Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1829/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi (qızıl-zinət əşyaları) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "cehiz və qızılzinət əşyalarının qaytarılması" tələbinə dair Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1960/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiy a şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 rəsmi nikahda olmuşlar. Nikah mərasimlərində iddiaçıya cavabdeh tərəfindən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Ailə münasibətləri pozulduqdan sonra əmlak və qızıl-zinət əşyaları ilə bağlı hazırkı mübahisə başlamış və iddiaçı məhkəməyə müraciət edərək əmlakların, o cümlədən qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "cehiz və qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək nikaha daxil olarkən ona verilmiş cehiz əmlakların, o cümlədən 582 əyarlı sırğa-üzük dəsti, 12 q. qolbaq, 11 q. sep, 32 q. sep, 5 q. təkqaşlı sırğa, 4 q. sırğa (italyan), 2 q. üzük (rusiya), 6 q. briliyant qaşlı nişan üzüyü, 7 q. sep (üzərində ad yazılmış), 2 ədəd 3 q. qolbaq (uşaq üçün), 4 q. qaşlı üzük, 1 ədəd 16.8 q. qaşlı sırğa dəsti, 1 ədəd 17 q. sep (italyan), 1 ədəd briliant qaşlı kişi üzüyünün və ya onların dəyərinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh1 ilə xx xxxxxxx 2001-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2003-cü il tarixdə Əli və xx xxxxxxx 2005-ci il tarixdə isə İlham adlı uşaqları doğulmuşdur. Aralarında olan nikah Lənkəran Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi il ə rəsmi qaydada pozulmuş və uşaqların onun yanında qalmaları müəyyən edilmişdir. Hazırda həmin uşaqlar onun himayəsində yaşayır. O, cavabdehlərin evinə gəlin köçərkən valideynləri tərəfindən ona cehiz əşyaları və toylarında qızıl zinət əşyaları ona hədiyyə edilmişdir. Hal-hazırda həmin əmlaklar cavabdehlərin evindədir. Cavabdehlər könüllü qaydada həmin əmlakları qaytarmaq istəmədiklərindən məhkəməyə müraciət edir.
4. Lənkəran Rayon Məhkəməsinin 2(049)565/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, 2500 ABŞ dolları qiymətində yataq dəsti (1 ədəd 6 qapılı şifoner, 1 ədəd termo, 2 ədəd tumboçka, 1 ədəd banket), qonaq dəsti – 1000 ABŞ dolları qiymətində 1 ədəd divan və 2 ədəd sandıqca, 850 ABŞ dolları qiymətində 2 ədəd kreslo və jurnal masası, 650 ABŞ doll arı qiymətində yemək masası və 6 ədəd stul, mətbəx dəsti – 150 ABŞ dolları məbləğində 1 ədəd stol və 4 ədəd stul, 350 manat qiymətində 1 ədəd televizor, 120 AZN qiymətində 1 ədəd televizor altlığı, 500 maneat qiymətində 1 ədəd Rusiya istehsalı soyuducu, 120 manat qiymətində Yaponiya istehsalı 1 ədəd tozsoran, 60 manat qiymətində Türkiyə istehsalı 1 ədəd peçka, 70 manat qiymətində Koreya istehsalı 1 ədəd ətçəkən, 750 manat qiymətində 1 ədəd paltaryuyan maşın, 100 manat qiymətində 1 ədəd elektrik samovarı, 50 manat qiymətində 1 ədəd elektrik çaydan, 120 manat qiymətində 2 ədəd elektrik tefal, 50 manat qiymətində 1 ədəd elektrik tava, 160 manat qiymətində 2 ədəd ütü, 40 manat qiymətində 1 ədəd blender, 30 manat dəyərində 1 ədəd kofemolka, 30 manat dəyərində 1 ədəd mikser, 100 manat dəyərində 1 ədəd 6 şamdanlı çılçıraq, 120 manat dəyərində 3 ədəd çılçıraq, 70 manat dəyərində 1 ədəd sərinləşdirici çılçıraq, 30 manat dəyərində 1 ədəd