Məhkəmə qərarları › İş №2(102)-1829/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1829/2023

03.04.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1829/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı ATSC-nin cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin Culfa rayon “X5” MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyanın hakimi X1 (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibində Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-424/2023 nömrəli iş üzrə 24 fevral 2023-cü il tarixli qərarda dından İddiaçı ATSC-nin şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı ATSC cavabdeh "xxxx" MMC və "xxxx" MMC-nin Culfa rayon “X5” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakın cavabdehlərdən alınaraq onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iddia ərizəsi geri qaytarılmış, iddiaçıya iddia tələbi ilə bağlı müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.

3. İddiaçı qərardaddan şikayət vermişdir.

4. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün Azərbaycan Respublikası Al i Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddi anın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 40 7.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanla r aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Hakimlərin qarışıq tərkibi şikayəti iş materialları iə birlikdə nəzərdən keçirərək, aşağıdakılar qeyd edir.

8. İşdən görünür ki, şikayət elektron qaydada xx.xx.2023-cü il tarixdə iddiaçının vəkili qismində Vəkil tərəfindən imzalanmışdır.

9. Vəkil fiziki şəxs X2 tərəfindən təsisçisi olduğu bütün müəssisələrin adından notariat qaydasında verilən xx.xx.2023-cü il tarixli 7E-7322 nömrəli etibarnamədə MPM-in 73.4-cü maddəsinin tələbinə zidd olaraq iddiaçı hüquqi şəxsin adı göstərilməmiş, hüquqi şəxsin möhürü etibarnaməyə vurulmamışdır.

10. Lakin birinci instansiya məhkəməsi qanunun imperativ tələblərini nəzərə almayaraq, şikayət verm ək hüququ olmayan şəxs tərəfindən verilmiş kassasiya şikayətini qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

11. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və həmin şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

12. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 408-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-424/2023 nömrəli iş üzrə 24 fevral 2023-cü il tarixli qərardadından İddiaçı ATSC-nin şikayəti qeyrimümkün hesab edilsin və şikayət iddiaçıya qaytarılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar