Məhkəmə qərarları › İş №2(102)-4045/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4045/2023

03.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4045/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (mü bahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi) qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2429/2023 nömrəli, 4 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə 03 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 11/249 nömrəli əmri ilə Zəyəm qəsəbə Ə.Cəmil adına tam orta məktəbində direktor vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 65 saylı əmrinə əsasən Şəmkir rayon Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin fəaliyyətinin yoxlanılmasını təmin etmək üçün komissiya yaradılması əmr edilmişdir.

3. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavininə Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatının sədri tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanmış məktuba əsasən xx.xx.2022-ci il tarixli ünvan 3 xidməti araşdırmanın nəticəsinə əsasən Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatına ünvanladığı təqdimata baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, təqdim olunmuş təqdimat Şəmkir rayonu üzrə Təhsil Regional Təhsil İdarəsinin arayışında göstərilən maddələr üzrə nöqsanları nəzərə alaraq, Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatı təqdimatın təmin edilməsini qərara almış, Şəmkir rayon Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbinin direktoru İddiaçı Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehinin verilməsi - əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsinə etiraz etməmişdir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin 27 iyun 2022-ci il tarixli əmrinə əsasən Zəyəm qəsəbə 1 nömrəli tam orta məktəbinin direktoru İddiaçı 1 iyul 2022-ci il tarixindən 29 avqust 2022-ci il tarixinədək əmək məzuniyyətinə buraxılmışdır.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-948 nöm rəli əmrinə əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmiş, Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verildiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir.

6. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əsaslandırmasına əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayon Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Texniki işçilərin tabelin işlənmə vəziyyətinə baxış keçirilərkən laborant (1 ştat vahidi) vəzifəsində iş ləyən X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi tabeli imzalamadığı aşkar edilmişdir. X4 laborant ştatında olmasına baxmayaraq 12 saat ibtidai sinifdə dərs aparmışdır. X8 adına maaş köçürülsə də xx.xx.2019-cu il tarixdən işə davam etmədiyi öz təsdiqini tapmışdır. Məktəbin direktoru İddiaçı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, maliyyə pozuntusu hallarına yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

7. Möhür, ştamp və məktəb sənədləri xx.xx.2022-ci il tarixli Akta əsasən məktəbin sabiq di rektoru İddiaçı təhvil alınaraq, məktəbin təşkilatçı müavini X5 təhvil verilmişdir.

8. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.

9. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubuna əsasən Şəmkir rayonu Zəyəm qəsəbə Əhməd Cəmil adına tam orta məktəbin sabiq direktoru İddiaçı və qeyrilərinin qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material üzrə araşdırma aparılmış və cinayət əlamətləri ol an faktlar müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (bundan sonra – Nazirlik və ya cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsinə dair Nazirliyin xx.xx.2022-ci il tarixli, K-948 saylı əmrinin ləğv edilməsi, onun Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbində məktəbin direktoru vəzifəsinə işə bərpa edilməsi, işdən azad olunduğu tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxma müddəti üçün əmək ha qqının hesablanaraq ona ödənilməsi və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 1999-2000-ci tədris illərində Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbində ibtidai sinif müəllimi, 2002-ci ildən həmin məktəbdə məktəb psixoloqu vəzifəsində çalışmış, xx.xx.2015-ci ildən isə həmin məktəbdə yüksək balla müsabiqədən keçərək, məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə fəaliyyəti ilə bağlı olaraq xəbərdarlıq, töhmət və ya hər hansı bir başqa intizam tənbehi verilməmişdir. İşlədiyi kollektivdə və tabeçiliyində olduğu təşkilatlarda böyük nüfuz və hörmətə malik olm uş, peşəsinə, yüksək müəllim adına şərəflə xidmət etmişdir. Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin binası qəzalı olduğundan müvəqqəti olaraq məktəbin şagird və işçi heyəti təmirsiz olan başqa bir ünvana köçürülmüşdür. Direktor vəzifəsində işlədiyi dövrdə dəfələrlə məktəbdə tədris və təlimtərbiyə işinin təşkili, maliyyə-təsərrüfat fəaliyyəti yoxlanmış və heç bir pozuntu aşkar edilməmişdir. Məktəbin keçmiş psixoloqu X1 şikayəti əsasında son dərs günü - xx.xx.2022ci il tarixdə Qazax-Tovuz Regional Təhsil İdarəsindən yoxlama gəlmiş, şikayətçi 2021-ci ilin sentyabr ayında əmək funksiyalarını yerinə yetirmədiyinə və diplomu Nazirlikdə olmadığına görə işdən azad edilmişdir. İdarənin əməkdaşı həmin şikayəti yoxlamaq adı altında məktəbdə başqa xırda nöqsanları əsassız ol araq şişirtmiş, ondan direktor müavinlərini işdən çıxarmağı, özünün isə “öz ərizəsi” ilə işdən çıxmasını tələb etmişlər. Son nəticə barədə hər hansı bir sənəd (arayış) təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə hər hansı bir əmr təqdim edilmədən direktor vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən kənarlaşdırıldığı bildirilmiş, Şəmkir Təhsil Sektorunun aparıcı məsləhətçisi və məktəbin təsərrüfat müdiri ondan möhür, ştamp və məktəbin sənədlərini təhvil almışdır. O, Həmkarlar İttifaqının üzvü olmuş, işdən çıxarılması ilə bağlı məsələnin müzakirə olunması üçün Həmkarlar İttifaqı tərəfindən hər hansı bir iclasa çağırılmamış və ona ittifaqın qərarı da verilməmişdir. xx.xx.2022-ci il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə əm rin surətinin, əmək kitabçasının əslinin, həmçinin həmin əmrin qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən yaradılmış komissiyanın iştirakı ilə məktəbdə yoxlama aparıldığını, yoxlama zamanı aşkar olunmuş nöqsanlar nəzər alınaraq bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini bildirmişdir. Lakin bu günə kimi işdən azad olunmağı barədə hər hansı bir əmr, onun əmək kitabçası, əmrin qəbulu üçün əsas olmuş sənədlər təqdim edilməmiş və işdən azad olunması ilə bağlı onunla son haqq-hesab da aparılmamışdır.Müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollekt ivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış, əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş ən sərt tənbeh tədbiri seçmişdir. 2000-ci ildən müəllim kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması düzgün, ədalətli seçilmiş tənbeh tədbiri olmamışdır. Lakin işəgötürən ƏM-in 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, intizam tənbeh tədbirini xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlamadan təxminən 3 ay sonra tətbiq etmiş, xx.xx.2022-ci il tarixdə məktəbin möhürü, ştampı və digər sənədləri təhvil alınmışdır. Nəticə etibarilə cavabdeh həmin normanı p ozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndini tətbiq etməsi ədalətli və qanuni olmamışdır.

12. Məhkəmə iclasında iştirak edən Nazirliyin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, o, Şəmkir rayon təhsil şöbəsi üzrə Həmkarlar İttifaqının sədri vəzifəsində çalışır. 10 iyun 2022-ci il tarixində iddiaçının direktor işlədiyi məktəbdə yoxlama aparılmışdır. Regional təhsil idarəsi rəy verilməsi ilə bağlı onlara müraciət etmişdir. O, isə 31 avqust 2022-ci il tarixində yoxlamada iştirak etmədiyi, eyni zamanda yoxlama zamanı ciddi qanun pozuntularının aşkar edilmə diyini nəzərə alaraq müvafiq tədbirlərin görülməsi barədə rəy tərtib edərək, Regional təhsil idarəsinə göndərmişdir. Onlar isə həmin rəy ilə razılaşmayaraq, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı yenidən təqdimat göndərmişlər. O, əvvəlki tarixə iclas keçirərək, protokol tərtib edə bilməməsinə və təkbaşına rəy vermək hüququnun olmamasına baxmayaraq həmin təqdimata uyğun rəy vermək məcburiyyətində qalmışdır. Çünki onlar ilk rəyin müsbət olacağını düşünmürdülər. Daha sonra ilk rəyi qəbul etməyərək, təqdimat göndərmələri və həmin təqdimata uyğun rəy verilməsinə məcbur edilməyi barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də izahat vermişdir.

14. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, iddiaçının əv vəl direktoru olduğu məktəbin fiziki tərbiyə müəllimi kimi işləyir. Orta təhsilli olduğu üçün orta siniflərə dərs tədris edirdi. Lakin 9 və 10-cu siniflər könüllü olaraq fiziki tərbiyə dərsini onlara tədris etməyini xahiş etmişlər. O, isə digər fiziki tərbiyə müəllimi ilə razılığa gələrək, iddiaçıya yaxınlaşmış və şagirdlərin istəyinin nəzərə alınmasını, həmin dərslərin onun tərəfindən tədris edilməsini xahiş etmişdir. Qanunvericilikdə şagirdlərin istəyi ilə belə halların mümkün olduğu qeyd edilir. İddiaçı da bunu nəzərə alaraq həmin dərslərin onun tərəfindən tədris edilməsinə icazə vermişdir. Yoxlamanı həyata keçirən xanım icazə versəydi, ona da bütün bunları izah edəcəkdi. Lakin xanım qərəzli şəkildə yoxlama apardığı üçün onlarla çox aqressiv danışmış və qeyd edilən məsələlərlə bağlı iza hat verməyinə icazə verməmişdir.

15. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, iddiaçının əvvəl direktoru olduğu məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. Yoxlama aparıldığı zaman tədris işləri ilə bağlı bir neçə iradlar bildirilmiş, lakin bütün bu iradlar əsassız olmuşdur. Bütün bu iradlarla bağlı qanunvericiliyin tələblərini qeyd edərək, yoxlama aparan şəxsə izahat vermişdir. Tutulan iradlardan da aydın olmuşdur ki, həmin yoxlama qərəzli şəkildə həyata keçirilmişdir. Məktəbin binası təmir üçün dayandırılmışdır. Bu səbəbdən də dərslər başqa məktəbin yardımçı binasında keçirilirdi. Yoxlama gəldiyi zaman son zəng günü idi və tədris ili yekunlaşırdı. Onların qeyd etdiyi dərnək jurnalı sadəcə bir gün, həmin gün üçün yazılmamışdır. Bunun səbəbi i sə son zəng günü olduğu üçün müəllimlərin son zəng tədbiri ilə məşğul olması olmuşdur. Həmin dərnəyin keçirilməsi qeyrimümkün olmuşdur. Yoxlamanı aparan xanım qərəzli olaraq jurnalın bir ildir ki, doldurulmadığını qeyd etmişdir. Lakin jurnal sadəcə həmin gün doldurulmamışdı.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-4428/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilərək, Nazirlik ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, K-948 nömrəli əmrin ləğv edilməsi, iddiaçının xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Zəyəm qəsəbə Ə.Cə mil adına tam orta məktəbində “direktor” vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işçi ilə əmək müqaviləsi ləğv edilməzdən əvvəl həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda, müvafiq razılıq qanunla müəyyən edilmiş qaydada alınmamışdır. Belə ki, ilk dəfə verilmiş rəydə iddiaçının fəaliyyətində ciddi qanun pozuntuları olmadığı nəzərə alınmaqla müvafiq tədbir görülməsinə etiraz etmədikləri göstərilmişdir. Sonradan həmkarlar ittifaqı təşkilatının rəyi dəyişdirilmiş, geri tarixə iclas keçirildiyi kimi qeyd edilmiş, əslində isə iclas keçirilmədən, iddiaçının çağırıl ıb izahatı alınmadan həmkarlar təşkilatının sədri tərəfindən razılıq verilmişdir. Lakin bu razılıq qanunun tələblərinə əməl edilmədən formal verildiyindən işəgötürən tərəfindən öz vəzifəsinin yerinə yetirilmiş hesab edilməsi üçün əsas hesab edilə bilməz. Bu hallar öz əksini (işdən azad edilməsi ilə bağlı hər hansı bir iclasın keçirilməməsi və s.) həmkarlar təşkilatının sədri şahid qismində dindirilərkən verdiyi ifadələrində tapmışdır. Bunun əksini sübut etmək vəzifəsinin işəgötürənin üzərinə düşməsinə baxmayaraq o, həmin halları təkzib edəcək, eləcə də işçinin həmkarlar təşkilatının iclasında iştirak etməsini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, həmkarlar ittifaqının razılığının alınması işçinin işdən çıxarılması haqda müvafiq əmr verildikdə n sonra deyil, həmin əmrə qədər qanunla müəyyən edilmiş qaydada həyata keçirilməli və sənədləşdirilməli, işdən çıxarılması məsələsi həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunmalı, işçi həmin iclasin yeri və vaxtı barədə məlumatlandırılmalı və iclasda iştirakı üçün müvafiq tədbirlər görülməlidir.

19. İddiaçının iddia ərizəsində göstərdiyi digər dəlillər, işçi işdən azad olunarkən əmrin, əmək kitabçasının, əmrin qəbuluna əsas olmuş sənədlərin təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-he sabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Cavabdehin nümayəndəsinin izahatına əsasən müvafiq sənədlər əmək müqaviləsinə xitam verildiyi gün işçiyə təqdim olunması üçün regiona göndərilmiş, bu səbəbdən həmin sənədlərin təqdim edilməsində gecikmələr olmuşdur. İddiaçının nümayəndəsi isə məhkəmə prosesi dövründə həmin sənədləri əldə etdiklərini bildirmişdir.

20. İddiaçının digər dəlili, intizam tənbeh tədbirinin xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlamadan təxminən 3 ay sonra tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gü ndən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Cavabdehin nümayəndəsi isə direktorun 1 iyul 2022-ci il tarixindən 29 avqust 2022ci il tarixinədək məzuniyyətdə olması, məzuniyyətdən qayıtdıqdan sonra, xx.xx.2022-ci il tarixdə əmrin verildiyini bildirmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 71-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 76, 80, 300, 309, 310-cu, “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində X17 Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə yoxlama keçirilmiş və aşkar olunan pozuntular barədə aktlar tərtib edilmişdir. Aktlara əsasən Pedaqoji Şura kitabında 20202021-ci tədris ilində attestat veriləcək, fərdi təhsilə cəlb olunacaq uşaqların, dərnək və dərsdənkənar məşğələyə cəlb olunan şagirdlərin, şagird kontingenti adlı siyahılar olmamışdır. Məktəbdaxili qiymətləndirmə təlimatı qaydalara uyğun aparılmamış, məktəbdə şagirdlərin davamiyyəti qənaətbəxş olmamış, bir neçə sinfin şagirdləri məktəbə gəlməmiş, texniki işçilərin davamiyyətində pozuntular qeydə alınmışdır (Aktlar və arayış iş materiallarına əlavə olunmuşdur). Yoxlama zamanı aşkar olunan pozuntularla bağlı iddiaçı izahat verm iş və aktlarda qeyd olunan faktları təsdiq etmişdir. Məktəbdə aparılan yoxlama sənədləri Nazirliyə təqdim olunmuş və aşkar olunan pozuntuların ciddiliyi nəzərə alınaraq, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, K-948 saylı əmrlə xitam verilmişdir. İşə baxan məhkəmə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozmasına baxmayaraq, Nazirliyin əmrini ləğv etmiş və iddiaçının işə bərpa edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçının direktor kimi fəaliyyəti zamanı ciddi qanun pozuntulara yol verdiyinin aşkar edilməsinə baxmayaraq, işə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir, məhkəmə işin faktiki hallarına hüquqi qiymət vermə miş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara və izahatlara, habelə iş üçün əhəmiyyət kəsb edən sənədlərə münasibət bildirməmişdir. İş materiallarına əlavə olunmuş aktlardan görünmüşdür ki, iddiaçı fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öhdəliklərini və vəzifə funksiyalarını qanunvericiliyin tələbinə uyğun olaraq yerinə yetirməmiş və bu əsasla da işdən azad olunmuşdur. Lakin, məhkəmənin mövqeyinə görə, işçi tərəfindən qeyd edilən pozuntuların törədilməsi onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin hüquqi əsası olmamışdır. Məhkəmə qətnaməsinə əsasən işçilər tərəfindən davamiyyətin pozulmasına görə direktor məsuliyyət daşımamalıdır. Qeyd edilənlər bilavasitə məktəb direktorunun əmək funksiyalarına daxildir. İşəgötürən iddiaçı i lə bağlı əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə Həmkarlar Təşkilatına təqdimat vermiş və təşkilat təqdimatda qeyd edilənlərlə razılaşaraq müsbət qərar vermişdir. Həmkarlar Təşkilatının razılığı nəzərə alınaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. Qanunvericiliyə əsasən işəgötürənin Həmkarlar İttifaqının fəaliyyətinə müdaxiləsi və ya təsir edə bilməsi mümkünsüzdür. Məhkəmə bu halı nəzərə almamış, təqdimata baxan Həmkarlar Təşkilatının fəaliyyətinə işəgötürən tərəfindən müdaxilənin edilib-edilməməsini və belə bir imkanın olub-olmamasını araşdırmamış, iddiaçının