Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1831/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: əmlak tələbi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “əmlak və ya onun dəyərinin alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “******” markalı, **-*** dövlət nömrə nişanlı yük avtomobilinin və ya onun dəyəri olan alqı-satqı zamanı 7500 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz istifadəsində olan ona məxsus “******” markalı, ***** dövlət nömrə nişanlı avtomobilin alınıb onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, texniki pasportla ona məxsus olan “****” markalı, ** *** dövlət qeydiyyat nişanlı yük avtomobilini o, Cavabdeh xx.xx.2000-ci il tarixdə 7500 ABŞ dolları məbləğinə nisyə satmışdır. Lakin hazırkı vaxtadək cavabdeh həmin məbləği ona ödəməkdən imtina etmişdir. O, nə qədər tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək nə avtomobili, nə də pul vəsaitini ona qaytarmaqdan boyun qaçırmışdır. O həmin avtomobili etibarnamə əsasında cavabdehə vermişdir və etibarnamənin müddəti bitmişdir. Avtomobil üzərində heç bir alqı-satqı olmamışdır. Bu barədə ona Sabirabad rayon Polis Şöbəsindən ona arayış verilmiş və həmin arayışı iş materiallarına əlavə etmişdir. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiy a məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli, 2(056)-****/2019 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia tələbi təmin edilərək, “*****” markalı, ** -** dövlət qeydiyyat avtomobilin Cavabdeh alınıb İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəki avtomobilin mülkiyyətçisidir, həmin avtomobil müvəqqəti olaraq cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir, hazırda cavabdehin adına verilmiş etibarnamə ləğv edilmişdir, cavabdehin sahibliyi və istifadəsi qanunsuzdur. Ona görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 52.1, 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 220.5-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qəzənfər Kərimov - sədrlik edən və məruzəçi, Zəki Babayev, Nüsrət Mirzəyev) xx xxxxxxx 2020-ci il tarixli, 2(106)-*****/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)****/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmış dır ki, İddiaçı mülkiyyətində olan “***********” markalı, **-** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və kollegiya iclasında verdiyi izahatında mübahisəli avtonəqliyyat vasitəsinin cavabdeh tərəfindən satıldığını pulunu isə ona vermədiyini bildirmişdir. İddiaçı tərəfindən Cavabdeh adına verilmiş xx xxxx 1999-cu il tarixli etibarnamədə “****” markalı, **-******* dövlət nömrə nişanlı avtomobilin başqa şəxsə satmaq hüququnun cavabdehə verilməməsi halını nəzərə alan məhkəmə kollegiyası, mübahisəli avtonəqiyyat vasitəsinin Cavabdeh tərəfindən satılmasına dair dəlillərini inandırıcı hesab etmir. Göstərilən səbəbələrdən də məhkəmə kollegiyası hazırki iş üzrə iddia tələbinin əsaslı olmamasına dair nəticəyə gəlinməni əsaslı hesab edir. M əhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, İddiaçı kollegiya iclasında verdiyi izahatında iddia edilən avtonəqliyyat vasitəsinin cavabdehdə olmasını və 2001-ci ildən (etibarnamənin müddətinin bitdiyi vaxtdan) sonra əmlakını ondan tələb etməməsinin səbəbini bu və ya digər formada izah etməmişdir. İş materialları ilə İddiaçı mülkiyyətində hesab edilən “****” markalı, **-** dövlət nömrə nişanlı avtomobilin ümumiyyətlə mövcud olması və ondan kimin istifadə etməsi halıni təsdiq edən sübutların məhkəmə kollegiyasına təqdim edilməməsi halını nəzərə alan məhkəmmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunmasına dair gəldiyi nəticə əsaslı deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya ş ikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə onun maddi vəziyyətinin pisləşməsinə səbəb olan məhkəmə aktı qəbul edilmişdir. İşə baxan apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarına, tərəflərin izahatlarına uyğun olmayaraq belə bir qənaətə gəlmişdir ki, cavabdehə verilmiş etibarnamədə sərəncam vermək hüququ olmadığı üçün c avabdeh avtomobili sata bilməz. Halbuki, həm birinci instansiya məhkəməsində həm də