Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-183/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddaçı İddiaçı Cavabdehnə qarşı ( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X cəlb olunmaqla) “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, əmək haqqına əl avələrin, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1449/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsindən iddaçı İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) 2(004)-4546/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1449/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məhərrəmova, hakimlər M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4546/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarı lmaqla iddaçı İddiaçı Cavabdehnə qarşı “normadan artıq işə görə 51576 manat pulun, gecə vaxtı yerinə yetirilən işə görə 29568 manat pulun, 50000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10000 manat pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/hAZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğlərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Hüquqi məsələlər: İddaçı İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 2(103)1449/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti icraata qəbul edilmiş və işə məhkəmə baxışı 10 fevral 2022-ci ilə təyin edilmişdir. İşə kassasiya baxışında iddaçı İddiaçı və Cavabdeh aşağıdakı məzmunda barışıq sazişini təqdim edərək mülki işin icraatına xitam verilməsini xahiş etmişlər: TƏRƏFLƏR: İddiaçı şəxsində (bundan sonra "Birinci tərəf") və Azərbaycan Respublikası qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən X, nümayəndəsi Vəkil2 şəxsində (bundan sonra "İkinci tərəf) (bundan sonra "Birinci tərəf" və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində M00173 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə
1. Mübahisənin qısa təsviri İddiaçı cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs X-yə qarşı "əmək müqaviləsinin ləğv edilməsi baradə 18.11.2020-ci il tarixli, xxxx saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" mülki iş (İş hazırda Azərbavcan Respublikası Ali Məhkəməsinin İcraatındadır. İş №xxxx) və İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X cəlb olunmaqla qarşı "əmək müqaviləsinin ləğv edilməsi barədə 24 avqust 2020-ci il tarixli, xxxx saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxm aya görə əmək haqqının, əmək haqqına əlavələrin, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş (İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30.09.2021-ci il tarixli, xxxx saylı qətnaməsi qəbul edilmişdir.) Maddə
2. Barışığın şərtləri 2.1. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi qüvvəyə mindikdən sonra tərəflərin yuxarıda qeyd olunan hər iki mülki işlər üzrə bir-birinə hər-hansı bir tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. İddiaçı eyni zamanda hər iki iş üzrə iddia tələblərindən imtina edir. 2.1.1. İkinci tərəf öhdəlik götürür ki, İddiaçı ailə vəziyyətini nəzərə alaraq Birinci tərəfin Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin xeyrinə ondan tutulmuş cəmi 11.456,42 manat borcunun, 801,95 manat 7 faiz icra ödənişinin, Bakı Şə həri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin xeyrinə ondan tutulmuş 10.184,02 manat borcunun, 712,88 manat 7 faiz icra ödənişinin və 24 noyabr 2021-ci il tarixdə verilmiş arayışa əsasən onun "xxxx" MMC-yə olan 1727,9 manat borcunun ödənilməsi üçün ona cəmi 24.883,17 manat məbləğində maddi yardım edir. 2.1.2. Birinci tərəfin arvadının açıq ürək əməliyyatı olacağını nəzərə alaraq 24.883,17 manat məbləğin 5000 manatını Saziş imzalandıqdan və qüvvəyə mindikdən sonra 3 (üç) iş günü ərzində Birinci tərəfin "xxxx" ASC-də olan AZ57İBAZ******************** saylı hesabına köçürüləcəkdir. 2.1.3. Qalan 19.883,17 manat məbləğində öhdəlik bu saziş Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan xxx saylı iş üzrə təsdiq edildikdən, iddiadan imtina edilərək iş üzrə icraata xitam verildikdən və digər iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30.09.2021ci il tarixli xxxx saylı qətnaməsi qanuni qüvvəsini (kassasiya şikayəti verilmədiyi təqdirdə) aldıqdan sonra 10 (on) iş günü ərzində onun "xxxx" ASC-də olan AZ57İBAZ******************** saylı hesabına köçürüləcəkdir. 2.1.4. Birinci tərəf razılaşır ki, bu saziş təsdiq edildikdən sonra o, bir daha İkinci tərəflə və ya onun işçiləri ilə bu və ya digər səbəbdən əlaqə saxlamayacaqdır. 2.1.5. Sazişin bütün bəndləri konfidensialdır. Konfindensiyallığın pozulması Sazişin icra edilməməsinə bərabər tutulur. 2.1.6. Sazişin hər-hansı bəndinin Birinci tərəf tərəfindən tam və ya qismən icra edilməməsi ikinci tərəfi Sazişin qalan bəndlərini icra etməkdən azad edir və icra edilmiş hissəni Birinci tərəf tam olaraq 5 i ş günü ərzində İkinci tərəfə qaytarır, eyni zamanda əlavə olaraq 10.000 manat ödəməyi öhdəsinə götürür. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tə rəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə
3. Digər şərtlər 2.7. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyy ətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 2.8. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 2.9. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və y a sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 2.10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 2.11. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 2.12. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 2.13. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 2.14. qarş ı tərəfin yazılı icazəsi ilə; 2.15. yaxın qohumlara; 2.16. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 2.17. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 2.18. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 2.19. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçü n məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı və "xxxx" MMC-nin baş direktoru tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. Məhkəmə kollegiyası tərəflərin tıəqdim etdiyi barışıq sazişini araşdıraraq belə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: İddaçı İddiaçı və Cavabdeh aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: TƏRƏFLƏR: İddiaçı şəxsində (bundan sonra "Birinci tərəf") və Azərbaycan Respublikası qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən X, nümayəndəsi Vəkil2 şəxsində (bundan sonra "İkinci tərəf) (bundan sonra "Birinci tərəf" və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək ü çün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində xxx nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə
1. Mübahisənin qısa təsviri İddiaçı cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs X-yə qarşı "əmək müqaviləsinin ləğv edilməsi baradə 18.11.2020-ci il tarixli, xxx saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" mülki iş (İş hazırda Azərbavcan Respublikası Ali Məhkəməsinin İcraatındadır. İş №xxxx) və İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X cəlb olunmaqla qarşı "əmək müqaviləsinin ləğv edilməsi barədə 24 avqust 2020-ci il tarixli, xx x saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, əmək haqqına əlavələrin, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş (İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30.09.2021-ci il tarixli, xxx saylı qətnaməsi qəbul edilmişdir.) Maddə
2. Barışığın şərtləri 2.20.Tərəflər razılaşırlar ki, bu barışıq sazişi qüvvəyə mindikdən sonra tərəflərin yuxarıda qeyd olunan hər iki mülki işlər üzrə bir-birinə hər-hansı bir tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. İddiaçı eyni zamanda hər iki iş üzrə iddia tələblərindən imtina edir. 2.1.7. İkinci tərəf öhdəlik götürür ki, İddiaçı ailə vəziyyətini nəzərə alaraq Birinci tərəfin Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin xeyrinə ondan tutulmuş cəmi 11.456,42 manat borcunun, 801,95 manat 7 faiz icra ödənişinin, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin xeyrinə ondan tutulmuş 10.184,02 manat borcunun, 712,88 manat 7 faiz icra ödənişinin və 24 noyabr 2021-ci il tarixdə verilmiş arayışa əsasən onun "xxxx" MMC-yə olan 1727,9 manat borcunun ödənilməsi üçün ona cəmi 24.883,17 manat məbləğində maddi yardım edir. 2.1.8. Birinci tərəfin arvadının açıq ürək əməliyyatı olacağını nəzərə alaraq 24.883,17 manat məbləğin 5000 manatını Saziş imzalandıqdan və qüvvəyə mindikdən sonra 3 (üç) iş günü ərzində Birinci tərəfin "xxxx" ASC-də olan AZ57İBAZ******************** saylı hesabına köçürüləcəkdir. 2.1.9. Qalan 19.883,17 manat məbləğində öhdəlik bu saziş Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan 2(102)-6 624/2021 saylı iş üzrə təsdiq edildikdən, iddiadan imtina edilərək iş üzrə icraata xitam verildikdən və digər iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(103)-7833/2021 saylı qətnaməsi qanuni qüvvəsini (kassasiya şikayəti verilmədiyi təqdirdə) aldıqdan sonra 10 (on) iş günü ərzində onun "xxxx" ASC-də olan AZ57İBAZ******************** saylı hesabına köçürüləcəkdir. 2.1.10. Birinci tərəf razılaşır ki, bu saziş təsdiq edildikdən sonra o, bir daha İkinci tərəflə və ya onun işçiləri ilə bu və ya digər səbəbdən əlaqə saxlamayacaqdır. 2.1.11. Sazişin bütün bəndləri konfidensialdır. Konfindensiyallığın pozulması Sazişin icra edilməməsinə bərabər tutulur. 2.1.12. Sazişin hər-hansı bəndinin Birinci tərəf tərəfindən tam və ya qismən icra edilməməsi ikinci tərəfi Sazişin qalan bən dlərini icra etməkdən azad edir və icra edilmiş hissəni Birinci tərəf tam olaraq 5 iş günü ərzində İkinci tərəfə qaytarır, eyni zamanda əlavə olaraq 10.000 manat ödəməyi öhdəsinə götürür. 2.21. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.22. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad e dirlər. 2.23. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.24. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.25. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1449/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnam əsi ləğv edilsin. İddaçı İddiaçı Cavabdehnə qarşı ( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X cəlb olunmaqla) “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, əmək haqqına əlavələrin, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.