Məhkəmə qərarları › İş №2(102)-1825/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1825/2024

22.04.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1825/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə (üçüncü şəxslər Maraqlı şəxs1, X1 və Maraqlı şəxs3 cəlb olunmaqla) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü; kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda; kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Y aquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1764/2024 nömrəli, 2024-cü il 28 fevral tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2021-ci il 26 noyabr tarixli, 2(003)1449/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə (üçüncü şəxslər Maraqlı şəxs1, X1 və Maraqlı şəxs3 cəlb olunmaqla) qarşı “müqavilənin etibarsızlığı” barədə iddia tələbi təmin edilməmişdir.

2. Qətnamədən üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 1 noyabr tarixli, 2(103)-5255/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, sözügedən qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş və iddia tələbi təmin edilməmişdir.

3. Apellyasiya instansiyası məhkəməsinin göstərilən qətnaməsindən İddiaçı1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 7 fevral tarixli, 2(102)-978/2023 nömrəli qərardadı ilə kassasiya şikayətinə vəkilin səlahiyyətini təsdiq edən order əlavə edilmədiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

4. Sonradan İddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1764/2024 nömrəli, 2024-cü il 28 fevral t arixli qərardadı ilə (hakimlər Azad İmanovun sədrliyi və məruzəsi ilə, Məmməd Məmmədov və Fuad Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilmişdir.

6. İddiaçı1 apellyasiya instansiyası məhkəməsinin sonuncu qərardadından kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

7. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:

8. Maddə 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun ə saslandırılması;

9. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

10. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

11. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti MPM-də nəzərdə tutulmuş tələblərə cavab vermir.

13. Belə ki, kassasiya şikayətinin tərtibatı zamanı MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməmiş, maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğu göstərilməmişdir.

14. Halbuki, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş ə sasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Həmçinin, qeyd olunan maddənin tələbinə əsasən, kassasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin forma isə MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur. MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş tələblərdən biri də şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq normasının sıralanmaqla göstərilməsi, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməsidir.

15. Mülki-prosessual qanunvericiliyə əsasən kassasiya şikayəti bu Məcəllənin 402ci və 407.1-ci maddələrinin tələbləri nə cavab vermirsə (maddə 408.1.1), kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (maddə 408.1.5) apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

16. İş materiallarından müəyyən edilir ki, təqdim edilmiş kassasiya şikayətinin bir hissəsinin məzmununda hazırda mübahisələndirilən qərardad deyil, əvvəlki məhkəmə aktlarından və məhkəmənin hərəkətlərindən edilən şikayətlər qarışıq formada təsvir edilmiş, mətnin ikinci yarısı isə “qərardaddan şikayət” qeydi aparılmaqla MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya və prosessual qanunvericilikdə nəzərdə tutulmuş məzmuna malik olmayan mətnlə, aydın olmayan ifadələrlə tamamlanmışdır.

17. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kas sasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə şikayətin dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

19. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci və 408.1.5-ci maddələrinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1764/2024 nömrəli, 2024cü il 28 fevral tarixl i qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar