Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1826/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı; Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, yaxşılaşdırma xərclərinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları
1. İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.80 hektar torpaq sahəsi 06 fevral 2002-ci il tarixli JN-361 KOD 40719028 nömrəli dövlət aktına əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı şifahi razılıq əsasında mülkiyyətində olan torpaq sahəsinin 0.42 hektar hissəsi ilə başqa ərazidə Cavabdeh ona təqdim etdiyi 1.09 hektar torpaq sahəsini dəyişdirmişlər. İddiaçı 1.09 hektar torpaq sahəsini, Cavabdeh 0.42 hektar torpaq sahəsini istifadə etmiş, sonuncu həmin sahədə müəyyən yaxşılaşdırma işləri aparmışdır.
2. İddiaçı, 1.09 hektar torpaq sahəsindən məhsul əldə edə bilmədiyini bildirərək sahəni Cavabdeh qaytarmış, əvəzində isə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0.42 ha hissəsini boşaltmasını tələb etmişdir.
3. Bununla bağlı tərəflər arasında yaranmış mübahi sə üzrə aşağıdakı iddia tələbləri irəli sürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ilkin iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, 06 fevral 2002-ci il tarixli JN-361 KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0.42 hektar əkin torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0.42 hektar hissəsini q aytarmamaqla onun həmin torpaq sahəsindən istifadə etməsinə mane olur. Cavabdeh 0.42 hektar torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Həmin torpaq sahəsi onun mülkiyyətindədir və torpaq sahəsinin vergisi hər il onun tərəfindən ödənilir. Cavabdeh ona məxsus torpaq sahəsini boşaltmadığına görə mülkiyyət hüququ pozulub, əkin torpaq sahəsindən istifadə etməsi məhdudlaşıb.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 4.000 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.030 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırmışdır ki, İddiaçıla qohum olduqlarından torpaq sahələrini rəsmiləşdirməyə cəhd etməmişdir və düşünmüşdür ki, istənilən zaman torpaq sahələrinin rəsmiləşdirməsini həyata keçirə bilər. 20 13-cü ildən İddiaçı Sərvər Məmmədovdan alıb verdiyi 1.09 hektar torpaq sahəsini əkib becərmişdir. 2019-cu ildə İddiaçı 1.09 hektar torpaq sahəsini istəmədiyini və mülkiyyətində olan 0.42 hektar torpaq sahəsini qaytarmağı bildirmişdir. O, İddiaçı istəyi ilə Sərvər Məmmədovdan aldığı 1.09 hektar torpaq sahəsinə görə 1500 manat xərc çəkmişdir. Bundan əlavə, İddiaçı aldığı 0.42 hektar torpaq sahəsi yararsız vəziyyətdə olduğundan həmin torpaq sahəsini əkinə yararlı hala gətirilməsi üçün ekskvatora 2000 manat və torpaq sahəsinə suyun çəkilməsi üçün fəhləyə 500 manat olmaqla, ümumilikdə 4000 manat xərc çəkmişdir. O. Famil İbrahimova çəkdiyi 4000 manat xərci ödədikdən sonra mülkiyyətində olan torpağı qaytaracağını bildirmişdir. İddiaçı heç bir halda ona pul ödəməyəcəyini bildirməklə, torpaq sahəsi ni boşaltmağı və həmin ərazini tərk etməyi tələb etmişdir. İddiaçı çəkdiyi xərci ödəmədiyindən mübahisəli torpaq sahəsini boşaltmamışdır. Əgər həmin torpaq sahəsini İddiaçı qaytararsa ona 4000 manat məbləğində maddi zərər dəymiş olar. Məhkəmə tərəfindən İddiaçı iddia tələbi təmin edilərsə ona 4000 manat məbləğində pul ödənilməlidir ki, həmin məbləğlə özünə başqa ərazidən torpaq sahəsi alsın.
8. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 10 iyun 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, 06 fevral 2002-ci il tarixli JN-361 KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,80 hektar torpaq sahəsinin 0,42 hektarından Cavabdeh çıxarılması, torpa q sahəsinin boşaldılması, torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququna edilən maneçiliklərə qadağanın qoyulması, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı dəymiş zərərin əvəzi kimi 4000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 4030 (dörd min otuz) manatın alınaraq Cavabdeh verilməsi və qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan 0.80 hektar torpaq sahəsinin 0.42 hektar hissəsini Cavabdehla aralarında olan şifahi razılığa əsasən sonuncuya 1.09 hektar torpaq sahəsi müqabilində vermişdir. Cavabdeh İddiaçı aldığı 0.42 hektar torpaq sahəsi yararsız vəziyyətdə olduğundan həmin torpaq sahəsini əkinə yararlı hala gətirmək üçün ümumilikdə 4000 manat xərc çəkmişdir. İddiaçı mülkiyyətində olan tor paq sahəsindən Cavabdeh çıxarılmasını tələb etdiyindən və məhkəmə də həmin tələbi təmin etmək barədə qərara gəldiyindən İddiaçı hərəkətləri nəticəsində Cavabdeh maddi ziyan dəymişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Əliyev (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şüküov) 06 oktyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən - qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv və Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə İddiaçıla Cavabdeh arasında, nə də Cavabdehta digər şəxs S.Məmmədov arasında torpaq sahəsinin alqı-satqısna dair müqavilə mövcud deyildir. Daşınmaz əmlak olan torpaq sahəsinin alqı-satqısı yalnız notarial qaydada rəsmiləşdirilən müqavilə əsasında rəsmiləşdirildikdə etibarlı olar və belə müqavilə münasibətinə dair Cavabdeh iddiasına qiymət verilə bilərdi. Lakin məhkəmələr belə müqavilənin mövcud olmadığını müəyyən etmişlər. Məhkəmələr yalnız Vadim Məmmədov adlı şəxsin şahid ifadəsi ilə belə nəticəyə gəlmişlər ki Cavabdeh 1,09 ha torpaq sahəsinə görə 1500 manat pul ödəmişdir. Baxmayaraq ki, Cavabdeh özü Sərvər Məmmədova 1500 manat pul ödədiyini iddia edir. Məhkəmələr nəzərə almamışlar ki, hətta, Cavabdeh başqa bir (1,09 ha) torpaq sahəsinə görə S.Məmmədov adlı şəxsə 1500 manat ödəmişdirsə, guya, həmin torpaq sahəsini İddiaçı istifadəsinə verdiyini, sonradan İddiaçı da həmin torpaq sahəsini ona qaytardığını özü də etiraf edirsə və torpaq sahəsinə dair İddiaçı hər hansı iddiası yoxdursa, torpaq sahəsi hazırkı vəziyyətdə S.Məmmədovun mülkiyyətində və ya Cavabdeh istifadəsindədirsə, bu halda guya, Cavabdeh S.Məmmədova ödədiyi 1500 manatın İddiaçı tutulmasının əsası nədir? 1,09 ha torpaq sahəsi Cavabdehla S.Məmmədov arasında münasibətləri n obyekti olduğu halda, Cavabdeh həmin torpaq sahəsinə görə İddiaçı pul tələb etməsinin hər hansı məntiqi və hüquqi əsası ola bilməz. Məhkəmələr Cavabdeh İddiaçı məxsus torpaq sahəsində yaxşılaşdırma apardığı və buna 2500 manat xərc çəkdiyi nəticəsinə yalnız şahid ifadələri əsasında gəlməklə də prosessual qanunvericiliyin tələbini pozmuşlar. Belə ki, torpaq sahəsində hər hansı yaxşılaşdırma aparılmışdırsa belə, həmin işlərə çəkilən xərclər yalnız cavabdehin mülahizəsi və şahid ifadəsi ilə müəyyənləşə bilməzdi. Belə xərclərin mövcudluğuna dair iddianın əsaslığı yalnız mötəbər sübutlar əsasında - mütəxəssis rəyi ilə müəyyənləşə bilərdi. Lakin birinci instansiya məhkəməsi Cavabdeh, guya, torpaq sahəsinin yaxşılaşdırılmasına xərc çəkdiyinə dair iddiasını hər hansı sənədli dəlil əsasında deyil, yalnız şahid ifadələrinin əsasında təmin etmişdir. Apellyasiya məhkəməsi isə apellyasiya şikayətinin dəlillərinə qiymət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni sinxron ardıcıllıqla təkrar edərək, əsassız, qanunsuz və ədalətsiz nəticə ilə kifayətlənmişdir. Hazırki iş üzrə məhkəmələr - qarşılıqlı İddiaçı məxsus torpaq sahəsində Cavabdeh "yaxşılaşdırma işlərinə çəkdiyi xərci” yalnız bir neçə şahidin səthi ifadələri ilə ‘‘müəyyənləşdirmişdir”. Halbuki, həmin şahidlərdən ikisi Cavabdeh məxsus torpaq sahəsində iş gördüyünü, lakin həmin torpaq sahəsinin İddiaçı məxsus olub-olmadığını bilmədiyini göstərmişdir ki, bu da 2013-cü ildə müəyyən iş görülmüş torpaq sahəsinin məhz İddiaçı məxsus 0,42 ha torpaq sahəsi olduğunu heç də təsdiq etmir. Digər tərəfdən, cavabdehin təqdim etd iyi şahidlərin pul məbləğinə dair ifadələrinin nə dərəcədə mötəbər olduğunu məhkəmə necə qiymətləndirmişdir, bu barədə də qətnamədə əsaslandırma yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbayc an Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Mad də 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddianın yaxşılaşdırma xərcinə aid hissəsinə mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yaxşılaşdırma xərcinin tutulması hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 28. 06 fevral 2002-ci il tarixli JN-361 KOD 40719028 nömrəli dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən 0,80 hektar torpaq sahəsi İddiaçı, X7 və X4 birgə mülkiyyətinə verilmişdir. 29. 12 fevral 2002-ci il tarixli JN-776 KOD 40719028 nömrəli dö vlət aktının surətindən görünür ki, İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən 1,09 hektar torpaq sahəsi X5, X3, X8 və X1 birgə mülkiyyətinə verilmişdir.
30. İddiaçı 06 fevral 2002-ci il tarixli dövlət aktına əsasən İsmayıllı rayonunun İsmayıllı kəndindində özünün və ailə üzvlərinin mülkiyyətində olan 0,80 hektar torpaq sahəsinin 0,42 hektarını almaq təklifi ilə Cavabdeh müraciət etmiş və həmin torpaq sahəsi Cavabdeh pay torpaq sahəsi ilə bitişik olduğundan, həmin torpaq sahəsini almaq barədə İddiaçıla razılığa gəlmişlər. Razılığa əsasən İddiaçı 0,42 hektar torpaq sahəsini Cavabdeh vermiş, əvəzində isə 1,09 hektar torpaq sahəsini satın alaraq İddiaçı vermiş, lakin qohum olduqlarına görə torpaq sahələrinin alqısatqısını rəsmiləşdirməmişlər. 2013-cü ildən İddiaçı Cavabdeh Sərvər Məmmədovdan alıb ona verilmiş 1,09 hektar torpaq sahəsini əkib becərmiş, lakin iddiaçı 2019-cu ildə 1,09 hektar torpaq sahəsini istəmədiyini və öz mülkiyyətində olan 0,42 hektar torpaq sahəsini qaytarmağı cavabdehdən tələb etmişdir. Cavabdeh iddiaçıya alıb verdiyi 1,09 hektar torpaq sahəsinə görə 1500 manat, iddiaçıdan aldığı 0,42 hektar torpaq sahəsi yararsız vəziyyətdə olduğundan, həmin torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün ekskavatora 2000 manat, torpaq sahəsinə suyun çəkilməsi üçün isə fəhləyə 500 manat olmaqla, ümumilikdə 4000 manat xərc çəkmişdir.
31. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Famil əri, İlqar isə qohumudur. İlqar mülkiyyətlərində olan torpaq sahəsinin 0,42 hektarı hissəsində əkin əkmişdir. Əri ilə İlqar a rasında 0,42 hektar torpaq sahəsinə dair razılaşmaya əsasən İlqar 0,42 hektar torpaq sahəsini müvvəqəti istifadə etməsi əvəzində onlara həmin ərazidən 1,09 hektar torpaq sahəsi vermişdir. İlqardan müvəqqəti istifadə üçün aldıqları 1,09 hektar torpaq sahəsini bir neçə il əksələr də həmin ərazidən gəlir götürə bilməmişlər. Mülkiyyətlərində olan 0,42 hektar torpaq sahəsini İlqara müvəqqəti istifadəyə vermişlər.
32. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, İlqar və Famil ilə həmkəndlidirlər. Ekskavatorçu işləyir. İlqar ona müraciət edərək torpaq sahəsinə su çəkdirmək istədiyini, bunun üçün ərazidə olan torpaq sahəsini hamarlamaq lazım olduğunu bildirdi. İlqarın su çəkdirmək istədiyi əraziyə getmiş və ərazinin pis vəziyyətdə olduğunu görmüşdür. T orpaq sahəsinin hamarlanması və həmin əraziyə suyun çəkilməsi üçün İlqarla 2000 manata razılaşmışlar. İlqar pulun 1200 manatını əvvəlcədən, qalan 800 manatını isə işi qurtardıqdan sonra hissə-hissə vermişdir. İlqarın su çəkdirmək istədiyi ərazidə işləyərkən ərazinin Familə məxsus olduğunu bilməmişdir.
33. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, İlqar və Famil ilə həmkəndlidirlər. İlqarın təsərrüfatla məşğul olduğu ərazidə əvvəllər su olmamışdır. İlqar həmin əraziyə sonradan su çəkmişdir. İlqar istifadəsində olan torpaq sahəsinə su çəkərkən orada fəhlə işləmişdir. İlqar fəhlə işləyərkən ona pul versə də həmin pulun məbləğini xatırlamır. İlqarın istifadəsində olan ərazidə işlədiyi müddətdə Famili həmin ərazidə görməmişdir.
34. Birinci instansiya m əhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, İlqar və Famil kəndçiləridir. Mülkiyyətində olan torpaq sahəsini 1500 manata İlqara satmışdır. İlqar torpaq sahəsinin pulunu ödəsə də həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Mülkiyyətində olan torpaq sahəsini İlqara satdıqdan sonra həmin ərazinin kimin istifadə etməsi ilə maraqlanmamışdır.
35. Apellyasiya məhkəməsi qarşılıqlı iddianın həlli ilə bağlı bildirmişdir ki, cavabdehin izahatından, şahidlər X7, X10, X2 və X1 ifadələrindən müəyyən olunur ki, Cavabdeh İddiaçı aldığı 0,42 hektar torpaq sahəsinin əvəzinə 1,09 hektar torpaq sahəsi vermək, həmin torpaq sahəsini əkinə yararlı vəziyyətə gətirmək və su çəkdirmək üçün ümumilikdə 4000 manat xərc çəkmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin bu tələbi ayrı-ayrılıqda xərclərə münasibətdə də ağlabatan və inandırıcıdır. Cavabdehin 0,42 ha torpaq sahəsindən 8 il, iddiaçının isə cavabdehin ona verdiyi 1,09 hektar torpaq sahəsindən üç il müddətində istifadə etməsi və bu müddət ərzində cavabdehin ondan gəlir əldə etməsi, habelə iddiaçının həm cavabdehə verdiyi 0,42 ha torpaq sahəsi, həm də 1,09 hektar torpaq sahəsinin vergi və digər xərclərini ödəməsi barədə dəlillər gətirsə də, ancaq bununla bağlı məhkəmələrə heç bir sübut təqdim edilməmişdir. Hazırda nə iddiaçının, nə də cavabdehin həmin torpaq sahəsindən nə qədər gəlir əldə etməsi barədə heç bir sübut yoxdur. Halbuki, bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıx arılması tələbi təmin edildiyindən, cavabdehə dəyən maddi ziyan da iddiaçıdan alınıb cavabdehə verilməlidir.
36. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına eht iyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Qarşılıqlı iddiaçı, ümumilikdə 4.000 manat təşkil edən tələbinin iki hissədən ibarət olduğunu bildirmişdir: 1) ilkin iddiaçıya verdiyi 1,09 hektar torpaq sahəsinin alınmasına xərclədiyi 1.500 manat; 2) əldə etdiyi 0,42 hektar torpaq sahəsini əkinə yararlı hala gətirmək üçün çəkdiyi 2.500 manat.
38. Bu baxımdan həmin xərclər tələbdə birləşdirilmiş olsa belə, göstərilən məbləğlərə dair tələblərin hüquqi əsasları ayrı-ayrılıqda düzgün müəyyən edilməlidir.
39. Kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı, ilkin iddiaçıya məxsus torpaq sahəsinin 0,42 hektar hissəsinə aralarındakı razılaşma əsasında vicdanlı sahiblik etdiyindən, Cavabdeh həmin sahədən çıxarılması halında oranın yaxşılaşdırılması üçün sərf etdiyi xərcin əvəzinin ona ö dənilməsi tələbi MM-in 157.7-ci maddəsinin dispozisiya şərtlərinə uyğundur (§ 17).
40. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin 2.500 manat yaxşılaşdırma xərcinin İddiaçı tutulması hissəsində qanuni və əsaslıdır.
41. Kollegiya bu hissə ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, ona görə ki, ilkin iddiaçıya məxsus torpaq sahəsində qarşılıqlı iddiaçı tərəfindən yaxşılaşdırma işlərinin aparılması iş üzrə toplanmış sübutlarla təsdiq olunmuşdur, həmin işlərin dəyəri isə birinci instansiya məhkəməsindəki icraatda ilkin iddiaçı tərəfindən müvafiq ekspertizanın keçirilməsi haqqında vəsatət qaldırılmaqla mübahisələndirilməmişdir. Ona görə də kassasiya şikayəti qarşılıqlı iddia üzrə 2.500 manat yaxşılaşdırma xərcinə aid hissədə əsassız old uğundan təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Bununla belə, Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə 1,09 hektar torpaq sahəsinin əldə edilməsinə xərclənmiş 1.500 manat pulun İddiaçı tutulması tələbinin qanuni əsası qətnamədə göstərilməmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, 1.500 manat xərc Cavabdeh sahibliyindən geri alınan 0,42 ha torpaq sahəsinə qoyulmuş yaxşılaşdırma xərci deyil. Bu baxımdan MM-in 157-ci maddəsi həmin xərc üzrə tələbin hüquqi əsası kimi çıxış edə bilməz.
44. Qarşılıqlı iddiada 1.500 manatın İddiaçı ödənildiyi yox, 0,42 ha torpaq sahəsinin müqabilində İddiaçı istifadəsinə verilmiş 1,09 ha torpaq sahəsinin əldə edilməsindən ötrü Cavabdeh Vadim Məmmədova ödədiyi vəsait olduğu bildirilir. Başqa sözl ə, həmin vəsait İddiaçı verilməmişdir. Belə olan halda, 1.500 manat pulun hansı maddi hüquq normasına görə İddiaçı tutulması əsaslandırılmamışdır.
45. Tərəflər arasındakı razılaşma aradan qalxdıqdan sonra onların əvvəlki vəziyyətə qayıtması baxımından İddiaçı tərəfindən 1,09 ha sahəsi Cavabdeh qaytarılmışdırsa, həmin sahənin sonuncu tərəfindən əldə edilməsi üçün çəkilən xərcin İddiaçı tutulmasının əsası müəyyən edilməlidir.
46. Kollegiya onu da qeyd edir ki, 1,09 ha sahəsi Cavabdeh qalacağı, yaxud həmin sahənin onun tərəfindən Vadim Məmmədova geri qaytarılması halında ödədiyi pulu geri tələb etmək hüququ nəzərə alındıqda, 1.500 manat pulun İddiaçı tutulmasının Cavabdeh baxımından əsassız varlanma təşkil edib-etməyəcəyi də müzakirə edilməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə 1,09 hektar torpaq sahəsinin əldə edilməsinə xərclənmiş 1500 manat pul tələbinin müqavilə və ya qanuni əsası tam və hərtərəfli araşdırılmalı, bu tələb haqlı sayılacağı halda tətbiq edilən maddi hüquq norması və həmin normanın dispozisiya şərtlərinin işin faktiki halları ilə uyğunluğu əsaslandırılmalıdır.
48. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə 1,09 hektar torpaq sahəsinin əldə edilməsinə xərclənmiş 1.500 manat pul tələbinə aid hissədə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə 1,09 hektar torpaq sahəsinin əldə edilməsinə xərclənmiş 1.500 manat pul tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.