gecə lampası, 50 manat dəyərində 1 ədəd elektrik qızdırıcısı, 100 ABŞ dolları dəyərində qədəd peyk antennası, 800 manat dəyərində 1 ədəd kompüter, 50 manat dəyərində 1 ədəd modem, 200 manat dəyərində 1 ədəd DVD pleyer, 100 ABŞ dolları dəyərində 1 ədəd 3x4 ölçüdə xalça, 400 manat dəyərində 3 ədəd 2x3 ölçüdə xalça, 300 manat dəyərində 1 ədəd 3x5 ölçüdə xalça, 350 manat dəyərində 1 ədəd 3x6 ölçüdə xalça, 100 manat dəyərində 1 ədəd 2x3 ölçüdə xalça, 300 manat dəyərində 1 ədəd stol üstü, 1 ədəd divan üstü və 2 ədəd kreslo üstü xalça, 400 manat dəyərində 2 ədəd uşaq çarpayısı, 400 ABŞ dolları dəyərində yemək, çay və kofe servis dəsti, 130 ABŞ dolları dəy ərində 1 ədəd madonna servis dəsti, 50 ABŞ dolları dəyərində 1 ədəd servis kofe dəsti, 60 ABŞ dolları dəyərində 1 ədəd su priboru (bagema), 120 ABŞ dolları dəyərində 18 ədəd bakal dəsti (lepkalı), 90 ABŞ dolları dəyərində 18 ədəd xrustal bakal, 100 manat dəyərində 2 ədəd güldan (lepkalı), 90 manat dəyərində 3 ədəd xrustal meyvə qabı, 80 manat dəyərində 2 ədəd xrustal konfetqabı, 120 manat dəyərində 2 ədəd konfet qabı (lepkalı), 30 manat dəyərində 1 ədəd meyvə qabı (rəngli), 100 manat dəyərində 36 ədəd böyük qoşqab və kiçik boşqab, 30 manat dəyərində 12 ədəd kasa, 30 manat dəyərində 12 ədəd kiçik kasa (masqur), 25 manat dəyərində 24 ədəd su bakalları, 30 manat dəyərində 24 ədəd mürəbbə qabı (razetka), 120 manat dəyərində 24 ədəd gümüş-qaşıq dəsti, 120 manat dəyərində 2 ədəd kastorka nabor d əsti, 90 manat dəyərində 3 ədəd qəhvədan, 45 manat dəyərində 3 ədəd çaydan, 30 manat dəyərində 1 ədəd mətbəx üçün çay dəsti, 30 manat dəyərində 1 ədəd mətbəx üçün kofe dəsti, 80 manat dəyərində 4 ədəd antik fiqurlar, 50 ABŞ dolları dəyərində 1 ədəd gümüş patnos dəsti, 60 manat dəyərində 1 ədəd aliminium qazan dəsti, 40 manat dəyərində 4 ədəd meyvəqabı, 30 manat dəyərində 6 ədəd mürəbbəqabı, 30 manat dəyərində 6 ədəd konfet qabı, 80 manat dəyərində 1 ədəd kömür samovar, 100 manat dəyərində 1 ədəd məcməy, 40 manat dəyərində 3 ədəd çuqun tas, 30 manat dəyərində 2 ədəd iri aşsüzən, 25 manat dəyərində 2 ədəd qozçəkən maşın, 20 manat dəyərində 1 ədəd ətçəkən maşın, 40 manat dəyərində 12 ədəd xurustal armudlu stəkan, 50 manat dəyərində 12 ədəd xrustal çay stəkanı, 30 manat dəyərində 6 ədəd lepkal ı su stəkanı, 10 manat dəyərində 2 ədəd kiçik aşsüzən, 40 manat dəyərində 4 ədəd tava, 60 manat dəyərində 3 ədəd bıçaq dəsti, 40 manat dəyərində 2 ədəd çönçə-qaşıq dəsti, 10 manat dəyərində 2 ədəd süzgəc, 8 manat dəyərində 4 ədəd çörək qabı, 30 manat dəyərində 1 ədəd divar saatı, 180 manat dəyərində 6 rulon divar kağızı (aboy), 60 manat dəyərində 1 ədəd 10 kq.-lıq qazan, 80 manat dəyərində 1 ədəd elektriklə işləyən şəkil mənzərə, 50 manat dəyərində 2 ədəd şəkil çərçivə, 560 manat dəyərində 2 ədəd yorğan dəsti(çantada), 200 manat dəyərində 4 ədəd yataq dəsti(cütlük), 400 ABŞ dolları dəyərində 1 ədəd yataq örtüyü (dəst pərdəli), 180 manat dəyərində 6 ədəd tək yataq dəsti, 100 manat dəyərində 2 ədəd uşaq yataq dəsti, 60 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, 30 manat dəyərində 12 ədəd çay dəs malı, 200 manat dəyərində 10 ədəd bədən üçün dəsmal, 90 manat dəyərində 3 ədəd adyal, 250 manat dəyərində 10 ədəd balış, 170 manat dəyərində 10 metr qonaq otağı üçün pərdə, 60 manat dəyərində 6 metr yataq otağı üçün pərdə, 140 manat dəyərində 17 metr zal üçün pərdə, 35 manat dəyərində 3 metr mətbəx üçün pərdə, 180 manat dəyərində 6 ədəd süfrələr, 50 manat dəyərində 60 ədəd xörək qaşığı, 40 manat dəyərində 60 ədəd çay qaşığı, 48 manat dəyərində 48 ədəd çəngəl, 10 manat dəyərində 6 ədəd bıçaq, 48 manat dəyərində 48 ədəd meyvə bıçağı, 25 manat dəyərində 24 ədəd içki üçün stəkan, 20 manat dəyərində 12 ədəd su stəkanı, 30 manat dəyərində 12 ədəd bakal, 30 manat dəyərində 4 ədəd dolça, 24 manat dəyərində 12 ədəd souz boşqabı, 24 manat dəyərində 12 ədəd aş qabı, 24 manat dəyərində 12 ədəd kabab q abı, 30 manat dəyərində 24 ədəd nəlbəki, 25 manat dəyərində 12 ədəd xurustal razetka, 50 manat dəyərində 2 ədəd böyük çərəz qabı, 60 manat dəyərində 4 ədəd kiçik çərəz qabı, 80 manat dəyərində 4 ədəd şirniyyat qabı (madonna), 30 manat dəyərində 6 ədəd aş üçün buludqabı, 10 manat dəyərində 4 ədəd bulud qaşığı, 15 manat dəyərində 6 ədəd duzqabı, 20 manat dəyərində 6 ədəd mətbəx dəsti, 10 manat dəyərində 2 ədəd ət döyən (qiyməkeş), 8 manat dəyərində 1 ədəd zibil qabı, 10 manat dəyərində 2 ədəd vedrə, 10 manat dəyərində 2 ədəd ləyən, 20 manat dəyərində 1 ədəd pas-pas vedrə, 8 manat dəyərində 1 ədəd tavansilən (şvabra), 5 manat dəyərində 1 ədəd yer silən (şvabra), 3 manat dəyərində 1 ədəd xəkəndaz və ya onların dəyərinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 alınaraq İddiaçı verilməsi, çəkisi 5 qram olan 583 əyarlı sırğa-üzük dəsti və ya onun dəyəri olan 125 manat, çəkisi 12 qram olan 583 əyarlı bilərzik və ya onun dəyəri 600 manat, çəkisi 11 qram olan 583 əyarlı boyunbağı və ya onun dəyəri 550 manat, çəkisi 32 qram olan 583 əyarlı boyunbağı və ya onun dəyəri 1600 manat, çəkisi 5 qram olan 583 əyarlı sadə qaşlı sırğa və ya onun dəyəri 250 manat, çəkisi 4 qram olan 583 əyarlı İtaliya istehsalı olan sırğa və ya onun dəyəri 200 manat, çəkisi 2 qram olan 583 əyarlı Rusiya istehsalı üzük və ya onun dəyəri 100 manat, çəkisi 6 qram olan 583 əyarlı briliyant qaşlı qadın üzüyü və ya onun dəyəri 600 manat, çəkisi 7 qram olan 583 əyarlı boyunbağı və ya onun dəyəri 350 manat, 2 ədəd çəkisi 3 q olan 583 əyarlı uşaq qolbağı və ya onun dəyəri 150 manat, çəkisi 4 qram olan 583 əyarlı b ir ədəd sadə qaşlı üzük və ya onun dəyəri 200 manat, 1 ədəd çəkisi 16.8 qram olan 583 əyarlı qaşlı sırğa dəsti və ya onun dəyəri 840 manat, 1 ədəd çəkisi 17 qram olan İtalyan istehsalı olan boyunbağı və ya onun dəyəri 850 manatın Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə və Mülki Məcəllənin 157.2, 225.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
6. Şirvan Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər- N.Mirzəyev (sərlik edən və məruzəçi), Ə.Kərimov və Z.Babayev ) Lənkəran Rayon Məhkəməsinin 2(049)565/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilə rək, dəyəri ABŞ dollarında qeyd edilən cehiz əşyalarının dəyərinin qətnamə icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri ilə, Mülki Məcəllənin 225.2, 225.3, Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya insiyasiyasında İ icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxx 2020-ci il tarixli 2(102)2598/20 saylı qərarı ilə (sədrlik edən hakimlər İ.Dəmirov, Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin olunaraq, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(106)-2870/2019 sa ylı qətnaməsi qızıl-zinət əşyaları tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır.
9. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qızıl-zinət əşyalarının iddiaçının onkoloji xəstəliyinə xərclənməsi məsələsinin və tərəflərin barışıq sazişi bağlanması məsələsinin müzakirə edilməsi üçün yeni apelyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsində İİ icraat
10. Şirvan Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Kərimov (sərlik edən və məruzəçi), T.Heydərov və F.Soltanov) Lənkəran Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(049)-565/2019 saylı qətnaməsi qızıl-zinət əşyalarının Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissədə dəyişdirilməmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi q ızıl-zinət tələbinə dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
16. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyət hüququ vardır. Mülkiyyət hüquq, o cümlədən xüsusi mül kiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəcam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir.
20. İnsan hüquqularının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 10-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanu nla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
22. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikah dövründə hədiyyə şəklində əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəcam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olunmasın.
26. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sah ibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 3
1. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı icraatın müzakirə predmeti iddianın qızıl-zinət əşyaları ilə bağlı hissəsidir. Digər əmlaklarla bağlı hissə üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır.
33. Cavabdeh1 özü birinci instansiya mə hkəməsində işin baxışı zamanı verdiyi ərizəsində (işin 117-ci vərəqi) qeyd etmişdir ki, iddia edilən qızıl-zinət əşyaları mövcud olmuşdur və iddiaçının özündə saxlanılırdı. Həmin qızıl əşyalarını iddiaçının razılığı və iştirakı ilə satmış, pullarını iddiaçının ankoloji xəstəlikdən müalicəsinə xərcləmişdir. Qızılzinət əşyalarının X1 və anası Cavabdeh3 heç-bir aidiyyəti yoxdur, çünki onların həmin qızıllardan xəbəri olmamışdır.
34. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin xx xxxxxx 2020-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, xx xxxxxx 1982-ci il təvəllüdlü İddiaçı ilk dəfə xx xxxxxx 2015-ci il tarixdə Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Anamnezdən məlum olmuşdur ki, xəstə "X3" hər iki süd vəzisinin USM müayinəsindən ke çmiş, onkopatologiya aşkar olunmamış, "Fibroz mastopatiya fonunda hər iki süd vəzisində kista" diaqnozu qoyulmuşdur. Mərkəzdə xəstəyə həkim-mütəxəsis tərəfindən baxılmış, konservativ müalicə təyin olunmuş, 3 ay sonra kontrol müayinə məsləhət görülmüşdür. Sonradan xx xxxxx 2016 və xx xxxxxx 2016 tarixlərində xəstə mərkəzə müraciət etmiş, təqdim etdiyi süd vəzisi USM müayinəsinin nəticəsinə əsasən hər iki süd vəzində səpələnmiş halda duktal kistoz mastopatiya müəyyən olunmuş, konservativ müalicə təyin olunmuş, 6 ay sonra təkrar müraciət etməsi məsləhət görülmüşdür. Lakin xəstə bir daha mərkəzə müayinə və müalicə üçün müraciət etməmişdir.
35. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X4 Ərazi Bölmələrini İdarəetmə X5 X6 Şəxsin (Semaşko) xx xxxxxx 2020-ci il tarixd ə verdiyi cavab məktubundan görünür ki, İddiaçı xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2020-ci il tarixədək mərkəzin qeydiyyat jurnalından keçməmişdir.
36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Onkoloji Xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən İddiaçı xəstəxanada qeydiyyatda deyildir.
37. Beləliklə, məhkəmələr müəyyən etmişlər ki, iddianın predmetini təşkil edən qızıl-zinət əşyalarının mövcudluğu işin mübahisəsiz halı kimi qəbul edilir, bunu Cavabdeh1 birinci instansiya məhkəməsinə verdiyi ərizəsində etiraf etmişdir. İşin mübahisəli halları ondan ibarətdir ki, İddiaçı qızıllarının Cavabdeh1 tərəfindən bir qisminin banka girov qoymaq, bir qismini isə satmaq adı ilə ondan alındığını, Cavabdeh1 isə qızılları iddiaçının razılığı və iştirakı ilə satdığını, pulları nı isə iddiaçının əziyyət çəkdiyi ankoloji xəstəlikdən müalicəsinə xərclədiyini bildirmişdir. Lakin sonradan apelyasiya baxışı zamanı Cavabdeh1 qızıllardan yalnız ikisinin, 1-ədəd yolkavarı sep, 1 ədəd nişan üzüyünün tərəfindən satıldığını, qalan qızılların isə hər zaman İddiaçı özündə olduğunu bildirmişdir. İddiaçı isə xəstəliyindən müalicəsinə Cavabdeh1 pul xərcləmədiyini, ümumiyyətlə həmin xəstəlikdən davamlı müalicə almadığını, qızıllarını isə müxtəlif adlar altında cavabdehin ondan alaraq satdığını, sonra yenisini alacağını bildirsə də, almadığını bildirir.
38. Kollegiya hesab edir ki, nə qədər ki, Cavabdeh1 qızılların onun tərəfindən satıldığını məhkəməyə rəsmi şəkildə təqdim etdiyi ərizəsində etiraf etmişdir, həmin qızılların məhz iddiaçının razılığı ilə satılması, əldə edilən vəs aitin isə iddiaçının xəstəliyindən müalicəsinə sərf olunmasının sübut edilməsi yükü Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq cavabdehin üzərinə düşür. Çünki iddiaçı həmin halları ümumiyyətlə qəbul etmir. Həmçinin məhkəmə sorğusu əsasında tibb müəssisəsindən alınan cavablara əsasən iddiaçının ankoloji xəstəlikdən əziyyət çəkdiyi müəyyən olunsa da, davamlı olaraq tərəflərin münasibətlərinin faktiki pozulduğu 2017-ci ilin yay aylarınadək müalicə alması təsdiq olunmur.
39. Bundan başqa, Apelyasiya Məhkəməsi qənaətə gələrkən cavabdehlərin ifadələri arasındakı ziddiyyətli halları da nəzərə almışdır. Qeyd edilmişdir ki, iddiaçının keçmiş qaynatası olan Cavabdeh2 birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində (işin 43-cü vərəqi) iddianın predmetini təşkil edən qızıl-zi nət əşyalarının iddiaçı tərəfindən aparıldığını, digər cavabdeh olan iddiaçının keçmiş əri Cavabdeh1 isə qızılların iddiaçının razılığı və iştirakı ilə tərəfindən satıldığını, pulları isə iddiaçının müalicəsinə xərclədiyini bildirmişdir.
40. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni mövqedən çıxış edən şəxslərin ziddiyyətli ifadələri, qızıl-zinət əşyalarının mövcudluğu, cavabdehin həmin əmlakları satmasını etiraf etməsi, əldə olunan vəsaiti hansı məqsədə xərcləməsini sübuta yetirə bilməməsi halları cavabdeh tərəfin öz etirazlarını əsaslandıra bilməməsi qənaə tini formalaşdırır.
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1960/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.