Məhkəmə qərarları › İş №2(102)-1827/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1827/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1827/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (maraqlı şəxslər X3 və X) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-402/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlə r Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, maraqlı şəxslər X3 və X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən illik 20 % hesablanmaqla 60 aylıq müddətə Cavabdeh1 19090 ABŞ dolları məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.

2. Həmçinin iş materiaları ilə müəyyən edilir ki, İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi ilə ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan xxx saylı mənzili 19 fevral 2015ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipotaka ilə yüklü etmişdir. İpoteka predmetinin qiyməti 40000 manat məbləğində qiymətləndirilmişdir.

3. Eyni zamanda iş materiallarından görünür ki, 26.02.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində 26 fevral 2019-cu il tarixə banka 18299 ABŞ dolları əsas, 12404 ABŞ dolları faiz və 73 ABŞ dolları cərimə olmaqla, cəmi 30776 ABŞ dolları borcu yaranmışdır. 4. “xxxx” MMC tərəfindən verilmiş 08.08.2019-cu il tarixli rəyə əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 08.08.2019-cu il tarixinə bazar qiyməti 45000 manat təşkil edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mə hkəmə Ekspertiza Mərkəzinin 18 mart 2020-ci il tarixli rəyi ilə Cavabdeh1 məhkəməyə müraciət edilən tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi borcu 30013,25ABŞ dolları məbləğində müəyyən edilmişdir: o cümlədən; əsas borc üzrə-18074,22 ABŞ dolları, faiz borcu üzrə 11939,03 ABŞ dolları. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, 19 fevral 2015-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə 18299 ABŞ dolları əsas, 12404 ABŞ dolları faiz və 73 ABŞ dolları cərimə olmaqla, cəmi 30776 ABŞ dolları borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, 19 fevral 2015-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilərək həmin mənzilin açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin hərracda ilkin satış qiymətinin 40000 manat məbləgində müəyyənləşdirilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 19 fevral 2015-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə cəmi 30776 (otuz min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində borcunun ödənilməsi, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan mənzilin boşaldılması, 30 manat ödənilmiş dövlət rüsumunun, sənədlərin notariat qaydada təs diq edilməsi üçün ödənilmiş 26 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınarkən ödənilmiş 11 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19 fevral 2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xxx saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 20 faiz olmaqla 19090 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kredit məbləği 20 fevral 2019-cu il tarixdə Cavabdeh1 ödənilmişdir. 19 fevral 2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil kredit öhdəli klərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 40000 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya 8299 ABŞ dolları əsas, 12404 ABŞ dolları faiz və 73 ABŞ dolları cərimə olmaqla, cəmi 30776 ABŞ dolları borcu qalmışdır. Cavabdeh1 dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir.

8. Göyçay Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(046)-769/2019 nömrəli (hakim Z.Quliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin ed ilərək, 19.02.2015-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə 18299 (on səkkiz min iki yüz doxsan doqquz) ABŞ dolları əsas, 12404 (on iki min dörd yüz dörd) ABŞ dolları faiz, 73 (yetmiş üç) ABŞ dolları cərimə olmaqla, cəmi 30776 (otuz min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tələb ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilsin, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin boşaldılması, Əldə edilən vəsaitdən 30776 (otuz min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat ödvlət rüsumu, ödənilmiş 26 (iyirmi altı) manat notariat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 (on bir) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqının İddiaçı ASC-yə ödənilməsi, İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 (on bir) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqının Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödə nilməsi, İş üzrə səndələrin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 26 (iyirmi altı) manat dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1 hərəkətləri nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və və bununla da onun hüququ Cavabdeh1 tərəfindən pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Buna görə də Məhkəmə qeyd edir ki, Cavabdeh1 öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyə t daşımalı, kredit müqaviləsi üzrə iddiaçıya olan əsas, hesablanmış faiz və cərimə borclarını ödəməlidir.

10. Bundan başqa məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə tutma yönəldilməli, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 45.000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc və çəkilmiş xərclər ödənilməlidir. Həmin mənzil satıldıqdan 1 ay ərzində boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar və o nunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşdəki sənədlərdən də göründüyü kimi ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzil kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 296.1, 297, 317, 385.1, 442, 448.1, 739-cu, “İpoteka haqqında” Qanunun 34.1.1-ci, Mülki Prossesual Məcəllənin 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, maraqlı şəxslər X3 və X apellyasiya şikayətləri vermişlər.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-402/2020 nömrəli iş üzrə 01 oktya br 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, maraqlı şəxslər X3 və X tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(046)-769/2019 nömrəli qətnaməsinin dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 əsas borc üzrə 18074,22 ABŞ dolları, faiz borcu üzrə 11939,03 ABŞ dolları, 73 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 30086,25 (otuz min səksən altı dollar iyirmi beş sent) ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 (on bir) manat dövlət rüsumunun və 21 (iyirmi bir) manat xidmət haqqının Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilməsi, iş üzrə 145 manat ekspertiza xərcinin Cavabdeh1ndаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılnası qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları və tərəflər arasında bağlanmış 19 fevral 2015-ci il tarixli xxx saylı kredit müqaviləsinin müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəliklə ri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.

15. Bundan başqa məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddət i, ödəniləcək illik faizin dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdeh həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. 16. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmi ş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.

17. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.

18. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır.

19. Fərmanın 5-ci bəndinə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nətic əsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır.

20. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi tərəflər arasında m üqavilə 19 fevral 2015-ci il tarixdə 60 ay müddətinə bağlanmış, həmin müqavilə əsasında cavabdehə illik 20 faiz hesablanmaqla 19090 manat kredit verilmiş və kreditin ödənilməmiş əsas məbləği hazırda 18074,22 ABŞ dolları təşkil edir.

21. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən, fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün mü ddətində təsdiq edilməlidir.

22. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.

23. Göründüyü kimi, cavabdehin hazırkı kredit müqaviləsi üzrə borcu fərmanın təsir dairəsinə düşmür.

24. Digər tərəfdən məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilmişdir ki, cavabdehlər həm əsas, həm də faiz borcuna münasibətdə iddianı qəbul edirlər, lakin bildirirlər ki, onlar məlum kredit məbləğini dolların azərbaycan manatına olan 0,78 manat məzənnəsi ilə götürüblər və həmin məzənnə ilə də kredit borcunu qaytarmağa razıdırlar.

25. Bundan əlavə Cavabdeh1 vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2015-ci il tarixli xxxx saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 məhkəməyə müraciət edilən tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi borcu 30013,25ABŞ dolları məbləğində müəyyən edilir: o cümlədən; əsas borc üzrə-18074,22 ABŞ dolları, faiz borcu üzrə 11939,03 ABŞ dolları.

26. Goründüyü kimi iddia qaldırılarkən cavabdehlərdən tələb olunan əsas və faiz borcu artıq hesab lanmışdır. Cərimə borcuna münasibətdə kollegiya qeyd edir ki, məbləğindən asılı olmayaraq işə baxan məhkəmələr həmin cəriməni ağlabatan məbləğdə azaltmaq hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsas və faiz borcuna münasibətdə dəyişdirilməlidir.

27. Məhkəmə kollegiyası həmçinin cavabdehlərin apelyasiya şikayətlərində “işə baxan məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni qətnaməsində qeyd etməmişdir” kimi dəlili ilə də razılaşmamışdır. Çünki, iş materiallarında belə bir ərizənin mövcudluğuna rast gəlinmir.

28. Bununla yanaşı birinci instаnsiyа məhkəməsi bоrcun ipоtekа qоyulmuş əmlаkа yönəldilməsi ilə bаğlı dа düzgün hüquqi nəticəyə gəlmişdir. Göründüyü kimi, bоrclu icrаsını təmin etmək üçün əşyаnın ipоtekаyа verildiyi öhdəliklərin yerinə yetir ilməsini gecikdirmiş və ipоtekа sаxlаyаn ipоtekа ilə yüklü edilmiş оbyekti аçıq hərrаcdаn sаtmаq hüququnа əsаsən məhkəməyə mürаciət etmişdir. “xxxx” MMC tərəfindən verilmiş 08.08.2019-cu il tarixli rəyə əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 08.08.2019-cu il tarixinə bazar qiyməti 45000 manat təşkil edir.

29. Tərəflərin izahatlarından, eləcədə tədqiq edilən iş materiallarından bəlli olur ki, bu məbləğ cavabdehlər tərəfindən mübahisələndirilməmiş, yalnız apelyasiya şikayətlərində qeyd etmişlər ki, onların ailələrində iki nəfər ailə üzvlərinin olmasını, onların ipoteka müqaviləsindən xəbərləri olmadığına və həmin müqavilə üzrə hər hansı öhdəliyi üzərilərinə götürmədiyinə və bunlar notariat kontorunda rəsmiləşirilmədiyinə görə iddianın “tələbin ipoteka predmeti olan ünvan 2 ünvan da yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilməsi, hissəsini qəbul etmirlər. Belə ki, oğlu X3 və gəlini X ailənin üzvü olmaqla müvafiq olaraq 1991-ci ildən və 2014-cü ildən bu günədək qeyd edilən ipoteka predmeti olan mənzildə pasport qeydiyyatında olmaqla həmin mənzildə yaşayırlar. Onlar müqavilə bağlanan zaman müvəqqəti olaraq başqa yerdə yaşadıqları üçün kreditin götürülməsi ilə əlaqədar həmin kreditin ödənilməsinin təminatı kimi ünvan 2 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin ipoteka ilə yüklü edilməsindən xəbərləri olmamış, ailə üzvü kimi həmin mənzilin ipoteka ilə yükülü edilməsinə münasibət (razılıq və ya etiraz) bildirməmişlər.

30. Lakin, işə baxan məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilini məl um məhkəmə qətnaməsinin ləğvi üçün əsas bilmir. Çünki, işdən görünür ki, mübahisəli ipoteka predmeti olan mənzil tam mülkiyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Mövcud qanunvericiliyə əsasən isə əmlakın ipoteka ilə yülkü edilməsinə yalnız mülkiyyətçilərin razılığı tələb olunur Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, maraqlı şəxslər X3 və X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq n ormalarının tələblərini pozmuşdur.

33. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. İddiaçının vəkili izahat verərək, kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər və maraqlı şəxlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq i şə cavabdehlərin və maraqlı şəxlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

37. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər və maraqlı şəxlər apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

41. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

42. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə q aytarmağı öhdəsinə götürür. (maddə 739.1)

43. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

44. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

45. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün b irgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

46. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

47. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

48. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

49. Dəbbə pulu (cərimə, pen ya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)

50. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (maddə 465.2)

51. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467) “İpoteka haqqında” Qanun

52. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)

53. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

54. Əsas öhdə lik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

55. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)

56. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1). Mülki Prossesual Məcəllə

57. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

58. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

59. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

60. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

61. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

62. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

63. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, ap elyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışıda sübut edilmişdir.

66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, maraqlı şəxslər X3 və X tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-402/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar