul 2022-ci il tarixdə almışdır. Buna görə də, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gün və əmri mübahisələndirməsi üçün nəzərdə tutulmuş iddia müddətinin axımının başlandığı gün 27 iyul 2022-ci il tarixi hesab olunmalıdır. İddiaçı 17 avqust 2022-ci il tarixdə cavabdehə mediasiyaya dəvət məktubu göndərmiş, mediasiya prosesinin nəticəsinə dair arayış 09 sentyabr 2022-ci il tarixdə tərtib olunmuşdur. İddiaçı vəkili vasitəsi ilə 15 sentyabr 2022-ci il tarixdə elektron qaydada iddia ə rizəsi ilə məhkəməyə müraciət etməklə, iddia müddətini buraxmamışdır. Apellyasiya məhkəməsi işin hallarını araşdırmamış, iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Publik hüquqi Şəxsi kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri düzgün tətbiq ed ilmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə m übahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bən dinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək mü qaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxa rması üçün əsasdır. 26. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
30. Kassasiya şikayətinin dəlilləri əsasən iddia müddətinin axımının başlanması tarixinin apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsindən ibarətdi r.
31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaya görə iddiaçı işdən azad olunması barədə ərizəsini işəgötürənin vəzifəli şəxslərinin hədəsi və təzyiqi nəticəsində imzalamışdır. Yəni o, işdən öz xahişi ilə azad olunmasına razılığının olmamasını bildirir. Belə olan halda, iddiaçıya işdən azad olunmasına dair əmr hansı tarixdə verilməsindən asılı olmayaraq, ona hədə və təzyiqin 19 iyul 2022-ci il tarixdə olduğunu bilmiş və apellyasiya məhkəməsi əsaslı olaraq məhz həmin tarixi iddiaçının hüququnun pozulduğunu bildiyi gün kimi qəbul edərək, iddia müddətinin axımını hesablamışdır.
32. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyekt iv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il i tarixli, 2(103)-3649/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.