formal əsaslarla verdiyi izahat məhkəmə tərəfindən əsas kimi qəbul edilmişdir. Məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etmək lə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş yoxlama aktında sadalanan nöqsanların əsaslı olubolmaması, aşkar olunan faktlarda iddiaçının hansı dərəcədə təqsirli olub-olmaması, yoxlayıcılar tərəfindən akt yazılarkən hüquq normalarına riayət olunub-olunmaması və sair kimi hallar araşdırılmamış, qətnamədə bu məsələlərə hüquqi münasibət bildirilməmişdir. Məhkəməyə yoxlamanın keçirilməsinin hüquqi əsası barədə sənədlər və yoxlama aktı, əmr və direktorun izahatı və digər sənədlər təqdim olunmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, qanunvericiliyinin normalarını yanlış tətbiq etməklə, formal əsaslarla, eyni zamanda i şəgötürənə aidiyyəti olmayan HT-nın iclas keçirilmədən razılığın verilməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbuki, iddiaçının mübahisələndirdiyi əmr Əmək qanunvericiliyinin tələblərinə uyğun olmuş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən pozuntuya yol verilməmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2429/2023 nömrəli mülki iş üzrə 4 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Xəyal Sarıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, id diaçının işlədiyi qurumda həmkarlar təşkilatı fəaliyyət göstərmiş və iddiaçı bu təşkilatın üzvü olmuşdur. Belə olan halda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla onun əmək müqaviləsi yalnız qeyd edilən həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilə bilər. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsində bu məsələnin həll edilməsinin konkret proseduru təsbit edilmiş və həmin prosedurun həyata keçirilməsinin zəruriliyi imperativ qaydada müəyyən edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatının sədri tərəfindən xx.xx.2022-ci il tarixdə QazaxTovuz Regional Təhsil İdarəsinə ünvanlanmış məktubda ünvan 3 xidməti araşdırmanın nəticəsinə dair göndərilmiş təqdimata baxıld ığı qeyd edilmiş və həmin məktubda da Təşkilat arayışda göstərilən nöqsanlar nəzərə almaqla təqdimatın təmin edilməsini qərara almış və Şəmkir rayon Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbinin direktoru iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehinin verilməsi - əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsinə etiraz edilmədiyi bildirilmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bununla belə, Təhsil idarəsinin xx.xx.2022ci il tarixli təqdimatına növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə adi məktubla cavab verilmiş və həmin məktub üzrə də qərar qəbul edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar İttif aqı təşkilatı əsaslandırılmış qərar qəbul etməlidir. Bu da öz növbəsində məsələnin məktubla deyil, real olaraq məsələnin müzakirəsi ilə bağlı keçirilmiş iclasın nəticələri üzrə ayrıca və əsaslandırılmış akt şəklində qəbul edilmiş qərarla həll edilməsini şərtləndirir. Həmin müddəada 10 günlük müddət də məhz bunun üçün nəzərdə tutulmuşdur ki, işçilərin əmək hüquqlarını və qanuni mənafelərini müdafiə edən təşkilat qismində çıxış edən və həqiqətdə notariat fəaliyyətini həyata keçirməyən Həmkarlar İttifaqı təqdimatda göstərilən məsələyə xüsusi diqqət yetirsin, təqdimata əlavə edilmiş sənədləri müzakirə etməklə əmək qanunvericiliyinin normalarının pozulmasına yol verilib-verilməməsi hallarını tam və hərtərəfli öyrənsin və bu işin nəticəsi olaraq məsələ ilə bağlı əsaslandırılmış qərar versin. Lak in qeyd edilən məktubdan məsələ ilə bağlı hər hansı iclasın keçirildiyi, o cümlədən müzakirələrin aparıldığı və məhz bunun nəticəsi olaraq əsaslandırılmış (ümumiyyətlə hər hansı) qərarın qəbul edildiyi müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının bu mövqeyi işə birinci instansiya məhkəməsində baxılan zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş həmin Həmkarlar təşkilatının sədri olan və xx.xx.2022-ci il tarixli məktubu imzalayan X3 öz ifadəsi ilə də təsdiq edilmişdir.

28. Məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatının xx.xx.2022-ci il tarixl i məktubu isə məsələ ilə bağlı əsaslandırılmış qərar kimi qəbul edilə bilməz. Həmçinin, bu məktub ümumiyyətlə məsələ ilə bağlı real olaraq keçirilmiş hər hansı iclasın nəticələrinə (kollegial müzakirənin nəticələrinə) əsaslanmamış, arxa tarixlə göndərilmiş, yalnız sədrin iradəsinə bağlı olan və hər hansı hüquqi əhəmiyyətə malik olmayan bir yazı olmuşdur. Qeyd edilənlər də iddiaçı tərəfindən mübahisələndirilən əmrin ləğv edilməsini bir başa şərtləndirmişdir.

29. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habe lə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı birinin düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təfsir edilməməsinin bilavasitə qarşısını alır. Lakin işçinin yazılı izahat verməkdən imtina etməsi də istisna deyil ki, bu hal intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. Lakin iddiaçıdan yalnız bir halla bağlı (X11 ilə bağlı) izahatı alınmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayışda qeyd edilənlərlə bağlı Əmək Məcəlləsinin həmin maddəsinin tələblərinə uyğun olaraq iddiaçıdan yazılı izahatın tələb edildiyi və ya onun izahat verməkdən imtinasının rəsmiləşdirildiyi də müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri də pozulmuşdur. Bu halın mövcudluğu da əmrin ləğv edilməsi üçün bilavasitə əsas olmuşdur.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yoxlamaya səbəb məktəbin keçmiş əməkdaşı X7 tərəfindən yazılmış şikayət olmuş və yoxlama cəmi bir gün davam etmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə, tədris ilinin bitməsinə 2 tədris günü qalmış aparılmışdır. Həmin vaxt aparılan təmirlə bağlı məktəb müvəqqəti olaraq başqa yerdə fəaliyyət göstərirmişdir. Həmin yerin məktəbin fəaliyyəti üçün tam yararlı olub-olmaması, mək təbin bütün şagirdləri üçün tədrisin təşkil etməsi üçün uyğun olub-olmaması məsələsi də böyük əhəmiyyət kəsb etmişdir. Digər tərəfdən yoxlama tarixinə iddiaçı artıq 7 ildən artıq müddətdir ki, həmin məktəbin direktoru vəzifəsində işləyirdi. Onun barəsində əvvəllər hər hansı intizam tənbehinin tətbiq edilməsi müəyyən edilməmişdir. Qazax-Tovuz Regional Təhsil idarəsinin Şəmkir rayon təhsil sektorunun xx.xx.2023-cü il tarixli məktubunda da həmin məktəbdə 2016-2017-ci tədris illərində şöbə tərəfindən monitorinqlərin aparıldığı və direktorun fəaliyyətində ciddi nöqsanların aşkar edilmədiyi göstərilmişdir. Həmçinin, iddiaçının direktor olduğu dövrdə məktəbdə şagird davamiyyətinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlərin görüldüyü, nəticədə 2015-2016-cı illər üzrə müvafiq əmrlərlə dərs d avamiyyəti olmayan 57 nəfər şagirdin şagird kontingentindən çıxarıldığı, məktəbin Şəmkir rayonunun mədəni və ictimai tədbirlərində yaxından iştirak etdiyi, məktəbdə mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlərin, görüşlərin və yarışların keçirildiyi, iddiaçının 2019-cu ildə təhsildə göstərdiyi səmərəli fəaliyyətinə görə X14 Şəmkir Rayon Komitəsi tərəfindən 5 oktyabr "Beynəlxalq müəllim“ günü münasibəti ilə təltif edildiyi qeyd edilmişdir. İş materiallarında olan çoxsaylı sertifikatlardan da iddiaçının öz sahəsi üzrə keçirilən