ki, apelyasiya məhkəməsində cavabdeh izahat verərək bildirmişdir ki, o özü qanunsuz yollarla avtomobili Badamdar qəsəbəsində yerləşən notariat kontorunda tanımadığı şəxsə satmışdır. Satdığı avtomobilin dəyərini də iddiaçıya verməmişdir. Apelyasiya məhkəməsində o verdiyi izahatında həqiqətən iddiaçıdan avtomobili aldığını, bu avtomobili qanunsuz yollarla tanımadığı şəxsə satdığını, dəyərinin iddiaçıya vermədiyini, guya onun müqabilində VAZ ***** markalı avtomobilin iddiaçıya verdiyini etiraf etmişdir. Qətnamənin 3-cü səhifəsinin qeyd edilmişdir ki, DİN Sabirabad rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışından görünür ki, “***** markalı, ** *** dövlət qeydiyyat nişanlı yük avtomobi linin başqa şəxsin adına etibarnamə mövcud deyil. Məhkəmə bu sübuta istinad etmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, mübahisə obyekti ***** dövlət qeydiyyat nişanlı yük avtomobili deyil, **** dövlət qeydiyyat nişanlı yük avtomobilidir. Hər iki məhkəmə instansiyasında cavabdeh ondan mülkiyyəti olan avtomobili aldığını və başqa şəxsə satdığını etiraf etmişdir. Məhkəmə isə onun mülkiyyəti olan “*****” markalı, **** dövlət qeydiyyat nişanlı yük avtomobili cavabdehdən alaraq ona verilməsindən imtina etmişdir. Bununla da onun konstitusiyada olan mülkiyyət hüququnu pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlan dırılmasına baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 1999-cu il tarixli etibarnamə əsas ında əsasən “****” markalı, **-*** dövlət nömrə nişanlı avtobili xx xxxx 2001-ci il tarixə kimi Cavabdeh idarə etməyi etibar etmişdir. Həmin etibarnamədən görünür ki, Cavabdeh qeyd olunan yük avtomobili ancaq idarə etmək hüququna malik olmuşdur. Cavabdeh etibarnaməni başqa şəxsə verməsi, həmçinin onun qeyd olunan avtonəqliyyat vasitəsinin başqa şəxsə satmaq hüququnun olmasına dair müddəalar qeyd olunan etibarnaməyə daxil edilməmişdir. Həmin qətnamədən apelyasiya şikayəti vermiş və apelyasiya baxışı zamanı xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh qeyd edilən avtomobilin iddiaçı tərəfindən ona verilməsini etiraf etmiş, apelyasiya şikayətində avtomobilin iddiaçının razılığı ilə onun tərəfindən 3-cü şəxsə satıldığını, məhkəmə iclasında isə avtomobilin iddiaç ı tərəfindən 3-cü şəxsə satıldığını göstərmiş, məhkəmə baxışı zamanı apelyasiya şikayətində texniki səhvə yol verilməsini qeyd etmiş, qeyd etdiyi bir-birinə zidd xüsusatla bağlı hər hansı sübuta istinad edə bilməmişdir. Digər tərəfdən cavabdeh adıçəkilən avtomobillə bağlı onun iddiaçı qarşısında olan pul öhdəliyi ilə bağlı iddiaçının mərhum atası tərəfindən başqa bir avtomobilin iddiaçıya verildiyini, cavabdehi daha sözügedən avtomobilə görə narahat etməməsini oğluna tapşırmasını göstərmişdir ki, cavabdehin bu qeydi də onun avtomobilin iddiaçı tərəfindən satılması barədə yürütdüyü fikrə ziddir. Belə ki, iddiaçı həmin avtomobilin qarşılığında atasından avtomobil əldə etmişdisə, atası sağ ikən hansı səbəbə cavabdehdən həmin avtomobili geri alıb satmışdır? Azərbaycan Respublikası MPM-nin 217. 3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən normanın tələbindən də aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr qətnamə qəbul edərkən işin həqiqi halları ilə qətnaməni əsaslandırmalıdırlar. Lakin işə mahiyyəti üzrə baxmış apelyasiya instansiyası məhkəməsi işin həqiqi halını, yəni mübahisələndirilən avtomobilin iddiaçı tərəfindən cavabdehə verilməsinin etiraf edilməsini, cavabdehin isə həmin avtomobilin iddiaçıya qaytarılması və ya iddiaçı tərəfindən 3-cü şəxsə satılması barədə hər hansı sübuta istinad etməməsini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir. Göstərilən normanın tələbinə uyğun olaraq qeyd edilməlidir ki, cavabdeh iddiaçının mübahisəli avtomobili ona verdiyini etiraf etdiyi üçün, avtomobilin iddiaçıya qaytarılmasını və ya iddiaçı tərəfindən satılmasını sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hə min Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçü n ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, yuxarıda göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-******/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.