Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1831/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı Azərbaycan Respublikası Dövlət X1 ləğv etmə komissiyasının cavabdeh "xxxx" Fərdi Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət X1 ləğv etmə komissiyasının cavabdeh "xxxx" Fərdi Firmasına qarşı pul tələ binə dair iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1528/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X2 ilə "xxxx" Fərdi Firması (bundan sonra – cavabdeh) arasında buğda alqı-satqısına dair 14 aprel 2016-cı il tarixli müqavilə bağlanmışdır.
2. Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli, 1456 №li Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi (bundan sonra – Agentl ik) yaradılmışdır. Birinci instansiya məhkəməsində icraat
3. Agentliyin ləğv etmə komissiyası cavabdehə qarşı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən yaranmış 420.000,05 manat borcun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1528/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim Ramin Quliyev) iddia ərizəsi geri qaytarılmış və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 31.1-ci maddələrinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisəyə mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınaraq ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır.
6. İddiaçı (Vəkil) həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət belə əsaslandırılmışdır ki, Agentlik kommersiya fəaliyyəti ilə məşğul ola bilməz, onun fəaliyyət istiqamətləri yalnız Əsasnaməsinin 1-ci bəndində sadalan fəaliyyət məqsədlərini həyata keçirməkdən ibarət olmaqla, həmin fəaliyyəti həyata keçirmək üçün kommersiya müqavilələri deyil, mülki hüquqi müqavilələr bağlamışdır.
8. Birinci instansiya məhkəməsinin 1 4 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
9. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
10. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
11. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri bax ır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi ba xımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).
14. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyət lərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır (bənd 21-23).
15. Baxılan işdə iddianın əsasl andığı əqdi bağlamış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X2 dövlət orqanı, onun əsasında yaradılmış “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs, cavabdeh isə kommersiya hüquqi şəxsi olmaqla, aralarındakı mübahisə malların alqı-satqısına dair mülki hüquqi əqddən irəli gəlir. Bu tələb yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır
16. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması barədə gəldiyi qənaət qanuni və əsaslıdır.
17. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara dax il olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
18. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Az ərbaycan Respublikası Dövlət X1 ləğv etmə komissiyası tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1528/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.