tədbirlərdə fəal iştirak etməsi, öz üzərində çalışması və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər göstərməsini təsdiq etmişdir. Lakin mübahisələndirilən intizam tənbehi verilərkən bu hallar, o cümlədən iddiaçının şəxsiyyəti, kollektivdə nü fuzu, peşəkarlıq səviyyəsi, xətanın hansı şəraitdə törədilməsi və tədris ilinin demək olar ki, sonu olması nəzərə alınmamışdır. Hər bir halda, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində digər intizam tənbeh növləri də var və iddiaçının xidmətləri, habelə peşəkarlıq səviyyəsi və ona göstərilən 7 illik etimad nəzərə alınmaqla hər hansı digər intizam tənbehinin verilməsi və nöqsanların aradan qaldırılması üçün vaxtın müəyyən edilməsi daha məqsədəmüvafiq olardı.

31. Məhkəmə kollegiyası Həmkarlar təşkilatının sədrinin ifadəsi ilə bağlı xüsusilə vurğulamışdır ki, qeyd edilən məsələ Nazirlik tərəfindən araşdırılmalı və tabe qurumlar tərəfindən belə hallara yol verilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görülməlidir. Belə ki, hüquqi nəticə etibarı ilə Qazax-Tovuz Regional Təh sil idarəsi tərəfindən Həmkarlar təşkilatı ilə bağlı reallığı əks etdirməyən məlumatlar təqdim edilmiş və bu hal xx.xx.2022-ci il tarixli, K-948 nömrəli əmrin ləğv edilməsi əsaslarından biri kimi çıxış etmişdir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 19, 70, 71, 72, 80, 83, 186, 187, 203, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişd ir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş edirəm. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

36. Maddə

19. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və sə lahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir.

37. Maddə 70 “ç”. Əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

38. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, hab elə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

39. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

40. Maddə 72 “ə”. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

41. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

42. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

43. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniy yətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

44. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

45. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

46. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

47. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

48. Maddə 203.1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təm in etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

49. Maddə 203.2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

50. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

61. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər i ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

62. Beləliklə də, məhkəmə ko llegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş,“ MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya“ şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM- in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2429/2023 nömrəli, 4 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar